Ardını oxu...
“Hakimin fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib”

“Kimlərsə bu işlə bağlı tapşırıqlar verir, işimizə baxılmır”

Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.

Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.

Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.

2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.

Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.

10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.

Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
TEREF.AZ xəbər verir ki, Yenicag.az-a daxil olan məlumatda xəstəxana direktoru Rauf Yahyayevin vətəndaşı vurması və təhqir etməsi iddia edilir.

Bu ilin fevral ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlməkdədir.

Yahyayevin ilk qalmaqalı isə təyin edildikdən iki ay sonra, aprel ayında Mərkəzi xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

İddiaya görə, bu ilin 20 avqust tarixində Rauf Yahyayev Goranboy rayon Bolsulu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müarciətlərə Rauf Yahyayev tərəfindən imtina edilməsinə etiraz etməsi olub. Məlumata görə, Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq baş direktor R. Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğunu DİN-in 102-xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəsətxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında müalicə olunduğu vaxt həkimlərin səhv müalicə etmələri və bununla onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

İddia olunur ki, Rauf Yahyayevin həkim kimi vətəndaşı vurması ilk hal deyil. Belə ki, 2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsrət yetirib. Həmin hadisənin baş vermə səbəbi isə gözətçi Teymur Həsənovun Rauf Yayahayevə gecə vaxtı işçisi olan bir tibb bacısının evinə getməsinin yaxşı hal olmadığını deyərək, həkimin bu hərəkətinə etiraz etməsi olub.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla dava etdiyi də deyilir.

Ancaq bütün bunlara baxmayaraq, 2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi direktor təyin edəndə nədənsə onun şəxsi işini araşdırmayıb.

Saytımıza Goranboydan daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, Baş direktor Rauf Yahyayevin müxtəlif səbəblərə görə onun qəbuluna gələn vətəndaşları təhqir edərək, onlarla kobud davranmağı artıq adi hala çevrilib.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Rauf Yahyayevin vətəndaşı vurmasının video görüntüsünü sizə təqdim edirik:

 
Ardını oxu...
"Azərbaycan Reallığı" məlumat verən mənbə bildirir ki, keçmiş Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinin rəisi Cavid Qurbanova yaxınlığı ilə seçilən və onun təmtəraqlı şəkildə 60 illik yubileynin təşkilatçılarından olan Vəsilə Abdulava ölkəni tərk edib, səbəbi isə son dövrlər Cavid Qurbanovun vurulan kadrlarının barəsində hüquq-mühafizə orqanlarında araşdırma getdiyi üçün Vəsilə Abdulovaya muəyən güclər ölkəni tərk etməyi məsləhət görüb.
Ardını oxu...
Vəsilə Abdulova

"Azərbaycan Reallığı" xəbər verir ki, googlede axtarış verərkən Vəsilə xanım haqqında xeyli qaranlıq məqamlara rast gəlmək olur. O, Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində də olub. “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilib, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri olduğu iddia olnur.

Saytımıza danışan mənbə onun ölkədən kənardada mülklərin olduğun bildirir. Türkiyədə isə 4 otaqlı evi, Gürcüstanda isə şərikli biznesi olduğu deyilir.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım Cavid Qurbanovun dönəmində əldə etdiyi bildirilir.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı Vəsilə Abudalovla əlaqə saxlayıb, O hal-hazırda ölkədə olmadığını, xaricdə hansısa beynəlxalq tədbirdə olduğunu qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
 
 
 
Ardını oxu...
Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqal bitmək bilmir. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problem, təzyiq və təhdidlərin ardınca əlbir olduğu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqını məsələsinə iki aydır aidiyyəti qurumlar tərəfindən laqeydlik hökm sürür.

Nə Elm və Təhsil Nazirliyi, nə Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələnin həlli yollarına çözüm tapıb, nə də baş verən biabırçı olaya səbəbkar olan E..Zülfüqarov adına Şilyan kənd orta məkəbinin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya rəsmi qaydada xəbərdarlıq olunub.

