Ardını oxu...
"Laser Beauty Clinic"ası ilə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic"in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin bundan sonra məlum olub ki, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

"Laser Beauty Clinic"lə bağlı qalmaqallı məsələlərdən biri də odur ki, həkimlərin sertifikasiyası prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin bu klinkada həkim kimi fəaliyyət göstərməsidir.

Sertifikasiya məsələsindən öncə qeyd edək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetinin Farmakalogiya (Киевский национальный университет (КНУ) Фармация, промышленная фармация) ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Əslində isə vəziyyət tamami ilə fərqlidir. Belə ki, Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.

İstənilən Ukrayna universitetinin diplomunu bu sayt vasitəsi ilə diplom nömrəsini daxil etməklə yoxlaya bilərsiz: İnfo.edbo.gov.ua

Nigar Rüfətin diplomunun saxta olması barədə deyilənlər kifayət qədər ciddi iddialardır və vacib bir məsələdir. Səhiyyə sisteminin etibarını qorumaq və pasiyentlərin təhlukəsizliyini təmin etmək üçün bu cür iddialar obyektiv şəkildə araşdırılmalı və qərarlar qəbul edilməlidir.

Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.

Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada deyilir:

"Mediadan daxil olan müraciətlərdə "Laser Beauty Clinic"də həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.

Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "Lazer Beauty Clinic" adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və "Lazer Beauty Clinic" adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib".

Göründüyü kimi, Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.

Daha bir məqamı qeyd edək: Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi ötən il sorğuya cavab olaraq bildirib ki, Nigar Rüfət adlı şəxs tibb işçilərinin sertifikasiya prosesində iştirak etməyib, "Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri"ndə adı olmayıb. Bu fakt da onun Bakıdakı məşhur klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir.
qaynarinfo.az
 
Ardını oxu...
Əvvəli burda:
əvvəli burda:
“Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili” sərlövhəli tənqidi məqaləmiz işıq üzü görəndən sonra mart ayının ilk günlərindən başlayaraq GundemXeber.Az saytında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdur. Qeyd edək ki, mətni kifayət qədər uzun olan şikayətnamənin dərc olunmuş birinci və ikinci hissələri elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.
Xatırladaq ki, şikayətin 14 bəndlik iki hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.
İndi isə Şikayətnamənin ardını təqdim edirik:
15. Xəstələrin diaqnozları sığortadan gələn bonusa uyğunlaşır - yəni, müvafiq Bundle sistemi öyrənilərək şöbə müdiri Pərviz Axundov tərəfindən, çünki əvvəl o sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb, hansı diaqnoza daha çox pul gəlirsə onu təyin edir və öz həkimlərinə tövsiyə edir, onlar da xəstənin diaqnozunu dəyişdirirlər ki, daha çox bonus alsınlar. Əks göstərişləri olan onkoloji xəstələr fizioterapevtik müalicəyə yatırılır - bonus və əlavə qazanc naminə.
16. Azərbaycan Respublikasının qənunvericiliyinə əsasən şöbə müdiri vəzifəsində çalışan şəxslər stasionar şəraitdə xəstə aparmamalıdılar, lakin bütün şöbələrin müdirləri xəstə aparır. Boş vakant şöbə müdiri vəzifələri isə mövcud kadrlardan seçilmir.
17. Sertifikasiya imtahanlarından keçməyən həkimlərə xəstə aparmağa icazə verilir. Yaxud, sənədlərdə başqa həkimlərin adı gedir, faktiki isə xəstəni sertifikatı olmayan həkim aparır. Tibbi xidmətin keyfiyyəti artıq şübhə yaradır. Yüksək dərəcəli peşəkar həkimlərə, ən əsası Səhiyyə nazirinin 07.03.2023-cü il tarixli, 3-28/3-1-68/2023 nömrəli əmrinə və o əmrin 1 nömrəli əlavəsinə əsasən Səhiyyə naziri tərəfindən seçilən mütəxəssis ekspertlərinə hörmətsizlik və xəstə verilməməsi, lakin qazinin epikrizini cıran və buna görə töhmət alan həkimə verilməsi çox gülünc və acınacaqlı haldır.
18. İnstituta gələn xəstələr ehtiyac olmadan, eyni zamanda müxtəlif mütəxəssislərə və həddindən artıq lazımsız bahalı müayinələrə yönəldilir, xəstələrin əllərində təzə müayinələr ola-ola, yenidən institut daxili müayinələrə göndərilir - bu da həm dövlət budcəsinə ziyandır, həm institutun avadanlığının lazımsız aşınmasıdır, həm institutun kabinetlərində və dəhlizlərində daimi sıxlığa və müxtəlif virusların yüksək yoluxma dərəcəsinə səbəb olur, təsdiq edilməmiş süni əks göstərişlər uydurulur, aylarla, illərlə bu institutda mütəmadi müalicə olunan və əlilliyi olan xəstələrin müalicə olunmağına maneə törədilir. Amma ödəniş müqabilində onları qəbul edirlər - necə olur ki, həmin xəstələrdə əks göstəriş pul verəndə yoxa çıxır? Bəzi xəstələrin doğrudan da əks göstərişi olanda fizioterapiyaya, onların o əks göstərişləri “itirilir”, xəstəlik tarixçələrinə qoyulmur rüşvət müqabilində, lakin onlara rüşvət almaqda mane olan bəzi həkimlər institutda aparılan və falsifikasiya edilən yalnış analiz cavablarına görə cəzalandırılırlar. Stasionar şəraitdə müalicə üçün növbə gözləyən xəstələr nə hikmətdirsə, pul, rüşvət verməyəndə aylarla, hətta illərlə növbə gözləyir, rüşvət verənlər isə şöbə müdirinə, dərhal qəbul olunur. Qəbul komissiyasında böyük pozuntular baş verir.
19. Respublikamızda tibb elminə heç bir xeyiri olmayan, yüksək maddiyyət tələb edən əhəmiyyətsiz tədbirlər keçirilir, o tədbirlərə büdcədən pul ayrılır, lakin işçilərin o tədbirlərdə öz hesablarına iştirak etməyə məcbur olunurlar. Tədbirlərdə iştirakı güya elmi fəaliyyətin yüksəlməsinə yönəlib, yalandan kurs, təlim, konfrans adı ilə pullar xərclənir, elə həmin artıq büdcəsi institutun hesabından ayrılan tədbirə farm-şirkətlərdən də əlavə pullar alınır. Görün, nə gözəl alqoritm qurulub, deyilmi?
20. Rəhbərlik güya elmi çıxışa görə, ya da kurs keçməyə görə öz yaxın çevrəsindən olan həkimləri xaricə ezamiyyə xərcləri qarşılanaraq göndərir, lakin bizim dəfələrlə xaricdə mötəbər təlimlər və kurslar keçməyə getməyimizə ezamiyyə xərclərinin qarşılanmayacağı və iş vaxtı icazə verilməyəcəyi bildirilir. Nəticədə biz məcbur olub məzuniyyətimizi kurs keçməyə sərf edirik və öz cibimizdən bu təlimlərə qatılırıq. Amma hesabat dövründə bu qazandığımız təcrübəni və sertifikatları rəhbərlik öz hesabına çıxır, çünki Səhiyyə Nazirliyinə elmi faəliyyəti bizim hesabımıza göstərə bilir.
21. Qarabağın işqaldan azad olunmuş rayonlarında yaşayan həmvətənlərimiz o qədər dəyərsizdilər ki, sertifikatları olmayan həkimləri göndərirlər onları müayinə və müalicə etməyə?! Praktik fəaliyyətlə məşğul olmaq üçün Şəhadətnaməsi olmayan həkimlər niyə müəssisədə qalıb? Niyə pasient aparır? İnstitutun kameraları tam açılıb bütün bu pozuntular yoxlanmalıdır. Niyə onların fəaliyyətinə Səhiyyə Nazirliyi icazə vermədiyi halda Böyük Qayıdış proqramına qatılmağa və orda xəstələrə müayinə və müalicə etməyə imkan yaradır?
22. Direktor çevrəsindən ona yaxın olan həkimlərlə birlikdə hüquqlarını tələb edən həkimlərə qarşi çirkin əməllər qururlar. İnstitutda müalicə almış xəstələrə zənglə evlərindən xəstəxanaya çağırıb və ya stasionar müalicə dövründə axşam növbəsində onlara yaxınlaşıb təlimatlandıraraq, həkimə qarşi şikayət ərizəsini yazmaga sovq edirlər. Beləliklə, böhtan ataraq, onlara "lazımsız" həkimləri uzaqlaşdırmaga çalışırlar. Savadlı həkimləri xəstələrin gözündə alçaldırlar, ictimai nüfuzlaranı yerə salırlar. Müdrik rəhrbər işçisinin şərəf və ləyaqətini qorumağa borcludur. Əvəzində direktorumuz tabeliyində olanlar arasında intriqa yaradır. Haqlarını tələb etməyə çalışan savadlı və təcrübəli əməkdaşlara qarşı süni təxribat yaratmaga çalışan direktor, rəfiqəsi оlаn şöbə müdirinin kobud səhvlərini ört-basdır etdi. Yuxarıda sadalanan noqsan və iradlar bizim şərəf və ləyaqətimizə toxunur, Azərbaycanın elmi genefonduna zərər verir. Biz həm maddi, həm fiziki, həm də mənavi ziyan çəkirik, biz haqqımızı istəyirik. Bizə yardım edin. Biz Sizə böyük ümidlə müraciət edirik.
23. Həddindən artıq əmək münasibətləri pozuntuları mövcuddur. İşçinin əvəzinə alınan əmək haqqılar, ''virtual əmək haqqı kartları", уаlnış hesblanan və verilməyən məzuniyyətlər, ezamiyyətlər, bonuslar, mukafatlar, əvəzçilik üzrə maaşlar və kompensasiyalar... Əmək müqaviləsinə qərəzli şəkildə qeyri-qanuni dəyişikliklər edilir, kollektiv müqavilə nəzərə alınmır, qeyri-qanuni şəkildə işçinin razılığı olmadan əmək şəraiti “zərərli”dən “normal”a dəyişdirilir, əmək haqqı azaldılır, aylıq sabit mükafatlar silinərək qeyd edilmir müqavilədə, aydın dildə yazılan Ьinngnalt qanunvericilik və əmrlər qeyri-adi formatda ozünəməxsus formada interpretasiya edilərək nə hikmətdirsə ancaq rəhbərliyə sərf edən şəkildə, işçinin qazancını isə azaldan şəkildə izah olunur.
Cənab Prezident, Sizdən xahiş edirik ki, bizim institutda ədalətin bərpasına köməklik edəsiniz, çünki institutumuz xaosun, qanunsuzluğun hökm sürməməli oldugu dovlət qurumudur. Xahiş edirik, institutun baş direktoru Mətanət Əfəndiyeva, baş həkimi Nurlana Əliyeva, şöbə mildiri Pərviz Axundov bu institutda rəvac verdikləri hökmranlıq və vəzifələrindən sui-istifadə, rüşvətxorluq, dövlət büdcəsini mənimsəmə və işçilərin haqqına girmənin qarşısının alınması üçün işdən azad edilsinlər.

P.S. Şikayətçilər 3 nəfərdən çoxdur. Amma ərizəni imzalamaga ehtiyat etdilər.
1. Məmmədova Mərziyyə Yusif qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu (ЕТТВİ) Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Etik Komitənin katibl, Əziz Əliyev аdınа Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya vg Klinik Neyrofiziologiya kafedrası assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Səhiyyə Nazirinin 07.03.2023-cü il tarixli 3-28/3-1-68/2023 nomrəli əmrinə və о əmrin 1 nömrəli əlavəsinə əsasən).
2. Sadıqova Gülzar Sabir qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.
3. Babayeva Samirə Nəriman qızı, Elmi-Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.

GundemXeber.Az
P.S. Baxmayaraq ki, Redaksiyamıza ünvanlanan şikayət məktubunda ittiham olunan Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş direktorunun və digər rəhbər şəxslərin də mövqelərini dinləməyə hazırıq.
 
Ardını oxu...
Zaman-zaman rayon-şəhər icra hakimiyyəti orqanları başçılarının qanunsuzluqlarına və digər korrupsioner əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də bu, Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün əhəmiyyət daşımır.

Belə ki, rayonun Sulutəpə qəsəbəsində yaşayan və işləyən bir qrup sahibkar Gununsesi.info-ya müraciətində icra başçısının onların başına açdığı oyundan danışıb.

Qəsəbənin Xocalı prospektində onlara məxsus mağazalar və digər ictimai iaşə obyektlərinin olduğunu vurğulayan sahibkarlar deyir ki, icra başçısı obyektlərin qarşısındakı reklam lövhələrinin və fasad üzlüklərinin dəyişdirilməsini tələb edir: “Halbu ki, həm rekmlar, həm də üzlüklər vizual olaraq yaxşıdır. Bir neçə zamandır ki, icra başçısının adından gəlib deyirlər ki, fasad üzlükləri və reklamları dəyişdirin. Bütün mağalar demək olar ki, öz fasadlarını keyfiyyətli keromoqranitlə , yaxud da aqlay üzlüklə üzləyib. Hərəyə bir söz deyirlər. Bildirirlər ki, bunu sökün, biz sizə firma deyəcəyik, oradan alın. Eyni sözləri də reklamlarla bağlı deyirlər. Prinsipcə buna razılaşanlar olur. Amma icra hakimiyyətinin işçiləri deyir ki, reklamları bir kv üçün bizim dediyim firmaya 90 manat ödəyin. Fasadların rənglənməsi üçün isə 1 kv metrə görə 15 manat istıyirlər. Bunları özümüz onlar deyən qiymətdən 2-3 dəfə aşağı edə bilərik. Amma tələb qoyulur ki, biz deyın firmalarla etməlisiniz.

Kasıb adamlarıq, ailələrimizi çətinliklə saxlayırıq. Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirəsəniz, bəlkə, Elxan Allahverdiyə “dur” deyən tapılsın”.

Məsələ ilə bağlı icra başçısının rəsmi (012) 5622120 və icra hakimiyyətinin (0125628588) nömrələrinə zəng etsək də telefonların dəstəyini qaldıran olmadı.
 
Ardını oxu...
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini olan Pərvin Ağasiyev onlarla şagirdi təshildən yayındırıb.Daha doğrusu həmin şagirdlərin məktəb və təhsildən yayınmasına ya vasitəçilik edib ya da bu barədə birbaşa tapşırıq verib.

Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda:

 
Ardını oxu...
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST”) PHŞ-nin elan etdiyi tender yekunlaşıb.
Agentliyin elan etdiyi tenderin qalibi “B2B Group” MMC (VÖEN: 1005873041) olub və tərəflər arasında 3.374.723,3 AZN dəyərində müqavilə imzalanıb.

Məlumata əsasən, Agentlik MMC-dən, hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqlar və lisenziyalar satın alacaq.

Bu tərəflər arasında imzalanan ilk milyonluq müqavilə deyil. Dövlət satın almaların vahid interent portalından əldə etdiyimiz məlumatlara əsasən tərəflər arasında daha öncə də dəfələrlə dəyəri milyon manatdan çox olan müxtəlif müavilələr imzalanıb.

Həmin müqavilələri təqdim edirik:

– 18 dekabr 2020-ci ildə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı 1.415.247,16 AZN,

– 20 sentyabr 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması ilə bağlı 4.440.163,62 AZN,

– 19 fevral 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə bağlı 5.389.546,16 AZN,

– 13 avqust 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Naxçıvan DOST Mərkəzi üçün texnoloji avadanlıqların satın alınması ilə bağlı 1.769.829,25 AZN,

– 24 oktyabr 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən proqram təminatı və zəmanətlərin satınalınması ilə bağlı 1.876.388,8 AZN və yuxarıda bəhs etdiyimiz 3.3 milyonluq müqavilə.

Bundan əlavə mediada şirkətin daha bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib.

Məlumata görə MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub.

Bunlardan savayı MMC, Agentliyin yarım milyon manatdan çox bir neçə tenderinin də qalibi olub. Tərəflər arasında indiyə qədər 20 satın alma müqaviləsi imzalanıb.

Toplamda isə yaradıldığı gündən bəri MMC, 182 tenderin qalibi olub.

“B2B Group” MMC, “DOST”dan başqa bir neçə dəfə də digər qurumlar tərəfindən elan edilən və dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi olub.

Şirkət müxtəlif vaxtlarda

Dövlət Sosial Müdafiə Fondunun 1.151.945,97 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1.348.576,81 AZN, 1.712.028,96 AZN, 1.730.674,58 AZN və 1.186.976,99 AZN, “Azərbaycan Dəmir Yolları” QSC-nin 1.127.075,11 AZN, Dövlət Gömrük Komitəsinin 12.037.630,71 AZN, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1.253.806,88 AZN, Müdafiə Nazirliyinin 1.898.940,96 AZN dəyərində tenderlərinin qalibi olub.

Qeyd edək ki, MMC, 19 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 AZN nizamnamə kapitalına malik şirkətin qanu təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb.

“B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir.

Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.

/Nocomment.az

Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.
 
Ardını oxu...
Nərimanov rayonunun Fətəli Xan Xoyski 130 ünvanında normativlərə uyğun aparılmayan tikinti işləri barədə ötən yazımızda məlumat vermişdik.

Qlobal.az-a müraciət edən sakinlər Fətəli Xan Xoyski 130 ünvanında küçə boyu aparılan kotlavan qazma işlərinin ətrafda olan hündür mərtəbəli yaşayış binalarını qəzalı vəziyyətə salacağından ehtiyatlanırdılar.

Şirkət tərəfindən aparılan kotlavan qazma işlərinin aşırımları az saxladığına görə eyni zamanda magistral yola da ciddi təhlükə yaratdığı, bəzi yerlərdə isə küçənin asfalt örtüyünün deformasiyaya uğradığı vurğulanırdı.

Qlobal.az məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən mövqe öyrənib.

Nərimanov icra Hakimiyyətinin açıqlamasında deyilir:

"Sözügedən ərazidə qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yeni hündürmərtəbəli binaların tikilməsi, sakinlərin kirayə haqları ödənilməklə köçürülməsi və gələcəkdə həmin ərazidə yeni tikilmiş binalarda mənillərlə təmin eidlməsi məqsədilə F.Xoyski prospekti, F.Yusifov və A.Neymətulla küçələrinin kəsişməsində yerləşən 1.6 torpaq sahəsi Bakı şəhər icra hakimiyyəti başçısının 21.09.2023-cü il tarixli 164 nömrəli sərəncamı ilə "GOLD MƏKAN" MMC-nin istifadəsinə verilmişdir. Hazırkı tarixə 100-dən çox ailə ilə ilkin razılıq əldə olunmuş və köçürülmüşdür. "GOLD MƏKAN" MMC tərəfindən digər sakinlərlə kpçürülmə barədə danışıqlar davab etdirilir.

Eyni zamanda bildiirik ki, qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə tərəfimizdən tikinti şirkətinə, həmçinin rayonun aidiyyatı qurumlarına müraciət olunmuş və məsələ nəzarətə götürülmüşdür.

Əlavə olaraq bildiririk ki, həmin ünvandakı söküntü işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla aparıldığı üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan işlərin dayandırılması barədə sifarişçi "GOLD MƏKAN" MMC-yə 16.12.2024-cü il tarixli 219 nömrəli "Qərar" verilmişdir".

Qeyd edək ki, "GOLD MƏKAN" MMC 2022-ci ilin may ayının 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 125, mənzil 126, qanuni təmsilçisi isə Məmmədov Allahşükür Əliməmməd oğludur.
 
Ardını oxu...
"Şikayətim "Bank of Baku"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səbuhi İmranlı adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Mən bu bankdan neçə müddətdir "Gold debet kartı" işlədirəm. Keçən ayın 16-sından öz bankomatından nağdlaşdırmaya görə faiz tətbiq etməyə başlayıb.

Bu barədə yalnız saytlarının harasınasa xırda məlumat qoyublar. Onu da necə qoyublarsa, sadəcə debet kartlar bölməsində kartın istifadə qaydalarına dəyişiklik ediblər.

Amma ən azından mobil tətbiqə bildiriş yollamalı idi. Mobil tətbiqə gələn bildirişlər isə boş və mənasız bildirişlər olur.

Mən "28 Mall"dan bu barədə yalnız nağdlaşdırma edərkən 18 manat komissiya haqqı tutularkən bilmişəm. Özlərinə şikayət etdim baxmadılar.

Bu bankdan istifadə etməsəniz, məsləhətdir. Artıq bunlar da dələduzluq etməyə başlayıblar. Müştərilərin çibindən oğurluğa başlayıblar. Belə eləmək çox pis hərəkətdir. Xahiş edirəm başqalarını da xəbərdar edin ki bu bankın fırıldağından ziyan görməsinlər..."







 
Ardını oxu...
Nəzarətsizlik və cəzasızlıq rejimi həmişə böhran yaradır. Bu gün Vüqar Dadaşovun-un idarə etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi başsız və nəzarətsiz bir yerə bənzəyir.
Yenixeber.org xatırladır ki, bu iddialar Təhsil Forumu platformasında yer alır...
Nəzarətsizlik və cəzasızlıq rejimi həmişə böhran yaradır. Bu gün Vüqar Dadaşovun-un idarə etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi başsız və nəzarətsiz bir yerə bənzəyir. İdarə müdiri öz işçilərinə hökm verə bilməyəcək səviyyəyə gəlib çatıb. At oynadan, mənəmçilik edən direktorlar, pedaqoqlara və ziyalılara qarşı münasibəti xırda məişət qışqırığından o tərəfə keçməyən, şikayəti, sözü olan şəxslərlə məsələni kabinetdə deyil, qəbristanlıqda həll etməyə çalışan qəbristanlıq söhbətkarı, əli təsbehli təhsil fədaisi olan sektor müdiri Vüqar bəyin dövründə heç zaman olmadığı qədər rahatdır.
Rüşvət iddiaları araşdırılmır. Faktiki vətəndaşın rüşvətlə bağlı müraciəti olsa da, idarə müdiri direktoru qoruyur və buna əhəmiyyət vermir. Məktəblərdə isə qanunsuz işlər yüzlərlədir. Özümə söz vermişəm ki, heç bir məktəbin neqativ halları ilə bağlı hər hansı bir şey yazmayacam. Mənim işim böhranın içində olanlarla deyil, o böhranı yaradanlarladır.
Heç bir əziyyət çəkmədən, heç bir imtahandan keçmədən şəxsi münasibətlər zəminində vəzifəyə gətirilən şəxslər hələ də öz yerlərində bərk-bərk oturublar. Vüqar bəyin rəhbəri olduğu bu müddət heç bir dəyişiklik ilə yadda qalmadı, müsbətə, irəliyə doğru heç bir addım atılmadı. Vüqar bəyin dövrünü əvvəlki idarə müdirinin uzantısı kimi də anlamaq olar.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
Ardını oxu...
Türkan qəsəbəsinin sakinləri yaşayış evlərinin yaxınlığında zibillik yaradılmasından şikayətçidir.

Sakinlər Qaynarinfo-ya bildirib ki, zibil maşınları tullantıları Türkan qəsəbəsinin yeni yaşayış massivinin yaxınlığına boşaldır.

"Nəticədə, ərazi zibil poliqonuna çevrilib. Ətrafı üfunət iyi bürüyüb. İy hətta evlərə gəlir. Otura bilmirik", deyə sakinlər bildirib.

Onların sözlərinə görə, problem bir müddətdir ki, mövcuddur. Rəsmi qurumlara müraciət edilsə də, nəticəsi yoxdur.

"Nə Xəzər Rayon İcra Hakimiyyəti, nə də Türkan bələdiyyəsi tədbir görür. Dəfələrlər müraciət etmişik, amma nəticəsi yoxdur. Ərazini xəstəlik mənbəyinə çeviriblər. Yaşayış yerinin yaxınlığında da zibillik olar? Ümumiyyətlə, tullantılar niyə məhz bura boşaldılır, məlum deyil", deyə şikayətçilər əlavə edib.

Onlar ərazidən çəkilmiş görüntüləri də redaksiyamıza yollayıb. Həmin görüntüləri təqdim edirik:


 
Ardını oxu...
"DSMF-in məhkəmə filialı həm də 39 saylı vəkil bürosudur". Bu barədə"DİA-AZ"ay göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:

"Əmək və əhalinin sosial müdafiə nazirinin 16 fevral 2020-ci il tarixli əmri ilə ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə iş idarəsi (hazırda Mərkəzi Filialı) yaradılıb. Konstitusiyaya zidd olaraq yaradılan qurumun başlıca görəvi ƏƏSMN-in, DSMF-in və onların tabeliyindəki sosial müdafiə, xidmət orqanlarının pensiya, sosial yardım, bir sözlə, sosial müdafiə özbaşınalıqlarını, dələduzluqlarını məhkəmədə özbaşınalıqla, dələduzluqla müdafiə etməkdir.

Bizi “barıtı çox etməkdə” suçlamaq fikrinə düşənlər 5 il qabaq yaradılan qurumun adına, internet saytındakı bilgilərə, məhkəmədəki qeyri-prosessual fəaliyyətə diqqət etsinlər. Hələ bu azmış kimi, filial həm də 40 nəfəri çevrələyən 39 saylı vəkil bürosu- “vəkillər ordusu” kimi dövlətin sosial müdafiə siyasətinin HÜQUQ MÜDAFİÇƏLİYİNDƏDİR! Dövlətin sosial müdafiə siyasətinə baxın, qeyri-dövlət təşkilatı olan Vəkillər Kollegiyasının vəkil bürosu dövlət məmurları qismində dövlət büdcəsi hesabına dövlət orqanına hüquqi yardım göstərir !(?) Görəsən, məhkəmə hakimiyyəti bir yana, qanunverici , sosial deputatlar bu “vəkil- dövlət məmuru” sosial müdafiə” siyasətinə nə deyir? Yoxsa korrupsiya siyasəti, konstitusiya hüquq(suzluğ)u “biz nə edə bilərik” deməkdən özgə ritorika tanımır?

DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına “Çinar Park” MMC-dən 1000 kvadrat metrlik ofisi sahəsini 12 aya 148600 manata icrarəyə götürməsi bilgisi internet resurslarından bəllidir. Aya 12 min manatdan çox icarə haqqı ödənilməsini sosial- iqtisadçı deputatlar da bilir, korrupsiyaya qarşı mübarizə komitəsinin deputatları da. Yəqin onu da bilməmiş olmazlar ki, bu 12400 manat 155 müharibə veteranının bir aylıq 80 manatı qədərdir. Sosial ödənişlərin artım mənbəyi niyə başqa yerdə axtarılır ki? Biz artım axtarışında deyilik, əksinə, artım bir yana, sosial yardımları hüquqi yardım xidməti adı ilə yeyənlərin DSMF-in MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ ilə iş üzrə MƏRKƏZİ FİLİALININ ünvanının da elə “Çinar Park” olduğunu bəlirləmişik: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, “Çinar Park” Biznes Mərkəzi, bina 6, mərtəbə 4. Direktoru Mütəllimov Abuzər Nemət oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkil fəaliyyəti məşğuldur. (Vəkillər Kollegiyasının reyestrində əvvəllər işlədiyi 13 saylı vəkil bürosunun Neapol, 9A ünvanını qeyd edib) . (Direktor Abuzər Mütəllimovun müavini vəkil Roman İsmayılov bir ildir hakim təyin edilib, amma əvvəlki iş yerində də adı saxlanılır) Pensiya işləri üzrə məhkəmə mübahisələri departamenti (??- M. B.)- müdiri Arzu Hafiz qızı; Digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məsili Nicat Tağı oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkillik edir. Xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məmmədova Yeganə Bayram qızı həm də həmin ünvandakı 39 saylı vəkil bürosunun müdiridir. Cavadova Günay Tahir qızı, Niyazalı Kənan Mahmud oğlu, Əzizli Fatimə Ağalar qızı, İsgəndərli Emil İsmayıl oğlu... məmur-vəkillərin hamısını saysaq, bir qəzet səhifəsinə sığmaz. Yəqin elə buna görə ƏƏSM nazirinin müavini Anar Kərimov, DSMF sədri Himalay Məmişov hərəsi ayrı-ayrılıqda 40 vəkil-məmura nazirliyi, fondu və onların qurumlarını məhkəmədə müdafiə etməyə topdan etibarnamə verib. 39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri departamentinin müdiri kimi Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında olan 2-1(112)-3953/2025 saylı iş üzrə “ünvanlı sosial yardım ödənilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-in üzərinə qoyulması” tələbinə etirazını onunla əsaslandırıb ki, iddianı ailənin təmsilçisi Qəribov Cavidin yerinə, onun həyat yoldaşı qaldırıb. “Əsl iddiaçı” tələb edən DSMF-in departament müdiri, DSMF-in 39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova özünün “əsl cavabdeh” olmadığını bilmir? Cavabdeh ƏƏSMN-dirsə, DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının departament müdiri, DSMF-in 39 saylı vəkil bürosunun müdiri hansı əsasla prosessual fəaliyyət qabiliyyəti olmadan vətəndaşın sosial yardım, məhkəmə müdafiəsi hüququna qeyri-prosessual qadağa qoyur?! Belə hüquqi yardım, sosial yardım, məhkəmə müdafiəsi, sosial müdafiə siyasəti harda görünüb? Bu hüquqsuzluğa, sosial müdafiəsizlik siyasətinə kim son qoymalıdır?

ƏƏSMN-in, DSMF-in beynəlxalq hüquq üzrə ixtisaslaşmış rəhbərliyi Konstitusiysya qadağalarını , dövlətin sosial müdafiə siyasətinin özbaşınalığa qurban verilməsini beynəlxalq hüquq normaları ilə necə izah edə bilərlər? Beynəlxalq hüquqda vəkilin dövlət orqanına hüquqi yardım göstərməsi, dövlət orqanın vətəndaşa, əlilə, sosial müdafiəyə, sosial , hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxsə qarşı vəkil tutması, bütöv büronu dövlət hesabına vəkil etməsi yazılmayıb. Elə yerli qanunvericilikdə də belədir. Bəs beynəlxalq hüquq diplomu ilə yerli özbaşınalıq kimin sifarişidir ki, 5 ildir sürür..."
 
 
 

Dünyapress TV

Xəbər lenti