Ardını oxu...
Naftalan bələdiyyəsinin sədrinin adı korrupsiyada hallanır.

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

AzFakt.com xəbər verir ki, bu barədə bir neçə gün öncə ölkə məbuatı məlumat yayıb.

Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.

Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Naftalan şəhər bələdiyyəsinin sədri Elman Verdiyevdir.

Qeyd edək ki, Elman Verdiyev hazırda da Naftalan Şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışır.

Onun nə qədər büdcə vəsaitini mənimsəməsi barədə Maliyyə Monitorinqi Mərkəzinin məlumatında açıqlanmır.

Onu da qeyd edək ki, Elman Verdiyev Naftalan şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzovun kadrlarındandır.

Vüqar Novruzov 2019-cu ildən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
 
Ardını oxu...
Aktualinfo.org ötən həftə Gədəbəy rayon İçra Hakimiyyəti və İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin rayonda yaşıllaşdırma, yolların əsaslı təmiri işlərinin satınalması ilə bağlı keçirilmiş tenderlərlə barədə araşdırma yazı yaymışdı. Sözügedən yazıdan sonra redaksiyamıza Gədəbəy şəhərində aparılan abadlıq işləri ilə bağlı yeni məlumatlar daxil oldu. Yazıda adı hallanan “RASH.M.M.TRADE AND SERVICES-2020” və “İS.M.M.” şirkətləri ilə bağlı deyil, ( bu şirkətlərlə bağlı araşdırmalarımız davam edir və mövzuya bir daha qayıdacağıq-red. ) başqa şirkətlərlə bağlıdır.

Öncə Gədəbəy rayon İçra Hakimiyyətinin ötən il geçirdiyi bəzi satınalmaları diqqətinizə çatdırmaq istərdik.

Gədəbəy rayon İçra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması üzrə 26.10.2023-cü ildə “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağladını dərc edib. Müqavilənin dəyəri 588.378,38 manat təşkil edib.

Gədəbəy rayon İçra Hakimiyyəti sözügedən MMC ilə daha bir satınalma müqaviləsi bağladığını da 20.11.2023-cü ildə dərc edib. Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması üzrə bağlanmış bu müqavilənin dəyəri 513.763,66 manat təşkil edib.

İnternet axtarış sistemləri üzərindən aaşdırma apardıqda məlum oldu ki, qlobal.az məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyev məsələ ilə bağlı məlumat verməyib. Sayt məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib.Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirib və qeyd ediblər ki, “Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.

Aktualinfo.org-un Gədəbəydəki mənbələrdən əldə etdiyi məlumatlarda isə bildirilir ki, “BİRLİK-23” şirkəti başladığı işi yar-yarımçıq qoyaraq rayonu tərk edb. Yəni Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi dəyəri 1 102 141 manat olan bağladığı müqavilələr icra olunmayıb.

Buradan suallar yaranır. Gədəbəy rayon İcra Hakimiyyəti müqavilə bağladıqda MMC-nin maddi texniki bazasını nə üçün araşdırmayıb? Bəlkə rayon İcra Hakimiyyətinin başçısı bu addımı bilərəkdən atıb. Məlum olduğu kimi Gədəbəy dağlıq rayonudur. Burada qış aylarında təmir abadlıq işləri aparmaq mümkün deyil. Belə olan təqdirdə noyabr ayında Gədəbəy şəhərində abadlıq işinin satınalması təşkil edilməməli idi. Görsənən odur ki, satınalma müqaviləsi həm də başqa məqsədlər üçün bağlanılıb.

Qeyd edək ki, “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308155221) 2023-cü ilin yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev 17/51, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə hazırda Əbdülov Murad Maqsud oğludur.

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti tender müsabiqəsinə başlamazdan 8 ay əvvəl yaradılıb. Səkiz ay əvvəl dövlət qeydiyyatına alınmış, fəaliyyət sferası, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında hç bir məlumat olmayan bir MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb. Bu Gədəbəy rayon İcra Hakimiyyətinin digər satınalmalarda da saxtakarlıq etməsinə əsaslar vermirmi?

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi Dadaşbalayev Zöhrab Kamil oğlu olub. 2023-cü ilin 0ktyabr-noyabra aylarında, yəni Gədəbəy rayon İcra Hakimiyyəti ilə “BİRLİK-23” arasında müqavilə bağlananda MMC-yə Ağamalıyev Vahid Rəşid oğlu rəhbərlik edib. DAha sonra təmsilçilik Əbdülov Murad Maqsud oğluna keçib.

Bəs Gədəbəy rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayanda “BİRLİK-23” MMC-nin rəhbəri olmuş Ağamalıyev Vahid Rəşid oğlu kimdir?

Mediada 28 oktyabr 2022-ci ildə yayılan məlumatlarda bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb. Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikası vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib. Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116000 (yüz on altı min) ədəd göstərilsədə, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib. Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib. Faktla bağlı araşdırmanın aparıldığı da məlumatda yer alır.

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti bir qaçaqmalçının rəhbərlik etdiyi şirkətlə Gədəbəydə abadlşma işləri üzrə bir milyon manatdan çox dəyəri olan iki satınalma müqaviləsi bağlayıb. İşə başlanılıb, nə qədər xərc çəkilib bəlli deyil. Bəlli olan odur ki, Gədəbəy rayon İçra Hakimiyyəti ötən ilin qışında təmir abadlıq adı altında bir milyon manatdan çox dövlət vəsaitini batırıb. Burada məsuliyyət kimin üzərinə düşür, yəqin aidiyyatı qurumlar müəyyən edər.

Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir.

Aktualinfo.org
 
 


 
Ardını oxu...
Abbas Səhhət adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanasında vətəndaşlar həkim tapmaqda çətinlik çəkirlər.
Sosial şəbəkələrdə paylaşılan videodan aydın olur. Əsas nə baş verdiyini isə xətəni müşaiyət edən həmkarımız Vüsal Kəlbəcərli belə nəql edir:
6 avqust 2024-cü il tarixində Tərtər rayonunda baş vermiş qəzada böyük aftobusla Mercedes markalı nəqliyyat toqquşmuş, 5 nəfər, 3 ailə desək daha doğru olar ağır xəsarət almışdır. Aldığı xəsarət nəticəsində Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Xəstələrin vəziyyəti ağır olduğu üçün bir qisim Bərdə şəhər Diqanostika Mərkəzinə, bir qismi də Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya Travmatalogiya şöbəsinə yerləşdirilməli olduğu bildirildi. Xəstəni Gəncə şəhər Abbas Səhhət adına mərkəzi xəstəxanaya apardığımız zaman nasılkaya götürülüb 2-ci mərtəbəyə qaldırılsada nə Acil qismində, nədə xəstəxananın Travmatalogiya şöbəsində bir həkim yox idi. Onuda qeyd edim ki, gələn xəstəni nasılkaya qaldırmağa da heç kəs tapılmırdı. Xəstəxana bir xadiməçinin 2 sanitarkanin ümüdünə qalmışdı. Xəstələr ağır vəziyyətdə 3 saatdan çox nasılkada dəhlizdə qalmış, 2 saatda xəstəni nasılkaya qoyub qaldırmağa adam axtarmışıq. Mən Vüsal Kəlbəcərli hələ heç bir xəstəxanada bu cür bir şey görməmişdim. Xəstəxanada TƏBİB-ə zəng etdiymiz zaman süpürgəçidən soruşur ki, həkim var orda acildə və şöbənin daxilində oda dedi Acildə bəli var. TƏBİB-də bildirdi ki, orda həkimlər var siz yalan məlumat verirsiz . Mən Jurnalistin sözünü dinləmiyib süpürgəçiyə inanc duyulur səbəb nədir? Belə başa düşülür ki ,TƏBİB süpürgəçi birliyidir. Əgər həkim vardısa niyə xəstəyə yaxınlaşmadı?? Otaqların hansındasa yatmışdı yoxsa tiktokda canlı açıb oturmuşdu qarşısında?? Yoxsa evində yatmışdı??? Bu özbaşılanlıq nə deməkdi??? Yoxsa Dövlət Xəstəxanası olduğu üçün xəstələrdən pul almadığı , rüşvət almadığı üçün gəlmirdi?? TƏBİB-lə danışıq zamanı Polis əməkdaşları gələndə belə xəstəxananın boş olduğunu gördülər. Özbaşınalığın qarşısı qanun çərçivəsində alınacaqdır! Heç bir həkim yaxınlaşmadığı üçün yenidən xəstələrimizi Ambulans olmadan şəxsi avtomobillərə qaldırıb Bərdə rayon Diqanostika mərkəzinə çatdırdıq. Çatdırılan kimi bir başa xəstələr müainəyə götürüldü və ilkin tibbi yardım göstərildi . Buranın baş həkimləri Yamən həkim və Vüsal həkimə dərin təşəkkür bildirirəm.
QEYD: Adları çəkilən şəxsləriində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
 

Ardını oxu...

