Ardını oxu...
Paytaxtın Nizami rayonunda yerləşən , "Mehnur" reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətləri əks etdirən görüntülər ölkədə böyük rezonansa səbəb olub.
"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.
Baş vermiş hadisə bu tip özəl reabilitasiya mərkəzlərinə nəzarət məsələsini də aktuallaşdırıb. Sayları günü-gündən artan reabilitasiya mərkəzlərinin fiziki məhdudiyyətli uşaqlara xidmət etdiyini nəzərə alsaq, onlara nəzarətin olması vacibdir. Bəs görəsən bu tip mərkəzlərin fəaliyyətinə olan tələblər nədən ibarətdir?

Reabilitasiya mərkəzlərinin fəaliyyəti necə tənzimlənir?
Teref.az-ın məlumatına görə, psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reabilitasiya mərkəzlərinin fəaliyyətinə qanunvericilik hər hansı məhdudiyyət qoymur. Bu mərkəzlər tibbi xidmət göstərmədiyindən, onların fəaliyyətinə Səhiyyə Nazirliyi nəzarət etmir: " Reabilitasiya mərkəzləri fiziki və yaxud hüquqi şəxs kimi İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bu mərkəzlərdə nitq qüsuru, eləcə də digər davranış pozuntuları olan uşaqlara reabilitasiya xidmətləri göstərilir".
E. Rüstəmov bildirir ki, reabilitasiya mərkəzləri bir növ özəl uşaq bağçaları, uşaq inkişaf mərkəzlərinin rolunu oynayır. Burada davranış pozuntusu olan uşaqların cəmiyyətə adaptasiyası üçün iş aparılır: "Reabilitasiya mərkəzlərində uşaqlar müalicə olunmur. Onlara hər hansı dərman vasitəsi tətbiq edilmir. Ona görə də tibb müəssisəsi hesab olunmur".

Loqoped uşağı niyə döyüb?
Həmsöhbətimiz deyir ki, reabilitasiya mərkəzində davranış pozuntusu olan, nitq qüsurlu uşaqlarla peşəkar iş aparılarsa, onların cəmiyyətə inteqrasiyası mümkündür. E. Rüstəmov reabilitasiya nəticəsində xeyli sayda nitq qüsurlu və davranış pozuntusu olan fiziki məhdudiyyətli uşaqların təhsilə cəlb olunduğunu söyləyir. O ki, qaldı "Mehnur" reabilitasiya mərkəzində baş verənlərə, E. Rüstəmov bildirir ki, həmin uşaqla bağlı yanaşma kökündən səhv olub: "Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun eşitmə qüsuru olub. Həmin uşaqla iş aparmaq üçün ilk növbədə körpədə eşitmə qüsuru aradan qaldırılmalıdır. Onun qulağına eşitmə cihazı yerləşdirildikdən sonra reabilitasiya tədbirlərinə başlamaq lazım idi. Heç nəyi eşitməyən uşaqda aqressiya olur. O deyilənləri eşidə bilmirsə loqopedin dediklərini necə təkrarlayacaq? Uşağı belə halda nəyisə təkrarlamağa məcbur etmək kökündən yanlışdır. Həmin uşaq ilk növbədə loqopedə yox, lora aparılmaldıır. Onun eşitmə qüsuru aradan qaldırıldıqdan sonra danışması üçün reabilitasiya kurslarına başlamaq olar".
E. Rüstəmov deyir ki, bəzən belə mərkəzlər işlərinə məsuliyyətsiz yanaşır, valideynləri düzgün istiqamətləndirə bilmirlər.

Mərkəzlərdə kameralar olmalıdır
Psixoloq söyləyir ki, fiziki qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərində mütləq şəkildə kameralar qoyulmalıdır. Valideyn uşağı ilə aparılan reabilitasiya tədbirlərini kamera vasitəsilə izləməlidir: "Fiziki qüsurlu uşaqlarla işləmək asan deyil. Onların reabilitasiyasını valideynin yanında aparmaq mümkün deyil. Amma istər loqopedin, istər də digər mütəxəssislərin otaqlarında mütləq kameralar olmalıdır".

Reabilitasiya mərkəzlərinin lisenziyası olmalıdır
DİA.AZ-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu tip özəl reabilitasiya mərkəzlərinin mütləq şəkildə lisenziyası olmalıdır. K. Ağazadə deyir ki, burada çalışan mütəxəssislərin müvafiq sertifikatı olmaldıır. Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün onların müvafiq sertifikatının olması şərtdir: "Bu mərkəzlərin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülməlidir. Biz uşağın işgəncəyə məruz qaldığı mərkəzin lisenziyasının olub-olmadığını aparılan təhqiqatdan sonra biləcəyik. Amma baş verən hadisələr göstərir ki, atılmış uşaqlarla, fiziki əngəlli uşaqlarla işləyən mərkəzlər, sığınacaqlar mütləq şəkildə lisenziya əsasında fəaliyyət göstərməlidir. "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbərinin şəhərin müxtəlif yerlərində dörd belə mərkəzi var. Biz həmin mərkəzlərdə uşaqların başına nələrin gətirildiyini hələ bilmirik".

Bir günlük reabilitasiya xidməti 70-80 manatdır
Qeyd edək ki, Bakıda fiziki məhdudiyyətli uşaqlara reabilitasiya xidməti göstərən mərkəzlərin sayı günü-gündən artır. Yağışdan çıxan göbələkləri xatırladan bu mərkəzlərin reabilitasiya xidmətləri isə kəllə-çarxdadır.
Əlaqə saxladığımız özəl psixoloji reabilitasiya və nitq inkişafı mərkəzlərindən Sputnik Azərbaycan-a bildirdilər ki, davranış və nitq pozğunluğu olan uşaqlar həftədə minimum 20 saat reabilitasiya almalıdırlar. Bu isə günlük 70-80 manat xərc deməkdir. Əgər uşaqda nitq pozğunluğu ilə yanaşı, autizmin ağır forması varsa davranış pozğunluğunu aradan qaldırmaq üçün həftədə 6 dəfə reabilitasiyaya gəlməlidir.

Ən böyük əziyyəti autizmli uşaqların valideynləri çəkir
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ən böyük problemi autizmli uşaqların valideynləri yaşayır. Həmsöhbətimiz deyir ki, ölkəmizdə reabilitasiya mərkəzlərinin sayı çoxalsa da, qiymətləri ucuzlaşmır. Autizmli uşaqların valideynləri hər ay xeyli məbləğdə övladlarının reabilitasiyası üçün pul xərcləyirlər: "Reabilitasiya mərkəzlərinin olması fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasına kömək edir. Elə davranış pozğunluğu olan uşaqlar var ki, onları cəmiyyət arasına reabilitasiya aparmadan çıxartmaq mümkün deyil. Autizmli uşaqların arasında da belələri var. Autizmdən əziyyət çəkən uşaq var ki, anasının saçını onun əlindən almaq mümkün deyil. Biz imkan daxilində belə uşaqların reabilitasiyası ilə həyata keçirdiyimiz layihələr əsasında məşğul oluruq. Çünki, valideynlərin çoxunun özəl reabilitasiya mərkəzlərinə getməyə imkanı çatmır. Onlar övladlarının reabilitasiyası üçün bir günə ən azı 70-80 manat vəsait xərcləməlidirlər. Elə autizmli uşaq var ki, onun reabilitasiyası həftənin beş-altı günü aparılmalıdır. Bu valideynlə 1500 manata başa gəlir. Reabilitasiya mərkəzlərinin çoxu icarədir. Bu mərkəzləri açanlar buna görə qiyməti yuxarı qoyur. Bir loqopedin seansı 20 manatdan ucuz deyil. Valideyn məcburdur uşağı loqopedlə yanaşı, psixoloq və digər mütəxəssislərin də seansından keçirsin. Bu zaman reabilitasiya xərci artır. Çox yaxşı olardı ki, dövlət autizmli və digər fiziki əngəli olan uşaqların reabilitasiya xərclərini özü qarşılasın. Çünki, bir çox valideynin fiziki məhdudiyyətli övladı maddi imkanı çatmadığından bu xidmətlərdən kənar qalır".

"Bir aya min manatdan çox pul xərcləyirik"
Övladı autizm olan valideyn Sabir İsayev bir aya uşağının reabilitasiyasına 1000 manatdan çox pul xərcləyir. O, övladını iki yaşından reabilitasiya mərkəzlərinə aparır. Hazırda övladı 8 yaşında olan ata təkcə 300 manat ayda taksiyə xərci çıxdığını bildirdi: "Həftənin beş günü uşağı reabilitasiya mərkəzinə aparırıq. 800 manat reabilitasiya mərkəzinə ödəyirik. 300 manat taksiyə xərcləyirik. Ətrafdakı insanları narahat edir deyə, taksidən istifadə edirik".
Valideyn bildirir ki, reabilitasiya övladı üçün hava-su kimi lazımdır. Əks halda davranışlarında aqressiv olur: "Biz bir dəfə dövlətin reabilitasiya mərkəzinə müraciət etdik. Qəbul üçün o qədər sənəd tələbi, növbə oldu ki, məcbur özələ getməli olduq. Bu gün hansı özəl reabilitasiya mərkəzinin qapısını açsan autizmli uşaqlarla doludur. Çünki, dövlət özəldəki keyfiyyətdə reabilitasiya xidməti göstərmir".

Autizmli uşaqlara əlillik verilmir?
S. İsayev deyir ki, xaricdə işlədiyindən çətinliklə də olsa övladının xərclərini qarşılaya bilir.
Valideyn bildirir ki, autizmli uşaqların əlillik dərəcəsi alması çox çətindir. Bunun üçün valideyn dəfələrlə tibbi sosial ekspert komissiyalarına gedib-gəlməlidir. Bu da ağır autizm dərəcəsi olan uşaqlarla çox çətindir. Bu səbəbdən də valideynlər autizmli uşaqları üçün əlillik müavinəti ala bilmir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, autizmli uşaqlara əlilliyin təyinatında heç bir problem yoxdur. Sadəcə olaraq valideynlər uşaqlarını ərazi üzrə polikilinikaya apararaq orada həkim müayinəsindən keçirməlidirlər. Tibbi ekspert rəyi əlillik alt sisteminə vurulduqdan sonra autizmli uşağa həmin rəy əsasında əlillik qrupu verilir və müavinət təyin olunur. Qurumdan bildirdilər ki, bəzi valideynlər bu prosedurları keçməyə tənbəllik edirlər.
O ki, qaldı autizmli və digər fiziki əngəlli uşaqların reabilitasiyasına, Sosial Xidmətlər Agentliyindən bildirdilər ki, dövlətin nəzdində iki belə reabilitasiya mərkəzi fəaliyyət göstərir. Növbəli şəkildə autizmli, eləcə də digər fiziki qüsurlu uşaqlar reabilitasiya xidmətlərindən pulsuz yararlana bilərlər.
Məlumat üçün bildirək ki, fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
 
Ardını oxu...
Lerikin dağ kəndlərindən olan Soru sakinləri kommunal və sosial problemlərdən təngə gəldiklərini deyirlər. Hazırda 1600 nəfərin yaşadığı bu kəndin yolu sakinlərin ən böyük problemlərindən sadəcə biridir.

Dövlət qurumlarının Soruya yol çəkəcəyindən ümidi üzülən sakinlər bir müddət pul yığıblar ki, yolu özləri düzəltdirsinlər. Toplanan vəsaitin 2250 manatını isə kəndin İkinci Qarabağ müharibəsi şəhidi Murtuz Abbasovun atası ödəyib. O, bu pulu dövlətin ona şəhid ailəsi kimi təyin etdiyi birdəfəlik 11 min manat vəsaitdən ayırmalı olub.

