Ardını oxu...
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
“ERTRANS” MMC tikinti şirkətinin rəhbəri Abbasov Elsevər Abbasəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə müraciət edən iş adamı “SK Construktion” MMC-nin qeyri-rəsmi rəhbəri Qalib Təhməzovdan şikayətçidir.

Xatırladaq ki, Q.Təhməzov cəmiyyətdə çox tanınan sima olmasa da, qardaşları Fəqan və Zaman haqda mətbuatda çox yazılıb. Məşhur iş adamı olan qardaşlar “Ay İşığı” restoranlar şəbəkəsinin sahibi olsalar da, “yuxarılar”la yaxın bağlantısı olduğu haqda informasiyalar var.

Elsevər Abbasov deyir ki, Fəqan və Zaman Təhməzov qardaşları yüksək səlahiyyətli məmurlarla yaxın əlaqələrindən istifadə edib, qardaşları Qalibi də tikinti sektoruna daxil edə biliblər. Hansı ki, Q.Təhməzovun rəhbərlik etdiyi, rəsmi olaraq direktoru Zülfüqar Həşimov adlı şəxs olan “SK Construktion” MMC hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tikinti fəaliyyəti ilə məşğuldur.

Şikayətçi bildirir ki, 2023-cü ilin mart ayında Qalib Təhməzov onunla görüşərək, ortaq iş görməyi təklif edib. Türkiyəli iş adamı Aydın Polatın rəhbərlik etdiyi, əslində isə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzdində olan “Polat Yol Yapı” şirkəti ilə müqavilə bağladığını deyən Q.Təhməzov bildirib ki, “SK Construktion” MMC-nin podratçı şirkət olaraq Qubadlıda asfaltlama istisna olmaqla, yol çəkilməsi işlərini öz üzərinə götürüb. Bu işlərin görülməsi üçün “ERTRANS” MMC-nin texnikasına və işçi heyətinə ehtiyac olduğunu deyən Qalib Təhməzov, müqavilə əsasında Elsevər Abbasova ortaq iş görməyi təklif edib: “Qalib Təhməzov mənə dedi ki, texnikalarını ver, işləyək, sən də qazan, mən də qazanım. Mən razılaşdım və tanıdığım insanları da bu işə cəlb etdim ki, birgə çalışaq. 20 texnika və həmin sayda da işçi qüvvəsi ilə Qubadlıya işləməyə getdik.

“SK Construktion” MMC ilə müqavilə bağlamışdıq. Dedi ki, aprel ayında sizə nəğd şəkildə avans verəcəm, qalan pulu köçürmə edərik. Bir neçə gün sonra gətirib 2 min manat verdi. Ondan sonra 4 ay işləsək də, bir manat da ala bilmədik. Hər dəfə ondan işçilərin zəhmət haqqını tələb edəndə, “bu həftə verəcəm”, “gələn həftə verəcəm” deyə-deyə bizi 4 ay aldatdı. Sonra isə dedi ki, qardaşım Saleh müəllimlə (“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov-müəl.) danışıb, deyib ki, narahat olmasın, gələn ay bütün pullar veriləcək, gedib işini görsün. Ona görə, məcbur olub, 20-25 gün də qeyri-rəsmi şəkildə işlədik ki, heç olmasa 4 ayın pulunu alaq, ziyandan qurtaraq”.

E.Abbasov deyir ki, 5-ci ayın sonunda Qalib Təhməzovdan görülən işlərini pulunu tələb etsə də, yenə də müxtəlif bəhanə ilə ödəniş etməkdən imtina edib: “O, indiyə kimi bir manat da pul verməyib. Bu səbəbdən, sentyabr ayında məcbur olub övladıma aldığım mənzili təcili şəkildə dəyər-dəyməzinə satdım. Çünki işçilərdən əlavə, bazarda material satanlara da külli miqdarda borcum yaranmışdı, hamı pulunu tələb edirdi”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, “SK Construktion” MMC-nin hazırda ona 170 min manata yaxın borcu var: “Sonra bildim ki, Qalibin mənim kimi, başqa 15-20 nəfərə də borcu var, hər kəsə “atıb”, heç kimin pulunu vermir. Bunu bildikdə, biz “Polat Yol Yapı” şirkətinə müraciət etdik ki, pullarımız verilməyib. Dedilər ki, biz Qalibin ödənişini etmişik, ona borcumuz yoxdur. Qalib isə yalandan deyir ki, almamışam. Amma o pulu alıb, öz şəxsi işlərinə xərcləyib. Üstəlik, hədə-qorxu da gəlir ki, mənə heç kim heç nə edə bilməz, mənim arxam var”.

Elsevər Abbasovun sözlərinə görə, Qalib Təhməzoz işə başlayanda onun gətirdiyi 15 nəfər işçini “SK Construktion” MMC-də rəsmi olaraq işçi kimi qeydiyyata aldırıb, onların hər birinin maaş kartını isə özündə saxlayıb. 2023-cü ilin mart ayından sonra əmək haqqı kimi hər ay onların adına təxminən 600 manat köçürülüb, lakin həmin pulları gedib özü çıxarıb: “Sonra gətirib sənədləri mənə verdi ki, işçilərə qol çəkdir, könüllü olaraq işdən çıxsınlar. Amma kimsə imza atmadı ki, bizim pulları yeyib, niyə imza atmalıyıq?!”

E.Abbasov deyir ki, “SK Construktion” MMC-yə 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkətindən vəsait köçürüldüyü haqda məlumat əldə etsələr də, Qabil Təhməz birmənalı olaraq ödəniş etməkdən boyun qaçırıb: “Məlumat aldıq ki, 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkəti tərəfindən həqiqətən də ödəniş olunub. Amma o, bizə borcunu ödəmədi.

Beləliklə, quruculuq işlərinə bizim də faydamlz olsun deyə Vətənimizin azad olunmuş torpağında fəxrlə işləsək də, axırda pulumuzu vermədilər”.

“ERTRANS” MMC-nin rəhbəri deyir ki, Qubadlıda çalışdığı 5 ay müddətində nəinki bir manat gəlir götürüb, əksinə, şəxsi cibindən Qalib Təhməzovun ona ödəyəcəyi vəsaitə yaxın pul xərclədiyindən, külli miqdarda zərərə düşüb. O, bu səbəbdən, “SK Construktion” MMC ilə hüquq müstəvisində mübarizə aparmağı düşünür.
 
 
 
Ardını oxu...
Son günlər intensiv xarakter alan yağıntılı hava şəraiti səbəbindən bir çox rayonlarımızda olduğu kimi Xaçmazda da müəyyən problemlər yaranıb. Dia-az.info bildirir ki, bu barədə yerli sakinlər məlumat paylaşıblar. Aşağıdakı fotoları diqqətə çatdıran sakinlər yazır:

Ardını oxu...
Ardını oxu...

"Bura Xaçmazın General Əliağa Şıxlinski küçəsidir. Nəsə əlavə söz deməyə ehtiyac yoxdur.

Hər şey göz qabağındadır. Bircə onu deyim ki, 9 saylı orta məktəbə gedən şagirdlərin böyük əksəriyyəti bu kuçədən keçir.

Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən bu küçə tez bir zamanda bərpa olunar..."

Ardını oxu...
Ardını oxu...

Dia-az.info bildirir ki, məsələyə münasibət bildirən yerli rəhbərliyin açıqlamasından isöə aydın olur ki, rayonun rəhbərliyi iş görmək əvəzinə yalnızca quru vəd verməyi, qeyri-müəyyən açıqlaması ilə əslində əlavə qıcıq yaratmağı üstün bilir. Həmin rəsmi açıqlamanı da təqdim edirik:

"2019-cu ildən 2023 cü ilə qədər Xaçmaz şəhərinin 100 ə yaxın küçəsində əsaslı təmir işləri həyata keçirilib asfalt örtüyü döşənmişdir. 2024 cü il üçün Xaçmaz şəhərinin 30 a yaxın küçəsində asfaltlanma işləri həyata keçiriləcəkdir. Küçələrin təmiri prosesinin ilikin sıralarında Xaçmaz şəhərinin Atatürk və Əliağa Şıxlınski küçələrinin asfaltlanması nəzərdə tutulmuşdur. Xaçmaz şəhərinin bütün küçələri mərhələli şəkildə təmir edilir, asfalt örtüyü döşənir..."

Yəni məlumdur ki, yerli RİH-in vəd etdiyi 2024-cü il. nəzərdə tutulan işlərin yarısı əslində həll olunmalı idi. Çünki il az qala yarıya çatıb. Amma ortadakı fakt bunun əksini deyir...
 
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini Məmmərov Əli Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
 
"Mənim yaxın qohumum Ucar rayonu Bərgüşad kənd sakini Hacıyeva  Samidə Rafil qızını Ucar rayon xəstəxanasından çıxarıb evə gətirə bilmirik.Bir neçə gün əvvəl həmin xəstəxanada övlad dünyaya gətirən ananı bu gün evə gətirmək istəyəndə buraxmadılar ki, 500 manat pul verilməlidir.Həmin pulu verməyə imkan olmadı deyə xəstəni evə buraxmadılar.Bunu isə edən xəstəxananın baş həkimi Zeynal Bayramlıdır.17 ildir Ucar xəstəxanasında baş həkim işləyən Zeynal Bayraml hər bir şöbəyə aylıq haqq qoyub deyə şöbə müdiri Südabə həkimin göstərişi ilə xəstəmizi evə gətiə bilmirdik. Zorla deyirki 500 manat verməlisiniz yoxsa xəstəni evə buraxmayacayıq.  Bu biabırçılğı yaxın qohumumuz video lentədə alıb.Azərbaycan Respublikasında ən geri qalmış korrupsiya tüğyan edən tibb ocağı Ucar xəstəxanasıdır.
Ətraf rayonların hamısında xəstəxanaların rəhbərləri yeniləndi ancaq Ucar xəstəxanasının direktoru Zeynal Bayramlı barədə tədbir görən yoxdur. Xahiş edirik buna diqqət ayırın araşdırıb tədbir görün".



Ardını oxu...
Bakı şəhər sakini Şirinov Zakir Nəsir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yol polisi kürəkəni Hüseynli Kamil Hüseyn oğlundan qanunsuz olaraq 2500 AZN rüşvət alıb:

“Mən, Şirinov Zakir Nəsir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Belə ki, kürəkənim Hüseynli Kamil Hüseyn oğlu 24.04 2024-cü ildə Abşeron rayonunun Məhəmmədi kəndində əmisi oğlunun avtomoboli ilə yataq xəstəsi olan atası ücün aptekdən dərman almağa gedib. Həmin vaxt məcbur olaraq 1.6 yaşlı uşağı qucağına alır. Əmisi oğlunun avtomobilini etibarnaməsi olmadan idarə edən kürəkənim küçənin başında YPX əməkdaşı ilə rastlaşır. Bunu görən Abşeron YPX əməkdaşı avtomobili saxlamağı tələb edir. Kürəkənim avtomobili saxlamayaraq, 50 metrlik məsafəsi olan öz küçələri ilə evlərinə qayıdır.

Abşeron YPX əməkdaşı olan Bahadır Aslanov evə gələrək, əmioğlanlarını YPX binasına, avtomobili isə cərimə meydançasına apartdırır. Orada kürəkənimdən 2500 manat pul tələb edir. Kürəkənim mənə zəng vurub hadisəni danışdı və dedi ki, yol polisi Bahadır Aslanov ondan 2 500 manat pul istəyir...

Mən sizin sayt vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət edirəm. Xahiş edirəm ki, bu məsələyə biganə yanaşmasın, tədbir görülməsi ilə bağlı müvafiq qurumlara göstəriş versin. Yoxsa, belə polis əməkdaşları “qara camaatı” yaman günə qoyacaq.

Əlbəttə, kürəkənim qaydaları pozub. Amma yol polisləri hər qayda pozuntusuna görə 2500 AZN alsalar, rüşvətxorluğu yaymış, təbliğ etmiş olurlar.

Hadisədən sonra biz dərhal DİN-in 102 xidmətini yığıb, məlumat vermişik ki, bizdən rüşvət istəyirlər. Bundan sonra Bahadır adlı polis əməkdaşı pul almaqdan çəkindi. Kürəkənimə 500 manat cərimə yazdı və onu 1 illik sürücülük hüququndan məhrum etdirdi. Belə ki, o, məhz DİN-in 102 xidmətinə müraciət etdim deyə, kürəkənimin sənədlərini “avtoxuliqanlıq etmiş” kimi sənədləşdirdi. Hətta kürəkənimə deyib ki, “get, qaynatan səni buraxdırsın, görək necə edir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayraq, hələdə bir çox təhsil ocaqları "köhə qayda"larla işlərini davam etdirirlər. Belə təhsil ocaqlarından biridə Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdir.

"Azərbaycan Reallığı" saytına daxil olan məlumata görə, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcov yenə də "köhnə qayda"larla işlərini davam etdirir. Belə ki, məktəbdə bir çox müəllimlərin dərs saatlarının şişirdildiyi və təhsil alan şagirdlərin əksəriyyətinin dərslərə qatılmadığı bildirilir.

Məlumatda qeyd edilir ki, məktəbin rus rektorunda təhsil alan şagirdlərin əksəriyyətinin sadəcə jurnalda adları mövcuddur. Həmin şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getdikləri üçün dərslərə qatılmırlar və bunun üçündə məktəb rəhbərliyinə aylıq ödəyirlər.

Məlumatda vurğulanır ki, adı olub özü olmayan şagirdlərdən alınna aylıq məsələsinə direktorun müavini Reyhanə Qurbanova nəzarət edir. Həmçinin dərs saatları şişirdilən müəllimlərlə danışıqların aparılmasıda direktor müavinə həvalə edilib.

Bildirilir ki, direktor Xəyyam Fərəcov məktəbdə baş verənlərin gizli saxlanılması üçün bütün müavinləri ilə məcburən anlaşıb. Yəni məktəb direktoru dərs saatlarının şişirdilməsinə və jurnallarda adı olub özü olmayan şagirdlərin olmasına göz yuman müavinlərə də müəyyən "şərait"lər yaradıb.

Bildirək ki, 248 saylı məktəb uzun müddət ölkə mətbautın gündəmindən düşməyib. Həm keçmiş direktor Əsli Quliyeva həmdə hazırkı direktor Xəyyam Fərəcovla bağlı müxtəlif məlumatlar, şikayətlər dərc olunub. Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
"Azərbaycanda "Ədalət" yalnız adam adıdır".
Bu cümləni narazı xalqın dilində "sifarişlə hökm çıxaran" ədalətsiz hakimlər formalaşdırıb.

Elin gözü tərəzidir.

Dünyada heyvan öldürənlərə belə bir neçə il, hətta bəzən ömürlük həbs cəzası verildiyi bir zamanda, Azərbaycanda sərxoş vəziyyətdə 4 nəfər adamın ölümünə səbəb olan biznesmen kürəkəni cəmi iki illik həbsdən sonra məhkəmə qərarı ilə azadlığa çıxır.

Bu isə o, deməkdir ki, Azərbaycanda "əl çirki", "kağız parçası" dediyimiz əskinaslar çooox şeylərə qadirdir.

Təsəvvür edin, 2021-ci ilin iyun ayında “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobil Murad Ziyadov adlı şəxsin idarə etdiyi “Daeewo Damas” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və onun sərnişinləri – Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

"DogruXeber.az" qeyd edir ki, yayılan xəbərlərdə güya sonradan ölən şəxslərin hüquqi varislərinin E.Kəlbəliyevlə barışdığı bildirilir.

Beləliklə, E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilir. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirir. Qərara əsasən o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli idi. Lakin, 2023-cü ilin iyul ayında yayılan xəbərlərdə Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirildiyi və "şanslı kürəkən"in cəzasının 5 ilə qədər endirildiyi qeyd olunur.

Deməli, hakim Fərid Əyyubovun sədrlik etdiyi hakim heyəti Elşad Kəlbəliyevin hadisə zamanı sərxoş olmadığı qənaətinə gəliblər.

Ardından isə Elşad Kəlbəliyev "İslah əmək düşərgəsi"ndə təcili keçirilən məhkəmənin qərarı ilə "həbs müddətindəki nümunəvi davranışına görə" cəzasının qalan hissəsindən azad edilir.



Bir sözlə, "Möcüzələr yaradan" Azərbaycan məhkəməsi, "qanun və ədalətə savaşda qalib gələrək", "bəxtəvər kürəkən", eyni zamanda "Əlincə" Futbol klubunun prezidenti Elşad Kəlbəliyevi "sudan quru çıxarmağa" nail olur.

Kürəkəndən cəmi bir neçə gün sonra qaynana Gülnar Əsəd qızı Hüseynovanın idarə etdiyi 90-HN-009 dövlət nişanlı "Mersedes Galandwagen" markalı avtomobillə "duz gölü"nün yaxınlığında törətdiyi, 3 avtomobilin ("Nissan ", "Mercedes" və "VAZ-2106") və 3 nəfər şəxsin ağır xəsarətləri ilə nəticələnən qəza hadisəsi isə elə oradaca ört-basdır edilir.

Bu "nailiyyətlərin" əsas səbəbkarı isə hacı Məhərrəm Novruzovdur.

Qeyd edək ki, bu milyonçu hacının adı, zaman-zaman vətəndaşlarla qalmaqalları, hətta, pandemiya dövründə bəzi ailələrin dolanışığına müdaxilə etdiyi, bundan bezən vətəndaşın onun evinin qarşısında intihara cəhd etdiyi və sair kimi sensasion məlumatlarla media gündəmində ön sıralarda olub.

Novxanıda dəniz sahilində sahibi olduğu "My Beach" otel və çimərliyinin "əl yandıran qiymətləri" də hər zaman əhali arasında narazılığa səbəb olur.

Amma, reallıq bunu göstərir ki, bu qədər hadisələrə və narazılıqlara rəğmən "Qurtuluş-93" MTK, "My Beach otel-restoran", "Bağçalı evlər" şirkəti, Şabran rayonundakı hektarlarla tərəvəz sahələrinə sahib olmağın "avantajı" Məhərrəm Novruzovun özü və yaxınları üçün "gülləbatmaz duası"ndan da güclüdür.

Hətta, o, qədər güclüdür ki, ədaləti bərpa etməli olan Azərbaycan məhkəməsinin "dilini-ağzını bağlamağa" da qadirdir.

Yazıda adı hallanan şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb.
Yeniavaz.com xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verib.
Bu gün – 14.05.2024-cü il tarixi olduğu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti barədə məlumatların Reyesterə daxil edilmə tarixini 19.05.2024-cü il olaraq qeyd edib.
Ardını oxu...
Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
 
Ardını oxu...
“Dünən atamı Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına müayinədən keçirməyə apardım. Atam 3 dəfə infarkt keçirib, şəkəri var. Mən də istədim ki, ürəyini aparata saldırıb, problemini bilim. Aşağı mərtəbədə mühafizə xidməti bizə dedi ki, elektron növbə götürün. Biz də elektron növbə götürdük. Gördük ki, burada elektron növbəni heç saya sayan yoxdur. Biri tanışını gətirib növbəsiz içəri salır, biri növbəsiz gəlib keçir. Halbuki gələnlər bizdən sonra idilər.d Yalandan a deyirlər ki, əməliyyata gedir. Mən öz gözlərimlə görürəm ki, həmin xəstə dedikləri adam normaldır, sağlamdır. Hətta bir neçə insan da etirazını bildirdi ki, biz növbə gözləyə-gözləyə niyə onları içəri buraxırsız? Bu etirazımı orada da bildirdim. Dedilər ki, biz baxa bilmərik, bilmirik. Mühafizə xidmətini çağırıram, o da deyir ki, mən baxmıram. Orada dərəbəylikdir. Növbədən əlavə həkimlər öz tanışlarını növbəsiz içəri salır”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Ayşən Babayeva deyib. O daha sonra əlavə edib.

“Biz həkimə etirazımızı bildirəndə kənardan başqa bir həkim üstümüzə səsini qaldırıb elə qışqırdı ki.. Üstəlik də əl-qol hərəkətləri ilə üstümüzə gəldi. Bütün bu görüntülər kameralara da düşüb. O xəstəxanaya sağ getsən ölü çıxacaqsan. Atam xəstə adamdır, necə əsəbləşdisə dərmandan istifadə etdi. Əgər canlı növbədirsə, bəs elektron növbə nəyə lazımdır? Özü də elektron növbəyə düşmək üçün sən gərək səhər saat 8-dən gedib xəstəxanada yer tutasan. Adamları 10-10 içəri buraxırlar. Sonra da deyirlər ki, canlı növbədir. Başqa yerdə çeksiz, növbəsiz gedib dursaq bizi qəbul etməzlər” deyə o bildirib.

Moderator.az 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Acil şöbəsinin tibb bacısı bildirib ki, xəstəxanada canlı növbə mövcuddur.

“Biz bilirik ki, canlı növbədir. Camaat gəlib canlı növbədən keçir, elektron yox. Başqa heç bir məlumat verə bilmərəm” deyə o bildirib.
Buradan belə bir sual ortaya çıxır ki, əgər canlı növbədirsə, niyə bəs xəstəxanadakı insanları elektron növbə götürməyə məcbur edirlər.

QEYD: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu....
Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində deputat Əsabil Qasımova məxsus “İnvest M. Construction” MMC tikinti şirkəti 16 ağacı məhv edib.

Tribunainfo.az xəbər verir ki, hal-hazırda polislər həmin ərazidə araşdırma aparır.

Qeyd edək ki, “İnvest M. Construction” MMC tikinti şirkəti ötən il də Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulmasından məhkəməyə şikayət etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Hakimiyyət gənc kadrları vəzifələrə gətirəndə böyük ümid bəslənirdi ki, idarəetmədə effektiv nəticələr əldə olunacaq. Prezident İlham Əliyevin də, xalqın da gözləntiləri mobil, çevik idarəetmə sistemi qurmaq, reputasiyası şəffaf kadrları irəli çəkmək, əhali ilə işləməyi bacaran, yeniliklər gətirə bilən gənclərə şans verməklə köhnə əyyamlara son qoymaq idi. Hətta belə proqnozlar səslənirdi ki, gənc kadrlar keçmiş talançı, korrupsiyaya bulaşmış məmurlara oxşamayacaqlar, vətəndaşların müraciətlərinə açıq olacaqlar. Amma kadr dəyişikliklərinin heç də hamısı etimadı doğrultmadı.
Dövlət başçısı da onları qəbul edərkən bildirmişdi ki, sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız. Lakin məlum olur ki, ayrı-ayrı gənc məmurlar Prezidentin gözləntilərini tam doğrultmurlar. Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s…
Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi.
İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.
Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

cumhuriyyet.net
 

Dünyapress TV

Xəbər lenti