ABŞ Prezidenti Donald Trampın dediklərinin əksinə olaraq, Milli Qvardiyanın qoşunları Los-Ancelesdə etiraz aksiyaları və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün şəhərə yerləşdirilməyib və ya istifadə olunmayıb.
"Report"un məlumatına görə, bu barədə Los-Anceles meri Karen Bass “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Aydın olmaq üçün: Milli Qvardiya Los-Ancelesdə yerləşdirilməyib", - Bass yazıb.
O, Kaliforniya şəhəri və ştatının hüquq-mühafizə orqanlarına, eləcə də qubernatoru Qevin Nyusoma Los-Ancelesdə asayişi qorumaq üçün gördüyü işlərə görə təşəkkür edib.
Bundan əvvəl Donald Tramp Los-Ancelesdə “əla işlədiklərinə” və iğtişaşlarla mübarizə apardıqlarına görə Milli Qvardiya qoşunlarına təşəkkür edib.
Ateist Nikol Paşinyan haqqında bilmədiklərimiz Paşinyan jurnalist Anna Akopyanla evlidir. Onların üç qızı və bir oğlu var. 2012-ci ildən “Haykakan Jamanak”ın baş redaktoru kimi çalışan Akopyan Paşinyanla rəsmi nikahda deyil, onların kilsə mərasimi üzərindən də evliliyi yoxdur. Paşinyan nə vaxtsa bir gün erməni apostol kilsəsində evlənə biləcəklərinə ümid etdiyini bildirmişdi. Hazırda kilsə ilə münaqişədə olan Paşinyanın bu arzusunun baş tutacağı daha az ehtimal olunur.
Onların oğlu Aşot könüllü olaraq 2018- 2020-ci illərdə, hətta müharibə zamanı Qarabağda xidmət edib.
Paşinyan köhnə müsahiblərinin birində bildirib ki, o və ailəsi Erməni Apostol Kilsəsinin tərəfdarıdır: "Müqəddəs Eçmiədzini vaxtaşırı ziyarət etmək lazımdır. Ora həm də keçmiş və gələcək haqqında düşünmək üçün ən münasib yerdir". Təbii ki, indi o, "Müqəddəs Eçmiədzin" haqqında tamam fərqli fikirdədir...
Orasını da xatırladım ki, Nikol Paşinyan 2021-ci ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün təbliğat apararkən, oğlu Aşotu Azərbaycanda saxlanılan bütün erməni əsirləri ilə dəyişmək təklifini irəli sürmüşdü...
Emil Sanamyan yazıb ki, inqilab Paşinyanı “tənha Don Kixotdan Ermənistanı korrupsioner rejimdən “xilas etməyi” bacaran cəngavər Santaya çevirdi”...
Nikol Paşinyan 1 iyun 1975-ci ildə Tavuş vilayətinin şimal-şərqindəki İcevan şəhərində anadan olub. Paşinyanın atası Vova Paşinyan (1940–2020) futbol və voleybol üzrə məşqçisi olub və bədən tərbiyəsi müəllimi kimi çalışıb. Paşinyanın cəmi 12 yaşı olanda anası Svetlana vəfat edib və o, ögey anası Yerjanik tərəfindən böyüdülüb.
Maraqlıdır ki, o, Ermənistan Ordusunda xidmət etməyib, çünki ondan əvvəl iki böyük qardaşı xidmətdə olub və qanunla o, xidmət etməyə borclu deyildi. Paşinyan 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində (YDU) jurnalistika təhsili alıb. Onu təhsilini başa vurmadan universitetdən xaric ediblər. Paşinyan siyasi fəaliyyətinə görə universitetdən qovulduğunu iddia edib. İrəvan Dövlət Universiteti isə Paşinyanın dərsə gəlmədiyi üçün ali məktəbdən xaric edilməsi barədə bəyanat yayıb. 2015-ci ildə verdiyi müsahibədə Paşinyan bildirib ki, özünü daha çox jurnalist hesab edir, çünki jurnalistika onu siyasətə gətirib...
Hazırda Nikol Paşinyan Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin (1951) ilə qırğındadır. Baş nazir II Qaregini uşaq sahibi olmaqda suçlayıb. Qriqoryan kilsəsi isə din adamlarına evlənməyi qəti qadağan edib. II Qareginin reputasiyası heç əvvəl də o qədər ürəkaçan olmayıb.
Xatırladım ki, II Qaregin 1999-cu ildə İ Qaraginin (1994–1999) yerinə Erməni Qriqoryan Kilsəsinin rəhbəri seçilib. Elbəyi Həsənli
"Virginia Tech" şirkətinin mütəxəssisləri araşdırma aparıb və müəyyən ediblər ki, ABŞ-də 34 milyon insanın yaşadığı 28 şəhər tədricən su altında qalır.
Oxu.Az xəbər verir ki, bu barədə "Nature Cities" məlumat yayıb.
Məlumata görə, ən həyəcanverici vəziyyət Texas şəhərlərində yaranıb. Bu region ən sürətlə batan meqapolis kimi tanınır: Onun ərazisinin 42%-i ildə 5 mm-dən çox sürətlə batır.
Dallas, Fort-Uort, Çikaqo, Nyu-York, Detroit, Denver və İndianapolis kimi şəhərlərdə də bu göstəricilərdə artım müşahidə olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edib.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Məlumata görə, Türkiyə lideri Özələ elektrik cərəyanı vuran Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki üçün keçmiş olsun diləklərini çatdırıb.
Qeyd edək ki, 48 yaşlı bələdiyyə sədrinin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik olaraq qalır.
Moskva yaxınlığındakı Puşkinodakı anbarda irimiqyaslı yanğın baş verib. Bakupost.az xəbər verir ki, bu barədə Rusiya FHN-i məlumat yayıb. Bildirilib ki, baş verən yanğının sahəsi 8 min kvadratmetrdən çoxdur.
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ona qarşı irəli sürülən ittihamlarla beynəlxalq məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, o, sosial şəbəkədəki səhifəsində yazıb:
"Prezident Sadır Japarov məni korrupsiyadan tutmuş adam öldürməyə kimi bir çox başqa cinayətlərdə də ittiham edib. Ona görə də mən hakimiyyətə konkret addım təklif edirəm: Roma Statutunu ratifikasiya edin və Baş Prokurorluğa tapşırıram ki, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etsin və bütün ittihamlara cavab verməyə hazıram”.
Qırğızıstanın keçmiş prezidenti Atambayev qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib
İyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Prezident Administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və keçmiş deputat Ravşən Jeenbekov 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs ediliblər.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək. Bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.
“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.
Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.
İranın İnformasiya Nazirliyi (Kəşfiyyat) İsrailin nüvə sektoru ilə bağlı çoxlu məxfi sənədləri əldə etdiyini açıqlayıb. Ajans.az xəbər verir ki, bu barədə "Tasnim" nəşri məlumat dərc edib.
"İran kəşfiyyat xidmətləri işğal olunmuş ərazilərdən İsrail rejiminin nüvə obyektləri ilə bağlı çoxlu sayda sənədləri və məxfi məlumatları tapıblar”, - nəşr yazır.
Qeyd olunur ki, ələ keçirmə əməliyyatı bu yaxınlarda baş tutub, lakin öyrənilməsi və təhlükəsiz yerə daşınması lazım olan sənədlərin çox olması səbəbindən məlumat verilməyib.
Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması faciə ilə nəticələnib. Ajans.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb. Belə ki, Mərdan rayonunda baş verən hadisədə iki mərtəbəli yaşayış binasının damı uçub.
Nəticədə altı nəfər ölüb, iki nəfər yaralanıb.
Yeddi saat davam edən xilasetmə əməliyyatından sonra dağıntılar altından 8 nəfər sağ çıxarılıb.