Ardını oxu...
Lənkəran rayonunda özünü asaraq intihar edən, 33 yaşlı həkim-stomatoloq Müşfiq Bağırovun ailə üzvləri onun ölümünə səbəb olanların məsuliyyətdən kənarda saxlandığını düşünür. Mərhum həkimin atası Zaman Bağırov bundan narazıdır.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Müşfiq Bağırovun ölümüylə bağlı cinayət işi hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır. 2022-ci il avqustun 21-də baş vermiş bu intihar hadisəsindən dərhal sonra Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlansa da, 5 ay keçib və bu işə xitam verilib. Prokurorluq bu nəticəyə gəlib ki, onun ölümündə heç kimin təqsiri yoxdur.

Lakin Müşfiq Bağırovun ailəsi prokurorluğun xitam qərarından məhkəməyə şikayət verərək, 2023-cü ilin fevralında həmin qərarı ləğv elətdirib. Məhkəmə prokurorluğun xitam qərarının əsassız olduğu nəticəsinə gəlib.

Mərhum həkimin atası məhkəmə ilə yanaşı, Baş prokuror Kamran Əliyevə və başqa dövlət orqanlarına çoxsaylı şikayət məktubları göndərib.

Məhkəmənin qərarından sonra bu hadisə ilə bağlı istintaq Lənkəran rayon Prokurorluğunda yox, Baş Prokurorluğun İstintaq İdarəsində aparılmağa başladı.

Zaman Bağırov deyir ki, üstündən aylar keçməsinə baxmayaraq, yenə də heç bir nəticə yoxdur. Onun sözlərinə görə, istintaqa iş üçün əhəmiyyətli olan kifayət qədər sübutlar təqdim ediblər. Hesab edir ki, təqsirkarları cəzalandırmaq niyyəti olsa, həmin sübutlar yetərlidir: “Aylardır nə qədər şikayətlər yazmışam ki, oğlumun qanı batmasın. Üç azyaşlı uşaq atası, gənc, ali təhsilli bir adam niyə ölməliydi? Onu ölümə göndərənləri cəzalandırmaq üçün otağından tapılan məktub kifayət edirdi. Niyə cəzalandırmırlar, onu daha deyə bilmirəm...”

Hadisədən sonra Müşfiq Bağırovun iş otağından məktub tapılıb. Həmin məktubda yazılıb:

“Məni İbrahim bu günə qoydu. Hesab bilmirdi. Məni qorxudurdu ki, banditizmlə səni tutduraram, arxanda heç kim qalmaz. Camaat Rusiyadan pul vurub, burada pulu vermirdi. Mən də qalmışam camaatın əlində. Başqa yolum yox idi...”

Atası bildirir ki, Müşfiq Bağırov həkim olmaqla yanaşı, həm də biznes fəaliyyətilə məşğul idi, gənc yaşında uğur qazanmışdı. Son üç ayda isə Rusiyadan Azərbaycana göndərilən pulların çatdırılmasıyla məşğul olan şəxslərlə birlikdə çalışırdı. Yaxınlarının fikrincə, onu intihar həddinə çatdıran da elə bu işdəki şəxslər olub.

Zaman Bağırov iddia edir ki, oğlu İbrahim Teymurov adlı qohumunun təklifi ilə bu işə qoşulub:

“Müşfiqin kifayət qədər vəsaiti, imkanı vardı. İbrahim qohum idi. Müşfiq riyaziyyatı yaxşı bilirdi. Ona təklif elədi, oğlum da razılaşdı. Rusiyadan göndərilirdi. İbrahim bilirdi ki, nə qədərdi, kimə çatacaq. Axşam o, həmin məbləği gətirib oğluma verirdi. Oğlum da səhər aparıb Aqşin Abdullayevə çatdırırdı ki, o da pul sahiblərinə çatdırsın. Axır vaxtlarda İbrahim pulları gətirib çatdırmırdı. Bu biri tərəfdən də Aqşin tələb edirdi. Hətta oğlumu hədələyirdi. Oğluma gərək İbrahim pulu versin ki, o da Aqşinə çatdırsın da. Nə o verir, nə də bu, başa düşmək istəyir... Oğlum da qalmışdı arada...”

Atasının dediyinə görə, hadisə ərəfəsində Aqşin Abdullayevin bir gündə Müşfiq Bağırova 22 dəfə zəngi olub. Ata deyir ki, bütün bunları istintaqa ifadəsində də deyib. Lakin tədbir görülmür.

Mərhum Müşfiq Bağırovun yaxınlarının ittiham etdiyi şəxslər - İbrahim Teymurov, Aqşin Abdullayev onların ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib. İstintaq araşdırmaları çərçivəsində onların evində axtarış-götürmə hərəkətləri də həyata keçirilib.

Müşfiq Bağırovun intiharıyla bağlı cinayət işinin araşdırılması Baş Prokurorluğun İstintaq İdarəsində müstəntiq Pərviz Cəlilova həvalə olunub.
Ardını oxu...
Bakıda məhkəmə hakimi bina liftinin düymələrini qırdı - VİDEO
Bakıda yaşayış komplekslərindən birində binanın liftinin düymələri qoparılıb.
Bu barədə məlumatı sosial şəbəkələrdə Haqqın.az xəbər portalının baş redaktoru Eynulla Fətullayev paylaşıb.  Ətraflı 
O qeyd edib ki, hadisə şəhərin mərkəzində, "Yeni Həyat” yaşayış kompleksində qeydə alınıb.
"Rüsvayçı hadisəni Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Rəşid oğlu Bağırov törədib. O, sakinlərin liftini qırıb. Buna nə ad verəsən? Bu nə vəhşilikdir? Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməlidir. Bu psixi xəstəyə insan talelərini necə etibar etmək olar?”, - deyə jurnalist paylaşımında qeyd edib. 
Ardını oxu...
Bakıda “Medera” Hospitalı artıq morqa çevrilməkdədir. Klinika ölüm işləri, səhlənkarlıq üzrə ad çıxarmaqdadır. Belə ki, tibb mərkəzi qəssabxana təsiri bağışlamaqdadır. Sonuncu belə qurban elə hospitalın öz işçisi oldu. Plastik əməliyyat etdirən qadın vəfat edib. Anaxeber.info məlumat verir ki, bu haqda mətbuatda xəbərlər yayılıb. “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib. Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib. Lakin bu ilk belə hadisə deyil. MedEra Hospital”ında bu cür müəmmalı ölüm halları birinci hal deyil. 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər sirrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olmuşdu. Daha sonra qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib. Bundan əlavə, 2017-ci ildə də ölüm baş verib. 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu sözügedən klinikada dünyasını dəyişib. 2019-cu ildə isə Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Çakır Əcəmi Naxçıvani küçəsində yerləşən “Medera Hospital”da qəfildən ölüb.
Klinikadan şikayətlər də gün-boldur. İnternet resurslarında hospitaldan narazılıq edən vətəndaşların müraciətlərinə rast gəlmək olur. Misal üçün Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib. Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub.
Digər bir şikayətə diqqət edək: Mustafayeva Məryəm İbrahim qızı deyir ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək 1000 manat pulunu ələ keçirib dələduzluq edib. Onun sözlərinə görə, hazırda türkəçarə vasitəsi ilə müalicə olunub yaxşılaşmaq üzrədir, həkimin müalicəsi isə effekt verməyib, əvəzində pulu gedib. Həkim isə bildirib ki, kimə istəsən şikayət elə.
Habelə, vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçi olmuşdu. Cahangirova Günay “MedEra” Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia etmişdi. Bir sözlə, faktlar göz deşir və son olaraq da öz işçisi qurbanına çevrildi.
Qeyd edək ki, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur. Yazıda adı keçən bütün tərəflərin, o cümlədən klinika rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Anaxeber.info
 
Ardını oxu...
Tofiq Mehdiyev Neftçalada Bazar açıb

SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyev Neftçalada Bazar açıb.

Adi bazardan fərqli olaraq burada xiyar və pomidor yox, hərbi biletlər satılır.“Otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı isə 5000 manatdır.

Son 30 ildə bir çox hərbi komissarlar, daha dəqiq desək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXCHDX) yerli rayon şöbələri yüzlərlə, bəlkə də minlərlə gənci hərbi xidmətə yararsız hala salıb, ondan milyonlar qazanıblar. Bəli, bu məsələdə həkim komissiyaları və “voyenkom”lar birgə “iş” qurublar. Bu gün ciddi və obyektiv həkim komissiyası təşkil edilsə, o minlərlə “yararsız” gəncin orduya yararlı olduğu üzə çıxacaq.Niyə bunu etmirlər..?Bəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehtiyevin 4-5 min manata gəncləri “neqodnu” etməsi heç kimə sirr deyil.Hərbi komissar Tofiq Mehtiyev aldığı pullar hesabına Bakıda böyük mülklər əldə edib.Tofiq Mehtiyev bütün gününü Neftçalada və Bakının ən bahalı restoranlarında gününü keçirir. Bu adamdan soruşan yoxdur ki, sən dövlət məmurusan, bu restoranlarda nə işin var..?Bəli, Tofiq Mehtiyev rayonda məmur övladlarına “neqodnu” sənəd verir, əvəzində kasıb, imkansız ailələrin uşaqlarını orduya göndərir. Və haram yolla əldə etdiyi pulları Bakıda şənliklərdə xərcləyir.Tofiq Mehtiyevin əmlakının milyonlarla qiymətləndirildiyi deyilir.Səfərbərlik xidmətinin sabiq rəisi Arzu Rəhimovun vəzifəsindən azad edilməsindən sonra gözü yolda olan Tofiq Mehtiyevin xidməti otağının qapısı hər dəfə açılanda özünü itirdiyi deyilir.Azru Rəhimovdan sonra arzuları gözlərində qalan bu rəis DTX nin əməkdaşlarını gözləməkdən xəstəliyə tutulduğu deyilir.
 //araz.az//

Ardını oxu...
Daha bir məktəbdə rüşvət iddiaları gündəm olub.

DİA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynləri "Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidlə qarşılanıb. Müəllimlərin bu kimi "şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
"Azərenerji" Şefi məhkum milyoner məmuruna necə "ƏMƏK" ordeni təltif etdirdi...

Təqdim edilən məlumatlardandan məlum olmuşdur ki, 2018-ci ildən ”Azərenerji” ASC-nin hazırda İstehsalat üzrə operator rəisi təyin olunan və eyni zamanda Cəmiyyətin Şirvan şəhərində yerləşən Cənub Regional İdarəsinə formal rəhbərlik edən Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat (O vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. (Lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt”un işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına da dərhal öz soyadını verməklə adına rəsmiləşdirmişdir ki, cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilsin.
Lakin təqdim edilən digər faktlardan görünür ki, Ü. Yusifov heç də törətdiyi cinayət əməlindən peşiman olmamış, əksinə “Azərenerji” ASC –nin indiki rəhbərliyilə (Balababa Rzayevlə) gizli sövdələşərək 2018-ci ildə təyinat aldığı “Azərenerji” ASC-nin İstehsalat üzrə Operator rəisi olan və əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etmək funksiyasını dəstəsilə birlikdə həyata keçirməklə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir. Törətdiyi irimiqyaslı korrupsiya əməllərinə görə “Azərenerji” ASC prezidenti cənab B.Rzayev tərəfindən 2019-cu ildə Üzeyir Yusifovu “peşəkar energetik” kimi Baş Prokurorluğa təqdimat göndərmək əvəzinə, bu təqdimatı dövlət başçısına göndərməklə Prezidentin 18 oktyabr 2019-cu il tarixli Sərəncamı əsasında ona 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etdirmişdir. Yəni, “Azərenerji” ASC sədri bilə bilə dövlət başçısını aldadaraq ona milyonlarla manat dövlət əmlakını mənimsəməkdə məhkum olmuş və öz korrupsiya əməllərini 2018-ci ildən sonar yenidən daha peşəkarcasına davam etdirən Üzeyir Yusifovu ordenlə təltif etdirmişdir.
Ardını oxu...
Məhkum korrupsioner Üzeyir Yusifova təqdim edilmiş "Əmək" ordeni

Budur, məsələnin aydınlaşdırılması üçün “Azərenerji” ASC-nin sədri cənab B.Rzayevə 31 may və təkrar olaraq 9 iyun 2023-cü il tarixində təqdim etdiyimiz rəsmi sorğulara isə hələ də cavab verilməyib. Məsələ ilə əlaqədar əldə etdiyimiz digər məlumatdan məlum olmuşdur ki, “Azərenerji” ASC-nin məktublar və qeydiyyat şöbəsi göndərdiyimiz informasiya sorğusunu şəxsən cənab B.Rzayevə deyil, elə Ü.Yusifovun özünə iyunun 4-də Şəkidə “Marxal” istirahət Mərkəzindən qayıtdıqdan sonra təqdim etmişlər. Beləliklə, nəticəyə gəlirik ki, B.Rzayevə təqdim etdiyimiz sorğulara heç vaxt rəsmi cavab verilməyəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, külli-miqdarda dövlət əmlakını mənimsədiyinə görə məhkum edilmiş və hazırda yenidən “Azərenerji” ASC-də yüksək vəzifə tutaraq yenə dövlət əmlaklarının külli-miqdarda mənimsəməsi hesabına həyat yoldaşı Surğa Hüseyn qızının adına dəyəri milyonlarla ölçülən əmlakları sənədləşdirmiş Üzeyir Yusifova “Azərenerji” ASC təqdimatı əsasında 2019-cu ilin oktyabrın 19-da təltif edilmiş 3-cü dərəcəli “Əmək” ordeninin geri alınması və dövlətimizin başçısına saxta və əsassız təqdimatı yazan məsul şəxs barəsində qanuni tədbirlərin görülməsi zəruridir.
Bir daha xatırladaq ki, Ü.Yusifov uzun müddətdir energetika sahəsində çalışır və 2000-ci ilədək “Azərenerji” ASC-nin vitse prezidenti olmuş Məmməd Novruzovun sayəsində Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə ( XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ( o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonar, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. ( lakin faktiki olaraq ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt”un işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına öz soyadını verməklə adına rəsmiləşdirmişdir ki, cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilsin. Həbsxanadan çıxdıqdan sonar 2 il işsiz qalmış və 2005-ci ildən Gəncə Alminium Zavodunda TES rəisi işləmişdir. 2015-ci ildən 2018-ci ilədək “Azərişıq” ASC-nin Mingəçevir RETRŞ-nin müdirin 1-ci müavini vəzifəsində işləmişdir. Bu müddət ərzində Ü.Yusifov vəzifə səlahiyyətlərindən süi-istifadə etməklə Mingəçevir şəhərinin Maqomayev küçəsi 18/18 ünvanında yolun sağ və sol tərəfindəki yeni binaların hər birində özünə 115 kv m olmaqla 3 otaqlı mənzillər almışdır. Eləcə də Mingəçevir şəhərinin giriş hissəsində 10 sot torpaq sahəsi üzərində 2 ədəd bağ evi tikdirmişdir. Xatırladaq ki, 2015-ci ilədək Ü.Yusifov Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı xəstəxananın yanındakı köhnə binadakı 2 otaqlı təmirsiz evdə uzun müddət ailəsilə birlikdə yaşamışdır.
Ü.Yusifov 2018-ci ildə Şirvan şəhərində GRES-ə rəhbərliyi dövründə milyonlarla çirkli pullar qazanmağa başlamış və özünə ( həyat yoldaşı Surğa Hüseyn qızının adına rəsmiləşdirlməklə) çoxsaylı mülklər almışdır. Belə ki, Şirvan GRES-in söküntüsü zamanı satılması mümkün olan bütün avadanlıqların, transformatorların, onların yağlarını qanunsuz satılmasından ( məsələn, dövlət büdcəsilə dəyəri 100 min manat olan 1 transformatoru yararsız kimi sənəddə göstərməklə 9000 manata satmışdır) küli-miqdarda vəsaitlər əldə etmişdir. Digər təfədən, “Azərenerji” ASC prezidenti təyin edilmiş Balababa Rzayevin keçmiş katibəsi və yaxın dostu olmuş Ülviyyə və onun əri Fizuli ilə gizli sövdələşərək Şirvandakı DRES-də söküntü işlərinin icra edilməsini götürmüş və çıxan materialların tonajını rəhbər Ü.Yusifovun köməkliyi sayəsində mühafizə rəisilə gizli sövdələşərək sənəddə az göstərməklə çoxlu pul qazanıb birlikdə mənimsəmişlər.( Məsələn, 8 yük avtomobili söküntünü İdarənin çıxışında 3 avtomobil kimi sənədləşdirərək satıb mənimsəmişlər) Sonda “Azəreneji” ASC prezidentinə yalan hesabatlar verməklə onu aldatmışlar.
Verilən digər məlumata görə Şirvan GRES də işlədiyi zaman Ü.Yusifov xüsusi keyfindən də qalmırdı. Belə ki, Ü.Yusifov ASC-nin Bakıda, “ 20 Yanvarda”yerləşən idarədə yanına işə qəbul etdiyi 24 yaşlı Zeynalova Mehin adlı qızı “Azərenerji”ASC-nin Şirvan şəhərində yerləşən GRES ərazisindəki qonaq evlərindən (kotejlərin) xüsusi ayrılmış birində hörmətli qonaqlara ( ASC-nin Bakıdan Cənub Regional İdarəsinə ezam olunmuş kişi işçilərə) xüsusi xidmət göstərməyi tapşırmışdı. Nəticədə, əvvəllər çox kasıb yaşayan bu qızın anasının adına çoxsaylı mülklər alıb hədiyyə etmişdir. Mehin xanım bu arada ərə getdi və nə oldusa 1 ay sonar boşandı. Mehin xanımın rəsmi iş yeri isə “Azərenerji” ASC-nin 20 Yanvar” da yerləşən ofisində formal olaraq ( “ölü can” kimi) getsə də, o indiyədək faktiki olaraq Cənub Regional İdarəyə ezam olunmaqla Şirvanda qonaq evlərində Ü.Yusifovun “xüsusi tapşırığını” yerinə yetirməklə məşğuldur.
Cənab Üzeyir Yusifovun xüsusi rəğbət bəslədiyi Mehin Zeynalova “Azərenerji” ASC-nin 20 Yanvarda yerləşən idarəsinin rəsmi işçisi olsa da, ona tez tez ( hər həftə) Cənub Regional İdarəyə həftəlik ezamiyyətə göndərir. Bu ezamiyyənin də cəmi 1 gününü Cənub Regional İdarədə, qalan 6 günün isə konkret olaraq Şirvan REŞ-də yerləşən, digər kotteclərdən hasarla xüsusi izolə olunmuş kotejdə ezamiyyətə gedən qonaqlara Üzeyirin göstərişilə faktiki olaraq qulluq göstərmək üçün xidmət göstərir.( Yəni kef məclisləri qurulur) Və hər dəfə digər ezam olunmuş işçilərdən fərqli olaraq Mehinə 2022-ci ilin aprelindən Cənuba həftəlik ezamiyyə xərci 2000 manat, digərlər işçilərə isə 350 manat hesablanır. Üzeyir Mehinə əvvəlcə 99RX754 nömrəli avtomobil, sonar isə yeni “KİA Soul” markalı 10 MY 290 nömrəli avtomobil də hədiyyə etmişdir. Ü. Yusifov M.Zeynalovanı həm də ən “SAVADLI” kadr kimi bütün regionlara ezamiyyətə getdiyi zamanda özülə birlikdə aparır??? Bu cütlüyü tez tez Salyan rayonun “Qarabağlı” restoranında birlikdə görürlər.
Ardını oxu...
Ü.Yusifovun Mehin Zeynalova hədiyyə etdiyi ikinci avtomobil

Xatırladaq ki, 1958-ci il təvəllüdlü Üzeyir Yusifov Mingəçevirdə işə başladığı zaman onun təkcə bir şəxsi “Nissan Murano” markalı, 90 CS 838 dövlət nömrə nişanlı avtomobili vardı. Və o içkili vəziyyətdə həmin avtomobili 2015-ci ilin sentyabrın 12-də Göyçay rayonun Mirzəhüseynli kəndində aşırmış, nəticədə avtomobil tam yarasız vəziyyətə düşmüşdür. O dərhal qazandığı “çirkli”pullarla ilk olaraq özünə BMV X-5 markalı yeni avtomobil almışdır.
Ardını oxu...
Ü.Yusifovun "Murano" markalı avtomobili qəzadan sonra

2018-ci ildən indiyədək isə onun korupsiya yolu ilə əldə etdiyi və dəyəri milyonlarla ölçülən əmlaklarının siyahısını təqdim edirik:

Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280000 manat olan 4 otaqlı mənzil,
Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440000 azn-ə aldığı 4 otaqlı , 165 kv.m sahəsi olan təmirli mənzili,
Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500000 mant olan iki mərtəbəli villası,
Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan AY Beauty Gallery” gözəllik salonu.,
Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500000 manat dəyəri olan mənzili,
Hazırda evində saxladığı 800000 AZN nağd pul kütləsi.
Ardını oxu...
Ardını oxu...
Ü.Yusifovun əmlaklarını həyat yoldaşı Surğa Hüseyn qızının adına rəsmiləşdirib

Bu arada xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası Baş nazir Nikol Paşinyanın 2022-ci il üçün aktivləri, gəlirləri və xərcləri haqqında bəyannaməni dərc edib.
Elchi.az xəbər verir ki, təqdim olunan bəyannaməyə görə, Nikol Paşinyanın hər hansı daşınar və ya daşınmaz əmlakı, qiymətli əşyaları ümumiyyətlə yoxdur.
Ermənistan Baş naziri yalnız banklardan birində saxlanılan əmanətini açıqlayıb: 3 milyon 15 min dram (təxminən 7,5 min dollar).
Gəliri isə yalnız aldığı maaş imiş – 12.837.503 dram (illik təxminən 32,5 min dollar).
2022-ci ilin sonunda Paşinyanın müxtəlif bank hesablarında 114,7 dram, 27 701,8 dram, 3,84 ABŞ dolları və 154 562,5 dram pulu qalıb.
Müqayisə üçün qeyd etmək olar ki, "Azərenerji" ASC-nin orta ranqlı məhkum məmuru Üzeyir Milan oğlu Yusifov Ermənistanın baş nazirindən ən azı 210 dəfə varlı hesab oluna bilər. Bundan sonra təsəvvür etmək o qədər də çətin deyil ki, uzun müddət "Azərişıq" ASC-nin və hazırda "Azəenerji" ASC-nin sədri vəzifəsində işləyən cənab Balabab Rzayevin malik olduğu ( təkcə Nərimanov rayonu, Ziya Bünyadov prospektinin sağ və solundakı obyektlər) sərvətlərə bütübn Avropa ölkələrinin prezidentlərinin varidatları bir yerə toplansa belə üstün ola bilməz.
Ardını oxu...
Balabab Rzayevə məxsus olduğu bildirilən "SANTRAL" mağazalar şəbəkəsi
Apardığımız araşdırma nəticəsində o da məlum olub ki, qeyd etdiyimiz korrupsiya faktlarının ört-basdır edilməsində çox vaxt dövlət strurukturu rəhbərlərinin himayəçiliyi və korrupsiya törətmiş dəstə üzvlərilə yaxın dostluq və işgüzar əlaqələrinin olması mühüm rol oynayıb. Məhz bu səbəbdən də dövlət büdcəsindən talanan yüz milyonlarla manat kimlərinsə şəxsi maraqlarına “qurban verilib”. Üstəlik, bu əlaqələrin arxasında daha böyük korrupsiya maraqlarının dayandığı da istisna olunmur.
Ona görə də hesab etmək olar ki, "Aeroport" Kəbirəyə arxayın olaraq külli miqdarda dövlət əmlakını mənimsəməkdə davam edən məhkum məmuruna "ƏMƏK" ordeni üçün Prezidentə təqdimat yazaraq onu aldadan cənab Balabab Rzayev hərəkətlərində bir az ehtiyatlı olsa yaxşıdır.
Yazıda adı keçən şəxslərin söz haqqı tanınır.
Bizi izləyin.(ifadetv.com)
Ardını oxu...
Ü.Yusifovun qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan "AY Beauty Gallery” gözəllik salonu.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
 
