Ardını oxu...
“Azercell”in hər ay müştərilərin hesabından 2 manat tutması narazılığa səbəb olub və məhz buna görə bir çox abonent nömrəsini başqa şəbəkələrə daşıyır.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı növbəti şikayət videosu yayılıb. “Azercell” abunəçisi olan şəxs bildirib ki, hesabdan 2 manat pulun tutuması özbaşınalıqdır və buna görə bu şəbəkədən imtina edir:

“Mənim xəbərim olmadan “Azercell” hesabımdan 2 manat pul tutur. Bunu zəng edərək özlərinə bildirmişəm. Deyirlər ki, sizə 25 dəqiqə danışıq, internet xidməti veririk, ona görə də 2 manat tuturuq. Mən sizdən belə bir xidmət istəməmişəm axı. Deyirlər ki, yox, bu tarifdən çıxa bilməzsiniz. Yəni istəsəm də, istəməsəm də belədir.

Belə çıxır ki, “Azercell” nömrəsi işlədiriksə səsimiz çıxdı-çıxmadı 2 manat verməliyik, hə? Əlbəttə, söhbət 2 manatdan getmir. Ancaq bir var ki, bu pul hər hansısa məqsədlə tutula, dövlətə, xalqa xidmət naminə yığıla, onda hamımız xoşluqla ödəyərik. Məbləğin azlığına da baxmarıq. Ancaq sırf “Azercell” abunəçisiyik deyə niyə bizim cibimizə girməlisən ki?

Məhz bu özbaşınalığa görə mən öz “Azercell” nömrəmi “Bakcell” şəbəkəsinə daşıyıram. “Azercell”in bu özbaşınalığı ilə bağlı da şikayətimi bildirmişəm. Ancaq təəssüf ki, baxan yoxdur”.
 
Ardını oxu...
"Bakının müxtəlif yerlərində söküntü işləri gedir. Yeni layihələrdən, infrastrukturun yaxşılaşdırılmasından danışılır, amma proses həm də tarixi zədələməklə məşğul olur. Bayırşəhərdə söküntü işlərindən, yaşı az qala bir əsr olan binaların sıradan çıxarılmasından yazmışdıq. Paytaxtın bütün yerlərində bu gün bənzər addımlar atılır və bu işlərin başında da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dayanır, desək, yanılmarıq..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəli bu gün məhz sözügedən dövlət qurumunun işbaz rəhbərliyinin TAMAHKARLIĞI sayəsində paytaxtımızın PASPORTU kimi tanınan tarixi binalara qarşı BİR HÜCUM siyasəti həyata keçirilməkdədir. Halbuki Bakı məhz həmin tarixi keçmişi hesabına tanınıb, sevilib. İndi isə Bakını sökənlər, Bakıda seviləsi nəsə qoymayıblar...

Konkret bir fakt: Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina yerlə-yeksan edilib. 1895–1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilmiş memarlıq nümunəsi tarixin yaddaşına qovuşub. Memar Stasia Orlova-Stroqanova buna görə çox sarsıldığını yazıb: “Bu bina təkcə fiziki olaraq yox olmadı — o, həm də tarixi abidələr siyahısından silindi. Çox sakit, çox hiss olunmadan. Halbuki bu bina sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi.

Biz onu qorumağa çalışdıq — məktublar yazdıq, müraciət etdik, sosial şəbəkələrdə məsələ qaldırdıq — amma cavab demək olar ki, olmadı. Təəssüf ki, biganəlik öz sözünü dedi. İnsanlar sanki görmədilər, hiss etmədilər. Bu, çox ağır və incidici idi. İndi isə o yoxdur. Rəsmi səbəb — mətbuatda haqqında qısa qeyd olunan “hibrid yaşıl park-koridor”un yaradılmasıdır. Yaxşı niyyətdir? Bəlkə də. Amma hansı bədəl qarşılığında? Biz şəhərimizin simasını itiririk. Keçmişimizi silirik. Və sonra təəccüblənirik ki, niyə hər şey eyni, cansız və köksüz görünür”.
Ardını oxu...
Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina

Memar Kazimir Skureviç 1866-1950-ci illər yaşayıb. Bakıya da məhz bu bina tikilməyə başlayan il – 1895-ci ildə gəlib. Dostu İosif Qoslavskinin ölümündən sonra Baş şəhər memarı vəzifəsinə təyin olunub. Tezliklə Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evlərinin müəllifinə çevrilib. Bakıda Skureviçin imzası olan xeyli tarixi bina var. Nümunə kimi Respublika Prokurorluğunun binasını göstərmək olar.

Çox təəssüf, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərin tarixinə ard-arda ağır zərbələr endirməkdədir. Bu yaralar isə heç vaxt sağalmayacaq.
 
Ardını oxu...
Məktəblərdə “Son zəng” artıq yaxınlaşır. “Son zəng” isə yaxınlaşması ilə yenə də özü ilə problemlər gətirir. Ən əsas problem isə “Son zəng” zamanı şagirdlərdən məktəb rəhbərliyi tərəfindən yığılan pul problemidir. Eyni zamanda tədbir zamanı bayağı musiqilər səslənir, rəqslər, qız məzunların yarıçılpaq geyimləri müzakirələrə səbəb olur…

Mövzu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, “Son zəng”lə bağlı problemlər hər il eyni vaxtda baş verir.

“Mart ayının sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi adından bir məlumat yayıldı ki, “Son zəng”lə bağlı ancaq milli musiqilər səslənsin, məktəbli geyimi olsun və s. Həqiqəti əks etdirsəydi, çox doğru qərar olacaqdı. Çox təəssüf olsun ki, bir neçə gündən sonra Agentlik elan etdi ki, belə bir təlimat verməmişik. Biz də sevinmişdik ki, bir dəfə düzgün təlimat verəcəklər. Nə qədər ki, məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı doğru-dürüst təminat verilməyəcək, bu problemlər olacaq. Bunun üçün Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məktəblərə təlimat göndərməlidir. “Son zəng” tədbiri saat neçədə başlamalıdır, tədbir zamanı şagirdlər məktəbli formasında olmalıdır, musiqi yalnız milli musiqilərdən seçilməlidir, rəqslər milli musiqilərə uyğun olmalıdır”.

Ekspert bildirdi ki, tələbləri pozan direktorlar ciddi cəzalandırılmalıdır:

“Dekorasiya ancaq təbii və sadə olmalıdır. Hər məktəbin infrastrukturuna və gücünə görə müəyyənləşdirilməlidir. Xüsusi bər-bəzəklər qadağan olunmalıdır. Biz görürük ki, bu addımlar atılsa, məktəblərdə problem olmaz. Çox təəssüf olsun ki, biz məsələni məktəb direktorlarının ixtiyarına buraxırıq. Problem təkcə 207 nömrəli məktəbdə deyil, bütün məktəblərdə problem var. “Son zəng” günü istənilən şəhər məktəbinə yaxınlaşıb görmək olar ki, dekorasiya 1000 manatdan yuxarıdır. Hardandır? Təbii ki, pul uşaqlardan yığılıb. Xüsusi geyimlərin, bəzən yarıçılpaq geyimlərin olması, yaşa uyğun olmayan makiyajlardan istifadə edilməsi, müəllimlərə, direktorlara xüsusi hədiyyələrin alınması daha nələr, nələr”.

E.Qafarovun sözlərinə görə, baş verənlər şəhər məktəblərinin əksəriyyətində var:

“Bir çox hallarda təşəbbüsü valideynlər və məktəb rəhbərləri qaldırır. Nəticədə bu biabırçılıqlar yaşanır. “Son zəng” “soyğunçu” bir günə çevrilir. Məsələn, bilirəm ki, elə adamlar var ki, “Son zəng” tədbirinə uşağı üçün xərclədiyi vəsaitin bir neçə ay borcunu vermək məcburiyyətində qalır. Bu nə dərəcədə doğrudur? Bu baxımdan bütün bunların çox sadə bir həll yolu var. Təhsilimizdə o qədər problem, biabırçı hallar var ki, bəzən oturub biz məktəbləri, müəllimləri qınayırıq. Məsələn, 207 nömrəli məktəbin direktorunun işdən azad olması nəyi həll etdi? Heç nəyi həll etmədi. Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram. Amma bizdə belə deyil. Bilərəkdən bu şərait yaradılır və bilərəkdən məktəblər, müəllimlər qınaq obyektinə çevrilir. Bu qədər çətindir ki, 10 cümləlik təlimat göndərəsən məktəblərə ki, “Son zəng” başlayandan bitənə qədər tədbir bu formada olacaq? Bununla da bütün problem həll olunacaq”.

Müsahibimiz qeyd etdi ki, kənd məktəblərində bu problem yoxdur və ya minimum səviyyədədir.

“Ən böyük problem şəhər məktəblərindədir. Bu problemin kökü mütləq Elm və Təhsil Nazirliyidir. Bu gün mayın 13-üdür. Bu gün də təlimat vermək olar, hələ bir ay qalıb. Problemin həll olunmasını Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi istəyirmi? İstəyirsə, məktəblərə 10 cümləlik təlimat göndərsin. Görünən odur ki, vəziyyətin belə olmasında maraqlı Elm və Təhsil Nazirliyidir, başda Emil Əmrullayev olmaqla. Məsələ odur ki, problemi həll etmək istəmirlər. Nəticədə cəmiyyətdə bu kimi neqativ hallar ortaya çıxır. Məktəb və müəllim mənfi mənada müzakirə olunur və nüfuz aşağı düşür. Cəmiyyətdə ciddi mənəvi boşluqlar yaranır”, – deyə Elşən Qafarov vurğuladı.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.
 
Ardını oxu...
"Övladmı 1-ci sinifə getməlidir. "Online" müraciətdə sadəcə bir məktəb və müəllim haqqı verirlər..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazı valideynlərdən biri öz etirazını ifadə edib.

Valideyn daha sonra Elm və Təhsil Nazirliyinin 1-ci siniflərə qəbul sisteminin əslində, rüşvətə şərait yaratdığını konkret dəlilləlrlə sübuta yetirir. Onun müraciətində deyilir:

"1- yaxın ərazi, 2- bacı-qardaş həmin məktəbdə təhsil alır, 3- valideyn həmin məktəbdə işləyir. Yaxın ərazı üzrə seçdim, "Azərışıq" sayğac nömrəsini daxil etdim.

İmtina gəldi. Səbəb Abşeron rayonu üzrə "Ərazi prioriteti qəbul olunmur"..

Hər məktəbdə minimum 6-7 ibtidai sinif olur və hər sinifdə minimum 30 uşaq. İki bənd üzrə hamısı doldu?

Şirinlik təklif edən kimi yer tapırlar. Əgər belə qəliz idisə, məktəb və müəllim seçim sayı artırılmalıydı ki, seçimlər arasından birinə qəbul olunsun.

Ölkədə təhsilin keyfiyyəti və səviyyəsi yerlərdədir.

Biz indi hara müraciət etməliyik?"
Ardını oxu...
 
Ardını oxu...
"Rabitəbank"-ın Analar Günü ilə bağlı hazırladığı reklam çarxı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

32gun.az xəbər verir ki, İstifadəçilər çarxda şəxsi məlumatların – konkret olaraq telefon nömrəsinin açıq şəkildə göstərilməsini bank üçün ciddi bir səhv kimi dəyərləndiriblər.

Tanınmış marketoloq Müşviq İskəndərov da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək reklam çarxını tənqid edib:

“Rabitəbank Analar Günü (Azərbaycan üçün belə bir gün varmı, onu bilmirəm) üçün hazırladığı videoda nömrəni açıq şəkildə paylaşaraq insanların şəxsi məlumatlarını yayıb. (Fotoda nömrə mənim tərəfimdən silinmişdir). Bu yalnız kontent istehsalçısının səhvi deyil, həm də bankın güvən anlayışına təsir edən ciddi bir məsələdir. Öz əməkdaşlarının ailə üzvlərinin məlumatlarının təhlükəsizliyini təmin etməyən bir bankın, müştəri məlumatlarından necə istifadə etdiyi sual altına düşür. Kiçik görünən məsələlər sonradan böyük problemə çevrilə bilər.”
Ardını oxu...
 
Ardını oxu...
Daha bir icra başçısının başı cəncəl işlərə qarışıb.

Bu barədə “DİA-AZ”ın əldə etdiyi məlumatdan aydın olur.

Mötəbər mənbə iddia edir ki, Şirvana rəhbərlik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov “yuxarılar” tərəfindən ciddi şəkildə tənqid olunub. Səbəbsə…
Ardını oxu...
Mənbənin söylədikləri: “Məlumdur ki, Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə

müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.

Bu fakt “yuxarıların” diqqətini cəlb edib və ona sərt şəkildə xəbərdarlıq edilməklə yanaşı, onunla bağlı ciddi ölmünün götürüləcəyi də hiss etdirilib”.

Məsələ ilə bağlı Şirvana icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı
 
Ardını oxu...
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov özünə həsr olunan sənədli film çəkdirib.
Belə bir iddia sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı videoda yer alan, icra başçısının birinci müavini Qalib Xudaverdiyev oxu.az-a açıqlamasında sənədli film iddiasını tamamilə əsassız adlandırıb.
İki il əvvəl çəkilən ad günü təbrikidir. Daxili, qısa bir təbrik videosudur. İndi kiminsə əlinə keçib, götürüb belə paylaşıb şantaj edirlər. Onu kimin paylaşdığını da bilirik, qərəzçi, öz maraqları üçün hamını şantaj edən adamdır – Asəf İsmayılov adında bir şəxsdir. Vaxtilə bələdiyyə sədri işləyib, müəyyən neqativ hallara yol verdiyinə görə sonra işdən uzaqlaşdırılıb. İndi də belə qərəzlə məşğuldur. Bu video da necəsə əlinə keçib. Dəqiq bilmirəm, ola bilər ki, kimsə öz profilində paylaşıb, o da götürüb belə istifadə edir”.Burada qeyri-adi nə var ki? Adam öz tanıdığı biri ilə bağlı öz şəxsi fikirlərini deyib. Burada qəbahətlik nəsə bir şey yoxdur. Təkrar edirəm, heç bir filmdən söhbət getmir. Hansı icra başçısı özünə film çəkdirir ki? Sadəcə daxili, bir neçə nəfərin səsləndirdiyi bir təbrik olub”, – deyə Q.Xudaverdiyev bildirib.
Lakin göründüyü kimi, icra başçısı öz yübileyini təmtaraqla qeyd etməsi, özü haqqında film çəkdirməsi danılmaz fakt olaraq qalır.

Qeyd edək ki, Rafiq Cəlilov 2021-ci il ildən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısıdır.
 
Ardını oxu...
 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı Səfirliyi tərəfindən Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstünün qarşısında tədbir təşkil olunmuş, abidənin önünə əklillər və tər çiçəklər qoyulmuşdur.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Tədbirdə çıxış edən səfir Q.Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışmışdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulanıb.

Mərasimdə Rumıniya Xarici İşlər Nazirliyinin Şərq Qonşuluğu üzrə Baş İdarəsinin direktoru Dan Yanku, Rumıniya Parlamentinin Senatının üzvü, Senatın Media və Mədəniyyət Komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Moldova Respublikasının Rumıniyadakı səfiri Viktor Kirila və digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət veriblər.

Tədbir əsnasında abidənin ətrafında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgi, eləcə də iştirakçılar üçün açıq havada çay süfrəsi təşkil olunmuşdur.
Tədbirdə Türkiyənin Rumıniyadakı Səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin rəhbərliyi və əməkdaşları, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Ötən gün məlumat vermişdik ki, Aysel Vaqif qızı Soltanova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.

"DogruXeber.az" bildirir ki, Tribunainfo.az bu təyinatla bağlı kiçik bir araşdırma aparıb.

Nəticədə məlum olub ki, yeni təyinat heç də səbəbsiz olmayıb. Belə ki, Aysel Soltanova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan həyat yoldaşının sayəsində belə yüksək vəziyyətə təyinat alıb. Söhbət sözügedən nazirliyinin müşaviri Rəşad Bayramovdan gedir.

Xatırladaq ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Tribunainfo.az-ın araşdırması nəticəsində yeni müşavirin elə müşavir həyat yoldaşı haqqında da martaqlı detallar üzə çıxıb. Məlum olub ki, Rəşad Bayramov 2021-ci ilin martında müşavir postuna təyinat alıb. Onun şəxsi xarakteristikasında qeyd edilir ki, Bayramov beynəlxalq səviyyəli biznes təlimçisidir. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin Azerbaycanda BP şirkətində modernləşdirmə və tranformasiya üzrə rəhbər vəzifəsində çalışıb. Yəni, həyat yoldaşı ilə BP-də də birlikdə çalışıblar.

Ictimai çıxışlar və korporativ kommunikasiya üzrə məqalələrin müəllifi Rəşad Bayramovun “Sözünə güvən: Auditoriyanı fəth etməyin on yolu” adlı kitabı 2016-cı ilin sonunda işıq üzü görüb. Rəşad Bayramov ABŞ-in Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr (2004-cü il), Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr (2001-ci il) dərəcələrini əldə edib.
Ardını oxu...
Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov hələ 2014-2015 ci illərdə birlikdə işlədiyi Məlikov Faiq Cabir oğluna vəzifə verib.

Kanal15.az bildirir ki, Rafiq Cəlilov o zamanlar Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi işlədiyi müddət ərzində Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş sonradan isə 8 saylı DƏDRX-də vəzifə almış MƏLİKOV FAİQ CABİR OĞLU ilə sıx "əməkdaşlıq" edib.

Onların birgə işləri barəsində bir çox media resurslarında araşdırmalar yazılmışdır.

07.05.2025-ci il tarixdə (reyestr məlumatına əsasən) Cəlilabad rayon İcra hakimiyyəti başçısı Rafiq Cəlilov köhnə tanışı Məlikov Faiq Cabir oğlunu Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib.

Dünyapress TV

Xəbər lenti