Ardını oxu...
Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi ötən gün “Facebook” səhifəsində Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə bağlı müzakirələrə səbəb ola biləcək ilginc məlumatlar paylaşıb. Paylaşımda rayon Xəstəxanasının direktor Tamara Nurəliyeva özbaşına əməllərindən bəhs edilir. https://www.facebook.com/srmxphsh/?locale=az_AZ
Qeyd edək ki, bu məlumatlar saytda yayıldıqdan sonra son bir neçə gündürki, Aktualinfo.org redaksiyasına müxtəlif mətbuat orqanlarının nümayəndələrindən və digər şəxslərdən zənglər gəlir. Zəng edənlər bu məlumatları haradan əldə etdiyimizi maraqlanır, yuxarıda təqdim etdiyimiz lingdə – Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində – belə məlumatın olmadığını bildirirlər. Yayılmış bu məlumatlardan narahat olanlara bir daha xatırlatmaq istərdik ki, məlumat Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində mayın 3-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyev 60 yaşı bitən və 65 yaşı bitdiyi üçün əmək müqaviləsinə xitam verilən tibb işçilərini təbrik etməsi ilə bağlı paylaşımın şərh bölməsindən götürmüşdük. Məqalə geniş ictimaiyyət arasında yayıldıqdan və redaksiyaya olunan zənglərdən sonra qeyd etdiyimiz şərh bölməsində bu məlumatın silindiyini gördük. Araşdırma apardıqda məlum oldu ki, Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi bu məlumatları hələ aprelin 4-də “Facebook”da, Zaqatala Media, Zaqatala Meydanı səhifələrində də paylaşıb. Bu da sözügedən paylaşımların linki: https://www.facebook.com/search/top?q=zaqatala%20meydan%C4%B1&locale=he_IL
Çox maraqlıdır ki,bizə zəng edənlərə bu məlumatların “Facebook”da, Zaqatala Media səhifəsində hazırda qaldığını bildirdikdən sonra gördük ki, məlumatlar artıq oradan da silinib. Yaxşı ki, vaxtında skrinşot edərək yaddaşda saxlamışdıq.
Ardını oxu...Ardını oxu...
Aktualinfo.org sözügedən paylaşımı müəyyən redaktələrlə, amma məzmununu olduğu kimi saxlamaq şərti ilə bir daha diqqətinizə çatdırır.
“Zaqatala rayon Mərkəzi Xəstəxanası demək istərdim, amma xəstəxana deyil, başqa bir yerdə çevrilib. Rüşvətxorluq bazar və xaos… Xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, Prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib. Bele olduqda Tamara xanım başladı xəstəxandan pul yiğmaga. Yəni söhbəti bağlamaq üçün 250 min manat pul yiğmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu özlərinə evlər şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şobəyə müəyyən məbləğlərin yiğlması üçün tapşırıqlar verib.
Yəni bu 250 min manat pulu yiğmaq üçün bütün xəstəxananı ayağa qaldırıb. Cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın mən satdım sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yiğmalıdı ?
TƏBİB nə vaxta kimi göz yumacaq bunlara.
Direktor Tamara Nuraliyeva artıq o həddə çatıb ki… Cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahiyə korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular.TƏBİB isə yatır fil qulağında.Tamara bura sənin şəxsi obyetin deyil ki, öz çirkin maraqlarınla idarə edəsən. Bura dövlətin balansında olan xəstəxandı millətin haqqına girməyə sənin ixtiyarın yoxdu”.
Qeyd edək ki, sözügedən paylaşıma şərh vermək fikrindən uzağıq. Lakin sosial şəbəkə istifadəçisi tərəfindən yayılan bu ittihamlarin araşdırılmasına ciddi ehtiyac olduğunu düşünürük. Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva 250 min manatı nə üçün toplamaq istəyirmiş? İddia olunan məbləğ toplanıbmı? Sözügedən pullar nə üçün və kimə verilməli imiş? Təbii ki, bu kimi qaranlıq suallara aydınlıq gətirmək aidiyyatı qurumların, hüquq mühafizə orqanların səlahiyyətləri daxilindədir. Amma…
Aktualinfo.org Zaqatala rayon Mərkəzi Xəstəxanasında satınalmalar zamanı yol verilən bir sıra ciddi nöqsanlarla bağlı araşdırma aparır. Xəstəxanada “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilən tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsi, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsi, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi kimi hallara yol verilir. Bunula bağlı Mərkəzi Xəstəxananın Satınalma Komissiyasına sorğu məktubu ünvanlamışıq. Məktuba veriləcək cavabdan asılı olmayaraq yaxın günlərdə redaksiya araşdırmanı geniş ictimaiyyətə açıqlayacaq.
Aktualinfo.org
P.S. Redaksiyamıza olunan çoxsaylı zənglərdən belə çıxır ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında bu məlumatların yayılmasından narahat olanlar var. Amma maraqlıdır ki, bir nəfər də zəng edib bu məlumatların yalan olduğunu, həqiqəti əks etdirmədiyini söyləmədi.
 
Ardını oxu...
Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Aktualinfo.org hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08 manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51 manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77” MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da onun vasitəsi ilə büdcə vəsaitlərini talamaqda.
 

Ardını oxu...

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlmat yayıb.
Məlumata görə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ardını oxu...
Göyçayda baş verən sel hadisəsi kəndlərə təkcə su yox, həm də zibil daşıyıb. Rayonun məişət tullantıları kəndlərin yaxınlığındakı dağların arasında qalan dərəyə toplanır. Bu dağlar kəndlilərin örüş yeri, dərədən axan suya qarışan arxlar isə onların yeganə içməli su mənbəyidir.

Zibil poliqonundan 3 kənd – Qarabaqqal, Bığır və Hacalıkənd əhalisi əziyyət çəkir. Kəndlilər deyir ki, sanki dövlət bu yerlərdə insan yaşadığını unudub.

Kəndlilər on illərdir sərasər dövlət qurumlarını gəzir, şəraitlərini danışır. Lakin nə paytaxtdan xoş bir xəbər gəlib, nə də dəyişən yerli məmurlar vəziyyəti düzəldib.

2018-2022-ci illər üzrə Dövlət Proqramına bərk məişət tullantılarının idarə edilməsi üzrə obyektlərin tikintisi də daxil edilib. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı suallarımızı cavablandırmayıb, bizi yerli quruma yönləndirib.

Göyçay Rayon Icra Hakimiyyətindən bildirilib ki, rayonda məişət tullantılarını emal edən müəssisə yoxdur. Bu səbəbdən, zibil dağlıq ərazidə toplanır, üstü ya torpaqla basdırılır, ya da təbii çürümə yolu ilə məhv edilir. Müəssisənin tikintisi üçün Nazirlər Kabineti sərəncam verməlidir.

Dövlət qurumları məsuliyyəti bir-birinin üzərindən atarkən, kəndlilər bir günü də çirkli və qoxulu su ilə başa vurur.

Meydan TV


Ardını oxu...
Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Aktualinfo.org hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08 manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51 manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77” MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır.

Aktualinfo.org
 
Ardını oxu...
Məhkəməsinin hakimi Maarif Kazımov 30 ildir yaşanılan, çıxarışı olan evin sökülməsi haqqında qərar verir, sonradan ona məlum olur ki, sökülməli olan mücərrəd ev başqa kəndə aiddir...

“TezadlarTV”-nin YouTube üzərindən yayımlanan kanalı yeni bir layihəyə imza atıb. Bildiyiniz kimi, qəzetimizə, saytımıza və televiziyamıza müxtəlif bölgələrdən çoxsaylı şikayətlər gəlir. Onları araşdırandan sonra qəzetimizdə və ya saytımızda araşdırma yazıları dərc edilir. Lazım olanda, şikayətçini efirə də dəvət edirik. Amma şəhərə nisbətən, uzaq bölgələrdə yaşayan insanların Bakıya gəlib bizim televiziyamızın qonağı olması bir az çətindir. Ona görə də qərara gəldik ki, televiziyamızın səyyar kameraları vasitəsi ilə bizi dəvət edən şikayətçilərin yanına gedək və elə yerindəcə onların qanuni problemini dinləyək. Artıq bu qəbildən bir neçə bölgədən çəkilişlər həyata keçirmişik və problemlər qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Beləliklə, bununla da şikayətçilərin bölgədən paytaxta gələrək idarə və ya müəssisələri gəzməsinə, nazirliklərdəkiləri, eləcə də Prezident Administrasiyasındakıları narahat etməyinə əsas və zərurət qalmır.

Növbəti belə çəkiliş mayın 10-da Gədəbəy də oldu. Azərbaycanın bu dilbər guşəsindən, daha doğrusu, rayonun Əlinağlar kəndindən olan Niyazi Məmmədov əvvəlcə redaksiyamızda olmuşdu, sonra razılaşdıq ki, qanuni sənədlərini hazırlasın ki, yerində çəkiliş aparanda şikayətin məzmununun əsaslılığı problem yaratmasın. Bu günlərdə isə zəng edərək, onun mövcud problemini televiziya vasitəsilə aidiyyəti qurumların diqqətinə çatdırmağımız üçün bizi rayona dəvət etdi. Dəvəti qəbul edib, mayın 10-da Gədəbəy rayonunun Əlinağlar kəndinə yola düşdüm. Düzünü deyim ki, ilk dəfədir Gədəbəy rayonunda, xüsusilə belə səfalı bir kənddə olurdum.

***

Niyazi Məmmədovun evinin qarşısından Şəmkir çayı axır, ətraf isə uca meşəli dağlarla əhatə olunub. Olduqca gözəl bir mənzərə idi. Amma belə gözəl mənzərədə Niyazi Məmmədova bəzi işbazlar yaşamağa imkan vermirlər. Belə ki, hazırkı evdə N.Məmmədov ailəsi ilə birlikdə düz 30 ildir yaşayır. Amma Oqtay Əliyev adlı sahibkar iddia edir ki, bu ərazilər ona məxsusdur və Niyazi Məmmədov ərazidən köçməlidir. Hara? Bax bu sual olaraq qalır.

Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi!

Məlumat üçün bildirim ki, Oqtay Əliyev Gədəbəyin Bilan kəndindəndir. Şəmkir çayının iki dağın arasından keçən hissəsində restoran tikib. Olsun! Amma o bu restoranın əhatə dairəsini və gələnlərin istirahətini bir az da genişləndirmək üçün ətrafdakı tikililəri sökdürmək qərarına gəlib. Ona görə də Niyazi Məmmədovun evinin sökülməsi üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Maraqıdır ki, hakim Maarif Kazımov 30 illik, özü də tam qanuni əsaslarla sənədi və çıxarışı olan evin sökülməsi haqqında qərar verib. Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi! Və 3 gündən sonra hakim M.Kazımov verdiyi qərarı dərhal dəyişərək, Əlinağılar kəndində, özü də hansısa adı bəlli olmayan bir yarımçıq tikilinin sökülməsi haqqında qərar verir. Yəqin ki, bunu izah etməyə ehtiyac yoxdur ki, Rayon məhkəməsinin qərarını yalnız Apellyasiya Məhkəməsi dəyişə bilər. Amma Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov Gəncə Apellyasiya Məhkəməsinin funksiyasını mənimsəyərək, bu gün verdiyi qərarı 3 gündən sonra da dəyişdirir. İcraçılar hadisə yerinə gələndə isə məlum olur ki, burada ümumiyyətlə, sökülməli olan yarımçıq tikili də yoxdur. Təsəvvür edin, hakim sökülməsinə qərar verdiyi evin ünvanını belə bilmir. Əslində isə M.Kazımov N.Məmmədovun 30 il yaşadığı evin sökülməsini nəzərdə tutub. Amma və lakin...

Gəlin görək bu barədə şikayətçi Niyazi Məmmədov nə deyir?

- Hakim Maarif Kazımova, Füzuli Mirzəquliyevə və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradova Allah heç kimin işini salmasın. Bunların əlində imkan olsa, Günəş planeti haqqında qərar çıxardarlar ki, niyə bizi isidir? Ancaq bunların hamısı qanunu bilməməkdən irəli gəlmir. Sadəcə, belə qərarlar maddi marağa bağlıdır. Hakim Maarif Kazımov mənimlə söhbətində açıqca bildirdi ki, “...mən Oqtay Əliyevdən müəyyən hesab almışam. Həmin hesabı mənə qaytar, qərarı sənin xeyrinə verim”. Görün bu ədalət təmsilçisi olan bir insana yaraşarmı? Bu adam hakimdir, yoxsa bazarkom? Sonradan öyrənirəm ki, Oqtay Əliyev mənim evimin sökülməsi üçün Maarif Kazımovla “danışıb” və... Görəsən, yeni ədliyyə naziri Fərid Əhmədovun bundan xəbəri varmı? Belə hakimlər hüquq və ədalət, həmçinin dövlətimiz adına ləkə deyilmi? Soruşanda ki, Maarif müəllim, sən əvvəl qərarı Bilan kəndindəki tikiliyə vermisən, sonra isə qərarı dəyişdirib Əlinağılar kəndinin ərazisinə vermisən, özü də əvvəl evə, indi yarımçıq tikiliyə. Yerini göstərə bilərsənmi o tikilinin? Soruşuram ki, niyə belə etmisən? Cavab verir ki, yəqin qərar verəndən sonra torpaq sürüşməsi olub... Deyirəm ki, ay Maarif müəllim, torpaq 1 metr, 5 metr, 10 metr, 50 metr sürüşər, daha 2 km. yox dəəə. Amma bu sözlərin Maarif Kazımova heç bir dəxli yoxdur. Bax belə qanunsuz qərarlara görə 2 ildir mən məhkəmələrdə qalmışam. Ailəmiz 2 ildir səksəkə içində yaşayır. Çünki Maarif Kazımovun, Füzuli Mirzəquliyevin və Rəhman Muradovun qanunsuz çıxardıqları qərarlarına görə mən 2 ildir zülm çəkirəm. Ona görə sizi dəvət eləmişəm ki, mənim müraciətimi canlı olaraq çəkib hörmətli Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Respublikanın Baş Prokuroru cənab Kamran Əliyevin və yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədovun diqqətinə çatdırasınız...

***

Göründüyü kimi, Niyazi Məmmədov bəzi hakimlərin maddi marağının qurbanına çevrilərək, əzaba düçar olub. Niyazi Məmmədovdan götürdüyümüz geniş video müsahibə hazırda yayıma hazırlıq prosesindədir. Sadəcə, aidiyyəti qurumlarla bəzi sənədlərin dəqiqləşməsini aparırıq... Tezliklə həmin video müsahibə YouTube kanalımız olan ttv.az (tezadlarTV) televiziyasının efirində olacaq. İnanırıq ki, hansısa maraqları naminə vətəndaşın 30 il yaşadığı qanuni evinin sökülməsinə qərar verən Gədəbəy Rayon Məhkəməsinin hakimləri Maarif Kazımov, Füzuli Mirzəquliyev və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradov hakim olaraq Azərbaycan Dövlətinin adından çıxardıqları qərarların fərqində olmalıdırlar. Məhz belə hakimlərin elə qərarlarının hesabına Azərbaycan dövləti bəzən Avropa Məhkəməsinin sanksiyaları ilə üz-üzə qalır.

Və inanırıq ki, bu hakimlər ciddi şəkildə cəzalanacaqlar. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç bir razılığı olmadan meşə zolağında fəaliyyət göstərən restorana, həmçinin qanunsuz olaraq Şəmkir çayının üstündə “besetka”lar tikdirdiyinə görə sahibkar Oqtay Əliyev də sorğu-sual ediləcək.

Bundan əlavə, biz hələ həmin restorana, mühafizə otağına gedən işıq xətlərinin haradan qidalanmasını demirik, şikayətçi olduqca digər ciddi faktları da sübut kimi təqdim edib. Buna aid isə “Azərişıq” rəhbərliyinin müdaxiləsinə ehtiyac var. Hansı ki, həmin işıq xətti üzərində çoxsaylı müşahidə kameraları da quraşdırılıb. Gecələr bərq vuran işıqlar da məhz bu xəttdən qidalanır. Bunları da bizə Niyazi Məmmədov həm söylədi, həm də konkret olaraq göstərdi. Görünür Gədəbəy rayonu gözdən, könüldən bir az uzaq olduğu üçün, burada kim nə istəyir, onu da edir. Bütün bu qanunsuzluqlara isə son vermək lazımdır və vacibdir ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar. Bunun da çox sadə bir yolu var: hər kəs qanunlara güvənməli, şəxsi maraqlar naminə başqasına süni problemlər yaşatmamalıdır! Noolub, dünyanın axırıdırmı?!

Yazıda adı çəkilən qurum rəsmilərinin və hakimlərin, o cümlədən sahibkar Oqtay Əliyevin də qanuni əsaslı mövqeyini dinləyib, dərc etməyə hazırıq.

tezadlar.az
 

Ardını oxu...
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Amma cənab Hacıyev rektor kimi özünün diplomla təsdiq olunan ixtisasını, yəni yeyinti i.ini uğurla həyata keçirir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, Akademiyadakı Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verbu adam yeməkxanasının təmir edilməsi üçün 3 dəfə ard-arda pulun ayrırıb və balaca bir yeməkxananın təmiri üçün 340 min manat sərf edilib.

Digər müəmmalı məqam Akademiyada təhsil alan tələbənin adına külli miqdarda vergi borcu gəlməsidir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, rektor gömrük komitəsindən dostluğu olan ATEF-in direktoru Talıb Əlixanbəyovla birgə qanunsuz mis alverinə qoşulub. Nəticədə akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib. İndi isə yeyinti mütəxəssisi olan rektor tam gül vurub. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası “Novruz bayramı” tədbirini təşkil üçün tender keçirib və “RR Travel Company” MMC-yə bu məqsədlə 13 min 983 manat ödənilib. Ən gülməlisi isə budur ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır. Bəlkə rektor Novruz yerinə Pasxa bayramını qeyd edir?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir. Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model “Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı “Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.
Ardını oxu...
Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən

MÜRACİƏT

Biz Göyçay rayon Cəyirli kənd sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Belə ki, Cəyirli kəndi Göyçay çayının kənarında yerləşir.Kənd əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb.
Bir neçə gündür intensiv yağan leysan yağışlara görə Göyçay çayında su çoxalaraq məcrasından çıxıb ətrafda olan sakinlərə məxsus meyvə bağlarını uçurur.Uçqunlar günü- gündən çoxalaraq evlərə yaxınlaşır.Buna görə kənd əhalisnin həyatları ciddi təhlükə qarşısındadır.Təcili tədbirlər görülməsə əhali ağır faciələrə məruz qalacaqlar.Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə və Suvarma Sistemləri idarəsinə dəfələrlə müraciətlər edilsədə heç bir tədbir görmək istəmirlər.Zərurət var ki, çayın Cəyirli ərazisindən keçən hissəsi betonla bəndlənsin.

Cəyirli kənd sakinlərinin əsas məşğuliyyəti bağçılıdr.Başqa iş yerimiz yoxdur ki, gedib işləyib ailəmizi dolandıra bilək.Üç gün intensiv yağan leysan yağışlar nəticəsində çayın məcrası genişlənərək hekratlarla bağ sahələrini yuyub aparmışdır.Ən böyük təhlükə isə Göyçay çayının məcrası genişəlnərək kəndin suvarma arxına yaxınlaşır.Əgər qarşısı təcili alınmasa suvarma arxənı uçurdacaq və nəticədə 700-800 təsərrüfat susuz qalacaq ki, buda lap ağır faciələrə səbəb olacaq.
Cənab Prezident Sizdən xahiş edirik tez bir zamanda komissiya yaradılıb Göyçay rayonuna ezam olunub yerində araşdırma aparıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Abışov Natiq Məzahir oğlu
Əlaqə tel; (050) 727-17-99

Feyzullayev Rahim Zülfü oğlu
Əlaqə tel; (050) 565-16-65

Məmmədov Zabit Hüseyn oğlu
Nəsirov Elnur Xeyrəddin oğlu
Abışov Şahsən Agasən oğlu
Beydullayev Qamət Qiyas oğlu
TEREF
 
Ardını oxu...
Son zamanlar Azərbaycanda plastik, estetik cərrahiyə əməliyyatı ilə məşğul olan həkimlərin sayı sürətlə artıb.

Plastik cərrahiyə dedikdə ilk vaxtlar estetik əməliyyat deyəndə, daha çox rinoplastika - burun əməliyyatları ağıla gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Bədən şəkilləndirmə əməliyyatı – bədən konturları estetikasının bərpasına yönəlmiş plastik cərrahiyyə əməliyyatları da Azərbaycanda çox genişlənib.

Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdə bu əməliyyatları həyata keçirən həkimlərin bir hissəsinin Səhiyyə Nazirliyindən lisenziyaları yoxdur.
Günü-gündən artan plastik, estetik cərrahların bir çoxlarının qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə ölkə mətbuatında məlumatlar dərc edilir. Səhiyyə nazirliyi tərəfindən lisenziyasız fəaliyyət göstərən cərrahlara hər il xəbərdarlıqlar edilir.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə lisenziyasız plastik-estetik cərrahiyə əməliyyatı ilə məşğul cərrahlardan biri də Səlim Rəhimovdur.Müxtəlif özəl klinikalarda plastik-estetik cərrahaiyyə əməliyyatı ilə məşğul olan Səlim Rəhimovun rəsmi lisenziyasının olmadığı iddia edilir.

Bildirək ki, bir neçə ay öncə Rusiyadan Azərbaycana gələrək ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Yeketerina adlı qadın plastik- cərrah Səlim Rəhimovla bağlı prokurorluğa şikayət etdi. Yeketerina bildirib ki, onun əməliyyatını yaxşı etməyən plastik- cərrah Səlim Rəhimov Rauf oğlu əvvəl Rusiyada yaşayırdı: "O, məni əməliyyat etdi. Əməliyyatım 8 saat çəkdi. 13 saat narkozda qalandan sonra ayılmışam. 10 aydır ki, əməliyyat olunmuşam. Ancaq əməliyyatdan sonra problemlərim yaranıb. Hazırda Səlim Rəhimov problemləri olduğu üçün Rusiyadan Azərbaycana qaçıb. Mən Azərbaycana gəlmişəm ki, ondan hüquq mühafizə orqanlarına şikayət edim".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 65-3.1-ci maddəsinə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.

Xatırladaq ki, ötən həftə Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən birgə aparılan araşdırmada qanunsuz estetik cərrahiyyə ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

        
Ardını oxu...
“O boyda selin gətirdiyi tullantıları sizcə, hansı torpağa basdırmaq olar? Axı sabah o torpağı qazıb ağac əkəcəksən. Sabah o torpağı sel yuyub aparacaq və çürüməyən plastik tullantılar yenə çayla axıb hansısa gölə, gölməçəyə töküləcək. Suyun üzərində, yaxud altında yığışıb qalacaq və təbiəti məhv edəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekoloq Ənvər Əliyev ötən gün sosial şəbəkələrdə Göyçayda tullantıların sel suları ilə qarışaraq yaratdığı acınacaqlı görüntünü şərh edərkən deyib.

Ənvər Əliyev bildirib ki, bu, ilk belə hal deyil: “Belə mənzərənin çox şahidi olmuşam. Bakıdan Balakənə qədər yerləşən ictimai iaşə müəssisələrinin tullantı yeri çay yataqlarıdır – bu, birmənalı belədir. Balaca şəhər tipli qəsəbələr, eləcə də bəzi şəhərlərdə zibil yeşikləri yoxdur, necə biabırçı durumdur, təsəvvür edin. Çay yatağında toplanan tullantılar sel zamanı axınla qarışıb belə görüntülər yaradır. Göyçaydakı videoda daha çox plastik su qabları, selofanlar diqqətimi çəkdi. Onlar da min illərlə çürüməyən, torpağa qarışmayan vasitələrdir. Çox güclü yağış olanda torpağı da yuyub bu cür tullantıları üzə çıxara və yenidən belə mənzələrin şahidi ola bilərik.

Bu məsələdə biz Avropa ölkələrinin təcrübəsindən yararlanmalıyıq. Respublikada hər gün milyonlarla plastik butulkalar atılır. Onlardan istifadə etməyən ailə yoxdur. Bu plastik butulkalar, selofanlar ayrıca toplanmalı və yenidən istehsala buraxılmalıdır”.

"İcra Hakimiyyəti hara baxır?!"

Ekoloq bildirib ki, rayonlarda mütləq zibil yeşiklərinin yanında mütləq plastik butulkalar, selofanların yığımı üçün ayrıca yeşiklər qoyulmalıdır. Rayon İcra Hakimiyyəti hara baxır? Eləcə də rayon bələdiyyəsi, Şəhər Təsərrüfatı Birliyi bu işlə məşğul olmalıdır. Bu çətin məsələ deyil. Ən müasir maşınları alıb gətiririk, amma belə vacib məsələ ilə bağlı maraqlanmırlar. Bunları Göyçayın seli yox, vicdan başa salmalıdır. Sual verirəm, kəndçi əlindəki butulkanı hara atsın? Zibili ya torpağa basdırmalıdır, ya da yandırıb atmosferə bolluca zəhəri yaymalıdır. Ona görə bundan sonra bu məsələyə ən yüksək səviyyədə diqqət ayrılmalıdır”.

Məsələnin təfərrüatlarını araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov hazırda məzuniyyətdə olduğunu bildirdi:

“May ayının 1-dən məzuniyyətdəyəm. Üstəlik rayonda olmadığıma görə bu məsələ ilə bağlı məlumatım yoxdur. Siz Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahovla əlaqə saxlayın, ondan ətraflı məlumat ala bilərsiniz”.

Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisi Murtuz Salahov saytımıza açıqlamasında bildirib ki, Göyçay Rayonunun İcra Başçısının 2011-ci ilin 8 iyun tarixli 51 saylı Sərəncamına əsasən Göyçay Şəhər Təsərrüfat Birliyinin təmirli sahəsinə Qarabaqqal kənd inzibati ərazindən Bakı-Şamaxı yolundan iki kilometr məsafədə dağlıq ərazidə zibil üçün poliqon istifadəsinə ərazi ayrılıb.

“Poliqonun dörd tərəfini xəndəkləmişik. Hər gün də ora 90-100 kub metr zibil boşaldırıq. İdarənin ağır texnikaları yoxdur. Hər ay ağır texnikanı digər təşkilatlardan icarəyə götürüb tullantıları zərərsizləşdirmək üçün müəyyən işlər görürük. Texnikaya olan tələbatımızla bağlı son 6 ayda iki dəfə Rayon İcra Hakimiyyətinə, onlar da öz növbəsində Nazirlər Kabinetinə məktubla müraciət ediblər.
Ardını oxu...
Mayın 13-də axşam saatlarında dolu yağışları yağdı. Dərələrin sel suları poliqona dolub və məişət tullantılarını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində töküb. Biz həmin ərazidə təmizləmə işlərini həyata keçiririk, həmin tullantılar 12, 13 böyük həcmli kamazlara yüklənib poliqona daşınıb. Bu iş davam etdirilir. Amma təxminən 50-60 hektara yaxın ərazi mövcuddur ki, orda təmizləmə işlərinə başlaya bilmirik. Çünki sel ora tullantıları dağın şirəli və lil torpağı ilə birlikdə gətirib. Ona görə mövcud ərazidə texnika iş görə bilmir. Hava şəraiti düzələn kimi oranı da təmizləyəcəyik.

Bu, təbii fəlakətdir. Bu, bilərəkdən yaxud hansısa səhlənkarlıqdan baş verməyib. Neçə illərdir ki, o poliqondan istifadə olunub, amma birinci dəfədir ki, belə güclü yağış yağıb və onun da nəticəsində sel suları tullantıları ərazidən çıxarıb ətrafa yayıb”.

“Daimi orda təmizləmə işləri aparılsaydı, nəticəsi belə ağır olmazdı. Belə başa düşülür ki, indiki durumda bütün hallarda siz poliqondakı tullantıları tam təmizləyə bilmirsiniz. Bununla bağlı alternativ yollar axtarışındasınızmı?” sualımıza Göyçay Şəhər Təsərrüfat Birliyinin rəisinin cavabı belə oldu:

“Əgər mən desəm ki o ərazini 100 faiz təmizləyib qurtara bilirik, yalan olar. 20 hektara yaxın ərazidir, hər gün ora ən azından 100 kub məişət tullantısı daşınır. Texnika özümüzün olsaydı daimi orda işləyərdi və günlük də tullantılar zərərsizləşdirilərdi. Biz kimdənsə xahiş edib icarəyə götürüb xərclərini çəkib işlədirik. Ayda da onu bizə 5-7 gün ərzində verirlər. Biz maksimum çalışırıq ki, belə hallar olmasın, bundan sonra alternativ yollardan istifadə edib qabaqlayıcı tədbirlər görəcəyik”

Tullantılar necə zərərsizləşdirilir?

Murtuz Salahov bildirib ki, məişət tullantılarını zərərsizləşmək üçün yalnız bir iş prinsipi mövcuddur:

“Yandırmağa Ekologiya Nazirliyi icazə vermir. Buna görə bizi cərimələyərlər. Basdırıb üstünü örtürük”.

Niyə ərazidə tullantıları emal edən müəssisəsi yoxdur?

“O, bizim səlahiyyətimizdə deyil. Amma bu məsələ ilə bağlı Yaponiya səfirliyi ilə söhbətlər aparmışıq, təkliflərimizi vermişik, maraqlanıblar, sadəcə hələki real nəticə yoxdur”.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti