Ardını oxu...
Ehtimal var ki, Polşada seçkilərin nəticələrini sabah səhər elan edəcəklər. Hal-hazırda isə ehtiyatlı optimizm yaradan xəbərlər var.
"İpsos"un açıqladığı ilk exit-pollun nəticələri belədir:
Tşaskovski-50.3%
Navrotski-49.7%.
Amma məsələnin ən vacib tərəfi odur ki, bu rəqəmlər diasporanın səsini nəzərə almadan hesablanıb, xaricdə yaşayan polşalıların əksəriyyəti isə Tşaskovskini dəstəkləyir, yəni əgər exit-pollun nəticələri dəqiqdirsə və fərq gerçəkdən 0.6%-dir, onda diasporanın səslərinin hesablanmasından sonra fərq daha da çoxalacaq və Tşaskovski növbəti prezident olacaq.
Rəsmi rəqəmləri və nəticələri gözləyirik, amma istənilən halda müsbət xəbərlər gəlməkdədir.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
“Türkiyə burada sülhün əldə olunmasında israr etməlidir”

Avropa İttifaqının (Aİ) nümayəndələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı İstanbulda planlaşdırılan danışıqlara qatılmasına icazə verilməməlidir. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazıb.

Nəşrin müəllifləri Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenskini sülh yolu ilə nizamlanma şərtləri ilə razılaşmamağa çağırdığı əvvəlki İstanbul danışıqlarının təcrübəsinə diqqət çəkiblər.

"Bu danışıqlar zamanı belə hal baş verməməlidir. Türkiyə burada sülhün əldə olunmasında israr etməli və Ukraynanın münaqişəni davam etdirməsini istəyən avropalılara imkan verməməlidir", - nəşr yazıb.

Ardını oxu...
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.

AzPost bildirir ki, Moskva ilə Kiyev arasında birbaşa danışıqların ikinci mərhələsinin sabah Türkiyədə baş tutacağı gözlənilir.

Daha əvvəl prezident Zelenski Ukraynanın görüşdə iştirakını təsdiqləyib. Tərəflərin atəşkəslə bağlı memorandumlar layihəsini müzakirə edəcəyi gözlənilir.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə mayın 16-da keçirilən əvvəlki görüşdə olduğu kimi müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.
 
Ardını oxu...
ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq onu "barıt çəlləyinə" çevirir.

APA xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Müdafiə Nazirliyinin rəhbəri Piter Hegsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda səsləndirdiyi fikirlərə münasibət bildirərkən açıqlama yayıb.

"ABŞ Asiya-Sakit Okean regionunda sülh və sabitliyin əsas pozucu amilidir. Onlar öz hegemonluğunu qorumaq və guya Hind-Sakit Okean strategiyasını həyata keçirmək üçün Cənubi Çin dənizi regionuna hücum xarakterli silahlar yerləşdirərək bölgədə gərginlik yaradır və onu barıt çəlləyinə çevirir", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.
Ardını oxu...
Məşhur amerikalı cinayətkar Al Kaponeyə (Al Capone) məxsus, brilyantla bəzədilən "Patek Philippe" cib saatı satışa çıxarılacaq.

Valyuta.az xəbər verir ki, hərrac 2025-ci ilin iyun ayında "Sotheby's" hərrac evində keçiriləcək.

Bu saat, Kaponenin özünəməxsus zövqünü və dövrünün dəbdəbəli həyat tərzini əks etdirən nadir əşyalardan biridir.

1919-cu ildə istehsal edilən bu cib saatı, orijinal "Patek Philippe" mexanizmi ilə təchiz olunub. Kapone, saatın standart korpusundan narazı qaldığı üçün onu Çikaqoda yerləşən yerli bir zərgərə apararaq, platindən hazırlanan xüsusi bir korpusla əvəz etdirib. Saatın arxa hissəsində isə "AC" (Al Capone) baş hərfləri 90 ədəd tək kəsimli brilyantla bəzədilib. Bu cür fərdiləşdirmə, o dövr üçün olduqca nadir və qeyri-adi hesab olunurdu.

Bu saat ilk dəfə 2021-ci ildə Kaponenin ailəsi tərəfindən "Witherell's" hərrac evində satışa çıxarılıb və 229.900 dollara satılıb. Həmin vaxt saatın qiyməti 25.000–50.000 dollar arasında qiymətləndirildi. Hazırda isə "Sotheby's" hərrac evi bu saatı 80.000–160.000 dollar arasında qiymətləndirir.

Bu cib saatı, yalnız Kaponenin şəxsi əşyası olmaqla qalmayıb, həm də onun dəbdəbəli və nümayişkaranə həyat tərzinin bir simvoludur. Saatın unikal dizaynı və fərdiləşdirilməsi, onu təkcə bir vaxt ölçən cihaz deyil, həm də bir sənət əsəri və tarixi yadigar kimi dəyərli edir.

Al Kaponeyə məxsus bu brilyantla bəzədilən "Patek Philippe" cib saatı, həm tarixi, həm də estetik baxımdan böyük əhəmiyyətə malikdir. Onun yenidən hərraca çıxarılması, kolleksiyaçılar və tarix həvəskarları üçün nadir bir fürsətdir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Beynəlxalq tədqiqatçılar qrupu xəbərdarlıq edir ki, qlobal istiləşmə bu templə davam edərsə, 2100-cü ilə qədər Yer kürəsinin buzlaqlarının 75%-i yox olacaq. Bu, dəniz səviyyəsinin ən azı 23 sm yüksəlməsinə və fəlakətli ekoloji nəticələrə səbəb ola bilər.

Tədqiqat Science jurnalında dərc olunub.

Xüsusilə Alyaska risk altındadır – burada buzlaqların 69%-i əriyə bilər. Hətta ən yaxşı ssenaridə belə bölgə buz ehtiyatının 41%-ni itirəcək.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi dayansa belə, buzlaqlar hələ yüz illərlə əriməyə davam edəcək. Bu səbəbdən, yaxın onillikdə görüləcək tədbirlər həlledici rol oynayacaq.
 

Ardını oxu...
  

İran yeni nüvə sazişinə dair razılaşmanın ABŞ variantını Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə alıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat verib.

"Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi", - o yazıb.

Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.**report.az


Ardını oxu...
  

ABŞ müdafiə naziri Pit Hegset Çinin Tayvana qarşı real hərbi təhdid yaratdığını bildirib və Asiya ölkələrini Vaşinqtonla sıx əməkdaşlığa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Hegset Sinqapurda keçirilən yüksək səviyyəli Asiya müdafiə sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, ABŞ Çin üzərində “nə hökmranlıq etmək, nə də onu boğmaq” niyyətindədir, lakin öz müttəfiqlərinin qorxudulmasına da imkan verməyəcək.

ABŞ rəsmisi Pekini Asiyada hegemonluq etmək istəyən və regionun bir çox hissəsinə nəzarət etməyə çalışan bir güc adlandırıb. O əlavə edib ki, Çin balansı dəyişmək məqsədilə hərbi gücdən istifadə etməyə hazırlaşır və bu prosesin 2027-ci ildə baş verə biləcəyi istisna deyil. ABŞ rəsmiləri uzun illərdir bu ili Tayvana mümkün müdaxilə tarixi kimi göstərirlər. Pekin isə bu iddiaları təsdiqləmir.

Toğrul İSMAYIL,
Musavat.com

Ardını oxu...
  

ABŞ prezidenti Donald Tramp hesab edir ki, xərçəng xəstəliyi aşkarlanan Co Baydenə görə “çox təəssüflənməyə ehtiyac yoxdur”.

Musavat.com "Forbes"ə istinadən xəbər verir ki, o, Baydeni “bədxah” adam adlandırıb və onun kinli olduğunu bildirib: "Bayden bütün həyatı boyu bir növ mötədil insan olub. Ağıllı deyil, amma bir növ qəddardır. Əgər ona yazığınız gəlirsə, çox da mütəəssir olmayın, çüni o, qəddar adamdır. Onun siyasi rəqiblərinə və incitdiyi bütün insanlara etdiyi pislikləri nəzərə alsaq, ona yazığım gəlmir".

Bu ayın əvvəlində, 82 yaşlı Bayden, 4-cü mərhələdə prostat xərçəngi olduğunu açıqlayıb. Mayın 30-da o, jurnalistlərə proqnozunun "yaxşı" olduğunu və "gözləntilərimiz xəstəliyi məğlub edə biləcəyimizdir" deyib.

Musavat.com

 
 
 
Ardını oxu...
 

Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.

Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" Almaniya hökumətinə istinadən yayıb.

Merzin ofisi Almaniya liderinin iyunun 5-də Ağ Evdə Trampla görüşəcəyini, ikisi arasında ilk üz-üzə görüş olacağını bildirib.

Açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlər və Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ticarət siyasəti kimi beynəlxalq məsələlər müzakirə olunacaq.

Merz Almaniyanın lideri olduqdan sonra atəşkəsi təmin etmək və Qərbin Ukraynaya dəstəyini saxlamaq üçün diplomatik səylərə əl atıb. Çərşənbə günü o, Berlində Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib.

Almaniyanın Avropa İttifaqı ilə ABŞ arasında ticarət gərginliyinin yumşaldılmasında böyük marağı var.

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti