Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “qara mühasibat” bərpa edilib?..

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sözdə aparılan “islahatlar”ın sədr Zaur Mikayılovun idarəçilik sistemində ciddi problemlərinin olduğunu göstəririr

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatı nəticəsində bir çox rəhbər vəzifələrdə, o cümlədən rayonlardakı idarələrdə müdirlər kütləvi şəkildə dəyişdirilmişdi. Xatırladaq kİ, həmin kadrlar 30 il müddətində dövlət büdcəsindən ayrılan milyonları talan edən korrupsioner kadrlar kimi tanınırdılar və bu üzdən də Zaur Mikayılovun bu addımı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni bir dönəmin başlanğıcı kimi qəbul edilirdi.

Lakin Poliqon-nun ayrı-ayrı rayonıadan əldə etdiyi məlumatlara görə, təqribən bir il əvvəl işdən çıxarılan idarə rəislərinin 90 faizi yenidən öz yerlərinə, ya da digər idarələrə rəhbər vəzifələrə təyinat alıblar. Bi isə təəccüb və təbii olaraq sual doğurur: İslahatçılar düşərgəsindən olan Zaur Mikayılovun yenidən keçmişə dönüş etməsi nəylə bağlıdır?

Qeyd edək ki, adları uzun illərdir korrupsiyada hallanan bu idarə rəislərinin islahat adı altında yenidən öz vəzifələrinə, ya da başqa vəzifələrə təyin edilmələri sadəcə gülünc görünür.

Əldə etdiyimiz məlumata görə Zaur Mikayılovun keçmişə dönüşü təkcə “kadr islahatı”ilə bağlı deyil. Bəzi iddialara görə qurumda “qara mühasibat” da bərpa edilib və rəhbər vəzifələrdə çalışanlara “paketlər” verilir. Amma maraqlıdır ki, bu “paketlər”in “ikinci maaş kartı”na köçürüldüyü bildirilir.

Bu barədə Sabirbaddan aldığımız məlumat da bu iddaları təsdiqləyir. Məlumatda bildiririlir ki, adı uzun illərdir korrupiyada hallanan idarə rəhbərlərindən biri olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərov yerlisi və himayədarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin köməyi ilə yenidən idarəsi rəisi təyin edilməyə nail olub. Xatırladaq ki, Zakir Quliyev uzun illər boyi Əhməd Əhmədzadənin müavini olaraq çalışıb. Ölkə mətbuatında korrupsioner və orta səviyyəli oliqarx kimi tanınan Zakir Quliyev Zaur Mikayılovun dönəmində də qurumda öz gücünü qoruyub saxlaya bilib.

Sabirabaddan aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərov Əhməd Əhmədzadənin “qızıl dövründə” olduğu kimi işləyir.

Maraqlıdır ki, Şafiq Heydərova Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əlavə əmək haqqı kartı verildiyi iddia olunur və iddiaya görə bu karta hər ay əmək haqqının 3 qatı qədər pul vurulur. Eyni zamanda Sabirabad Suvarma Sistemləri rəisinin müavininin də ikinci “əməkhaqqı kartı” var və bu karta müdir müavinin maaşının 2 misli qədər pul köçürülür.

Qeyd edək ki, bu halın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən xəbərsiz həyata keçirilməsi mümkün deyil...

Hər ay qanuni və qanunsuz 6 min manat əmək haqqı alan Şafiq Heydərovun yenə də köhnə əməllərə əl atdığı deyilir. Məlumata görə Sabirabad rayonunda yerləşən qamış basmış drenajlar Suvarma Sistemləri İdarəsinin adı olub, özü olmayan işçiləri tərəfindən yandırılaraq təmizlənir. Həmin “işçilərə” maaş verlməsi ilə bərabər yandırılaraq təmizlənən drenajlarda texnikaların işləməsi sənədləşdirilir və hər ay külli mqidarda yanacaq silinir.

Başqa bir məlumatda isə qeyd olunur ki, Sabirabad Suvarma Sistemləri idarəsinin balansından olan nasos stansiyalarının demək olar hər birində iki nəfər adı olub özü olmayan işçi var. Bu isə xeyli sayda maaş kartının hələ də Şafiq Heydərovun cibində olmasında xəbər verir.

Yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində üzdə “islahat” adına faktiki olaraq hər şey keçmişə qaytarılıb...

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon sorğu ilə Sabirabad Suvarma Sistemləri İdarəsinə müraciət edib. Sorğu ilə bağlı idarənin Mustafa adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir. Çox təəssüf ki, Mustafa müəllim Sabirabad Suvarma Sistemləri idarəsində hansı vəzifə daşıdığını bizə söyləmədi.

“İndi heç kim keçmiş zamanlarda olduğu kimi işləmir. Buna görə də həmin iddiaların heç bir əsası yoxdur”, deyə Sabirabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı bildirib.

Poliqon.info
 
Ardını oxu...
Azərbaycanda təhsil sektorunda illərin yığılıb qalmış narazılıqları nəhayət alovlanıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi sərt fikirlər bütün sektoru silkələyib.

Məleykə Abbaszadə təhsil ekspertlərini yerdən-yerə vuraraq deyib: “Mən bilmirəm, kim bunlara ekspert adı verib? Hansı universiteti bitirib, neçə balla qəbul olub, bilirikmi? Sadəcə sosial şəbəkədə nəsə yazan ekspertdirmi?!”

Qeyd edək ki, son dövrlərdə DİM-in keçirdiyi imtahanlar və bu imtahanlardakı suallar sərt tənqid olunur. Keçmiş təhsil naziri Misir Mərdanov isə “uşaqları niyə "şikəst" edirsiniz deyə çağırış edib: “Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

DİM sədrinin tənqidinə təhsil ekspertlərinin cavabı gecikməyib. Kamran Əsədov açıq meydan oxuyaraq öz CV-sini yayımlayıb və Abbaszadəni səriştəsizlikdə ittiham edib: “Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 göstərmişdi. Apelyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?

DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir? Maraqlıdır, DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?

Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür, bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir. Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır".

Təhsil eksperti Elşən Qafarov isə deyib: “DİM desin, dünyada ikinci bir ölkə var ki, bu cür imtahan keçirir? Azərbaycan gəncləri peşə seçimini belə dilinə gətirə bilmir!

Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. İllərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.

Ən sərt cavab isə tanınmış jurnalist Taleh Şahsuvarlıdan gəlib. O, artıq hüquq-mühafizə orqanlarını DİM-in fəaliyyətini araşdırmağa çağırıb.

Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir. Şahsuvarlının fikrincə, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər: “DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə "testoloq" deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır... Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir".

“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Amerikada yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı paylaşıb edib.

Axşam.az xəbər verir ki, jurnalist Ü.İlyasova haqda bunları yazıb:

"Qanun susdu, ana ağladı - ədalət yerini tapmadı. Duydum-duymadım deməyin: Qaynı arvadını həkim olmadan, lisensiyasız bir klinikada əməliyyat edən və onun ölümünə səbəb olan Ülviyyə İlyasova, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəmi 3 il məntəqə tipli azadlıqdan məhrumetmə cəzası aldı. Yəni, həbs edilmədi. Bundan sonra kim harada istəyirsə, əməliyyat edə bilər. Buyurun, mətbəxlər sizi gözləyir. Qoy ali təhsilli doktorlar içəridə çürüsün. Onların əlində tibbi şəraitdə baş verən ölümlər qatı cinayətkarlıqdır… Elmimizə bu yaraşır. Əziz “könüllü cərrahlar”, bəli, sizi deyirəm iş başına. Çünki artıq nə diplom, nə lisensiya, nə də insan həyatı önəmlidir. Qorxmayın, məsuliyyət yoxdur, qanun susur. Əməliyyat masası yerinə mətbəx stolu, steril alətlər əvəzinə isə bıçaq dəsti kifayətdir. Cəsarətiniz varsa, buyurun – bu ölkədə hamı hər şeyi edə bilər! Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən".

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
 
Ardını oxu...
Ajans.az-ın əldə etdiyi məlumata görə Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma (WUR) (Wageningen university&research) institutunda təhsil alır. Nazirin hazırda 3-cü kursda təhsilini davam etdirdiyi bildirilir.

