Ardını oxu...
Bakı şəhər sakini Bağırov Vüqar Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə yaxın qohumu, deputat Əhliman Əmiraslanova, həyat yoldaşı Bağırova Hicran Firuddin qızına və deputatın oğlu Azər Əmiraslanova müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Bağırov Vüqar Yusif oğlu, sizin sayt vasitəsilə yaxın qohumarım olan Əmiraslanovlar ailəsinə, xüsusilə də bibim Bağırova Hicran Firuddin qızına, həyat yoldaşı, deputat Əhliman Əmiraslanova və oğulları Azər Əmiraslanova müraciət edirəm, onlardan xahiş edirəm ki, başıma açdıqları oyunlara son qoysunlar. Əks halda, məcbur qalıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edəcəm.
Ardını oxu...
Vüqar Bağırov

Əlbəttə, mən də istəməzdim belə olsun, mətbuat vasitəsilə sizlərə müraciət edim. Amma sizlərdən cavab ala bilmədiyim üçün redaksiyaya üz tutmağa məcbur oldum.

Sizlərə də məlum olduğu kimi, çox böyük haqsızlıqla üz-üzəyəm. Bibim Bağırova Hicran Firuddin qızı başıma açılan bütün oyunlara şahiddir. Məhz bu səbəbdən də ondan xahiş edirəm ki, oğlunu başa salsın, mənim haqqım olanı versinlər.

Ardını oxu...
Bu müraciətimin başqa yerə yozulmağını, yaxud da başqa cür başa düşülməsini istəmirəm. Mən heç kəsi şantaj etmirəm. Bu, qəti belə deyil. Lakin həmin ailə tərəfindən ciddi haqsızlığa uğramışam. Baxmayaraq ki, onlar öz bibim, bibim oğlu və həyat yoldaşıdır, mənim olanı mənə vermək istəmirlər.

Əgər bu müraciətim də cavabsız qalarsa, geniş şəkildə ictimaiyyətə məlumat verəcəyəm. Bağlı qalan bir çox məqamlar açıqlanacaq. Elə məqamları açıqlayacam ki, …"
 
Ardını oxu...
Dünəndən sosial şəbəkənin Azərbaycan seqmenti "Melissa Grup" şirkətinin də, onun əmrini icra edən ekskovatorçunun vandallığını lənətləməkdədir. Anaxeber.info yazır ki, hamı həmrəydir - şirkət vəhşilik edib, qanunları ayaqlar altına alıb, sürücü isə 3-5 manata görə o barbarlığa yol verib. Söhbət ondan gedir ki, günün günortçağı vətəndaşın evini yaşadığı vaxt başına uçurmaq təsadüf, yaxud səhv ola bilməzdi. Bu, qəsdən törədilən, ailəni evdən çıxmağa məcburetməyə hesablanmış qudurğanlıq idi. Çünki Bakıda belə hallar olub, yəni mülk sahibi kompensasiyanın məbləği ilə razılaşmayanda işığını, suyunu kəsir, başına evini uçururlar. Amma bu dəfə "Melissa Grup" və onun rəhbəri Qalib Məmmədov "yaman yerdə axşamladı". Faktla bağlı cinayət işi açıldı, sürücü saxlandı, ictimai qəzəb də göz qabağındadır. İndi şirkəti möhkəm cərimə gözləyir, üstəlik, həmin ailəyə dəymiş zərəri də ödəməlidirlər, əgər köçürülmə təklifi varsa, əmlak sahibinin istədiyi kompensasiyanı ödəməli olacaqlar.
Sadəcə, söhbət ondan gedir ki, ölkədə özbaşınalıq, harınlıq edən təkcə bu tikinti şirkəti deyil. Onlarla belə fakt göstərmək olar ki, hansısa MTK yaşıllığı məhv edir, hansısa tikinti firması vətəndaşları mənzil satışında aldadır, bir başqası qanunsuz şəkildə ərazi zəbt edir, yaxud icazəsiz iş aparır, digəri illərlə mənzilləri təhvil vermir, sakinlər kirayələrdə qalır... Yəni yaz-yaz bitmək bilməz. Media resurslarında, sosial şəbəkələrdə yüzlərlə belə nümunələr var. Onlardan biri də "Sahil - S İnşaat" firmasının sahibi Taley Alaverdiyevlə şərik olmuş Pənah Kərimov idi. Məhz Pənah Kərimov şirkətə gəldikdən sonra bir mənzilin bir neçə şəxsə satılmasına, dələduzluğa yol verilməsinə başlandı. Bu günə qədər də vətəndaşlar arasında zərər çəkən, problemlə üzləşənlər var. Öz növbəsində isə Pənah Kərimov hakim Elnur Nuriyevlə necə anlaşdisa, cinayətə yol vermiş şəxs ev dustaqlığına buraxıldı. Həbsdən çıxandan sonra da sakinləri təhdid etməyə davam eləmişdi. Yəni bu kimi faktlar göstərir ki, MTK rəhbərləri vətəndaşlarına başlarına oyun açırlar və bunun səbəbi də qanunların tam işlək olmaması, bəzi dövlət qurumlarının zamanında sərt reaksiya verməməsi, bəzi strukturların isə MTK-larla işbirliyində olması, rüşvət alıb hər bir özbaşınalığa şərait yaratmasıdır. Ona görə də "Melissa Grup" kimi tanınan şirkət şəhərin mərkəzində belə vandallıq edir. İndi görün şəhərin bir qədər kənar ərazilərində nələr baş verir. Xüsusən də yaşıllıqların tikililərə qurban verilməsinə icra orqanları və digər qurumlar göz yumurlar. Ümumilikdə isə tikinti firmaları ilə bağlı ciddi nəzarət mexanizmi olmalıdır, paytaxta ucdantutma harda gəldi bina inşa edilməsinin qarşısı alınmalıdır. Artıq tikinti bumu dayanmalıdır.
Onu da deyək ki, "Melissa Grup" sahibi əslən Masallıdandır və biznes imperiyası var. O, "Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda, “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur. Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir.

Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma əntəqəsini, avtoservisi, elektrik və elektronik məhsulları satışı mağazasını, çörək zavodunu, şirniyyat sexini misal göstərmək olar.

Azər Talıbov
Anaxeber.info
Ardını oxu...
Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi ərazisində yerləşən sürüşmə zonasında 35-40 illik şam ağacları qırılıb.
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, sözügedən ağacların “Bakinskiy dvorik” restoranının sahibi tərəfindən məhv edildiyi iddia olunur.
Hazırda ərazidə qırılan ağacların yerində ağır texnikalar və fəhlələr çalışır, iaşə obyekti inşa olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə müvafiq araşdırma aparılır.
Qeyd edək ki, Bayıl yamacında şam ağaclarının əkilməsi ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilib. Bu tədbir yamacın eroziyaya uğramasının və sürüşmələrin qarşısını almaq məqsədilə görülüb.
2015-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Badamdar qəsəbəsində ağacəkmə kampaniyası keçirilib və bu kampaniya çərçivəsində 1,500-dən çox müxtəlif ağac növləri əkilib.
Dövlətin bu sahəyə həssas yanaşmasına baxamyaraq, çox təəssüf ki, Bakıda ayrı-ayrı məmurlar və onlara bağlı olan sahibkarlar tərəfindən ağacların qanunsuz kəsilməsi ciddi ekoloji problemlərdən biri olaraq qalır.
Son illərdə paytaxtımızda tikinti layihələrinin artması, yeni yolların salınması və kommersiya məqsədilə aparılan fəaliyyətlər nəticəsində yaşıllıq əraziləri sürətlə azalır.
Xüsusilə, paytaxtın mərkəzi hissələrində və dənizkənarı ərazilərdə köhnə ağacların kəsilməsi tez-tez ictimai narazılığa səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qanunsuz qırılmasına qarşı tədbirlər görülsə də, cərimələr tətbiq edilsə də, ancaq ağacların məhv edilməsi faktları hələ də qalmaqdadır.(demokrat.az)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakı şəhərinin Şərifzadə küçəsi, İTV-nin binasının arxasında yerləşən Azon zavodunun ərazisində artıq 11 aydır ki, ağaclar qanunsuz olaraq kəsilir.

Bu barədə Gununsesi.info -ya ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat veriblər.

Faktlarla bağlı sübut kimi video və fotolar təqdim edən sakinlərin dediklərinə görə, həmin ərazidə ağacların kəsilməsinə tikinti şirkəti başlayıb və məqsəd burada yeni yaşayış binalarının inşa edilməsidir. Mövcud vəziyyətdən narahat olan sakinlər bildiriblər ki, bu müddət ərzində ərazidə çox sayda ağac məhv edilib.

Sakinlər, ağacların kəsilməsinin ətraf mühiti ciddi şəkildə zədələdiyini və bu addımın yalnız tikinti məqsədi daşıdığını qeyd edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı qeyri-iş günü olduğundan, aidiyyəti qurumların mövqeyini öyrənə bilmədik.

 
Ardını oxu...
Riyazi bölməni orta məktəb səviyyəsində hamımız bilirik. Bölünən, bölən və qismətdən ibarət olan bu əməl bəzən ədəd tam bölünməyəndə qalıq da göstərilərək yerinə yetirilir. Amma nəzərə alaq ki, riyaziyyatın həyata inikası həmişə uğurlu və cəmiyyətə xeyirli olmur. Lap elə götürək ölkə vətəndaşlarının öz pulu hesabına yaradılan və insanların səhiyyəsinə xidmət üçün dövlət tərəfindən ayrılan, dəyəri milyardlarla ölçülən sığorta büdcəsinin bölünməsini. Bu “riyazi əməlin” tərkibində yer alanları belə adlandıra bilərik: Bölünən - dövlətin pulu, bölən - İTS və TƏBİB, qismət - uçuruma gedən səhiyyə, qalıq - varlanan insanlar, çökdürülən özəl tibb sektoru...

Bu vəziyyəti göz önünə gətirəndə və azacıq araşdırma aparanda məlum olur ki, yaxın dövrdə Azərbaycan səhiyyə sistemində yeni təlatümlər qaçılmazdır. Saxta plastik cərrahlar qalmaqalı bitməmiş, artıq icbari tibbi sığortaya ayrılan böyük məbləğlərin bölüşdürülməsi uğrunda mübarizə daha açıq müstəviyə keçməkdədir.

TEREF bildirir ki, Bakupost.Az-ın bu sahədə baş verən hadisələrlə bağlı apardığı kiçik araşdırmanın nəticələri də bunu təsdiq edir.

Araşdırmanın nəticələrinə keçməzdən öncə qeyd edək ki, səhiyyə sistemində islahatlar, xəstəxanaların publik hüquqi şəxsə çevirilməsi, icbari tibbi sığorta sisteminə keçidin başlıca məqsədi rəqabət mühitinin yaradılması və əhaliyə keyfiyyətli tibbi xitmətin göstərilməsi olsa da, son proseslər göstərir ki, rəqabət mühiti nəinki yaradılıb, hətta əvvəlkindən daha acınacaqlı vəziyyətə salınıb, tibbi xidməti isə daha çox "məsləhət bilinən" yerlər həyata keçirir.
Ardını oxu...
Bununla bağlı "Səhiyyə TV"nin rəhbəri və bir neçə özəl klinikanın sahibi Azər Xudiyevin Baku TV-nin efirindəkı açıqlaması diqqət çəkir. O açıq şəkildə bildirir ki, xəstə icbari sığortanın ödədiyi pulu istədiyi xəstəxanada xərcləyə bilmir, həmin vəsait TƏBİB və İTS tərəfindən məcburi şəkildə yönəldilir. Hara? Dövlətin dotasıyası ilə işləyən və keyfiyyətsiz xidmət göstərən dövlət xəstəxanalarına və ya səhiyyə sistemindəki məmurlara aid klinikalara:

"Bu gün özəl klinikaların maddi durumu pisləşib, çünki ora müraciət edən xəstələrin sayı azalıb. Buna görə də özəl klinikalar çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr ya dövlət xəstəxanalarına göndərilir, ya da səhiyyə sistemindəki məmurlara bağlı klinikalara. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik. Vətəndaş öz maaşından ayırır ki, icbari tibbi sığorta ilə təmin olunsun”. Amma o, keyfiyyətli xidmət almır".

Azər Xudiyev daha sonra vurğulayır ki, bu proses kənarda qalan xəstəxanaların çökməsi ilə nətilənəcək:

"Sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən klinikaların 50 faizi bağlanacaq".

Bu açıqlama çox ciddi proseslərə start verildiyini göstərir. Artıq narazı adamlar dillənməyə başlayıb. Hətta bu narazılıqlar, ölkənin ən böyük klinikalarının sahibləri və ya işlədənləri tərəfindən bir sıra toplantılarda uca səslə deyilməyə başlayıb.

Araşdırmamız zamanı məlum oldu ki, keçən günlərdə səhiyyə ilə bağlı geniş bir toplantıda, ölkənin ən məşhur klinikalarından birinin direktoru İcbari Tibbi Sığortanı bir növ inhisarçılıq yaratmaqda və insaların konstitusion hüququ olan öz həkimini seçmək hüququnu əlindən almaqda qınayıb. Kimin hansı niyyətlə danışmasından asılı olmayaraq, burada həqiqət payı çoxdur.

Məsələ burasındadır ki, xəstə axınının istiqamətlərinə diqqət yetirdikdə, mənzərə tam aydın olur. Belə ki, sığorta hesabına edilən bahalı əməliyyatlar (ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar – endorpotezlər və bəzi daxili əməliyyatlar) əsasən, bir neçə tibb müəssisəsində çeşidlənir: birinci əsas baza "Yeni Klinika"dır, ikinci Kardiologiya İnstitutu, üçüncü, bəzi iri rayon publik hüququ şəxs xəstəxanaları. Xəstələr əsasən, 7-8 klinikaya yönləndirilir. (Bu klinikalardan 4-ü səhiyyə sistemindəki bir məmurun himayəsindədir. Bu barədə ayrıca yazımız olacaq -red.).
Ardını oxu...
Məsələn, Kardiologiya İnstitutuna müraciət edən xəstə əməliyyat və ya anju müayinəsi üçün "Kəpəz" və ya "EGE hospital"a yönləndirilir. "Yeni Klinika"ya üz tutan xəstələr adətən, "EGE" və "HB Güvən"ə göndərilir.

Hazır xəstə alan klinikaların siyahısına "Medistyle", "İstanbul NS", "MedEra", "Yasamal hospital" da daxildir.

Ardını oxu...
Eyni sistem regionlarda da qurulub. Məsələn, Qərb rayonlarındakı xəstəxanalara mürciət edən ağır xəstələr pullu əməliyyat üçün Gəncə Beynəlxalq Hospitalına göndərilir.

Nə HİKMƏTDİRSƏ, xəstələr ənənəsi, böyük həkim kollektivi olan, peşəkarların çalışdığı klinikalara gedib çata bilmir. Məsələn, necəsə olur şəhərin mərkəzində yerləşən, adı dastanlara düşən “Baku Medical Plaza”nı yox, Yasamalın “Ətçilər” məhəlləsinə sığınan nimdaş "Yasamal hospital"ı “seçirlər”. Yaxud da “İnqilab”ın küncündə itib-batan “Kəpəz hospital”a “ürək qızdırırlar”, amma 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinika olan RDM-ə yaxın durmurlar. Halbuki RDM-dəki təkcə “Ürək mərkəzi” regionda çox az rast gəlinən tibb müəssisələrindəndir.
Ardını oxu...
Bütün bu mənzərə nəticə olaraq onu göstərir ki, ölkədəki özəl tibb müəssisələri iki yerə bölünüb – İTS tərəfindən “Sevilməyən tibb müəssisələri" və “ Sevimli klinikalar".

Hər hansı bir əməliyyat və ya prosedur üçün özəl tibb müəssisəsindəki həkimin qəbuluna düşmək, illərdir tanıdığı həkimə əməliyyat olunmaq istəyən xəstə göndəriş üçün dövlət müəssisəsinə üz tutanda, əgər gedəcəyi klinika "Sevilməyən klinikalar"ın siyahısındadırsa, min bir problemlə üzləşir. Nəticədə xəstə min bir əziyyətlə öz göndərişini dövlət xəstəxanası tərəfindən sistemə vurdura bilsə də, İTS baryerini keçə bilmir və ona belə bir göndərişin mümkün olmaması ilə bağlı SMS göndərilir. Səbəb olaraq isə eyni əməliyyatın TƏBİB tabeliyindəki dövlət müəssisəsində həyata keçirldiyi bildirilir. Bu zaman nə xəstənin yaşı, nə lazım olan tibbi prosedurun təcililiyi, nə də həkimin kimliyi nəzərə alınır. Təcili əməliyyat olunmalı xəstə, eyni əməliyyat üçün 3-4 ay sonraya növbə olan dövlət xəstəxanasına yönləndirilir. Yox, əgər sən “sevimli klinika”lardan birində hər hansı tibbi prosedurdan keçəcəksənsə, o zaman çox asanlıqla bütün qapılar üzünə açılır. Hətta bəzən göndəriş üçün harasa getməyə belə gərək olmur. Məhz bu səbəblərdən, özəl klinikalardan birində gündə bir neçə “diz endoprotez” əməliyyatı olduğu halda, digər xəstəxanada çalışan savadlı və təcrübəli həkimin bu əməliyyat üçün qapısında gözləyən xəstələr göndəriş ala bilmir. Bu dediyimiz sadəcə, bir misaldır, bu misalı bir çox əməliyyatlar üçün çəkmək mümkündür.
Ardını oxu...
Mövcud anormal rəqabət mühitində təəssüf ki, hər tibb ocağı yuxarıda adını çəkdiyimiz xəstəxanalar kimi öz reputasiyasını qoruya, ayaqda qala bilmir, başqa maxinasiyalara əl atırlar: həkim olmayan, sertifikasiyadan keçməyən həkimləri, estetik cərrahları, stomatoloqları və s. cəlb edərək, ucuz qiymət və reklamla xəstələri şirnikləndirib cəlb edirlər.

Ardını oxu...
Beləliklə, Azərbaycanda infantil vəziyyətə salınmış səhiyyəmiz 2 cəbhəyə ayrılıb: İTS-dən milyonlar qazananlar və öz hesabına sürünənlər.

İnfantil – inkişafdan qalmış sistem nəticəsində cəmi 5 il ərzində İTS pulları şəxsi ciblərə axıb, sərvəti az qala səhiyyə büdcəsinə catacaq qədər şişmiş zəngin fiqurlar yaranıb. Bu fiqurlara aid olan klinikaların sayı günü-gündən artır, yeni filialları açılır. Digər klinikalar isə əksinə, bağlanmaq üzrədir.
Ardını oxu...
Davamı olacaq…
 
Ardını oxu...
Gəncə şəhəri, İsmət Qayibov küçəsi, ev 175 ünvanında yaşayan Hacıyev Faiq Eyyub oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər prokuroru Rauf Gözəlova və Mərkəzi Seçki Kommisiyasının sədri Məzahir Pənahova müraciət edir:

“Hörmətli Cənablar!

Yazıb Sizə bildirirəm ki, mən 2008-ci ilin yanvar ayında 40 saylı Gəncə 3-cü seçki dairəsinin sədri Əhmədov Elbar Sabir oğlu tərəfindən 2 aylıq gözətçi vəzifəsinə işə qəbul edilmişəm. 2 aydan sonra mənə dedilər ki, iş müddətin yekunlaşdı. Lakin 2024-cü ilin dekabr ayına kimi orada işləməyimdən xəbərim olmayıb. Heç bir xəbərdarlıq olunmadan, Əmək Məcəlləsini “70 Ç” maddəsi ilə işdən azad olunmuşam.

Sizdən xahiş edirəm ki, 2008-ci ildən 2024-cü ilədək işləmədiyim halda, əmək müqaviləmin hansı əsaslarla qüvvədə olduğunu, həmin müddətdə mənə əmək haqqının yazıldığını araşdırıb tədbir görəsiniz və “70 Ç” maddəsinin dəyişdirilməsinə köməklik göstərəsiniz.

Hörmətli Məzahir müəllim!

Azərbaycanda seçki sisteminin demokratikləşməsində sizin əməyiniz danılmazdır. Mənim sizə verəcəyim məlumat bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək məqsədi güdür. Məqsədim 40 saylı Gəncə 3-cü Dairə Seçki Komissiyasının sədri Elbar Əhmədovun törətmiş olduğu cinayətlər haqqında bilgi verməkdir. Bildirirəm ki, 2008-ci ildə Elbar Əhmədov məni iki aylıq gözətçi işinə qəbul etmək adı ilə lazımı sənədlərimi götürdü. İki aydan sonra işin başa çatmasını mənə bildirdi.

21 noyabr 2024-cü il tarixdə həmin Dairə Seçki Komissiyasının mühasibi Samir Musayev mənə müraciət edərək bildirdi ki, Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğyn olaraq əmək müqaviləsini yeniləyərək, təsdiq etmək lazımdır. Bundan sonra mənə aydın oldu ki, mən işdən azad olunmamışam və 16 il müddətində mənə əməkhaqqı yazılmış və təbii ki, DSK sədri tərəfindən mənimsənilmişdir. Bu, artıq korrupsiya əməli idi. Bu haqda 25 dekabr 2024-cü il tarixində Gəncə şəhər Prokurorluğuna müraciət etdim. Prokurorluqda istintaq araşdırmasına başlanıldı.

Gəncə şəhər Prokurorluğunda izahat verən 40 saylı DSK-nın mühasibi Samir Musayev mənim adıma olan maaş kartını DSK-nın sədri Elbar Əhmədova verdiyini izahatı ilə təsdiq etmişdir. Bir müddət sonra Elbar Əhmədov mühasibdən əməkhaqqı kartını ona yox, DSK-nın gözətçisi Arif Bəhramova verməsi haqqında yeni izahat verməsini xahiş etsə də, mühasib bu qanunsuz xahişlə razılaşmamış və izahatını dəyişməmişdir. Başqa sozlə, bu maaş kartını Elbar Əhmədova verdiyini israrla təsdiq etmişdir.

Beləliklə, dövlət vəsaitinin 16 il ərzində Elbar Əhmədov tərəfindən mənimsənildiyi şübhə doğurmur. Həmçinin, bu müddət ərzində işə bir gün belə gəlməmiş əməkdaşın adına əməkhaqqı yazılması, gündəlik işdə olmaması, DSK sədri tərəfindən 16 il həmin vəsaitin mənimsənilməs üçün necə böyük qanunsuzluq, başqa sözlə, korrupsiya əməli olduğunu dərk etməmək belə, sağlam düşüncəyə ziddir.

Hörmətli cənab sədr!

Elbar Əhmədovun Gəncə şəhər Prokurorluğunda əmək haqqı karıtını DSK-nın gözətçisi Arif Bəhramova verməsi ilə bağlı verdiyi izahat insanlarda gülünc və ikrah hissi doğurur. İstintaq dövrü Bələdiyə seçkiləri dövrünə təsadüf etdiyindən belə təsəvvür yaranırdı ki, DSK sədri haqqında lazımı ölçülər MSK tərəfindən seçkidən sonraya saxlanılır. Artıq seçki başa çatmışdır. Korrupsiya əməlinə qurşanmış olan bu cür məmurun seçki sistemində rəhbər vəzifə tutması hüquqi dövlət olan Azərbaycan Rüspublikasında yolverilməzdir.

Ümidvarıq ki, qanunçuluğa böyük hörmətlə yanaşan MSK sədri Məzahir Pənahov DSK sədri Elbar Əhmədovun törətdiyi əməllərə göz yummayacaq və o layiq olduğu cəzanı alacaqdır.

Güman edirəm ki, Elbar Əhmədovun bu illər ərzində törətdiyi qanunsuz əməllər haqqında möhtərəm Prezident İlham Əliyevə müraciət etməyə ehtiyac qalmayacaqdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
AAAF Park Xırdalanda yaşayan sakinlər Ajans.az-a şikayətlə müraciət ediblər.
Yaşadıqları ərazidə işbazların bəzi qalstuklu “müəllim”lərlə əlbir olaraq bu yerlərdə xaotik bir mənzərə yaratdıqlarını iddia edirlər. Obyekt tikmə istiqamətində özbaşınalığın hökm sürdüyünü deyən sakinlər gecə ilə peyda olan obyektlər, zəbt olunan səkilər ucbatından ciddi problemlərlə qarşılaşdıqlarını bildirirlər.

Sakinlər bir müddət öncə baş verən yanğın hadisəsinin qarşısının alınmasında yaşanan problemin ərazidə yaşanan nəzarətsizlikdən qaynaqlandığını vurğulayırlar. Sakinlərin çəkib göndərdiyi videoda hər şey aydın görünür.

Zəbt olunan səkilər, obyektlərin qarşısında artırmalar, ağacların hasara alınması açıq-aydın video kadrlarda əks olunur.

Abşeron rayon icra hakimiyyətinin rəsmiləri bu ərazilərin özəl olduğunu iddia edərək baş verən tikintilərə müdaxilə etmədiklərini bildirirlər. Amma etibarlı mənbənin Ajans.az-a verdiyi məlumata görə əraziyə nəzarət icra hakimiyyətinin rəsmisi Vəli Abbasov tərəfindən həyata keçirilir.

Aradırma zamanı məlum oldu ki, hazırda bəzi müraciətlərə baxan Vəli Abbasovla bağlı ötən il cinayət işi başlanılıbmış.

Bu barədə fevral ayının 23-ü 2024-cü ildə Respublika Baş Prokurorluğu rəsmi məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, istintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

İstintaqın son nəticəsi barədə Vəli Abbasovun mövqeyini işıqlandırmağa hazırıq. AAAF Park Xırdalanda real vəziyyətlə bağlı digər suallara da cavab alacağımıza ümidvarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
 
 
Ardını oxu...
Biləsuvar rayon Əsgərabad bələdiyyəsi ilə bağlı şok doğuracaq qısa məlumat yayımlanıb

Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mirmahir və qudası “P-Agro” MMC-nin direktoru Şakir Sultanova satmışdır. Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərəbad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilmişdir. Bələdiyyə sədri M. Mirsultanov oğlu Mirmahir və oğlunun qaynatası Şakir Sultanov könd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlamış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı qeyd edək ki, qudalar saxta yollarla küllü miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmən vəsaitin bir hissəsi dövlətdən ayrılan sübsiyadır. Bununlada adı hallanan şəxslər cənab prezident İlham Əliyevin min bir əziyyətlə hesabına topladığı dövlət büdcəsinə xəyanət edib. Təbii ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanları, bir sözlə Baş Prokurorluq dərindən araşdırmalıdır.

Nəzərinizə çatdıraq ki, sıradan bir bələdiyyə sədri heç bir halda dövlətə bu qədər zərbə vurmaq imkanında deyil. Apardığımız araşdırmaları zamanı məlum oldu ki, bələdiyyə sədrinə Biləsuvar RİH başçısı Faiq Qurbətov və birinci müavin Azər Cəfərli himayədarlıq etməklə yanaşı, bələdiyyə sədrini qanunsuz yola davam etməyə vadar edir.Dosye.org
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

 
Ardını oxu...
Bakının Yasmal rayonu, A.Mirzə Şərifzadə küçəsində (“Azon” zavodunun ərazisində) ağacların qırılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Sakinlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, sözügedən ünvanda iri şam ağacları məhv edilir.

İddia olunur ki, ağacların qırılması ərazidəki tikinti işləri əlaqədardır. Məlumata görə, artıq bir neçə aydır ağaclar gecə saatlarında xüsusi texnika vasitəsilə kökündən çıxarılır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, məsələdən xəbərdardırlar: “Hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırmalara başlanılıb”.

 
 


 
Ardını oxu...
Qısa müddətdə əldə olunan böyük sərvət, dəbdəbəli evlər, mülklər, torpaq sahələri və ümumi dəyəri 1 milyon manata bərabər olan yük avtomobilləri…

Sıradan bir pedaqoqun həyatını sosial və iqtisadi çətinliklər içindən çıxarıb, bir anda varlanmasına gətirib çıxaran səbəblər nədir? Onun qazandığı sərvətin mənbəyi və buna imkan yaradan şərait haqda kifayət qədər məlumat və faktlar mövcuddur. Hətta bu barədə geniş bir araşdırma aparıb, kitab yazmaq və film çəkmək də mümkündür.

Lakin indi diqqətimizi əldə olunan bu mal-mülkün və dəbdəbənin hansı proseslərin nəticəsi olduğu məsələsinə deyil, bu şəxsin yüksəlişi zamanı digərlərinə yaşatdığı çətinliklərə yönəldək.

SİYƏZƏN RAYONU BEŞDAM KƏND ORTA MƏKTƏBİ: İNTİHARA SÜRÜKLƏNƏN DİREKTOR

Siyəzən rayonunun Beşdam kənd orta məktəbinin keçmiş direktoru, 50 ilə yaxın pedaqoji təcrübəyə malik Sərvət Əlizadə 2023-cü ildə intihara cəhd edib. Onun bu addımı atmasına səbəb 6-cı sinif şagirdinə qarşı cinsi təcavüzdə ittiham olunması olub.

Sərvət Əlizadənin iddiasına görə, ona qarşı qurulan bu planın arxasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev dayanıb. Hadisədən dərhal sonra Pərvin Ağasiyev onun evinə gələrək məcburi şəkildə işdən çıxması üçün ərizə yazdırıb. Daha sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və ittihamlar təsdiqini tapmayıb.

SİYƏZƏN ŞƏHƏR 6 SAYLI MƏKTƏB LİSEYİ: SƏNƏDLƏŞDİRMƏYƏ SÜNİ ƏNGƏLLƏR

Növbəti hədəf Siyəzən şəhər 6 saylı məktəb-liseyinin direktoru Nərmin Cəfərova olub. Direktorların işə qəbulu müsabiqəsindən yüksək bal toplayaraq və bütün zəruri tələbləri yerinə yetirərək bu vəzifəyə uyğun hesab edilsə də, Pərvin Ağasiyev tərəfindən onun təyinatı ləngidilib.

Nərmin Cəfərova Elm və Təhsil Naziri Emin Əmrullayevin vətəndaş qəbulu zamanı məsələyə aydınlıq gətirilməsini tələb edib. Bundan sonra onun direktorluq vəzifəsi təsdiqlənib. Lakin bu qərardan sonra Pərvin Ağasiyev məktəbə yoxlama üçün geniş bir heyətlə gələrək ciddi pozuntu aşkarlanmasa da, Nərmin Cəfərovaya vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə töhmət verib.

XAÇMAZ RAYONU AŞAĞISEYİD KƏND ORTA MƏKTƏBİ: HAQSIZ YOXLAMA

Xaçmaz rayonunun Aşağıseyid kənd orta məktəbinin keçmiş direktoru Şahbaz Məmmədov və onun müavini Eyzəngül Bəkdəmirova da bu prosesin qurbanlarından olub.

Pərvin Ağasiyev və komandasının apardığı yoxlama nəticəsində məktəbdə kompüter dəstlərinin sayının yetərsiz olduğu bildirilərək, hər iki şəxs vəzifədən uzaqlaşdırılıb. Lakin sonradan inventar siyahısında heç bir çatışmazlıq olmadığı üzə çıxıb. Bununla belə, nə Şahbaz Məmmədov, nə də Eyzəngül Bəkdəmirova vəzifələrinə bərpa edilməyib. Yalnız Xaçmaz Rayon İcra Hakimiyyətinin müdaxiləsindən sonra Şahbaz Məmmədov məktəbdə müəllim kimi işinə qaytarılıb.

Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda:

 
 
 

Dünyapress TV

Xəbər lenti