 
Ardını oxu...
Dünya statistikasına nəzər salsaq ölkələrin çox az sayda vətəndaşları gecə həyatına üstünlük verir, dünyanın məhşur filosoflarında birinin "Gecəni sevirəm. Tünlük, sıxlıq yaradan heç nə olmur" kimi sözləri bir zamanlar dillər əzbəri olub.

Bəzən olur tanrının bizə bəxş etdiyi gecə həyatından bəzi restoran, clublar su-istifadə etməyi bacarır. Şəxsi gəlirləri üçün ictimai yerlərdə insanları narahat etmələri bəs etmir. Üstəlik insanların yaşadığı yerdə işlətdikləri kulubun musiqisinə yüksək tonda səs verib adamların gecə yuxu həyatına zəhər qatırlar desək yanılmarıq.
Ardını oxu...
"Azərbaycan Reallığı"na video müraciət göndərən şəxs iddia edir ki, bunlardan bir də Tarqovi adalanan yerdə, şəhərin mərkəzində yerləşən Əbdülkərim Əlizadə 4 ünvanda faliyyət göstəsər "Bar2Kat" kulubdur. Videodan göründüyü kimi klub insan yaşayışı olan binanın düz 2-3 metirliyində yerləşir.

Bəzi işbazlar şəxsi qazanc əldə edəcəklər deyə əyləncəli klubun mahnı səs tonu demək olar nəyinki yaxınlıqda yaşayan insanları, hətta ərazidən bir neçə kilometr kənarda yaşayan sakinləri də narahat edir.

Sakinlərdən biri bildirir ki, gecə saat 11-12 oldusa evin içində yatmaq mümkün deyil, əsasən də qeyri iş günü 6 - cı və bazar günü səhərə kimi sözü gedən məkanın səsindən yatmaq olmur. Yaşlı nəsil bu cür səs-küydən ümumiyyətcə əziyyət çəkir, insanların əsəbinə toxunur.

Bir neçə dəfə adiyyəti orqanlara müraciət edilib, problemi 2-3 günlük aradan qaldırılır, sonra yenə köhnə hamam, köhnə tas, heçnə olmamış kimi fəaliyyətlərin davam etdirillər.

"Azərbaycan Reallığı" sözü gedən kulublar küçəsi adlanan ərazidən sözü gedən video görüntüləri təqdim edi:

Yazıda adı çekilən hər kəsin mövqeyini tanıyırıq.
 
 


 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu bağlamışdı.

Sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirdilər.Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu, hər bir icazə sənədinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2500-2600 dollara verildiyini iddia edirdilər. Anar Rzayevin adamları yük maşınlarının hər reysi üçün birdəfəlik vərəqəyə görə rüsumun üstündə 20-30 manat əlavə də tələb edirlərmiş.

Sonuncu dəfə bu səbəbdən “R Group” şirkətinin rəhbərliyi,sürücülər xidmət rəisinin pulyığanları ilə mübahisə edib,ardından isə sürücülərin məlum etiraz aksiyası keçirilmişdir. TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olmuş və böyük tıxac yaranmışdı. Həmin dövrdə Anar Rzayevin özünün də qardaşının adına qeydiyyatdan keçirdiyi beynəlxalq yükdaşıma şirkəti olub. Lakin sürücülərin etiraz aksiyasından sonra Rəhman Hümmətovun davamlı təkidi nəticəsində bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib.

Məlumata görə, hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir,gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətov cütlüyünün ciblərini doldurur. Bundan başqa,Anar Rzayevin Xırdalanda böyük qarajı da var.İllərlə bu qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib. Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Anar Rzayev adının hallanmasını görərək vəziyyətdən çıxmaq üçün Rəhman müəllimə deyib ki, bu etirazın arxasında keçmiş əməkdaşlar dayanır, onu gözdən salmaq istəyirlər.Həmçinin cənab nazirə də daim qeyri-dəqiq informasiyalar ötürüb,yalanlar danışıblar.

Anar Rzayev bacısının qaynını işə düzəldərək bir müddətdən sonra onu irəli çəkməyə başlayıb.Məhz yuxarıda bəhs olunan yükdaşımaya icazə vərəqələri də Anarın Zaur Ramazanov adlı bu qohumunun əlindən gəlib keçirmiş.Bu Zaur bəy əslində ştatda başqa bir vəzifə daşıyır,amma Anar Rzayev onu işindən ayıraraq yuxarıda dediyimiz məsələləri tapşırıb.Sürücülərin boykotundan qorxuya düşərək iki günün içində Zaur Ramazanovu təhkim etdiyi yerdən kənarlaşdırıb gözdən uzağa çəkir.

Anar Rzayevin rəisi olduğu xidmətin yerində Yerüstü Nəqliyyat Agentliyi yaradılanda şikayətçi şəxslər struktur islahatı adı ilə heç bir xəbərdalıq edilmədən,qanunla müəyyən edilmiş möhlət gözlənilmədən işdən azad olunurlar.Halbuki ixtisarın da,əmək müqaviləsinə xitam verməyin də qaydası var.Hər şey qanun çərçivəsində,Əmək Məcəlləsinə müvafiq həllini tapmalıdır. Amma görünən odur ki bu nazirlikdə Rəhman Hümmətov öz qanunlarını yazır,Anar Rzayev kimilər də həyata keçirirlər…

Hər bir işçi azad olunarkən möhlət müddəti verilməlidi, bunlar isə belə şeylərə əhəmiyyət belə vermirlər. Çünki işin,işçilərin hesabına qaz vurub qazan doldurur,harınlayırlar. Müxtəlif yerlərdə qazanc mənbələri quranda adi zəhmətkeşlər veclərinə olmaz.

Bürokratik əngəllərin,süründürməçiliyin səbəbləri çoxdur.Lakin şikayətə əsasən məsələnin kökündə nazir müavini Rəhman Hümmətovun bəzi “qara iş”ləri durur. Bu “qara iş”ləri “ağartmaq” üçün Rəhman müəllim bəzi adamlara xahiş edibmiş. Amma onlar cənab Hümmətovun sözündən çıxıblar.

Şikayətçilər dəfələrlə cənab nazir Rəşad Nəbiyevin qəbuluna düşmək,sözlərini,dərdləfini ona bildirmək istəsələr də həmişə qarşıya sədd çəkiblər,mane olublar. İşçilərlə nazir arasında maneə quranlar var.Çox məsələlər var ki,cənab nazirdən gizlədilir.Çünki bilirlər ki,Rəşad müəllim mütəxəssis olaraq təcrübəli,insan olaraq dürüst,haqqı nahaqqa qurban verməyən insandır.

Nazir təyin olunduqdan sonra da çətin bir sahəni necə bacarıqla idarə etdiyi göz qabağındadır. Sadəcə daxildə Rəhman Hümmətov, Anar Rzayev kimilər ümumi işə kölgə salırlar.

Məlum oldu ki, Rəhman və Anar müəllimlər əsl oliqarx həyatı yaşayırlar.Mülklər,bahalı maşınlar,digər pul mənbələri. Elə bil ki varlanmağa tələsirlər. Deyilənə görə Anar Rzayevin paytaxtda 60 sayda evi,Novxanıda böyük malikanəsi də var.Həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı isə “Sədərək” yarmarkasının müdiridir. Bir neçə söz də bu yarmarkanın maliyyə işlərinə baxan Anar bəyin Qəhrəman adlı qaynatasından deyək.Qəhrəman müəllim sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vaxtında nazirliyinin karyerlərə-karxanalara nəzarət edən şöbəsinə başçılıq edib.

Kürəkəni tərzdə yığıb-yığışdırmaqla məşğul olub.İndi də “Sədərək” bazarında yerhaqqı yığmaqla məşğuldur. Anar Rzayevin rəhbəri olduğu agentlikdə ixtisaslı işçiləri uzaqlaşdırıb yerinə tanış-bilişi götürüblər. Sıralarında keçmiş əmək müəllimi də var,nəğmə müəllimi də. Soruşanda da deyirlər ki, müəssisə bağlanıb. Necə bağlanıb ki, bütün maddi-texniki baza yerindədir.

Nə haqla cənab Prezidentin sərəncamının mətnini təhrif olunmuş şəkildə camaata çatdırırlar? Mətndə xidmətin və digər uyğun təşkilatların yerində, əsasında Yerüstü Nəqliyyat Agentliyinin yaradıldığı qeyd edilib. 421 işçi ştatı olan agentlikdə keçmiş ixtisaslı kadrlara yer tapılmır? Hüquq mühafizə orqanları bu işlərə nəzər yetirməlidir.Bildiyimizə görə onsuzda bəzi faktlar artıq araşdırılır.İnanırıq ki, sonda bütün şübhəli,qaranlıq məqamlar üzə çıxarılıb layiqli qiymətini alacaq. (Cumhuriyyet.net)

Şikayətdə deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.
DogruXeber.az
Ardını oxu...
Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamenti onun rəisi Zamin Mehrəliyev tərəfindən "mafyalaşıb".
Əgər mühəndis və ya çilingər heyyətindən biri ona olan haqqsızlığa (istismara) səsini çıxardıb etirazını bildirərsə, sizdən xidməti məlumat yazılaraq eyni departamentin hüquq Şöbəsinə göndəriləcək.
Teref.az xəbər verir ki, bunu Azəriqaz İB nin Bakı Regional Qazın Satışı Departamenti Nərimanov Xidmət sahəsində işləyən Elnur Mirzəyev öz fesbuk səhivəsində yazır. Yazdıqlarını şərh edən Elnur bəy daha sonra yazır:
Hüquq şöbəsində sizin izahat yazmağınızın heç bir mənası yoxdur artıq sizdən xidmət məlumat yazılanda intizam tənbehinin növü artıq deyilir. Misal üçün Elnurdan xidməti yazan sifariş verirki töhmət verilsin və s. Bu birinci məsələ.
İkinci isə eyni departamentin tərkibində İstehlakçılara satılan qaza nəzarət şöbəsi var. Əgər etiraz bildirsəniz günü elə sabah ərazinizdə həmin şöbənin əməkdaşlarını görəcəksiniz. El təbirincə desək "qara maskalılar" sizin əraziyə yoxlanışa çıxacaqlar. Həmin bu iki şöbə tərəfindən artıq siz təhdid edilirsiz. Burda artıq məqsəd Azəriqaz İb naminə yox Zamin müəllim şəxsi rəyidir. Yaşadığım hadisələri yazdım. Ardı var.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Elnur Mirzəyev
Teref.az

 
 
 

Ardını oxu...
DİA.AZ: - "Ölkənin əmək qanunvericiliyini pozub cəzasız qalanlar!!! "Xüsusi immunitentlilər"..." DİA.AZ bildirir ki, bu xitabı növbəti müraciətini təqdim edən tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ünvanlayıb.

M.Qəhrəmanlı rəhbəri olduğu təşkilata edilən növbəti gileyi çatdırıb: "Daxil olan məlumatda deyilir ki, Azəriqaz İB-nin əksər RQİİ-də ölkənin əmək qanunvericiliyinə zidd olaraq , qaz avadanlığının təmiri və istismarı üzrə çilingərlərə onların vəzifə səlahiyyətlərinə aid olmayan əlavə tapşırıqlar verilir.Bu tapşırıqlar öhdəlik xaraterlidir. Bununla bağlı RQİİ Xidmət Sahələrində adı çəkilən işçilərə aylıq plan qoyulur,verinə yetirilmə isə faizlə hesablanır.Planı yerinə yetirməyən işçilər müvafiq təqdimatlar əsasında cəzalanırlar. Bu da bəzən həmin işçilərin işdən azad olunması üçün bir zəmin yaradır. Bəzən təqdimat yazan vəzifə səlahiyyətlərini aşır.
Əlavə olunmuş iki təqdima diqqət yetirin.!
-Ağsu RQİİ Göyçay XS rəis müavini Ruslan Bünyatovun tapşırığı ilə xidmətin satış şöbəsində qeyri-əhali üzrə mühəndis işləyən Şaiq Davudovun 2 çilingər barədə yazdığı təqdimat .
-Ruslan Bünyatov Ağsu RQİİ rəis müavini işlərkən (aprel 2023) Göyçay rayon XS-nin 14 nəfər işçisini cəzalandırmaq üçün Ağsu RQİİ rəisi Osman Behbudova müraciət edib. Səbəb bu işçilərin( qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərləri), əhalidən qaz pulu yığımı(onların vəzifə öhdəliklərinə aid olmayan, ) üzrə planı yerinə yetirməməsidir..."

Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti