Ardını oxu...

DogruXeber.az: - Vətəndaşlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından şikayətçidirlər.

Sadaladığımız problemlə bağlı sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Şikayətçi: “Həmkarlar İttifaqının mərkəzləşdirilmiş bir sistemi yaradılıb. Bu sistem vasitəsilə vətəndaşların sanatoriyalara yollayışları təmin edilir. Qeydlər isə zənglər vasitəsilə alınır. Dəfələrlə zəng edirəm, bu mərkəzə düşə bilmirəm. Düşdükdə isə istəyimə uyğun sanatoriyanı təklif etmirlər”.

Dövlət işində işləyən bir neçə vətəndaşdan APA TV-nin qaynar xəttinə şikayət daxil olub. Şikayət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındandır. Kimliklərinin naməlum qalmasını istəyən vətəndaşlar haqlarının tapdalandığını iddia edirlər.//Ajans.az


FOTO

Ardını oxu...
   

 

Sabah, Bakı Apelyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək. Orxan İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından narazıdır.

Musavat.com xatırladır ki, Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina edib. Sabunçu Məhkəməsinin qərarına görə Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi barədə qərardad çıxarıb. Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər. Orxan İsmayılzadə isə ekspertizaya gəlməyib.

Orxan İsmayılzadə bundan öncə də dəfələrlə ayrı-ayrı məhkəmələrin təyin etdiyi ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlər obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.

Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, qarşı tərəfdən atılan addımlar məhkəmənin uzadılmasına xidmət edir: “Artıq 7-ci dəfədir ki, Orxan İsmayılzadə ekspertizanın işində iştirak etməkdən yayınır. Sonuncu məhkəmə prosesində də işə 3 yeni vəkil qoşuldu. İddia edirlər ki, guya ekspertizanın keçirilməsi barədə məlumatlı olmayıblar deyə iştirak etməyiblər. Əslində isə bütün hərəkətləri məhkəmənin süni şəkildə uzadılmasına xidmət edir”.

Fidan Abbasova ölkə rəhbərliyinə müraciət edərək baş verənlərə reaksiya verilməsini xahiş edib: “Mənim qızımın haqqının bərpa olunmasını tələb edirəm. Qarşı tərəfin pulu, əlaqələri var deyə mənim övladımın haqqı tapdanmamalıdır. Məhkəmələrin bu şəkildə uzadılmasından artıq bezmişəm. Ölkə rəhbərliyindən israrla xahiş edrəm ki, qızım Nilin hüquqlarının pozulmasına, övladımın hüquqlarına tez bir zamanda çatmasına dəstək versin. Mən övladımın hüquqlarının bərpa olunması üçün ən kəskin addımlardan çəkinməyəcəyəm. Özümü məhkəmənin qabağında yandırmalı olsam belə, qızımın haqqını bərpa edəcək, ata adını verəcəklər. Var-dövlətlərini istəmirəm, qızımın haqqını bərpa etsinlər!”

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”. 

Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da deyib: “Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.

Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar. Nəhayətdə mən toparlanıb məhkəməyə üz tutdum”.

Orxan İsmayılzadə məhkəmənin təyin etdiyi alimenti ödəmir deyə onun əmlakına və ölkədən çıxışına STOP qoyulub, barəsində axtarış elan olunub. 

Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  

Bakı şəhərinin mərkəzində yerləşən 2 məşhur gecə klubu "Alibi" və "Jolly Bistro"da aşkarlanan qanun pozuntuları aradan qaldırılmayıb.

Musavat.com xəbər verir ki, bu barədə sakinlər növbəti dəfə Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar.

Sakinlər qeyd edirlər ki, gecə klubundan ətrafa yayılan səs-küy barədə şikayətlərindən sonra da vəziyyət dəyişməyib. Klublar "eğlenceye devam" devizi paylaşıblar.

Ardını oxu...

Bu 2 klub ətrafında yaranan vəziyyət artıq bir çox sakinlər üçün ciddi narahatlıq doğurur. Gecə saat 11-dən sonra şəhərin sükutunu pozan bu klubların səs-küyləri ətraf mühitə verdiyi zərərdən əlavə, cəmiyyətin psixoloji sağlamlığına da mənfi təsir göstərir.

Vətəndaşların müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 22 ünvanında yerləşən "Alibi" və Əbdülkərim Əlizadə küçəsi 15 ünvanında yerləşən "Jolly Bistro" adlı gecə klublarından ətraf mühitə yayılan səs-küy və tüstünün yaratdığı narahatlıqları ilə bağlı araşdırma aparıb.

Lakin qeyri-qanuni fəaliyyət davam etməkdədir.

Sakinlər deyir ki, "Alibi" və "Jolly Bistro" klublarının fəaliyyəti yalnız cəmiyyətin narahatlığına səbəb olmaqla qalmır, həm də bu klublarda tətbiq olunan təhlükəsizlik qaydaları heçə sayılır. Səs-küy səviyyəsi normadan qat-qat artıq olan bu klublar ətrafda yaşayan insanların yuxusuzluğuna səbəb olurlar. Gecə klublarının səs-küyü sadəcə musiqi deyil, həm də ətraf mühitin hər bir sahəsinə nüfuz edən, insanı dərin yorğunluğa sürükləyən bir təcavüzdür.

Gecəyarısı baş verən səs-küy şəhərin bir çox ərazisində yaşayan sakinlər üçün ciddi bir problemə çevrilib. Gecə saatlarında narahatlıq yaratmaqla cəmiyyətin sağlamlığına zərər vurulmuş olur.

Bundan əlavə, bu klublarda yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Fərqli növ fişənglərin yandırılması, təhlükəli siqaret və qəlyan tüstüsünün yayılması yerli sakinlərlə yanaşı, klub həvəskarlarının da sağlamlığını təhlükə altına alır.

Bakı sakinlərinin narahatlığını daha da artıran amillərdən biri bu klubların gecə yarısından səhərə qədər fəaliyyət göstərməsidir. Bu gecə həyatı bir çoxlarının cəmiyyətin normal ritminə uyğun olmayan, sərhədləri aşan həyat tərzini təbliğ etməsi ilə nəticələnir.

Ardını oxu...

"Alibi" və "Jolly Bistro" gecə klublarının cəmiyyətdə yaratdığı bu mənfi təsirlər artıq yalnız bir neçə şəxs üçün deyil, bütöv bir şəhərin sakinləri üçün ciddi problemə çevrilib.

Bu problemlə bağlı rəsmi müraciətlər də mövcuddur və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər klublarda səs-küy səviyyəsinin yüksək olduğunu və bu barədə tədbirlərin görülməsinin lazım olduğunu ortaya qoyub.

Bu, yalnız cəmiyyətin həyatına təsir etməklə qalmır, həm də ekoloji balansı pozur. Bakının gecə həyatı gənclər və böyüklər arasında sosial və ətraf mühitə zərər verən bir amilə çevrilməməli, bu məsələyə ciddi yanaşılmalı və qanunla tənzimlənməlidir. Səslərin sükut içindəki cəhdi, ətraf mühitə verilən zərər və təhlükəsizlik qaydalarına riayət etməyin yaratdığı fəsadlar artıq cəmiyyətin narahatlığını doğurur.

Bakı sakinləri daha sakit, sağlam və təhlükəsiz bir şəhər arzulayır, buna görə də hüquq-mühafizə orqanlarının məsələyə diqqət yetirməsi, daha sərt qaydaların tətbiq edilməsi vacibdir.

Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 22 ünvanında yerləşən "Alibi" və Əbdülkərim Əlizadə küçəsi 15 ünvanında yerləşən "Jolly Bistro" adlı gecə klublarından ətraf mühitə yayılan səs-küy və tüstünün yaratdığı narahatlıqları ilə bağlı araşdırma aparıb.

Nazirlikdən vətəndaşlara verilən cavabda deyilir:

"Adı çəkilən iaşə obyektlərində tərəfimizdən 19.04.2025-ci il tarixində Daxili İşlər Nazirliyinin sahə rəisi kapitan Xalid Məmmədov, iaşə obyektlərinin nümayəndələri Kənan Yıldırım (Alibi) və Naif Tiryəkinin (Jolly Bistro) iştirakı ilə birgə monitorinq keçirilmişdir.

Monitorinqlər zamanı hər iki iaşə obyektinin zalında səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilib, qanunamüvafıq tədbirlərin görülməsi üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında 08 iyul 2008-ci il tarixli 796 nömrəli və "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının icrasının təmin edilməsi barədə" 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanlarına əsasən, mənzil daxilində səs-küy səviyyəsinin ölçülməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, gecə saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.

Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə də müraciət olunub".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 
 
 
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR Baş idarəsinin əməkdaşları barəsində “Hürriyyət”in redaksiyasına şok faktlar daxil olub. Adının çəkilməsini istəməyən mənbə deyir ki, hazırda sözügedən idarədə korrupsioner və rüşvətxor məmurlar “yuxarı başa” çəkilir. Mənbə bütün bunlarla əlaqədar yazır:

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin aprel ayında verdiyi müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR Baş idarəsi yarandığı gündən indiyədək vəzifəyə təyin olunanların kimliyi haqda faktları böyük məmnuniyyətlə sizlərlə paylaşmağı vicdanlı Azərbaycan vətəndaşı olaraq özümə borc bilirəm.

Deməli, 2023-cü ilin aprel ayında Səfərbərlik Xidmətinin Naxçıvan MR Baş idarəsi yaranan gündən, həmin yerlərə rəis vəzifəsinə təyin olunan şəxslər, keçmiş rəis Mirzə Cəlilovun hərbi sahədə bir çox işi tam bilməməsindən istifadə edərək, xəbərsiz dövlətin ciddi hesabat kitabçası olan hərbi biletləri 9 500-10 000 manat qarşılığında saxtalaşdırıblar. Bu kimi korrupsiya əməlləri ilə seçilən şəxslər aşağıdakılardır:

- Mayor rütbəsindən polkovnik-leytenant rütbəsinə yükəsələn dəstə başçısı Lətif Şükürlü və onun əlöpənlərindən olan, Babək rayonunda “Baytar mayor” kimi tanınan və çağırış zamanı aldığı rüşvətə görə “klipləri” çıxan Amil Həsənov;

- Ordubad rayon şöbəsində 18 il rəis işləmiş və yaxşı rüşvətə görə xidmətə davam etmək üçün Baş idarəyə - Qeydiyyat şöbəsinə rəis gətirilmiş polkovnik-leytenant Vüqar Rəhimli.