Ancaq sakinlərin topladığı vəsait yolun əsaslı təmirinə yetməyib. Kəndə indiyə kimi təbii qazın çəkilməməsi sakinləri odunun ümidinə qoyub:

Sorunun problemləri bununla bitmir. Sakinlər şikayətlənir ki, kənddə tibb məntəqəsi yoxdur. Onların həmçinin, içməli su və əkin suyu problemləri də var. Amma onları ən çox narahat edən 1955-ci ildən istfadəyə verilən və hazırda qəzalı vəziyyətdə olan məktəb binasıdır.

Sorulular deyir ki, kəndin problemləri həllini tapmadıqca sakinlər məcburən evlərini tərk edir. Onların söylədiyinə görə, əvvəlki illərlə müqayisədə indi kəndin az qala 80 faizi Sorudan köç edib.

Lerik Rayon İcra Hakimiyyətindən BBC-yə bildiriblər ki, Sorunun mövcud problemləri ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər. Problemlər mərhələli şəkildə həllini tapacaq. Sorunun məktəb və qaz problemlərinə gəlincə, qurum bildirir ki, Təhsil Nazirliyindən və Azəriqaz İstehsalat Birliyindən quruma verilən məlumata görə, 2023-cü ildə kənddə qaz çəkilişi və yeni məktəb tikintisi həyata keçiriləcək.

Kəndin ağsaqqalı Mirzağa Abbasov narahatdır ki, sosial çətinliklər həllini tapmadıqca, Soru kəndi tamamilə boşalacaq. O isə bu kəndini qorunmasını vacib sayır.

 
 
 
Ardını oxu...
"Azercell-in press relizi və 5G
Azercell öz şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı açıqlama yayıb.
Baxıram ki, xeyli işlər görüblər, yüzlərlə yeni baza stansiyaları qurublar və təkmilləşdiriblər.
Qarabağda yeni mobil infrastruktur qurublar."
TEREF.AZ yazır ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra Osman bəy qeyd edir ki, press-reliz hazırlanan zaman çox böyük məharətlə Azercell-ə bağlı məqamları gizlədilib.
"Amma maraqlıdır ki, hansı texnologiya üzərindən xidmət göstəriləcəyi ilə bağlı bu açıqlamada hansısa bir qeyd yoxdur.
Yəni, bilinmir ki, bu infrastruktur 2G, 3G, 4G yoxsa 5G üzərindən xidmət göstərəcək.
Kim bu press-relizi hazırlayıbsa, məharətlə bunu gizlədə bilib
Yəqin, qonşu ölkələrin mobil operatorların açıqlamalarına baxıblar.
Çünki, qonşu ölkələrdə və dünyada mobil operatorların bu tip press relizlərində 5G gəlişmələri üstünlük təşkil edir.
Onlarda 5G tezliyi uğrunda amansız mübarizə gedir, auksionlar təşkil olunur, məhz bu texnologiya üzərində infrastruktur qurulur.
Bizdə isə, görünür ki, 5G ilə bağlı heç bir operatorda deyiləcək , təqdim ediləcək bir iş olmadığından, görünür ki, açıqlamalarda ümumiyyətlə texnologiya məsələsinə toxunmurlar.
Yaxşı olardı ki, bizim mobil operatorlar da RİNN-dən 5G tezliyi tələb etsinlər, bunun açıqlamasını etsinlər.
Nazirlik də gərək çoxdan 5G ilə bağlı açıqlamalar verəydi.
Dövlət Radiotezliklər İdarəsi çoxdan yeni radiotezlik siyasəti ilə, xüsusən də 5G ilə bağlı belə bir konseptual baxışların hazır olduğunu açıqlayıb.
Amma təəssüf ki, hələ də bizim Nazirliyin 5G ilə bağlı təsdiqlənmiş bir konseptual sənədi ortada yoxdur.
Güman etmək olar ki, bu tip məqamlar rəqəmsal transformasiya haqqında konsepsiyada nəzərdə tutulub.
Amma az qala 2 il olur ki, Nazirlik digər konseptual sənədlərin taleyi kimi , bu konsepsiyanın da çoxdan hazırlandığını bildirsə də indiyədək təsdiqlədə bilməyib.
Qısası, ləngiyirik."
Teref.az olaraq Osman Gündüzün qaldırdığı problemlərlə bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az
 
 

Ardını oxu...
Tovuz rayonu, Vahidli kənd sakini, şəhid Şahməddin Həsənovun qardaşı Naməddin Həsənov AFN.az-ın redaksiyasına müraciət ünvanlayıb. O, müraciətində bildirir ki, kənd təsərrüfatı mütəxəssisi olmasına rəğmən 11 aydır işsizdir.


Onun müraciətini qısa redaktələrlə təqdim edirik:

"Nəzərinizə çatdırıram ki, mən alim-aqronom olaraq kənd təsərrüfatının bütün sahələrini və hətta heyvandarlıq sahəsini də mükəmməl bilirəm. Bir ziyalı və mütəxəssis kimi kənd təsərrüfatının ölkəmizdə inkişafına öz töhvələrimi də verə bilərəm. Elə ona görə də kənd təsərrüfatı naziri cənab İnam Kərimov başda olmaqla, bütün nazirlik əməkdaşlarını debata çağırıram və bu gün Kənd Təsərrüfatı Nazirliyində, onun struktur bölmələrində savadsız, təcrübəsiz və qeyri-ixtisas sahiblərinin işlədiyini sübuta yetirməyə hazıram. Bildirirəm ki, Kənd Təsərrüfatı Nazirliyində kadr korpusu məhv edilib, hüquqşünas, regionşünas, politoloq, neftçi, tarixçi, riyaziyyatçı və coğrafiya müəllimləri məsul vəzifələrə təyin olunub.
Qeyd etdiyim kimi, mənim ixtisasım aqronom, elmi dərəcəm alim olmasına baxmayaraq, artiq 11 aydır ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi işdən azad edib. Bildirirəm ki, ömrüm boyu kənd təsərrüfatı sahəsində işləmişəm və son 13 ili isə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda çalışmışam. Çox gülməli də olsa, həmin quruma respublika üzrə rəhbərlik edən Rəşad Vahabzadənin ixtisası neft mühəndisidir. Mən isə peşəkar mütəxəssisəm, şəhid və Qarabağ veteranı qardaşıyam, üç azyaşlı uşağım var, qoca və xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası mənim himayəmdə yaşayır, yeganə qazanc yerim işlədiyim müəssisə idi. Ən başlıcası odur ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm, Ermənistanla sərhəd kənddə yaşayıram, müharibədə evimizə ciddi ziyan dəyib, 1996-cı ildən YAP-ın üzvüyəm və mənə Ulu Öndərimizin şəxsi imzası ilə 133543 nömrəli üzvlük vəsiqəsi verilib. Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vahabzadənin "mənim şəhid ailəsinə borcum yoxdur" deməsi və onun digər qanunsuz əməlləri barədə bu günə qədər yazdığım 10 kq-dan çox çəkisi olan şikayətlərim isə nəticəsiz qalıb.
Əlavə olaraq bildirirəm ki, məni "siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz" deyib təhqir edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov 10 gün əvvəl REAL TV-də təkrar əkinlərlə bağlı çıxış edərək bildirib ki, təkrar əkinlərdə qisa müddətə bara düşən sortlar olmalıdır. Cəfər Məhərrəmovun bu çıxışına mən bir mütəxəssis olaraq izah verirəm ki, kənd təsərrüfatında qisa müddətə bara düşən termini yoxdur, tez yetişən, orta yetişkən və gec yetişən sortlar vardır ki, təkrar əkinlərdə də tez yetişən sortlardan istifadə olunmalıdır. Cəfər Məhərrəmovun mənə "siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz" deməsinə cavab olaraq bildirirəm ki, Şəhidlər vətənin əsl sahibləridir.
Qeyd etdiyim kimi, artıq 11 aydır ki, işdən azad olunmuşam və bütün müraciətlərim cavabsız qalıb, heç bir tədbir görülməyib. Aqrar Xidmətlər Agentliyi bildirir ki, şəhid və Qarabağ veteranı ailəsi olmağınıza baxmayaraq, əmək müqavilənizin müddətini uzatmırıq.
Mən isə bütün lazımi sənədləri toplayaraq ölkə vətəndaşlığından imtina etmək üçün aidiyyəti qurumlara müraciət etmişəm".
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilib, cavabı təqdim ediləcək.
 
Ardını oxu...
Bakının tanınmış restoranlarından olan “Neolit”də yeni zal inşa edən sahibkarlar: TEREF.AZ xəbər verir ki, Rəfael Əliyev və Orxan Atayev “Azinforum.az” saytına müraciət edərək, gördükləri işin müqabilində olan maddi vəsaiti həmin məkanın sahibi Yaşar Məlikovdan ala bilmədiklərini bildiriblər. İş adamları iddia edir ki, bütün instansiyalara müraciət etsələr də, onların dərdinə əlac tapılmır. İş icraçıları saytımıza verdikləri müsahibədə çox acınacaqlı vəziyyətdə olduqlarını bildiriblər və son ümid yeri olaraq ölkə rəhbərliyindən imdad diləyiblər.
Ardını oxu...
Səslənən ittihamlarla bağlı görülən işin sifarişçisi olan Yaşar Məlikovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun Tural adlı mühafizəçisi bizə bildirdi ki, Yaşar müəllim ölkədə deyil, hazırda xarici dövlətlərdən birində müalicə alır. Sonakı zənglərimizə cavab verən Yaşar Məlikovun Rəfael adlı qohumu isə bütün bu məsələlərlə bağlı danışmaq səlahiyyətinin vəkil Fikrət Səfərova verildiyini bildirdi. Azinforum.az həmin vəkillə də əlaqə saxlayıb. Fikrət Səfərov öz növbəsində hüquqlarını müdafiə etdiyi Yaşar Məlikovun sahibkarlara heç bir borcunun olmadığını bildirib. Azinforum.az bütün tərəflərin mövqeyini əks etdirən videoreportajı təqdim edir:

 
 
 
Ardını oxu...
Düz bir il əvvəl Dövlət Neft Şirkəti tərəfindən "Fəhlədən mühəndisə inkişaf proqramı" həyata keçirilməyə başladı ki, bu ideya ilk başdan hər kəs tərəfindən alqışlandı. Amma indi isə görünəni odur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tərəfindən bəh-bəhlə təqdim olunan bu proqram quru kağız üzərində qalıb. DİA.AZ bildirir ki, artıq bununla bağlı narazılıqlar da baş qaldırıb...
Ardını oxu...
Xalik Məmmədov həmin proqramı belə vəsf edirdi...

Bununla bağlı dia.az-a müraciət edən neftçilərin sualı kimsəyə yox, məhz Xalik Məmmədovadır. Neftçilər yazır:

"Sizin elan etdiyiniz və təriflədiyiniz "Fəhlədən mühəndisə inkişaf" proqramı bitirmişik. Bizimlə maraqlanan yoxdur. Bəs deyirdiniz, bizim kadr siyasətimiz şəffalıqla həyata keçirilir... Nə oldu Xalik Məmmədov?!!"

Məsələ ilə əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Valideynlər cəmiyyətə bəh-bəhlə təqdim edilən yeni məktəbli formasından narazıdırlar. Məktəbli köynəyinin yaxalığı (воротник) Rusiyanın dövlət bayrağının rənglərini simvolizə edir. Bu nədir? Yoxsa, məktəbli forması da bəzi dərsliklərimizin günündədir (orda da erməni bayrağının rəngləri vardı.)

ETN deyir ki, dərslikdəki problemlər bizlik deyil, nəşriyyatlıqdır. Milyonlarla dövlət vəsaiti hər il keyfiyyətsiz dərsliklərə niyə sərf edilir? Buna məsuliyyət niyə hansısa nəşriyyatın üstünə yönəldilir?

Sifarişçi kimdirsə, pulu kim ödəyirsə, işi kim qəbul edirsə, məsuliyyət də onun boynunda olmalıdır. Deməli, hansısa səbəbdən, nəşriyyat seçimini düz aparmayıb. Kimin səhvidir? Dərslik təhsildə ən mühüm vasitədir, pis dərsliklə heç vaxt keyfiyyətli tədris ola bilməz. Repetitorluğun kütləviliyinin bir səbəbi də dərsliklərin çox zəif olmasıdır. Bu ilki qəbul imtahanlarında 70% abituriyent 150 balldan az yığıb. Bu işdə keyfiyyətsiz dərsliklərin payı çoxdur, hətta repetitorlar da bunu kompensasiya edə bilmir. Bunun məsuliyyətini kim daşıyır görəsən? Repetitorlar?

ETN deyir ki, məktəbli forması bizlik deyil, fabriklikdir, elə isə hansı marağa görə və niyə belə təkid edirdilər ki, hamı hökmən yeni forma alsın?
ETN deyir ki, repetitorluq məsələsi bizlik deyil, bu sahibkarlıq fəaliyyətidir, biz bunu qadağan edə bilmərik (hətta bəzən bizdə repetitorluq yoxdur deyirlər).
ETN deyir ki, müəllimlərin təkmilləşdirilməsi və ixtisasartırılması məsələləri də bizlik deyil, bunu özəl şirkətlərə həvalə etmişik. Onda müəllimləri niyə sertifikasiya niyə edirsiniz, tapdığınız şirkətlərin fəaliyyətini sertifikasiya edin, baxın niyə keyfiyyətli iş görmürlər?

Yaxşı, bəs gündən günə batan təhsilin keyfiyyətinə kim cavabdeh olmalıdır?
Yaxşı bəs, nazirlik bu qədər problemlərin hansına məsuldur görəsən?
ETN yalnız MİQ, DİQ məsələləri ilə məşğuldur? Bəlkə MİQ və DİQ-i də bir başqa şirkətlərə həvalə edək?
Bəlkə, bəzi ölkələrdə olduğu kimi, heç bizdə də təhsil nazirliyi olmasın, buna nə ehtiyac qalır ki?

Paralel.az
 
 
 
Ardını oxu...
Əvvəl onu qeyd edim ki, bu sindromun daşıyıcıları ümumi intellekt cəhətdən çox zəif olsalar da dil öyrənmək qabiliyyətləri yüksək olur. Nitqlərində ümumişlək olmayan ibarəli sözlər, dəxli oldu olmadı sitatlar işlədir, ilk baxışdan ətrafdakılara xüsusi istedadlarının olması təəssüratını bağışlaya bilirlər. Əslində isə zəka səviyyəsi aşağı olan belə fərdlər çox təhlükəli ünsürlərdir. Onların əqli inkişaf səviyyəsi “mədəni oğurluq” “kəşf” lərində əsla sərhəd tanımır. Qızışmış ehtirasları fonunda bütün mənəvi dəyərlərə nihilist münasibət sərgiləyirlər.

Araşdırdığımız cinayət faktı dövlət büdcəsindən üç milyon beş yüz min manat mənimsənilməsini faş etmək deyil. Qoy bu məsələni ölkənin baş prokrorluğu tədqiq etsin, korrupsiyaya qarşı mübarizə idarəsi büdcə talalançılığına rəvac verənlərin fəaliyyətini araşdırsın. Belə ki, respublikanın bütün ümumtəhsil məktəblərinə, kollec və liseylərinə, peşə təmayüllü tədris ocaqlarına paylanmış “ Rəşadətli Azərbaycan Ordusu” bonneri ən azı on min tirajla çap olunub. Hərçənd stendin çap olunduğu mətbəə, tirajın sayı onun üzərində göstərilməyib. Halbuki, qanunla üzərində göstərilməli olan müəllif, dizayner və mətbə ünvanı haqqında məlumatın gizlədilməsi faktı özü belə cinayətdir. Məsələnin digər maraq doğuran tərəfi isə əldə etdiyimiz qaimə sənədlərində sözün əsl mənasında adamı şok affektinə gətirən qiymətdir. Yenə də ən elementar hesablamaya görə bu bonnerin kağız üzlüyünə, dayaq çərçivəsinə, müəllif qonararına və mətbəə xərcinə bütövlükdə 20 manat xərclənməsə də sənədləşdirmələrdə dəyərinin 350 manata satın alındığı aydın olur. Kim müsabiqə elan edib, hansı müəssisə tenderdə qalib gəlib o da qaranlıq, yəni ictimaiyyətin bir mərrə xəbəri yox.

Keçək narahatçılıq doğuran əsas məsələyə. Stenddə adından da göründüyü kimi Azərbaycan ordusunun rəşadəti öz əksini tapmalı idi. Ancaq… ancaq qabarıq şəkildə erməni vandallarının törətdiyi vəhşiliklər, dağıdılıb, viran olmuş tikililər lap adamın gözünə girir. Azyaşlı məktəbli rəşadətli ordumuz deyəndə erməni təcavüzünün vandal izlərini seyr etməlidir? Hansı ağılla Təhsil Nazirliyinin cavabdehləri bu səriştəsizliyə imza atıblar? Bəlkə bu villiams sindromlu yetiklilər vətənpərvərlik tərbiyəsini belə başa düşür. Olmazdımı ki, erməni vəhşilikləri ayrıca bir stenddə, ordumuzun şagirdlərdə ruh yüksəkliyi, inam yaratdığı şəkillər başqa bir guşədə verilsin.
Təbii ki, müəyyən qara əməllərlə dövlətin büdcəsini talamaq bir yana ən sadə məntiqə belə sığmayan məsuliyyətsizliyin bir adı var, rəşadətli ordumuz adı altında böyüyən nəsilin psixasında vahimə rüşeyimi cücərtmək. Hə, bir də qətiyyətlə əminəm ki, bu biabırçılığa imza atanlar nə hərbi xidmətdə olub, nə də ordu haqqında anlayışları var.

PƏRVİZ YƏHYALI
Azərbaycan respublikasının "Əməkdar müəllimi",
Tarix üzrə fəlsəfə doktoru //rubrika.az//
 
 
 
Ardını oxu...
Turizm indeksi üzrə Azərbaycan hətta Ermənistandan da geridə qalır…

“Bunun günahı birbaşa Turizm Agentliyindədir, turist şikayətini deməyə yer tapmır”

Yay turizm mövsümünün başa çatmasına artıq sayılı günlər qalıb. Bu il də ölkənin quru sərhədlərinin bağlı qalması yay mövsümündə əhalinin böyük hissəsini yerli turizm obyektlərinə üz tutmağa məcbur etdi. Əslində, quru sərhədlərinin uzun müddət bağlı olması vətəndaşların səyahət imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də bir çoxlarının daxili turizm sektorunda olan biabırçı vəziyyəti daha aydın şəkildə görməsinə yardımçı oldu.

Belə ki, bölgələrə üz tutan vətəndaşların əksəriyyəti hotellərdə, istirahət mərkəzlərində göstərilən xidmətin keyfiyyətindən və qiymətlərin çox baha olmasından şikayətlənirlər. Qiymətlər orta statistik azərbaycanlının imkanlarını dəfələrlə üstələyir və əksər hallarda bazar iqtisadiyyatı qanunları, tələb və təklif əsasında deyil, süni şəkildə şişirdilir. Eyni münasibət təkcə yerli turistlər deyil, əcnəbilərə də aiddir. Özü də daha əcaib və biabırçı formada…

Belə ki, bir çox populyar istirahət mərkəzlərinə üz tutan xarici turistlərin “ikili menyu siyasəti” ilə aldadılması halları kifayət qədər çoxdur. Xarici turistin məlumatsızlığından sui-istifadə edən bu istirahət mərkəzləri eyni məhsulu və xidməti yerli vətəndaşlara satdığı qiymətdən dəfələrlə bahasına xaricilərə təklif edirlər. Hətta bəzi yerlərdə “üçlü menyu” tətbiq edilərək Bakıdan, başqa rayonlardan gələnlərlə və yerli rayon camaatına fərqli qiymətlər “oxunur”. Bu yolla haqsız qazanc əldə edən istirahət mərkəzləri həm xarici turistləri narazı salırlar həm də dövlət və xalq olaraq Azərbaycanın imicinə, strateji maraqlarına ağır zərbə vurmuş olurlar.

“5 manatlıq xidməti turistə 100 manata sırıyırlar”

Bu yaxınlarda Qəbələ rayonuna istirahətə yollanan vətəndaşlarımızdan biri – Nurlan Hüseynov “AzPolitika.info”-ya bildirib ki, böyük həvəslə getdiyi istirahət mərkəzində qarşılaşdığı mənzərə onu şoka salıb: “Qəbələdə 3 gün 2 gecə istirahətdə oldum. Bu müddət ərzində təkcə 3 nəfər qaldığımız evin kirayəsi üçün 1000 manat pul ödədim. 3 gün ərzində yemək üçün ödədiyim xərc isə 500 manata yaxın idi. Qəbələdən sonra digər bölgələrə səfər etməyi planlaşdırsam da, pulum bitdiyindən 3 günün sonunda Bakıya qayıtmağa məcbur oldum”.

Paytaxt sakini Teymur İsayev isə Qəbələdə yerləşən istirahət mərkəzlərində bir çaynik çayın 10 manata təklif olunduğunu bildirir: “Əksər istirahət guşələrində vətəndaşlara adi çay verilmir. Çay dəzgahla birlikdə təklif olunur ki, onun da qiyməti 30-50 manat arası dəyişir ”.

Asəf Qurbanlı Şamaxıya 8-9 saatlıq (gecələmə olmadan) səfərin bir ailə üçün 250 manata başa gəldiyini bildirir: “Bu xərc aşağı-yuxarı bütün ölkə üzrə eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecələmə də daxildirsə, əlavə olaraq 100-150 manat xərciniz çıxacaq”.

Tural Rəhimovun sözlərinə görə, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində hotelin bir günlük qiyməti 200 manatdan başlayır: “3 nəfərlik bir ailənin günlük yemək xərci minumum 300 manata başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manatdır. Həmçinin, bu istirahət mərkəzinə giriş adambaşına 20 manatdır”.

Zahid Əliyev isə Qəbələdə yerləşən istirahət mərkəzlərindən birində xarici turistlərə qarşı demək olar ki, soyğunçuluq edildiyinin şahidi olub: “Qəbələdəki istirahət mərkəzində adi suyu belə xarici turistə dəfələrlə baha qiymətə satırlar. 5 manatlıq xidməti turistə 100 manata sırıyırlar. Bu cür istirahət mərkəzlərində menyu təqdim olunmadığından, sahibkarlar müştərilərdən istədikləri məbləğləri tələb edə bilirlər”.

“Azərbaycana gələn turistlərin 15 faizi ölkəni narazı tərk edib”

Dövlət Statistika Komitəsinin(DSK) cari ilin ilk 4 ayına nəzərən açıqladığı məlumatlara görə, turizm sektorundan ən çox narazı qalanlar ərəb turistlər, avropalılar, ruslar və britaniyalılardır. Məlumatda bildirilir ki, ilk 4 ay ərzində Azərbaycana gələn 220 min turistdən 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalsa da, 32,5 min nəfər göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8 faiz təşkil edib. Turistlərin narazı qaldıqları sahələr isə nəqliyyat, yerləşmə, restoranlardakı vəziyyət və bələdçi xidməti olub. Araşdırmalara görə, avtobus xidmətindən ümumilikdə 4800 nəfər narazı qalıb. Bu xidmət üzrə ən çox narazı qalanlar Rusiya vətəndaşlarıdır (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukraynadan (126 nəfər) olan turistlər də avtobusların işindən narazıdırlar.

Taksi xidmətindən ən çox türk turistlər narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etməyib. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) qərarlaşıb.

Qeyd edək ki, turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub – ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin kefini restoranlar korlayıb. Bu sahədə sayca ən çox narazı olanlar – Rusiya (2000), Türkiyə (1800) və İrandan (1 142) olan turistlərdir. Restoranlardakı xidmət ukraynalı turistlərin də ürəyincə olmayıb (239 narazı turist). Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırasındadır.

Qeyd edək ki, bunlar DSK-nın rəsmi açıqlamaları olsa da, bu statistikanın necə, hansı şəraitdə aparıldığı məlum deyil. Odur ki, onun obyektivliyi ciddi şübhə doğurur. Çünki yerlərdəki vəziyyət turizm sektorundan narazılığın dəfələrlə artıq olduğunu deməyə əsas verir.

Turizm üzrə mütəxəssis Vüqar Quliyev yerli mediaya açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı olması ölkəyə gələn turist axınına ciddi maneə törətmir: “Sərhəd açılanda insanların çoxu Türkiyə və Gürcüstana üz tutur. Xaricilər isə Azərbaycana gələndə çox keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Birincisi, nəzarət yoxdur, qiymətlər çox fərqlidir, bəzi turistlər bu sarıdan problem yaşayır. İkincisi, otelləri yoxlamadan pul alıb, ulduz verirlər. Dünya ölkələrindən fərqli olaraq, bizdə könüllü şəkildə bələdçilik etmək istəyənlərə şərait yaradılmır. Turizm Assosiasiyası bələdçidən sertifikat üçün ayda 100 manat alır. Bir növ rüşvət kimi. İstedadlı, savadlı, ölkə tarixini bilən bələdçilər var, amma onlara şərait yaradılmır”.

“Turist Bakı ilə müqayisədə görür ki, qiymət Qəbələdə bahadır, aldadıldığını başa düşür. Bu isə turistdə Azərbaycan haqqında yanlış məlumat formalaşmasına səbəb olur. Bunun günahı birbaşa Turizm Agentliyindədir. Kiçik turizm şirkətlərini düzgün məlumatlandırmaq, onlara lisenziyaları düzgün şəkildə təyin etmək, sığortalamaq lazımdır. Gürcüstanda turizm şirkətlərinə çox böyük dəstək var. Azərbaycanda isə bunu görmürük. Turla bölgələrə gedən turist restorandan narazı qalırsa, ya da turizm şirkəti ilə problem yaşayırsa, şikayətini deməyə yer tapmır. Şikayət etsə belə, ortada heç bir nəticə olmur. Turisti görüb avtomatik qiyməti qaldırırlar. Turist də narazı qalır. Yadınızdadırsa, hindistanlı turist Hava Limanından Bakının mərkəzinə taksi ilə 800 manata gəlmişdi. Belə şeylərə də Agentlik nəzarət etməlidir”,-deyə ekspert bildirib.

Dünya reytinqində 63-cü, Cənubi Qafqazda sonuncu

Dünya İqtisadi Forumu (WEF) Səyahət və Turizmin İnkişafı İndeksininin açıqladığı məlumatlara görə, 2021-ci ildə Azərbaycan turizmi daha 4 pillə geriləyərək, 63-cü sırada qərarlaşıb. Qeyd edək ki, 117 ölkənin yer aldığı dünya reytinqində ilk beşliyi – Yaponiya, ABŞ, İspaniya, Fransa və Almaniya tutub. Hesabatda əsas diqqət çəkən məqam isə odur ki, Azərbaycan turizm sahəsində Cənubi Qafqaz regionunda sonuncu yerdə qərarlaşıb. Müvafiq sıralamada Ermənistan 61-ci, Gürcüstan isə 44-cü yeri tutur. Gürcüstanda turizmin az-çox inkişaf etdiyi məlumdur. Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan geridə qalması qəbulolunmaz və biabırçı haldır.

İqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, turizm sahəsində baş verən problemlərin bir neçə səbəbi var: “Əslində, bu sahədəki problemin kökü inhisarçılıqla bağlı deyil. Bəli, dövlətin özünün maliyyələşdirdiyi və məmurlara məxsus 5 ulduzlu hotellər var və onların bir çoxunun ziyanla işlədiyi hər kəsə məlumdur. Ancaq hər kəs bölgələrdə hotel aça və ya öz evini hotelə çevirə bilər. Əsas məsələ bu sahədə rəqabətsiz bir mühitin olmasıdır. Turizmin inkişafı adına atılacaq ilk addım quru sərhədlərinin açılması ola bilər. Gediş-gəliş rahatlaşmalı, AZAL-ın bilet qiymətləri ucuzlaşmalıdır ki, ölkəyə gələn turistlərin sayında artım baş versin. Ölkəyə gələn turistlərin sayı artdıqca tələb-təklif qanunu işə düşəcək. Kiçik hotellərin sayı artacaq və rəqabətli bir mühit formalaşacaq”.

İqtisadçı bildirib ki, turizm sektorunda qiymətlər hansısa formada tənzimlənmir: “Xarici ölkələrdə də turizm sektoru bu formadadır. Məsələn, yanaşı hotellərin birində təklif olunan otağın qiymət 100 manatdır, digərində isə 5 manat. Bunu sahibkar özü müəyyənləşdirməlidir. Azərbaycanda da dövlətin hansısa formada qiymətlərə təsir etmək mexanizmi yoxdur. Ancaq dövlətin borcudur ki, bu sahədə rəqabətli bir mühit yaratsın. Hesab edirəm ki, atılacaq addımlar daha çox idarəetmə və rəqabətli mühitin formalaşmağına xidmət etməlidir”.