Məlumdur ki, bu dairə seçki komissiyasının tərkibində 38 seçki məntəqəsi var. GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən əldə etdiyi məlumata görə, 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputat "seçilən" Kəmaləddin Qafarovun xeyrinə total saxtakarlıqlara və ciddi qanun pozuntularına yol verilir. Apardığımız bəzi araşdırmalardan məlum olub ki, qeyri-demokratik şəraitdə keçrilən seçkidə "lal deputat"lar siyahısında olan və bu günə kimi “dərman kralı” deyə tanınan Kəmaləddin Qafarov, ötən illər ərzində parlamentdə hansısa problemlə bağlı çıxışlar etmək əvəzinə, seçkilər ərəfəsində "cibinin ağzı"nı açmaqla məşğul olur. Belə ki, bu şəxs namizədliyini irəli sürdüyü dairənin hər məntəqəsinə 1500 manatdan pul paylayıb. Nəzərə alsaq ki, bu dairədə 38 məntəqə var və hər məntəqəyə 1500 manatdan hesablasaq, ümumi məbləğ 57 000 manat pul təşkil edir. Seçki keçrilən gün belə bir məbləğdə rüşvətin verilməsinin qarşılığında böyük seçki pozuntularına və total saxtakarlığa yol verilib. Baş verən seçki pozuntuları ilə bağlı video görüntüləri təqdim edirik:

Gundemxeber.Az

 
 
 
Ardını oxu...
Göyçay rayonu Hacalıkənd kənd sakini Şıxəliyev Şövqi Muxtar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
                                            
"Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi Hacıalıkənd kənd sakini Şıxəliyev Eldar Muxtar oğluna məxsus 2 km aralı məsafədə yerləşən 0,51 ha torpaq sahəsini mənə məxsus torpaq sahəsinin üzərinə sürüşdürərək qanunsuz  elektron kadastr tərtib ediblər. Tam səmimi və düzgün qeyd edirəm ki, bütün bu qanunsuzluqlar rüşvət müqabilində baş verib.Mən özümə məxsus həmin torpaq sahəsini alqı-satqı müqavilısi əsasında 1998-ci il tarixdə vətəbdaşlardan qanunu qaydada alımışm. Həmin torpaq sahəsi mənim adıma reyestrdə rəsmiləşdirilərək çıxarış verilib. Eldar Şəxəliyevə məxsus 0,51 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 1998-ci il tarixdə verilib. Aqrar İslahat Komissiyasının qərarı ilə Eldar Şıxəliyevə verilmiş həmin 0,51 ha torpaq sahəsi mənə məxsus torpaq sahəsi yerləşən həmin ərazidən təxminən 2 km aralı məsafədə yerləşir. Hazırda məndən 2 km aralı məsafədə yerləşən həmin torpaq sahəsini Eldar Şıxəliyev özü əkib -becərir. Eldar Şəxəliyev bir sənəd əsasında iki ərazidə torpaq sahəsi əldə etmək istəyir. Eldar Şıxəliyevin sonradan əldə etdiyi sənədin əsası yoxdur, qanunsuzdur.Elektron bazada edilən bu saxtakarlıq vəzifə cinayətidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi ediblər. Torpaq sahəsini 25 il sonra 2 km məsafədən sürüşdürülərək mənə məxsus mülkiyətimdə olan torpağın üzərinə yerləşdilməsi cinayət hesab olunur. Elektron bazada bu qanunsuzluğu rüşvət müqabilində edənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. 
 
Həmin torpaq sahəsi 1998-ci il tarixdən mənim istifadəmdədir əkib becərib dövlətdən hər il subsidiya alıram. Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi belə bir saxtakarlıqları bir çox vətəndaşlara qarşı etmişdilər.Vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə edərək bu cinayəti törədib, sonrada bunu elektron kadastrda edilən dəyişikliklə əlaqələndirirlər. Buna görə zərurət var ki, şikayət ərziəm 16 saylı Ucar Ərazi İdarəsinin iştirakı olmadan Mərkəzi İdarədən mütəxəsislər cəlb edilməklə yerində obyektiv araşdırıb bu qanunsuzluğu edən vəzifəli şəxslər barədə qanunu tədbirlər görülsün".

 
Ardını oxu...
Belə ki,keçən ilin mart ayında işə götürdüyü işçini bu ilin fevral ayında aldadaraq işdən çıxarmalı oldu. Səbəb isə,özünün dediyinə görə,ona göstərilən göstəriş olub. (Fakt var, sübut var)
Keçən dəfə telefonla əlaqə saxlayıb sual verirəm ki, Elşad müəllim, işçini aldadaraq ərizə yazıb səbəbsiz yerə işdən çıxardın və işçiyə demisən ki,narahat olma yaxın günlərdə yenidən işinə qaytaracam. Mənimlə danışan ərəfədə isə bildirdin ki, Elnur mənlik deyil, mən sadəcə mənə göstərilən göstərişi icra etmişəm. (Fakt var,sübut var)
Mən üzümü tutub Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə cənab nazirimiz Emin Əmrullayevə müraciət edirəm:
Hörmətli Nazir! Mən başa düşmürəm,Təhsil ocağı nə vaxtdan göstəriş ilə fəaliyyətə başlayıb? Belə olan halda Təhsil sistemi məhvə doğru getmirmi? Bu nə biabırçılıqdır?
Elşad Quliyev hələ bir utanmaz-utanmaz keçən dəfə mənə deyir ki,özü könüllü olaraq ərizə yazıb işdən çıxıb. Yalançının ata bə atasına lənət əgər özü könüllü ərizə yazıb işdən çıxıbsa? Kişi olan şəxs bu qədər yalan danışarmı və kiminsə ailəsinin çörəyi ilə oynayarmı?
P.S. Bu günə qədər susdum. Bu saatdan sonra susmayacam. Artıq ölümü belə göz önünə almışam. Bir sözlə,adamı intihar həddinə çatdırıblar. Bəsdirin! Sizin əlinizdən Vətənimizi qoyub harasa köçməliyik? Niyə axı? Niyə Vətənimizi sizə görə tərk etməliyik? Adamı niyə məcbur edirsiz? Nədir günahımız? Millətimizə və Dövlətimizə sadiq olub,canla-başla xidmət etmək?
Budurmu günahımız?
Hörmətli Nazir, Emin Amrullayev ! Elşad Quliyevin aldığı maaş cəmi 560 manatdır. Zəhmət olmasa araşdırılsın görək Elşad müəllimin Qazax, Çinar dibi deyilən ərazidə neçə Obyekti, neçə Evi və neçə bahalı Avtomobili var? 560 manat maaşla bu qədər sərvəti necə əldə edə bilər sizcə? Çox yaxşı olardı ki, Elşad Quliyevin yığdığı bu qədər sərvət Dövlət nəfinə keçirilsin və məncə bir çox Qazaxlılar buna sevinərdi. Bu adamlar kasıb təbəqədən nə istəyirlər? Niyə imkan vermirlər yaşamağa? Niyə diri-diri insana cəhənnəmi yaşadırlar?
SƏBƏB???
Elnur Quliyev
Qeyd: Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
Daş qəlbli insanları neylərdin İLAHİ
TEREF-in poçtuna daxil olan aşağıdakı məktubu oxuyandan sonra dahi şairimiz Sabirin bu misrasına nəzirə olaraq belə dəyişdik:
Daş qəlbli HƏKİMLƏRİ neylərdin İLAHİ
Şikayətçi Buzovna sakini Sadıqova Kəmalə xanımın məktubunun nöqtə vergülünə əl dəymədən oxuculara təqdim edirik. Həqiqətəndə humanizmin carçıları sayılan həkimlərimizin belə qəddarlığı çox təəcüblənduirdi bizi. İnanıram oxucularda oxuduqdan sonra eyni hisslər keçirəcək. Məktubdakı orfoqrafiq səhvlərə görə üzr istəyirik. Kəmalə xanım məktubunda yazır:
"Salam . Mən Sadıqova Kəmalə yazıb sizə bildirirəmki ayın 6 sı Usaq nevralogiya xəstəxanasına iki uşaqımla birlikdə yaxınlaşıb müraciətimi bildirdim.İra gəlməzdən öncə Buzovnada öz palikninkamızdan göndərişlə gəlmişdim .Qızıma şəfa klinikasında eplepsiya diaqnozu qoyulmuşdu.Usaqın öz həkimi usaqın vəziyyəti yaxşı olmadıqı üçün onu uşaq nevralogiyasına müalicə almaq üçün yazdı. Mən xəstə uşaqnan tık başıma taksi ilə gəldim . Əvvəl bilmirəm kim idi bizi qəbul etmədi sonra Solmaz adında həkimi çaqırdı. Bildirdiki bugun gecə dejurbasi odu . Solmaza uşaqın bütün sənədlərini göstərdim uşaq ora gəlməzdən öncədə sudurqa keçirmişdi. Mənə deyirki sənin uşaqın xəstə deyil. İndi bu dəqiqə uşaq sudurqa keçirsə inanaram. Məndə dedimki uşaq xəstədiki həkim yatmaq üçün göndəriş verib saqlam olsa idi niyə bura gətirirdim o isə çox insafsız qəlbində bir damcı belə olsa mərhəmət hiissi olmayan biridi . Nəqər xais etdim uşaq xəstədi bizi birdə yola vurma heç olmasa gecə burda qalaq usaqın başı eqeq olunsun xəstə çıxmasa gedərəm . Amma qulaq asmadı . O qədər pis oldumki aqladım tək gəlmisdim uşaqlar ilə axşam olurdu artıq evə necə gedəcəm düşündüm. Axran var idi orda o dediki mən icazə verərdim qalmaqınıza ama Solma qoymur. Heç olmasa dedim otaq istəmirəm xəstələr gözləyən yerdə oturub gözləyək səhər açılar uşaqlar eqeq olunar xəstə çıxmasa çıxıb gedərəm. Bu necə qayda qanundu düşmənik bir dövlətin övladıyıq o boyda xəstəxanada nolardı bir küncdə oturub gözləyəndə buqədər insafsızlıq olar . Axran dedi inciməyin mənə söz gələr yoxsa icazə verərdim . Amma Solmaz qoymadı mən körpə uşaqlarla xəstəxananın qabaqında qaranlıqda çarəsiz qaldım . Sonra yol keçərkən bir insana rast gəldim yaxınlasıb par yeri soruşdum düşündüm gecəni orda qalaq . Gördü iki uşaq gecə vaxti bizi tək qoymadı yolu keçməyə apardı parka yenə ürəyi dözmədi dedi burda qala bilmırsiz apardı xəstəxanın qabaqına axranı çaqırdı xaiş etdi gecəni qalsınlar burda oda dediki mənnən olsa qoyaram Solmaz icazə vermir . Sonra apardı axran bizi içəri Solmaz çıxıb getmişdi harasa . Orda bir insaflı xanım var idi istəyirdi qalaq amma solmazdan qorxurdu dedi zəng vurum deyim görüm nə deyəcək . Zəng vurdu Solmaz yenədə qoymadı Axranında bizə ürəyi aqrıyırdı çox istədi kömək etsin amma olmadı. Biz çıxdıq çölə bizə kömək edən əminin yoldaşı yaxınlaşdı bizə dedi günahdı sizi burda qoya bilmərəm. Gedək bizdə qalın . Mən razı deyildim naatçılıq vermək istəmirdim nə qədər təkid etsəmdə getmirəm qulaq asmadı bizi apardılar evlərinə düz xəstəxana ilə üzbəüz bina evində olurdular iki balaca otaq evləri var idi . Amma ürəyləri oqədər yumuşaq mərhəmətli insan idilər ki bizi tək qoymadılar . İndi sizdən xaişim odurki Solmazla baqlı bir tədbir görəsiz o gün cəkdiyim əziyyətlər uşaqlarımın çarəsizliyi gözümün önündən getmir xəstə uşaq əsə qalmışdı o əmi bizə rast gəlməsə idi başımıza nələr gəkərdi . Ora dövlət xəstəxanasıdi oboyda xəstəxanada bidənə bizə icazə vermədi qalaq sizdən xaiş edirəm məndə sizin bir balaniz bu haqsızlıqı yerdə qoymayın.
Birdə qeyd etmək istəyirəm ki, səhər hamıdan birinci adam biz idik eqeq olunmalı idi, uşaqlar eqeq həkimləri bizi yubatdı saat 4ə qədər. Gözlədik düşdüm beşinci adam beşincidəndə qabaq 4 düncü idi. Kimsə basqa adam gəldi keçdi içəri heçnə edə bilmədim. Tələb etdim həkim və onun köməkçisi məlumat vermədən qapını baqladı. Xaiş edirəm orda kamera var tələb edin, baxın uşaq uzanıb üstün örtmüşəm. Baxın çəkdiyimiz əziyyətlərə kiminsə pulu coxdu verib girir içəri, yəqinki rüşvət alırlar bizə çox haqsızlıq olundu."
Əlaqə nömrəm 070 5077787
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ağcabədi Pedaqoji Kollecində tələbəyə diplom bir ildir ki, verilmir.
Redaktor.az bu barədə elektron poçtuna baş verən neqativ halla bağlı şikayət məktubu daxil olduğunu xəbər verib. Həmin xəbərə görə, Xəlilova Aysu Vüqar qızı 2019-cu ildə həmin kollecin məktəbəqədər təhsil ixtisasına qəbul olub, 2023-cü ildə isə başa vurub. Lakin üstündən 1 ildən çox keçməsinə baxmayaraq, diplomunu ala bilmir.

Şikayətçinin atası Vüqar Xəlilov dəfələrlə kollecin rəhbərliyinə müraciət etsə də, diplomun aqibəti barədə məlumat yoxdur.

O bildirib ki, kollecin direktor köməkçisi Könül xanıma, dekan Aynur Babayevaya, təlim-tərbiyə rəhbəri Rövşən Bayramova müraciət edib. Ancaq onlar Vüqar Xəlilova hər dəfə “tezliklə veriləcək” deyərək onu geri qaytarıblar. Odur ki, şikayətçi qızının diplomunun verilməsi üçün mətbuatdan kömək istəməyə məcbur olub.

Məsələ ilə bağlı Redaktor.az-ın əməkdaşı Ağcabədi Pedaqoji Kollecinin məsul şəxslərindən biri Şahin Nəbili ilə bir neçə dəfə əlaqə saxlayıb və o, hər dəfə bildirib ki, diplomda kod səhvliyi olduğuna görə yeni diplomun verilməsi üçün nazirliyə müraciət olunub. Sonuncu zəngimizdə isə Şahin Nəbili bizə səs tonunu qaldıraraq, “kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin. Məsələ məni maraqlandırmır”, – deyərək telefonu söndürüb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıqda isə oradan bizi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun baş məsləhətçisi Osman Əşrəfova yönəltdilər.

İlk vaxtlarda Osman Əşrəfov problemin həlli ilə maraqlanacağını desə də, daha sonra o da məsələdən qaçıb. Bizim müraciətimizə cavab olaraq, əvvəlcə kollecdən sənədlərin gəlmədiyi üçün diplomun gecikdiyini bildirdi, daha sonra isə təzadlı olaraq, diplomda əslində mətbəə səhvlərinin olduğunu qeyd etdi. Hazırda isə o, bizim nə zənglərimizə, nə də mesajlarımıza cavab verir.

Göründüyü kimi elm və təhsil naziri Emin Əmrullayevin gənc kadrları nəinki adi vətəndaşların, hətta jurnalistlərin belə müraciətlərinə etinasız yanaşırlar.

Əvvəla axı niyə bir dövlət sənədində səhvə yol verilib? Əgər bu səhv varsa, onu aradan qaldırmaq, yeni diplom vermək niyə bu qədər uzanır? Kiçik bir məsələ bir ildir niyə həllini tapmır? Bəlkə diplomda mətbəə səhvliyi yox, başqa bir müəmma var? Osman Əşrəfovu Ağcabədi Pedaqoji Kolleci ilə nə bağlayır ki, onların səhvini ört-basdır edir, suallarımızdan yayınır?

Axı həmin kollecin məzununun hardasa işə qəbulu üçün ona diplom lazımdır. İndi Aysu Xəlilova daha nə qədər gözləməlidir ki, onun diplomu hazır olsun?
 

Dünyapress TV

Xəbər lenti