Ardını oxu...
Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Konstitusiya məcburi, məhkəmələr yolverilməz, mümkünsüz sayır

Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində təsbit olunub: “ Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur”. Bu, dövlətin ANA QANUNUNUN tələbidir, bəs bu tələbə necə əməl edilir? Nə yazıq, acı gerçəklik budur ki, məhkəmə qərarlarının icrasına elə məhkəmə qərarlarını qəbul edən məhkəmələr özləri qadağa qoyurlar. Konstitusiyaya sayğısızlığa baxın, inzibati məhkəmələr tələbkarın borclunu icraya məcbur etməyə dair ərizələrini mümkünsüz , ümumi məhkəmələr yolverilməz sayır. Belədə hansı Konstitusiyadan, hansı məhkəmə təminatı hüququndan danışmaq olar?
Faktları vurğulamasaq, şişirtmədə, obyektiv, qərəzsiz olmamaqda suçlana bilərik. Bakı İnzibati Məhkəməsinin varisi olduğu 1BİİM-in 05.07.2017-ci il tarixli qərarının icrasını borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) 01.04.2023-cü ildən özbaşına ləğv edib (?), 26 aydır tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına məhkəmə qərarı ilə ayrılan 110 manatın ödənişini dayandırıb. Tələbkar Qarabağ qazisinin ali dövlət hakimiyyəti, hüquq, ədliyyə orqanlarına, Ombudsmana 2 illik (?!) şikayətləri sonuc verməyib, hamı yaxasını kənara çəkib. Konstitusiya Məhkəməsi isə yalnız Ali Məhkəmənin aktlarından şikayətlərə baxmaq səlahiyyətinin olduğunu bildirib. Yeri gəlmişkən, “Konstitusiya Məhkəməsi haqqında” qanuna vətəndaşların icra olunmayan məhkəmə qərarlarından birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu təsbit edən bənd salınması bu sahədəki özbaşınalığa son qoya bilər. Onu da vurğulayaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə qərarlarının icra olunmamasından şikayətlərə müddət tətbiq etmir və icradan imtinanı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir.
Mövzudan uzaqlaşmayaq, tələbkar Qarabağ qazisi Bakı İnzibati Məhkəməsində borclu XŞTMF-nin məhkəmə qərarının icrasına məcbur edilməsi və dəyən ziyanın kompensasiya edilməsi tələbi ilə iddia qaldıranda, hakim Aygün Əhədova iddianı mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir. Qərardaddan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü ildən bəri- iki ildir qaziyə hüquqi yardımdan imtina edən, şikayətləri it-bata salan, məhkəmə tərkibinə etirazlarına baxmayan Pərviz Hüseynov, Şərafət Məmmədovanın tərkibində olduqları üçlüyə verilib. Təbii ki, Qarabağ qazisi bu iki hakimə etirazını elektron kabinetdən təqdim edib. Özəlliklə, h. Şərafət Məmmədovanın 9 ildir özünün çıxardığı qərarın icrasına qeyri-prosessual qadağa qoyması, 10 ildir apellyasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmaması ona etirazı daha da əsaslı edir. Di gəl, kimdir etiraza baxan? Qərəz hakimlərinin baxdığı yalnız qeyri-prosessual sifarişlərdir. Beləcə aşağı instansiyanın iddianın mümkün sayılmaması haqqında qərardadı qüvvədə saxlanılıb. Pərviz Hüseynov, Şərafət Məmmədova və Ceyhun Məmmədov üçlüyü 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasından da imtina edib ki, bu imtina Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlığıdır (?), tərəflərin hüquq bərabərliyinə, dövlət büdcəsinin çökməsinin qarşısının alınmasına görədir. (??). Özbaşınalığı təsəvvür edə bilirsiniz? 1-ci dərəcəli qazi-tələbkarın məhkəmə müdafiəsi, hüquqi yardım hüququna da qadağa qoyulub, kassasiya hüququna da! Konstitusiya Məhkəməsi də deyir ki, “get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!”
Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın mümkünsüzlük aktında göstərdiyi “icra icraatı qaydasında ərizə vermək” yardımına əməl edən qazi tələbkar kimi borclu XŞTMF-nin 8 il qabaqkı 05.07.2017-ci tarixli qərarın icrasına məcbur edilməsinə ərizə verib. Bu yol ərizə hakim Aygün Abdullayevaya verilib.

Bu hakimin Şərafət Məmmədovanın 20.06.2016-cı il tarixli qərarının icrasına qoyduğu qadağanı 6 ildir sürdürməsi ona etiraza əsas verib. Di gəl, yenə də nə etiraza baxılıb, nə hüquqi yardım edilib, nə dövlət hesabına vəkil ayrılıb, nə də videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı, dinlənilmə hüququ təmin edilib. Aygün Abdullayeva qərəzlə, sifarişlə tələbkarın borcluya qarşı icranın təmin olunmasına ərizəsinə mümkünlük iclası (?) təyin edib və mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir.(?) Özbaşınalığı təsəvvür edirsiniz? Tələbkar elə ərizə verib də və tərəflər elektron sistemdə tələbkar-borclu kimi qeydə alınıb. Məhkəmə açıq-aşkar dövlətin adından çıxardığı məhkəmə qərarının icrasını MÜMKÜN SAYMIR!
Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli Qərarının 22-ci bəndində təsbit olunub ki, hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq TƏLƏBKARIN ƏRİZƏSİNƏ əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır. Hakim Aygün Abdullayeva isə İCRANIN MÜMKÜN SAYILMAMASI haqqında QƏRARDAD çıxarıb. İcranın təmin edilməsinin məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə Plenumunun 22-ci bəndində o da yazılıb ki, məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də MƏHKƏMƏ QƏRARLARI İCRASIZ QALDIQDA MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN XƏYALİ XARAKTER qazanacağı nəzərə alınmaqla, TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ BELƏ HAKİM MÜTLƏQ ağlabatan müddətlərdə XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD ÇIXARILMASI MƏSƏLƏSİNİ HƏLL ETMƏLİDİR. Bakı inzibati Məhkəməsinin hakimlərinin isə özlərinin “MÜMKÜNSÜZLÜK TƏCRÜBƏSİ VAHİDLİYİ” qüvvədədir.
Mülki icraatda çıxarılan qətnamələrin, qərarların icrasını isə məhkəmələr yolverilməz sayır. (?) Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli və 21.06.2011-ci il tarixli 2 qətnaməsi 16 ildir nəinki icra olunur, heç tələbkarın ərizələrinə belə baxılıb, icraya belə yönəldilmir. Xətai məhkəməsinin hakimi Pərviz Zamanlı ərizəni geri qaytarıb ki, tələblər bir-birilə əlaqəli deyil, Bakı AM-in MK-sı (sədrlik edən Namiq Cəfərov) daha “dərinə gedib”, qərardadı ləğv edib ki, geriqaytarma qərardadından nöqsanı düzəldib, yenidən ərizə verilə bilər, ona görə də ərizə yolverilməzliyinə görə rədd edilməlidir. (?) Konstitusiyaya sayğısızlığa baxın, dövlətin adından çıxarılan , 16 ildir icra olunmayan 2 qətnamənin icrası YOLVERİLMƏZ SAYILIR.
Konstitusiya məhkəmə qərarlarının icrasının məcburiliyini təsbit edir, məhkəmə(lər) mümkünsüzlüyünü, yolverilməzliyini aktlaşdırır. Tələbkar(lar) da qalıb hüquqsuz, xəyallar, nağıllar aləmində. Hələ icranı tələb etdiyinə görə işgəncəyə uğradılma faktları da var...
Məğrur Ağsu
paralel.az
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə ali məktblərə qəbul imtahanının birinci cəhdini keçirib.

İmtahan nəticələrinin emalına sabahdan etibarən başlanacaq və 2 həftə sonra cavablar elan olunacaq. Abituriyentlərin və valideynlərin imtahan həyəcanı və narahatlığından istifadəyə çalışan bəzi qüvvələr artıq fəaliyyətə keçiblər.

“Cebheinfo.az” xəbər verir ki, xüsusilə “TikTok” və “İnstagram” sosial şəbəkələrində müxtəlif profillər haker xidmətləri təklif edərək blok imtahanında cavablara müdaxilə təklif edirlər. Onlar bu müdaxilə vasitəsilə cavablar emal olunmazdan əvvəl balları artıracaqları vədini verir və daha ətraflı məlumat üçün “İnstagram”-a keçid təklif olunur.

Paylaşıma şərh yazan bəzi isitfadəçilər daha əvvəl keçirilən buraxılış imtahanında guya bu haker xidmətindən yararlandıqlarını bildirərək inam yaratmağa çalışırlar.