Azərbaycana 6 ayda gələn turist sayı Gürcüstana bir ayda gəlir
Dövlət Turizm Agentliyinin məlumatına görə,cari ilin ilk 6 ayı ərzində Azərbaycana 832186 min əcnəbi gəlib. Bu rəqəmləri Gürcüstanın statistik göstəriciləri ilə müqayisə etdikdə Azərbaycanın turizm sektorunda qonşu ölkədən nə qədər geri qaldığını görmək mümkündür. Belə ki, statistik məlumatlara əsasən, təkcə iyul ayında Gürcüstana 714 minə yaxın turist səfər edib. Bu rəqəm Azərbaycanda həmin turizm ayı üzrə heç 200 min nəfərə çatmır. Ölkəyə gələnlərin təxminən 60,2 min nəfəri Rusiyadan gələnlərdir. Səudiyyə Ərəbistanından 26,9 min,Türkiyədən 22,6 min, İrandan 13,5 min və Pakistandan 7,3 min nəfər ölkəmizə səfər edib.

İqtisadçı-ekspet Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, bu sahəyə Dövlət Turizm Agentliyi nəzarət etsə də, problemlərin həlli konkret bir strukturun tənzimləmələri ilə müəyyənləşə bilməz: “Buradakı problemlərin həlli ilə dövlət ümumi şəkildə məşğul olmalıdır. Turizm ölkəyə giriş-çıxışdan, təyyarə qiymətlərindən, quru sərhədlərindən, ölkədə turizmə dəstək verən yan xidmətlərin inkişafından, cəmiyyətin bu məsələyə yanaşma tərzindən asılıdır. Turizm paralel olaraq yan sahələrə təsir edir və bundan özü də təsirlənir. Ona görə də turizm sektoruna hökumətin kompleks yanaşması vacibdir. Təkcə hotel, restoran tikməklə ölkəyə turist cəlb edəcəyimizi düşünməməliyik. Çünki ölkəyə gələn turist öz marşurut xəttini müəyyənləşdirərkən, gedəcəyi ölkədə sərnişindaşıma, hotel, iaşə obyektlərindəki vəziyyəti, cəmiyyətin turistə münasibətini və turistlərə verilən azadlığı da nəzərə alır”.

“Biz Gürcüstanla Azərbaycan turizmini müqayisə edərkən nəzərə almalıyıq ki, Gürcüstan turizmi daha azad bir mühit üzərində qurulub. Gürcüstanda turistin bir çox azadlıqları var. Məsələn, Gürcüstanda kazinoların fəaliyyətinə icazə var, həmçinin narkotik vasitələrin müəyyən formlarından da istifadə mümkündür. Bu cür əyləncə məkanlarında istirahət azadlığının təmin olunduğu ölkələr hər zaman turistlərin marağına səbəb olur. Məhdudlaşdırıcı vasitələr tətbiq olunan zaman turist təbii ki, ölkəyə gəlməyəcək. Bu gün qlobal turizm bazarında ciddi rəqabət mühiti formalaşıb. Azərbacan təbiətinə görə nə Türkiyədən nə də Gürcüstandan gözəldir. Düşünürəm ki, kifayət qədər problemlərin olduğu turizm sektorunda müəyyən məsələlər öz həllini taparsa, bu, turizmin inkişafına müsbət təsir göstərə bilər”,-deyə ekspert bildirib.

Sonda qeyd edək ki, bu cür qiymət siyasətinin və keyfiyyətsiz xidmətin ölkəyə turist axınını kəskin azaldacağı və Azərbaycanda turizm sektoruna böyük zərbə vuracağı şübhə doğurmur. Bunun qarşısını almaq üçün müvafiq dövlət orqanlarının təsirli addımlar atması vacibdir. Turizm obyektlərində vaxtaşırı monitorinqlərin həyata keçirilməsi, turistlərin şikayətlərini dinləmək üçün “Qaynar xətt”in yaradılması və sair belə tədbirlər bu sahədəki özbaşınalığın və soyğunçuluğun qismən də olsa qarşısını ala bilər…

Elvin Bəyməmmədli
 
 

Ardını oxu...
Bu gəmilər dənizdə yanğınsöndürən "Vixr" 3,8,9 gəmiləridir və onlar müttallom üçün hazırlanıblar! Yənii kəsib metal qırıntısı kimi metaləridəın zavodlara qəpik quruşa satacaqlar.
Bunu Teref.az-a məlumatlı mənbədən xəbər veriblər.
Teref.az yazır ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycandada yanğınlar baş verir. Yanğın deyən kimi, əsasən ən təhlükəlilər siyahısında meşə yanğınları yada düşür.
Lakin nədənsə uzaq olmayan keçmişdə dənizdə neft platformalarında baş verən yanğınları yada salan yoxdur. Xəzər dənizində yanğınları söndürmək üçün "Vixr" yanğın söndürən gəmiləriu var. Düzdür onlar köhnədirlər. Öz yararlılıq dövrlərini başa vurublar. 20-ci əsrdən qalıblar və yuxarıda onların axırıncı mənzildə dayandıqları yerdə şəkillərini göstərdik.
Məlumatlı mənbənin verdiyi məlumata görə bu gəmiləri kəsib metalloma verərək bəzi işbaz məmurlar qazanacaqlar. Ancaq sabah ixtiyarı bir platformada yanğın baş versə xaricdən gəmilər gətirtməıli, ya da xaricdən baha qiymətə işlənmiş yanğın söndürən gəmilər almalı olacağıq.
Amma nədənsə aidiyyatlı məmurların heç biri dünya praktikasında olduğu kimi, kiçik xərc qoyaraq bu gəmiləri modernləşdirmək istəmir. Üstəlikdə özümüzün gəmiqayırma zavodumuz var. Sabah milyonlar verib hansısa gəmini almaqdansa elə öz gəmiqayərma zavodumuzda bu gəmiləri modernləşdirə bilərik. Amma yox, bu məmurlara sərf etmir, onlar bu gəmiləri metalloma satmaq istəyirlər!
Teref.az olaraq bu gəmilərlə bağlı araşdırmalarımızı davam etdirik!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti