Ardını oxu...
Rusiyada "Krokus" konsert zalında, İranda Kirman şəhərində anım yürüşündə terror törədilirsə, şimal və cənub qonşularımızdan fərqli olaraq, Azərbaycan təhlükəsizlik adası olaraq nümunəvi dövlətdir. Lakin bizim ölkəmizdə olan "terror" və "təhlükəsizlik" problemi qida sektorundadır. Respublikada "qida terroru" ən dəhşətli şəkildə tüğyan etməkdədir. Buna şərait yaradan isə müftəxor, korrupsioner, xalqın övladlarının genefonduna qənim kəsilmiş "qida terrorçu" su olan məmurlardır. Bir qədər sonra təqdim edəcəyimiz faktlar Niderlandda, Avstriyada, Yaponiyada açıqlansaydı, nəinki bu cinayətə qol qoyan məmurlar işdən qovulardılar, ən ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilərdilər. Amma Azərbaycanda toxunulmaz şəxs kimi özlərini aparan bu yırtıcı məmurların xalqa düşmən kəsilməsi ucbatından hər gün milyonlarla insan orqanizmə zərərli, ağır xəstəliklər yaradan, onkoloji problemlərə yol açan qidalardan istifadə edir. Bəs, deyə bilərsiniz ki, konkret olaraq nəyi nəzərdə tutursunuz? Gəlin onda tanış olaq:
Əvvəla, Azərbaycan yeyinti məhsulları istehsal etsə də, əsasən idxaldan asılıdır. Yəni "Azərsun", "Milla" və bazarda digər qida istehsal edən müəssisələr mövcuddur. Hərçənd onların istehlakçıya təklif etdiyi məhsullar da keyfiyyətli deyil. Lakin əsasən qida məmulatları xaricdən idxal olunur. Bunu marketlərin vitrinlərində hər gün müşahidə edirik. Amma ölkəyə gətirilən məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək gülməli olar. Çünki Rusiya, İran və digər ölkələrin "üçüncü respublikalar üçün" istehsalı olan məhsulları gətirilir. Təbii ki, buna nəzarət iki qurumun üzərindədir - Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi...
Hazırda hər iki orqan xalqa zəhərli, xəstəlik mənbəyi olan və övladlarımızın inkişafına zərbə vuran məhsulların idxalına şərait yaradır. Biri gömrükdən zay malları buraxır, digəri də həmin qidanın keyfiyyətini və təhlükəsizliyini başdansovdu yoxlayıb yola verir. Bununla da məlum olur ki, gömrük şefi Şahin Bağırov və qida təhlükəsizliyinə cavabdeh Qoşqar Təhməzli Azərbaycan xalqına zəhər yedirir. Anaxeber.info bildirir ki, bu iddianı biz səsləndirmirik, Huriyyet TV efirində aparıcı və verilişə səs göndərərək faktlar təqdim edən bir yük maşını sürücüsü təsdiq edirlər. TIR sürücüsü bildirir ki, Rusiyadan Azərbaycana 100 tonluq yağ gətirilib. Ancaq məhsulun nəinki marqarin olduğu, ümumiyyətlə, marqarinin əvəzləyicisi olduğu üzə çıxıb. Belə desək, bir var zay məhsul, bir də var zir-zibil... Sürücü bu barədə xəbər tutanda səbəbini soruşub, ona cavab verilib ki, tort bişiriləcək. Hər halda, bütün ölkə tort yemir ki, bu qədər marqarin əvəzi bir öldürücü yağa tələbat olsun. Həmin məhsul gömrükdən keçirilib və "Meyvəli"yə gətirilib, oradan da satış məntəqələrinə paylanıb. Bu qədər sadə bir "qida terroru" və nə Şahin Bağırov, nə də Qoşqar Təhməzli bu cinayətdən narahat olurlar. Axı özləri və yaxın çevrələri bu yağlardan istifadə etmir, niyə də veclərinə olsun ki?!
Sürücü həmçinin, başqa məhsullar haqda da oxşar məlumatları canlı efirdə açıqlayıb. Və görünən budur ki, tükürpədici qida cinayətləri törədilir, di gəl, aidiyyatı orqanlar göz yumur, millətin apteklərdə, xəstəxanalarda qalmasına rəvac verir. Bu, birbaşa cinayət məsuliyyəti yaradır və araşdırma aparılmasını zəruri edir. O baxımdan aparıcı efirdə Baş Prokuror Kamran Əliyevə müraciət edərək bu istiqamətdə təhqiqat aparılmasını xahiş edib. Jurnalist bildirib ki, gömrük şefi Bağırov və agentlik sədri Təhməzli barəsində yoxlama olmalıdır. Hər iki məmur xaricdən idxal olunan keyfiyyətsiz məhsulların bazarlara çıxmasına şərait yaradırlar. Halbuki əhali və dövlət onlara güvənib, inanıb ki gömrük və qida agentliyi bu sahəyə nəzarət edir. Onlar isə...

Anaxeber.info
 
Ardını oxu...
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur". Bu barədə dia-az.info-ya göndəriləən məqalədə deyilir.

Əvvəli burada: Ramin Abdullayevin “göydələn” biznesi

Məqalə müəllifi daha sonra bildirir: "Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.
Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq".

Ardını oxu...
Göycay rayon Qarabaqqal kəndin sakini  Zəkəriyev İlqar Çovdar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya göndərilən müraciətdə deyilir:
 
"Mənim şikayətim Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev,  onların mütəxəssisləri Məmmədov Tural və Aqşin Həmidovdandır. Mənə aid olan 62 sot  xüsusi torpaq sahəsini 2012 -ci ildə  şəhid ailəsi Sadıqov Surxay Xumar oğlundan almışam .Sol tərəfimdəki 75 sotu elektron ucotu ilə təsdiq olunmuş sahə isə 1995-ci il ildə islahatlar kecirilən vaxt qonşum Musayev Kifayət Şahlar qizina verilib. Arada görsəninən xətt var ki, onu qanunsuz olaraq acıblar Mənim qonşum Muayev Kifayət Şahlar qızı 2018- də məhkəməyə iddia qaldırıb ki, guya mən onun 20 sot torpağını zəbt etmişəm.
Şəki Apelliyasiyya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinə  tapşırıq verib ki bu torpaq sahəsi ölcülsün və zəbt olma halı müşahidə  olub- olmamasına dair rəy təqdim edilsin. Şəki Apellyasiya məhkəməsinin göstərişinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin mütəxəsisi Tural Məmmədov və Aqşın Həmido torpaq sahəsinə gəlib Göycay rayon Qarabaqqal bələdiyyəsinin sədrinin  və icra nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin ölcüsünü apardılar Ölcü aparıb mənə bildirdilər ki, 60 sot torpaq sahəsi Musayev Kifayət Şahlar qızının sərhəd xəttindən görünən xəttdən başlayır və burada 60 sot torpaq sahəsində hec bir zəbt halı yoxdur Mən sənədlərimi alqı-satqı müqavilələrimi, cıxarışlarımı təqdim etdim, bildirdim ki, bu torpağa aid mənim cıxarışlarım və sənədlərim var.Onlarda mənə bildirdilər ki, hec bir zəbt olma halı yoxdur. Akt tərtib etdilər yerində məndə imzaladım cıxıb getdilər.
 
Mən Şəki Apellyasiya məhkəməsində iştirak edəndə hakim Günay Cavadova məni rəylə tanış etdi, rəyi oxuyanda məlum oldu ki, rəydə göstərilib ki, sərhəddən o tərəfdə olan Musayev Kifayət Şahlar qızının 20 sot  torpağın zəbt etmışəm 60 sot torpağın içində 20 sot torpaq ona məxsusdur.Onlar yerdə apardıqları ölcü başqa rəydə başqa qərar vermişdilər. Musayeva Kifayət Şahlar qızı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəsisi Tural  Məmmədovla yaxın qohumluq əlaqələri vardır. Mənim aldığım məlumata görə Tural Məmmədov Musayev Kifayət Şahlar qızından bu işin müqavilində rüşvət alaraq Aqşin Həmidovla əlbir olaraq qanunsuz rəy verib Şəki Apellyasiya məhkəməsini aldadıblar.Şəki Apellyasıya məhkəməsi onların rəyinə əsaslanaraq qərarı cıxatmışdılar.
 


 Bu günkü gündə mənim sənədlərim var və qanunsuz rəyə əsasən torpağımın sərhədi acılb ortadan şum cəkilib mənim hüquqlarım tapdanıb,
Nəzərinizə catdırım ki,torpağın arakəsməsi açıldıqdan  sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin torpağı mənə satan şəhid ailəsinin oğlu ilə birlikdə qəbulunda olanda bildirdim ki cənab rəis sizin mütəxəsislər qanunsuz rəy veriblər bu rəyə əsasəndə mənim hüquqlarım pozulub.O, isə mənə dedi sən qapı arxasında gözlə. Sonra Aqşın Həmidovu cağırdı bir necə dəqiqə söhbət etdikdən sonra mənə bildirdi ki, Aqşin Həmidov düzgün rəy verib sən hara ürəyin istəyir gedib şikayət edə bilərsən.Mən ona narazılğmı bildirdim yenidən torpağın ölcülməsini xahiş etdim.Dediki bu mümkün deyil .Aşağıdan polis mühafizəsini öz köməkci xanımını cağırdı göstıriş verdi ki birdə bu vətəndaş mənim qəbuluma gəlsə icəri buraxmayin yoxsa sizi işdən çıxaracam.
Mən ölkə başcımızdan, hüquq mühafizə orqanlarından xahiş edirəm ki, verilmiş qeyri qanuni rəy ləvğ olunsun Aqşin Həmidov və Tural  Məmmədov haqqında hüquq mühafizə orqanları qanunu tədbirlər görsünlər Mənim pozulmuş hüquqlarım bərpa olsun". 
Ardını oxu...
"Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun keçirdiyi tenderlərin bir qismini oğlu udub". Dia-az.info xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist yazır: "Məsələn, Şuşa işğaldan azad olduqdan sonra - 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus "KƏKLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə verib. Yəni Şuşa azad olandan sonra oğlunu "QALIB" elan edib.

Ardını oxu...

DÖVLƏT SİFARİŞİNİ DANA BASDIRMASI KİMİ KƏKLİKOTU DA VURUB TƏNDİRARASI (OXU: TENDER) YEMƏK NECƏDİR?

Cənablar, yeyəndə ağzınızı heç olmasa salfetka ilə silin".
Ardını oxu...
Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi üçün valideynlərdən şam fidanları və gül kolları tələb olunur.

Bununla bağlı Bakupost.az -a məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Babayevaya məxsus olduğu bildirilən səs yazısı daxil olub. Səs yazısında müəllimlərə bildirilir ki, “Yaş dünya” tədbirinin keçirilməsi üçün hər sinif beş şam fidanı və üç ədəd gül kolu gətirməlidir:

“Valideynlərlə danışın, deyilən vaxtda bunları təşkil edin. Necə edəcəksiniz, özünüz bilərsiniz. Şam fidanları və gül gətirməyən siniflər nəzarətə götürüləcək”.

Məktəb rəhbərliyinin bu tələbindən narazı qalan valideynlər redaksiyamıza şikayət ediblər. Onların dediyinə görə, sözügedən səs yazısı müəllimlərin vatsap qrupuna, ordan da valideyn komitəsi və valideyinlər qruplarına atılıb.

Valideynlər məktəbdə keçirilən tədbirin onlara aidiyyəti olmadığını, məktəb rəhbərliyinin bu tələbinin isə qanunsuz olduğunu bildiriblər:

“Heç məktəbin həyətində həmin şam fidanları və güllərin əkilməsi üçün boş yer də yoxdur. Bundan 1 ay əvvəl bütün siniflərdən 30-35 AZN-lik dibçək gülü istəmişdilər. Onu hamımız aldıq. İndi yenidən həmin məbləğə şam fidanları almaq üçün validəynlərə təzyiq edirlər”.

Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı 211 nömrəli məktəblə əlaqə saxlayıb. Məktəbdən adının açıqlanmasını istəməyən xanım suallarımıza cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyi məsləhət görüb

 
 

 


Ardını oxu...
Bu gün ölkənin bir sıra məkanlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Düzdür, bu cür obyektlərin sayının çox olması sürücülər üçün əlverişlidir. Lakin bununla bərabər tez-tez qalmaqallı mövzular da ortaya çıxır.

Bir neçə gün əvvəl “SOCAR Petroleum” QSC və “İST Petrol” yanacaqdoldurma məntəqələrində sürücülərə su ilə qarışdırılmış yanacağın satılması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Məlumata görə, “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti aşağıdır. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti bildirib ki, “SOCAR PETROLEUM” QSC 11.04.2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.

“SOCAR Petroleum” QSC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb ödəsə də, insanlar bundan sonra da keyfiyyətsiz məhsulun satışından narahatdırlar. Bundan başqa, paytaxt sakinləri xüsusən “İST Petrol”un “Əhmədli” filialında müxtəlif problemlərin olduğunu bildirirlər.

Bəs, görəsən, bu təsadüfdür yoxsa reallıq?

Belə ki, adı zaman-zaman müxtəlif ittihamlarda və qalmaqallı vətəndaş şikayətlərində hallanan “İST Petrol” MMC-nin adı son zamanlar yenidən gündəm olub. “İST Petrol”la bağlı şikayətlər sadəcə bununla bitmir. Yaxın keçmişə nəzər saldığımız zaman sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı zaman-zaman şikayətlərin sosial şəbəkələrdə və KİV-də yayıldığının şahidi oluruq.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı redaksiyamıza bildirdi ki, Azərbaycanda bir çox yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti heç də ürəkaçan deyil:

"Minlərlə sürücü bu kimi problemlərin fəsadını yaşayır, təəssüflər olsun ki, bu cibəgirmələr aidiyyatı qurumların gözü qarşısında baş verir və bununla bağlı tədbirlər də görülmür. Yanacaqdoldurma məntəqələrinin təhlükəsizlik qaydaları ilə bağlı bəzi təlimatlar var. O təlimatlardan da biri yanacaq çənlərinin vaxtında təmizlənməsi məsələsidir. Bu təmizləmə olduqca ağır bir prosesdir, bu zaman bütün iş dayanır və çən tam boşalır. Bu təxminən ayda bir, ya da 3 ayda bir dəfə baş verən bir prosesdir".

Ekspert qeyd edib ki, bu gün istər bəzi yanacaqdoldurma məntəqələrində, istərsə də onlara nəzarət edən qurumlarda özbaşınalıq baş verir. Onun sözlərinə görə, illərdir bu kimi problemlər var, lakin heç bir tədbir görülmür.

Şikayətlərə məsuliyyətsiz yanaşılır

Araşdırma apardığımız zaman məlum olur ki, Bakıda sürücülərin ən çox şikayətləndiyi və narazı qaldığı yanacaqdoldurma məntəqələrindən biri elə məhz "İST Petrol" MMC-dir. Vətəndaşları narazı salan əsas faktorlar isə “İST Petrol” MMC-nin qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, bir müddət əvvəl Bakıda sürücü "İST Petrol"un yanacağının keyfiyyətindən narazı qalıb. O, yanacağın içərisindən torpaq çıxdığını bildirib. Sürücünün sözlərinə görə, yanacağın içərisindəki torpaq avtomobilin filterini yararsız hala salıb.

Məlumat üçün qeyd edək ki, avtomobillərin mühərrikinin sıradan çıxmasına səbəb olan 5 əsas problemdən biri benzinə su, qum və ya digər qatqı maddələrinin qatılmasıdır. Benzinin tərkibinə qarışan su qısa zaman ərzində avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də slindirlərə ciddi zərər vurur.

“İST Petrol” MMC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürsə də, bundan sonra itirilmiş keyfiyyətini, sürüclərin və vətəndaşların güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki, xeyr.

Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “İST Petrol” MMC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

Aqil Qocayev
hurriyyet.az
 
Ardını oxu...
Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. Tribunainfo.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.
Ardını oxu...
Nazim Hüseynov

Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.
Ardını oxu...
Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı “Ambasodor” kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.
https://tribunainfo.az/baki-avrasiya-universitetinin-prorektoru-kazinoda-boyuk-pul-uduzub-teferruat/
 
Ardını oxu...
Məlum olduğu kimi bu ilin əvvəlində General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olundu və həmin vəzifəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin gətirildi. Ənvər Əfəndiyevin Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi haqda mediada iddialar səslənir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, general vəzifədən azad olunduqdan bir müddət sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Hərbi Prokurorluğun yaydığı məlumata görə, Əliyev Alı İsrayıl oğlu haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.
Məsələ ilə bağlı cumhuriyyet.az ölkə mediasında yer alan xəbərlərə əsasən bildirir ki, saxlanılan Əliyev Alı İsrayıl oğlu bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub. Amma şəbəkə bununla da bitmir. Etibarlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Quru Qoşunların keçmiş komandanı general- leytenant Ənvər Əfəndiyevin sağ əli Firuz İsmayılov ətrafında baş verən xoşagəlməz olaylar var. Quru Qoşunlarının kadrlar idarəsində aparıcı zabiti olan Firuz İsmayılov indi öz vəzifəsinə yaxın qohumu Həsən Həsənovu gətirmək istəyir ki əməllərini örtbasdır etdirsin. Məlumata görə bu haqda ikisi arasında Gəncədəki “Kəpəz” restoranında söhbət də olub. Belə ki, F. İsmayılovun korrupsiya əməlləri və həbsxana həyatında keçirtdiyi qalma-qallı günləri olduqca şok doğuracaq. Dəhşətlisi isə odur ki, belə bir şəxsin hansı haqla general- leytenant Ənvər Əfəndiyevin sağ əli kimi hərbi hissədə söz sahibi olub. 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilən general-leytenant Hikmət Mirzəyev yuxarıda qeyd edilən məsələni şəxsi nəzarətinə götürəcək. Apardığımız araşdırmalar tam yekunlaşmadığından məsələnin bəzi detallarını ictimayətə açıqlamırıq.
 
Ardını oxu...
Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir. Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz…

AzToday.az ALFA xəbər-ə istinadən xəbər verir ki, burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn, adi yerölçənlikdən məmumların sevimlisinə çevrilmiş Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirov. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Məhz həmin iş adamı ilə birgə Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Əmlak makleri ona zamanında avtomobil hədiyyə etmiş məşhur general qardaşıyla birgə köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır.

Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır . Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir.

 
 
 

Ardını oxu...
Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova Leyla Tərlan qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, sabiq Ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Məhkəmə-Hüquq Şurasına, Ombudsman Aparatına və Kütləvi İnformasiya Vasitələrinə bir məsələ ilə bağlı artıq neçə ildir ki, müraciətlər ünvanlayıb. Əvvəlki müraciətlərdə Xilmilli kənd sakini Leyla Osmanova Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun və Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanun pozuntularının qarşısının alınmasından və ona məxsus torpaq sahəsinin geri qaytarilmasından şikayətçi idi. İndi isə 3 azyaşlı uşaq anası Leyla Osmanova Daşınmaz Əmlakın Dövlət Reyestr Publik Hüquqi şəxsin 14 saylı Ərazi idarəsi tərəfindən verilmiş saxta sənədlər əsasında Sumqayıt şəhər Məhkəməsində qurama və sifarişli məhkəmə oyunbazlığından şikayət edib.

Dia-az.info vətəndaş Leyla Osmanovanın müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Məlumat üçün bildirirəm ki, Qobustanın sabiq rüşvətxor İcra başçısı İsmayıl Vəliyevin 2011-ci ilin martın 7-də Qobustan Bələdiyyə sədri V.Novruzov vasitəsilə Leyla Osmanovaya ayrılmış 0.06 ha torpaq sahəsini İsmayıllı rayonun Maliyyə İdarəsinin məmuru olan Habil Gülməmmədova qanunsuz sənədlərlə satılmasından sonra günüm məhkəmələrdə keçir.

“İddiaçı Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş əsassız və saxta A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə verdiyimiz iddianın başa çatmasına qədər icraatınızdakı məhkəmə prosesinin təxirə salınması ” barədə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə vəsatətlə müraciət etmişdir. Müraciətin bir nüsxəsi də redaksiyamıza göndərilmişdir. Vəsatətdə 27 fevral 2024-cü il tarixli ekspert rəyinə istinad edilərək bildirilir ki, iddiaçı Habil Gülməmmədov ( İsmayıllı rayon Maliyyə İdarəsinin işçisi olan . redaktordan) Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovla gizli sövdələşərək 2019-cu ildə yerli bələdiyyənin formal keçirdiyi hərrac protokolunu arxa tarixlə, yəni 2011-ci il kimi sənədləşdirərək Leyla Osmanovaya məxsus bələdiyyə torpağlından 273 kv m, qalan 273 kv m torpaq sahəsini isə dövlət yolu və xüsusi mülkiyyətçi olan Şahin Səlimovun birlikdə torpaqları hesabına 5.6 sot təşkil edərək maddi maraqları təmin edilməklə satılmışdır. Ekspert rəyində də təsdiq edilir ki, yerli bələdiyyə sədri hətta dövlət torpağı olan yol və xüsusi mülkiyyət hesab edilən Şahin Səlimovun pay torpağının bir hisəsini qanunsuz olaraq pullu və imkanlı şəxs olan İsmayıllı rayon sakini olan birisinə satmışdır. Və maraqlıdır ki, DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsi də bu saxtakarlığı bilə bilə Habil Gülməmmədova A N- 401833 nömrəli “Torpağın plan və ölçüsü ” barədə 2019-cu ildə dövlət sənədi vermişdir. Ekspert qeyd edir ki, Hətta bu A N- 401833 nömrəli sənədi arxivdə aşkar etmək mümkün olmamışdır. Yəni, bu mütəşəkkil dəstə qabaqcadan sövdələşərək maddi maraqların təmin olunması müqabilində belə bir saxta sənəd tərtib edib H.Gülməmmədova vermişlər. İnanırıq ki, istər DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsinin , istərsə də Qobustan Bələdiyyə sədrinin təşkil etdiyi sənəd saxtakarlığı ilə müşayət olunan cinayətlərə hazırda davam edən Sumqayıt Apellyasiya Məhkəməsində təqdim edilmiş ekspert rəyi və maddi sübutlar əsasında hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə göndəriləcəkdir.
İddiaçı Gülməmmədov Habil Gülməmməd oğlunun bizə qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldlması, aparılmış qanunsuz tikintinin sökülməsi” tələbinə dair mülki iş üzrə Qobustan Rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2 (026)-30/2023 saylı qətnaməsindən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri Sizin icraatınızdadır.
İş üzrə iddiaçı Gülməmmədov Habil Gülməmməd oğlu Qobustan şəhər Bələdiyyəsinin 2019-cu il tarixində ona arxa tarixlə, 2011-ci il tarixli – formal hərrac keçirməklə cavabdehə məxsus torpağın 273 kv m sahəsini G.Habilə qanunsuz olaraq satmışdır. Habil də öz növbəsində ona satılmış 5.46 sot torpaq sahəsinin qalan 273 kv.m sahəsini isə dövlət mülkiyyətindəki yolun bir hissəsi və bir hissəsini də Qobustan rayon sakini olan Şahin Səlimovun xüsusi mülkiyyəti olan pay torpağının bir hissəsi hesabına cəmi 546 kv.m torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyəti adı altında, arxa tarixlə, yəni 2011-ci ildə formal keçirdiyi hərrac yolu ilə rüşvət müqabilində H.G.Gülməmmədova satmışdır. ( sənədlər əlavə edilir)
Cavabdeh Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədini torpaq sahələrinin hansı təyinata aid olduğunu araşdırmadan ( yəni, 546 kv.m sahə üçün verilmiş inzibati aktda göstərilən torpağın yarısı- 273kv m.-i bələdiyyə fondunun, qalan 273 kv m sahənin isə xüsusi və dövlət fonduna aid olan) sənədi təsdiq etmişdir.
Bizə aid olan və vətəndaş Habil Gülməmmədov tərəfindən mübahisələndirlilən 273 kv.m torpaqla bağlı hazırda Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarlı tərəfindən 31 may 2023-cü il tarixli Ekspertizanın keçirilməsi” barədə qərarına əsasən təyin edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 30.12.2023-cü il tarixli, 234120003621 nömrəli mütəxəssis rəyindən və ƏN-nin Mərkəzi Ekpertiza İdarəsinin eksperti Elman Aslanlının tərtib etdiyi Ekspert N- 3-16-16/2-10/62 saylı, 27 fevral 2024-cü il tarixli ekspert rəyində xüsusi olaraq qeyd edilir:
“ Məlumat üçün bildiririk ki, naturada hasara alınmış mübahisəli torpaq sahəsi ilə H.Gülməmmədova məxsus A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilində torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu vardlr. Belə ki, Habilin adına olan A N-401833 nömrəli sənəddə qeyd edilən koordinatlıar daxilində olan torpaq sahələrinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi ( 273 kv.m ) , bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst üstə düşür. Qeyd edilən uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Eyni zamanda bildirilir ki, H.Gülməmmədova məxsus A N-401833 nömrəli sənədin ikinci nüxsəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir.”
Yəni, ekspert rəyindən də sübut edilmişdir ki, DƏDRX-nın 14 saylı Ərazi idarəsi tərəfindən Habil Gülməmmədovun adına rəsmiləşdirdiyi 2019-cu il tarixli, A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi saxtakarlıqla tərtib edildiyinə görə etibarsızdır və ləğv edilməlidir.
Torpağa dair verilmiş A N-401833 nömrəli kadastr hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib.

Odur ki, H.G.Gülməmmədova verilmiş A N- 401833 nömrəli kadastr sənədi hazırda qüvvədə olduğundan və onun verilməsində şərtlər, qaydalar pozuldığu ekspertlər tərəfindən sübuta yetirildiyindən 14 saylı Ərazi idarəsi tərəfindən bu inzibati akt (sənəd) məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında ləğv edilməlidir. Buna görə də iddia ərizəsilə Sumqayıt İnzibatri Məhkəməsinə müraciət etmişik.
Saxtalaşdırılmış bələdiyyə qərarı-protokolu və onun əsasında Habil Gülməmmədovun adına “Torpağın plan və ölçüsü” sənədini tərtib etmiş sənəd saxtakarları barədəsində aidyyatı üzrə hüquq-mühafizə orqanlarına məlumat verməli idi. Lakin bunu etməmişdir. Əksinə, iddiaçı H.Gülməmmədov aldığı A- N 401833 nömrəli sənəd saxta olduğuna görə çıxarış ala bilməmişdir. Yəni imtina edilmişdir. Ona görə də iddiaçı ona təqdim edilmiş saxta kadastr sənədi əsasında bizə qarşı əsassız məhkəmə davası açmışdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edirəm ki,

İddiaçı Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş əsassız və saxta A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə verdiyimiz iddianın başa çatmasına qədər icraatınızdakı məhkəmə prosesinin təxirə salınması barədə qərar qəbul edəsiniz.
 

Dünyapress TV

Xəbər lenti