Məsələ ictimailəşəndən və prokuroluğa qədər gedib çıxandan sonra isə məktəbdə durum daha kritik hal alıb.

Xatirə Əhmədovanın iddiasına görə hələ də məktəbin direktor əvəzi Ülkər Quliyeva və həyat yoldaşı, eks direktor Anar Quiyevin basqılarına məruz qalır. Ülkər Quliyeva məsələni media müstəvisinə çıxardıqları üçün Xatirə Əhmədovanı və digər müəllim yoldaşı Səkinə Hüseynovanı sözün əsl mənasında “gözüm çıxdıya”salıb.

Bütün bunlar azmış kimi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov da hər iki müəllimi qəbuluna çağıraraq, məsələni çözmək əvəzinə onları işdən çıxarmaqla hədələyib.

Bu barədə açıqlamanı Bizim.Media-ya Xatirə Əhmədova və Səkinə Hüseynova verib.

Dediklərinə görə Elçin Kərimov onların şikayət və tələblərini dinləməyib, əksinə işdən çxarılacaqları ilə qorxudub:

“Bilirsiz ki, sözügedən olayla bağlı oktyabrın 22-də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Yəqin həmin müraciətlə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov bizi qəbula çağırmışdı. Ilk sözü belə oldu ki, istənilən məktəbin direktorunu və müəllimini işdən atmaq səlahiyyəti var. Çox əsəbi və qərəzli şəkildə danışdı. Ümumiyyətlə bizi dinləmədi. Halbuki ora sevinə-sevinə getmişdik ki, nəhayət məsələmizə baxılacaq. Hər şeyi bir kənara qoyub, məsələni mediada niyə ictimailəşdirmişik deyə sorğuya çəkdi. Açıq təhdid etdi ki, media mənə heç nə edə bilməz və istənilən vaxt bizi işdən ata bilər.

Yanındakı Emil adlı şəxs isə qərəzli şəkildə mediaya çıxmağın cinayət işi olduğunu bildiridi. Bizə olan bu münasibətdən hiss etdik ki, Elçin Kərimov elə qarşı tərəfi müdafiə edir. Çünki bizdən əvvəl Ülkər Quliyeva və həyat yoldaşını qəbul etmişdi. “Gedin, direktorla barışın, başınızı aşağı salın və işinizi görün” deyə bildirdi. Heç nə deyə bilmədik. Sadəcə çıxanda onu dedim ki, “o zaman Ülkər Quliyeva və həyat yoldaşı Anar Quliyevə deyin, məndən əl çəksinlər. Söz atmasınlar və təxribat yaratmasınlar. Yəni Ülkər Quliyeva işləyə bilirsə işləsin, yoxsa həyat yoldaşı orada bizə idarəçilik etməsin”.

Xatirə Əhmədovanın sözlərinə görə Elçin Kərimovun davranışından belə çıxıb ki, guya biz qərəzliyik və direktoru eqomuz götürmür:

“Halbuki həmin məktəbin 16 ilik müəllimiyəm. Üçüncü direktordur ki, dəyişib. Niyə mənim başqa direktorlarla problemim olmayıb? Demək ki, bu adam idarə edə bilmir və valideyni üstümüzə hucuma göndərən də odur. Bir qızım və oğlum var. Qızımı Elşən Abdulovun qorxusundan Bakıya oxumağa göndərmişəm. O, məni qızımla hədələyirdi. Ona görə uzaqlaşdırdım ki, nə olursa, özümə olsun. Deyirlər ki, barış. Qolumdan tutub katibənin otağına sürüyən Göyçay sakinini, başıma bu işləri gətirən direktoru, həyatımı zindana çevirən Elşən Abdulovu necə bağışlayım? Bəs uşaqlarımın gözü qarşısında alçalmağım? Mənə dəyən maddi və mənəvi ziyan, itirdiyim sağlamlığım?”

