Ardını oxu...
Bakıda yerləşən 132-134 saylı Təhsil Komleksində baş verən qanunsuz hadisələr barəsində ilginc məlumatlar əldə etimişik.

AzToday.az xəbər verir ki, “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə bir qrup valideynlərin müvafiq qurumlara etdikləri müraciətdə məktəbin direktoru Sara Xanlarovanın ünvanına bir sıra ittihamlar yer alıb. Müraciət müəllifləri bildirirlər ki, 132-134 saylı Təhsil Kompleksin yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Belə ki, 9, 10 və 11-ci siniflərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Hazırlıq kurslarında və repititor müəllimlərin yanında dərs keçən şagirdlər dərsə gəlməmənin müqabilində direktora sinif rəhbərləri və məktəbin direktor müavinlərinin “əli ilə” razılığa gəlirlər. İllik razılaşma hər iki tərəfin razılığı əsasında baş tutduğu bildirilir.

Valideynlər məktəbə şagird qəbulu zamanı da süründürməçiliyin geniş yayıldığını bildirirlər. Belə ki, istər 5 yaşlıların hazırlıq kurslarına, istərsə də birinci sinifə qəbul zamanı məktəbdə yer olmaması, buna yalnız nazirlik nəzarət edir bəhanəsi ilə valideynlərdən ” xüsusi maraq” tələb olunur ki, bu da ümumi hesabda heç də kiçik “maraq” hesab olunmamalıdır.

Valideynlər bildirirlər ki, müəllimlər müəyyən səbəblərdən səslərini çıxarmasalar da, hər ay direktorun, direktorun aidiyyatı müavinlərinin “boğazlarını yaşladıqlarını” söyləyirlər.

Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq Təhsil Kompleksində 5 oktyabr müəllimlər günündə şıdırğı “maraq kompaniyası” həyata keçirilib. Xüsusilə valideyn komitələri vəzifələrini icra edənlər bu işdə fəallıq göstəriblər. Müraciət müəllifləri valideynlərin övladlarının digər şagirdlər və müəllimlər yanında “gözükölgəli” olmaması üçün deyilən “tapşırığı” etdiklərini vurğulayırlar. Müraciətdə Təhsil Nazirliyinin “müəllimlər günü” rüsvayçılığına son qoymasını tələb edirlər.

Əldə etdiyimiz digər məlumatlara görə valideynlər Sara Xanlarovanı təhsilimizdə “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalası adlandırırlar. Müraciət müəllifləri bildirir ki, “Sara Xanlarovanın keçmiş nazir Misir Mərdanovun kadrı olduğunu və bu gün də vəzifədə məhz onun tapşırığı əsasında qaldığını bilməyən yoxdur. Biz isə öz işinin öhdəsindən gələ bilməyən bir nazirin kadrının əməllərinin cəzasını çəkməyə məcbur deyilik”. Eyni zamanda əfsuslar olsun ki, Sara Xanlarovanın zaman-zaman qanunsuz əməllərinə göz yumanlar bu gün də “yuxarıdan” alınan göstərişlər müqabilində göz yummaq məcburiyyətindədir. Sara Xanlarovanın Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından sui-istifadə etməsi, Səbael rayon icra başçısı Vüqar Zeynalovun himayəsində çalışdığı bildirilir. O cümlədən aidiyyatı üst qurumlar belə heç bir müsbət nəticələr əldə etməyən direktorun yüksək titula layiq görülməsini Prezident sərəncamına belə salmışlar. Əgər son illər ərzində məktəbin göstəriciləri Bakı şəhərində olan yüksək səviyyəli digər məktəblərlə müqayisə etsək, Sara Xanlarovanın əmək müqaviləsinin məqsədli şəkildə uzadılmasının şahidi olarıq.