Qeyd edək ki, Nazir Məcnun Məmmədov 2024-cü ilin iyul ayında Niderlandda səfərdə olub və burada Wageningen Universiteti və Araşdırmalar, o cümlədən digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın araşdırılması və bu sahədə fikir mübadiləsi aparılıb. Wageningen Universiteti və Araşdırmalar insitutu kənd təsərrüfatı və meşəçilik sahəsində dünyada 1-ci yerdədir.

Nazir bu səfəri ilə bağlı 2024-cw ildə X hesabında paylaşım da edib.

Pakistanın Pəncab Əyalətinin paytaxtı Lahorda yerləşən LUMS – Lahor İdarəetmə Elmləri Universitetinin rəsmi səhifəsində qeyd olunub Azərbaycanın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Wageningen Universiteti və Tədqiqat və TIAS Biznes və Cəmiyyət Məktəbinin birgə proqramı olan Qida və Aqrobiznes üzrə Executive MBA dərəcəsini davam etdirir.

Yazıda həmçinin qeyd olunur ki, LUMS-da Məmmədov LUMS Sahibkarlıq Cəmiyyətində, LUMS Macəra Cəmiyyətində və LUMS Səyyahlar Cəmiyyətində fəal iştirak edib. Universitet Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır.

Bu paylaşım 2023-cü ildə saytda paylaşılıb. 2025-ci ildə Nazir artıq 3-cü kursda təhsil almalı idi. Nazir Məcnun Məmmədovun bu təhsilə distant (online), yoxsa əyani şəkildə qatıldığını dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovla əlaqə saxladıq. Vüqar Hüseynov Ajans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, nazir hazırda Hollandiyada təhsil almır. Amma nazirin bu günə qədər təhsilə distant (online) olaraq qatılması, yaxud dərslərdə iştirak etmək üçün Hollandiya gedib-gəlməsi barədə suallarımız cavabsız qaldı. Maraqlıdır ki, Aərbaycan və Pakistanda təshil alan Nazir Məcnun Məmmədovun Hollandiyada təhsil alma zərurəti nədən yaranıb və hansı səbəbdən nazir təhsilini yarımçıq qoyub?
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xaçmaz rayon İcra Hakimiyyəti bu günlərdə yenicə keçirdiyi tenderin nəticəsini açıqlayıb.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, dövlət qurumu çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınmasını reallaşdırıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərin görülməsi üçün “BAKU BUILDING” MMC ilə anlaşıb. Həmin anlaşmanın dəyəri isə 533 min 5 manatdır.

Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, buŞ “BAKU BUILDING” MMC-nin Xaçmaz İcra Hakimiyyəti ilə ilk tender razılaşması olmayıb. Belə ki, ötən ilin sentyabrında da analoji işlərin görülməsi üçün tərəflər arasında müqavilə imzalanıb. Maraqlıdır ki, 26 sentyabr 2024-cü ildə bağlanılmış müqavilənin dəyəri ilə bu ilin mayındakı tenderin məbləği cüzi fərqlənir. Açıq mənbələrdə qeyd edilir ki, keçən ilki tenderə görə Xaçmaz İcra Hakimiyyəti sözügedən şirkətə 533 min 651 manat ödəyib. Bu da cəmi 646 manat fərq deməkdir.

Bu günlərdə Xaçmaz İcra Hakimiyyəti daha bir bahalı tenderə yekun vurub. Belə ki, Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirini həyata keçirmək üçün “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC ilə anlaşma əldə olunub. Layihənin dəyəri isə 1 milyon 357 min 8 manat təşkil edib.
Tribunainfo.az “Baku Building” MMC –lə bağlı açıq mənbələr üzərindən araşdırma aparıb. Məlum olub ki, şirkətə məxsus VÖEN-: (1300016391) əslində “TURANBANK” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Bundan başqa satınalmalar üzrə bağlanmış müqavilələr də dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməyib.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “BAKU BUILDING” MMC (VÖEN 1005706701) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fefral-sentyabr aylarında qanuni təmsilçisi olub.

Lakin elektron mediada yayılan məlumatlarda “BAKU BUILDING” MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Belə ki, eyni vaxtda ayrı-ayrı rayonlarda təmir tikinti işləri üzrə satınalmaların qalibi olması, MMC-nin eyni vaxtda həm Bakı şəhərində, həm Şamaxı, həm Ağsu, həm Lənkəran, həm Kürdəmir, həm Neftçala, həm də Cəlilabad rayonlarında dövlət sifarişərini yerinə yetirməyə əmək müqaviləsi ilə çalışan peşəkar işçi qüvvəsinin olması (“Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ) meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar) xüsusi tələblərə uyğun olmadığını açıq şəkildə göstərməkdədir.

Qeyd edək ki, “BAKU BUILDING” MMC -nin əsl sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.

Təbii ki, burada Əli Mirzəyevin köhnə əlaqələri də az rol oynamır. Məsələn, “BAKU BUILDING” MMC ötən ilin iyun ayında təkcə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 tenderinin qalibi olub və ümumi dəyəri 349 259 manat olan sifarişlər alıb. Əvvəllər də Mirzəyevlərə məxsus şirkətlərin Mədəniyyət Nazirliyinə tabeli qurumların tenderlərini udduqları barədə kifayət qədər məlumatlar var. Çox böyük ehtimalla bütün bunları MMC-nin sahibi Əli Mirzəyev köhnə əlaqələrinin hesabına əldə edir.

Xatırladaq ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğludur. O, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Ardını oxu...
Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Konstitusiya məcburi, məhkəmələr yolverilməz, mümkünsüz sayır

Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində təsbit olunub: “ Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur”. Bu, dövlətin ANA QANUNUNUN tələbidir, bəs bu tələbə necə əməl edilir? Nə yazıq, acı gerçəklik budur ki, məhkəmə qərarlarının icrasına elə məhkəmə qərarlarını qəbul edən məhkəmələr özləri qadağa qoyurlar. Konstitusiyaya sayğısızlığa baxın, inzibati məhkəmələr tələbkarın borclunu icraya məcbur etməyə dair ərizələrini mümkünsüz , ümumi məhkəmələr yolverilməz sayır. Belədə hansı Konstitusiyadan, hansı məhkəmə təminatı hüququndan danışmaq olar?
Faktları vurğulamasaq, şişirtmədə, obyektiv, qərəzsiz olmamaqda suçlana bilərik. Bakı İnzibati Məhkəməsinin varisi olduğu 1BİİM-in 05.07.2017-ci il tarixli qərarının icrasını borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) 01.04.2023-cü ildən özbaşına ləğv edib (?), 26 aydır tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına məhkəmə qərarı ilə ayrılan 110 manatın ödənişini dayandırıb. Tələbkar Qarabağ qazisinin ali dövlət hakimiyyəti, hüquq, ədliyyə orqanlarına, Ombudsmana 2 illik (?!) şikayətləri sonuc verməyib, hamı yaxasını kənara çəkib. Konstitusiya Məhkəməsi isə yalnız Ali Məhkəmənin aktlarından şikayətlərə baxmaq səlahiyyətinin olduğunu bildirib. Yeri gəlmişkən, “Konstitusiya Məhkəməsi haqqında” qanuna vətəndaşların icra olunmayan məhkəmə qərarlarından birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu təsbit edən bənd salınması bu sahədəki özbaşınalığa son qoya bilər. Onu da vurğulayaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə qərarlarının icra olunmamasından şikayətlərə müddət tətbiq etmir və icradan imtinanı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir.
Mövzudan uzaqlaşmayaq, tələbkar Qarabağ qazisi Bakı İnzibati Məhkəməsində borclu XŞTMF-nin məhkəmə qərarının icrasına məcbur edilməsi və dəyən ziyanın kompensasiya edilməsi tələbi ilə iddia qaldıranda, hakim Aygün Əhədova iddianı mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir. Qərardaddan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü ildən bəri- iki ildir qaziyə hüquqi yardımdan imtina edən, şikayətləri it-bata salan, məhkəmə tərkibinə etirazlarına baxmayan Pərviz Hüseynov, Şərafət Məmmədovanın tərkibində olduqları üçlüyə verilib. Təbii ki, Qarabağ qazisi bu iki hakimə etirazını elektron kabinetdən təqdim edib. Özəlliklə, h. Şərafət Məmmədovanın 9 ildir özünün çıxardığı qərarın icrasına qeyri-prosessual qadağa qoyması, 10 ildir apellyasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmaması ona etirazı daha da əsaslı edir. Di gəl, kimdir etiraza baxan? Qərəz hakimlərinin baxdığı yalnız qeyri-prosessual sifarişlərdir. Beləcə aşağı instansiyanın iddianın mümkün sayılmaması haqqında qərardadı qüvvədə saxlanılıb. Pərviz Hüseynov, Şərafət Məmmədova və Ceyhun Məmmədov üçlüyü 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasından da imtina edib ki, bu imtina Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlığıdır (?), tərəflərin hüquq bərabərliyinə, dövlət büdcəsinin çökməsinin qarşısının alınmasına görədir. (??). Özbaşınalığı təsəvvür edə bilirsiniz? 1-ci dərəcəli qazi-tələbkarın məhkəmə müdafiəsi, hüquqi yardım hüququna da qadağa qoyulub, kassasiya hüququna da! Konstitusiya Məhkəməsi də deyir ki, “get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!”
Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın mümkünsüzlük aktında göstərdiyi “icra icraatı qaydasında ərizə vermək” yardımına əməl edən qazi tələbkar kimi borclu XŞTMF-nin 8 il qabaqkı 05.07.2017-ci tarixli qərarın icrasına məcbur edilməsinə ərizə verib. Bu yol ərizə hakim Aygün Abdullayevaya verilib.

Bu hakimin Şərafət Məmmədovanın 20.06.2016-cı il tarixli qərarının icrasına qoyduğu qadağanı 6 ildir sürdürməsi ona etiraza əsas verib. Di gəl, yenə də nə etiraza baxılıb, nə hüquqi yardım edilib, nə dövlət hesabına vəkil ayrılıb, nə də videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı, dinlənilmə hüququ təmin edilib. Aygün Abdullayeva qərəzlə, sifarişlə tələbkarın borcluya qarşı icranın təmin olunmasına ərizəsinə mümkünlük iclası (?) təyin edib və mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir.(?) Özbaşınalığı təsəvvür edirsiniz? Tələbkar elə ərizə verib də və tərəflər elektron sistemdə tələbkar-borclu kimi qeydə alınıb. Məhkəmə açıq-aşkar dövlətin adından çıxardığı məhkəmə qərarının icrasını MÜMKÜN SAYMIR!
Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli Qərarının 22-ci bəndində təsbit olunub ki, hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq TƏLƏBKARIN ƏRİZƏSİNƏ əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır. Hakim Aygün Abdullayeva isə İCRANIN MÜMKÜN SAYILMAMASI haqqında QƏRARDAD çıxarıb. İcranın təmin edilməsinin məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə Plenumunun 22-ci bəndində o da yazılıb ki, məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də MƏHKƏMƏ QƏRARLARI İCRASIZ QALDIQDA MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN XƏYALİ XARAKTER qazanacağı nəzərə alınmaqla, TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ BELƏ HAKİM MÜTLƏQ ağlabatan müddətlərdə XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD ÇIXARILMASI MƏSƏLƏSİNİ HƏLL ETMƏLİDİR. Bakı inzibati Məhkəməsinin hakimlərinin isə özlərinin “MÜMKÜNSÜZLÜK TƏCRÜBƏSİ VAHİDLİYİ” qüvvədədir.
Mülki icraatda çıxarılan qətnamələrin, qərarların icrasını isə məhkəmələr yolverilməz sayır. (?) Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli və 21.06.2011-ci il tarixli 2 qətnaməsi 16 ildir nəinki icra olunur, heç tələbkarın ərizələrinə belə baxılıb, icraya belə yönəldilmir. Xətai məhkəməsinin hakimi Pərviz Zamanlı ərizəni geri qaytarıb ki, tələblər bir-birilə əlaqəli deyil, Bakı AM-in MK-sı (sədrlik edən Namiq Cəfərov) daha “dərinə gedib”, qərardadı ləğv edib ki, geriqaytarma qərardadından nöqsanı düzəldib, yenidən ərizə verilə bilər, ona görə də ərizə yolverilməzliyinə görə rədd edilməlidir. (?) Konstitusiyaya sayğısızlığa baxın, dövlətin adından çıxarılan , 16 ildir icra olunmayan 2 qətnamənin icrası YOLVERİLMƏZ SAYILIR.
Konstitusiya məhkəmə qərarlarının icrasının məcburiliyini təsbit edir, məhkəmə(lər) mümkünsüzlüyünü, yolverilməzliyini aktlaşdırır. Tələbkar(lar) da qalıb hüquqsuz, xəyallar, nağıllar aləmində. Hələ icranı tələb etdiyinə görə işgəncəyə uğradılma faktları da var...
Məğrur Ağsu
paralel.az
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə ali məktblərə qəbul imtahanının birinci cəhdini keçirib.

İmtahan nəticələrinin emalına sabahdan etibarən başlanacaq və 2 həftə sonra cavablar elan olunacaq. Abituriyentlərin və valideynlərin imtahan həyəcanı və narahatlığından istifadəyə çalışan bəzi qüvvələr artıq fəaliyyətə keçiblər.

“Cebheinfo.az” xəbər verir ki, xüsusilə “TikTok” və “İnstagram” sosial şəbəkələrində müxtəlif profillər haker xidmətləri təklif edərək blok imtahanında cavablara müdaxilə təklif edirlər. Onlar bu müdaxilə vasitəsilə cavablar emal olunmazdan əvvəl balları artıracaqları vədini verir və daha ətraflı məlumat üçün “İnstagram”-a keçid təklif olunur.

Paylaşıma şərh yazan bəzi isitfadəçilər daha əvvəl keçirilən buraxılış imtahanında guya bu haker xidmətindən yararlandıqlarını bildirərək inam yaratmağa çalışırlar.

Görünən odur ki, abituriyentlərin həssas durumundan istifadə edərək onları balları müdaxilə ilə artıracaqlarına inandırmağa çalıçanlar pul qazanmağın indi də bu yolunu seçiblər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Elektron hərracların keçirilməsi qaydalarında edilən son dəyişikliklər, bir çox zərərçəkmişi hüquqlarından faktiki olaraq məhrum edir. Çünki qarşılarına ciddi bir maneə - beh ödəmək məcburiyyəti qoyur.

Musavat.com xəbər verir ki, əvvəllər zərərçəkmiş şəxslər, yəni əmlakı əlindən alınan, ziyan çəkmiş vətəndaş heç bir maddi tələb olmadan hərracda iştirak edə bilərdi. O, borclunun əmlakının mümkün qədər yüksək qiymətə satılmasına çalışaraq, öz zərərinin daha dolğun ödənilməsinə töhfə verə bilərdi. Bu gün isə vəziyyət fərqlidir. Ona dəymiş ziyanı qarşılamaq üçün keçirilən hərraca qatıla bilmir. 5–10 faizlik beh tələbi zərərçəkmiş şəxslər üçün aşılmaz səddə çevrilib. Məhz bu tələbə görə 1 aydır ki, bir çox zərərçəkmiş maraqlarına toxunan hərracdan kənarda qalır. Nəticədə əmlak daha ucuz satılır deyə, ödənən ziyanın miqdarı da az olur.

Məsələn, 100 min manata hərraca çıxarılan hər hansı bir əmlakın 10 faizi beh olaraq ödənməlidir. Qaydalara dəyişiklik edilənə qədər zərərçəkmiş şəxslər 10 faiz beh ödəmədən maraqları çərçivəsində satılan əmlakın satışa çıxarıldığı hərraca qatılırdılar. Digər iştirakçıların təklif etdikləri məbləğin daha artığını təklif edirdilər. Beləcə əmlakın qiyməti 100 mindən 200 minə və daha artıq qalxır, yarış mühiti yaranırdı. Sonda əmlak baha satılır, müvafiq olaraq zərərçəkənə dəyən zərər məbləğinin ödənməsi də asanlaşırdı. Dövlət zərərçəkmiş vətəndaşın

hüquqlarının bərpasına yardımçı olurdu.

Dəyişiklikdən sonra isə zərərçəkən hərraca beh ödəməyə pul tapmır, müvafiq olaraq iştirakçıtək hərraca qatıla bilmir. Hərraca çıxarılan əmlak ilkin qiymətindən 5-10 min baha, başqa sözlə "su qiymətinə" satılır. Bu dəyişiklik kimin marağına cavab verir? Vətəndaşın? Dövlətin?

Təbii ki, yox. Yeni qaydaların ölkədə hərrac işbazlarının formalaşmasına, əl-qol açmasına rəvac verməkdən başqa məqsədi görünmür.

Belədə sual yaranır ki, bəs yeni qaydalar nə dərəcədə hüquqidir? Beynəlxalq praktika nə deyir?

Avropa, Asiya və Amerika ölkələrində beh tələbi var, bəli. Amma fərq ondadır ki, bu sistemlərdə hüquqi yardım genişdir, güzəşt mexanizmləri tətbiq olunur və şəffaflıq maksimum səviyyədədir. Zərərçəkmişlər üçün xüsusi qaydalar nəzərdə tutulur. Bizdə isə zərərçəkmiş şəxslərə əlavə güzəştlər tətbiq etmək hüquqları məhdudlaşdırılıb!

Dövlət zərərçəkmiş vətəndaşının yanında olmalıdır, qarşısında deyil. Zərərçəkmiş vətəndaşa beh tələbi irəli sürmək onu hərracdan uzaqlaşdırmaq, əslində onun ədalətə çatma yolunu bağlamaqdır.

Ədliyyə Nazirliyinin bu dəyişiklikləri etməsi isə hüquqi baxımdan da ciddi suallar doğurur. Azərbaycan Respublikasının Konstitusiyası, xüsusilə 60-cı maddədə qeyd olunur ki, "hər kəsin məhkəmə qaydasında müdafiə hüququ vardır". Həmçinin, 71-ci maddədə dövlət orqanlarının vəzifəsi insanların hüquqlarını və azadlıqlarını qorumaq kimi müəyyən edilir. Zərərçəkmişlərin hüquqlarını məhdudlaşdırmaqla bu prinsiplər pozulmuş olur.

Üstəlik, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, zərərçəkmişlərin əmlakın realizəsindən maksimum fayda götürməsi icra prosesinin əsas məqsədlərindən biridir. Beh tələbini icra proseduruna əlavə etməklə, nazirlik bu məqsədlə ziddiyyətə girir. Bu isə həm hüquqi əsasdan məhrumdur, həm də Konstitusiyaya və yuxarı qanunvericilik aktlarına ziddir. Bu baxımdan zərərçəkmiş şəxslərin hərraclarda iştirakını məhdudlaşdıran beh tələbi ləğv edilməlidir.
Ardını oxu...
Bakı sakinlərindən biri “Kasap Kabab” restoranından şikayətçidir.

Məlumata görə, müştəri iddia edir ki, sözügedən restoranda sifariş etdiyi salatın içindən şüşə çıxıb:
Ardını oxu...
“Sifarişlərimiz gəldi. Salatı yeyəndə içindən şüşə çıxdı və ağzım yüngülcə yaralandı. Belə ki, dodağım kəsildi. Administratora bildirdim ki, belə şey olar? Düzdür, üzrxahlıq etdi. Ancaq bu çox təhlükəli vəziyyətdir. Hadisə faciə ilə nəticələnə bilərdi. Tək və ya ailə ilə bu məkanlara gedilir. İstəmərəm ki, belə hal ilə kimsə qarşılaşsın”.

Müştəri bildirib ki, məsələ ilə bağlı artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Şikayətçi qeyd edib ki, müvafiq qurumların nəzarəti olsa, kafe və restoranlarda belə diqqətsizlik və natəmizliyə rast gəlinməz.

Bakuplus.az

Dünyapress TV

Xəbər lenti