Görünən odur ki, abituriyentlərin həssas durumundan istifadə edərək onları balları müdaxilə ilə artıracaqlarına inandırmağa çalıçanlar pul qazanmağın indi də bu yolunu seçiblər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Elektron hərracların keçirilməsi qaydalarında edilən son dəyişikliklər, bir çox zərərçəkmişi hüquqlarından faktiki olaraq məhrum edir. Çünki qarşılarına ciddi bir maneə - beh ödəmək məcburiyyəti qoyur.

Musavat.com xəbər verir ki, əvvəllər zərərçəkmiş şəxslər, yəni əmlakı əlindən alınan, ziyan çəkmiş vətəndaş heç bir maddi tələb olmadan hərracda iştirak edə bilərdi. O, borclunun əmlakının mümkün qədər yüksək qiymətə satılmasına çalışaraq, öz zərərinin daha dolğun ödənilməsinə töhfə verə bilərdi. Bu gün isə vəziyyət fərqlidir. Ona dəymiş ziyanı qarşılamaq üçün keçirilən hərraca qatıla bilmir. 5–10 faizlik beh tələbi zərərçəkmiş şəxslər üçün aşılmaz səddə çevrilib. Məhz bu tələbə görə 1 aydır ki, bir çox zərərçəkmiş maraqlarına toxunan hərracdan kənarda qalır. Nəticədə əmlak daha ucuz satılır deyə, ödənən ziyanın miqdarı da az olur.

Məsələn, 100 min manata hərraca çıxarılan hər hansı bir əmlakın 10 faizi beh olaraq ödənməlidir. Qaydalara dəyişiklik edilənə qədər zərərçəkmiş şəxslər 10 faiz beh ödəmədən maraqları çərçivəsində satılan əmlakın satışa çıxarıldığı hərraca qatılırdılar. Digər iştirakçıların təklif etdikləri məbləğin daha artığını təklif edirdilər. Beləcə əmlakın qiyməti 100 mindən 200 minə və daha artıq qalxır, yarış mühiti yaranırdı. Sonda əmlak baha satılır, müvafiq olaraq zərərçəkənə dəyən zərər məbləğinin ödənməsi də asanlaşırdı. Dövlət zərərçəkmiş vətəndaşın

hüquqlarının bərpasına yardımçı olurdu.

Dəyişiklikdən sonra isə zərərçəkən hərraca beh ödəməyə pul tapmır, müvafiq olaraq iştirakçıtək hərraca qatıla bilmir. Hərraca çıxarılan əmlak ilkin qiymətindən 5-10 min baha, başqa sözlə "su qiymətinə" satılır. Bu dəyişiklik kimin marağına cavab verir? Vətəndaşın? Dövlətin?

Təbii ki, yox. Yeni qaydaların ölkədə hərrac işbazlarının formalaşmasına, əl-qol açmasına rəvac verməkdən başqa məqsədi görünmür.

Belədə sual yaranır ki, bəs yeni qaydalar nə dərəcədə hüquqidir? Beynəlxalq praktika nə deyir?

Avropa, Asiya və Amerika ölkələrində beh tələbi var, bəli. Amma fərq ondadır ki, bu sistemlərdə hüquqi yardım genişdir, güzəşt mexanizmləri tətbiq olunur və şəffaflıq maksimum səviyyədədir. Zərərçəkmişlər üçün xüsusi qaydalar nəzərdə tutulur. Bizdə isə zərərçəkmiş şəxslərə əlavə güzəştlər tətbiq etmək hüquqları məhdudlaşdırılıb!

Dövlət zərərçəkmiş vətəndaşının yanında olmalıdır, qarşısında deyil. Zərərçəkmiş vətəndaşa beh tələbi irəli sürmək onu hərracdan uzaqlaşdırmaq, əslində onun ədalətə çatma yolunu bağlamaqdır.

Ədliyyə Nazirliyinin bu dəyişiklikləri etməsi isə hüquqi baxımdan da ciddi suallar doğurur. Azərbaycan Respublikasının Konstitusiyası, xüsusilə 60-cı maddədə qeyd olunur ki, "hər kəsin məhkəmə qaydasında müdafiə hüququ vardır". Həmçinin, 71-ci maddədə dövlət orqanlarının vəzifəsi insanların hüquqlarını və azadlıqlarını qorumaq kimi müəyyən edilir. Zərərçəkmişlərin hüquqlarını məhdudlaşdırmaqla bu prinsiplər pozulmuş olur.

Üstəlik, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, zərərçəkmişlərin əmlakın realizəsindən maksimum fayda götürməsi icra prosesinin əsas məqsədlərindən biridir. Beh tələbini icra proseduruna əlavə etməklə, nazirlik bu məqsədlə ziddiyyətə girir. Bu isə həm hüquqi əsasdan məhrumdur, həm də Konstitusiyaya və yuxarı qanunvericilik aktlarına ziddir. Bu baxımdan zərərçəkmiş şəxslərin hərraclarda iştirakını məhdudlaşdıran beh tələbi ləğv edilməlidir.
Ardını oxu...
Bakı sakinlərindən biri “Kasap Kabab” restoranından şikayətçidir.

Məlumata görə, müştəri iddia edir ki, sözügedən restoranda sifariş etdiyi salatın içindən şüşə çıxıb:
Ardını oxu...
“Sifarişlərimiz gəldi. Salatı yeyəndə içindən şüşə çıxdı və ağzım yüngülcə yaralandı. Belə ki, dodağım kəsildi. Administratora bildirdim ki, belə şey olar? Düzdür, üzrxahlıq etdi. Ancaq bu çox təhlükəli vəziyyətdir. Hadisə faciə ilə nəticələnə bilərdi. Tək və ya ailə ilə bu məkanlara gedilir. İstəmərəm ki, belə hal ilə kimsə qarşılaşsın”.

Müştəri bildirib ki, məsələ ilə bağlı artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Şikayətçi qeyd edib ki, müvafiq qurumların nəzarəti olsa, kafe və restoranlarda belə diqqətsizlik və natəmizliyə rast gəlinməz.

Bakuplus.az
Ardını oxu...
"Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 nəfər göstərmişdi. Apellyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı".

Bu barədə təhsil ekspteri Kamran Əsədov bildirib. Ekspert bildirir ki, yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı:
"Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi? DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir?
Maraqlıdır DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?
Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir".

Kamran Əsədov vurğulayıb ki, təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır. \\Ucnoqta.az
 
Ardını oxu...
Qonşu ölkələrin mobil operatorları beynəlxalq tədbirdə 5G/6G -dən danışıblar, Azercell rəhbəri də Aztelekom-un GPON layihəsindən
Avrasiya regionunun mobil operatorları bu dəfə Özbəkistanda bir araya gəliblər .
Ənənəvi “M360 Eurasia 2025” forumu bu dəfə Daşkənddə keçirilir. Son iki il ərzində bu tədbir Bakıda baş tutmuşdu.
Gündəliyinə, çıxışlara, təqdimatlara göz gəzdirəndə, Azercell-in bununla bağlı rəsmi olaraq yaydığı açıqlamalara baxanda təəssüflənməmək mümkün deyil.
Bizim ən öndə gedən mobil operatorumuz, nəhəng dövlət şirkəti olan Azercell regionda innovasiyalar və texnologiyar sahəsində öz mövqelərini itirməkdədir.
Son bir neçə bu geriləmə bu tip konfranslarda açıq şəkildə görsənir.
Zarina xanımla yanaşı zalda əyləşən qonşu ölkələrin mobil operatorların rəhbərləri 5G və 6G -dən, 5G və süni intellektin inteqrasiyasından, daha innovasiyalı addımlardan danışdıqları halda Azercell rəhbəri Aztelekom-un GPON layihəsindən danışıb.
Əslində başqa gözlənti də yoxdur . Uzun müddətdir ki hansısa səbəblərdən bizim mobil operatorlar 5G şəbəkəsinin qurulmasına start verə bilmirlər. Heç lisenziyaları da yoxdur.
Distant təhsil xidməti vermək istəyən universitetləri zorla arxadan tutub saxladıqları kimi, kimlərsə bizim mobil operatorlara da 5G-ni qadağan edib.
Regionda 5G şəbəkəsi genişlənir, 6G müzakirə olunur, bizim mobil operatorların başı qarışıb mövcud tarifləri qaldırmağa, bəsit xidmətlərə. Ən bahalı mobil internet və mobil danışıqlar isə bizdədir.
Amma tariflərin qaldırılmasından əldə olunan vəsaitlərin yeni texnologiyalara investisiya yatırımını, keyfiyyət və xidmət çeşidlərinin artımını da biz müşahidə etmirik.
Tezlikləri, lisenziyanı mobil operatorlara verməli olan İKTA -nın da başı qarışıb provayderlərlə internet sürəti qaldırmaq kimi bəsit müzakirələrə.
Qlobal şirkətlərlə işbirliyi quran qonşu ölkələr, Gürcüstan (Nokia), Ermənistan (Nokia), Qazaxıstan( Nokia, Huawei), Özbəkistan (Nokia), Tacikistan (Huawei) innovasiyalarda, süni intellekdə, hətta 5G və süni intellektin inteqrasiyası sahəsində irəliləyirlər.
Çox təəssüf edirəm.
Osman Gunduz
TEREF
Ardını oxu...
Bu gün Xaçmaz Rayon Mərkəzi xəstəxanasında jurnalistlə qurum rəhbəri arasında insident yaşanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla birgə vətəndaşlarla keçirdiyi qəbulda mübahisə baş verib.

