Ardını oxu...
DİA.AZ: - Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"2006-cı ildə xəstəliklə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan ikinci qrup əlil kimi pensiya alıram. Beş il tamam olduğuna görə yenidən əlilliyimin bərpası üçün TSEK-ə rəsmləşdirilən göndərişlərə imtina verilir. Əvvəlki imtinaların səbəbi kimidə göndərişin natamam doldurulması göstərilirdi. Sonuncu imtinaların səbəbi kimi natamam doldurulma göstərilsədə “Həkimin rəyi: Xəstənin əsas diaqnozu ağırlaşması əlillik dərəcəsinin təyinində reyester məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır” yazılıb.

Verilmiş bu əsasız imtinalara görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin şəxsən qəbulunda olmuşam. Mənim Əlilliyimin obyektiv müəyən olunması üçün Zaur Əliyevdən köməklik etməsini şəxsən xahiş etmişəm. Zaur Əliyevin ciddi tapşırığından sonra məni Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müayinə olundum və həmin dispanser tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndəriş rəsmləşdirildi. Lakin bir neçə gündən sonra məlum oldu ki, imtina verilib və səbəb kimidə göstərilib ki, “İxtisaslı həkim müyinəsinə və müalicəsinə ehtiyac olması”.

Mən Göyçay Rayon Mərkəzi Xəstəxanasından yenidən göndəriş alaraq Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən bir saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra 21 gündə stasionar müalicə almışam. Bundan sonra Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən mənə yenidən forma 88 tərtib olunaraq göndəriş rəsmləşdirilib. Lakin yenədə imtina verildi. Bu dəfədə imtinada “Aktiv sürücülük vəsiqəsinin olması göstərilib.

Bundan sonra Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri dispanserinin baş həkimi tərəfindən rəsmi qaydada sürücülük vəsiqəsinin ləğv olunması üçün Yevlax şəhərində yerləşən Yevlax RQİ və TBŞ-nin rəisi polis polkovnik-leytenantı Cavanşir Vəliyevə rəsmi qaydada məktub göndərdi. 28.11.2-22-ci il tarixində Yevlax RQİ və TBŞ-nin rəisi tərəfindən rəsmi qaydada Mingəçevir Ruhi-Əsəb Dispanserinin baş həkimi Şəmsinur Hüseynovaya cavab verilib. Həmin məktubuda bu ərizəmə əlavə edərim. Bu məktubda göstərilib ki, “Göyçay rayon Potu kəndində yaşayan Səlimov Ağalar İlyas oğlu barəsində 24.11.2022-ci il tarixli 691 nömrəli məktubunuzda göstərilmiş məlumatlar nəzərə alınaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin V hissəsinin 3-cü bəndinin tələbinə əsasən Ağalar Səlimovun xəstəliyi müalicə olunanadək və ya fiziki qüsurları aradan qaldılıanadək onun sürücülük vəsiqəsi yararsız hesab olunmuşdur və bununla bağlı DİN-in Baş dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.”

30 noyabr 2022-ci il tarixində əlilliyin müəyyən olunması üçün rəsmləşdirilən göndərişə yenidən imtina verilib və imtinada yenədə aktiv sürücülük vəsiqəsinin olması göstərilib.

Əlilliyin müəyyən olunması üçün rəsmləşdirilmiş göndərişə “Aktiv sürücülük vəsiqəsinin olması” səbəbi ilə imtina verən həkimlərin verdiyi qərar qanunsuz və əsasızdır. Eyni zamanda bu qərarı verən həkimlər qanunla cinayət məsuliyyəti daşıyırlar. Ona görə ki, onların verdiyi bu qərarla dövlət orqanının adından istifadə edərək saxtakarlıq edirlər. Mənim sürücülük vəsiqəm ləğv edilib və bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat edildiyi halda aktiv sürücülük vəsiqəsinin olması məlumatını TSEK-in həkimlər hardan alırlar?.

15 illik polis orqanlarında işlədiyim staj, 3 il texnikom oxumuşam və bu xəstəliyimə görə stajımıda, diplomumuda əlimdən aldılar. Özümüdə işdən azad ediblər. Deyirlər ki, «xəstəsən, işləməyə yaramırsan». Ona görədə sağlamlıq haqqında arayış vermədilər. Bir sürücülük vəsiqəm qalmışdı onuda ləğv etdilər. Özümdə əsəb xəstəsi və yüksək şəkəri diabeti olan adamam. Bilmirəm nə edim. İynə dərman almağada pulum yoxdur. Dövlətin mənə verdiyi bir şəxsiyyət vəsiqəsi qalıb. Diplom yararsız, staj yararsız, sürücülük vəsiqəsi yararsız, hərbi biletim yaşım keçib. Oda nəyəsə yaramır. Qalıb tək şəxsiyyət vəsiqəm. Əlilliyimdə təyin olunmur. Müxtəlif bəhanələr. Baxarıq, görərik, o qalıb, bu qalıb. Düz iki ilə yaxındır borcla yaşayıram. Aldığım iynə dərmanlar borca götürürəm. Artıq borca görə apteklərdə mənə iynə, dərman vermir

Hörmətli cənab Prezident, mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və saxta sənəd əsasında vəzifələrindən sui-istifadə edən TSEK-in həkimləri barəsində ciddi tədbir görülməsinə və əlilliyin təyin olunması üçün rəsmləşdirilmiş forma 88-ə obyektiv qərar verilməsinə köməklik edəsiniz".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyevi yaxından tanıyanlar bilir ki, o konkret olaraq heç bir tenderdə iştirak etmir, daha doğrusu, buna onun savadı, təhsili, bacarığı çatmır, qabiliyyəti çatmır. Tenderdə iştirak etmək üçün iş bacarığı olan qrupun, maliyyə və iqtisadi məsələlər üzrə savadlı işçilərin olmalıdır. Amma tanıyanlar bilir ki, Müqayis Verdiyevin heç düz-əməlli 5-ci sinif təhsili də yoxdur. Bu adamın harada oxuması, hansı ixtisas üzrə təhsil alması da bəlli deyil. Amma adamları şantaj etməyi, təhdid etməyi, hədə-qorxu gəlməyi əla bacarır. Bəli, bu adamın sevimli şüarları var. Onlardan biri odur ki, vəzifəli adamlara deyir ki....
Sizin mənə pulunuz-paranız lazım deyil....Elə sizin yanınızda dayanmaq mənim üçün böyük şərəfdir... Və beləcə Müqayis Verdiyev vəzifə sahiblərinin yanında özünə yer edəndən sonra caynaqlarını işə salaraq, qarşısındakını təhdid etməyə, şantaj etməyə, şərləməyə, böhtan atmağa başlayır... Atalar demişkən, “Özümə yer eləyim, gör sənə...”
Bu adam təkcə özü yox, yaxın dostlarını da bu ŞANTAJ ŞƏBƏKƏSİNƏ qoşa bilib. Bu adamın xüsusiyyətlərindən biri də özünü yazıq, məzlum göstərmək, sızlamaq, ağlamaqdır ki...kimlərsə ona kömək etsin... Müqayis Verdiyev hər yerdə deyir ki, mənim arxamda yüksək vəzifəli şəxslər dayanır, kimdən nəyi istəsəm ala bilərəm...
Müqayis Verdiyev təkcə oturub-durduğu aşağıları deyil e, hətta yuxarıları da şantaj edə bilir... Və deyir ki, mən hesablaşdığım, məsləhət aldığım şəxslər var ki, hər ay onların pulunu, haqqını verirəm... Bu adam hətta müəyyən dərəcədə siyasiləşmiş şantajçıdır.
Belə ki, müxalif yönümlü mətbuat nümayəndələri ilə hər ay görüşərək onları maliyyələşdirir. Kimlərləsə hər hansı bir mübahisəsi olduqda həmin şəxsi ictimailəşdirərək mediada ifşa etməyə çalışır. Bu adamın hətta falabaxmağı, səsdinləməsi, kimlərəsə gizli qulaq asması da var. Ağlınıza müasir dinləmə aparatı-zadı gəlməsin ee...
Yox, Müqayis Verdiyev vəzifəli şəxslərin kimlərləsə danışığını az qala nöqtəsinə, vergülünə qədər deyə bilir. Deyir uşaq vaxtı mənə vergi verilib... Hələ Müqayis Verdiyevin başqa macəralarından danışımırıq. Bu yaxınlarda bir nəfərdən külli miqdarda pul alaraq ona obyekt tikmək üçün icazə də verib. Sonra isə aidiyyatı qurumlar bu məsələ ilə məşğul olduqda bəlli olur ki, Müqayis Verdiyevin verdiyi icazə sənədsiz və qanunsuz imiş. Hətta bəzi rayonlarda ticarət obyekti məqsədi ilə qapılar açmaqla da məşğuldur. Yəni icra hakimiyyətinin icazəsi olmadan...
Bir sözlə, bu qanunsuz əməllərinə görə, yaxın zamanda Müqayis Verdiyevi bağlı qapılar gözləyir... Onu yaxından tanıyanların dediyinə görə, heç bir təhsili olmayan Müqayis Verdiyev bir zaman zavod direktoru Oruc Məmmədovun yanında işləyərkən “stolba”, yəni sütun alveri ilə məşğul olub. Və bu yolla icra başçıları ilə əlaqə quraraq onlarla münasibət yarada bilib. Və sonradan onları şantaj etməklə pullar qazanıb.
Sözün qısası, dəfələrlə həbs olunan, amma islah olunmayan Müqayis Verdiyev köhnə əməllərindən əl çəkmir. Atalar demişkən, su sənəyi suda sınar. Deyəsən, Müqayis Verdiyevin vaxtı çatıb, yəni yenidən həbs olunmaq ərəfəsindədir.
Məlumat üçün onu qeyd edək ki, Verdiyev Müqayis Cəmil oğlu 15.12.1955-ci il təvəllüdlü, Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. M.C.Verdiyev Bakı Şəhər Məhkəməsinin 24.01.2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; Rüşvət alma bir qrup şəxs tərəfindən qabaqcadan sövdələşmə əsasında edildikdə və ya dəfələrlə və ya hədə qorxu tədbiq olunmaqla edildikdə, yaxud külli miqdarda rüşvət alındıqda; Mənimsəmə; Vəzifə saxtakarlığı; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə). Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 30.12.2002-ci il tarixli hökmü əsasında AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə; Balıq və digər su bioresurslarının qanunsuz tututlması şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə; Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04.02.2015-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 05 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə; Mənimsəmə və ya israf etmə kulli miqdarda törədildikdə; Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə və Hökmlərin məcmusu üzrə cəza təyin etmə). Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı ilə 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Dələduzluq kulli miqdarda ziyan vurmaqla törədildikdə; Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi; Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə).
Şantajçı, hal-hazırda Hüquq Mühafizə Orqanlarında hədə-qorxu ilə pul tələbetmə maddəsi ilə istintaqı aparılan Müqayis Verdiyevə bir məsləhət verərdik. Hal-hazırda 10-HU-029 ağ rəngdə CL Mersedes markalı avtomobilin kimin adına olması çox maraqlıdır. Amma kişi pul da qazanar, maşın da sürər. Amma Müqayis Verdiyev bilirsən bu əmmaların arxasında nələr durur? Bu haqda növbəti sayımızda.
Bir xatırlatma da etmək istərdik ki, Müqayis Verdiyev Muzdlu mirzələrinə de ki, bu yaxınlarda istintaq orqanlarında verəcəkləri ifadələrə diqqət yetirsinlər, çünki sən istər jurnalistdən , istər məmurdan öz xeyrin üçün istifadə edirmişsən. Həmin mirzələr də bilməlidir ki, sənin həbsindən sonra kimdən təlimat alacaqlar? Axı, bilirsən ki, artıq vəziyyətin o həddə çatıb ki, haqqında həbs qəti imkan tədbiri seçilə bilər. İstintaqdan yayınmaq, İstintaq Orqanlarının çağırışına getməmək birbaşa cinayəti təsdiq etmək kimi qəbul olunur. Bu azmış kimi "Cəhənnəmə gedən özünə yoldaş axtarır" devizindən istifadə edirsən. Edilən yaxşılıqları itirmək heç kimə yaraşmaz. Hətta, İcra Hakimiyyətlərində işləyən səlahiyyətli şəxsləri biri-birinə qarşı qoymaqdan belə çəkinmirsən.
P.S. Yaxşı ki, zamanında işimizi etibarlı tutmuşuq. 
//gundelik-baku.com//
Ardını oxu...
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.

TEREF.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubaya köçməsi təsadüfi deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, əsasən də London, Dubay və Türkiyəyə olub.

Mərhum nazir Yavər Camalovun dövründə müavin postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.

Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan Londona, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.

63 yaşlı nazir müavini Yəhya Musayev isə Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da Bakıya qayıdıb.

Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var.

Qeyd edək ki, Zemfira Musayeva külli miqdarda pulla ölkəni tərk edib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
TEREF.AZ Paytaxt.org-a istinadla xəbər verir ki, Zərdab rayonunda yaşayan adının çəkilməyin istəməyən ziyalımız, yanında xüsusi “çətirtutan” gəzdirən ica başçı Mərdan Camalovla bağlı iddialı çıxış edərək toplamış fotoları saytın elektron ünvanına göndərib.
Zərdab sakini bildirib ki, özünü xan zənn edən icra başçısı Mərdan Camalov çox sayda saxta tenderləri əldə edərək və rayonu təpədən, dırnağa qədər talamaqla yanaşı icra hakimiyyətinində “çətirtutan” ştatı da açıb. Görünür, Zərdabı rayonu icra hakimiyyətində və ara-sıra sakinlərlə görüşündə eləcədə digər tədbirlərdə “çətirtutan”a xüsusi ehtiyac duyan M.Camalov özünü prezidentdən üstün tutmasını nümayiş etdirir.

Bildirək ki, dövlət başçısı cənab İlham Əliyev prezident olmağına baxmayaraq sadalik nümayiş etdirib, özünü kral və ya sultan hesab etməyərək çətirini özü daşıyır, amma icra başçı M.Camalov Zərdabda özünü xan elan edərək bu azmış kimi onlarla 20 manatlıq MMC -lərlə bütün tendərləri əldə etməsini hələ demirik. Xülasə deyilənlərə görə Zərdabda göydə uçan quş, yerdə gəzən bütün canlılar Camalovdan xəbərsiz nəfəs ala bilməz.

Mərdan Camalovun “çətirtutan”ının fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ardını oxu...
Xəbər verildiyi kimi dekabrın 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Buna səbəb isə müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edildiyi göstərilir.

Qeyd edək ki, Dövlət Xidmətinin yaydığı məlumatda son dövrlər mətbuatın gündəmindən düşməyən onlarla şirkətin adı çəkilir. Hansı ki, elə mətbuatda Dövlət Xidmətinin adlarını hallandırdığı MMC-lərin dövlət məmurlarına ya dolayısı ilə, ya da birbaşa bağlılığı barədə konkret faktların olduğu barədə məlumatlar açıqlanıb. Amma nədənsə Dövlət Xidməti satınalmaların dövlət qurumları tərəfindən deyil, sahibkarlar tərəfindən saxtalaşdırıldığını ortaya çıxarıb.

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yayılmış bu xəbərdən sonra Aktualinfo.org-a tamamilə fərqli məlumatlar daxil olub. Belə ki, verilən məlumatllarda satınalmaların çoxunun dövlət qurumları ilə sahibkarların əvvəlcədən razılaşmaları əsasında keçirildiyi bildirilir. Buna sübut kimi isə illərdir fəaliyyət göstərən, maddi texniki bazaları olan şirkətlərin satınalmalarda iştirakının müşkülə çevrilməsi, amma yeni dövlət qeydiyyayına alınmış bir nəfərə məxsus şirkətlərin bir neçə ay ərzində onlarla satınalmaların qalibi olması göstərilir. Bununla bağlı son diqqət çəkən MMC-nin fəaliyyətini araşdırdıq.

Şəmkir rayon İcra Hakimiyyəti başçısını Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri işlərinin satın alınması üzrə keçirdiyi kotirovka sorğularının nəticələri dekabrın 23-də açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə nümayəndəlik “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32 857.8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, MMC satınalmalarda iştirak etmək üçün heç bir kriteriyaya cavab vermir. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə isə ümumiyyətlə uyğun gəlmir. Belə ki, MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, ixtisas göstəricilərini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını təsdiqləyən heç bir məlumat yoxdur. Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə sözügedən MMC son səkkiz ayda ayrı-ayrı dövlət qurumları tərəfindən keçirilmiş 13 müsabiqənin qalibi olub. Ümumi olaraq 484 439 manat məbləğində dövlət sifarişi alıb. Kimə məxsusdur bu MMC?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 26.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, N. NƏRİMANOV, ev 5D, qanuni təmsilçisinin isə Ağayev Mirkamal Əhməd oğlu olduğu göstərilir.

MMC Şəmkir rayonunda fərdi yaşayış evlərinin damlarının cari təmiri, Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri, Biləsuvarda yaşayış binalarının əsaslı təmiri işləri, Beyləqanda mənzil fondunun əsaslı təmiri, Bərdədə qeyri yaşayış binalarının əsaslı təmiri, Lənkəranda Reabilitasiya Mərkəzinin inzibati binasında cari təmir, Gədəbəydə xəstəxananın tikili və avadanlıqların cari təmiri, Ağsu xəstəxanasında sair torpaq, tikili və avadanlıqların cari təmir işləri kimi müsabiqələrin qalibi olub. Bəs bu MMC adıçəkilən rayonlarda aldığı sifarişləri necə həyata keçirir? Bir birindən yüz kilometrlərlə aralı olan bu rayonlarda iş görməyə MMC-nin maddi texniki bazası varmı? Həmin işləri rayonlarda, yerli sahibkarlar həyata keçirə bilməzmi? Qeyd etdiyimiz kimi texniki imkanları və işçi qüvvəsi olmayan MMC-nin qalib olması satınalmalarda qiymətlərin şişirdilməsi üçündür.

Əldə etdiyimiz məlumatlara görə MMC rəhbərləyi kotirovka sorğusunu keçirən dövlət qurumu ilə əvvəlcədən danışığa gedir. Rayonlarda yaşayış binalarının, evlərin damlarının, mənzil fondunun təmiri işləri demək olar ki, aparılmır. Aparılsa da kosmetik işlər görülür. Vəsaitlərin müəyyən hissəsi “otkat” olaraq qaytarılır. Qalan vəsaitə kosmetik işləri görmək üçün hər rayonda kifayət qədər günəmuzd işləyən fəhlə tapmaq mümkündür. MMC rəhbərliyi də dövlət sifarişlərini məhz bu üsulla həyata keçirir. Yəni heç bir sosial ödəniş etmətdən, vergi vermədən.

“MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mirkamal Ağayevin adına daha bir MMC-də var. Bu MMC isə ötən il, dövlət qeydiyyatına alındıqdan cəmi iki ay sonra satınalma müsabiqəsinə qatılıb və iki ay ərzində 4 kotirovka sorğusu üzrə ümumi olaraq 132 484 manat məbləğində dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MM İNŞAAT COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 17.08.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, XAQAN DADAŞOV, ev 30, m. 1, qanuni təmsilçisinin isə Ağayev Mirkamal Əhməd oğlu olduğu göstərilir.

Göründüyü kimi bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC son bir il ərzində dövlətdən 616 923 manat məbləğində sifariş alıb. Burada bəzi suallar ortaya çıxır. 2021-ci ildə 4 satınalmanın qalibi olan “MM İNŞAAT COMPANY” MMC nədən 2022-ci ildə heç bir satınalmanın qalibi olmayıb? Nədən Mirkamal Ağayev 2022-ci ildə birdən-birə “MM İNŞAAT GROUP” MMC-yə üstünlük verib? Çünki MMC-nin qalibi olduğu satınalmalarda şəffaflıq olmayıb, bir çoxu saxtalaşdırılıb. Ona görə də “MM İNŞAAT GROUP” MMC-yə keçib.

Odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu MMC-lərin fəaliyyətlərini də araşdırsa lap yaxşı olardı. MMC-lərin hansı məqsədlər üçün yaradıldığı üzə çıxardı. “Otkat” üçün, yoxsa…

Aktualinfo.org
 
 
 

Məlum olduğu kimi, 22 dekabr tarixində AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan etmişdi. DİA.AZ bildirir ki, sonradan bunun fırıldaq olduğu tam olaraq təsdiqləndi və bu barədə geniş materialımızı da diqqətinizə çatdırdıq. Maləsəf hələ də açıqladığımız faktlara hansısa izahat verilməyib...

YAZI BURADA: İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?.. - "Yetər millətin cibini soyduğunuz!"
Ardını oxu...
Qeyd edək ki, vətəndaşlar əsasən kampaniyanın saxta olduğundan və bilet ala bilmədiklərindən, almaq üçün müraciət imkanlarının olmamasından giley edirdilər. İndi təqdim edəcəyimiz şikayətin müəllifi isə bilet almış kimi görünsə də, bunun rəsmiləşməməsindən giley edir. Yəni nə olursa-olsun, kimsə bilet əldə edə bilməyəcək bu kampaniyadan... Təbii ki möhtəkirlər xaric... (bu barədə növbəti materialımız olacaq -dia.az)
Ardını oxu...
"Şikayətim "Buta Airways"-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Abdulla Şabanov adlı istifadəçi giley edir.
Ardını oxu...
Ardını oxu...
Dahas sonra narazı vətəndaş yazır: "Srağa gün (23 dekabr tarixində -dia.az) gücnən birtəhər bir dənə bilet aldım 52 manata, Kazana gediş-gəliş üçün... Amma bilet elektron ünvanıma gəlmədi.

Dünəndən bu günə 10 dəfə bəlkə zəng etmişəm, hər dəfəsində də 6-7 dəqiqə gözləmişəm. Nə whatsappa cavab verirlər, nə zəngi götürürlər. Olmaz da belə..."

Hər halda, görünəni odur ki, elan edilən məlum kampaniyada məqsəd heç də vətəndaşları ucuz biletlə təmin etmək olmayıb... Bunun adına ən yaxşı halda məzələnmək demək olar...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR... - İLGİNC İDDİALAR...

Daha sonra müəllimlərin müraciətində deyilir:

Bəli, V.Vəliyev xırda gəlir mənbəyi axtarırdı, indi isə deyəsən nəhayət əlinə əsl böyük korrupsiya mənbəyi olan bir imkan düşdü. Sirr deyil ki, ən əlverişli, mənfəətli və eyni zamanda ucunu tapmaq, məbləğini müəyyən etmək çətin olan korrupsiya mənbəyi tikinti-təmir işləridir. Nəinki universitet əməkdaşları, hətta sadəcə AzTU-nun qarşısında prospektdən keçən şəhər əhalisi də yaxşı xatırlayır ki, 2016-2017-ci illərdə iki il müddətində AzTU-da bütün tədris binalarının əsaslı təmiri getdi və nəticədə universitetin xarici siması tamamilə dəyişdirildi, yeniləndi. Buna milyonlarla manat dövlət vəsaiti xərcləndi. AzTU ərazisinin ortalığında, həyətin ortasında isə tamamilə yeni, 6 mərtəbəli nəhəng tədris binası (6-ci, 7-ci korpus adlanan bina) heç 10 il deyildi ki, tikilmişdi. Buna baxmayaraq, həmin bina da yenidən əsaslı “təmir edildi”. Nə deyirik ki, təmir pis iş deyil. Lakin indi isə bu ildən rektor V.Vəliyev yenidən həmin binanın təmirinə başlayıb. Təmir binanın zirzəmisindən başladı. Burada böyük bir anbar var idi, anbar boşaldıldı, anbarın içərisinə traktor və kiçik ekskavatorlar salındı, zirzəmi binanın özülünə qədər dərinləşdirildi, ara divarlar söküldü, indi bina yalnız beton dirəklərdən ibarət ayaqlar üzərində dayanıb (universitetin işçiləri bunu görüb, deyirdilər ki, bina uçacaq). Deyirlər, burada yeməkxana olacaq (bu boyda yeməkxana olar?). İşçilər zarafatla deyirlər ki, bu yeməkxana yəqin şadlıq sarayına çevrilmək üçün hazırlanır. Həmin binanın 1-ci mərtəbəsində V.Vəliyevin rektor gəldikdən sonra, 2 il əvvəl özünün təmir etdirdiyi böyük bir yeməkxana, onlarla iş otaqları, 250 kompyuterin yerləşdiyi test imtahanlarının keçirildiyi zal, kabinetlər yerləşirdi. İndi onlar da hamısı sökülüb, 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar, hətta arxa tərəfdən binanın divarlarının çox hissəsi sökülüb, bina yalnız dirəklər üzərində dayanır. Yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər və s. sökülüb, həyətə atılıb. Aralıq divarların tonlarla çəkisi olan divarlarının materialları daşınıb aparılıb. Binanın bir hissəsi isə lap 3-cü mərtəbəyə qədər sökülüb. Yenidən divarlar tikilir, boru xətləri çəkilir, divarlara suvaq çəkilir, rəng çəkilir və ş. Rektor bunları niyə edir, nə etmək istəyir, heç kim bilmir, bəlkə heç olmasa özü bilir? Bu qədər israfçılıq nəyə lazımdır, məgər universitetin tədris və elmi laboratoriyalarının ehtiyacları ödənilibmi ki, rektor bu qədər vəsaiti göyə sovurur. Bir çox ixtisasın tədris və elmi laboratoriyaları isə yox dərəcəsindədir. AzTU-nun professor-müəllim heyəti, elə tədris-köməkçi personalı isə bizə məlum olan universitetlərin arasında ən aşağı səviyyədə maaş alırlar. V.Vəliyevin keçən 3 illik rektorluq müddətində onun danışdıqları, dedikləri, praktiki fəaliyyətinin nəticəsi və bizim müşahidələrimiz də onu göstərir ki, bu adamı nə tədrisin səviyyəsi, nə də elm maraqlandırır. O, yalnız görüntü, şou yaratmaqla məşğuldur, indi isə nəhayət, “təmir-tikinti” adlı böyük korrupsiya əməliyyatına start verib. Bu korrupsiya əməliyyatları üçün əlbəttə ki, universitetin büdcəsində böyük vəsaitin olması lazımdır. AzTU-nun illik büdcəsi isə artıq 15 milyon manatı keçmişdir. Bunun təqribən 4 milyon manatı magistraturaya qəbulun ildə 1000 nəfərə çatdırılması nəticəsində əldə olunur (bu da magistraturaya qəbulun niyə bu qədər artırılmasının cavablarından biridir). Yəqin ki, bu əməliyyatda indi Elm və Təhsil Nazirliyi adlanan “doğma” nazirliyimizin də maraqları yox deyildir. Bəlkə də elə nazirliyin özü V.Vəliyevi bu “təmir-tikinti” əməliyyatına istiqamətləndirib. Bununla əlaqədar bir məsələni də qeyd etmək yerinə düşər. Bir neçə ay əvvəl V.Vəliyevin özünün universitetə gətirdiyi baş mühasib bir maliyyə sənədini imzalamaqdan imtina etmiş və nəticədə rektor onu vəzifəsindən kənarlaşdıraraq, universitetdə başqa bir əhəmiyyətsiz işə, həm də 3 aylıq müqavilə müddəti ilə işləməklə keçirmişdir (görünür, baş mühasib belə böyük maxinasiyalar üçün özünün də məsuliyyət daşıyacağını yaxşı anlayıb). İşçilərin belə müqaviləyə keçirilmələrinin isə sonda nə ilə nəticələndiyini bu illərdə yaxşı görmüşük. Bir-iki dəfə rektor onun müqavilə müddətini 3 ay uzatdıqdan sona bir gün daha uzatmayacaq və deyəcək ki, biz səni işdən çıxarmadıq ki, sənin müqavilə müddətin bitdi. Bu yaramaz üsul V.Vəliyevin AzTU-nun köhnə işçilərini işdən kənarlaşdırmaq üçün dəfələrlə tətbiq etdiyi ən çox sevdiyi üsuldur.

Ardını oxu...

Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır.

Ardını oxu...

Yeni tədris binasında yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər sökülüb, həyətə atılıb".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Göyçay rayonu Müskürlü kənd sakini İbrahimov Mübariz Qinyaz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev ali təhsil alan tələbə oğlumu hərbi xidmətə aparmamaq üçün məndən rüşvət istəyir.Həttda oğlumu 04 yanvar 2023-cü il tarixdə hərbi xidmətə aparmaq üçün evə bildirişdə göndərib.
Belə ki, 21.09.2003-cü il tarixdə anadan olmuş oğlum Murad İbrahimov Anadolu Unversitetinin 2-ci kursunda əyani oxuyur. Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsi tərəfindən 04.01.2023-cü il tarixdə hərbi xidmətə aparılması üçün oğluma bildiriş göndərilib.

Oğlum əyani şöbədə ali təhsil almasına dair arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinə təqdim etsəkdə əhəmiyyət verməyib. Bu açıq-aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev bizim ailəyə qarşı edir.Hansı ki, oöğlumla birgə Unversitetdə oxuyan Göyçaylı tələbə var ki, 500 manat Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayevə verdikdən sonra onu hərbi xidmətə aparmayıblar, təhsilini başa vurduqdan sonra hərbi xidmətə aparacaqlar.Mənim isə Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayevə verməyə pulum olmadığı üçün qanunsuzluqla üzləşmişəm.Mənim oğlum qanunu qaydada təhsilini başa vurduqdan sonra hərbi xidmətə aparılmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev bir neçə aydır ki, bu vəzifəyə təyin olunub.Bundan əvvəl o Şamaxı şöbəsinin rəisi vəzifəsində olmuşdur.Şamaxdan olan tanışların verdiyi məlumata görə Əli Vəliyev sağlam insanları aldığın pulun müqabilində həkim komissiyası ilə əlbir olub hərbiyə yararsız etdirib.Hansı ki, müasir tibb paratları ilə həmin şəxslər müayinə edilərlərsə onlarda həmin xəstəliklərin mövcud olmadığı subut olunacaq.Belə yaramaz vəzifəli şəxslərin tamahına görə Azərbaycan dövlətinə,ordusuna ciddi ziyanlar dəyir.
Mən oğlumun hərbi xidmətə aparılmasına etiraz etmirəm ancaq qanunla o aldığı ali təhsilini başa vurmalıdır.

Sizdən xahiş edirəm şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəsiniz.əyani qaydada ali təhsil alan tələbə övladımın qanunsuz hərbi xidmətə aparılmasının qarşısını alasınız və Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Pərviz Feyzullayev barədə qanunu tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Tovuzda rayon rəhbərliyi hansı məzhəbə qulluq edir... bu artıq kifayət qədər şübhəlidir. DİA.AZ bildirir ki, bunu elə aşağıda təqdim edəcəyimiz videofaktlardan da görmək olar. Aydın olur ki, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov ölkəmizin milli dəyrlərinə münasibətdə az qala düşmən münasibət sərgiləməkdədir.

Ardını oxu...

Hər halda bunun başqa adı yoxdur. Əgər belə olmasaydı, Tovuzda - Azərbaycanda milli dəyərlərin bir zamanlar xüsusi tabu kimi hifz olunduğu qədim diyarımızda bayrağımıza və məhz Tovuzda şəhid olmuş Milli Qəhrəman Polad Həşimova ögey, yad münasibət sərgilənməzdi.



Videodan da göründüyü kimi, yalnız vətəndaşın video çəkilişindən sonra yerli RİH işçiləri tədbirə əl atırlar. Şağıda təqdim edəcəyimiz fakt isə daha da acınacaqlıdır...



Hər halda, bu faktlara görə təkcə Tovuz RİH başçısı yox, bu gün Məmməd Məmmədovu himayə edənlər də cavab verməlidirlər. Cavab verməlidirlər ki, nədir bu ögeyliyin səbəbi...

Ölkə rəhbərliyi milləti Qərbi Azərbaycan, Güney Azərbaycan kimi mühüm ideyalar ətrafında səfərbər etdiyi bir məqamda Tovuzun başbilənləri sanki bu siyasətin əksinə gedirmiş kimi kurs götürüb...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfin də izahatını dinləməyə hazırıq...
0
Ardını oxu...
Göyçay şəhəri Heydər Əliyev pr. 209 ünvanında yaşayan Rəhimova Validə Mahmud qızı tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Rəhimova Validə Mahmud qızı 23 ildir ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 106 Peşə Liseyinin yataqxanasında yaşayıram. İllərdir ki, qaldığımız yerdə su-kanalizasiya problemi ilə üzləşirik. Tavana sellofanlar vurmuşuq. Çünki binanın yuxarı mərtəbələrindən tökülən kanalizasiya suları üzərimizə axır. Davamlı olaraq tullantı suların hədəfinə çevrilən divarlar ovxam-ovxam gedir. Evin bütün əşyaları, o cümlədən də kravatlarımız belə rütubət içərisindədir. Binaya içməli su ümumi və sayğacsız verilir. Ən azı 1 ildən daha artıqdır ki, suyun krantı xarab olub. Bu isə içməli suyun boş yerə israf olması deməkdir. Bu cür su itkisi səbəbilə isti yay günlərində Göyçay Su Kanal İdarəsinin məsuliyyətsizliyi ücbatından sakinlərinin əksəriyyəti su üzünə həsrət qalır. Mən, Göyçay Su Kanal İdarəsi qədər öz vəzifəsinə qeyri-ciddi yanaşan, vətəndaşların problemlərini görməzdən gələn ikinci bir idarə və ya qurum tanımıram.
Müxtəlif xəstəliklərə düçar olan 15 yaşlı nəvəm 1 il öncə vəfat etdi. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstiyusiyasının 41-ci maddəsində: "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Dəfələrlə "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etmişəm. İdarənin Kazım adlı vəzifəli şəxsinin yanında da olmuşam. Onlar mənə "İdarənin balansında kifayət qədər vəsait yoxdur" kimi müxtəlif bəhanələr gətirirlər. Beləliklə də adı çəkilən idarənin məsul əməkdaşları həm biz vətəndaşları incidirlər, həm də tonlarla suyun itkiyə getməsinə göz yumaraq dövlət büdcəsinə xeyli miqdarla zərər vururlar. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsinə əsas verir.
Sizdən çox xahiş edirəm, şikayətim yerində obyektiv araşdırılsın və problemlərimin həlli təmin olunsuz. Öncədən təşəkkürümü bildirirəm.

İmza; V. Rəhimova
 
Ardını oxu...
Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov bu gün polis rəislərini təcili iclasa çağırıb.

İclasda nazir rəislərə bundan sonra vətəndaşların bütün ərizələrinə qayda-qanun çərçivəsində qeydə almağı və qanuni tədbirlər görməyi tapşırıb. Bu isə Naxçıvan polisi üçün inqilabi yenilik demək imiş. Mənbəmizin dediyinə görə, indiyədək Naxçıvanda heç bir ərizənin üzərinə dərkənar qoyulmurdu. Adətən şikayət olunan vətəndaşlar polisə çağırılıb onlara hədə-qorxu gəlinir və rüşvət alınaraq yola salınırdı.

İndisə nazir onlardan qanunla işləməyi tələb edir. Amma necə? Axı Naxçıvanın polis rəisləri arasında hüquqi savadı olan bir nəfər belə yoxdur. Onlardan biri öz sahəsində uğur qazana bilməyən idmançı, digəri manıs, bir başqası isə camış qəssabıdır. İndi camış kəsməkdən başqa əlindən heç nə gəlməyən Ordubad rayon polis idarəsinin rəisi Əli Nəbiyev vətəndaşların şikayət ərizələrini necə qeydə alsın və qanuni proseduru həyata keçirsin?

İnformasiya mənbəmiz bizim vasitəmizlə Naxçıvan əhlinə üz tutaraq tövsiyələrdə bulunub ki, bundan sonra polis idarələrinə yazılı müraciət etsinlər və 10 gündən sonra yenə polisə gedib müraciətlərinin taleyi ilə maraqlansınlar və yazılı cavab tələb etsinlər. Əgər tələbləri yerinə yetirilməsə, bu faktı ictimailəşdirsinlər. Yəqin ki, ictimailəşdirilən bu məlumatlar Azərbaycan rəhbərliyinin qulağına çatar və qanunvericiliyə məhəl qoymayan polis rəisi barədə ölçü götürülər.
Nazir həmçinin rəislərə bərk-bərk tapşırıb ki, polis şöbə və idarələrində vətəndaşları qanunla müəyyənləşdirilmiş müddətdən artıq saxlamasınlar. Bir sözlə, hər şey qanuna və kitaba uyğun şəkildə həyata keçirilsin.

Maraqlıdır ki, nazir təyin olunduğu gündən indiyədək bütün rəsmi və qeyri-rəsmi çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin adını çəkməməyə özən göstərən Rəşad İsmayılov bu gün həmin ənənəni pozub. Dəfələrlə Cənab Prezidentinin ad günündən tutmuş, siyasi fəaliyyətinə qədər bir çox xidmətlərindən danışaraq polis rəislərini təəccübləndirib.

İclasın sonunda Naxçıvan MR DİN-in Arxiv-Uçot bölməsinin rəisi polis polkovnik-leytenentı Famil Rəhimovun verdiyi bir sual nazirin əhvalını korlayıb. Belə ki, o, nazirdən soruşub: “Yaxşı, hər şeyi başa düşdük. Bəs bizim indiyədək kəsilmiş və yeyilmiş müavinətlərimizi kim verəcək”.

Yəqin ki, ürəyində “heç hənanın yeridir?” deyən nazirin bu sual qarşısında dili-dodağı quruyub və dərhal iclası yekunlaşdırıb.
ovqat.com
 

Dünyapress TV

Xəbər lenti