Ardını oxu...
Xəzər rayonunda qanunsuz "tikinti tarlası".

Bəli, bəli düz eşitdiniz, "qanunsuz tikinti tarlası".

DogruXeber.az: - Ümumiyyətlə Xəzər rayonunda aparılan qanunsuz tikintilərlə bağlı həm biz, həm digər saytlarda dəfələrlə məlumatlar dərc olunub. Ötən yazımızda da qeyd etdiyimiz kimi, hətta bu barədə redaksiyamıza da çoxsaylı müraciətlər gəlməkdədir.

Odur ki, əməkdaşlarımız adlarının çəkilməsini istəməyən şəxslər tərəfindən redaksiyamıza göndərilən məlumatları dəqiqləşdirmək üçün yollandılar Xəzər rayonuna. Tikintiyə başlamazdan əvvəl yerli icra hakimiyyətinin "xeyir-dua"sını almaq üçün verilən "şirinliyin" 7 min manatdan başladığını deyən Xəzər sakinlərinin nişan verdikləri ünvanlarda gördüklərimiz bizi heyrətə gətirdi.

Təsəvvür edin ki, nə işıq, nə qaz xəttinin olmadığı geniş bir ərazidə dib-dibə bünövrəsi qoyulan və həyətində tikinti daşları qalaqlanmış həmin o, kənd təsərrüfatı təyinatlı ərazidir ki, yuxarıda "tikinti tarlası" adlandırmışıq.

"DogruXeber.az" qeyd edir ki, Binə qəsəbəsindəki kateqoriyası təsərrüfat təyinatlı olan o, ərazidə bəzi tikintilərin yarımçıq saxlanıldığını, tikintinin davam etdirilməsinə yol verilmədiyini də aydın görmək mümkün idi. Bəlkə də həmin yarımçıq tikintilərin yanında artıq inşası başa çatmış yaşayış evlərini görməsəydik Elşən Salahov idarəçiliyi barəsində dərc olunan qalaq-qalaq yazıların onların dili ilə desək "şər-böhtan" olduğuna biz də inanardıq.

Amma, bütün bunlar hələ gördüklərimizin cəmi bir hissəsidir. Binə qəsəbəsində Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi döngə 5 və digər ünvanlarda hazırda bir neçə qanunsu tikintilərin aparıldığının şahidi olan əməkdaşlarımız buna dair görüntüləri də lentə alıblar.

Vurğulamaq istəyirik ki, sözügedən tikintilər arasında böyük villa və iaşə obyektləri də var ki, onların da böyüklüyü və əsas yolun üstündə olması heç də o, tikintilərin gizlin aparılmadığının təminatıdır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
17 mart 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Beyləqanda vətəndaş qəbulu keçirib. Görüşdə iştirak edənlər arasında Bakı Baş Gömrük İdarəsinin (BBGİ) fəaliyyəti ilə bağlı şikayət edən iş adamı Ramil Aslanov da olub. O, BBGİ-nin rəisi Elmir Ramazanovun qanunsuz tələblər irəli sürdüyünü, süründürməçilik və nizamsızlığa yol verdiyini bildirib.

Ramil Aslanov qeyd edib ki, bu problemlər onun işinə ciddi maneələr yaradır və bu səbəbdən o, Şahin Bağırovun qəbuluna qatılmaq üçün 300 km məsafə qət edib. Görüş zamanı o, Bakı Baş Gömrük İdarəsində qarşılaşdığı çətinlikləri, qanunsuz tələbləri və haqsız qərarları detallı şəkildə izah edib.

Şikayətlər fonunda DGK Bakı Baş Gömrük İdarəsinə 11 nəfərdən ibarət yoxlama qrupu göndərib. Lakin iş adamının sözlərinə görə, Elmir Ramazanov buna baxmayaraq onun mallarının buraxılmasına icazə verməyib. Ramil Aslanov iddia edir ki, Şahin Bağırovun verdiyi göstərişlərə BBGİ-də əhəmiyyət verilmir və orada əsas söz sahibi Elmir Ramazanovdur.

Aparılan təhlillər göstərir ki, Elmir Ramazanovun yaratdığı narazılıq təkcə sahibkarlarla məhdudlaşmır, eyni zamanda DGK sədri Şahin Bağırovun tutduğu mövqeyini də sarsıdır. Belə ki, Ramazanovun bu qədər problemləri idarə etməsi onun daha yüksək vəzifəyə iddialı olması ehtimalını artırır. Bakunews.az-ın əldə etdiyi məlumatlara görə, bəzi dairələrdə Şahin Bağırovun Elmir Ramazanov üzərində tam nəzarət qura bilmədiyi və onun təsir dairəsindən çıxa bilmədiyi vurğulanır.

Bundan əlavə, Bakı Baş Gömrük İdarəsində gedən gizli oyunlar və dövlət qeydiyyatından kənar yüklərin idarəyə daxil olması, Elmir Ramazanov və ona himayədarlıq edənlərin toxunulmazlığını təmin edən əsas amillərdən biri kimi göstərilir. Bu vəziyyət isə gömrük sistemindəki problemlərin daha da dərinləşdiyini və təcili islahatlara ehtiyac olduğunu göstərir.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Mövzunu diqqətimizdə saxlayacağıq.
Ardını oxu...
TEREF yazır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecinin tarix müəllimi Qələndər Muxtarlı əvvəlki açıqlamasının aexasınca Kolleçdə\ baş verən hadisənin baş vermə səbəblərini araşdıraraq yazı:
əvvəli:
Trampın dünyanın ən qlobal məsələləri ətrafında sağa-sola etdiyi solaxay gərdişi gündəmi nə qədər zəbt etsədə unutmamalıyıq ki, təhsil də cəmiyyət həyatının vacib məsələsi olduğundan bu mövzuları da daimi müzakirə etməliyik. Odur ki,
1. Kollecə təzə təyin edilən direktor pedaqoq deyil,müəllim işləməyib. Kollecdə işə başlayarkən ilk əvvəl görəcəyi işlərin təqribi bir planı tutulmalı idi, (əslində tutmuşdu amma başqa həyati əhəmiyyətli məsələlərin) tədrisin keyfiyyəti, imtahanın qaydası, forması, biliyin qiymətləndirilməsi kompanentləri,fənlər üzrə dövlət standartları nədir? Münaqişə komissiyası nəyi necə həll etməli idi? Hansı meyarları əsas götürməli idi ?. Bu məsələlər əsasnamə şəklində işlənməli, pedaqoji şurada müzakirə edilib təsdiq olunmalı, tələbələrə elan edilməli idi. Lakin bunlar edilmədi, Yeni direktorun bu cür məsələlərə deyil, kollecin ərazisində olan maşın təmiri sexlərindən, icarəyə verdiyi kollecin idman zalından, kollecin bufetinin arendasını 1000 manata qaldırmaqdan başı açılmadığı üçün bu mənzərə yarandı. Necə olur ki, yuxarıda sadaladığım məsələlər həmən həllini tapdı, amma Kollecin əsas vəzifəsi olan məsələlər təhsil imtahan kimi həyati əhəmiyyətli məsələlər öz həllini tapmadı? Bu qədər kəsir yarandı? Ən maraqlısı da odur ki pedaqoji heyətə bu biabırçılığı uğur kimi təqdim edə biləsən. Odur ki, bu qədər tələbənin əsassız yerə kəsilməsinin səbəbləri araşdırılmalı və onun nəticələrinə görə kimin necə və hansı məsuliyyət daşıdığı müəyyən edilməlidir.
Bildirilməlidir ki, imtahan prosesi hər şeydən əvvəl tələbənin bilik, bacarıq və potensialını müəyyənləşdirmək,onun inkişafını izləmək kimi məsələri qarşısına məqsəd qoyur. Tələbələrə hər şey yaxşı olacaq vədi verib sonra bu qədər kəsir yaradaraq keçirilən dərsin, müəllimin, bütövlükdə kollecin nüfuzunu sıfırlamaq böyük qəbahətdir, təcürbəsizliyin, səriştəsizliyin, mənəm-mənəmliyin biabırçı bir təzahürüdür.
Kollecin direktoru eyni zamanda :
-Tələbələrə bir fənndən 15 mövzuya, yəni 30 saata 500,550 test tapşırığını hansı əsaslarla verdiyinə?
-Bu cür imtahan forması və qaydasını tələbələrə məlumatın və tapşırıqların imtahana bir aydan da qalmış müddətdə verilməsinə
-5- 6 fənn üzrə bu qayda ilə kollec tələbəsi 2500-3000-dən çox test tapşırığını necə hazırlaşıb uğurlu imrahan verə biləcəyinə?
-396 nəfər apelyasiya vermis tələbələrin şikayətləri hansı qaydaya və təlimata uyğun olaraq yoxlanılmasına?
-Nə qədər tələbənin təqaüdünün kəsilməsinə?
-sonuncu kürsü bitirə bilməyən tələbələrin sayına?
-Xüsusən də Kollec direktoru təkbaşına qəbul etdiyi bu qərarları hansı pedaqoji təcürbəsinə əsaslanmasına cənab nazir özü bilavasitə aydınlıq gətirməlidir. Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur? Millətin övladlarının taleyi heç bir halda kimsənin özbaşınalığının qurbanı olmamalıdır.
Ardı var

