Ardını oxu...
Ağ Evin mətbuat katibi Kerolayn Livitt amerikalı iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın adının maliyyəçi Ceffri Epşteynin işinə dair sənədlərdə yer alması ilə bağlı açıqlamasını “təəssüfə layiq” adlandırıb.
TEREF xəbər verir ki, o, CNN telekanalının efirində yaranmış vəziyyəti şərh edib.
“Bu, dövlət xərclərinin azaldılması haqqında qanun layihəsindən narazı olan Mask üçün təəssüfləndirici epizoddur. Çünki bu qanun onun maraqlandığı müddəaları ehtiva etmir”, – Livvit deyib.
İyunun 5-də sahibkarla Tramp arasında açıq mübahisə yaranıb. Buna səbəb Maskın ABŞ-nin Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən istefa verməsi olub.
Bakupost.az
İş adamı bu vəzifədən istefa verdikdən sonra dövlət başçısının vergilərlə bağlı qərarını tənqid edib. O, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsinin federal büdcə kəsirinin artmasına səbəb olacağına əminliyini ifadə edib.
Buna cavab olaraq Amerika lideri büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələrinin həyata keçirilməsi üçün subsidiyaları və müqavilələri dayandırmağı təklif edib. Daha sonra Mask bildirib ki, guya Ağ Evin indiki sahibinin adı azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham olunan Cefri Epşteynin işi üzrə sənədlərdə yer alır. Üstəlik, iş adamı Donald Trampın impiçmentinin tərəfdarı olduğunu bildirib və onun yerinə vitse-prezident Ceyms Devid Vansın gətirilməsinə çağırıb.
BakuPost
 
Ardını oxu...
ABŞ prezidenti Donald Trampın Azərbaycanın enerji sektoru ilə bağlı səsləndirdiyi müsbət fikirlər diqqət çəkir. Tramp ölkəmizin enerji potensialını, Avropa üçün strateji əhəmiyyətini və Vaşinqtonun bu sahədəki maraqlarını xüsusi vurğulayıb.

Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycan enerji resurslarının Qərbə çıxışında əsas marşrutlardan birinə çevrilib. Xüsusilə Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinin Avropa bazarına inteqrasiyasında Azərbaycan həm enerji ixracatçısı, həm də tranzit ölkə funksiyası daşıyır. Bu isə Vaşinqton-Bakı münasibətlərinin sırf iqtisadi deyil, strateji məzmun daşıdığını göstərir.

Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-Azərbaycan enerji əməkdaşlığı 1990-cı illərdən, xüsusilə “Əsrin müqaviləsi”ndən sonra sürətlə inkişaf etməyə başlayıb:

“Həmin dövrdən etibarən ABŞ-ın iri neft şirkətləri “Chevron”, “ExxonMobil”, “Hess Corporation” və digərləri Azərbaycanın enerji sektoruna sərmayə qoydu və bu günə qədər əməkdaşlıq davam edir. ABŞ şirkətləri Xəzər hövzəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Enerji əməkdaşlığı Vaşinqtonun Cənubi Qafqaz siyasətində mühüm yer tutur.

Azərbaycanın Qərb ölkələri ilə son illərdə dərinləşən münasibətləri ABŞ-ın da diqqətindən yayınmır. Hesab edirəm ki, Azərbaycan yaxın illərdə təkcə enerji ixrac edən deyil, eyni zamanda mühüm tranzit ölkəyə çevriləcək. Çünki Mərkəzi Asiyadan Qərbə enerji nəqlinin Azərbaycan üzərindən genişləndirilməsi gündəmdədir. Bu, ABŞ üçün də önəmlidir. Vaşinqton həm enerji sahəsində, həm də logistika və tranzit daşımaları üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Hazırda Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi və Zəngəzur dəhlizi ideyası da bu əməkdaşlığın iqtisadi və geosiyasi baxımdan perspektivlərini artırır. ABŞ şirkətləri də bu layihələrdə birbaşa və ya dolayı yollarla iştirak imkanlarını qiymətləndirir”.

 
Ardını oxu...
Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2026-cı il iyunun 5-də ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X"səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, 2026-cı ilin mövzusu urbanizasiya və iqlim dəyişikliyi arasındakı həyati əlaqəni vurğulayaraq, Azərbaycanın qlobal ekoloji əməkdaşlığı gücləndirmək və təsirli, inklüziv iqlim fəaliyyətinə dair davamlı öhdəliyini əks etdirəcək.
Ardını oxu...
“Çin sədri Si Cinpinlə bugünkü telefon danışığım zamanı məni ölkəsinə səfərə dəvət edib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Söhbətimiz zamanı Si məni və birinci xanımı Çinə səfərə dəvət etdi və mən də buna müsbət cavab verdim”, - ABŞ lideri qeyd edib.

Donald Tramp Si Cinpinlə telefon danışığının çox yaxşı keçdiyini bildirib.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın adın insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə çəkilir.

Axar.az xəbər verir ki, bu barədə amerikalı milyarder amerikalı sahibkar İlon Mask sahibi olduğu X sosial şəbəkəsində yazıb.

“Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun, D. C. T. (Donald Con Tramp – red.)!”, – o vurğulayıb.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsxanada ölümündən sonra, xüsusilə Epşteynin siyasətçilər, milyarderlər və digər nüfuzlu şəxslərlə əlaqələri səbəbindən iş ətrafında bir çox konspiroloji nəzəriyyələr yaranmışdı.

Mask əvvəllər dəfələrlə istintaq materiallarında adı keçən şəxslərin tam siyahısının dərc olunmasına çağırış etmişdi.

Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.
 
 
 
Ardını oxu...
Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun nəhayət ki, açılışı olub. Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək. Fransanın hansı məqsədlə Qafanda konsulluq açması aydın məsələdir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gorusda Fransanın fəxri konsulluğu açıldı, sanki orada fransızlar “yaşayır”.

“Ümumiyyətlə, bu diplomatik qaydalarda belədir ki, hansı ölkənin hansısa şəhərində, bölgəsində çoxlu sayda digər ölkənin vətəndaşı yaşayırsa, orda da qarşılıqlı razılıq əsasında konsulluq açılır. Amma Gorusda heç bir dənə də fransız yoxdur. Hətta ora fransız deyil, ermənini konsul olaraq təyin etdilər.

Keçən il orada İran konsulluq açdı. İranı qismən başa düşmək olar. Çünki oradan İran sürücüləri yük daşıyırlar. Ancaq fransızların konsulluq açması siyasi məqsədlər daşıyır. Yəni Fransa da başa düşür, Ermənistan da bilir. Hətta İran da bilir ki, həmin ərazi gələcəkdə çox önəmli siyasi strateji bir nöqtə olacaq. Çünki 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizi, məhz oradan keçəcək. Orada da xarici ölkələrin konsulluğu olması, həmin ölkə üçün çox vacib məsələdir. Çünki həmin ölkələr orada dövlət maraqlarını qorumağa çalışacaqlar. Bu nöqtey-i nəzərdən, Fransa da orada fəxr konsulluq açır. Gələcəkdə bu yol dəhlizi açılandan sonra orada öz dövlət maraqlarını təmin etmək üçün müəyyən işlər görəcəklər.

Xatırladaq ki, orada konsulluq açmağa da Rusiya da iki ildir müraciət edib. Hələlik onlara şərait yaradılmayıb. Ancaq Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı bu məsələni danışdı və aradan bir neçə gün keçəndən sonra da fəxri konsulluq açıldı. Bu da onu göstərir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir. Fransa Cənubi Qafqazda öz dövlət marağını həyata keçirmək istəyir”-deyə politoloq qeyd edib.

Elşad Həsənov bildirib ki, Ermənistandan son 200 ildə Rusiya bu cür istifadə etmişdi və indi Ermənistan Fransaya doğru qaçır: “Eyni zamanda həmin konsulluq vasitəsilə, İran və Türkiyə istiqamətində də Fransanın maraqlarını qoruyacaq və orda öz işlərini həyata keçirəcəklər. Bununla yanaşı, kəşfiyyat işləri həyata keçirə biləcəklər. Bu səbəbdən, Gorusda Fransa konsulluğu açıldı”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi açılandan sonra orada daha çox daha çox ölkənin konsulluğu olacaq və Ermənistan istər-istəməz gələcəkdə Rusiyaya da razılıq verəcək.
 
Ardını oxu...
Ermənistanın “Joqovurd” qəzeti yazıb ki, spiker Alen Simonyanın başçılıq etdiyi parlament dövlət büdcəsi hesabına inanılmaz alış-verişlər edir.

"DogruXeber.az" bildirir ki, “Joqovurd”un əlinə gündəlik sənəd daxil olub. Belə ki, 2025-ci ilin martında parlament qocalma əleyhinə kremlər alıb.
“Joqovurd” qəzeti parlamentin “Nairian” QSC-dən ikitərəfli qaydada təsdiq edilmiş sənədlərlə satın aldığı sənədi təqdim edib:

lavanda efir yağı ilə dezodorant
qocalma əleyhinə krem
qocalma əleyhinə göz kremi
bütün dəri tipləri üçün işıqlandırıcı maye
ağ çiçəklərlə qutu
Milli Məclis bu satınalmalar üçün dövlət büdcəsindən 66 750 AMD ödəyib. Məbləğ sözsüz ki, böyük deyil, lakin parlamentin qocalma əleyhinə kremi hansı məqsədlə aldığı, ondan kimlərin istifadə etdiyi və ya Alen Simonyanın qocalma əleyhinə kremi kimə verdiyi bəlli deyil.

Bu hətta gülməli deyil.

Parlamentin mətbuat katibi alqı-satqının rəsmi görüşlərin birində edildiyinə və hədiyyə edildiyinə aydınlıq gətirib və qeyd edib ki, diplomatik etikaya əsaslanaraq bunun hansı məmura təqdim olunduğunu deyə bilməz.

“Dediyiniz alqı-satqı, bəli, həyata keçirilib. Diplomatik protokolda adət olduğu kimi, yüksək rütbəli məmurlar görüşlər zamanı bir-birlərinə hədiyyələr verirlər və burada qeyri-adi heç nə yoxdur. Əksinə, bunun Ermənistan istehsalı olmasına diqqət yetirməliyik və bu yolla biz də Ermənistan istehsalı olan brendlərin tanınmasına öz töhfəmizi vermiş oluruq. Erməni istehsalı olan oxşar məhsullardan müxtəlif nümunələr veririk. meyvələr, içkilər, şərflər bunlardan biridir və qeyri-adi heç nə yoxdur”, – deyə mətbuat katibi qeyd edib.
Ardını oxu...
Rusiyada sosial pensiyalarla bağlı yeni qanun layihəsi gündəmə gəlib. Dövlət Dumasında təmsil olunan Liberal Demokrat Partiyasının (LDPR) deputatları hökumətə təklif göndərərək, xarici ölkə vətəndaşlarına, o cümlədən Azərbaycandan olan miqrantlara yaşa görə sosial pensiya verilməsinin dayandırılmasını istəyib. Ölkə.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sosial pensiya almaq üçün hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiyada azı 15 il yaşamalı, daimi yaşayış icazəsinə sahib olmalı və kişilər üçün 70, qadınlar üçün isə 65 yaşa çatmalıdırlar.

Yeni qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu qaydanın ləğvi büdcəyə düşən sosial yükü azaldacaq və Rusiyanın sosial öhdəliklərini optimallaşdıracaq.

Qeyd edək ki, daha əvvəl Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balyanin pensiyaların dayandırılması ilə bağlı bəzi halları açıqlayıb. Onun sözlərinə görə, vətəndaş 6 ay ərzində pensiyasını almayıbsa və ya müəyyən müddət ərzində tibbi müayinədən keçməyibsə, yaxud təhsil aldığını təsdiq edən sənədi təqdim etməyibsə, bu halda ödəniş dayandırıla bilər.
 

 
Ardını oxu...


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Türkiyə mediasında Azərbaycana qarşı dezinformasiyaya əsaslanan belə kampaniyalar təkcə məlumatsızlıqdan qaynaqlanmır, həm də məqsədli şəkildə edilir:

“Bunu edənləri bir neçə kateqoriyaya ayırmaq olar. Bura radikal dini qruplar və onların bağlı olduğu mərkəzlər, eləcə də Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan ölkələr daxildir.

Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Türkiyə media cameəsini, həm də ictimaiyyətini məlumatlandırmaq baxımından kifayət qədər əsaslı idi. İndi məsələ bundan sonra hansı addımların atılmasıdır. Prezidentin köməkçisi Azərbaycanın rəsmi mövqeyini təqdim etdi, bundan sonra əsas iş Azərbaycan mediasının üzərinə düşür. Media bu cür dezinformasiyalara qarşı mübarizəni gücləndirməlidir.

Azərbaycandan müxtəlif jurnalistlər və analitiklər fərdi qaydada Türkiyə mediasında çıxışlar edir, hərçənd bu pərakəndə işlə nəticə əldə etmək, qardaş ölkədə məqsədli şəkildə yaradılan yanlış rəyi dəyişdirmək asan deyil. Bu baxımdan, Türkiyə və Azərbaycanın media sahəsindən məsul olan qurumlarının koordinasiyası ilə azərbaycanlı jurnalistlərin və analitiklərin bu ölkənin mediasına çıxışı təmin edilərsə, ikitərəfli münasibətlərimizi hədəfə alan dezinformasiyara qarşı mübarizəni effektiv şəkildə həyata keçirmək olar”.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar.

"Putin İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışaraq, onları faydalı adlandırıb, Trampa Kiyevin Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdləri barədə danışıb. Rusiya Prezidenti danışıqlar zamanı Kiyevin mülki hədəflərə istiqamətlənmiş hücumlarından danışıb. Tramp Putinə təsdiqləyib ki, ABŞ Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbərsiz olub. Tərəflər Rusiya və Ukrayna arasında memorandum layihəsinin mətnlərini müzakirə etməyiblər", - deyə Uşakov vurğulayıb.

Onun sözlərinə görə, Putin və Tramp ölkələr arasında böyük potensiala malik əməkdaşlığın bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Prezidentlər fikir mübadiləsini müsbət və məhsuldar adlandırıblar.

Kreml rəsmisi əlavə edib ki, liderlər Ukrayna üzrə ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
 

Dünyapress TV

Xəbər lenti