Ardını oxu...





Azərbaycanda son illər ən çox şikayət olunan qurumlardan biridə azyaşı uşaqların təlim-tədrisi və tərbiyyəsi üçün fəaliyyət göstərən baxçalardır. Rayon icra hakimiyyətlərinin balansından alınaraq Təhsil Nazirliyinin nəzarətinə verilən uşaq baxçalarında vəziyyət heçdə dəyişməyib. Belə ki, bu gün ölkədə fəaliyyət göstərən bir çox dövlət baxçalarında valideyinlərdən hər ay aylıq alınması artıq adi hala çevrilib. Belə baxçalardan biri də Gəncə şəhər 3 saylı uşaq baxçasıdır.
Xalqxəbər.az-a daxil olan şikayətdə bildirilir ki, şəhər 3 saylı uşaq baxçasında müdiri Gülarə Ağayevanın öz "qayda-qanun"ları hökm sürür.
Belə ki, hazırda 3 saylı uşaq baxçasında müdir Gülarə Ağayevə elə bir vəziyyət yaradıb ki, valideynlər özləri könüllü şəkildə aylıq verirlər. Baxçada 9 qrup və 180 uşaq tərbiyyə alsada bu say daha çoxdu. Məlumatda bildirilir ki, 3 saylı uşaq baxçası Gəncədə dövlət baxçasından daha çox özəl baxça kimi işləyir. Yəni bütün aylıq haqqını ver uşağını 3 saylı baxçaya təyin yerləşdir. İddia edilir ki, baxçaya gələn uşaqların seçimini şəxsən müdir Gülarə Ağayevə özü edir. Yəni baxça müdiri daha çox imkanlı valideynlərə yer ayırır. Həmçinin qeyd edilir ki, 3 saylı uşaq baxçasında işləyən 30-a yaxın texniki işçinin bir hissəsi işə gəlmədiyi üçün onların əmək haqqlarını Gülarə Ağayeva özünə götürür. Bundan başqa baxçaya dövlət tərəfindən ayrılan ərzaq məhsullarının bir hissəsinin də baxça rəhbərliyi tərəfindən götürüldüyü qeyd olunur.
Qeyd edək ki, Gülarə Ağayevanın bacısı Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovadır. Ölkə mətbuatında Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinidə "öz qanunları" ilə idarə etməsi ilə bağlı məlumatlar dərc edilib. Həmin məlumatlarda bildirilir ki, Ülviyyə Nadirova yüksək vəzifəli himayədarlarına arxalanaraq vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Həmçinin Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinin hesabına hər ay külli miqdarda qazanc əldə etdiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Epilepsiya xəstəsi olan Lənkəranın Təngivan kənd sakini Mirzəyeva Arəstənin pensiyası 1 ildir kəsilib. Halbuki 10 il pensiya alan Arəstə Mirzəyeva pensiyasının bərpa olunması üçün ondan pul olunduğunu deyir.

Onun sözlərinə görə, Lənkəran Mərkəzi Xəstəxanasından pensiyasını bərpa etmək üçün ondan pul istəyirlər: “Pulum olmadı verməyə”.

Qeyd edək ki, Lənkəran Mərkəzi Xəstəxanasının verdiyi rəylərdə onun Arəstə Mirzəyevanın xəstəliyi ağır qiymətləndirilib.

 

 

 
 
Ardını oxu...
DogruXeber.az: - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı. Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi. “Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi. Təəssüf ki Qorxmaz Hüseynovdan sonra da köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur. Belə şəxslərdən biri “Azərsu” ASC-nin Binəqədi rayon sukanal idarəsinə rəisi Sultan Əmiraslanovdur. Bu şəxs haqqında cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, 2023-cü ilin fevral ayında vəzifəyə təyin olunan kimi öz xalası oğlunu gətirib yanında yerləşdirərək bununlada ailə təsərrüfatının başlanğıcı qoyulmuş oldu, sonra dayanmadan boş vakant yerlərə öz adamların yerləşdirməyə başladı. Məlumata görə ətrafında qohum və dostlarını yerləşdirməklə kifayətlənməyən Sultan Əmiraslanov paralel olaraq köhnə işçiləri ləklələməyi də əsas məqsəd kimi görür. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə idarənin köhnə işçiləri üzərində təqiblər, basqılar artmağa başladı. İlk olaraq Aqil Mənsimov adlı Nəzarətçi ləkələnərək işdən çıxarıldı və dərhal yerinə yeni öz adamın gətirdi. Ardınca Ziyaməddin Məmmədov adlı nəzarətçiyə təyziqlər edilərək, hədə qorxular gələrək, zorla işdən çıxma ərizəsi yazdırılıb işdən çıxarıldı. Bunların ardınca idarədə gizlində olsa narazılıq dalğası artmağa başladı. Lakin vəzifə sərxoşluğundan ayıla bilməyən Sultan Əmiraslanov dayanmadan öz əməlləri ilə rayonda gündəm yaratmağı bacarırdı.

Bu əməllərin ardınca ödənişin təşkili şöbəsinin rəisi Əziz Hüseynov ilə rayon rəhbərliyi arasında gərginlik yaranmağa başlayır və qısa zamanda onun əmək funksiyaları məhdudlaşdırılır və ləkələmə kompaniyası Əzizin timsalında davam etdirilir. Əziz Hüseynovun Azərsuda rəhbərlik səviyyədə münasibətlərinin güclü olması və rayonda olan nüfuzu onun Binəqədi rayonunda qalmasını təmin etməsə də başqa rayona eyni vəzifəyə getməsinə şərait yaratmış oldu. Sultan Əmiraslanovun təcrübəsizliyi ucbatından rayonun icra edə bilmədiyi plan proqnoza görə bütün məsuliyyəti nəzarətçilərdə görən rayon rəhbərliyi hər gün mütəmadi olaraq onları incitməyə başlayır. Hər dəfə işçilər çağırılıb idarədə izahatları alınıb, haqlarında xidmət i məlumat yazılır. İşçilər gecə 21:00-22:00-a qədər idarədə saxlanılır, işlərə cəlb edilir. Lakin bu faktlar heç bir halda rəsmiləşdirilmir. Artıq hər dəfə çayçılarda bir yerə yığışan nəzarətçilər işdən iyrəndiklərini, tarixlərinin ən iyrənc rəhbərliyi ilə qarşılaşdıqların səsli şəkildə bir birlərinə etraf etməyə başlayırlar. Hər gün yuxudan oyananda işə getməyə nifrət etdikərini, işdən iyrəndiklərini etraf edirlər.

Təyziqlərin pik həddə olduğu günlərdən biri 17.05.2023 cü il tarixində plan yığmadığına görə Fakturalama qrupunun 9 nəzarətçisi iş saatından sonra zorla idarəyə gətirilib, təhdid edilir və bir başa yuxarı idarə rəisi Sultan Əmiraslanovun otağına qaldırılır. Sultan Əmiraslanov isə dərhal haqlarında tədbir görülməsini işdən çıxma ərizələrinin yazılmasını əmr edir. Bunun ardınca işçilərdən zorla tarix qoyulmadan işdən çıxma ərizəsi yazdırılır və hər birinə töhmət verilib gecə ilə həmin olanları əmrləşdirib, əmrin şəkilini çəkib bütün idarə heyətinin olduğu whatsapp qrupuna şan olsun deyə atılır. Ardıncada onların dediklərinə əməl etməyənləri eyni cəza gözləyir deyə bir audiyo səs yazısı qrupa göndərilir. Həmin günün gecəsi yaşadığı stressi qaldıra bilməyən aralarında ən qocaman işçi olan 64 yaşlı Əmişov Orucəli yataraq ürək tutmasından dünyasını dəyişir. Həmin işçi 2 ay sonra təqaüdə çıxacağı halda Sultan Əmiraslanov onu vəzifəsindən istifadə edərək faktiki öldürür. Hər halda 64 yaşında olan bir şəxs iş yoldaşları içərisində ağır təhqirləri qaldıra bilmir.

Ardını oxu...

Səhəri gün bu xəbərin şoku ilə ayılan Binəqədi rayon rəhbərliyi dərhal həmin izahat, əmrləri və xidməti məlumatları yox etməyə başlayır və whatsapp qrupunda olan təhdid mesajlarını silməyə başlayırlar. Əmişov Orucəli ilə bağlı Whatsapp qrupunda baş sağlığı verənlərdən biri (nəzarətçi Elnu Ələkbərov) ölüm səbəbini axşam işdən çıxma ərizəsi ilə əlaqəli olub olmadığını sual edəndə dərhal həmin yazı silinib, Elnur Ələkbər yuxarı şöbə rəisinin otağına çağrılıb təhdid edilir və qoruxudulur.

Beləliklə öz cinayət işlərini ört basdır etmək istəyən Binəqədi rayon su kanal idarəsinin rəisi Sultan Əmiraslanov Əmişov Orucəlinın yas mərasiminə hər kəsdən öncə gedib, oğlanlarına başsağlığı verib, ölümün onunla əlaqədar olmadığını, kənardan onlara nə deyilsə qulaq verməmələri ilə bağlı öz tövsiyələrini verir.

Artıq Sultan Əmiraslanovun əməlləri hüqquqi çərçivədə qiymətləndirilməli, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərsu ASC rəhbərliyi, eləcə də, hüquq-mühafizə orqanlarının yoxlamasından keçməlidir.
Mövzunu davam etdirəcəyik//cumhuriyyet.az//

 

Ardını oxu...

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev icra başçısı olduğu rayonun bəzi ərazisində olanda gölü hasarlayaraq sanki özünün şəxsi mülkiyyəti kimi özəlləşdirib.

"DogruXeber.az" Bidirir ki, "Azərbaycan Reallığı"na göndərilən videoda iddia olunur ki, icra başçısı sözügedən göldə farel balığı saxlayır. Rayon isə icra başçısının əlindən qan ağlayır deyə vətəndaş göndərdiyi videoda giley edir.

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Bakı Sağlamlıq Mərkəzi” (qısaca – BSM) icbari tibbi sığortası olan xəstələri öz taleyi ilə baş-başa buraxır.

DİA.AZ kommersant.az-a istinadla xəbər verir ki, sözügedən sığorta vasitəsilə BSM-də müalicə alan xəstələr arasında ölüm halları artıb. Xəstəxanada baş verən ölüm hallarının əksəriyyəti də elə bu xəstələrin payına düşür.

Adının açıqlanmasını istəməyən xəstələr tərəfindən saytımıza verilən məlumata görə, gecə növbəsinə qalan həkimlər də sığortalı xəstələrlə maraqlanmır.

“Sığortalı xəstələrin şöbəsinə gecə növbəsi üçün həkim təyin olunmur. Xəstəxanada reanimasiya üçün 5.000 manat depozit tələb olunduğuna görə xəstəxana sığortalı xəstələri kritik vəziyyətlərdə reanimasiyaya qaldırmağa həvəsli deyil. Çünki, sığorta şirkətləri o pulu xəstəxanaya depozit olaraq ödəmir. Buna görə də digər şöbələrlə müqayisədə sığortalı xəstələrin şöbəsində ölüm halları çox olur. Hətta həmin şöbədə bir gecə içində iki nəfər rəhmətə gedib”, - deyə şikayətçi bildirib.
Ardını oxu...
Azərbaycanda son illər ən çox şikayət olunan qurumlardan biridə azyaşı uşaqların təlim-tədrisi və tərbiyyəsi üçün fəaliyyət göstərən baxçalardır. Rayon icra hakimiyyətlərinin balansından alınaraq Təhsil Nazirliyinin nəzarətinə verilən uşaq baxçalarında vəziyyət heçdə dəyişməyib. Belə ki, bu gün ölkədə fəaliyyət göstərən bir çox dövlət baxçalarında valideyinlərdən hər ay aylıq alınması artıq adi hala çevrilib. Belə baxçalardan biri də Gəncə şəhər 3 saylı uşaq baxçasıdır.
Xalqxəbər.az-a daxil olan şikayətdə bildirilir ki, şəhər 3 saylı uşaq bağçasında müdiri Gülarə Ağayevanın öz “qayda-qanun”ları hökm sürür.
Belə ki, hazırda 3 saylı uşaq baxçasında müdir Gülarə Ağayevə elə bir vəziyyət yaradıb ki, valideynlər özləri könüllü şəkildə aylıq verirlər. Baxçada 9 qrup və 180 uşaq tərbiyyə alsada bu say daha çoxdu. Məlumatda bildirilir ki, 3 saylı uşaq baxçası Gəncədə dövlət baxçasından daha çox özəl baxça kimi işləyir. Yəni bütün aylıq haqqını ver uşağını 3 saylı baxçaya təyin yerləşdir. İddia edilir ki, baxçaya gələn uşaqların seçimini şəxsən müdir Gülarə Ağayevə özü edir. Yəni baxça müdiri daha çox imkanlı valideynlərə yer ayırır. Həmçinin qeyd edilir ki, 3 saylı uşaq baxçasında işləyən 30-a yaxın texniki işçinin bir hissəsi işə gəlmədiyi üçün onların əmək haqqlarını Gülarə Ağayeva özünə götürür. Bundan başqa baxçaya dövlət tərəfindən ayrılan ərzaq məhsullarının bir hissəsinin də baxça rəhbərliyi tərəfindən götürüldüyü qeyd olunur.
Qeyd edək ki, Gülarə Ağayevanın bacısı Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovadır. Ölkə mətbuatında Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinidə “öz qanunları” ilə idarə etməsi ilə bağlı məlumatlar dərc edilib.
Ardını oxu...
Həmin məlumatlarda bildirilir ki, Ülviyyə Nadirova yüksək vəzifəli himayədarlarına arxalanaraq vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Həmçinin Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinin hesabına hər ay külli miqdarda qazanc əldə etdiyi deyilir.

Bildirək ki, Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovanın Mədəniyyət Nazirliyinin rəhbər heyyətində güclü himayədarlarının olduğu deyilir.

Məlumata görə Ülviyyə Nadirovanın əsas himayədarı bu ilin mart ayında Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilən Sevda Məmmədəliyeva olub.

Ülviyə Nadirovanın işdən çıxarılan nazir müavininə arxalnaraq Samux şəhər Uşaq Musiqi Məktəbini şəxsi obyekti kimi istifadə etdiyi deyilir.

Qeyd edək ki, Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. Hansısa səbəblərdən bu illər ərzində bir dəfə də olsun Samux şəhər Uşaq Musiqi Məktəbində ciddi audit aparılmayıb.

Bir müddət sosial şəbəkələrdə Samux şəhər Uşaq Musiqi Məktəbində xeyli sayda “ölü canlar”ın olması və təsərrüfat, texniki, həmçinin pedoqoji heyətin bir qisminin məktəbə işə gəlmədiyi və onların maaş kartlarının Ülviyyə Nadirovada olması ilə bağlı məlumatlar yayılmışdı.

Həmin məlumatlarda iddia edilirdi ki, Ülviyyə Nadirova zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir. 22 ildir Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Ülviyyə Nadirovanın büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırtdığı iddia edilir. Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var…


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Xalqxəbər.az//
 

 
Ardını oxu...
 
Redaksiyamıza təşrif  buyuran Namazova Şahnaz Elxan qızının  başına gələnlər barəsində danışdıqlarını olduğu kimi  hüquq-mühafizə orqanlarının nəzərinə çatdırırıq:
Şahnaz xanımın dediyinə görə, özünü  tanınmış həkim Rüfət  Yaqubovun (səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə, “Tərəqqi”, “Şöhrət” ordenləri ilə təltif edilmiş, “Əməkdar həkim”) oğlu kimi təqdim edən   Cəmil Rüfət  oğlu Yaqubovla  2019-cu ildən tanışdır: “Deyilənə görə o, SOCAR-da çalışır. Onunla sadəcə aramızda  salam-sağol səviyyəsində münasibət olub. O mənimlə daha sıx münasibətdə olmaq istəsə də mən sadəcə insani  münasibət  saxlamışam. Və aramızda hansısa problem olmayıb”. Şikayətçi Şahnaz xanımın  dediyinə görə, 2023-cü il 21 may tarixdə Nizami rayonu ərazisindəki NEON şadlıq evinin qarşısında ( Rüstəmov küçəsində ) HERMES Lizinq Mərkəzindən götürdüyü , dəyəri 82 min 200 AZN olan 77 AN 067 nömrəli  Hunday Sonata markalı avtomobilini şadlıq evinin qarşısında saxlayıbmış: “Mən bir müddət sonra geri qayıdanda avtomobilimin üzərinə kislota maddəsinin töküldüyünü gördüm və 102 xidmətinə zəng edərək məlumat verdim. 
Məni Nizami RPİ-nin 24-cü Polis Bölməsinə dəvət etdilər və baş verənlərlə bağlı  izahat yazdım. 3 gün sonra Yaqubov Cəmil və onun vəkili Kamran Tağıyevlə 24-cü PB-də qarşılaşdıq. Vəkil Kamran Tağıyev kənarda və içəridə izahat verən zaman, mənə təzyiq etməyə başladı və mənə dedi ki, şikayətini geri götürməsən başın ağrıyacaq. O mənə çox kobud formada, “Aazzz, al 200 manatını, başın ağrımamış çıx get dəə”  deyərək təhdid elədi. Vəkil Kamran Tağıyev hətta mənə dedi ki, bilirsənmi bunların ailəsi Prezidentə yaxındır”. 
Şikayətçi Şahnaz Namazovanın dediyinə görə, Polis Bölməsində Cəmil bildirib ki, mən Şahnazı uzun müddət izləmişəm, avtomobilə kislota tökəndə elə bilirdim ki, orada 1 kamera var və onu zərərsizləşdirmişdim, sonradan bildim ki, əlavə 2 kamera da olub. Mən kislotanı 100 manata almışdım, məqsədim avtomobili, Şahnazı, onun uşaqlarını, sürücüsünü məhv etmək idi. Və izahat verən Cəmil təhqiqatçının yanında açıq şəkildə deyib ki, pulumuz çoxdur, məqsədim adamları aşağılamaq, alçaltmaqdır. Ən dəhşətlisi odur ki, işi aparan təhqiqatçı Nəriman Əzizov da zərərçəkən Şahnaz xanıma deyib ki, burada nə var ki, cinayət işi açaq. Təhqiqatçı hətta  Şahnaz xanıma bildirib ki, sən məni şantaj edirsən ki, qarşı tərəfdən pul alıb sənə verim. Şahnaz xanım isə ona cavab verib ki, qarşı tərəf ona pul təklif edəndə avtomobilinə oturaraq qapını bağlayıb və deyib ki, qoy məsələni dövlət orqanları həll etsin, mənə pul lazım deyil. Zərərçəkən  Şahnaz xanımın anası Gülnaz xanım deyir ki, vəkil Kamran Tağıyev mənə deyirdi ki, Cəmil uşaqdır, bilməyib eləyib. Zərəçəkənin anası Gülnaz xanım hətta onuda deyir ki, mən də soruşdum ki, 31 yaşında uşaq olur, ay vəkil..? 
Bir sözlə, Nizami RPİ-nin əməkdaşları operativ olaraq məsələni araşdırıb, kamera görüntülərinə əsasən Cəmil Yaqubovun avtomobilinin nömrəsini müəyyən edərək, məsələni operativ olaraq çözə biliblər. İndi məsələ qanuni yolla həll edilməli və cinayəti törətmiş şəxs cəzasını almalıdır. Videogörüntülərdə  qarşı tərəfin şəxsi mülkiyyəti məhv etməsi və ölümə cəhd elədiyi açıq hiss olunur. 
Ümid edirik ki, Nizami Rayonu 24-cü Polis bölməsi yaxın zamanda təhqiqatı yekunlaşdırıb materalları istintaqa göndərəcək. Bizimlə söhbət əsnasında zərərçəkən Şahnaz Namazova dedi ki, 1988-ci ildə Qərbi Azərbaycanda, Göyçədə  ermənilər bizim mal-mülkümüzü, doğmalarımızı  məhv elədilər, indi isə Cəmil kimilər Bakıda məni və uşaqlarımı məhv etmək istəyir. 
Görünür Cəmil kimilərini pul harınladıb.  Bu məqamda möhtərəm Prezidentimizin harınlamış məmur balaları ilə bağlı dedikləri yada düşür: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? 
Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. 
Ümid edək ki, hüquq-mühafizə orqanları möhtərəm Prezidentimizin sözlərinə əməl edəcəklər. 
Biz isə bir media olaraq vəkil Kamran Tağıyevə deyirik ki, Şahnaz xanımın başına gələnlər sənin bacının başına gəlsəydi, ona, aazz, al 200 manatını, başını ağrıtma, desəydilər, ona necə təsir edərdi..? 
Bir də görəsən, 40 il səmərəli əmək fəaliyyəti ilə məşqul olan professor-həkim Rüfət Yaqubovun, oğlu Cəmilin əməllərindən xəbəri varmı..?

 
Ardını oxu...
 
Ölkəmizin ən böyük supermarketlər şəbəkələrindən biri kimi tanınan "Araz" supermarketlər şəbəkəsi barədə bu vaxta qədər yerli KİV-də yetərincə iddialar səslənib. DİA.AZ bildirir ki, amma bu dəfə açıqlanan faktlar tam real mənzərəni əks etdirdiyindən rahatlıqla deyə bilərik ki, əgər gərəkən qurumlar hansısa tədbiri görmək istəyirlərsə, bu faktlara gözucu nəzər salsınlar, yetər.

DİA.AZ bildirir ki, bu dəfə qeyd olunan ünvandakı eybəcərlikləri tanınmış ictimai fəal, jurnalist Nadir Qocabəyli ifşa edir. DİA.AZ jurnalistin başına gələn hadisəni olduğu kimi təqdim edir:

"“ARAZ"DAKI NATARAZ İDARƏÇİLİYİN MƏHV ETDİYİ GƏNC HƏYATLAR

İşsizlik dövrümüzün ağır problemlərindəndir və təəssüflər olsun ki, biz azərbaycanlılar bir çox şeylər kimi, bu problemin də ən dəhşətli versiyalarından birini yaşayırıq.

Böyük oğlum Maqsudun səhhətində olan müəyyən problemlərə baxmayaraq hərbi xidmətə çağırılması, başdansovdu hərbi-tibbi komissiyadan keçirildikdən sonra orduya xidmətə göndərilmə cəhdləri, buna qarşı apardığımız gərgin mübarizə haqqında yazdığım yazıları, etdiyim çıxışları fəal vətəndaşlarımızın əksəriyyəti oxuyub və dinləyib. Bu problemi çox çətinliklə, “əzablı yollarla”, hətta dövlətin ən yüsək instansiyalarına yazdığım məktublar saytəsində həll etdiyimizi də çoxları bilir.

Ancaq problemin biri bitməmiş o biri başlayır, necə deyərlər, yağışdan çıxmamış yağmura düşürük. Oğlumun ixtisasına, qabiliyyət və bacarığına uyğun iş axtarışları hələlik nəticə vermədiyindən, boş qalmamaq, atasına yük olmamaq üçün başqa bir işdə çalışmağa qərar verdi və “Araz” marketlər şəbəkəsində boş vakansiyalar olduğunu öyrəndi. Müraciət etdi, sənədləri hazırladı və evimizə ən yaxın olan “Araz Market – Hövsan 3” filialına qəbul olundu. Biz də sevindik ki, maaşı az (380 AZN), iş şəraiti bir qədər ağır olsa da (gündə 9, həftədə 6 gün, yəni 54 saat), müasir, təmiz və səliqəli bir müəssisədə işləyəcək. Ona hətta karyera yüksəlişi ola biləcəyini də vəd etmişdilər.

Ancaq qeyd etdiyim kimi, narahatedici məqamlar da vardı. Əvvəla, oğlum ilk iş günü evə gələrkən əmək müqaviləsinin bağlanıb-bağlanmaması ilə bağlı sualıma cavab olaraq bildirdi ki, ona sadəcə hansısa kağızları imzaldıblar. Heç bir izahat, açıqlama vermədən sadəcə “bura qol çək, ora qol çək” deyiblər. İşin şərtlərini də şifahi şəkildə izah ediblər. Gündə 9 saat olmaqla həftədə 6 gün işləyəcəkdi. Yarım saatlıq nahar fasiləsi, hərəsi 15 dəqiqə olmaqla 2 dəfə çay içmək də iş vaxtına daxildir.

Bu şərtlər məni qane etməsə də, oğluma mövcud reallıqları, vəhşi kapitalizmi, Azərbaycan kimi qanunların ayaq altına atıldığı bir ölkədə yaşadığımızı izah etməyə çalışdım və dözümlü olmağı məsləhət gördüm. O da razılaşdı.

Ancaq təcrübə göstərdi ki, iş şəraiti şifahi şəkildə deyilənlərdən də qat-qat ağır imiş. Oğlum “İçkilər” şöbəsində işləyir. Vəzifəsi gün ərzində həmin şöbənin boşalmış rəflərini içkilərlə doldurmaq, rəflərdə səliqə-sahman yaratmaq, qiymətlərə nəzarət etmək, müştərilərin suallarına cavab vermək, onları düzgün yönləndirməkdir. İlk baxışda sadə və asan işdir. Ancaq yalnız ilk baxışda və nəzəri cəhətdən. Praktikada tamamilə fərqli mənzərə ilə üzləşirsən. Məsələ burasındadır ki, böyük supermarketin böyük bir şöbəsində işin həcmi bir nəfərin bu işlərin öhdəsindən gəlməsini mümkünsüz edir.

Həmin şöbədə oğlumdan başqa bir işçi də işləyir. Ancaq iş növbəli olduğundan, onlar cəmisi 3 saat birlikdə işləyirlər. Qalan vaxtları təkbaşına işlələmək məcbiriyyətindədirlər. Oğlumun iş vaxtı çox yorulduğunu görən iş yoldaşlarından biri ona deyib ki, əslində sizin şöbədə 4 nəfər çalışmalıdır və siz 2 nəfərə 4 adamın işini görürsünüz. Sonradan oğlum yeməkxananın divarındakı iş cədvəlində də içki şöbəsində 4 nəfərin işləməli olduğunu görüb və cədvəlin şəklini də çəkib.

Dəhşətli və vəhşi qanunlardan biri də odur ki, işə yeni başlayan işçiyə 10 gün ərzində istirahət günü verilmir. Burada mən dünyadakı və ölkəmizdəki iş, istirahət saatları ilə bağlı normaları və qaydaları “Araz” marketlər şəbəkəsi rəhbərliyinin yadına salmaq istərdim.
Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtının norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülür.
Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

Amma yuxarıda qeyd etdiyim kimi, oğlumu həftədə 6 gün olmaqla gündə 9 saat işləməyə məcbur ediblər, işlədiyi 10 gün ərzində bir gün də istirahət verməyiblər. Görünən odur ki, market rəhbərliyi hətta müəyyən etdiyi şifahi qrafikə də əməl etmək istəmir və işçiləri tam istismar edərək, halları pisləşənə, vəziyyətləri ağırlaşana, hətta ölənədək işlətmək niyyətindədir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan və həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. "Araz" marketdə hökm sürən hal tamamilə qanunsuzdur. Hətta işçiləri çox vaxt müxtəlif bəhanələrlə 9 saatdan da artıq işlədirlər. Bunlarla bağlı Əmək Müfəttişliyinə və prokurorluğa müvafiq şikayətlər vermək olar.

Mən bunu bilsəm də, dediyim kimi, şikayət verməyə tələsmədim. Çünki şikayət verdiyimiz orqanlar da, təəssüflər olsun ki, elə “Araz” kimi işləyirlər. Digər tərəfdən, bu halın təkcə “Araz” marketdə olmadığını da bilirəm. Yəni problemin siyasi kökləri, eyni zamanda qlobal vəhşi kapitalizmdən qaynaqlanan səbəbləri var.

Ancaq məsələ burasındadır ki, hədsiz istismara dözmək də olmur. Həm də təkcə hüquqi, mənəvi baxımdan deyil, fiziki olaraq da.

24 may 2023-cü il tarixdə, yəni oğlumun “Araz” marketdə çalışdığı 10-cu gün (işə mayın 15-də başlayıb) axşam saat 19.57-də ağır xəbər aldım. Oğlumun halı pisləşib, özündən gedib, huşunu itirərək dili qatlanıb və onu çətinliklə özünə gətiriblər. Mənə dedilər ki, gəlib onu aparım. Dərhal taksi çağırıb getdim və oğlumu evə gətirdim. Tam özünə gələndən sonra söhbət etdik.

Həmin gün axşam saat 7-də özünü çox yorğun hiss edən oğlum ortalıqda dolaşan rəhbərlərdən birinə yaxınlaşaraq, çay içmək üçün icazə istəyib. Rasim adlı həmin şəxs cavab verib ki, saat 9-a qədər olmaz. Oğlum əlindəki təlimatı ona göstərərək deyib ki, burada 7-dən 8-ə qədər icazə verildiyi yazılıb. “Sənə dedim ki, olmaz, 9-a qədər mətbəx bağlıdır” – o, səsini qaldırıb. Bundan sonra oğlum Nərmin xanım adlı inzibatçıya yaxınlaşaraq, Rasim müəllimin ona təlimatdan kənar əmr verdiyini bildirib. Nərmin xanım da cavab verib ki, hər mağazanın təlimatdan kənar yazılmamış qaydaları var.

Tamamilə taqətsizləşdiyini hiss edən oğlum mətbəxə gedərək, oradakı xadiməyə özünü pis hiss etdiyini deyib və stulda oturmağa icazə istəyib. Xadimə oğluma deyib ki, sənə 1 stəkan çay süzüm, amma tez iç ki, görən olmasın. Oğlum oturaraq, başını stola qoyub. Bir neçə dəqiqədən sonra yadına düşüb ki, ona çay içməyə icazə verməyiblər. Odur ki, çaya toxunmadan ayağa qalxaraq, işinə qayıtmaq istəyib, ancaq huşunu itirərək yerə yıxılıb...

Ayılanda meyvə şöbəsində işləyən Ülvi adlı oğlanın əlini onun ağzına salaraq, dişlərini araladığını görüb...

Mən vəhşi kapitalizmin nə olduğunu da anlayıram, Azərbaycanda cəngəllik qanunlarının hökm sürdüyünü də. Ancaq bunları qəbul etmək zorunda deyiləm. Xüsusilə də, onlar mənim maraqlarıma tamamilə zidd olduğu halda. Ancaq bu da hamısı deyil. Bu vəhşi, yırtıcı qanun və qaydalar mənə, ailəmə, övladlarıma birbaşa təhlükədir. “Araz” marketə rəhbərlik edən Rasim kimi ibtidai təfəkkürlü, kobud, Nərmin xanım kimi məsuliyyətsiz, dayaz düşüncəli şəxslərin davranışı oğlumun ölümünə səbəb ola bilərdi. Ən dəhşətlisi isə odur ki, onlar bunu sadəcə “bədbəxt hadisə” adlandıracaq, mənim və müvafiq qurumların ağzını bağlamaq üçün hərəkətə keçəcəkdilər.

Belə hadisələr çox olub və indi də olmaqdadır. Ancaq bu cür davam edə bilməz. Kimlərsə insanları qanunda nəzərdə tutulmuş vaxtdan artıq, istirahət vermədən, çay içməyə qoymadan, ikiqat, üçqat işlədəcək, 4 adamın işini 2 nəfərə gördürüb pul qazanacaq, varlanacaq, kef çəkəcək, sadə, zəhmətkeş vətəndaş da gənc övladının qəbir daşını qucaqlayacaq?!.

Doğrusu, hər şeyi bura yazmaq, icrimailəşdirmək istəmir, bunu başqa yolum qalmayanda edirəm. Bu məsələni də dərhal ictimailəşdirmək, müvafiq orqanlara şikayət etmək, məhkəməyə müraciət etmək istəmədim. Açığı, həmin instansiyalara böyük ümidim də yoxdur. Ancaq başqa çıxış yolu olmayanda bunları etməyə sadəcə məcburuq.

Bunların hamısını edəcək, lazım olsa, Avropa İnsan Haqları məhkəməsinə qədər gedəcəyik.

Çünki “Araz” marketlər şəbəkəsinin rəhbərliyi bizə başqa yol qoymur.
Oğlumun başına hadisə gələn günün səhərisi dostlardan biri vasitəsilə “Araz” marketin rəhbərliyi ilə əlaqə yaratdım və ona problemlə bağlı həm yazılı, həm də şifahi məlumat verdim. Xahiş etdim ki, problemi həll etsinlər. Tələbim ondan ibarət oldu ki, oğlumla bağlanan rəsmi müqavilənin bir nüsxəsi ona verilsin, həftəlik maksimum 40 saatlıq iş təmin olunsun, yemək və çay içmək üçün ayrılan bir saatlıq fasilədən istifadə etməsinə imkan verilsin, bir də iş vaxtı təlimatda yazılandan artıq yüklənməsin. Yəni şöbədə 4 nəfər işləməlidirsə, bu iş 2 nəfərə gördürülməsin. İş saatından artıq iş razılıq əsasında olsun və bu işin haqqı qanunvericiliyə uyğun olaraq ikiqat ödənsin. Eyni zamanda, oğluma dəymiş ziyana görə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilsin.
“Araz” markerin İnsan Resursları Departamentinin rəisi Pərviz Qasımov mənimlə çox mədəni danışdı və söz verdi ki, tələblərimizi rəhbərliyə çatdıracaq, eyni zamanda, onların həllinə nail olacaq. Xahiş etdi ki, problemin həllini tapması üçün bir-birimizə kömək edək, koordinasiyalı işləyək. Hətta mənə məlumat verdiyim üçün təşəkkürünü də bildirdi.

Paralel olaraq oğlum da İnsan Resursları Departamentinin əməkdaşı Kübra Zeynalova ilə əlaqə saxlayırdı. O da çox mədəni bir xanımdır və oğluma problemin həlli üçün əlindən gələni edəcəyinə söz verir, onu dinlədikdən sonra rəhbərliklə müzakirələr aparır və müvafiq cavablar verirdi.

Sonradan mən də onunla üzbəüz görüşdüm və həqiqətən mədəni bir insan olduğunu gördüm. O da bizimlə tam razı olduğunu bildirərək, tələblərimizi rəhbərliyin nəzərinə çatdıracağına söz verdi.

Ancaq “Araz” market rəhbərliyi ilə apardığımız danışıqlar heç bir konkret produktiv nəticə vermədi. Bir həftəlik çək-çevirdən, qaçdı-tutdudan sonra bizə sadəcə müqavilənin son dərəcə xırda şriflərlə yazılmış, içərisi boşluqlarla dolu nüsxəsini verdilər. Biz onu oxuyub, “Araz” marketin özünün təsdiqlədiyi şərtləri yerinə yetirməsini bir daha Pərviz Qasimov və Kübra Zeynalovadan xahiş və tələb etdik. Onlar yenə bizə mədəni cavab verərək, tələblərimizi rəhbərliyə çatdırmağa söz verdilər. Tələblər aşağıdalılardan ibarət idi:
1. Əmək Müqaviləsinin 3-cü paraqrafının 1-ci bəndində göstərilən Vəzifə Təlimatı yeri boşdur. Xahiş edirik, buna aydınlıq gətirilsin və təmin olunsun.

2. 4-cü paraqrafın 2-ci bəndində əmək haqqı 407 manat yazıldığı halda işçiniz Maqsud Quliyevə iş yerində 380 manat alacağı deyilib. Buna da aydınlıq gətirilsin.

3. 4-cü paraqrafın 18-ci və 21-ci bəndlərindəki iş və nahar vaxtları düzgün təmin olunsun. Müqaviləyə görə, 6 günlük iş rejimi hər gün 1 saatlıq nahar fasiləsi də daxil 7 saat 30 dəq. olmalıdır.
1-ci növbə: 8.00-dan 15.30-dək.
2-ci növbə: 15.30-dan 23-dək.
Bu halda həftəlik iş 40 saatı aşmır. Xahiş edirik, Müqavilənin bu müddəasının yerinə yetirilməsi də təmin olunsun.

4. İşlədiyi 10 gün ərzində Maqsud Qiliyevi hər gün qanunsuz olaraq 9 saat işləməyə məcbur ediblər və 2 nəfərin əvəzinə işlədiblər. Hələ nahar və çay üçün nəzərdə tutulan 1 saatdan da tam istifadə etməsinə kobud şəkildə imkan verməyiblər. Bu səbəbdən ağır sarsıntı keçirib və huşunu itirib.

Odur ki, bu hallar bir daha təkrarlanmamalı və baş verən ağır hadisəyə görə, Müqavilənin 5-ci paraqrafının 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, ona vurulan maddi və mənəvi ziyanın əvəzi ödənməlidir. Yəni ona kompensasiya verilməlidir.
Yuxarıda adını çəkdiyim şəxslər bizi yenə də dinləyib, mədəni tərzdə cavab verdilər ki, tələblərimizi rəhbəliyə çatdırıb, məlumat verəcəklər. Kübra Zeynalova hətta onu da əlavə etdi ki, lazım olsa, hətta bizi rəhbərliklə görüşdürə də bilər.

Ancaq ilk iki tələbimizə Pərviz Qasımov dərhal qısa cavab verdi. Cavab belə idi: “Vəzifə təlimatları uzun olduğundan əmək müqaviləsində deyil əlavə olaraq qeyd edilə bilər.
Əmək haqqı "oklad", yəni “gross” əməkhaqqı yazılır, vergilər tutulduqdan sonra “net” ödənir. Digərlərinə də baxıb Sizə geri dönüş edəcəyik.”

Amma heç bir geri dönüş olmadı. Sonradan oğlum Kübra Zeynalova ilə əlaqə saxlayanda belə bir şifahi cavab aldı ki, iş vaxtını mağaza rəhbərliyi ilə müzakirə etsin. Halbuki bizə əvvəldən belə deyilməmişdi. Kompensasiya olaraq isə oğlumun işə çıxmadığı 9 günün əmək haqqı yazılacaq.

Bu cavab oğlumu qane etmədi və fikrini dərhal Kübra Zeynalovaya söylədi. O da yenə mədəni şəkildə cavab verdi ki, rəhbərliyə məruzə edib, geri dönüş edəcək. Amma aradan12 saat keçməsinə baxmayaraq, cavab yoxdur.

Oğlum hesab edir ki, ona dəyən maddi və mənəvi zərər hansısa miskin məbləğlə ölçülməməlidir. Çünki məruz qaldığı istismar və kobud münasibət nəticəsində həyatını itirməyin astanasına gəlib. Müavilədə dəqiq göstərilən iş saatlarını isə əlavə olaraq müzakirə etməyə lüzum görmür.

Mən hər ehtimala qarşı “Araz” marketin rəhbərliyi ilə bizim aramızda vasiçilik edən dostumuzu da məlumatlandırdım ki, inciməsin. Çünki problemi ictimailəşdirəcək və müvafiq orqanlara şikayət etmək üçün zəruri addımlar atacağam. Dostumuz da öz növbəsində onlarla əlaqə saxlayıb və ona deyiblər ki, biz işçilərə ayrıseçkilik qoya bilmərik. Hamı necə, o da elə.

Buradan “Araz” marketin rəhbərliyinə bir daha deyirəm. Biz heç bir ayrıseçkilik və imtiyaz tələb etməmişik və etmirik. Bizim tələbimiz yalnız sizin özünüzün imzalarınız və möhürlərinizlə təsdiqlədiyiniz sənədlərə, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasıdır. Biz eyni zamanda istəyirik ki, “Araz” marketdə ağır şərtlər və istismar altında çalışan 20 minə yaxın işçinin, insanın, vətəndaşın da pozulan hüquqları bərpa olunsun. Bəli, biz öz mübarizəmizi aparırıq, ancaq eyni zamanda, bununla başqalarına da örnək olmağa çalışırıq ki, hər kəs öz hüququnu bilsin, qanuni haqqını tələb etsin.

Biz sizinlə əlaqəyə girməklə, ünsiyyət yaratmaqla məsələni mənəvi-əxlaqı, milli-mental adət-ənənələrimizə uyğun, kişiyana, Allahtərəfi həll etməyə səy göstərdik. Həm də sizə şans vermək istədik. İstəmirsinizsə, hüquqi müstəviyə keçə bilərik və hökmən keçəcəyik.

Nadir Quliyev (Qocabəyli)"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Ü.Hacıbəyov küçəsi ev 13 də yaşayan Səlimov Elsevər Ağası oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən 29.04.2019-cu il tarixdən “DOST” İş Mərkəzi Xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyirəm. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov 23 may 2023-cü il tarixdə mənə xəbərdarlıq məktubu göndərərək qeyd edib ki, “Təhkim olunduğunuz icraçı qrum tərəfindən aldığımız məlumata əsasən nizam-intizam qaydalarını pozaraq, vəzifə öhdəliklərini yerinə yetirməmisiniz. Nəzərinizə çatdırırıq ki, icraçı qrum tərəfindən nizam-intizam qaydalarının yenidən pozulması barədə məlumat daxil olarsa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər”.

Həmin xəbərdarlıq məktubu əsassız və qanunsuzdur.Çünki mən daima nizam-intizam qaydalarına riayət edirəm vəzifə öhdəliklərini yerinə yetirirəm ki, bunu təsdiq edən subutlar və şahidlərim var.Sadəcə olaraq mən “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Məssisəsləri Kombinatına işə qəbul edilmiş şəxslərin əksər hissəsinin təxminən 80 %-nin aylıq pul verib işə gəlməmələri barədə əsaslı şikayətlər etdiyim üçün məni belə şantaj edib hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılovun 23 may 2023-cü il tarixli xəbərdarlıq məktubu da mənə edilən hədə-qorxudur.

Mənim nizaml-intizam qaydalarını pozmağım və iş öhdəilklərini yerinə yetirməməyim barədə yalan məlumatı Ucar Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Asəm Kərimov qərəzli olaraq vermişdir.Mənim şikayət ərizəm əsasında Azərbaycan Respubliaksının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.Belə ki, keçmiş müdir Asəm Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “DOST”-un işçiləri Ucar rayon sakinləri Kərimov Yasif İbrahimxəlil oğlu, Hüseynov Saqi Məmmədhüseyn oğlu və digər şəxslər ölkədən xarcə gedib bir nüçə ay orada yşasalarda onlara işə gəlmələri barədə qanunsuz davamiyyət yazılaraq maaş köçürülmüşdür. Bu korrupsiya cinayətidir ki, Asəm Kərimov, birqadirlər və “DOST” İş Mərkəzinin rəhbərliyi ilə əlbir olaraq ediblər.“DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov buna görə mənə qanunsuz olaraq xəbərdarlıq (hədə-qorxu) məktubu göndəmişdir.

Hazırda da “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyən şəxslərin əksər hissəsi 80 % aylıq haqq verib işə gəlməsələrdə onlara qanunsuz olaraq maaş yazılır.Sizə təqdim etdiyim video müraciətimə diqqətlə baxın 02 iyun 2023-cü il saat 16-00 da heç kəs işdə deyil .Hər gün belədir aylıq haqq verənlər işə gəlmirlər hər ay maaş alırlar ancaq mənim kimi aylıq pul verməyən və qanun tələb edənlərə hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov bu korrupsiya şəbəkəsinin üzvüdür deyə mənə hədə-qorxu gəlir.

Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi, “DOST” İş Mərkəzinin rəhbərliyini ələ alaraq onları da saxtakarlığa həvəsləndirə biliblər.“DOST” İş Mərkəzinin mərkəzi ofisindən Ucara ezam olunan yoxlama aparanlarla Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əvvəlcədən sövdələşdikləri üçün onların verdiyi siyahı üzrə “yoxlama” aparıb işə gəlməyib haqq verən şəxslərin barəsində heç bir tədbir görmürlər. Bunu təsdiq edən mötəbər subut aşağıdakıdır.

2022-2023-cü il tarixdə “DOST” İş Mərkəzinin mərkəzi ofisinin əməkdaşları Ucar rayonuna ezam olunub yoxlama apran zaman video çəkliş aparılmışdır.Həmin zaman aylıq haqq verənlər işdə olmasalarda onların barəsində heç bir tədbir görülməyib.Çünki Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi ezam olunmuş yoxlamaya rüşvət vermişdi.Yoxlama zamanı çoxlu sayda işçi həmin vaxt işdə olmasalarda verilən rüşvət müqabilində üstü-ört basdır edilmişdir. Aylıq haqq verməyən işçilərin isə əmək müqavilələrinə xitam verilmişdir. Həmin video çəkilişə baxılması kifayətdir.Mən və bir neçə rayon sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edib yerində
həmin video çəklişə bizim iştirakımızla baxıb qanunu tədbir görülməsini xahiş etmişik. Belə olan təqdirdə obyektiv həqiqət üzə çıxacaq.Onda subut olunacaq ki, kim yalan deyir və kim korrupsiya şəbəkəsinin üzvünə çevrilib.
Bütün bunlar prezident cənab İlham Əliyevin iqtisadi siyasətinə qarşıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm “DOST” İş Mərkəzinin Ucar rayon Kommunal Müəssisələri Kombinatındakı fəaliyyətini obyektiv yoxlayıb ciddi və təsirli tədbirlər görsün".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Polis əməkdaşı vətəndaşa məxsus olan əmlaka həm qəsdən ziyan vurur, həm də onu hədələyr?
Bu haqda Dünyanınsəsi.Az saytına Yaqubov Mürsəl Yəhya oğlu tərəfindən video-şikayət daxil olub.
Şikayətçinin bildirdiyinə görə, yuxarı mərtəbədə yaşayan qonşusu Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 9-cu tağımının əməkdaşı Məmmədov Rövşən Malik oğlu ona xeyli miqdar ziyan vurmuşdur.
Belə ki, polis əməkdaşı istifadə etdiyi suyu bir neçə dəfə açıq buraxmış, nəticədə şikayətçinin mənzilini su basmışdır.
Şikayətçi yaşadığı ərazi üzrə müvafiq mənzil istismar sahəsinə müraciət edib.Hətta mənzilin su basması faktını təsdiq edən müvafiq Akt da tərtib ediblər.
Buna baxmayaraq dəfələrlə polis əməkdaşına qonşusu tərəfindən xəbərdarlıq edilib.Ancaq heç bir tədbir görməyib.Əksinə R.Məmmədov vətəndaşa məxsus olan mülki yararsız vəziyyətə salmaqda davam edib.
Gəncə sakini polis əməkdaşına bildirəndə ki, sizdən hüquq mühafizə orqanlarına şikayət edəcəm.O, isə bildirib ki, kimə və hara şikayət edirsinizsə edin.
Qüvvədə olan mövcud qanunvericliyin tələbinə görə “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” birbaşa cinayət məsuliyyəti yaradır.
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[205]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sonda Gəncə sakini mətbuat vasitəsi ilə BDYPİ-nin rəhbərliyindən ona köməkdarlıq etməsini xahiş edir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gəncə sakinin general Ramiz Zeynalova ünvanlanmış olan video-şikayətini təqdim edirik:
 //Dünyanınsəsi.Az//



Dünyapress TV

Xəbər lenti