Məsələ diqqətimizdədir, bizi izləyin!admin
Səslənən iddia ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Keçən günlərdə tanınmış iş adamı, özünü xeyriyyəçi-professor kimi təqdim edən və yerli ictimaiyyətdə "Putinin dostu" kimi nişan verilən İlham Rəhimovla bağlı ilginc faktları diqqətinizə təqdim etdik.

"DİA-AZ" qeyd edir ki, İlham Rəhimov zaman-zaman Azərbaycanın ictimai rəyində müxtəlif dəyişkən formalarda nəzərə çarpıb. Təbii ki bu, daha çox Rusiya-Azərbaycan münasibətlərindən birbaşa asılı olub. Yəni Rusiya hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin münasibətləri yaxşı olanda "Putinin dostu" da Azərbaycanda "yuyulmamış çömçə" kimi ortalığa düşüb... Yox, Kremllə rəsmi Bakının münasibətlərində hər hansı sərinlik olanda əslən Tovuz rayonundan olan Rəhimov cənabları qeybə çəkilib... nəinki Azərbaycan... heç Tovuz miqyasında belə özünü nəzərə çarpdıra bilməyib ki... bütün bunlar da TƏSADÜFİ DEYİL...

Və əslində, bütün bunlar onu təsbit edir ki, İlham Rəhimov hazırda kimdirsə... hansı mövqedədirsə... özünün şəxsi qabiliyyət və keyfiyyətləri səbəbindən yox, məhz Rusiyanın başında dayanan... və Azərbaycana qarşı da zaman-zaman düşmən mövqeyini gizlətməyən Rusiya prezidenti Vladimir Putinin hesabına əldə edib. Yəni Putinlə dostluğu, qrup yoldaşlığı səbəbindən hazırki mövqeyini əldə etdiyindən Rusiya-Azərbaycan münasibətləri gərginləşəndə bu adam QEYBƏ ÇƏKİLİB...

Halbuki onun ERMƏNİ EKVİVALENTİ - yəni Putinin Ermənistandakı dostu kimi tanınan düşmən ölkənin eks-prezidenti Robert Köçəryan hər zaman suyun üzündədir və ölkəsinə... - RUSİYA ilə münasibətlərdə dəstək olur, gərginlik fonunda aranı düzəltməyə çalışır... Bizimkinin isə deyəsən, hətta SƏS*İNİ ÇIXARMA hüququ da yoxdur...

Ona görə də bu adam, yəni İlham Rəhimov hazırki mövcudiyyəti ilə PUTİNİN DOSTU kimi görünsə də AZƏRBAYCANIN DOSTU olma şərəfinə layiq olmayıb. Hətta yetərincə hallar olub ki, bu adam AZƏRBAYCANIN DÜŞMƏNİ kimi də diqqətə gəlib... NECƏ?

Bu barədə isə növbəti yazıda danışacağıq... BİZİ İZLƏYİN!

"DİA-AZ"
 
Ardını oxu...
"DİA-AZ"a Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevlə bağlı ilginc iddiaların yer aldığı müraciət daxil olub. Məlum olur ki, əslən Astara rayonundan olan Mehrəliyev bu gün "Azəriqaz" İstehsalat Birliyinin strukturlarına təxminən 30-dan artıq qohumunu yerləşdirib.

Bunu iddia edən "Azəriqaz" İB-nin əməkdaşlarından birinin sözlərinə görə, ayrı-ayrı rəhbərlərin dövründə belə Zamin Mehrəliyev istədiklərini həyata keçirə bilib:

"Bu gün isə "Azəriqaz" İB- də elə bir açıq bazar gedir ki, bunlar başlarını salıblar bir komaya... guya kimsənin bunlardan xəbərləri yoxdur! Zamin Mehrəliyevə elə gəlir ki, Astara bazarında xəlvət -xəlvət boranı satır, özü də çox böyük həvəslə! Təzə yaradılan idarənin yüksək vəzifələrinə ancaq və ancaq Mehrəliyevə yaxın olan şəxslərlə doldurtdurur!

Hər halda, "Azəriqaz"ın rəhbərliyi bunları görməli... nəzərə almalıdır. Yoxsa Mehrəliyev bu qurumu bir bölgənin filialına çevirəcək...
Ardını oxu...
Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Ardını oxu...
Sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər. Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti bilərkədn kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Ardını oxu...
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı agentliyindən bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq. Sakinlərin bildirdiyinə görə ətrafda ağacların kəsilib obyekt tikintisi adi hal alıb. Burada eyni qaydada ağaclar kəsilməsi ehtimal olunur.
Ardını oxu...
Qeyd edək ki, 2019-cu ildən Xətai icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir və Bakı şəhər icra hakimiyyətində olan müşavirələrdə Eldar Əzizov dəfələrlə bu bərədə ona xəbərdarlıq edib.\\XALQ.AZ

Ardını oxu...
Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

"DogruXeber.az" XALQ.AZ -a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Ardını oxu...

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.

Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib. Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.

Ardını oxu...

Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:

Ardını oxu...

Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.
Ardını oxu...

DogruXeber.az: - Ağcabədi rayonu Hindarx qəsəbəsi Xanoğlan Həsənov adına 2 saylı Tam orta məktəbimdə anarxiya hökm sürür.Məktəbin direktoru Elminaz Hüseynova ilə təsərrüfat işləri üzrə direktor müavini Minarə Ağalarova birləşərək məktəbi baxımsız hala gətiriblər.

AzTimes.az saytına müraciət edən Ağcabədi rayon Hindarx qəsəbə sakini , şəhid Xanoğlan Həsənovun qardaşı Nəbi Həsənov bildirir ki, qardaşımin məktəbin həyətində olan büstü yararsız vəziyyətə düşüb. Bununla bağlı dəfələrlə direktorun qəbulunda oldum. Mənim şikayətlərinə məhəl qoymadığını gördükdən sonra mediada isiqlandirdim. Bundan sonra təcili hərəkətə keçdi.Elminaz Hüseynova və Minarə Ağalarovanın birləşərək texniki işçilərin maaş kartını alaraq hər il altı ayın maaşını mənimsəməsi ilə bağlı səs yazısına aydınlıq gətirmək üçün hormətli direktorla əlaqə saxlasaq da suallarımız cavabsız qaldı.(AzTimes.az)

 

 
Ardını oxu...
Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"Xəstəxananın direktoru Kamil Hacıyevin aptek bölməsində çalışan həyat yoldaşı İlhamə Hacıyeva tərəfindən ötən il oktyabrın 14-də tibb işçilərinin "WhatsApp” qrupuna yazılan və daha qorxunc bir fakt ortalığa çıxıb. İlhamə Hacıyevanın yazdığı bildirilən yazıda qeyd edilir: "Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq". Məlumata əsasən, bu müraciətdən sonra yaranan mübahisələrdən sonra tibb işçilərinin "WhatsApp” qrupu İlhamə Hacıyevanın göstərişilə bağlanıb".

Qlobal.az məsələ ilə bağlı TƏBİB-dən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe sərgiləyə bilər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs tərəfindən heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması əlaqədar 11.02.2025-ci il tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. MMC ilə 466.690,00 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, bu Qida Təhlükəsizliyi İnstitutunun sözügedən MMC ilə ilk işbirliyi deyil. İnstitut xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 25.07.2024-cü ildə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməli olub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.

Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu ötən il “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda 466.690,00 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması da gözlənilir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC Qida Təhlükəsizliyi İnstitutunun verdiyi müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.

Qeyd edək ki, “Plastprof” MMC qısa müddətdə dövlət qeydiyyatına alınmasına baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə dərman, sarğı ləvazimatları və materiallarının satınalınması və bioloji aktivlərin alınması üzrə iki müqavilə, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması üzrə 126.357,79 manat məbləğində satınalma müqavilələri bağlayıb.

MMC ötən ilin dekabrında “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi ilə xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə vaksinlərin satınalınması üzrə 797.614,96 manat məbləğində, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə ting və toxmacarların yetişdirilməsi, salınmış yaşıllıqlara düzgün agro texniki qulluq göstərilməsi üçün tələb olunan gübrələrin və dərman preparatlarının satın alınması üzrə 99.938,1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “Plastprof” MMC ayrı-ayrı dövlət qurumlarının keçirdiyi müxtəlif satınalmaların qalibi olub. Maraqlıdır Qida Təhlükəsizliyi İnstitutunu nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlə işbirliyi qurmağa sövq edən nədir?

Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti