Ardını oxu...
Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı qurumdakı MÜDAFİƏ sözü əbəs yerə deyil. Bu nazirlik dövlət üçün Müdafiə Nazirliyi qədər vacib qurumdur. Niyə..?
Məlumdur ki, dünyada bütün hakimiyyətlərin ən böyük problemi iş qabiliyyətli insanlar üçün MƏŞĞULLUQ və iş qabiliyyəti olmayan insanlar üçün SOSİAL TƏMİNAT-dır. Bu iki vacib məsələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yəni cənab nazir Sahil Babayevə həvalə olunub. Doğrudan da, vətəndaşlar üçün vacib olan MƏŞĞULLUQ, yəni yeni iş yerlərinin olması və şəhid ailəsi, qazi, veteran, əlil, xəstələr, iş qabiliyyəti olmayanlar, təqaüdçülər, sahibsiz internat uşaqları üçün isə SOSİAL TƏMİNATDIR.
Çox təəssüf ki, cənab nazir Sahil Babayev bu iki vacib sahəni az qala iflas həddinə çatdırıb. Son illər minlərlə insanın təqaüdləri ləğv olunub və məşğulluq adı altında vətəndaşlara xəstə inək, qoyun verilməsi və yüksək qiymətə sənədləşdirilməsi barədə ölkə mediasında kifayət qədər yazılıb. İndi gəlin görək, 5 ildir nazir postunu tutan Sahil Babayev bu vacib vəzifələri kimlərə tapşırıb. Sahil Babayevin mühüm vəzifə verdiyi Vüqar Behbudov kimdir ?
Bu adam 2000-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Sonra 2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ildə Sahil Babayevin əmri ilə nazirliyin tabeçiliyində olan Dövlət Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi ölkədə mühüm vəzifə olan DÖVLƏTİN SOSİAL SİAYSƏTİ Vüqar Behbudova tapşırılıb.
Birincisi, dünyanın heç bir yerində ərəbşünas və ya şərqşünasa dövlətin sosial siyasəti həvalə edilmir. Axı, ərəbşünas hara, sosial siyasət hara..?
Vüqar Behbudov bu mühüm vəzifədə çalışdığı son illərdə nəinki başqalarının haqqını yeyib, hətta internatda böyüyən kimsəsiz uşaqlara dövlət tərəfindən verilən mənzilləri də satıb. Belə ki, Vüqar Behbudovun agentliyi internatda böyüyən gənclərə dövlətin verdiyi mənzillər üzərində ev alveri, biznes qurub. Bu hələ harasıdır..?
Dövlət internatda böyüyən gənclərə təkcə mənzillər vermir, həm də mənzillər lazım olan mebellə, avadanlıqlarla təmin olunur.
Təsəvvür edirsiniz, hətta açılış mərasimində Ölkə Rəhbəri iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunlar yalan olub.
İndi gördünüzmü, bu məmurlar hətta Prezidentə də yalan deyirlər. Şikayət edənləri isə həbslə hədələyirlər.
Bütün bunlar azmış kimi, Vüqar Behbudovun agentliyi yüzlərlə, minlərlə təqaüdçüləri, qaziləri, şəhid ailələrini, veteranları aldadıb, onların hesabına milyonlar qazanıb. Belə ki, şəhid ailələri və müharibə əlilləri mənzillə, avtomobillərlə təmin olunmalıdır. Ancaq Qarabağ qaziləri və əlilləri Vüqar Behbudov barəsində bütün qurumlara şikayət ediblər, amma nəticəsi olmayıb. Söhbət təkcə mənzillərdən və avtomobillərdən getmir.
Ümumiyyətlə, bu agentliyin işi həm də şəhid ailələri və müharibə əlillərinin sanatoriya-kurort mərkəzlərində müalicəsini təşkil etmək, onlara pulsuz, dövlətin hesabına putyovka verməkdir. Amma putyovklar da mənzillər kimi kənar şəxslərə satılıb, külli miqdarda pullar qazanılıb. Siz elə bilirsiniz, bunları Vüqar Behbudov təkbaşına eləyib...? Elə bilirsiniz bu əməllərdən Sahil Babayevin xəbəri olmayıb..?
Sözün qısası, Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi on minlərlə insanı dövlətdən narazı salıb. Yəqin ki, yaxın zamanda Vüqar Behbudov qanun qarşısında cavab verməli olacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
"Yardımlı rayonundan yazırıq, rayon İcra hakimiyyəti indi də özünə xal qazandırmaq üçün tabeliyində olan ərazi nümayəndəliylərinə tapşiriq verib ki, hər ərazi 20 vətəndaşın mənzilini məcburi sığorta etdirməlidir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra bildirir: "Tələb olunur ki, "ASAN login"də 100 nəfəri qeydiyatdan keçirməlidir hər icra nümayəndəsi. Onlar da məcburi qaydada "https://rih.gov.az/" portalında Yardımlı rayon İcra Hakimiyyətinin yerləşdirdiyi şəkiləri bəyənməlidir.

19 may 2016 cı ildən Yardımlı rayonuna rəhbərlik edən başçı görəsən, bu 7 ildə Yardımlı rayonunda hansı işdəri görüb ki, indi də düsüb mənziləri məcburi şəkildə sığorta eləidirir, insanları sanki biyara, töycüyə cəlb edirmiş kimi yerli məmurlara öhdəlik qoyur? Hansı yaxşı və faydalı əməlinə görə, sakinlər yerli icranı bəyənməlidir?".

Qeyd edək sakinlərin müraciətində əlavə ittihamlar da var ki, bununla bağlı da dəqiqləşdirmə aparmadan məlumat verə bilmirik. Bizi izləməkdə davam edin.

Məsələ ilə bağlı teref.az olaraq Yardımlı RİH-dən münasibət öyrənmək istəsək də, hər zaman olduğu kimi alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Culfa şəhər sakini Quliyev Fətəli Nuru oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyən şikayətçi iddia edir ki, rəsmi qurumlar ondan rüşvət tələb edir:

“Mən, Quliyev Fətəli Nuru oğlu, yazaraq sizə bildirirəm ki, Naxçıvan Muxtar Respublikasında kiçik sahibkarlıqla məşğul olurdum. Mebel sexi işlədirdim. 2015-ci ilin dekabr ayında Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin isçiləri - Ələkbərov Ramil, Mirzəyev Eldəniz və Kərimli Əkbər mənə aid olan sexə gelib, sertifikat üçün 2200 manat pul tələb etdilər. Mən o pulu verə bilməyəcəyimi bildirdim. Nəticədə onlar qeyri-qanuni akt tərtib edərək, mebel dəzgahlarını möhürlədilər. Mən onlara məhkəməyə müraciət edəcəyimi bildirdim. Dedilər ki, “get kimə istəyirsən şikayət et”.

Bəxtiyar İsmayılovun və aparat müdiri Hüseyn müəllimin qəbulunda oldum. Onlara cənab Prezidentin 1 noyabr 2015-ci il sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda göstərişini xatırlatdıqda, mənə dedilər ki, o bizə aid deyil, biz istədiyimiz zaman istədiyimiz obyekti yoxlayırıq.

Mən dərhal Naxçıvan Muxtar Respublikasının İnzibat İqtisadi Məhkəməsinə rəsmi qaydada müraciət etdim. Məhkəmənin hakimi Faiq Heydərov prosesi qeyri-qanuni olaraq 1 il uzatdı və yekunda ədalətsiz qərar verdi.

Hakim sanki onların vəkili kimi çıxış edirdi. Məhkəmədə hakimin gözü qarşısında Ədliyyə polisi həyat yoldaşına şillə atdı. Belə dırnaq arası “hüquqşunas”lardan mən necə kömək gözləyim?

Son prosesdə məhkəmə qanunsuz qərar verib, seximi bağladı. Ali Məclisə şikayətə getdim, Cəlil Rüstəmov məni qəbul etdi, dinlədi və sonra hədə-qorxu gəldi. Bunlar mafiyadır, dövlət qulluqçusu deyillər”.

Redaksiyadan: Bu, bir iddiadır, nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə monitorinqlər keçirilib.
Keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını üzə çıxarıb. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib.
Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.
Beləliklə, Quba-Xaçmaz zonasında çaylardakı bu intensiv istismar fəaliyyəti regionda su ehtiyatlarının tükənməsinə, yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurmuşdur.
Belə birgə monitorinqin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Viləşçay Su Anbarı İstismarı İdarəsinin xidmət zonasında da keçirilməsi lazımdır. Uzun müddət İdarədə hidrotexnik, mühəndis, baş mühəndis işləyən Kərimov Rusif Şakir oğlu idarəyə rəis vəzifəsinə təyin olunandan sonra qol qoyduğu qanunsuzluqlar barədə təşviş doğuran xəbərlər yayılmaqdadır.
İnternet resurslarında Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi, hidrotexniki qurğuların təmiri təyinatı ilə ASC-dən ayrılan vəsaitlərin mənimsənilməsi, tenderləri idarə rəisinin özünə yaxın şəxslərin rəhbərlik etdikləri şirkətlərə satmasından, fermerləri incitməsindən, idarənin texnikasını öz şəxsi maraqları naminə qeyri-qanuni icarəyə verməsindən, yanacaq və sürtgü materiallarını silərək talan etməsindən və başqa qanunsuzluqlara dair kifayət qədər informasiyalar vardır. Bildirilir ki, idarədə maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında dövlət vəsaiti mənimsənilir. Anbardakı balıq biznesi və anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə də tənqidi materiallar az deyil.
Redaksiyamıza ötən il ayrı-ayrı tarixlərdə qeydə alınmış, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun rəvac verdiyi talançılığa dair faktların video-görüntüləri təqdim olunmuşdur:
13.08.2022-ci il tarixdə çəkilmiş video-materialdan bəlli olur ki, Su Anbarı İstismarı İdarəsinin ekskavatoru Viləşçay yatağından çınqıl qazıb daşıyır. Çəkilişə polis maşını da düşüb, amma görüntüdən məlum olur ki, asayış keşikçiləri nədənsə hərəkətsizlik edirlər.
27.11.2022-ci il tarixdə qeydə alınmış digər materialda isə Viləşçay Su Anbarının Masallı rayonunun Digəh kəndinin yuxarı başındakı (Digəhdən Bambaşı kəndinə gedən yolun altı) qarajının həndəvəri görüntüyə gəlir. Sakitçilik olanda Rusif Kərimovun texnikası beton boruları çıxarıb yük maşınına yükləyir. Qazılıb çıxarılmış boruların yerinə isə zir-zibil gətirib tökür, üstünü də traktorla hamarlayırlar. Sanki heç nə olmayıb kimi. Boruları daşıyan “Belorus” markalı traktorun isə dövlət nömrə nişanını görünməz ediblər ki, tanınmasın.
Rusif Kərimov haqqında bir məlumatrı da diqqətə çatdırmağı vacib bilirik. O, 2019-cu ildə Yaponiyada MDB dövlətlərinin 7 nəfərlik mütəxəssisi ilə birlikdə Azərbaycanı təmsil edərək 2 aylıq peşəkar kurs keçib. Amma Yaponiyadakı həmkarlarından doğru-dürüst işləmək təcrübəsi əxz etmək əvəzinə, qayıdandan sonra daha artıq dərəcədə korrupsiyaya qurşanıb. Elə ona görə də o vaxtdan yerli həmkarları ona kriminal aləmin məşhur simalarından olmuş Yaponçikin ləğəbini veriblər.
İbrahim Hümbətov //azeerinfo.media//
Ardını oxu...
 
 

 
“Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin ədalətsizliklərindən çoxu bezib. Tələbələrə təqaüd verməmək üçün əlindən nə gəlirsə, edir. Axı niyə? Sizi nə vadar edir ki, tələbələrin haqqına girəsiniz. Mətbuat xidmətindən də ətraflı cavab ala bilmirik. İndi mən başa düşmürəm, cənab Babayev, siz kimdən artıqsınız?! Deyin bilək. Yoxsa, elə bilirsiniz ki, ölənə qədər o vəzifədə qalacaqsınız?!”.

 

Bunu “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev bildirib.

“Elçin Babayev, arxalandığınız Ramiz Mehdiyev vəzifədə deyil, evindədir”
Ardını oxu...

“Sizi təyin edən bir gün oradan çıxaracaq. Bəlkə də əməllərinizə görə, daha tez cavab verəsiniz. Hər şey ola bilər. Ayılın, dövlətin gözü görür. Tapşırıqla, ayrı-seçkiliklə, tələbələri incitməklə heç nəyə nail ola bilməyəcəksiniz. Arxalandıqlarınız da artıq vəzifə daşımır. Ramiz Mehdiyev evdədir, Rövnəq Abdullayevdən də xəbəriniz var. Məndən sizə məsləhət, iriçaplı məmurlara çox da arxalanmayın. İnanıram ki, BDU-da da gec-tez yoxlamalar başlayacaq”, - F.Paşayev qeyd edib.

“Konkret.az”

 

XalqXeber.Az
Ardını oxu...
Sakinlər daş tozundan boğulur, cənab ekonazir....
Bu kriminal ərazi buldozerə verilməli və yerində böyük park salınmalıdır... Vaxtilə bu ərazidə fəaliyyət göstərən zavodları məmurlar ələ keçirib...
Bir müddət əvvəl Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun Binəqədi rayonu ərazisində yerləşən, ona məxsus torpaq sahəsini satması barədə məlumat yayıldı. Ən təəccüblüsü o idi ki, xəbərdə qeyd olunurdu ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat pul əldə edib.
Sözün düzü, əgər torpaq sahəsi şəhərin mərkəzində, yaxud yaxın ərazidə olsaydı, bizə təəccüblü gəlməzdi. Binəqədi rayonunda torpaq sahəsinin qiymətinin 12 milyon olması həqiqətən də təəccüblü idi. Ona görə də marağımıza səbəb oldu və bu barədə araşdırma aparmalı olduq. Araşdırma zamanı bir çox alqı-satqı elanlarına rast gəldik. Məsələn elanların birində qeyd olunur ki, Binəqədi rayonu Baksol yolunun girəcəyində yarımçıq tikili olan 50 sot torpaq sahəsi 2 milyon 600 min manata satılır. Başqa bir elanda həmin ərazidə satılan torpaq sahəsinin qiyməti 3 milyon 500 min göstərilir. Başqa bir elanda oxuyuruq: Rəsulzadə (Kirov) qəsəbəsi körpüsündən Baksol yoluna doğru 500 metr aralı, “Zəngəzur” şadlıq evinin arxasında 3 sot torpaq sahəsi satılır, qiyməti 270 min manat. Və s.
Deməli, Əli Həsənovun 12 milyona torpaq satması təəccüblü deyilmiş. Və apardığımız araşdırma zamanı daha təəccüblü faktlara rast gəldik.
Deməli, Binəqədi rayonu, Baksol yolu deyilən yerdə, 3-cü işıqfora qədər ərazidə, Binəqədi QAİ-nin ( Dövlət Yol Polisinin ) yaxınlığında sanki böyük bir alqı-satqı-icarə meydanı fəaliyyət göstərir. Birincisi, ondan başlayaq kim olur-olsun, istər məmur, istər biznesmen kimdir ki, 12 milyona, yaxud 3-4 milyona torpaq satır..?
Görəsən, bu torpağı həmin şəxslər necə əldə ediblər..? İnanın ki, ciddi araşdırılsa, bəlli olacaq ki, torpaqların zəbt olunması, hətta özəlləşdirilməsi qanunsuz olub. Hələ bu harasıdır..?
Yuxarıda qeyd etdiyimiz ərazidəki obyektlər ən bahalı qiymətlərə icarəyə verilir.
Təsəvvür edirsiniz, adını çəkdiyimiz ərazidə az qala toyuq damı boyda obyekt icarədara hər ay üçün 18 min manata arendaya verilir. Yazıq icarədar nəyin bahasına olur-olsun bu pulu ödəməlidir..?
Görəsən, toyuq damını 18 min manata icarəyə verən məmur dövlətə hər ay neçə manat vergi ödəyir..? Həmin ərazidə məmurlara məxsus xeyli sayda daş sexləri, müxtəlif tikinti materialları sexləri fəaliyyət göstərir. Buna görə də ətrafda yaşayan sakinlər tozun, torpağın əlindən nəfəs ala bilmirlər, müxtəlif xəstəliklərə düçar olurlar. Görəsən, borudan çıxan adi tüstüyə görə akt tərtib edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qədər havanın çirklənməsinə, daş tozunun camaatı boğmasına niyə susur..? Niyəsini izah edək...
Onu da qeyd edək ki, bu ərazidə olan obyektlərin, sexlərin bir çoxu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Ətrafda faəliiyət göstərən müxtəlif kombinatlar, mini zavodlar, dəyəri az qala milyardlar olan obyektlər, hasara alınmış torpaq sahələri və daha nələr... İstehsal zamanı zərərli tullantıların çoxu yaxnlıqdakı gölməçələrə axıdılır. Bu açıq-aşkar cinayətdir.
Yeri gəlmişkən, araşdırma zamanı belə bir xəbərə rast gəldik. “Baksol yolu” ərazisində 21 ədəd qumbara tapılıb. Görəsən, bu ərazi döyüş bölgəsidir, yoxsa sərhəd zonası..?
Bəli, bu ərazidə hər cürə kriminal elementlərə, qaçıb bu ərazidə gizlənən cinayətkarlara, patı-matı satanlara rast gəlmək olar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, sovet dövründə bu ərazidə Bakının xeyli sayda zavodu faəliyyət gəstərirdi, həmin zavodlar məmurlar tərəfindən dağıdıldı və özəlləşdirildi.
Biz bir media olaraq təklif edirik ki, bu ərazi buldozerə verilərək düzlənsin və ərazidə böyük bir park, yaşıllıqlar salınsın, insanların istirahət mərkəzinə çevrilsin. gundelik baki.com/
 
Ardını oxu...
Teref.az yazır ki, Göyçay rayon sakini 1-ci qrup hərbi əlil Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən saytımızın poçtuna daxil olan şikayət
məktubunu təqdim edirik:
Göyçay rayon sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən

Yazaraq bildirmək istəyirəm ki, Göyçayın abadlığı üçün dövlət tərəfindən ayrılmış vəsait lazımi şəkildə sərf edilmir. Belə ki, şəhərin göz önündə olan əraziləri asfalt örtüklə təmin olunsa da, mərkəzi küçələrin yaxınlığında yerləşən dalanlar və digər küçələrin təmir-abadlıq işləri ört basdır edilir. Bu cür abadlaşdırma işlərini üstü bəzək, içi təzək adlandırmaq daha doğru olardı. Baxmayaraq ki, rayon icra başçısı Natiq Ağayev Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevə öz tapşırığını vermiş, lakin o, səriştəsizlik və ya özünəarxayınlıq səbəbilə insanlar içərisində narazılıqlar yaratmaqdadır. Məsələn, şəhərin Heydər Əliyev prospektində dalana vurulan "möhtəşəm" yamaq asfalt göz qamaşdırır. "Baş memar" Ayaz Səfərəliyevin rəhbərliyi altında vurulan asfaltlara baxanda onu, xəstəyə prob qoyaraq allergiya olub-olmayacağını gözləyən tibb işçiləri ilə müqayisə etməyim gəlir. Onun nəzarəti altında vurulan yamaqlı asfalt örtüyü görəndə mənə uşaqlığımı xatırladır. Çünki uşaqlıq çağlarımda hamıda olduğu kimi, biz də böyük maddi sıxıntılarla üzləşirdik. Nənəm corablarımıza yamaq vurar və "Ay bala, kasıbçılığın üzü qara olsun, yaman günün ömrü az olar, vaxt gələr hər şey düzələr İnşəAllah" deyərdi.
Ardını oxu...
Bir daha xatırlatmaq istəyirəm ki, bu adamın arxitektura və memarlıq işlərindən anlayışı yoxdur. Bir neçə il Mənzil İstismar İdarəsində özünəməxsus qaydalarla rəis vəzifəsində çalışan şəxsdən bundan artıq heç nə gözləmək mümkün deyildir. Üstəlik də işlədiyi dövr ərzində çoxsaylı qanunsuzluğlara və korrupsiya hallarına yol vermişdir. İndi də rayonun Arxitektura və Memarlıq Şöbəsində fəaliyyətini davam etdirir.
Mən buradan üzümü cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Kamran Əliyevə tutaraq xahiş edirəm, Ayaz Səfərəliyevin keçmiş fəaliyyəti obyektiv araşdırılsın və onun barəsində ciddi tədbirlər görülsün.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Mustafa Yıldırımı döyən Zaur Hüseynovun vəkili Elnur Abbaszadə TV-nin rəhbərliyinə hədə-qorxu gəlir...
Əlimizdəki VİDEO və SƏS YAZILARI istintaqa təqdim olunacaq...
Səs yazısında kimlərin adı keçir..?
İşğal altındakı torpaqlarımızın azad edilməsində göstərdiyi hərbi, siyasi və diplomatik dəstəyə görə xalqımızının Türkiyəli qardaşlarımıza minnətdarlıq və təşəkkür borcu var. Bütün bunlarla yanaşı bir məqama xüsusi diqqət yetirməliyik.
Məlumdur ki, mənfur erməni daşnakları 30 ildən çoxdur xalqımızın barəsində olmazın böhtanlarını yayırlar, bizi dünyaya vəhşi, sivil olmayan xalq kimi təqdim etməyə çalışırlar. Ona görə də bizim bu çirkin oyunlara ən tutarlı cavabımız dünyaya sivil millət, mədəni toplum olduğumuzu göstərməkdir.
Sözümüzün canı odur ki, təkcə türk qardaşlarımıza deyil, ümumiyyətlə, ölkəmizdə yaşayan, eyni zamanda ölkəmizdə çalışan müxtəlif millətlərin nümayəndələrinə, xarici vətəndaşlara qarşı sivil davranmalı və dövlətimizin imicinin zədələnməsinə qəti yol verməməliyik. Bunun üçün hər bir vətəndaşımız ayıq-sayıq olmalıdır.
Təəssüf ki, bəzi həmvətənlərimiz, belə demək mümkünsə, erməni dəyirmanına su tökməklə məşğuldur. Nə isə, bu haqda sonra. Amma, qardaşlıq əlaqələrimizə kölgə salan insanlar da var. Onlardan biri də Zaur Hüseynovdur.
Təsəvvür edirsiniz, Zaur Hüseynov birgə çalışdığı “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırıma qarşı ofisdə zorakılıq edir, ona güc tətbiq edir, onu döyür və təhqir edir. Biz Mustafa Yıldırımın qardaş Türkiyə vətəndaşı olmasını xüsusi qabartmaq istəmirik. Əlbəttə, hər bir türkün bizim qəlbimizdə xüsusi yeri var. Amma bu zorakılıq aktı, hətta türk olmayan, hər hansı bir əcnəbi ölkə vətəndaşına qarşı da tətbiq olunsaydı, biz eyni reaksiyanı verəcəkdik. Çünki yazının girişində qeyd etdiyimiz kimi Azərbaycan Dövlətinin İMİC məsələsi var. Cənab Prezidntimiz bütün varlığı, bütün gücü ilə dünyada millətimizin və dövlətimizin müsbət obrazını yaradır, bizə qarşı neqativ olanları dost etməyə çalışır. Bizim bəzi öz xeyrini güdən həmvətənlərimiz isə Bakıda qardaşımız olan türk iş adamını döyür.
Bəli, türk iş adamı Mustafa Yıldırım “Bakı TV.az” İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciətində yazır: “Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olnmağım ictimailəşdirilsin.
Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu. Yəni bu adam türk qardaşımızı döydüyünü yaxşı əməl hesab edir.
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edir, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkir. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən Elnur Abbaszadə bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyir. Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü 55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edir. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir.
Reportajı bir gün gecikdirməyimizin səbəbi səs yazılarını toplayıb reportaja əlavə etməklə bağlıdır.
Sonda hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Vəkillər Kollegiyasının rəhbərliyinə müracaiət edərək xahiş edirik ki, bu zorakılıq aktı istintaqda ciddi araşdırılsın. Çünki söhbət kiminsə personasından deyil, dövlətimizin imicindən gedir. Məsələni gündəmdə saxlayacağıq. Bizi izləyin.
BakıTV.az İnternet Televiziyası
 
Ardını oxu...
Azərbaycanda yüksək vəzifəli məmurların və oliqarxların ölkə iqtisadiyyatına problem olması yeni məsələ deyil. Hətta Strateji Yol xəritələri hazırlananda (2016-cı il) bu məsələ sənədlərdə əksini tapıb. On illərdir Azərbaycanda məmur biznesi ilə mübarizədən geniş danışılır. Lakin məmurların iş adamlarına yaratdığı problemlə bağlı ciddi tədbirlər görülmür. Məhz bunun nəticəsidir ki, dövlətin ayırdığı vəsaitlərdən daha çox bu məmurların çətiri altında olan biznes qurumları faydalanırlar, üstəlik, onlar inhisar yaradaraq ölkədə biznesin inkişafına ciddi şəkildə mane olurlar.

Belə məmurlardan biri də Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsi Rauf Rzayevdir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşı olan idarə rəisi Rusiyaya kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səddə çevrilib. AzToday.az-a daxil olan məlumatlara görə, Rauf Rzayev qonşu ölkəyə məhsul ixrac etmək istəyən iş adamları üçün bilərəkdən süni maneələr yaratmaqdadır. Bununla bağlı iş adamlarını müvafiq qurumlara etdiyi müraciətlərin də heç bir nəticəsi yoxdur. Görünür, Rauf Rzayevin Ramiz Rzayevin qardaşı olması burada həlledici rol oynadığından Şimal Ərazi Gömrük İdarəsinin rəisi iş adamların qarşısında günbəgün tələblərini sərtləşdirir.

Qeyd edək ki, kənd təsərüffatı malları tez xarab olan mallar hesab olduğundan yüksək riskli mallar hesab olunur. Bu səbəbdən ixrac olunan kənd təsərüffatı mallarının gömrükdə qısa müddətdə rəsmiləşməsi vacib şərtdir. Lakin Şimal Ərazi Gömrük İdarəsinin rəisi Rauf Rzayev kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaratmaqda davam edir. Belə ki, ixrac olunan malların qanunsuz olaraq invoys dəyərini qaldıraraq şişirdilməsinə və ixrac olunan məhsulları çeşidlərə bölərək digər ərazi gömrük idarələrində rəsimləşdirilməsini tələb etməklə iş adamları üçün qiymət artımını və əlavə vaxt itkisini şərtləndirir. Məsələn, sahibkar fərqli 3 bölgədən kənd təsərrüffatı məhsulu ixrac etməli olarsa və həmin məhsulu gömrük rəsmiləşdirilməsi həyata keçirmək istəyirsə, məsələn Şəmkirdən xurma, Kürdəmirdən nar, Qubadan alma, bu rəsmiləşdirmə ən azı 3–4 günə başa gəlir ki, belə olan halda ixrac edən sahibkar az sayda məhsul ixrac edə biləcək və qarşı tərəfdəki alıcı ilə arasında bağlanan müqavilənin şərtlərini yerinə yetirə bilməyəcək, nəticədə ölkədən ixrac olunan kənd təsərrüffatı məhsullarının həcmi azalacaq. Bundan başqa malların uzun müddət qalması onun keyfiyyətinin azalmasına gətirib çıxarır. Belə olduqda həm sahibkara, həm də dövlət büdcəsinə külli miqdarda zərər dəyir. Göründüyü kimi, Şimal ərazi idarəsi tərəfindən ixrac olunan kənd təsərrüffatı məhsullarının ixracına ciddi cəhdlə maneə yaratmağda davam edir. Kənd təsərrüffatı məhsulu ixracı neftdən sonra 2-ci və yaxud 3-cü yeri tutan məhsullardandırki, ölkəyə xarici valyuta gətirir. Amma Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsin rəisi ixracatçılara niyə bu səbəbdən davrandığı aydın deyil. Sahibkarlar rəsin qəbuluna girib məsələnin nədən qaynaqlandığını öyrənmək istəsələrdə, rəis sahibkarları qəbul etməkdən imtina edir.

Şimal Ərazi Gömrük İdarəsin rəisi Rauf Rzayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərinin qanunsuz olaraq qaldırılmasını tələb edilməsi sahibkarların əsasız vergi, ciddi problemlərinin və öhdəliklərin yaranmasına gətirib çıxarır ki, bununla sahibkarlar əsasız olaraq özlərindən asılı olmayan səbəblərdən qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. Misal üçün nar məhsulunu hər bir kiloqramı 0,80 ABŞ dolları ilə ixrac edildiyi halda, 1,80 ABŞ qiymətinə qaldırlması tələb olnur. Belə olduğu halda 20 ton məhsulda 20000 ABŞ dolları dəyərində şişirdilmiş ölkəyə qaytarılmayan məbləğ yaranır ki, bununla bağlı yük gömrük bəyannamələri və kifayət qədər sübutlar var.

İxrac olunmuş malların invoys dəyərinin qanunsuz şişirdilməsi nəticəsində həmin valyutanın xaricdən gətirilməməsinə səbəb olur və buna görə sahibkarlar Azərbaycan respublikasının İnzibati Xətalar məcəlləsinin 430-cu maddəsinə əsaəsn Valyuta tənzimi qaydalarının pozulmasına və Azərbaycan respublikasının Cinyayət Məcəlləsinin 208-ci maddəsinə görə, xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə məsuliyyət daşıyırlar.

Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri edirlər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 % (ƏDV) əlavə dəyər vergi ödəyirlər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axır.

Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər…

Rauf Rzayevdən iş adamları üçün yaratdığı “şərait”lə bağlı münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Gömrük rəisinin əməllərindən əziyyət çəkən sahibkarların müvafiq qurumlara etdiyi şikayətləri araşdırmaqda davam edirik…
 

Dünyapress TV

Xəbər lenti