Ardını oxu...
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

TEREF xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Məlumata görə, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Milli.Az

Ardını oxu...

İsrailin İrana hücumundan sonra baş nazir Benyamin Netanyahunun təyyarəsinin Yunanıstana aparıldığı iddia edilib. Təyyarədə kimin olduğu hələlik məlum deyil.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin İrana hücumundan sonra Tehran Tel-Əvivin və ABŞ-nin “ağır bir cəza ödəyəcəklərini” bildirdi.

İranda məscidlərə qisas bayraqları asılıb. İranın mümkün cavab hücumu narahatlığa səbəb olarkən, İsrail mediasından diqqətçəkən bir xəbər gəldi. İsrailin Kanal 12 telekanalı Baş nazir Binyamin Netanyahunun təyyarəsinin Yunanıstanın paytaxtı Afinaya eniş etdiyini açıqlayıb.

Ardını oxu...

Günel Həsənova

Gununsesi.info

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, prezident Məsud Pezeşkian İran xalqına müraciət edib.

Musavat.com “Tehran Times” nəşrinə istinadən xəbər verir ki, Pezeşkian xalqa müraciətində İran xalqının və ölkə rəsmilərinin İsrailin cinayətləri qarşısında səssiz qalmayacağını, İran İslam Respublikasının qanuni və güclü cavab verəcəyini və İsraili öz axmaq əməllərindən peşman edəcəyini bəyan edib.

Prezident bildirib ki, indi milli birlik hər zamankından daha vacibdir:

“Bu gün İran xalqının etimada, empatiyaya, birliyə və həmrəyliyə hər zamankından daha çox ehtiyacı var. İnşallah, belə bir dəyərli ruhla işğalçı rejimin cinayətlərinə sərt, rasional və güclü cavab verəcəyik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 
 
 

Ardını oxu...
  

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri İsrailin İrana hücumunu “beynəlxalq qanunlara məhəl qoymayan açıq-aşkar təxribat” adlandırıb.

Ərdoğanın sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahunun administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.

Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmədiklərini bildirən Ərdoğan, Türkiyənin İrana qarşı hücumları pislədiyini, İran xalqına başsağlığı dilədiyini açıqlayıb.

Musavat.com

 

Ardını oxu...
Ukrayna pilotsuz təyyarələri Rusiya aerodromlarına hücum etdikdən sonra Rusiya ən qiymətli hərbi təyyarəsini Ukraynadan çıxarıb.

TEREF xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Məlumata görə, ruslar iki Tu-160 strateji bombardmançı təyyarəsini cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaq “Anadır” aviabazasına köçürüb.

Maraqlıdır ki, ona yalnız hava və dəniz yolu ilə çatmaq olar, bunu peyk görüntüləri sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 660 km məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə - Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb.

"Tu-160 səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayıblar.

Lakin Tu-160-lar təkcə bahalı bombardmançılar deyil, həm də olduqca nadirdir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir. Bununla belə, Ukrayna bu Tu-160-ların bəzilərinin “Hörümçək toru” əməliyyatı çərçivəsində 1 iyun hücumu zamanı zədələndiyini bildirib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun hava qüvvələri üzrə baş elmi işçisi, professor Castin Bronkun qeyd edib ki, “Anadır” bazasından alınan görüntülər Kremlin "sonrakı dron hücumları riskini azaltmağa çalışdığını" göstərə bilər.

Publika.az
Ardını oxu...
  

ABŞ İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlarda nə iştirak etdiyini, nə də hər hansı bir yardım göstərdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mark Rubionun açıqlaması CNN telekanalı vasitəsilə yayımlanıb.

“Bu axşam İsrail İrana qarşı birtərəfli hərbi əməliyyatlar həyata keçirdi. ABŞ bu hücumlarda iştirak etməyib və heç bir yardım da göstərməyib. Hazırda bizim əsas prioritetimiz regionda yerləşən amerikalı hərbçilərin təhlükəsizliyidir,” – deyə Rubio bildirib.

O əlavə edib ki, İsrail bu əməliyyatların özünü müdafiə məqsədilə həyata keçirildiyini ABŞ tərəfinə bildirib.
“Prezident Tramp və onun administrasiyası regiondakı qüvvələrimizin qorunması və tərəfdaşlarımızla sıx koordinasiyanın təmin olunması üçün bütün zəruri addımları atıb,” – deyə dövlət katibi vurğulayıb.

Rubio həmçinin İranı ABŞ maraqlarına və hərbi personalına qarşı istənilən hücumdan çəkinməyə çağırıb:
“Bunu aydın şəkildə bildirmək istəyirəm – İran ABŞ-ın maraqlarına və ya personalına qarşı hücum etməməlidir".

Musavat.com

Ardını oxu...
  

Səudiyyə Ərəbistanı və Oman İsrailin İrana qarşı hücumunu qınayıb.

Musavat.com xəbər verir ki, Oman bu hadisəyə reaksiya verən ilk ərəb dövləti olub.

Səltənət rəsmiləri bildiriblər ki, hücum diplomatik səylərə zərbə vurur və bölgədə sabitliyə ciddi təhlükə yaradır.

Qeyd edək ki, Oman uzun müddətdir Vaşinqtonla Tehran arasında vasitəçi kimi çıxış edir və İranın nüvə proqramı ilə bağlı danışıqlarda mühüm rol oynayır.

Musavat.com

Ardını oxu...
Demokrat senator Aleks Padilla Daxili Təhlükəsizlik nazirinin iştirak etdiyi Los-Ancelesdəki tədbirdə qandallandı.
Senator Aleks Padilla Daxili Təhlükəsizlik nazirinin mətbuat konfransını qısa müddətə dayandırmışdı.

azadlıq.az
 
Ardını oxu...
Gürcüstan hökuməti Avropa Birliyi ölkələrinin üz-üzə gəlməkdən qorxduğu heyvandır.
Sitat.info xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə gürcü həmkarı İrakli Kobaxidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Hələ 2022-ci ildə qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qoruyub saxlamasına mane olmaq üçün - həm sizdə, həm də burada - vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu. Və bu hiss bizə yaxındır", - deyə Orban bildirib.

Macarıstanın baş naziri həmçinin Gürcüstanın iqtisadi artımını Budapeştin də əldə etmək istədiyi heyranedici nailiyyət adlandırıb.
 
Ardını oxu...
Moskva Azərbaycanın Donetsk və Luqansk “xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri, eləcə də Krımı Rusiya ərazisi kimi tanıyacağına ümid edir. Bu barədə RIA Novosti öz mənbəsinə istinadla xəbər yayıb.

“Moskva, Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı açıqlamasına reaksiyası fonunda, Bakının Moskvanın Ukraynada apardığı xüsusi hərbi əməliyyat və Krım, Sevastopol, DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya məxsusluğu məsələsində yanaşmasının ədalətli olduğunu qəbul edəcəyinə ümid edir”, – agentliyin həmsöhbəti bildirib.

Adının açıqlanmasını istəməyən mənbə əlavə edib ki, Moskva Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətlərindən çıxış edir. Bu münasibətlər 22 fevral 2022-ci il tarixində prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış Bəyannamə ilə rəsmiləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya prezidentinin köməkçisi Vladimir Medinskini Qarabağ münaqişəsi ilə bağlı faktları təhrif etməkdə ittiham etmişdi. Bakı həmçinin Rusiyalı məmuru səlahiyyətlərini aşmamağa və aidiyyəti olmayan məsələlərə müdaxilə etməməyə çağırmışdı.

Maraqlıdır, Moskvanın üstüörtülü formada, “mənbə” adı ilə verdiyi açıqlama nə deməkdir? Bu, nəyə hesablanıb? Axı, Kreml çox gözəl başa düşür ki, iki ölkə arasında münasibətlər xeyli gərginləşib. Bunun səbəbi də məhz Moskvadır – Putinin Azərbaycanın “Embraer” sərnişin təyyarəsinin vurulmasında Rusiyanın günahını qəbul etmək, məsuliyyət daşımaq istəməməsinə görə. Üstəlik, Moskva Ukraynanın xarici işlər nazirinin Azərbaycana son səfərindən də xəbərdardır. Hansı ki, 2022-ci ilin fevraldan sonra Moldova və Baltikyanı ölkələr çıxmaq şərti ilə keçmiş postsovet respublikalarından heç biri belə qəbul həyata keçirməyib. Kremlin çox yaxşı bildiyi başqa məqam da var – Azərbaycan və Ukrayna arasında uzun illərdir mövcud olan və bu gün də davam edən strateji tərəfdaşlıq münasibətləri. Rəsmi Bakı həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bunu indi də edir.

Bu şəraitdə Rusiyanın Azərbaycana Ukraynaya qarşı silahlı təcavüzü və onun işğal etdiyi ərazilərin Rusiyaya məxsusluğu ilə razılaşmağı təklif etməsi necə başa düşülməlidir? Moskvada kimsə Azərbaycan rəhbərliyi ilə münasibətləri tamamilə korlamaq istəyir? Bəs bunun məqsədi nə ola bilər?

Pressklub.az mövzu ilə bağlı tanınmış xarici ekspertlərin rəyini öyrənib.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgeni Maqda bildirib ki, son vaxtlar Rusiyanın təşəbbüslərini görəndə onda yalnız bir sualı yaranır: niyə bu təşəbbüslər hansısa ölkənin rəhbərliyini “Tanrı, çarı qoru” oxumağa və ya Kremlin çaldığı mahnıya oynamağı nəzərdə tutmalıdır?


“Məsələ ondadır ki, Rusiya öz hərəkətləri, bəyanatları və mövqeyi ilə paralel siyasi reallıq yaratmağa çalışır. Məntiqdən uzaq, sağlam düşüncəyə zidd olan paralel dünya. Mənə hazırkı dövrdə hansısa siyasətçinin bu cür təklifləri ciddiyə ala biləcəyini təsəvvür etmək çətindir. Axı, sağlam düşüncəsi olan istənilən siyasətçi başa düşür ki, həyat sabah bitmir və Rusiya da son instansiyası deyil. Ona görə də, Rusiyanın təkliflərini ciddiyə almayacaq. Azərbaycanın rəhbərliyinin də bu “böyük imperiya axmaqlığını” ciddiyə almayacağına azacıq da olsa şübhəm yoxdur. Bu, sadəcə tarix üçün qalacaq. Bir müddət sonra isə hüquqi araşdırmalar mövzusu olacaq. Nəticə belə olacaq”, – deyə Maqda bildirib.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə qeyd edib ki, Azərbaycanla Ukrayna arasında strateji münasibətlər 2022-ci ildə də olub. Amma bu, Moskvanın Bakı ilə Müttəfiqlik haqqında Bəyannamə imzalamasına mane olmadı. Ona görə də hesab edir ki, əsas məsələ keçmiş yox, indiki vəziyyətdir.


“Hazırda biz Rusiyanı mənfi mənada izləyirik. Kreml Trampın prezident postuna qayıtmasından da istifadə edə bilmir. Onun son ümidi Cənubi Qafqaz və Mərkəzi Asiyada Çinin maraqlarının keşiyində durmaqdır. Halbuki, Bakı Çin ilə münasibətləri Moskvanın vasitəçiliyi olmadan, müstəqil şəkildə özü də uğurla inkişaf etdirir.

Rusiya zəiflədikcə Avrasiya məkanında geosiyasi funksiyasını itirir. Buna görə də Kreml əsəbiləşib və Bakıya guya sərt mesajlar ötürməyə çalışır – guya vəziyyət dəyişə bilər. Bakı isə mənalı şəkildə susur. Bu susqunluq isə o deməkdir ki, vəziyyət dəyişəndə, gəlib danışarsınız”, – Vasadze fikrini tamamlayıb.

Rauf Orucov

Dünyapress TV

Xəbər lenti