Müraciət müəllifləri bildirirlər: “Övladlarımızın adı pis hallarda hallanan bir məktəbdə təhsil alması bizi çox narahat edir. Məktəb bizim üçün müqəddəs bir məkandır. Lakin, Sara Xanlarovanın idarəçiliyi Təhsil Kompleksində bazar qanunlarının işləməsi ilə nəticələnib. Demək olar ki, hər həftə uşaqlardan müxtəlif adlar altında “xüsusi maraq” tələb olunur. Bu isə şagirdlərin psixologiyasında mənfi izlər qoyur. Əgər nəzərə alsaq ki, təhsil kompleksində məktəblilərin əxlaqa sığmayan video-pornoları sosial şəbəkələrdə tüğyan edirdi, Sara Xanlarovaya himayədarlıq etmək belə cinayətdir. Elə bu baxımdan Sara Xanlarova əldə etdiyi qanunsuz gəlirlərlə Badamdar mossivində dörd mərtəbəli uşaq bağçası inşa etdirərək qızına hədiyyə etmişdir.

Biz Dövlət başçısına müraciət edərək kömək istəyirik. Tezliklə Təhsil Kompleksində baş verən qanunsuzluqlara son qoyulmazsa vəziyyət daha da acınacaqlı olacaqdır. Bizə kömək edin, biz övladlarımızın gələcəyi üçün narahatıq!”
 
Ardını oxu...
Son dəqiqələrdə aldığımız xəbərə görə, qalmqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyev ölkədən qaçmaq istəyərkən dövlət sərhəddində saxlanılıb. Saxlanılarkən üzərindən bir neçə telefon və külli miqdarda pul aşkarlanıb. Geyim əşyalarının çox olması və üzərində külli miqdarda pulun olması onu deməyə əsas verib ki, məlumatlı şəxs Müqayis Verdiyevin ölkədən qaçmasını düşünsün. Müqayis Verdiyev ölkədən çıxmasının səbəbi kimi səhhətində olan problemi göstərməyə çalışsa da dünənki sauna görüntüləri onun yalanının üzə çıxmasını sübut etdi.
Etibarlı mənbə onu da bildirdi ki, Müqayis Verdiyev özünə yaxın olan Vüqar adlı sürücüsü ilə ölkədən qaçırmış. Etibarlı mənbə onu da əlavə etdi ki, Müqayis Verdiyev saxlanılan zaman ora bir bahalı avtomobil yaxınlaşdı və sonradan məsələlərin yolunda olduğu hiss olundu.
Məlumatlı mənbə onu da bildirdi ki, həmin vaxt sərhəd keçid məntəqəsində onun dilindən izahat alınıb ki, istintaq çağırışlarından yayınmayacaq və hüquq-mühafizə orqanlarına gedərək izahat verəcək. Müqayis Verdiyev bu izahatından sonra sərbəst buraxılıb. Dəfələrlə Müqayis Verdiyevlə və onun sürücüsü ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Biz xeyli müddətdir ki, Müqayis Verdiyevə mətbuat vasitəsilə məsələhətlər, tövsiyyələr veririk ki, elədiyin əməllərə görə, heç hara qaça bilməyəcəksən. Ona görə də get dövlət qurumlarına təslim ol, xahiş elə, yalvar və aman dilə. Bəli, biz Müqayis Verdiyevə hər zaman tövsiyyə edirdik ki, işlədib pulunu vermədiyin Qarabağ qazilərinin, əlillərin əlindən heç hara qaça bilməzsən.
Yaxşı hüquq-mühafizə orqanlarının əlindən harasa qaça bildin, bəs Allahın sorğu-sualından hara qaça biləcəksən..? Biz nə qədər yazsaq da Müqayis Verdiyev köhnə şər-böhtan əməllərindən əl çəkmək, islah olunmaq istəmirdi.
Bəli, Müqayis Verdiyev o qədər həddini aşırdı ki, hətta cənab Prezidentin etimad göstərdiyi, etibar etdiyi yüksək vəzifəli şəxsləri də şantaj edirdi. Və ən dəhşətlisi odur ki, Müqayis Verdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxslərin adından istifadə edir. Biz bilirdik ki, cinayət əməlinin müddəti heç 40 gün də çəkmir. Ona görə də yazılarımızda Müqayis Verdiyevə heç olmasa Qarabağ qazilərinin halal zəhmət haqqını verməsini tövsiyyə edirdik.
Təsəvvür edirsiniz, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev hansı yollasa, canını həbsxanadan qurtara bildi. Və Qarabağ qazilərinin dediyinə görə, Müqayis Verdiyevə yenidən hansısa yollarla cığırlar açılır, o isə bu cığırları məhv etməklə məşğuldur.
Üzərində bu qədər öhdəliklər, borclar olmasına baxmayaraq, Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Bu jantaj serialına qısaca göz ataq. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun o zamankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Amma pulunu ala bilməyib. Biz uzun-uzadı detallara varmaq istəmirik. Müqayis Verdiyev daha sonra kimləri şantaj eləmədi… Yevlaxın o zamankı icra başçısı Qoca Səmədovu, daha sonra Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəni və daha kimləri…
Bir sözlə, Müqayis Verdiyev özünü JANTAJ şəbəkəsinə bəzi media qurumlarını da daxil edib. Bəli, Müqayis Verdiyev deyir ki, əlimdə xeyli sayda media qurumu var, kimi istəsəm qısa vaxtda onu cəmiyyətin gözündə ifşa edərəm, əlimdə xeyli kompramat var. Bu adamın səsi-küyü Prezident Admisitrasiyasındakı xanım məmurlardan gəlir, bu adam kimlərin adını çəkmir…
Bəli, Müqays Verdiyev neçə illərdir ki, qazdığı quyuya bu gün özü düşdü. Biz yenə də Müqayis Verdiyevə deyirik ki, Azərbaycan qanunları qarşısında and iç, tövbə elə, bu şər-böhtan əməllərindən əl çək. Yəqin ki, humanist dövlətimiz sənə layiq olduğundan artıq cəza verməz. Qalanı sənlikdir, Müqayis Verdiyev. //gundelik-baku.com//
 
         
Ardını oxu...
Azərbaycan təhsilində hansı daşı qaldırsan altından mütləq 20 saylı məktəbin də çıxacağına şübhəniz olmasın. Sanmayın ki, bu təhsil ocağı elmimizin flaqmanlarındandır və bu səbəbdən hər yerdə adı keçir. Doğrudur bu məktəbin belə zamanları da olub, amma həmin dövrlər artıq xoş xatirələrə çevrilib yaddaşlara köçüb. Bakının mərkəzindəcə gözdən könüldən uzaq düşən məktəbdə indi başqa küləklər əsir.
Təhsil sistemində özünü hələ də “portfelsiz nazir” statusunda görən Məhəbbət Vəliyevanın gedər ayaq 20 saylı məktəbə direktor gətirdiyi Esmira Ağayeva burada kütləvi narazılıq, inciklik formalaşdırıb. Bir qrup direktora yaxın olanlar üçün hər yerdə yaşıl işıq yansa da digərləri üçün bütün qapılar bağlıdır. Şikayətlərə, narazılıqlara isə baxan yoxdur. Deyilənə görə BŞTİ 20 saylı məktəbi “balansından silib” , heç yoxlama da göndərmir. Yəni istənilən yoxlama Məhəbbət Vəliyevanın Mehriban Vəliyevaya xüsusi göstərişi sayəsində “həllini tapır”.
Verilən məlumatlara görə məktəbdə nizam-intizam çox aşağı səviyyədədir. Hətta bəzi müəllimlər zəhmət çəkib jurnal götürüb siniflərə belə getməyə ərinirlər. İş o yerə çatıb ki, E.Ağayeva “Məktəbin daxili nizam-intizam qaydalarını pozan , işinə məsuliyyətsiz yanaşan əməkdaşlar barəsində qanunvericilik çərçivəsində intizam tənbehi görüləcək.” Məzmunlu əmr də imzalayıb. 9, 10,11-ci siniflərdə davamiyyət olduqca aşağıdır. Bu barədə rəhbərliyin xüsusi “imtiyazları” var.
Bir də deyirlər ki, verilən göstərişə baxmayaraq məktəbdə yeni il şənliklərinin keçirilməsinə qızğın hazırlıqlar gedib. Sinif rəhbərləri valideyin komitələrinin adı ilə 70-100 manatdan pul yığıb Şaxta Babanın gəlişini qeyd etməyə hazırlaşırlar. Restoranlarda da şənlik üçün yer tutublar.
Beləliklə paytaxtın bir zamanlar ən nüfuzlu təhsil ocaqlarından biri olan 20 saylı məktəb “məhəbbətin qurbanına” çevrilir. Ən maraqlısı isə Təhsil nazirliyinin verdiyi reaksiyadır. Sanki baş verənlərdən xəbərləri yoxdur, 20 saylı məktəbin nazirliyə aidiyyatı yoxdur. Nə bilmək olar, bəlkə Məhəbbət Vəliyevanı işdən azad edəndə bu məktəbi də ona “zdaç” veriblər üstündə...

GundemXeber.Az
 
 
 
Ardını oxu...
 
 

Ağdam rayon Güllücə kənd sakini Aytən Qurbanova qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi övladının vəziyyətinin ağır olmasında həkimləri günahkar bilir.

 

Xalqxeber.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, 7 ay boyunca normal hamiləlik keçirib. Müalicələrini Bərdə rayonunda alan anaya hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası baş tutacağı deyilsə də, Səbinə adlı həkim məsləhət görüb ki, qeysəriyyə əməliyyatını 29 dekabrda etdirsinlər: “Hamiləlik vaxtı nə məndə, nə də körpəmdə heç bir problem olmayıb. 27 dekabrda həkim müayinəsində oldum. Səbinə həkimi çox tərifləyirdilər. Yaxşı həkim olduğunu deyirdilər. Buna görə mən də istədim ki, əməliyyatımı o etsin. Səbinə xanım isə heç bir kağızıma baxmadan məndən 600 manat pul istədi. Biz bununla bağlı narazılığımızı bildirdik. Daha sonra bizi şöbə müdiri Şəhla adlı həkimin yanına göndərdi. Həmin həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin etdi. Bayrama qədər əməliyyatı planladılar və 29 dekabrda məni Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada əməliyyat etdilər”.

Aytən Qurbanova deyir ki, əməliyyatdan sonra uşağın atasına və nənəsinə bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər: “Buna görə də nənədən 350 manat pul da alıblar. Ayın 2-nə qədər uşağı orada saxladılar. Bununla da daha ağır vəziyyətə gətiriblər. Dünən bildiriblər ki, “əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın”. Uşağı OMD-yə gətirdik. Ancaq baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq”.

Şikayətçi onu da bildirir ki, həkimlər aldıqları 350 manat pulu da geri qaytarıblar.

Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya sorğu ünvanladıq. Xəstəxanadan sorğumuza belə cavab verildi: "Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib. Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün körpəni Respublika Perinatal Mərkəzə təxliyyə olunması məsləhət görülüb. Lakin ailə uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıb. Qeyd edək ki, bu qadının ikinci hamiləliyi olub".


 

XalqXeber.Az
Ardını oxu...
İlqar Orucov bildirib ki, orada açıq-aşkar spirtli içki və qəlyanın verilməsi elmimüəssisəyə həqarətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətindəçayxanada spitli içki, qəlyan verilir. Bu barədə Sputnik Azərbaycan-a
açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.
O, deyib ki, dünyanın neçə universitet və elmi mərkəzlərində olsa da, belə halla rastlaşmayıb:
"Akademiyanın həyətində spirtli içki verərlər? Bu azmış kimi, hələ burada
qəlyan fa verilir. Cavan uşaqlar gəlib Akademiyanın həyətindəki çayxanada
qəlyan çəkərək avaralanırlar. Bu bir təhsil ocağına yaraşan hal deyil. Bu
çayxananı kimin işlətdiyi araşdırılmalıdır. Üzə çıxardılmalıdır ki, həmin
adam AMEA-nın rəhbəridirmi? Orada açıq-aşkar bazar açılıb".
Alim bildirib ki, Texniki Universitetin yeməkxanasında qiymətlər aşağı, tələbə və
alimlərin büdcəsinə uyğundur. Amma bunu AMEA-nın yeməkxanası barədə demək
olmaz:
"Mən Texniki Universitetin yeməkxanasında yemək yemişəm. Burada qiymət
çox aşağıdır. Amma Akademiyanın həyətindəki yeməkxanada qiymətlərə
baxanda adam dəhşətə gəlir. Orada hansısa tələbənin, alimin yemək yeməyə
imkanı çatarmı? Qətiyyən yox! Bir çaynik çay od qiymətinə satılır. Orada açıqaşkar spirtli içki və qəlyanın verilməsi elmi müəssisəyə həqarətdir. Elmi
müəssisənin həyətində belə iaşə obyekti ola biməz. Bunlar elmi müəssisəyə
bazar kimi baxırlar. Bu qərəzlidir".
AMEA-dan isə səslənən ittihamlara hər hansı şərh verilməyib.
 
Ardını oxu...
Kənd Təsərrüfatı nazirliyi onun struktur vahidləri ilə bağlı saytların elektron poçtuna göndərilən şikayət məktublarının sayı-hesabı yoxdur.Göndərilən şikayət məktublarından,narazılıqlardakı motiv üzrə yüngül məntiqi əsaslandırmadan aydın olur ki, vətəndaşları əsassız yerdən narazı salan nazirliklərdən biri də KTN-dir.

Ola bilər ki,nazirlikdəki aidiyyatı şəxslər özlərini mütləqi hakim bilib,onlara ünvanlanan şikayətlərə əhəmiyyətsiz yanaşsın.Amma o da ağla batan deyil ki,saytlara ictimailəşdirilməsi üçün göndərilən şikayətlər birinci halda Prezident Administrasiyasına ünvanlanmasın və bir gün bu şikayətlərin təhlili nazirlik rəsmiləri üçün müsbət nəticələnsin.

Faktinfo.az bildirir ki,Kənd Təsərrüfatı naziri İnam Kərimovun kadr siyasətindən narazı qalan vətəndaşlardan biri də Tovuz rayonu,Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızıdır.Bir ildən çoxdur ki,şəhid anası media orqanlarına şikayət məktubları ünvanlayır,övladı Həsənov Naməddin Tofiq oğlunun əsassız olaraq işdən çıxarılmasını əsaslandırır.

Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızının Faktinfo.az saytına ünvanladığı növbəti şikayət məktubu isə, Kənd Təsərrüfatı nazirliyinin "məntiqini" alt-üst edir.

Şikayət məktubunu təqdim edirik:

Hörmətli media orqanlarının rəhbərləri!

Bir ildən artıqdır ki,mətbuata yazıram.Və bildirirəm ki,Kənd Təsərrüfatı nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq əmək müqaviləsinin müddətinin başa çatmasını əsas götürərək işdən azad edib.

Bildirirəm ki, bununla bağlı Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə yalan məlumat verilərək ölkə mediasını,ictimaiəti çaşdırmağa yönəlik fikirlər səsləndirilib.Belə ki,Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə bildirilib ki,Həsənov Naməddin Tofiq oğlunun vəzifəsi ixtisara düşdüyündən ona başqa iş təklif olunub və o da bunu qəbul etməyib.

İnam Kərimov və onun qeyri-peşəkar komandasının bu məlumatının ağ yalan olduğunu faktlarla sübut edirəm.

1.Aqrar Xidmətlər Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 286/k nömrəli əmrinin surətini müraciətimə əlavə edirəm. Əmrin sonunda qeyd olunub ki, ƏSAS: Naməddin Həsənovla bağlanmış müddətli əmək müqaviləsinin başa çatmasını əsas götürərək işdən azad edib.Yeri gəlmişkən,Naməddin Həsənovun işdən azad edilməsi haqqında verilən əmr təsdiqləyir ki,onun işlədiyi ştat ixtisara düşməyib,şəxsin əmək müqaviləsinin uzadılmasına xitam verilib.Əmrin surəti aşağıda foto qalareyyada.

2.Əgər həmin vəzifə ixtisara düşübsə həmin vəzifəyə,oğlumun yerinə başqasını necə təyin ediblər və bu təyinatda da dəfələrlə qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.

3.Dəfələrlə qeyd etdiyim kimi Nazirlər Kabinetinin, yəni hökumətin 15 yanvar 1994-cü il tarixli,10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki,idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, yəni şəhid ailəsinin üzvləri ixtisara düşmür, təşkilatın fəaliyyəti tam dayandırılarsa şəhid ailəsi üzvüləri başqa təşkilatda işlə təmin olunurlar.Oglumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib,əksinə idarənin fəaliyyəti daha da genişləndirilib.Oğlumun əmək müqaviləsinə xitam verərək yerinə isə cənab prezidentimizin tapşırıqlarının və Nazirlər Kabinetinin qərarının tam əksinə olaraq səriştəsiz,müharibədə iştirak etməyən birini təyin ediblər.

4.Necə olur ki, respublika üzrə fəaliyyət göstərən təşkilatda yalnız bir ştat ixtisara düşür və o da şəhid və veteran qardaşının işlədiyi vəzifə olur.Digər tərəfdən, həmin vəzifə ştatından başqa rayonlarda da var və onlar niyə ixtisara düşməyib?

5.Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Rəşad Vahabzadə şikayət etdiyimizə görə bizi təhqir edib və bildirib ki, ərizəsini yazıb işdən azad olunub.Əslində isə ixtisasca neftçi olan Rəşad Vahabzadə işdən azad olunmayıb və nazirlikdə at oynadır,vəzifəli şəxsə yaraşmayan ifadələrlə şəhid ailəsini təhqir edir.

Hörmətli media orqanlarının rəhbərləri!

Sizləri əmin edirəm ki, Kənd Təsərrüfatını bərbad və idxaldan aslı vəziyyətə salan,ixtisaslı kadr korpusunu məhv edən,ölkəni aclıq və fəlakətə sürükləyən,şəhid anasını vətən,dövlət üçün oğullar böyütdüyünə peşiman edən İnam Kərimov haqqında nə vaxtsa yazacaqsınız.Amma onda bu gec də ola bilər.Çünkü ölkəni ərzaq böhranından xilas etmək bir-iki ilin işi deyil.

Hörmətlə,

Həsənova Ceyran Məhəmməd qızı

Şəhid və Qarabağ veteranı anası
 

Ardını oxu...
DİA.AZ: - Ucar şəhəri Mirbəşir Qasımov küçəsi ev 5 sakini Behbudov Seymur Əbdüləhəd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimdə yazıb bildirirəm ki, ruhi xəstə olan qardaşım Behbudov Səbuhi Abduləhəd oğluna sağlamlıq arayışı almaq üçün Ucar rayon xəstəxanasında bizdən 600 manat pul alındı.
Belə ki, qardaşım Səbuhi Behbudov ruhi xəstədir.Ona sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış almağa görə Ucar rayon xəstəxanasına getdik.Orada bu işə baxan həkim Oktay İsgəndərov bizə bildirdi ki, ruhi xəstəyə sürücülük vəsiqəsi alamq üçün tələb olunan sağlamlıq haqqında arayışın verilməsi üçün direktor Zeynal Bayramlı qiymət qoyub 600 manat pul verməlisiniz, yoxsa baş həkim arayışa imza etməyəcək.Oktay həkim onuda vurğuladı ki, sağlamlıq haqqında arayış olmasa qardaşına sürücülük vəsiqəsi verməyəcəklər. Bizdə əlacsız qalıb çox get-gəldən sorğu-sualdan sonra baş həkim Zeynal Bayramlıya çatdırılması üçün həmin 600 manat pulu Oktay İsgəndova verdik.
Bundan sonra qardaşım Səbuhi Yevlax Qeydiyat İmtahan və Texniki Baxış İdarəsində imatahan verib sürücülük vəsiqəsi aldı.
Sonradan öyrənmişəm ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında arayışın rüsüm qiyməti 15 manat təşkil edirmiş. Ancaq nədənsə bizi çox get-gələ salıb süründürdülər və baha qiymətə sağlamlıq arayışı təqdim etdilər.
Bu korrupsiya əməllərini baş həkim Zeynal Bayramlı heç nədən çəkinmədən açıq-aşkar etsədə onun barəsində tədbir görən yoxdur.Mənim qardaşım Səbuhi Behbudov 2008-ci il tarixdən ruhi xəstə kimi Ucar rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olsada indiyə qədər ona pulsuz dərman verilməyib. Hansı ki, ruhi xəstələrə hər ay dövlət büdcəsi vəsaiti hesabına pulsuz dərmanlar verilir.
Zeynal Bayramlıda 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.
Mən bizə qarşı edilən bu qanunsuzluqlar barədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə şikayət ərizələri ilə müraciət etmişəm.İnanıram ki, məni dinləyib şikayət ərizəmi obyektiv araşdırıb qanunu və təsirli tədbirlər görəcəklər.Zeynal Bayramlı 15 il ərzində çox qanunsuzluqlar edib onun barəsində çox şikayətlər edilib ancaq onun barəsində tədbir görülmür.
Mən mətbuat vasitəsi ilədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə müraciət ünvanlayıb xahiş edirəm mənim şikayət ərizəmi obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və onun əlaltılarının barəsində qanunu və ciddi tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
İki gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən mediada yayılan xəbərdən bəlli oldu ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaq zamanı “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Səməndərov Emil Tofiq oğlu Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Biz bir media qurumu olaraq illərdir ki, Emil Səməndərovun əməlləri barədə yazırdıq və hüquq-mühafizə orqanlarından tələb edirdik ki, vətəndaşların problemlərini həll edin. Biz hətta çox çətinliklə Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı rəsmi sənədləri, alıcı və kooperativ münasibətləri, öhdəlikləri haqqında bildidklərimizi dərc edərək payçı olan vətəndaşlara öz hüquqlarını anlatmağa çalışırdıq. Sözün düzü, həmin sənədlər çox böyük həcmdə olduğu üçün yenidən dərc etməyə ehtiyac görmürük.
Sözün qısası, biz bir media orqanı olaraq Emil Səməndərovun barəsində dəfələrlə cinayət işi açılmasından ( Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt məhkəmələrində ) amma hər dəfə “sudan quru” çıxmasından bəhs etmişdik. Biz yazırdıq ki, MTK rəhbəri Emil Səməndərov 1200 vətəndaşa milyonlarla pul atıb, onlara mənzil verəcəyi ilə aldadıb, bir mənzili 4-5 adama satıb və daha nələr...
Təsəvvür edirsinz narazı vətəndaşlar Elmil Səməndərovdan öz haqlarını, evlərini, pullarını tələb edəndə, o insanlara oğru aləmi vasitəsilə hədə-qorxu gəlirdi. İndi görürsünüzmü, bu adam sivil dövləti saymır, sanki öz qanunları ilə hərəkət edirdi. Hələ bu harasıdır..?
Bu adam, narazı insanlara deyirdi ki, hara istəyirsiniz şikayət edin, 500 min manat verib məsələni həll etmişəm. Vallahi, bu dövlətə BUYNUZ göstərmək idi. Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirdi, amma nəticə yox idi. Yenə şükür ki, hüquq-mühafizə orqanları özündə güc taparaq Emil Səmənədərovu həbs edə bildilər. Amma bununla problem bitmir. Emil Səməndırov kimi MTK sahibləri Azərbaycanda bir deyil, iki deyil, beş deyil... Onlardan biri də “Dərəçiçək” MTK-dır.
Vətəndaş bizə müraciət edərək Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-a payçılarının başına açdığı oyunlardan şikayət edir. Şikayətçinin dediyindən bəlli olur ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. Mənzil üçün MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəlli olur ki, MTK rəhbərliyi mənzilləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü, araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur.
Sözün qısası, biz vətəndaşların başına oyun açan iki cinayətkar MTK rəhbərindən bəhs etdik. Birini həbs elədilər.
Ümid edirik ki, hüquq-mühafizə orqanları yaxın zamanda “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevi də həbs edəcək.
 //gundelik-baku.com//
Ardını oxu...
Sözün düzü, səbrimizi basıb Məhkəmə-Hüquq Şurasının 2 il öncə, daha dəqiq desək 22 sentyabr 2020-ci il tarixdə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahovla bağlı qərarını sonadək oxumalı olduq. Təsəvvür edirsiniz, Ədliyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi, hakim T. Mahmudovun məruzəsi, S.Hüseynovun katibliyi ilə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahov haqqında intizam icraatı üzrə işə baxaraq müəyyən edib. Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov xidməti vəzifələrinin icrasına laqeyd münasibət bəsləyərək məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərliyi lazımi səviyyədə həyata keçirməmiş, icra və əmək intizamına əməl edilməsini təmin etməmiş və çoxsaylı qanun pozuntularına yol vermişdir. Müəyyən edilmişdir ki, məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərinin və şərtlərinin pozulması, həmçinin süründürməçilik hallarına yol verilməsi bir çox hallarda prosessual qanunvericiliyin tələblərinin kobud pozulmasına səbəb olmuşdur. Rayon məhkəməsində seçmə üsulu ilə öyrənilmiş 156 iş və material üzrə 300-dən çox qanun pozuntusu aşkar edilmişdir.
Təsəvvür edirsiniz, 300-dən çox qanun pozuntusu. Bu hələ harasıdır? MPM-in 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Qanunun bu tələbinə baxmayaraq hakim F.Pənahov qətnamələri tərəflərə 1ay, bəzən 2 ay sonra verirmiş, hətta boşanmaq istəyənlərdən qətnaməni vermək üçün pul alırmış. Nə isə uzun-uzadı MHŞ-nın qərarındakı detallara varmaq istəmirik. Bəli, sonra qərar belə olub: Sabirabad Rayon Məhkəməsinin sədri Pənahov Füzuli Novruzəli oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona töhmət elan edilsin.
Doğrudan da dəhşətdir ee...300 qanun pozuntusu və töhmət. Adam az qalır desin ki, hakim olmaq üçün içdiyin AND sənə qənim olsun, Pənahov. Nə isə indi gəlin görək, Pənahovun keçmişi kim, nəçi olub.
Məlumat üçün qeyd edək ki, Füzuli Pənahov 1990 – 2000-di illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Astara Rayon Məhkəməsinin sədri, 2007 – 2017-ci illərdə Quba Rayon Məhkəməsinin sədri olub, hazırda Sabirabad Rayon Məhkəməsinin sədridir. Füzuli Pənahov hakim kimi ilk “siftə”sini Zəngilanda on bir nəfərdən, hər birindən 65 min manat alaraq həbsdən buraxmağa söz verib...beləcə “rüşvətxorluq” fəaliyyətinə başlayıb. Və neçə ildir o pulu geri qaytarmaq istəmir. Füzuli Pənahov Qubada məhkəmə sədri işləyərkən elə bir səhvə-cinayətə yol verib ki, heç savadsız kənd mollası da belə etməzdi.
Təsəvvür edirsiniz, torpaq-mülkiyyət çəkişməsində adı keçən şəxslərdən biri 4 aydır əsgərlikdə, həqiqi hərbi xidmətdə olduğu halda hakim onun guya məhkəmə prosesində olduğunu məhkəmə sənədlərində qeyd edib. Bunun üstü açılanda Füzuli Pənahov nə desə yaxşıdır: Olub də, texniki səhvdir. İnsanların mülkiyyətlə bağlı TALEHİ həll olunan vaxtda, doğrudanmı, hakim texniki səhvə yol verib, yoxsa, külli miqdarda rüşvət alıb ?
Füzuli Pənahov Qubada məhkəmə sədri olduğu vaxt 9 yaşlı uşağın başına açılan oyunlar, işgəncələr az qala ölkəni silkələmişdi. Xeyli sayda deputat, Qadın-Ailə-Uşaq komitəsi sərt şəkildə məhkəməyə etirazını bildirmişdi. Füzuli Pənahovun yığdığı rüşvət onu o dərəcədə....o hər yerdə deyir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaşı 70-i keçib, mən niyə getməliyəmki?
Bu adam özünü gah zəngilanlı, gah da saatlılı, gah sabirabadlı, gah lökbatanlı kimi qələmə verir. Buna başa salan yoxdur ki, yerini-yurdunu danma. Əldə etdiyimiz məlumatlara görə, Füzuli Pənahov hal-hazırda Zəngilanlıdır, çünki Sabirabadlı olaraq, Sabirabadın məhkəmə sədri olmaq olmaz. Görün saxtakarlıq hansı həddə çatıb. Biz eşitdiyimizi yazmışıq, səhvdirsə Füzuli Pənahov desin ki, səhvdir.
P.S. Növbəti sayımızda Füzuli müəllimin şəxsiyyət vəsiqəsi ilə bağlı müəmmalı məsələlərə toxunaçağıq.
gundelik baki.com
 

Dünyapress TV

Xəbər lenti