Belə ki, qəbulda vətəndaş kimi iştirak edən "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyevin qaldırdığı problem qarşı tərəfin hiddətinə səbəb olub.

Bu barədə Müqəddəs Mehdiyevin özü Bizim.Media-ya məlumat verib.

O, insidentdən əvvəl səhiyyə rəsmilərinin qəbulunda qaldırdığı mövzulardan danışıb:

“Əvvəlcə bu ilin fevral ayında Zaur Əliyevlə Vüqar Qurbanovun Qusardakı qəbulunda, qaldırdığı məsələləri xatırlatdım. Qeyd etdim ki, Xaçmazın Xudat şəhər xəstəxanasının Ailə-sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməsindən ərazidə yaşayan 70 mindən artıq əhali narazıdır və bu səbəbdən sözügedən xəstəxananın əvvəlki statusu geri qaytarılmalıdır.

Daha sonra illərdir Xudatda təcili tibbi yardım stansiyasının tikintisinin yarımçıq qaldığını bildirdim. Zaur Əliyev tikintiisi yarımçıq qalmış təcili yardım stansiyasına vəsait ayrılacağı cavabını verdi. Sonra Xaçmaz rayon Mərkəzi Xəstəxanasında kompüter-tomoqrafiya aparatının olmamasını dedim.

Rəsmilər sözügedən aparatın 2 ay ərzində gətirilib quraşdırılacağını qeyd etdilər. Məqam son aylar Qusar rayon Mərkəzi Xəstəxanasında baş verən qalmaqallara çatdı. Tibb ocağının münaqişə yuvasına çevrilməsi, xəstəxana rəhbərliyinin sağlam mühit yarada bilməməsi, vaxtı keçmiş dərmanlardan istifadəyə göstəriş verənlərlə bağlı heç bir tədbirin görülməməsini, eyni zamanda bu xəstəxanadan çoxsaylı şikayətlərin olduğunu deyəndə, mübahisə düşdü. Bu vaxta qədər söhbətimiz sakit gedirdi”.

Müqəddəs Mehdiyevin iddiasına görə Vüqar Qurbanov onu əsassız yerə ittiham edərək qaldırdığı məsələləri şər və böhtan adlandırıb:

“Vüqar müəllim təkrar-təkrar “bu dediklərin şər və böhtandır, həmin şikayətləri bizə göndərin” deyə irad bildirdi. Mən isə “onsuz da bütün materialları sizə göndərirəm, özünüzü dövlət orqanı nümayəndəsi kimi aparın, sizin dedikləriniz şər və böhtandır" deyə cavab verdim. Mübahisəmiz 7-8 dəqiqə çəkdi. Hamı ayağa qalxdı və zaldan çıxdım”.


Müqəddəs Mehdiyev onu da əlavə edib ki, mübahisədən sonra özünü pis hiss edib, təzyiqi qalxdığı üçün təcili tibbi yardıma müraciət edib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

Ardını oxu...
 

30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunan Qədim Ədilov həbsə alınıb.

Musavat.com xəbər verir ki, Qədim Ədilov Binəqədi Rayon Məhkəməsinin binasına gətirilərkən ondan şikayətçi olan 10-a yaxın zərərçəkən də məhkəmə binasına gəliblər.

Zərərçəkənlər vəsatətə baxılarkən iclasın keçirildiyi zala buraxılmayıblar. Onlar məhkəmə binası önündə üzərində “Binəqədi məhkəməsinin ədalətli qərar çıxaracağına inanırıq!” “Dələduz Qədim Ədilov həbs olunsun”, “30 nəfərdən artıq vətəndaşın pullarını mənimsəyən Qədim həbs olunsun” sözləri yazılmış pankartlar qaldırıb və şüarlar səslədiriblər.

Ardını oxu...

Məhkəmə Baş Prokurorluğun vəsatətini təmin edib. Qədim Ədilovun ev dustaqlığında olmasını nəzərə almaqla hələlik onun barəsində 2 aylıq həbs qətiimkan tədbiri seçilib.

Qədim Ədilov məhkəmə zalında qandallanıb, istintaq təcridxanasına göndərilib.

Zərəçəkənlər iddia edirlər ki, Qədim Ədilovun illərdir azadlıqda qalması birbaşa Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun himayədarlığı ilə baş tutub. Qeyd edirlər ki, Qədim Ədilovun qardaşı Yasin Ədilov Şirvan Rayon Məhkəmə İcraçıları Şöbəsinin rəisidir. Qədim Ədilov Yasin Ədilov vasitəsi ilə Mübariz Əkbərovla yaxın əlaqələr qurub. Hətta barəsində Baş Prokurorluqda istintaq aparıldığı müddətdə belə güclü hakim himayədarlarına arxalanaraq yeni dələduzluq əməlləri törədib.

Ardını oxu...

Qədim Ədilovun həbsinə gəlincə, bəlli olur ki, 2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

İndi məlum olur ki, həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verərib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsi ilə axtarışa verilməmişdən cəmi 1-2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib.

İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

Zərərçəkənlər deyirlər ki, o zaman Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun göstərişi ilə hakim Cavid Hüseyn onu məhkəmə zalından açıb buraxıb.

Zərərçəkənlərdən Xaləddin Yusibov, Natiq Hümbətov, Nəsrulla Nəzərov və Sadiq Cəfərov iddia edirlər ki, Qədim Ədilov və onun qardaşı Yasin Ədilov dələduzluq yolu ilə ələ keçirdikləri vəsaitdən rüşvətxor hakimlərə yaxşı “pay” ayırırlar. Yoxsa İnterpolun aylarla axtarışlardan sonra həbs edib Azərbaycana təhvil verdiyi Qədim Ədilovu necə zaldan buraxmaq olar?

“Yaxşı ki, Baş Prokurorluğun İstintaq İdarəsi ədalətli mövqe sərgiləyərək dələduzu ifşa etdi. Yoxsa daha nə qədər günahsız adam dələduz Qədim Ədilovun qurbanı olacaqdı?”, - deyə zərərçəkənlər bildirirlər.

Qeyd edək kki, Qədim Ədilov 2024-cü ilin fevralına qədər 17 Azərbaycan vətəndaşına qarşı 2 milyon manatlıq dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olub.

2024-cü ilin noyabrında Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib. Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib.

Ötən ilin oktyabrında Qədim Ədilov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib və 2 gün sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılıb.

Qədim Ədilov azadlığa buraxılandan sonra zərərçəkənlərdən Natiq Hümbətov demişdi ki, onun məhkəmədən ev dustaqlığına buraxılması qanunsuzdur:

“Bu adam 2 dəfə həbsə alınıb, 5 dəfə də barəsində verilmiş qanunsuz qərar ləğv edilib, yenidən istintaqa qaytarılıb. Hər dəfə də azadlığa çıxa bilib, istintaqdan yayınıb”.

Natiq Hümbətovun sözlərindən aydın olmuşdu ki, Qədim Əilovu Rusiya tərəfi Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verəndən sonra mətbuatda o, yanlış olaraq “məşhur biznesmen” kimi təqdim olunub:

“Qədim Ədilovun dələduzluq əməllərindən zərər çəkmiş xeyli vətəndaş var. Biz - Xaləddin Yusubov, Məmməd Cəfərov, Şahin Aslanov, Mirhəbib Ağalarov, Sadiq Cəfərov, Etibar Kazımov, Rövşən Məhərrəmov və başqaları. Yenə də bu adamı “qurban” kimi göstərib aradan çıxarmaq fikirləri var? Mürəkkəb dələduzluq sxemi qurub insanların ev-eşiyini satdıraraq pullarını çırpışdırmaq nə vaxtdan biznes sayılır?

Məşhur biznesmen Araz Ağalarov, İskəndər Xəlilov, Fizuli Ələkbərov və s. kimi pillə-pillə biznes qurub zəngin olmuş şəxslərə demək olar. Yoxsa toyuq oğrusu, saxta sənədlərlə iş adamlarını aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirən nə vaxtdan “məşhur biznesmen” olub?

Düşünürəm ki, bu cür təqdimat kimlərinsə istintaqın və məhkəmənin rəyini yanlış yönləndirmək cəhdləridir. Necə ki, keçmişdə dələduzdan “zərərçəkmiş” obrazı yaratmaqla keçmiş baş prokuror müavini Rüstəm Usubov və keçmiş Bakı şəhər prokuroru İlqar Abbasov hansısa maraqlar qarşılığında dələduzu istintaqdan yayındırdılar.

Yalnız biz zərərçəkmişlər Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olduqdan sonra Fuad müəllim bu işi nəzarətə götürdü və baş prokuror Kamran Əliyevin də diqqətini bu işə cəlb etdi.

Ondan sonra Baş Prokurorluğun İstintaq İdarəsi ciddi araşdırma apardı və artıq ölkədən qaçmış dələduzun həbsi haqda məhkəmə qərarı çıxarıldı. İnterpol “qırmızı bülleten” ilə axtarış elan etdi”.

Natiq Hümbətov qeyd etmişdi ki, Qədim Ədilov Azərbaycandan əvvəlcə Türkiyəyə, zərərçəkənlərin onun izinə düşməsindən xəbər tutandan sonra oradan da Rusiyaya qaçaraq gizlənməyə çalışıb:

“Dələduzun izinə düşüb Türkiyə İnterpol İstanbul şöbəsinə məlumat verdim. Lakin “dolandırıcılıq suçları hapissiz yarqılanıyor” deməklə onu həbs etməkdən imtina etdilər. Yəni yerini bilirsənsə, get məhkəməyə ver, pulunu tələb et.

Açığı, bu, İnterpol Azərbaycana qarşı qardaş dövlətdəki İnterpol şöbəsinin hörmətsizliyi idi. Və ya onlar rüşvət alıb onu qoruyurdular. Çünki bundan sonra o, duyuq düşüb Türkiyədən Rusiyaya qaçdı”.

Natiq Hümbətov demişdi ki, bir müddət sonra Qədim Ədilovun sorağını Rusiyanın ucqarlarından eşidiblər. Bundan sonra zərərçəkmişlərdən Xaləddin Yusubov dərhal Moskvaya gedib və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Qədim Ədilovun həbsi üçün rəsmi müraciət edib.

Xaləddin Yusibov Musavat.com-a deyib ki, Qədim Ədilov zamanında himayə edilməsəydi, bu gün layiqli cəzasını alıb həbsdə günlərini sayırdı:

“2014-cü ildə bu dələduz özünü “Azəri AQA” firmasının direktoru kimi təqdim edib Rusiyadan “Aziz” adlı firmadan taxta alıb satmağı təklif edirdi. Həmin firmadan ayrı-ayrı firmaların adına rəsmiləşmiş vaqon sənədləri göstərib pul alırdı. Sonradan məlum oldu ki, eyni vaqon üçün 8-10 nəfərdən pul alıb.

Rusiyadakı “Aziz” firmasının direktoru Mirhəbib Ağalarov ilə biz istintaqda tanış olanda məlum oldu ki, dələduz Qədim Mirhəbib Ağalarova deyirmiş ki, filan firmaya və ya şəxsin adına vaqon yüklə, rəsmiləşdir, nömrəni göstərib pulunu vurduracam.

Sonra deyirmiş ki, həmin şəxsin ödəmək imkanı olmadı, indi sənədi ləğv et, başqa firmanın adına rəsmiləşdir. Sonda da deyirmiş ki, heç birindən pul ala bilmədim. Yük dolu vaqonu özümün “Azəri AQA” firmasına göndər, satıb pulunu özüm verəcəm. Beləcə bizlərlə yanaşı, Mirhəbib Ağalarovu da aldadıb 200 min dollarlıq malını ələ keçirib və onun sənədlərini bizə göstərib ümumilikdə 2 milyondan artıq pulu ələ keçirdi.

Biz ondan şikayət etdik və cinayət işi başlandı. Lakin dələduz və onun müəllimi olan atası o zaman prokurorluqda işləyən generallara yol tapdılar və Rüstəm Usubovla İlqar Abbasov bu cinayətkarın “daydayı” oldular. Onlar onun adını MTN-də Çovdarovdan zərərçəkmiş yazdılar və cinayət işini ləğv etdilər.

Mən şahid qismində Çovdarovun məhkəməsinə çağırılanda orada məlum oldu ki, bu dələduz özü onlara “donos” yazan imiş və ora davamlı gedib-gəlirmiş. Sadəcə sonuncu dəfə polisə nəzarət prokuroru Mircavan Kazımov haqqında yalançı donos yazanda Çovdarov çağırıb üstünə təpinib ki, “ay alçaq, bizi prokurorluqla düşmən etmək istəyirsən?”

Bunu məhkəmədə hamımız eşitdik. İndi təzədən bəzi saytlar gətirib bunu MTN işinə bağlayırlar. Unudurlar ki, daha Rüstəm Usubov kimiləri vəzifədə yoxdur. Bu adamı hər dəfə həbs edib istintaqa cəlb edəndən sonra bir yol tapıb azadlığa çıxır. Sonra da ölkədən qaçır. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cavid Hüseyn, Elbəy Allahverdiyev və Habil Məmmədov Qədim Ədilovu azadlığa buraxmazdan əvvəl onun dələduzluq bioqrafiyasına nəzər salmalı idilər.

İstintaqçıların işini çətinləşdirən, bizə qarşı dələduzluq əməlinin araşdırılmasını əngəlləyən qərar verməkdən çəkinməli idilər. Hakimlərin qərarını qanunsuz, hanısa maraqlara söykənmiş qərar hesab edirik”.

Zərərçəkən Şahin Aslanov demişdi ki, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir:

“O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspora təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu “Azəri AQA” firması böyük çapda taxta idxalçısıdır. O, bu firma ilə Ağalarova məxsus “Aziz” firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək haqda çoxsaylı müqavilələr imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o fimalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur.

Mən ancaq sonradan başa düşdüm ki, o, mənim sənədlərimdən istifadə edib millətdən para toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi.

Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir.

Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur.

Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək. Çox təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi belə bir qərar verdi.

Ümid edirəm ki, Qədim Ədilov bu dəfə bizə qarşı törətdiyi dələduzluq əməlinə görə nəhayət ki, layiqli cəzasını alacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 
 
 

Ardını oxu...
Vətəndaşlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından şikayətçidirlər.

Sadaladığımız problemlə bağlı sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Şikayətçi: “Həmkarlar İttifaqının mərkəzləşdirilmiş bir sistemi yaradılıb. Bu sistem vasitəsilə vətəndaşların sanatoriyalara yollayışları təmin edilir. Qeydlər isə zənglər vasitəsilə alınır. Dəfələrlə zəng edirəm, bu mərkəzə düşə bilmirəm. Düşdükdə isə istəyimə uyğun sanatoriyanı təklif etmirlər”.

Dövlət işində işləyən bir neçə vətəndaşdan APA TV-nin qaynar xəttinə şikayət daxil olub. Şikayət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındandır. Kimliklərinin naməlum qalmasını istəyən vətəndaşlar haqlarının tapdalandığını iddia edirlər.




Ardını oxu...

Xüsusi nümayəndəlik muxtar respublikanın konstitusiyasına daxil edilir

Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Naxçıvan Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının son iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (ikinci səsvermə) müzakirə olunub. Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Birinci səsvermə fevral ayının 20-də keçirilmişdi. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilib.

"Konstitusiyaya dəyişikliklər haqqında" Qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.

Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.

Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ediləcək  dəyişikliklər Naxçıvanda Ali Məclisin səlahiyyətinə hansı formada təsir edə bilər? Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Yeni dəyişikliklər xüsusi nümayəndəliyin də ana qanunda təsbit olunmasını özündə ehtiva edəcəkmi və səlahiyyət bölgüsü bundan sonra tam aydınlaşacaqmı?

Ardını oxu...

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiqləndikdən və Milli Məclisə təqdim olunduqdan sonra hansı dəyişikliklərin, yeniliklərin olduğu barədə məlumat verə bilər: “Bu gün  vəziyyət ondan ibarətdir ki, sözügedən sənəd Milli Məclisə daxil olmayıb, həmçinin mediada yayılmayıb, ictimailəşdirilməyib. Ona görə də qanunda hansı dəyişikliklərin nəzərdə tutulması barədə dəqiq fikir bildirmək yanlış olardı. Nəzəri cəhətdən belə düşünmək olar ki, Naxçıvan Muxtar Respublikasının idarəetməsində son bir neçə ildə reallaşdırılan yeniliklər, islahatlar, dəyişikliklərin muxtar respublikanın konstitusiyasında əksini tapması zərurəti meydana gəlib. Ona görə də məhz qeyd olunan məsələlərlə bağlı dəyişikliklər ediləcəyindən danışmaq olar. Ali Məclisin, hökumətin səlahiyyətləri bəllidir və hazırkı konstitusiyada əks olunur. Prezidentin xüsusi nümayəndəliyinin də hesab edirəm ki, əsas qanunda səlahiyyətlərinin nədən ibarət olduğu müvafiq şəkildə qeyd olunmalıdır. Dəyişikliklərdə Ali Məclisin səlahiyyətlərinin azaldılıb-azaldılmayacağı haqda da layihəni oxumadan dəqiq nə isə söyləmək düzgün olmaz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 
 
 

Dünyapress TV

Xəbər lenti