Ardını oxu...
Xatırladaq ki, “RealMedia.az” saytı xeyli vaxtdır ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rəvac verdiyi korrupsiya və qanunsuzluqlarla bağlı tənqidi məqalələrlə çıxış edir. Mövcud neqativ hallarla bağlı tərəfimizdən davamlı müraciətlər edilərək Baş Prokurorluq qarşısında məsələ qaldırılıb və Beyləqan RİH başçısı və ayrı-ayrı vəzifəli şəxslər barəsində cinayət işləri başlanılıb. Bu barədə geniş ictimaiyyətə müfəssəl açıqlamalar vermişik.
Davam edən araşdırmalarımız nəticəsində aşkar etmişik ki, Beyləqan şəhərinin inzibati ərazisində küçələrin asfaltlaşdırılması prosesi birbaşa Beyləqan RİH başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsinin səlahiyyətindədir. Məhz RİH başçısının şəhər nümayəndəsi həm keçirilən tenderlərin sifarişçisi qismində çıxış edir, həm də hansısa şirkətin qalib elan olunmasında, “forma-2” sənədlərinin təsdiqlənməsi və təyinat üzrə ayrılan vəsaitin “yerbəyer” edilməsində söz sahibidir. İki ildir ki, Beyləqan şəhər İƏD nümayəndəliyinə rəhbər vəzifəsiyə təyin olunan Rəşad Mayılovun rəhbərliyi dövründə daha çox qanunsuzluqlara, korrupsiya faktlarına rəvac verilib. Elə hazırda Baş Prokurorluq tərəfindən barələrində açılan cinayət işlərinin istintaq edildiyi ayrı-ayrı vəzifəli şəxslərdən biri də Rəşad Mayılovdur. Şəhərin daxili küçələrinin salınmasında, tamet səkilərin qoyulmasında, ağacların əkilməsində rəvac verilən yeyintilərə, hesabat göstəricilərilkə faktiki yerinə yetirilən işlər arasındakı kəskin fərqlərə, eləcə də son vaxtlara qədər icra hakimiyyətlərinin tabeliyində olmuş uşaq bağçalarındakı təchizat maxinasiyalarına görə məhz o cavabdehlik daşıyır.
Söz yox ki, R.Mayılov qeyri-rəsmi, səmimi etiraflarında, dostları ilə birgə əyləşdiyi məhrəm məclislərdə, çox vaxt da spirtli içkinin təsiri altında bütün bu qanunsuzluqlara RİH başçısı A.Ağayev tərəfindən sövq edildiyini deyir və onu “zibilə saldığına” görə başçının ünvanına nalayiq ifadələr, söyüşlər işlətməkdən də çəkinmir. Sonra isə başçının qəbuluna gələndə “ləbbeyk” deyərək alçaq itaətə boyun əyib yarınmaq istəyir, elə bir qədər əvvəl dərdini bölüşdüyü dostlarından “donoslar” verir.
Əldə etdiyimiz son məlumatlara görə, R.Mayılov artıq şəhərdə qanunsuz tikinti məsələlərinə də girişib və A.Ağayevin sələflərinin hakimiyyətləri dövründə vətəndaşlar, sahibkarlar tərəfindən alınan torpaq sahələrini, üstündə tikilməkdə olan evləri mübahisələndirir, özünün güddüyü marağı təmin olunmadıqda hansısa torpaqayırma sənədinin çatışmadığını, yaxud, qanunsuz tərtib olunduğunu bəhanə edərək və başçının adından çıxış edərək, hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərir. Halbuki, R.Mayılovun bu əməllərinin bir çoxundan rayon rəhbərinin xəbəri yoxdur və Mayılovun tələblərini yerinə yetirən şəxslərin tikintiləri davam etdirmələri yolunda “yaşıl işıq” yanır. Hətta o da məlumdur ki, A.Ağayev əvvəllər məhz qanunsuz tikililərlə bağlı vəziyyətə görə R.Mayılova töhmət də verib. Bir sözlə, hansı dona, hansı ilan qabığına girirsə-girsin, R.Mayılov artıq A.Ağayevin də yanında nüfuzunu itirib və ehtimal böyükdür ki, su RİH başçısının boğazına çıxanda tez boğulmamaq üçün şəhər merini ayaqları altına alacaq.
P.S. Rəşad Mayılovun harda və hansı məkanda qurulan eyiş-işrət məclisində Asif Ağayevin hansı əxlaqsız hərəkətlərindən qeybət edərək, hara və kimə “donons” ötürüb?
Rəşad Mayılov Asif Ağayevə hansı ayamanı qoşub? Və yaxud o,“danqa baş” deyərkən kimi nəzərdə tutur?
Rəşad Mayılov rayonda aparılan qanunsuz tikililərdə yerli hüquq mühafizə orqanarının rəhbərlərini nədə ittiham edir?
Təyinatlı həyətyanı torpaq sahələrində kommersiya məqsədli tikilən qanunsuz obyektlərə (hansı ki, torpaqlar təyinatı üzrə məqsədli istifadə olunmalıdır) kimlər və niyə göz yumur?
Mövzuya daha geniş şəkildə qayıdacağıq.
RealMedia.az
Ardını oxu...
Azərbaycan xalqı, dünya azərbaycanlıları 8 noyabr – Zəfər Gününü qeyd etdilər. Müharibədən isə bizim cəmiyyətə yalnız qələbə və geri alınmış torpaqlar qalmadı. Doğrudur, həm Birinci, həm İkinci Qarabağa müharibəsi şəhidlərimizin də qanı yerdə qalmadı, düşmənin hay-küylə yaratdığı “yenilməz erməni ordusu” mifi dağıldı, dünya haqq savaşı aparan Azərbaycan əsgərinin gücünü gördü.

Amma müharibədən həm də “canlı şəhidlər” dediyimiz qazilərin səhhət problemi də miras qaldı. Çoxlu sayda əsgər və zabit sağlamlığını itirdi, əlil, şikəst oldu, əmək qabiliyyətini tam və ya qismən itirdi. Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Bu müstəvidə görülən işlər sırasında mühüm biri də əlillik dərəcələrinin təyini və nəticə etibarilə həmin dərəcələrə görə pensiyaların təyin olunması məsələsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə həmişə məmurların korrupsiya hüquqpozmalarına rast gəlinib və əvvəllər tibbi sosial ekspert komissiyaları sədrlərinin və üzvlərinin məsuliyyətə cəlb olunmalarının şahidi olmuşuq. İndi qazilər məhz qalib əsgərlər kimi cəmiyyətdə onlara bəslənən hörmət və ehtiramın hesabına məmurların qurduqları (qurmaq istədikləri) süni maneələri aşa bilirlər. Ən azından qazilərin yaxasındakı, Prezidentin sərəncamı ilə təltif olunduqları orden və medallar məmurların gözünü qamaşdırır. Amma digər əlil vətəndaşlar (müharibə iştirakçısı olmayanlar) öz halal haqlarını tələb edəndə qarşılaşdıqları bürokratik əngəlləri dəf edə bilmirlər.

Belə haqsızlıqla üzləşən gənc əlil Asif Cənnətovun məruz qaldığı hüquqpozma barədə “Tibbi-Sosial Ekspertiza Agentliyində dırnaq əvəzinə barmaq kəsən “Möminə Xatun” kimdir” başlıqlı məqalədə yazmışdıq. Xatırladaq ki, Asifin anası Rəqsanə Cənnətova redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımdan şikayətlənmişdi. Ötən məqalədən sitat: “Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib-dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin”.

Məqalədə haqlı olaraq sual da qoyulmuşdu: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Bu dəfə redaksiyamıza Asifin atası Cənnət Cənnətov müraciət edib: “İradə xanım yəqin özü də “yuxarıdan” təltifnamə qazanmaq istəyir ki, nəinki sadə vətəndaşlara, hətta müharibə əlilləri ilə söz güləşdirəndə də imtiyaz sarıdan geri qalmasın. Təltif isə yəqin ki, o həkim-ekspertlərə verilir ki, heç kəsə əlillik dərəcəsi təyin etməsinlər, əlillik statusu dayandırılmış olanların statusunu bərpa etməsinlər. Hər halda İradə xanımın sözlərindən belə çıxır. Oğlum Asif sonradan mənə dedi ki, İradə xanım onu humanistliyə dəvət edən həkim ekspert həmkarına belə cavab verib: “Bu uşaq ağıllı-başlı gəncdir, kollec tələbəsidir, özü də yüksək keçid balı toplayıb dövlət hesabına oxuyub, buna necə əlillik verək?” Maraqlıdır, məgər mənim oğlum əlil sayılmaq üçün oxuya bilməməli, Allah eləməmişkən, gerizəkalı olmalı, evdə, məktəbdə aldığı tərbiyəni bilərkdən gizlədib müayinə zamanı hoqqa çıxarmalıydı? Yaxud, özünü yalandan qıc olmuş kimi göstərməliydi? Oğlumun gözünün zəifliyini, nitqinin qüsurunu, bir sıra başqa aydın görünən, üzdə olan nöqsanlarını nəzərə almayan, sanki görməyən nevropatoloq İradə xanım bizə təklif edir ki, oğlumun evdə qıcolması baş tutan anda video-görünrüsünü qeydə alaq və çəkdiyimiz ona göstərək. Başa düşmürəm, biz valideyn olaraq övladımızın qıcolma anında onu özünə gətirməklə qayğılanmalıyıq, yoxsa, ürəyimizə daş bağlayıb video çəkməklə məşğul olmalıyıq? İradə xanımın istədiyi tibb müəssisələrindən aryışları, analiz, müayinə nəticələrini gətirib ona təqdim edəndən sonra axırda sözü bu oldu ki, bizim özümüzün daha bir ixtisaslı ekspert-həkimimiz var, amma xaricdədir, o gəlib çıxmayınca, rəy verməyincə iş alınmayacaq. Yenə də qəribədir, bu boyda ölkədə xaricə ezam olunmuş, yaxud, səyahətə çıxmış bir həkimi əvəzləyəcək başqa həmkarı yoxdurmu? Özünü “Allah adamı” kimi təqdim edib haqqı tanımayan (Allahın mübarək adlarından biri də Haqqdır), öz iradəsizliyini, qərar vermək məsələsində acizliyini Nazirliyin, guya dəyişən qaydaların, çatışmayan hansısa rəyin, xaricdə olan həkim ekspertin üstünə yıxmağa çalışan İradə xanım elə mövqe sərgiləyir ki, sanki təmsil etdiyi Nazirliyin vəzifəsi əhalinin, o cümlədən, əlillərin sosial müdafiəsi deyil, dövlət büdcəsinin əhalidən, eləcə də əlillərdən müdafiəsidir. Ən adi bir həqiqət unudulmamalıdır: Bu gün başqa əlamətlər bir yana, qıcolmasının müayinə günlərinə təsadüf etmədiyinə görə əlillik statusundan məhrum olan şəxs sabah tutaq ki, işlədiyi yerdə qəfil tutan qıcolma səbəbindən özü istehsalat xəsarəti ala, yaxud, hərəkəti və ya hərəkətsizliyi ucbatından kimlərinsə xəsarət almasına, istehsal vasitələrinin, əmlakın ziyan görməsinə səbəbkar ola bilər. Necə deyərlər, iş bir dəfə olur. Müayinənin aparıldığı 1-ci mərtəbədə hətta müayinəyə gətirilmiş başqa xəstələr və onları müşayiət edən yaxın adamları oğluma imtina cavabı verilməsini öyrənəndən sonra öz ümidlərinin də qırıldığını etiraf etdilər: “Əgər belə xəstəyə əlillik vermirlərsə, daha bizim burda vaxt itirməyimizin yeri yoxdur, dağılışıb gedək evimizə””.

Cənnət Cənnətov hətta İradə xanımın ünvanına dediyi tənqidi sözlərə görə, onun tərəfindən məhkəməyə də verilməsinə hazır olduğunu bildirmişdir: “Qoy həmin məhkəmə də ən yüksək reytinqli hakimlərin, lap elə tələb etdiyimiz təkrar müayinə də açıq formada sahənin ən ixtisaslı həkim ekspertlərinin iştirakı ilə, kütləvi informasiya vasitələrinin çəkilişlərinin müşayiəti ilə keçirilsin, efirdə, sosial şəbəkələrdə canlı olaraq yayımlansın. O halda hətta bizim üçün mənfi olacaq nəticə ilə barışmağa, İradə xanımın tələb edəcəyi üzrxahlığı etməyə hazırıq”.

Deryaz.az
 
 


 
Ardını oxu...
"Tezadlar.az"-a təmir-tikinti işləri ilə məşğul olan Bakı şəhər sakini Mübariz Quluzadənin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlı şikayəti daxil olub.

M.Quluzadə yazır ki, Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məğul olurlar. Redaksiyamızda olan şikayətçinin sözlərinə görə, bu ilin avqust ayında özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs onunla görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirib: "Seyran müəllim görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq. 2022-ci ilin avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir".

M.Quluzadə daha sonra bildirir ki, beton işləri başa çatdıqdan sonra Seyran adlı şəxs görülən işi bəyənmədiyini deyərək, əmək haqqını (49 min manat) verməkdən imtina edib: "Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz "matıvıy" etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası "M-250"dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.

Hörmətli Kamran müəllim!

Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs (əlaqə nömrəsini təqdim edirik) bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.

Hörmətli Baş prokuror, xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz”.

REDAKSİYADAN: Şikayəti araşdırarkən əldə etdiyimiz "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, adı şikayətdə hallanan Seymur adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.

Eyni zamanda, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: "Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin".

Beləliklə, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri kimi adı sənədlərdə qeyd olunan Nihad Ağayevin diqqətinə çatdırırıq ki, onun adı çəkilən fermasında işlədilənlər əmək müqaviləsiz çalışıblar.

30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. İnanmaq istərdik ki, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayev və faktiki olaraq bu şirkəti idarə edən Seyran adlı şəxs başa düşəcək ki, indi alıb-aldatma, eləcə də işlədib get-gələ salma zamanı deyil. Azərbaycanda qanunlar lazımi səviyyədə işləyir, ona görə fəhləni də işlədib aldatmaq istəyənlər bu fəlsəfəni qiymətləndirməlidirlər.

İnanırıq ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin Bakıya Prezident Administrasiyasına şikayətə gəlməsinə imkan verilməyəcək. Həmçinin insanların əmək müqaviləsiz işlədilməsinə və "BİLƏSUVAR QUŞÇULUQ" Açıq Səhmdar Cəmiyyətinin digər gizlinlərinə aydınlıq gətiriləcək...

"Təzadlar"ın Araşdırma Qrupu

Ardını oxu...
Fəxrəddin Hümbətov İbrahimhacılı kənd orta məktəbində 47 il ibtidai sinif müəllimi işləyib, indi pensiyaçıdır. Amma kənddəki suvarma probleminə görə tarlasını əkin-becərəmməyən və buna görə də dolanışığı pisləşən övladları da, onun təbirincə desək, qəpik-quruş olan pensiyasının ümidinə qalıb.

Müsahibim deyir əgər kəndə su verilsəydi, tarlalarını əkib-becərib özlərini dolandırardılar.

Tovuz rayon icra hakimiyyətinin İbrahimhacılı kəndi üzrə nümayəndəsi Fəzail Məmmədhəsənov kəndlilərin artezian quyularının qəsdən qazılmaması ilə bağlı iddialarını əsassız adlandırıb.
 //BBC//


Ardını oxu...
DİA.AZ: - "Şikayətim "International Medical center 1"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Afət Rəsullu adlı istifadəçi giley edir.

Ardını oxu...

DİA.AZ bildirir ki, narazı vətəndaş sözügedən tibb ocağına olan iradlarını aşağıdakı kimi qruplaşdırıb:

1) 3 gün qalacaq dedikləri əməliyyatlı xəstəni əvvəldən xəbərdarlıq etmədən 2 gündən çıxardıblar. Xəstə onu götürəsilərin uzaq yol gəldiyini, axşama çatacaqlarını desə də kobud şəkildə razılaşmayıblar. Üstəlik qolunda sistem, 39 dərəcə qızdırmalı. Yavaş yeridilməli sistemi son sürətlə açıblar, həyatı üçün təhlükə yaradıblar.
2) Ağır əməliyyata girəsi xəstənin qolunu *təbrübəçi* deşik-deşik edib. Xəstə etiraz etsə də saymayıblar.
3) Əməliyyatın ikinci günü saat 2-ə kimi vurulası iynələri vurmayıblar, xəstənin 39 qızdırması var, termometr verməyiblər.
4) Natəmizlik baş alıb gedib. Qaldıqları otağa tökülən qanı 2 gün silən olmayıb, tapdalayıb keçib gediblər.
5) Xəzinənin qabağında işçilər nə qədər vaxt gözlədiblər. 2-i bir tərəfdə, 3-ü bir tərəfdə söhbət edirmiş. Elə bilmişik, növbə var. Tibb bacıları çox kobud davranıblar.

DİA.AZ qeyd edir ki, sonrqa narazı vətəndaş digər xəstə yaxınlarını da bu tibb ocağı ilə bağlı uyarır: "Əgər buralara yolunuz düşsə, bir daha fikirləşin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Jurnalist Səbuhi Abbasov deputat Anar Məmmədov haqqında maraqlı paylaşım edib.

AzFakt.com həmin fikirləri olduğu kimi təqdim edir: “Bu deputatı, yəqin ki, tanıyırsınız, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən 2020-ci ildə seçilib. Necə seçilib, onu goranboylular, naftalanlılar çox gözəl bilirlər. Sözüm o deyil, Parlamentin “P”sından xəbəri olmayan bu şəxs surətlə tikinti maqnatına çevrilməkdədir. Və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir. Adamın şəxsən rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərə özünü soxuşdura bilib. Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verir, qara qəpik vermədən. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyəb edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər. Anar Məmmədov özü də qaynatası Qulam kişi ilə “Amazon” şirkətinin ofisində oturur. Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə… Dünyadaka baş verən geosiyasi proseslərə baxın, bizim yeni kadrlarımıza baxın. Bunlarnan sizcə hara qədər getmək olar? Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputatın biznes fəaliyyəti tam başqa mövzudur. Əl-qərəz, məsələ məhkəmədədir. Anar Məmmədovun qanunsuz fəaliyyəti, mülkləri, avtomobilləri, eyni zamanda, qeyd etdiyim özbaşınalığın məhkəmə müstəvisinə daşınması, məhkəmə prosesi: bir sözlə, geniş yazı gəlir…”

Səslənən ittihamlarla bağlı Anar Məmmədovun da fikirlərinə yer verməyə hazırıq.
 
 
 
Ardını oxu...
“Lerik Broyler” MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi başda olmaqla ətraf yaşayış məntəqələrində vəziyyəti dözülməz hala gətirib.

AzToday.az xəbər verir ki, deputat İqbal Məmmədova məxsus müəssisə illərdir tullantı mallarını sanitar normalara zidd qaydada yandıraraq üfünət iyinin yayılmasına səbəb olur.

Sakinlər dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Qida Təhlükəsizliyi agentliyinə şikayət etsələr də, heç bir ciddi tədbir görülməyib.

Şirkətin qanuni təmsilçisi İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlıdır.

 
Ardını oxu...
Bir il əvvəl Naxçıvan MR Mədəniyyət Nazirliyində ciddi yoxlamalar olub. Yoxlamaları Ali Məclis və MR Maliyyə Nazirliyi aparırıb.
Ovqat.com-a bu barədə məlumatı kod adı “Mədəni Qara Pişik” olan mənbəmiz verib.
Mədəni “Qara Pişiy”in iddiasına görə, ötən ilki yerli yoxlamalarda da xeyli saxtakarlıqlar aşkarlanıb. “Məsələn, musiqi məktəb müəllimlərinə əlavə dərs saatlarının yazılması kimi. Hansı ki, o dərs saatlarından ixtisas müəllimlərinin belə, xəbəri olmayıb. Bu yalançı dərslərə ritmika, üzündən oxu, konsertmeysterlik, müşayiət və s. kimi fənnlər daxildir. Hərəsinə 24 saat yazılaraq, külli miqdarda vəsait mənimsənilmişdi”, - mənbəmiz bildirir.
Araşdırmalar zamanı Mədəniyyət Nazirliyində xeyli bankomat kartının da aşkarlandığını bildirən həmsöhbətimiz bundan başqa, müəllimlərin dərsinə əlavə saatların yazılmasından tutmuş dərsə gəlməyən şagirlərə qədər bir çox saxtakarlıqların müəyyənləşdirildiyini bildirir: “Amma bu yoxlamaların nəticəsində yenə olan müəllimlərə oldu. Yoxlamalardan sonra müəyyənləşdirilən artıq dərslər silindi, büdcədən mədəniyyətə ayrılan vəsait xeyli azaldıldı. Yoxlamalarda aşkarlanan saxtakarlıqların fakturası bir neçə nəfərə kəsildi. Ötən ilki yoxlamar nəticəsində Musiqi kollecinin müdiri Günay Əliyeva, Mədəniyyət şöbəsinin müdiri Təranə Qasmova, Nazirliyin Aparat rəhbəri Leyla Əlimərdanova, Flarmoniyanin müdiri Səməd Əsgərov vəzifəsindən uzaqlaşdırıldı. Hər kəs gözləyirdi ki, bu cəza tədbirlərindən sonra Natəvan Qədimova lazımi dərslər çıxaracaq. Fəqət Nazirliyin rəhbərliyi yenə əvvəlki qazanclarını götürmək üçün başqa bir çarələr tapdı. Bu səfər müəllimlərin dərs saatı azaldıldı, yenə hər bir müəllimin üzərinə əlavə dərs saatları yazıldı və mənimsənildi”.
Bildirilir ki, Naxçıvan rəhbərliyi sözügedən yoxlamaları təkcə “kadr islahatları” ilə sonuclandırmayıb. Bəzi “struktur islahatları” da aparılıb. Təbii ki, Naxçıvanvari şəkildə. Məsələn, Musiqi kolleci Mədəniyyət Nazirliyindən alınıb Naxçıvan Dövlət Universitetinə verildi. Məqsəd guya, Musiqi kollecində təhsilin keyfiyyətini yüksəldib Konservatoriya səviyyəsinə qaldırmaq idi. Amma Vasif Talıbov həzrətləri deyəsən fərqində deyil ki, nəyisə hardansa kəsib başqa yerə yapışdırmaqla keyfiyyət dərəcəsini yüksəltmək mümkün deyil. Bu, sadəcə Həsənin adına Həsqo deməyə bənzəyir.
Yeri gəlmişkən, Musiqi kollecində aparılan yoxlamalar zamanı o da müəyyənləşdirilib ki, bu təhsil ocağında dərs deyən müəllimlərin heç birinin ali savadı yoxdur. Onlar sadəcə həmin kollecdə 7 il orta-ixtisas təhsil aldıqdan sonra elə eyni məktəbə müəllim vəzifəsinə işə götürülüblər. Belə deyək, şagird orta məktəbi bitirən kimi müəllimlik etmək hüququ qazanıb. Görünür, cənab “xan” həzrətləri kolecdəki bu biabırçılığı ört-basdır etmək üçün onu NDU-nun bir fakültəsinə çevirib ki, şagirdlər orta-ixtisas sertifikatı yox, ali məktəb diplomu alsın və bu biabırçılıq gözəgörünməz olsun.
Mənbəmizin iddiasına görə, ötən il ortaya çıxan bu saxtakarlığa baxmayaraq, Natəvan Qədimova hələ də öz vəzifəsinə davam edir: “Deyilənlərə görə, ondan “haqq”ını alıb vəzifəsində saxlayıblar. “Haqq”ın kimə çatdığını özünüz düşünün. Gəzən söz-söhbətlərə inansaq, Natəvan xanım ötənilki yoxlamalarda “Boz kardinal”a borclu qaldığından öz vəzifəsini qoruyur. Borcunu qaytardıqdan sonra onu təmtəraqla yola salacaqlar. Əgər bu informasiyalar doğrudursa, belə çıxır ki, hazırda mədəniyyət sahəsindən yığılan pullar Natəvan xanıma yox, “Boz kardinal” Azər Zeynalova gedir. Azər Zeynalov da təbii ki, o pulları tək xərcləmir. Böyük ehtimalla “qazanc”ının böyük hissəsini özündən yuxarıya ötürür”, - mənbəmiz qeyd edir.
Həmsöhbətimiz Natəvan xanımın hələ də nazir postunda oturmasını əsas gətirib soruşur: “Bəllidir ki, bu gün cənab sədr bir çox naziri ən müxtəlif bəhanələrlə işdən qovur. Bəs nəyə görə, Natəvan Qədimova adlı bu şəxsə bu qədər rüşvətin, saxtakarlığın aşkarlanmasına baxmayaraq, “gözünün üstündə qaşın var” deyən yoxdur. Natəvan xanımın arxasında kim var?”.
Ümidvarıq ki, mədəni “Qara Pişik”in bu haqlı suallarına Naxçıvan rəhbərliyi aydınlıq gətirəcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti