![]() |
![]() ![]() ![]() |
|
Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Bələdiyyənin keçmiş sədri Əliyev Siyanfər Muzəffər oğlu Masazır bələdiyyəsi formalaşdığı gündən həmin bələdiyyəyə sədr seçilmişdi. Masazır kəndi Abşeron rayonunda ərazisinə və təbiətinə görə xüsusilə fərqlənir. Vaxtilə Masazır bələdiyyəsinin 2000 ha qədər torpaq sahəsi olubdu. Qeyd edək ki, bələdiyyə büdcəsi, torpaq və əmlak vergisi, mənfəət vergisi, reklam və digər vergiləri və əsasən fiziki və hüquqi şəxslərə bilavasitə və açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaqların satışından gələn maliyyə vəsaiti hesabına formalaşır.
Bundan başqa Masazır kəndində zibil pulu və qəbirstanlıqdan da bələdiyyə büdcəsinə gəlir gəlməlidi. Lakin son illər Masazır qəbirstanlığından və zibil pulundan büdcəyə cüzi pullar daxil olmuş, əsasən S.Əliyev və sonrakı bələdiyyə sədrləri həmin pulları nəğd şəkildə mənimsəmişdir. Bildiririk ki, ”Qurtuluş-93” və “Yeni Bakı” yaşayış massivləri kimi böyük yaşayış komplekslərindən və “ŞOK” və digər böyük və kiçik marketlərindən zibil pulu kimi hər ay külli miqdarda vəsait bələdiyyə büdcəsindən yayınıb, birbaşa bələdiyyə sədri işləyən vaxtlarda Siyanfər Əliyev tərəfindən mənimsənilibdi.
Bələdiyyə sədri işləyən gündən S.M.ƏIiyev böyük bir sahibkara çevrilmiş, Masazır kəndində özünə üçmərtəbəli “Brilliant” şadlıq sarayı, “Luqano” ailəvi-istirahət kompleksi, sayı 10-a qədər olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyektlər tikmişdir. O, Xırdalan şəhərində hər birinin bazar qiyməti 120.000 (yüz iyirmi min) manat olmaqla 28 ədəd 8 sotluq torpaq sahəsi, Sumqaıt yolunun Saray qəsəbəsinə aid hissəsində bir neçə hektar, Masazır qəsəbəsində də Masazır-Novxanı yolunun sol tərəfində 4 hektar torpaq sahələrini müxtəlif adamların adına sənədləşdirərək götürübdü. Təkcə bir faktı qeyd edək ki, bu adam özünə məxsus Masazır qəsəbəsində yerləşən “Brilliant” şadlıq evinin tək içərisinə yığdığı avadanlıqlara bir milyon manat, tikintisinə isə bir neçə milyon manat pul sərf edibdi.
Bundan əlavə üzün müddət Masazır qəsəbəsində bələdiyyə sədri işləmiş Siyanfər Əliyev bütün vasitələrdən istifadə edərək daim yaşadığı Abşeron rayonunda narazı kütlənin yaradılmasına çalışıbdı. Diqqətinizə çatdıraq ki, bu şəxsə “krişalıq” edən şəxslər heç də sıradan birisi olmayıbdı. Onun arxalandığı məmurlardan biri vaxtilə MTN generalı, kifayət qədər cinayət törətmiş Akif Çovdarovun olduğu söylənilirdi. A. Çovdarovun Masazır qəsəbəsində törətdiyi cinayət əməllərinin bir qismindən S. Əliyevin məlumatı olsa da, heç bir zaman hüquq mühafizə orqanlarını məlumatlandırmayıb, bir sözlə cinayəti bilə-bilə gizlədibdi. Bütün bunları qeyd etməkdə məqsəd odur ki, keçmiş bələdiyyə sədri cəmiyyətimiz üçün olduqca təhlükəli fiqurdur. İşlədiyi dövrdən alətə çevrilməyinə baxmayaraq şəxsi hesabıni da milyonlarla artırıbdı. Hazırda isə Siyanfər Əliyev Sumqayıtda MİS rəisi vəzifəsində işləməklə arxalandığı digər məmurun “vuran əli kimi” “fəaliyyət göstərir”. Bizə maraqlıdır ki, görəsən adı bu qədər qalmaqallarda və korrupsiya əməllərində hallanan bir şəxsi hansı xidmətlərinə görə Sumqayıtın icra başçısı yeni vəzifə ilə “mükafatlandırıbdı”? Ümidvarıq ki, hüquq-mühafizə orqanları bir gün bu korrupsionerin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Xatırladaq ki, bu yaxınlarda “ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR” başlıqlı məqalə dərc etmişdik. Məqalə redaksiyamıza müraciət etmiş Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı əsasında hazırlanmışdı.. Məqalədə bir sıra qanunsuzluqlardan və rüşvətxorluqdan bəhs edilmişdi. Eyni zamanda qeyd edilmişdi ki, Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdsəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edibdi. Qeyd edək ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! ) Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?
İlhamə xanımın Abşeron rayonundakı kadrları da heç onlardan geri qalmır. Elə götürək Hüseyn Axundov adına Qobu 3№li tam orta məktəbin direktoru Xuraman Behbudovanın qanunsuz əməllərini… Sosial şəbəkələrdə bu məktəbdə 8 Martla əlaqəli müəllimələrin və hər sinifdən seçilmiş valideyin komitələrinin israrı ilə hər şagirddən müəyyən məbləğdə pul tələb olunması haqda məlumatlara rast gəldik. Bundan əlavə aktualxeber.az-a müraciət edən valideynlərin dediyinə görə həmin məktəbdə elə şagirdlər var ki, onların üzünü heç zaman sinif yoldaşları görməyiblər. Bu şagirdlər Xuraman xanımın pul alıb təhsildən yayındırdığı repititor yanına gedən və şəhər məktəblərində oxuyanlardır. Deyilənə görə direktor bu məqsədlə həmin şagirdlərin valideynlərindən 1000-1500 manat rüşvət almışdır. Bundan əlavə texniki işçiləri də rüşvətlə işə qəbul edən X.Behbudova DOST mərkəzlərini də özünə ortaq etmişdir. Belə ki, o arxasında daim əmisi oğlu, adı daim müxtəlif korrupsiya olaylarında hallanan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun durduğunu deyir. Qohumuna arxalanaraq təhsil ocağını korrupsiya yuvasına çevirən X.Behbudova yığdığı çirkli pulları Qobu qəsəbəsində sələmə verməklə də ad çıxarıbdı. Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar bu məktəb direktoru barədə lazımi ölçü götürəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az-a müraciət edərək bildirib ki, o, 2000-ci ildən Şamaxı rayonun ərazisi yerləşən, lakin İsmayıllı Rayon İcra Hakimiyyətinin balansında olan yay otlağı yerini müqavilə əsasında illərdir icarəyə götürüb. 2022-ci ildə xəstəxanada yatarkən özünün xəbəri olmadan onun evinə gedilərək qoyunları sayılıb. Qoyunlarının çox hissəsi kənd ərazisində Zeybə adlanan ərazidə olduğundan gələn nümayəndə yalnız həyətindəki heyvanları saymaqla kifayətlənib. Bu hadisədən sonra İsmayılli Rayon İcra Hakimiyyətindən ona məktub gəlib və bildirilb ki, heyvan sayı az olduğuna görə adı çəkilən yaylaqdan istifadəsinə icazə verilmir.
Vətəndaş Mürsəlov Azər yenidən aidiyyatı orqanlara şikayət edib. Şikayətindən sonra gələn yeni komissiya üzvləri ona aid bütün heyvanları sayaraq gediblər. Bir xeyli müddət ona yeni müqavilə təqdim olunmadığını görən vətəndaş İsmayıllı Rayon İcra Hakimiyyətinə gedib. Vəziyyət barədə İcra başçısı Nahid Bağırova ətraflı məlumat verib. Nahid Bağırov öz növbəsində vətəndaşa bildirib ki, bu məsələ ilə bağlı onda yalnış məlumatlar olub. Söz verib ki, haqqın olan yaylaq ərazisi sənə icarəyə veriləcək. Lakin icra başçısı verdiyi vədi yerinə yetirməyib. Problemi atıb birinci müavini müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun üstünə. O, da sahibkarı daga-daşa salmaqla oki var bezdirib və sonda həmin yaylaq ərazisi Ədalət Göyüşov adlı sahibkara icarəyə verilib.
Azər Mürsəlov bildirir ki, 3 il əvvəl Ağsu Rayon Padar-Cöl kənd sakini Amil Xudu oğlu adlı şəxs ona bildirib ki, Ədalət Göyüşovun güclü adamları var və bunun hesabına o yaylaq ərazisi əlindən alınacaq. Şikayətçi bu qanunsuzluqda məhz həmin şəxsin əli olduğunu iddia edir. Digər tərəfdən Azər Mürsəlov bildirir ki, Ədalət Göyüşovun yüksək vəzifədə məmur dost və qohumları olduğu üçün bütün aidiyyatı orqanlar haqlı olmasa da onun tərəfindən çıxış edirlər.
Vətəndaşın video-müraciətini təqdim edirik:
Ardı var.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//