Xatirə Əhmədovanın iddiası ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə yarada bilmədik.

Qeyd edək ki, məktəbə basqında Xatirə Əhmədovanın sinifdən çıxarılmasından sonra müəllim yoldaşı Səkinə Hüseynova qorxub ağlayan ibtidailərin görüntülərini çəkdiyinə görə məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən töhmət alıb. Səkinə Hüseynova isə töhmətin saxta imzalardan ibarət olduğunu iddia edir.

Elçin Kərimov sadəcə müəllimlərə həmin töhmət məsələsinin araşdırılacağını bildirib. Xatirə Əhmədova onu da əlavə edib ki, məsələ ilə bağlı oktyabrın 18-də Kürdəmir Rayon prokurorluğuna müraciət edib. Rayon prokurorluğundan şikayətnin müraciətinə hər hansı cavab gəlməyib.

Bildirilib ki, iş Kürdəmir Rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, oktyabrın 14-də Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində ibtidai siniflərdən birində qorxulu anların yaşandığını və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik. Yazıda adı keçən qurum və rəsmilərin mövqeyini dərc etməyə hazırıq.
Bizim.Media

Ardını oxu...
Penitensiar Xidmətin 1- saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mütəllimzadə Məhəmməd Yusif oğlunu ziyarət etməyə gedən həyat yoldaşı Əliyeva Cəbərut Marif qızı 08.12.2022-ci il tarixdə yoldaşı ilə görüş ala bilmir

"Azərbaycan Reallığı"na muraciət edən Cəbərut Əliyeva iddia edir ki, görüşə gələn digər şəxslərin asanlıqla görüşə keçdiyini görür.

Baş verənlərlə bağlı, C.Əliyeva yaxınlaşır məlumat otağına, otaqda xidmət aparan Ədliyyə əməkdaşına bildirir ki, siz məni bununla neçə dəfədir ki, süründürürsünüz. Ədliyyə əməkdaşı qadına bildirir ki, biz görüşünüz üçün lazımı sənədləri hazırlayıb icazəsini ala bilmirik. Buna səbəb Karol rəisi icazəni vermir. Deyə bildirir.

Qadın Karol rəisinə yaxınlaşır hansı səbəbdən həyat yoldaşı ilə görüş ala bilmədiyini soruşur. Karol rəisi qadına təəccüblə baxaraq mən sizi ilk dəfədir görürəm bu məsələdən heç xəbərim yoxdur. Elə bu zaman Görüşə nəzarət edən Bəhram adlı əməkdaş təsadüfən gözə görünür.

"KAROL" rəisi Bəhramı yanına çağırır, mənim niyə adımdan istifadə olunur sualına Bəhram cavab vermək əvəzinə qadının qolundan yapışaraq güc tətbiq etməklə bayıra zorla çıxarır. Baş verənləri özünə təhqir kimi bilən C.Əliyeva rəislə görüş istəyir. Ancaq qadının bu istəyinə reaksiya verən olmur. Çarəsizlikdən Qadın özünə qəsd etmək qərarına gəlir.Yaxınlıqdakı mağazadan lambıçqa alaraq geri görüş yerinə dönür. Ədliyyə əməkdaşlarının gözü önündə lambıçqanı sındıraraq özünə xəsarət yetirəcəyini dilə gətirir.

Dəfələrlə bildirir ki, məni Penitensiar Xidmətin 1 -saylı Cəza Çəkmə Müəssəsinin rəis Emin Həsənovla görüşdürün. Əks halda özümü burada öldürəcəm. Xidmət əməldaşları tərəfindən Nə bilirsən onuda elə cavabı alanda qadın sağ qolunu əlindəki şüşə parçası ilə doğrayır. Bu zaman xidmət aparan əməkdaşlardan bir nəfər qadına yaxınlaşır. C. Əliyevanı sakitləşdirərək söz verir ki, görüş alınmasada həyat yoldaşınız sizə zəng edəcək.

Ancaq deyilənlərə əməl olunmur. Əksinə məhkumu ağır cəza növü ilə cəzalandıraraq günahı olmadan karsa salıblar. C.Əliyeva onuda bildirir ki, bucür öz başınalıqa dəfələrlə rastlaşıb.

Hətta onuda qeyd edir ki, 12.10.2022-ci il tarixdə məhkumun yanına görüşə gələn zaman Çingiz adlı Nəzarətçi tərəfindən mobil telefon nömrəmin istəməsi yalan olmadı ki, mətbuata çıxan zaman Ədliyyə Nazirliyindən reaksiya verilərək sözü gedən şəxsin işdən azad edildiyi bildirildi.

Bu gündə bizim ailəyə bu haqsızlıq təkrarlanaraq davam edir. Gənc ailə olaraq Ədliyyə Naziri Fikrət Məmmədov canablarından xahiş edirik ki, müraciətimizi nəzərə alaraq tapdalanmış hüquqlarımızın bərpası üçün göstəriş versin. deyə sonda Cəbərut Əliyeva bildirir.

"Azərbaycan Reallığı"


 

Ardını oxu...
Samux rayonunun Aşağı Ağasıbəyli kənd sakinləri əkin sahələrini suvara bilmirlər. DİA.AZ bildirir ki, bu barədə sakinlər şikayətlərində qeyd edirlər.

Xüsusilə qış aylarında əkin sahələrinin suvarılması ilə bağlı problem yaşayan sakinlər aidiyyatı qurumların bəhanələr gətirərək kömək etmədiyini deyirlər.
Sakinlər şəxsi hesablarına artezian quyusu vurdursalar da, quyulardan istifadə edə bilmirlər.

Yeni artezian quyusunun heç bir qurumun tabeliyində olmadığı deyilir. Rəsmi qurumlar iradlarla razılaşmır.
Samux Suvarma sistemləri İdarəsinin rəsmisi Sahil Allahverdiyev problemi təkzib edir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Lənkəran rayonu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Doğrudur, sakinlər arasında heç də yeni deyil, amma yayımlayacağımız xəbər oxucularımızı şoka salacaq.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov rayon sakinlərinə zülm etməklə, bir növ əhalini dövlətdən narazı salmağa çalışır. İllərdir icra başçısı kürsünü zəbt edən və rayonda tender maxinasiyaları ilə iz buraxan şəxs dövlət qurumları tərəfindən məharətlə sığortalanır. Maraqlıdır, rayon rəhbəri hansı metotdan istifadə edir ki, rahat şəkildə bütcəni talayır.
GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olub ki, T. Qaraşovun qara işlərini məhz şəxsi köməkçisi Elnur Hüseynov icra edir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxaladı.
Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçildi.
Əfsüslər olsun ki, belə bir cinayət işindən rayon icra başçısı
kənar qaldı. Məlumat üçün bildiririk ki, rayonda yüksək səviyyəli korrupsiya halları bir başa icra başçısı səviyyəsində razılaşdırılır. Adından da bəllidir ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tabeçilik baxımından kimə və kimlərə tabedir. Mənbəmiz iddia edir ki, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Adil oğlu Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Araşdırmalarımız davam edir.

GündemXeber.az
Ardını oxu...
Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Sədri Famil Mustafayeva açıq məktub:

"Hörmətli Famil müəllim!

AAK-a rəhbərlik etdiyiniz müddətdən etibarən saxta dissertasiya müdafiə etmək istəyənlərin xeyli qarşısı alınıb. Amma bütün bu neqativ hallara qarşı mübarizə aparılmağına baxmayaraq, yenədə saxtakarlığa cəhd edənlər tapılır.

