Ardını oxu...
Azərbaycanda bələdiyyə sistemi dövlət təşkilatlanmasının ən vacib hissələrindən biridir. Bələdiyyələr yerli icra hakimiyyətinin təmsilçiləridir və şəhər, rayon, qəsəbə və kəndlərdə yerləşir. Azərbaycanda 2014-cü il 1 yanvar tarixindən etibarən ərazidəki ən böyük bələdiyyələr «şəhər bələdiyyəsi» adlandırılır və ölkənin 10 ən böyük şəhərində yerləşir.
Bələdiyyələrin funksiyaları arasında yerli iqtisadiyyatın inkişafı, sosial xidmətlərin təqdim edilməsi, mədəniyyət və idman hadisələrinin təşkil edilməsi, ətraf mühitlərin qorunması, infrastrukturun yaradılması və idarə edilməsi kimi çoxsaylı sahələr yer alır. Bələdiyyələr, yerli sakinlərin maraqlarını qorumaq, onların xidmətində olmaq üçün yaradılır və dövlət tərəfindən dəstəklənir.
Azərbaycanda hazırda 1606 bələdiyyə və 15 minə qədər bələdiyyə üzvü var.
Ardını oxu...
Bələdiyyələrə səlahiyyətlər, demək olar ki, hələ də verilməyib. Digər tərəfdən bələdiyyə sədrləri isə kənd camaatı tərəfindən seçilmir, üzvlər yığışır sədr seçir. Amma bələdiyyə sədrləri seçki yolu ilə seçilsə, onda bu daha məsuliyyətli olar.
Türkiyə modelinə keçmək üçün isə buna uzun müddət vaxt lazımdır. Çünki, Türkiyədə icra hakimiyyətləri yoxdur, valilər var. Bütün funksiyalar, idarəçilik bələdiyyədədir. Bizdə isə icra hakimiyyətlərində olan funksiyalar Türkiyədə bələdiyyələrə verilib.
Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. O dövrdə ölkədə 2 min 700 civarında bələdiyyə yaradılıb. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009, dördüncü dəfə 2014, beşinci dəfə isə 2019-cu ildə keçirilib. Növbəti bələdiyyə seçkiləri gələn il gözlənir. Amma 2006-cı ildə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirilib.
Azərbaycanda bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil sürətdə həll etməlidir.
Gəlin baxaq görək qəsəbə kənd bələdiyyələri necə fəaliyyət göstərir, yerli sakinlərlə görüş keçirib, problemləri ilə yaxından tanış olub, aradan qaldıra bilirlərmi. Elə söhbət bələdiyyələrdən düşmüşkən Xətai rayonu Əhmədli kənd sakinləri ilə söhbət zamanı heç də ürəkaçan olmadı. Bələdiyyə sədri Həsənli Allahverdi Bayram oğlu bir ilə yaxındır ki, bələdiyyə sədri təyin olunub. Qəsəbə sakinlərinin dediyinə görə seçki yolu ilə yox, üzvlər yığışıb sədr seçib. Çünki keçmiş bələdiyyə sədri icra başçısı ilə yola getmədiyi üçün onu uzaqlaşdırıb Allahverdi Həsənlini təyin edib. Allahverdi Həsənli isə köhnə bələdiyyədən giley etdi: “Keçmiş bələdiyyə sədri büdcəsini mənimsəmiş, kənddə nə abadlıq işləri aparmış, nə də sakinlərin problemlərini həll etmişdir və bu gün bələdiyyənin iki yüz min manat vergi borcu qalmaqdadır, aylar ərzində işçilər əmək haqqlarını almayıblar. Çalışıram ilk növbədə bu məsələləri aradan qaldırım”. Çox təəssüflər olsun ki, bələdiyyə sədri bir il müddətdir ki, sədr seçilsə də, sakinlər tərəfindən hələ də tanınmır. Ən yüksək gördüyü iş isə özünə təmtəraqlı kirayə götürmüş lüks təmirli bələdiyyə binası, geniş otaq, rahat kreslo, köhnə işçilərin yeniləri ilə təyin olunmuş yəqin öz şəxsi komandasıdır. Amma çox təəssüf olsun ki, danışığı ilə iş fəailiyyəti üst-üstə düşmür. Kəndin kanalizasiya axıntısı çölə axır və ətraf mühitə üfunət iyi verir.
Ardını oxu...
Ardını oxu...
Küçə zibilləri vaxtlı-vaxtında təmizlənmir. Bu da sakinlərə problemlər yaradır. Gərək, kənd sakinlərinə elə xidmət göstərmək lazımdır ki, o kresloda rahat otura biləsən. Amma kreslo Allahverdi Həsənlini ətraf mühitdən elə tez uzaqlaşdırıb ki, qəsəbənin hələ zibilliyindən xəbəri yoxdur. Heç kənd sakinləri də bilmirlər ki, sədr kimdir. Biz də borc bilib problemləri bir daha xatırlatmaq istədik;
Ötən ili Əhmədli qəsəbə bələdiyyəsi necə yadda qaldı?
Vətəndaşların müraciətləri necə araşdırılır?
Əhmədli qəsəbə bələdiyyəsinə ayrılan vəsait necə xərclənir?
Bələdiyyə topladığı icarə haqqını necə xərcləyir?
Son vaxtlar bələdiyyə idarəçiliyində yeni yanaşma metodları müzakirə olunur. Siz bu məsələnin həllini necə görürsünüz? Ümümiyyətlə müasir yanaşma necə olmalıdır?
44 günlük vətən müharibəsi zamanı şəhid olmuş və əlil olmuş Əhmədli qəsəbə sakinlərinə bələdiyyə tərəfindən hansı xidmətlər göstərilib?

Afət Məmmədova
Deryaz.az
Ardını oxu...
Tiktok sosial şəbəkəsinin Azərbaycan seqmentində Göygöl rayon prokuroru İlqar Hacızadəyə məxsus olduğu deyilən bahalı avtomobilinin şəkli yayılıb.
200 min manat dəyərində olan "Range Rover" markalı-AZ 10-DA-600 dövlət nişanlı maşını gülləkeçirməz olduğu iddia edilir.
Demokratik.Az bildirir ki,prokuror İlqar Hacızadə son illər məhz bu maşında gəzir,dövlət tərəfindən ona ayrılmış 10-AZ-143 dövlət nömrə nişanlı avtomaşını daha çox özünün və ailəsinin digər maraqlarına istifadə edir.

2018-ci ildən Göygöl rayon prokuroru vəzifəsini icra edir.Dövlətin ittiham orqanında təmsil olunan bir məmurun ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı dönəmdə 10 ilinə bərabər dəyərdə avtomaşını hansı şəffaf yolla əldə etdiyi sual doğurur.
Yaxşı olardı ki, Kamran Əliyev təyinatından bu yana 8 köməkçi dəyişmiş və bir neçə dəfə əməlləri cinayət icraatında olan İlqar Hacızadənin dəbdəbəli həyatının nədən qaynaqlandığını açıqlaya!
https://demokratik.az/xeberler/olkeici/30092-goygol-prokuroru-ilqar-hacizadenin-200-minlik-mashininin-shekilleri-yayilib.html
 
Ardını oxu...
Təhsil Millətin gələcəyidir.Bəli bu sözləri Ümumilli lider Heydər Əliyev demişdir.Uzaqgörən liderin bu sözləri tariximizə həkk olmuşdur.Əfsuslar olsun ki,təhsilimizi korlayanlar gələciyimizi də korluyurlar.Unec rektoru Ədalət Muradovun və ətrafının etdikləri təhsilimizin adına birbaşa ləkədir.Ay başbilənlər,heç düşünmüsünüzmü ki, Ədalət Muradov iqtisad universitetini hara aparır? Biz deyək – UÇURUMA.....
Son vaxtlar ölkə KİV-lərində böyük tarixi ənənələri olan Azərbaycan Dövlət İqtisad Universiteti barədə bir-birinin ardınca dərc olunan məqalələri oxuduqca bu təhsil ocağının bünövrəsini qoymuş iqtisadçı alimlərə, bu universitetə rəhbərlik etmiş 14 rektora-sağ olanlara səbr, dünyasını dəyişmişlərə isə rəhmət oxumalı oluruq… Ona görə ki, bir müddətdir ki, bu Ali təhsil ocağının “başında dəlləklik” öyrənmək yarışı başlayıb. Amma “çanaq” kimin başında çatlayacaq, bunu artıq görməmək mümkün deyil… Və Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə rektor vəzifəsinə təyin edildiyi gündən və hal-hazırda bu universitetdə bütün baş verənləri aydın məqsədi, vəzifələri və əsasları olmayan sosial eksperiment kimi xarakterizə etmək olar. Biz bütün baş verənlərin təhsilimizin, xüsusən də ölkəmizin iqtisadi qüdrətlənməsinə töhvə vermək naminə burada yetişdirilən kadrların gələcəyinə nə verəcəyini araşdırmaq qərarına gəldi…

ADİU-dakı problemlərə susmaq qızıldırmı?

Ölkə KİV-lərinin təhlili zamanı bir maraqlı məqam diqqətimizi çəkdi. KİV-lər yazırlar ki, ADİU-da fəaliyyətdə olan rejim sovet dönəmindəki zavodların iş rejimi və mühitini xatırladır. Belə ki, hələ sovet dönəmində zavodlarda administrasiya işçilərlərdən fəlakətli dərəcədə ayrılırdı, işçilər də özlərini elə göstərirdilər ki, guya işləyirlər və nifrət oyandıran müəssisədən tez qaçıb getmək üçün zəngin vurulmasını gözləyirdilər.
ADİU-da, əslində, nə baş verir?

Bu dəfə KİV-lər nurçular məsələsinə toxunur… Yazırlar ki, sən demə, ADİU-nun rektoru Ədalət Muradovun "islahatlarının" sosial-siyasi məqsədləri onun kadr siyasətinin, aparıcı vəzifələrə təyinat zamanı tətbiq etdiyi meyarların və tələblərin təhlili zamanı aydın olur. Son illərdə Azərbaycan və qardaş Türkiyə mətbuatında beynəlxalq səviyyədə geniş yayılmış nurçular şəbəkəsi haqqında çoxlu sayda məqalələr dərc olunmuşdur. Eləcə də hamıya yaxşı məlumdur ki, bu düşmənlər qardaş Türkiyəyə necə ziyan vurmuşdular və vururlar, onlar respublikamıza necə nüfuz etmişdirlər və hansı fəaliyyətlə məşğuldurlar. Yalnız Prezident İlham Əliyevin uzaqgörənliyi və siyasi dahiliyi sayəsində Azərbaycan bu təhlükədən xilas olmuşdur. Lakin hamıya məlumdur ki, çox gizli saxlanılan bu şəbəkə hələ də Azərbaycanda və Türkiyədə fəaliyyətini davam etdirir və xüsusilə təhsil sistemində onun kökləri daha dərindir. Azərbaycan-türk liseylərinin və Türkiyə ali təhsil müəssisələrinin məzunları Azərbaycan universitetlərində və hökumət qurumlarında işlərini davam etdirirlər. Təbii ki, onların əksəriyyəti Heydər Əliyevin azərbaycançılıq ideyalarına, Prezident İlham Əliyevə və öz ölkəsinə sadiq insanlardır. Lakin ölkə prezidentinin qeyd etdiyi kimi - biz Azərbaycanın gələcəyi ilə bağlı planlar quran düşmənlərlə əhatə olunmuşuq. Beynəlxalq nurçu şəbəkəsi təhsili hər zaman özlərinin başlıca obyekti hesab etmişlər.
Bu arada diqqəti çəkən odur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Elşən Bağırzadə rektor Ədalət Muradovun müşaviri təyin edilmişdir. Qısa müddət ərzində o, öz ətrafında türk liseylərinin və ali məktəblərinin məzunlarından ibarət komanda yığmış və rektor Ədalət Muradov da onları ən mühüm və aparıcı vəzifələrə təyin etmişdir:
-Nəsimi İsmayılov - baş mühasib…
-Raqif Qasımov - yeni yaradılmış Qiymətləndirmə və Keyfiyyətin İdarə Edilməsi Mərkəzinin direktoru;
-Gəray Musayev - Distant, əlavə və qiyabi təhsil mərkəzinin direktoru;
-Ramil Cabbarov - Kommunikasiya və marketin departamentinin aparıcı meneceri.
Bundan əlavə, "Gənc professor" və "Gənc müəllim" adlandırılan layihələrə rektorun tapşırığı ilə rəhbərlik edən Elşən Bağırzadə xarici ölkələrin ali məktəblərinin 100-dən çox məzununu müəllimlik və idarəetmə fəaliyyətinə cəlb etmişdir. Həm də nəzərə almaq lazımdır ki, həmin məzunlarla müsahibəni Elşən Bağırzadə şəxsən Gəray Musayev və Raqif Qasımovla tam məxfilik şəraitində aparmışdır. Onlardan bəziləri ilə bu müşavir vaxtaşırı görüşür, izahat işi aparır, müvafiq təlimat və tapşırıqlarını verir.
Beləliklə, o, öz şəbəkəsini genişləndirir, mövqeyini möhkəmləndirir və rektora təsirini gücləndirir.
«Elşən Bağırzadə və Ədalət Muradov arasındakı münasibətlərin isə uzunmüddətli və möhkəm əsasları vardır. Belə ki, professor Muradov onun elmi rəhbəri olmuş və hər vasitə ilə ona Azərbaycanda kölgə iqtisadiyyatı problemləri mövzusunda namizədlik dissertasiyasını müdafiə etməsinə köməklik göstərmişdir. Artıq dissertasiya mövzusu seçimi Elşən Bağırzadənin müxalifət baxışlarından xəbər verir. Rəsmi statistikaya görə Azərbaycanda kölgə (qeydiyyata alınmamış) iqtisadiyyatının səviyyəsi 9-10 faizi keçməsə də, Elşən Bağırzadə bu göstəricinin 55-60 faiz təşkil etməsini "əsaslandırmış"dır. Bu rəqəmlər isə Azərbaycanı gözü götürməyənlərin, bədxahların - Transparensy İntemational, Freedom House və s. agentliklərin rəqəmlərinə uyğun gəlir.
Elşən Bağırzadənin müşavir vəzifəsinə təyin edilməsindən sonra, universitetin bəzi nümayəndələri rektora bu təyinatın səhv addım olması, onun müxalifətçi baxışları və dünyagörüşü barədə məlumat vermişdilər. Lakin heç bir nəticəsi olmadı. Rektora həmçinin deyilmişdi ki, Elşən Bağırzadə sosial şəbəkələrdə çox fəaldır və Facebook-da onun dostları sırasında İsa Qəmbər, Əli Kərimli, Arif Hacıyev, Fətullah Gülən və digər şəxslər vardır. Buna cavab olaraq isə, rektor müşavirin səlahiyyətlərini genişləndirmiş və faktiki olaraq bu gün Elşən Bağırzadə ümumi rəyə görə ADİU-nun "boz kardinalı" hesab edilir. Kollektiv üçün bütün mühüm taleyüklü qərarları rektor müşaviri ilə gizli məsləhətləşmədən sonra qəbul edir (hətta belə görüşlər universitetdən kənarda gizli şəraitdə aparılır). Heç bir kollektiy müzakirə, fikir və arqument mübadiləsi rektor tərəfindən aparılmır, bütün tədbirlər keyfiyyətli təhsili, ciddi elmi bazası olmayan müşavirin ssenarisi üzrə həyata keçirilir. Rektorun müşaviri vəzifəsində qısa müddətdir ki işlədiyi, Elşən Bağırzadə artıq bahalı avtomobil (70 min manat civarında Audi avtomobilinin son modelini) də almışdır...», deyə redaksiyaya göndərilən məqalədə bildirilir.
Məqalədə, həmçinin qeyd olunur ki,

«Nəsimi İsmayılov Dövlət İqtisad Universitetinin yeganə baş mühasibidir ki, ona yeni şəxsi avtomobil və sürücü verilmişdir»

«…ADİU-nun baş mühasibi Nəsimi İsmayılovu xüsusi qeyd etmək lazımdır. Bu mühasibi Ədalət Muradov hələ İdarəetmə Akademiyasında dərs dediyi vaxtlardan tanıyırdı və "Azərsu"dan gətirmişdir. Ən qısa müddətdə bu baş kassir kollektivin ümumi narazılığını qazanmışdır. Hətta nəinki köhnə işçilər, həmçinin Ədalət Muradovun yeni təyin etdiyi insanlar da Nəsimi İsmayılova qarşı pis münasibətdədir. Heç kimə məlum olmayan səbəblərdən Ədalət Muradov ona müstəsna səlahiyyətlər vermişdir. Nəsimi İsmayılov Dövlət İqtisad Universitetinin yeganə baş mühasibidir ki, ona yeni şəxsi avtomobil və sürücü verilmişdir. Baxmayaraq ki, cənab Prezident dövlət vəsaitlərinə qənaət etməyi hər zaman tələb etmişdir. Nəsimi İsmayılov təkbaşına bütün maliyyə-təsərrüfat fəaliyyətinə tam nəzarət edir, satınalma proseslərini idarə edir, tenderlər və şirkətlərin kotirovkaları üzrə özü razılaşma aparır, hətta maliyyə-iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalovu bu işlərdən kənarlaşdırmışdır. Görünür ki, məhz onun bu cür uğurlu fəaliyyətinə görə rektor onu mükafatlandırıb. Hamıya məlumdur ki, Nəsimi İsmayılov - klassik, möhkəm nurçu əqidəli insandır. Bu haqda dəfələrlə mətbuatda yazılmışdır... Mətbuat yazılarının birində qeyd edilir ki, Azərbaycan Dövlət İqtisad Univeristetində rəhbərliyin dəyişməsindən sonra, yeni kadrlar alınmaqdadır ki, bu sırada əvvəllər "Azərsun" Holdinqdə mühasib işləyən univeristetin Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri və baş mühasib Nəsimi İsmayılova düşür. Bununla yanaşı mətbuatda o da iddia edilir ki, N.İsmayılov universitetə gəldikdən sonra Mühasibatlıqda çalışan köhnə, təcürbəli şəxsləri sıxışdıraraq işdən çıxarılmalarına nail olur. İşdən çıxarılan təcürbəli şəxslərin yerinə isə onun ideya dostları yerləşdirməklə, bir növ hərəkata xidmətini göstərmiş olur. Digər məlumatlara görə, 2014-cü il üçün universitetin maliyyə xərclərində sonuncu rüb üçün nəzərdə tutulan vəsait xərclənmədiyindən, N.İsmayılov univeristet rəhbərliyini pulun silinməsi üçün müəyyən işlərin görülməsinin vacib olduğuna inandırıb. İddialara görə, xərclənmyən vəsaitin silinməsi üçün iniveristetin əsas və digər korpuslarında müəyyən sahələri "boya"ma əməliyyatına start verilib. Bir neçə il əvvəl univeristet cari təmir olunan zaman rektor otağının da təmirdən çıxmasına baxmayaraq, rektor Ədalət Muradov baş mühasibinin düşüncəsi ilə oturduğu otağını yenidən təmir etməyə başlayib. Ortaya çıxan görüntü ondan ibarətdir ki, N.İsmayılov bir il əvvəl cari təmir olunan universitetdə cari təmir adı altında pulların silinməsinə nail olmaqdadır. Univeristetin rektoru Ədalət Muradov əsaslı təmirdən çıxan otağını, yenidən təmir etməklə qalmamış, eyni zamada 60 min manat dəyərində ağ rəngdə kabineti üçün mebel quraşdırmışdır.

Rektorun yerlibazlıq və qohumbazlığı…

Ədalət Muradov rektor təyin olunduğu ilk gündən dəfələrlə əvvəlki rektorun fəaliyyətini tənqid etmiş və açıq şəkildə demişdir ki, İqtisad Universiteti korrupsiyanın və rüşvətin simvoluna çevrilmişdir. Həmçinin yeni rektor dəfələrlə bəyan etmişdir ki, Prezident onu təyin edərkən bu neqativ halların aradan qaldırılmasını tapşırıb və indi hər şey başqa cür olacaq.
Həqiqətən də - Ədalət Muradovun rəhbərliyi ilə neqativ halların idarə edilməsi və təşkilində köklü dəyişikliklər baş verdi. Hər şeydən əvvəl, ADİU-da "vahid pəncərə" mexanizmi tətbiq edildi - bütün Azərbaycana məlum olan məşhur 103 nömrəli otaq açıldı ki, bu da bu günə qədər bütün ali təhsil sistemində görünməmiş korrupsiya maşınının qara simvoluna çevrildi. Bu otaqda yeni işçilər (tyutorlar) yuxarının əmrilə akademik borcun və digər ali təhsil müəssisəsindən və ixtisaslardan köçürülmələr zamanı yaranan fərqin ləğv edilməsinə görə hamının narazılıqla xatırladığı «fəaliyyətlə» məşğuldur.
Hətta ölkə KİV-lərində bu «fəaliyyətin» nəticəsi olan rəqəm əmsalları da qeyd olunub.
Göndərilmiş başqa bir məktubda isə yazılır ki, «…Rektor Ədalət Muradov kadr siyasətini özü istədiyi kimi həyata keçirir. Başlıca vəzifələr üzrə onun kadr siyasəti aşağıdakı prinsiplərə, meyarlara və tələblərə əsaslanır: kadr "ultradodemokratik" baxışlara sadiq olmalıdır; kadrın rektorla qohumluq və ya dostluq əlaqəsi olmalıdır; kadr əsasən Qarabağ zonasını təmsil etməlidir. Belə ki, İqtisad Universitetinin 7 prorektorundan 4-ü Qarabağ regionundandır, ümumi şöbə və təsərrüfat şöbəsinin müdirləri onun qohumlarıdır (Muradov Rəşad və Muradov Rahib), Kommersiya fakültəsinin yeni təyin olunmuş dekanı onun həmkəndlisidir, təsərrüfat hissəsinin rəisi, tədris-metodiki mərkəzin direktor müavini Kiyev Universitetində təhsil aldığı vaxtlarda onun şəxsi dostlarıdır, tədris-metodiki mərkəzin direktoru isə İdarəçilik Akademiyasında onun dostu olmuşdur. Belə misalları çox çəkmək olar. ADİU-nun rektorluğunda, administrasiyasında və rəhbərliyində faktiki olaraq Naxçıvan və Qərbi Azərbaycandan təmsilçi yoxdur. Kollektivdə artıq dəqiq fikir formalaşmışdır ki, rektor vəzifəyə yalnız "özününküləri" təyin edir.
Bundan əlavə, son illərdə 50-dən çox yeni vəzifə ştatı açılmışdır - mühasibatlıq, təsərrüfat hissəsi, mətbuat xidməti, audit və çoxsaylı yeni mərkəzlərdə. Və bütün bunlar şərəfli ənənəyə malik "İdman" kafedrasının faktiki olaraq bağlanması hesabına baş verdi və həmin kafedranın müəllimləri gündəlik yaşayışlarını təmin etdikləri maaşlardan məhrum oldular, Rus dili kafedrasının əksər müəllimləri 0.5 ştata keçdilər və kollektivin böyük əksəriyyəti üçün amansız, qəddar qənaət rejimi tətbiq edilir.

Ədalət Muradovun demokratik oyunları?

Məqalə müəllifi yazır: «…Ədalət Muradov "universitet tələbələr üçün və tələbələr naminə" şüarı ilə bütün gücü ilə demokratik, xalq rektoru imicini yaratmağa cəhd göstərir. İlk gündən tələbə özünü idarə ümumi başlığı altında son dərəcə anlaşılmaz layihələr tətbiq etməyə başladı, sosial şəbəkələrdə həddindən artıq fəallıq nümayiş etdirdi, olduqca zərərli populist qərarlar qəbul etdi. Belə əsas qərarlardan biri də test imtahan suallarının hazır düzgün cavablarının tələbələrə verilməsi oldu. Məlumdur ki, Azərbaycanda biliklərin qiymətləndirilməsinin test sistemi üstünlük təşkil edir və bu sistem xeyli müsbət nəticələr verir. Lakin ölkənin heç bir təhsil müəssisəsində təhsil alanlara əvvəlcədən testin düzgün cavabları verilmir. İqtisad Universitetində bu cür populist qərarın nəticəsində bütün tədris prosesinin real deqradasiyası və müəllim statusunun məhvi baş verdi. ADİU-nun tələbələri praktiki olaraq iqtisad elmini öyrənməyi dayandırdılar, belə ki, imtahan qiymətlərini almaq indi tamamilə müəllimdən asılı deyil və düzgün cavabları əzbərləmək qabiliyyəti ilə müəyyən edilir. Faktiki olaraq bu qərar iqtisadi təhsilə qarşı gizli təxribatdır, keyfiyyətli mühazirə və praktiki məşğələlərin aparmağın mənasını tamamilə heçə endirir, təhsilin özünün mahiyyətini məhv edir. ADİU-nun tələbələri hazırda öz aralarında yarışırlar ki, kim daha tez imtahan verəcək - 7 və ya 8 dəqiqəyə. Qəbul imtahanlarında keçid balını toplamış tələbələr, indi 100 bal toplamaq (daha doğrusu vurmaq) üçün apelyasiyaya müraciət edirlər. Bütün bunların nəticəsində tədris prosesinin bütün iştirakçılarının - tələbələrin və müəllimlərin ümumi deqradasiyası baş verir. Və bu cür mühüm qərar təkbaşına, mütəxəssislərlə məsləhət və məşvərət olmadan qəbul edilmişdir. Tələbələrə edilən bu "hədiyyə"nin yeganə şübhəli "müsbət" cəhəti öz tələbələrinə "qayğı göstərən" demokratik xalq rektoru statusu ola bilər. Ədalət Muradovun "demokratik baxışlarının" təhlükəliliyi onun "demokratik layihəsi" - tələbə rektor layihəsinin tətbiqində də müşahidə edilmişdir. Bu layihə ilə rektor son dərəcə qürrələnir və onu bütün ali məktəblərə yaymağa cəhd göstərir. Layihənin məqsədi ondan ibarətdir ki, birbaşa səsvermə yolu ilə bir il müddətinə tələbə rektoru seçirlər. Sonra isə guya tələbə rektor tələbələrin rəsmi qanuni lideri funksiyasını yerinə yetirir, universitetin bütün strukturlarında və kənarda onların maraqlarını təmsil edir. Beləliklə, bu tələbə rektor, faktiki olaraq isə tələbələrin prezidenti heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan xeyli hakimiyyət səlahiyyətləri əldə edir. O öz fəaliyyətini istədiyi kimi həyata keçirə, istiqamətləndirə və tələbələrə rəhbərlik edə bilər və ən təhlükəlisi - onu seçildiyi müddətdə tələbə rektor, de-fakto tələbə imperator vəzifəsindən çıxarmaq və ya əvəz etmək mümkün deyildir.

«İqtisad Universitetinin ilk seçilmiş tələbə rektoru Milli Məclisə seçkilərdə YAP-ın deyil, Sosial Demokratiya Partiyasından səlahiyyətli nümayəndə oldu!!!»

Əgər fərz etsək ki, bu lider müxalifətin, radikal və ya ekstremist qüvvələrin təsiri altına düşərsə, onda Ədalət Muradovun növbəti demokratik layihəsinin özlüyündə hansı böyük təhlükəni daşıdığını təsəvvür etmək çətin deyildir. İqtisad Universitetində bu belə də oldu!
Nəticə göz qabağındadır
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Ölkə başçısı, cənab Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır: "...Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb bahar”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatf'm yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli "Beşinci kolon"un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi...". Möhtərəm Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, bizim özümüzün demokrtiya anlayışımız var, Qərbin özünün. Qərb demokratiyaya milli prosesləri idarə etmək, xalqları və hökuməti özlərinin marionetkalarma (oyuncaqlarma, əlaltılarma) çevirmək imkanı kimi baxır. Cənab Prezident İlham Əliyevin nöqteyi-nəzərindən isə demokratiya xalq və dövlətin qırılmaz birliyidir. Bu mənada, Azərbaycan Dövlət İqtisad Universitetində tələbə rektor layihəsi çoxlu ziddiyyətli suallar doğurur. Bu, bizim təhsil sistemimizə müsbət nələri qazandıracaq və ən əsası - tələbələrimizin düzgün tərbiyə olunmasına necə kömək edəcək?!», deyə vurğulanır.
Birbaşa seçkilər əsasında ümumuniversitet tələbə lideri sisteminin tətbiq edilməsi və ona rektor statusunun verilməsinə gəlincə, məlum olur ki, bu məsələ haqlı olaraq şübhələr doğurur və sayıq olmağı tələb edir:»…Məlum olduğu kimi, ölkəmizdə rektor Prezident tərəfindən təyin edilən vəzifədir. Belə olan halda, bu demokratiya oyunları nəyə və kimlərə lazımdır? Biz gözəl bilirik ki, seçkili demokratiya - qərbin özlərinə sərf edən liderləri hakimiyyətə gətirməyin köhnəlmiş mexanizmidir, insanları ələ salmaqdır və cəmiyyətin stabilliyini
ADİU-da kollektivə qarşı repressiya mexanizmi?

«…Rektor Ədalət Muradovun bütün demokratik fəaliyyət imicinin mahiyyəti İqtisad Universitetinin kollektivinə münasibətdə yaratdığı unikal və effektiv fəaliyyət göstərən repressiya mexanizmində əks olunur. Bu repressiya mexanizminin əsasında onun tərəfindən yaradılan, sonradan kollektiv tərəfindən Gestapo adlandırılan daxili audit şöbəsi dayanır. Bu şöbənin başlıca və yeganə funksiyası universitet əməkdaşlarını güdmək və cəza tədbirlərini həyata keçirməkdir. Bu şöbənin əməkdaşları saysız- hesabsız və yersiz reydlər və yoxlamalar həyata keçirirlər, ən xırda çatışmazlıq, gecikmə və digər kiçik minuslar olduqda rektora cəza görülməsinə dair təqdimat yazırlar, izahat tələb edirlər və s. Bu zaman cəzalandırdıqlarının keçmiş xidmətlərini, stajını, yaşını və statusunu tamamilə nəzərə almırlar. Audit şöbəsinin təşəbbüsü ilə universitetdə barmaqların skan edilməsi vasitəsilə giriş-çıxışın alçaldıcı qeydiyyat sistemi tətbiq edilir. Bütün normal insanlar bilirlər ki, bu cür sistem xüsusi təyinatlı və əhəmiyyətli müəssisələrdə və təşkilatlarda vacibdir. Universitetlərdə isə bunu tətbiq etmək - biabırçılıqdır və elm-təhsil müəssisəsinin təhqir edilməsidir! Lakin buna baxmayaraq, rektor hətta elektron barmaq qeydiyyatı sistemini elektron universitetin effektiv aləti kimi reklam edir... Daxili audit şöbəsi adətən hüquq-mühafizə orqanlarında, xüsusi maliyyə-iqtisadi funksiyaları və s. yerinə yetirən dövlət müəssisələrində yaradılır. Müasir universitetdə daxili auditin yaradılması - nonsensdir, əməkdaşların hüquqlarının və universitet etikasının ən kobud şəkildə pozulması deməkdir. Ali təhsil müəssisəsinin belə idarəetmə sistemi Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və təhsilin inkişafı üzrə dövlət proqramlarına tamamilə ziddir. Tədris hissəsi, dekanlıqlar və tyutorlar fəaliyyət göstərdiyi təqdirdə daxili audit şöbəsi nəyə lazımdır? Və nəyə görə bu şöbə ADİU-nun yalnız professor-müəllim və texniki heyətini total nəzarətə götürüb, baş mühasibin və təsərrüfat hissəsinin "uğurlu" fəaliyyətini yoxlamır?..

«Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış bu universitetin Azərbaycan dilində təsdiq edilmiş qısaldılmış adı (ADİU) heç bir hüquqi çərçivəyə sığmayaraq Elmi Şurada rəsmi surətdə ləğv edilmişdir…»

…Rektor Ədalət Muradov nəinki İqtisad Universitetinin tarixini yenidən yazmaq istəyi, eləcə də faktiki olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin adını ingilis dilində abbreviaturada dəyişməsilə fərqlənmişdir - UNEC... Hərçənd ki, əslində, heç ingilis dilində də abbreviatura düzgün yazılmamışdır. Həm də nəzərə almaq lazımdır ki, Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış bu universitetin Azərbaycan dilində təsdiq edilmiş qısaldılmış adı (ADİU) heç bir hüquqi çərçivəyə sığmayaraq Elmi Şurada rəsmi surətdə ləğv edilmişdir. İndi bütün rəsmi və qeyri-rəsmi sənədlərdə milli Azərbaycan abbreviaturası olan ADİU (bu abbreviatura universitetin adına tam uyğun gəlir) deyil, qərb ingilis variantı - UNEC işlədilir... Bu isə artıq müvafiq qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Təsadüfi deyildir ki, nüfuzlu mütəxəssislər Ədalət Muradovun növbəti "yeniliyinə" dərhal öz narazılıqlarını bildirmişdilər. Mətbuatda bununla bağlı xeyli tənqidi yazılar işıqlanıdırılmışdır. Məsələn, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adma Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında da Azərbaycan respublikasının dövlət dilini qorunub saxlanması ən başlıca vəzifə kimi qeyd olunub: "Azərbaycan Dövlət İqtisad Universitetindən başqa, Azərbaycandakı bütün universitetlər adlarının qısaldılmış formasında Azərbaycan dilinin qaydalarını qoruyub saxlayıb. Ancaq İqtisad Universiteti adını UNEC kimi yazır. Bu isə həm Azərbaycan dilini qaydalarına, həm də beynəlxalq standartlara ziddir".
S.Sadıqova qeyd edib ki, elə brend adlar var ki, onların yazılış formasına toxunulmur: "UNEC brend deyil axı. O zaman Bakı Dövlət Universiteti, yaxud Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz abreviaturalarını ingiliscə yazsın? Məsələn, SOCAR brenddir. SOCAR Türkiyədə, İtaliyada Gürcüstanda fəaliyyət göstərir. SOCAR neft şirkəti kimi dünya tərəfindən tanmır. SOCAR-la UNEC-i qarışdırmaq olmaz. Onlar tamam fərqli şeylərdir. Mən indi Nəsimi adına Dilçilik İnstitutunun adının qısaldılmış formasını düzəldib ingiliscə verim? Bu nə dərəcədə düzgündür?... Bu səhvi aradan qaldırmaq lazımdır".
Buna baxmayaraq yeni rəhbərlik qərbin xoşuna gəlsin deyə universitetin yeni adını istifadə etməkdə davam edir. Burada rektorun qərbi qane edən istənilən dəyərləri tətbiq etmək (hətta milli dəyərlərimizə zidd olsa da), universiteti zor gücü ilə radikal qərbləşməyə aparmaq, Azərbaycan xalqı üçün şübhəli dəyərləri təbliğ edən qərb təhsil müəssisəsinin nəsə bir filialını yaratmaq cəhdləri açıq-aydın görünür... Bu həmçinin struktur islahatlarında da özünü göstərir - fakültələrin yenidən adlandırılması, onların birləşdirilməsi, əsaslandırılmamış şəkildə yeni kafedraların yaradılması və s. Bütün əsas diqqəti rektor ingilis dilində tədrisin gücləndirilməsinə yönəldir. Baxmayaraq ki, İqtisad Universitetində milli dildə - Azərbaycan dilində təhsil alan tələbələrin 80 faizindən çoxu Azərbaycanın əmək bazarının gələcək iştirakçılarıdır. Dəqiq fikir formalaşmışdır ki, rektor Ədalət Muradovu hər şeydən çox narahat edən odur ki, qərb təhsil və idarəetmə modelini kor-koranə və düşünmədən reallaşdırmağa hazır olan qərbyönümlü rəhbər kimi onun imicini Qərbdə necə qəbul edirlər...
Bundan əlavə, ADİU-da iki böyük və prestijli fakültənin - maliyyə və mühasibatlıq fakültələrinin birləşdirilməsi haqqında qərar da tamamilə əsaslandırılmamışdır və yanlış addımdır. Bu ixtisaslara qəbul imtahanlarında ən yüksək bal toplayanlar daxil olurlar, maliyyə, vergi işi, mühasibat uçotu və audit ənənəvi ixtisaslar kimi məhz ADİU-da baza və güclü ixtisaslar (elmi-təhsil mənasında) hesab edilir. Və 3000-dən çox tələbəni birləşdirən nəhəng fakültənin yaradılması obyektiv və təbii olaraq təhsil prosesinin idarə edilməsi keyfiyyətini və onun yenilənmə qabiliyyətini kəskin surətdə aşağı salacaqdır. Bu qərar gözlənilmədən və kolektivlə heç bir məsləhətləşmə olmadan qəbul edilmişdir. Həmçinin ADİU-da 20 ildən çox uğurla fəaliyyət göstərən "Beynəlxalq iqtisadi münasibətlər" ixtisas kafedrası mövcud olduğu təqdirdə gözlənilmədən və əsaslandırılmadan rektor "Beynəlxalq iqtisadiyyat" kafedrası yaratdı. Tədris yükünün 90 faizi "Beynəlxlaq iqtisadi münasibətlər" kafedrasından alındı, elmi dərəcəyə malik olmayan və şübhəli təhsil almış insanların cəmləşdirildiyi yeni kafedraya verildi. Beləliklə də, ADİU-da ən prestijli və ölkəmizdə universitetlərə qəbul balı üzrə reytinqdə uzun müddət birinci yerdə dayanan "Dünya iqtisadiyyatı" ixtisasına demək olar ki, ölümcül zərbə vuruldu. Belə "islahatlar" ilə rektor aparıcı ixtisasların üzərinə gec açılan mina qoyur ki, bu da yaxın gələcəkdə həmin ixtisasları tənəzzülə aparacaqdır. 2015-ci ildə artıq "Dizayn" ixtisasında iflas baş vermişdir - 70 yerə yalnız 2 tələbə, "Biznesin təşkili" ixtisasına isə cəmi 50 faiz tələbə qəbul olmuşdur. Bu yalnız başlanğıcdır! Qəbulda natamamlıq bir müddətdən sonra professor-müəllim heyətinin ixtisar edilməsini qaçılmaz edəcək...
Bu islahatların yeganə məqsədi - ADİU-nun təhsil prosesindəki müsbət nailiyyətlərini məhv etməkdir ki, ümumuniversitet böhranı fonunda rektor Ədalət Muradovun Beynəlxalq iqtisadiyyat (ingilis dilli) məktəbi və s. kimi yeni yaratdığı təhsil eksperimentləri "parıldaya" bilsin».
Bütün bunları oxuyub nəticə çıxarandan sonra rektor Ədalət Muradovun Azərbaycan Dövlət İqtisad Universitetini hara apardığını demək çətindir. Lakin bir məsələni birmənalı təsdiq etmək olar- ölkənin bu qocaman ali təhsil ocağında tələbələrin sosial-siyasi rəngli kataklizmlər doğura bilməsi və həddindən artıq dözülməz vəziyyətə gətirilən əməkdaşların öz narazılıqlarını kütləvi, kollektiv şəkildə bildirməsi üçün çox münbit şərait formalaşdırılmışdır...
Bir sözlə Ədalət Muradov pafoslu cümlələrlə yekexana hərəkətlər etmək lazım deyil.Ortaya kankret olaraq iş qoymaq lazımdır.Sizin yarıtmaz fəaliyyətinizi açıq aşikar ortaya qoyduq.Artıq sizin getmək vaxtınızdır.Gedin ki Unec azad olsun.Qohum-əqrəba yerləşdirmək birbaşa korrupsiya halıdır.Bu isə,nə qədər dərin çirkaba batdığınızın bariz nümunəsidir.Ümid edirik ki,Ədalət Muradovun fəaliyyəti araşdırılsa onun yeri Kürdəxanı türməsi olacaqdır. //interpress.info//
 
Ardını oxu...
Göyçay şəhər sakini Məmmədova Südabə Nəcmi qızı tərəfindən
Yazaraq bildirmək istəyirəm ki, bu gün səhər saatlarında Göyçay Rayon İcra Hakimiyyətindən həyat yoldaşım Məmmədov Cavid İkram oğlunu oraya dəvət etdilər. İcra hakimiyyəti Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin qəbulunda olduq. Bundan öncə onun haqqında ölkə başçısına və yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlayırdıq. Məhz ona görə də o, bizi öz kabinetdə təhqir etməyə başladı. Mən ona "Sən bizə neyləyəcəksən ki? Bizim dövlətimiz, qanunlarımız var" - deyən kimi o, Göyçay Rayon Polis Şöbəsinə zəng vuraraq həyat yoldaşımı həbs etdirdi. Polis gəlməmişdən öncə Ayaz Səfərəliyev və onun adamları bizə əl-qol atdılar. Mən orada baş verən hadisəni telefon vasitəsilə çəkməyə başladım. A. Səfərəliyev və onun əlaltıları telefonumu almağa çalışdılar. Mən vermək istəmədikdə isə, qolumu zorla buraraq əlimdən aldılar. Biraz az sonra isə həyat yoldaşımı polis şöbəsinə apardılar. Hazırda həyat yoldaşım şöbədədir.
Mən buradan üzümü cənab Prezidentə, Mehriban xanıma və cənab Vilayət Eyvazova tutaraq xahiş edirəm, imkan verməyin ki, bizi ölüm həddinə çatdıran Ayaz Səfərəliyev polisin əli ilə bizə pislik etsin.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az

 
Ardını oxu...
Ucar rayonu Ü.Hacıbəyov küçəsi ev 13 də yaşayan Səlimov Elsevər Ağası oğlu tərəfindən redaksiyamızın elektron poçtuna şikayət məktubu daxil olub. Aktualinfo.org şikayətçi vətəndaşın məktubunu olduğu kimi təqdim edir:
Mən 29.04.2019-cu il tarixdən “DOST” İş Mərkəzi Xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyirəm. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov 23 may 2023-cü il tarixdə mənə xəbərdarlıq məktubu göndərərək qeyd edib ki, “Təkim olunduğunuz icraçı qurum tərəfindən aldığımız məlumata əsasən nizam-intizam qaydalarını pozaraq, vəzifə öhdəliklərini yerinə yetirməmisiniz. Nəzərinizə çatdırırıq ki, icraçı qurum tərəfindən nizam-intizam qaydalarının yenidən pozulması barədə məlumat daxil olarsa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər”.
Həmin xəbərdarlıq məktubu əsassız və qanunsuzdur. Çünki mən daima nizam-intizam qaydalarına riayət edirəm vəzifə öhdəliklərini yerinə yetirirəm ki, bunu təsdiq edən subutlar və şahidlərim də var. Sadəcə olaraq mən “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Məssisəsləri Kombinatına işə qəbul edilmiş şəxslərin əksər hissəsinin, təxminən 80 %-nin, aylıq pul verib işə gəlməmələri barədə əsaslı şikayətlər etdiyim üçün məni belə şantaj edib hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılovun 23 may 2023-cü il tarixli xəbərdarlıq məktubu da mənə edilən hədə-qorxudur.
Mənim nizaml-intizam qaydalarını pozmağım və iş öhdəilklərini yerinə yetirməməyim barədə yalan məlumatı Ucar Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Asəm Kərimov qərəzli olaraq vermişdir. Mənim şikayət ərizəm əsasında Azərbaycan Respubliaksının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Belə ki, keçmiş müdir Asəm Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “DOST”-un işçiləri Ucar rayon sakinləri Kərimov Yasif İbrahimxəlil oğlu, Hüseynov Saqi Məmmədhüseyn oğlu və digər şəxslər ölkədən xarcə gedib bir neçə ay orada yaşasalar da, onlara işə gəlmələri barədə qanunsuz davamiyyət yazılaraq maaş köçürülmüşdür. Bu korrupsiya cinayətidir ki, Asəm Kərimov, briqadirlər və “DOST” İş Mərkəzinin rəhbərliyi ilə əlbir olaraq ediblər.“DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov buna görə mənə qanunsuz olaraq xəbərdarlıq (hədə-qorxu) məktubu göndəmişdir.
Hazırda da “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyən şəxslərin əksər hissəsi 80 % aylıq haqq verib işə gəlməsələr də onlara qanunsuz olaraq maaş yazılır. Sizə təqdim etdiyim video müraciətimə diqqətlə baxın 02 iyun 2023-cü il saat 16-00 da heç kəs işdə deyil. Hər gün belədir aylıq haqq verənlər işə gəlmirlər, hər ay maaş alırlar. Ancaq mənim kimi aylıq pul verməyən və qanun tələb edənlərə də hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov bu korrupsiya şəbəkəsinin üzvüdür deyə mənə hədə-qorxu gəlir.
Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi, “DOST” İş Mərkəzinin rəhbərliyini ələ alaraq onları da saxtakarlığa həvəsləndirə biliblər.“DOST” İş Mərkəzinin mərkəzi ofisindən Ucara ezam olunan yoxlama aparanlarla Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əvvəlcədən sövdələşdikləri üçün onların verdiyi siyahı üzrə “yoxlama” aparıb işə gəlməyib haqq verən şəxslərin barəsində heç bir tədbir görmürlər. Bunu təsdiq edən mötəbər subut aşağıdakıdır.
2022-2023-cü il tarixdə “DOST” İş Mərkəzinin mərkəzi ofisinin əməkdaşları Ucar rayonuna ezam olunub yoxlama apran zaman video çəkliş aparılmışdır. Həmin zaman aylıq haqq verənlər işdə olmasalar da onların barəsində heç bir tədbir görülməyib. Çünki Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi ezam olunmuş yoxlamaya rüşvət vermişdi. Yoxlama zamanı çoxlu sayda işçi həmin vaxt işdə olmasalar da verilən rüşvət müqabilində üstü-ört basdır edilmişdir. Aylıq haqq verməyən işçilərin isə əmək müqavilələrinə xitam verilmişdir. Həmin video çəkilişə baxılması kifayətdir. Mən və bir neçə rayon sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edib yerində həmin video çəklişə bizim iştirakımızla baxıb qanunu tədbir görülməsini xahiş etmişik. Belə olan təqdirdə obyektiv həqiqət üzə çıxacaq. Onda subut olunacaq ki, kim yalan deyir və kim korrupsiya şəbəkəsinin üzvünə çevrilib.
Bütün bunlar prezident cənab İlham Əliyevin iqtisadi siyasətinə qarşıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm “DOST” İş Mərkəzinin Ucar rayon Kommunal Müəssisələri Kombinatındakı fəaliyyətini obyektiv yoxlayıb ciddi və təsirli tədbirlər görsün.
Aktualinfo.org
 
Ardını oxu...
“Böyük əziyyətlə təşkil etdiyim hər mədəniyyət tədbirinin əvvəlində də, sonunda da Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov, idarənin aparıcı metodisti Nazilə Qafarova və metodist Məlahət Musayevadan aşağılayıcı ifadələr eşitmişəm. Onlar 27 ildir əmək verdiyim sənətimi və məni ləkələmək üçün əllərindən gəldikləri qədər şəxsiyyətimi, gördüyüm işləri təhqir ediblər”.

Bu fikirləri Oxu.Az-a müraciət edən M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov deyib. Şəki Regional Mədəniyyət İdarəsinin müvəqqəti rəhbəri Aqaəli Cəlilovdan şikayətçi olan Rəşad Rüstəmov həmin şəxsin onu intihar həddinə çatdırdığını vurğulayıb:

“Məni təhqir edirdilər ki, onlara cavab verim. Haqsızlığa dözmədiyimi görüb, məni əsəbləşdirib, səsimi yazaraq, Şəki Regional Mədəniyyət İdarəsinin məsul işçilərinə atmışdılar. Dəfələrlə bütün işçi heyətinin qaşısında məni alçaldaraq, şəxsiyyətimə qarşı qeyri-etik sözlərlə təhqir ediblər. Bir insan sevərək gördüyü, bütün həyatını həsr etdiyi işin belə alçaldılmasına və çəkdiyi zəhmətin heçə sayılmasına nə qədər dözə bilər?

Mən üçüncü dərəcəli əliləm. Çalışdığım 27 il ərzində bütün iş yoldaşlarımla normal münasibətdə olmuşam və heç bir insanla hər hansı bir problemim olmayıb. Son illər isə nədənsə direktor Aqaəli Cəlilovun davamlı qərəzi ilə qarşılaşıram. Mərkəzin ikinci rəhbər işçisi olmağıma baxmayaraq, dəfələrlə aylıq və illik tədbirlərin planlaşdırılmasında, aylıq iş planlarının tərtib olunmasında mənimlə məsləhətləşmədən, məni bu proseslərdən uzaqlaşdırmağa çalışıblar.

Aqaəli Cəlilovun mənə qarşı qərəzi davam edir. Belə ki, sonuncu dəfə 26 aprel 2023-cü il tarixdə keçirilən Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Gözündən nur verən həkim” adlı anım tədbirindən sonra idarə rəhbərinin mənə qarşı qərəzi pik həddə çatdı. Səbəb Aqaəli Cəlilovun gəlişini gözləmədən, tədbiri tam vaxtında başlamağım olub. Halbuki idarə rəhbərinin də tədbirə gələcəyi haqqında mənə heç bir məlumat verilməmişdi. O isə Mədəniyyət Mərkəzinə gəldiyi halda otağında oturub, tədbir keçirilən zala daxil olmayıb. Bundan 2 gün sonra aprelin 29-da keçirilən mədəniyyət işçilərinin seminar müşavirəsində Aqaəli Cəlilov məni aşağılayaraq, tədbirdə onu gözləmədiyim üçün “ailə tərbiyəsi görməyən” adlandırıb, o gələndə ayağa durmadığımı bəhanə gətirib, məni təhqir edib. Rəis mənim dəli olduğumu deyərək, işdən çıxma ərizəsi yazmağa təhrik edib. Mən isə bilərəkdən ərizədə təhqir edildiyimi, bu səbəbdən işimdən istefa verdiyimi vurğulamışam. Üstəlik, psixoloji cəhətdən tam sağlam olduğum haqqında rəsmi sənəd də almışam. Aqaəli Cəlilov isə yazdığım həmin ərizəni qəbul etməyib, kağızı əzişdirib, yerə atıb.

Ardını oxu...
Sonrakı günlər işə getdikdə, mənə dedilər ki, artıq işə gəlmə, çünki çıxarılmısan. Halbuki mən heç bir ərizəyə qol çəkməmişəm, qəbul edilməyən ərizədən sonra heç nə yazmamışam. Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) müraciət etdim, məsələ araşdırıldı və haqlı olduğum ortaya çıxdı. Mədəniyyət Mərkəzinin rəhbərliyi məni yenidən işə geri qaytardı. May ayı ərzində işləsəm də ayın əvvəli, DƏMX tapşırıq verənə qədərki bir neçə günlük maaşım tutuldu.

İyun ayından etibarən yenidən əmək müqaviləmə xitam verilib. Heç bir əsas gətirilmədən, işdən çıxarılmışam. Məsələ ilə bağlı yenidən DƏMX-ə və Mədəniyyət Nazirliyinə ayrı-ayrılıqda müraciət etdim. Hələ ki, məsələ araşdırılır, amma məni işə buraxmırlar. Şəki Regional Mədəniyyət İdarəsinin müvəqqəti rəisi Aqaəli Cəlilovun özbaşınalıqlarına son verilməsini və işimə bərpa olunmağı istəyirəm. Haqq-ədalətin yerini tapması vacibdir”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, bu barədə araşdırma aparılır.

Xatırladaq ki, bu Şəki Regional Mədəniyyət İdarəsinin rəhbəri Aqaəli Cəlilov haqqında redaksiyamıza daxil olan ilk şikayət deyil. Bundan öncə isə Şəki sakini, Mədəniyyət İdarəsinin tabeliyindəki klublardakı rəqs dərnəyinin rəhbəri Nurəli Ramazanovun müraciətini dərc etmişik. Nurəli Ramazanov da idarə rəisi Aqaəli Cəlilovun xüsusi tapşırığı ilə işə buraxılmadığını iddia edib.
 
Ardını oxu...






Son illər ölkə əhalisini ən çox düşündürən məsələlərdən biri, bəlkə də birincisi gündəlik istifadə olunan ərzaq məhsullarının keyfiyyət göstəricisinin lazımi tələblərə cavab verməməsidir. Belə ki, sovet dönəmindən fərqli olaraq, bugünkü gündə ərzaq məhsullarının, bir çox meyvə növlərinin və s. genləri dəyişdirilmiş və belə bir halların varlığı, məhz insan həyatı üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Düşündürücü hal odur ki, bəzi hallarda ərzaq məhsullarının istehsalı və onlardan istifadə zamanı lazımi tələblərə riayət olunmur. Bu da aidiyyatı dövlət qurumlarının üzərinə böyük məsuliyyət yükü düşməsinə səbəb olur. Çünki, aidiyyatı dövlət qurumları bu sahədə daim nəzarətini tənzimləməli və lazım gəldikdə qanundan kənar addım atanlara qarşı cəza tədbirlərini də tətbiq etməlidirlər.
Düzdür, bu gün ölkəmizdə ərzaq məhsullarının istehsalı ilə məğul olan müəssisələrin daha çoxu özəl sektora aiddir və həmin müəssisələrdən bir çoxu fəaliyyətlərini qanunsuzluqlar çərçivəsində davam etməkdədirlər. Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının varlığı və s. bu gün də hər kəsə bəlli olan həqiqətlərdir. Faciə odur ki, illər öncə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması ilə bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq qərar çıxarılsa da, çıxarılmış qərar elə qərar olaraq da qaldı. Paytaxt Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardakı “Çudo Peçka”ların, çörək zavodlarının, dönərxanaların və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri, hal-hazırda da böyük şübhələrə yollar açır. Çünki, bu cür fəaliyyət növü ilə məşğul olan müəssisələrdə çox zaman etibarlılıq müddəti ötmüş məhsullar satısa çıxarılır, yaxud da təkrar istehsal prosesləri həyata keçirilir. Adicə bir faktı qeyd edək ki, üç-dörd gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasının yeməkxanasında nahar yeməyi yemək istəyən şəxs, çox keçmir ki, olmazın olayla üz-üzə qalır. Yəni, həmin şəxs ilk əvvəl yeməkxananın kassasına ödəniş edir və toyuq ətindən hazırlanmış yeməyi yeyərkən, yeməkdən qorxunc, qeyri-adi iy-qoxu gəlir. Bir sözlə, heç cür həmin yeməyi yemək mümkün olmur. O halda həmin şəxs yeməxananın məsul əməkdaşını yanına çağırır və ona etirazını bildirir. Düzdür, videodan da görünür ki, yeməkxanananın məsul şəxsi ilk əvvəl masaya yaxınlaşır, yeməyə diqqət yetirir, az sonra toyuq ətini iyləyir və o, “Tam var, aramat, nəsə var” deyir. Bəli, yeməxnananın məsul şəxsi müştərinin narazılığını qəbul edir və toyuq ətindən iy-qoxu gəldiyini də təsdiq edir. O halda ortaya belə bir sual çıxır ki, Azərbaycan Milli Elmlər Akademiyası “düşünən beyinlər”in çalışdığı mərkəz olsa da, nədən, hansı səbəbdən, bu akademiyaya məxsus yeməkxanada da bu cür nəzarətsizlik hökm sürür? Məgər, xarab olmuş toyuq ətlərindən yemək hazırlayıb müştəriyə “sırımaq”, bu yeməkxananı işlədən şəxs(lər)in başını çoxmu uca edəcək? Əsla, yox! Əslində, bu biabırçılıqdır, əməli-başlıca rüsvayçılıqdır! Çünki, bir ölkənin Milli Elmlər Akademiyasına məxsus yeməkxanasında xarab olmuş toyuq ətindən yemək bişirilib müştəriyə satılırsa, vay bizim halımıza! Odur ki, hər kəsə çağırış edib onu bildirmək istəyirik ki, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yeməkxanada yemək yeyərkən olduqca diqqətli olun! Çünki, bu yeməkxanada tam verən, aramat iyi gələn toyuq ətindən yeməklər bişirilir.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Ardını oxu...




İlin əvvəlində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirəndən və BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları həbs ediləndən sonra Birliyin sabiq sədri Həsrət Əmrahovun və onun işbaz ortaqlarının qanunsuz əməlləri barəsində o vaxta qədər dərc edilmiş kifayət qədər geniş məlumatlar bir daha xatırladıldı. Mətbuatda Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin bəzi əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə, cinayət törətmiş, yaşıllıqlara qənim kəsilmiş tərəflərlə müəyyən maraqlar müqabilində sövdələşmələrə getdiklərinə dair misallar sadalandı.
Lakin etibarlı mənbələrdən aldığımız məlumata görə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev müəyyən dairələrdə yaxasını zorla qurtardığı KQMBİ-nin qarasına deyinir və iddia edir ki, Birliyin əməkdaşları rüşvət deyil, məhz borc pul aldıqları zaman şərlənib tutulublarmış.
Bir başqa prizmadan yanaşanda isə Həsrət Əmrahov Şaiq Vəliyevlə bacarmadı və müəyyən mənada elə onun güdazına getdi. Əmrahovdan fərqli olaraq, onun tərk etdiyi vəzifəyə irəli çəkilən Mirdamət Seyidov (sabiq direktorun 70 yaşlı müavini) Şaiq Vəliyevlə yaxşı anlaşır.
Əvvəllər də xəbər vermişdik ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə (MTK-lar) satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Onu da qeyd edək ki, yersiz budanan, sonra da “bədnəzərdən” qorumaq üçün hasara alınaraq kökündən qoparılan ağaclar heç də başqa yerə aparılıb yenidən əkilmir, əksinə, doğranıb satılır. “Yaşıllıqsızlaşdırma” işlərinin miqyası o qədər böyükdür ki, işlərin həyata keçirilməsinə mövcud resurslar, əmək ehtiyatı çatmır, qeyri-leqal işçi qüvvələri cəlb olunur.
Bu kimi qanunsuzluqlardan yazan, ona suallar verən jurnalistlərə isə Şaiq Vəliyev tikinti maqnatları ilə “dost olmağı” təklif edib. Bu barədə bəzi saytlar artıq yazıblar. İnternet resurslarında Şaiq Vəliyevin 7-ci mikrorayonda 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi işlədiyi vaxt sahibləndiyi avtomobil yuma məntəqəsi və başqa obyektləri barədə də məlumatlar vardır.
Əvvəllər də qeyd etdiyimiz kimi, əlimizdə foto və video çəkilişlərlə qeydə aldığımız yetərincə faktlar vardır ki, paytaxtda külək nəticəsində əyilən, aşacağı gözlənən xeyli sayda təhlükə törədən ağaclar mövcuddur. Sakinlər şikayət etsələr də, nədənsə nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə Birliyin yeni sədri (sabiq direktorun 70 yaşlı müavini) Mirdamət Seyidov, nə də Birliyin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmürlər. Aşağıda təqdim etdiyimiz video-görüntülər Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb. Yeri gəlmişkən, Rüstəm Rüstəmov küçəsində baş verən “yaşıl genosid” barədə əvvəllər də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadova (sonradan Sumqayıta vəzifə təyinatı alıb) və başqa aidiyyəti qurumlara xəbər vermişdik ki, Yaşıllaşdırma Birliyinin Nizami rayonu üzrə baş mütəxəssisi Vüqarın əli ilə ağacların qırılması hesabına yeri açılan obyektlərin tikintisinin qarşısı alınsın. Amma xəbərdarlıqlarımız qulaqardına vuruldu. İnanmaq istərdik ki, indi müraciət edəcəyimiz aidiyyəti qurumların bu faktlara reaksiyası özünü çox gözlətməyəcək.
Mövzuya qayıdacağıq.

“Əsli ilə doğrudur!”

Baş redaktor: İbrahim Hümbətov


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edilir".

Lakin bir sıra məktəb direktoru bu səciyyəvi xüsusiyyətləri daşımadıqları kimi rəhbərlik etdiyi məktəbin nüfuzunu da aşağı salır. Bu direktorlardan biri də Daşkəsən rayon Qaraqollar kənd tam orta məktəbinin direktoru Vasif Mustafayevdir.

O, dərs saatlarında məktəbdə olmaq yerinə torpaq sahəsində çobanlıq edir.

"DogruXeber.az" bildirir ki, bu barədə TehsilMedia.az-a daxil olan şikayətdə bildirilir.
Bu direktor çobanlıq etməkdən məktəbi idarə etməyi unudub. Əgər bir məktəbin direktoru dərs saatlarında işinin başında deyilsə, həmin məktəbdə baş verə biləcək mənfi situasiyalara və yaxud hadisələrə kim cavabdeh olacaq?

Təbii ki, işinə belə qeyri-ciddi, məsuliyyətsiz yanaşan bir direktorun rəhbərlik etdiyi məktəbdə hər cür vəziyyətin yaşanılması gözləniləndir.
Direktor barədə aidiyyatı qurumlara müraciət olunub. Ümüd edirik ki, bu şəxs barəsində tezliklə tədbir görüləcək.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



TƏHSİL MEDİA
https://tehsilmedia.az/sikayetler/2295-dasksnd-mktb-direktoru-drs-saatlarinda-cobanliq-edir-video.html?fbclid=IwAR3KMuHkmm0yKtDxzy2HowQWhEXN2sgRYWioFy3UNi1gRLk9BsP01ebuJ5w

Dünyapress TV

Xəbər lenti