Belə saxtakarlardan biri də Azərbaycan Texnologiya Universitetində dekan işləyən Hacıyev Rövşəndir. Rövşən Hacıyev təqribən il yarım öncə ADAU- da elmlər doktoru dissertasiyasının ilkin müzakirəsini keçirib və növbəti mərhələyə buraxılmaq üçün sənədləri AAK-a göndərmışdir, lakin dissertasiya plaqiat olduğu üçün AAK-da ilişib qalıb.

Əvvəlki dövrlər olsaydı Rövşən Hacıyev artıq çoxdan elmlər doktoru alimlik dərəcəsi adını almışdır. Aydındır ki, R.Hacıyev bu gündə yollar axtarır ki, AAK tərəfindən vurulmuş dissertasiyani yenidən dirçəltsin.

Rövşən Hacıyev Azərbaycan Neft və Kimya İnstitutunu bitirib,uzun müddət kömrük orqanlarında çalışıb, rüşvətxorluğa görə kömrük orqanlarından qovulduqdan sonra Texnologiya Universitetində işə düzəlib. Bir müddətdən sonra Rövşən Hacıyev Universitetin sabiq rektoru Akif Süleymanova 20 min manat rüşvət verərək «Avtomatoka, Telekommunikasiya və İnformatika «fakültəsinə dekan «seçilib» .

Kömrük orqanlarından və Universitetdən rüşvət formasında yığdığı haram pulları ADAU- da fəaliyyət göstərən dissertasiya şurasının katibi fırıldağçı Qabil Məmmədova verərək özünə saxta dissertasiya yazdırıb.

Ən maraqlısı odur ki, Neft və Kimya institutunu bitirən , universitetdə kompüter Texnkasından dərs deyən Rövşən Hacıyev tamamilə ona yad olan sahədən , fermalarda broyler toyuqların yetişdirilməsində havalandırma və işıqlandırma məsələlərinin həllindən elmlər doktoru dissertasiyası müdafiə etmək istəyir.

Bu fırıldaqçıdan soruşmaq lazımdır ki, ilk dəfə xaricdə yüksək texnologiyalar vasitəsilə və sonralar Azərbaycanda xarici texnologiyaların tətbiqi ilə yetişdirilən broyler toyuqların daha innovativ texnologiyalarla yetişdirilməsində keçmiş kömrük işçisi olan və kompyuter mühəndisliyi fənnindən tələbələrə dərs keçən, hal-hazırda Texnologiya Universitetinin dekanı işləyən Rövşən Hacıyev xarici texnologiyalarda mövcud olan hansı problemi həll edib?

Nəhayət, quşçuluq üzrə « mütəxəssis» olan bu adam broyler toyuqların yetişdirilməsində hansı elmi yeniliyi edib? Görəsən Respublikamızda fəaliyyət göstərən fermaların hansında O, 4-5 il əvvəl başladığı disdertasiya işində həll etdiyi problemin nəticələrini tətbiq edib.

Rövşən Hacıyev heç vaxt məşğul olmadığı, bilmədiyi elm sahəsindən 4-5 il müddətinə elimlər doktoru dissertasiyasını necə müdafiə edə bilər? hansı ki, o, fəlsəfə doktoru disdertasiyasını 10 ilə müdafiə edib.

Görəsən Rövşən Hacıyev niyə oxuduğu, bildiyi ixtisasdan yox, tamamilə ona yad olan sahədən dissertasiya müdafiə etmək istəyir, yoxsa o ixtisaslar üzrə heç bir problem yoxdur?

Cənab Sədr, inanırıq ki, AAK heç vaxt R.Hacıyev kimi fırıldaqçıya imkan verməz ki, öz çirkin niyyətini həyata keçirsin”.
Hurriyyet.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az
 
 
 
Ardını oxu...
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru ilə vətəndaş arasında insident baş verib.

Yenicag.az-a daxil olan məlumatda xəstəxana direktoru Rauf Yahyayevin vətəndaşı vurması və təhqir etməsi iddia edilir.

Bu ilin fevral ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlməkdədir.

Yahyayevin ilk qalmaqalı isə təyin edildikdən iki ay sonra, aprel ayında Mərkəzi xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

İddiaya görə, bu ilin 20 avqust tarixində Rauf Yahyayev Goranboy rayon Bolsulu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müarciətlərə Rauf Yahyayev tərəfindən imtina edilməsinə etiraz etməsi olub. Məlumata görə, Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq baş direktor R. Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğunu DİN-in 102-xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəsətxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında müalicə olunduğu vaxt həkimlərin səhv müalicə etmələri və bununla onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

İddia olunur ki, Rauf Yahyayevin həkim kimi vətəndaşı vurması ilk hal deyil. Belə ki, 2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsrət yetirib. Həmin hadisənin baş vermə səbəbi isə gözətçi Teymur Həsənovun Rauf Yayahayevə gecə vaxtı işçisi olan bir tibb bacısının evinə getməsinin yaxşı hal olmadığını deyərək, həkimin bu hərəkətinə etiraz etməsi olub.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla dava etdiyi də deyilir.

Ancaq bütün bunlara baxmayaraq, 2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi direktor təyin edəndə nədənsə onun şəxsi işini araşdırmayıb.

Saytımıza Goranboydan daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, Baş direktor Rauf Yahyayevin müxtəlif səbəblərə görə onun qəbuluna gələn vətəndaşları təhqir edərək, onlarla kobud davranmağı artıq adi hala çevrilib.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...
2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır.

Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, onun “Lexus lx 570” markalı avtomobilini addan ada keçirmək üçün A.Leysanovun idarəsində 1500 manat pul alıblar. Halbuki, belə qeydiyyata görə 200 manat dövlət rüsumu tələb olunur. Ziya Muradov adlı başqa bir vətəndaş isə cəmi 1200 manata aldığı ucuz maşına görə ondan çox pul istənildiyini bildirib. Etiraz etdikdə isə, ona deyiblər ki, gedib bankda maşına qiymət təyin etdirib sonra gəlsin. Maraqlıdır, görəsən gün ərzində İdarədə rəsmiləşdirilən bütün avtomobillərin qiynmətləndirilməsi tələb olunur? Əlbəttə ki, yox! Bu, heç fiziki cəhətdən də mümkün deyil. Kimlər ki, “quzu balası kimi” A.Leysanovun “qılıncının altından keçir”, onlardan puldan başqa heç nə tələb olunmur.

İdarənin bütün sektorlarında rüşvətxorluq baş alıb gedir. İşi düşən vətəndaşlardan hər addımda pul istəyirlər. Ərizə yazılması, notariat, texniki baxış, avtomobilin texniki pasportunun dəyişdirilməsi və başqa prosedur əməliyyatlarının keçirildiyi hər pəncərənin öz qiyməti var – 10 manat, 20 manat, 50 manat və s. Vətəndaş burada sanki rüşvət tələblərinin leysan yağışının altına düşür. Rəis A.Leysanov isə kabinetindəki böyük ölçülü plazma tipli monitorda bütün sektorlarda baş verənləri müşahidə edir, kimin kimdən nə aldığını görür, bircə detal belə nəzərindən qaçmır. Çünki monitorun özü də sektorlara bölünüb.

İncidilən, yüksək rüşvət tələb olunan avtomobil sahiblərindən birini müşayiət edərək A.Leysanovun qəbuluna düşməyə müvəffəq olduq. Ona xatırlatdıq ki, daşıdığı soyada hörmətimiz var, atası da ziyalı adamlara, qələm əhlinə hörmətlə yanaşıb. Ümid edirdik ki, bu xatırlatmanı eşitcək, ürəyi yumşalar. Ancaq çifayda, ondan eşitdiyimiz sözlər bizi şoka saldı: “Bilirsiz, mənim atam da iş görən, səxavətli kişi olub, qazandığından xərcləyən olub, pul verən olub. Siz də pulunuzu verin, işinizi gördürün”.

Dünyapress TV

Xəbər lenti