- Komandanı olan Kərəm Mustafayevin hesabına Culfa rayon şöbəsində 24 ildir rəis işləyən və korrupsiyaya görə hələ də xidmətdə olan polkovnik-leytenant Vüsal Məmmədov;
- Keçmiş “Gestapo” Cəlil Rüstəmovun hesabına Şahbuz rayon şöbəsinə rəis vəzifəsinə gətirilmiş Şükürlü Qorxmaz;

- Yaxşıca rüşvət işinə görə Baş idarəyə - Çağırış şöbəsinə müavin gəltirilmiş və dəstə başçısına sadiqliyinin sübutu üçün onun qohumunu Şahbuz rayonuna rəis təyin etdirən "üç telli qədeş ləqəbli", üzədurmaq qabiliyyətinə görə mayor rütbəsi alan Məmməd Hüseynov;

- Keçmiş “xan” Vasif Talıbovun kirvəsi olduğuna görə Sədərək rayon şöbəsinə rəsi təyin olunan və yaxşıca rüşvətə görə polkovnik-leytenant rütbəsi alan Nüsrət Vəliyev;

- Mirzə Cəlilovdan xəbərsiz, saxtakarlıqla vətəndaşları - 83 nəfərdən çox insanı çağırışdan yayındıran və xarici təhsil alan çağırışçıları “fotoşopp” vasitəsilə təhsil hüquqlarını 4 ildən yuxarı, 12 ilədək uzadan, istənilən vətəndaşın adına saxtalaşdıran və digər müxtəlif yollarla hər bir vətəndaşın 3 000-3 500 manatdan çox vəsaitini mənimsəyərək, 14 il Çağırış şöbənin rəisi kimi işinə davam edən polkovnik-leytenant Vüsal Əliyev.

Sizə də aydın olsun ki, bunlar saxtakarlıq yolu ilə vətəndaşdan oğurladıqlarının dövlətə geri qaytarılmaması üçün dəstə başçısının məsləhət və məşvərəti ilə, birgə sözləşmə əsasında Ali Məhkəmədə Mirzə Cəlilovun üzünə dirənməyə çalışıblar. Hətta bunların işini aparan hakim belə çaş-baş qalıb ki, "vətəndaşı aldatmaqla yanaşı, üzə dirənmək sahəsində də necə profesional dəstədirlər"?! Hətta istintaq və məhkəmə dövründə rütbəcə və vəzifəcə irəli çəkiliblər. Hansı yüksək işlərinə görə Səfərbərlik Xidmətinin rəhbərliyi tərəfindən bunlar və əl öpənləri vəzifəcə və rütbəcə irəli çəkilib?

Bəli, hər şey Kadrlar İdarəsinin rəisi, Eldar Mahmudovun “qara qutusu” adlanan Tehran Babatovdan asılıdır. "Qara qutu" ləqəbli şəxs tabe olduğu rəhbərliyini aldadır, yoxsa həmin dəstəni hansısa maraq qarşısında irəli çəkir?

Bəli, Səfərbərlik Xidmətinin Naxçıvan Baş idarəsində adları korrupsiya əməlində hallanan şəxslərin siyahısı Xidmətin rəhbərinə şəxsən rəsmi olaraq daxil olmuşdur. Yəni istintaq orqanı tərəfindən Xidmətin rəhbərliyinə ünvanlanmışdır. Bəs səbəb nədir? Deməli, belə düşünülür ki, həmin dəstə başçısı və əl öpənləri yaxşıca rəşvətə, "dinmə ver" işlərinə görə irəli çəkiliblər.

Bəs “qara qutu” - Tehran Babatov bilmir ki, onların barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 - 308.2 və digər maddələrilə "vəzifə səlahiyyətlərinin aşma işinə görə cinayət işi gedir? Nə üçün Azərbaycan Respublikası Konstitusiyasının müvafiq bəndləri icra olunmur? Demək, "qara pişik misalı", nəsə şirinlik olub ki, bunlar irəli çəkiliblər və şirinlik verməyən isə vəzifəcə aşağı düşür.

Məhkəmə prosesi başlananda dəstə başçısı Lətif Şükürlü bunlarla telefon əlaqəsi yaradaraq, “mən tutulsam, sizin hamınız tutulacaqsınız”, - deyə hədə-qorxu gəlib. Lətif Şükürlü onlara deyib ki, bu günədək nə işlər görülübsə, deyirsiniz ki, Mirzə Cəlilov deyib, biz etmişik.

Son olaraq onu da deyim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin rəisi Hafiz Nəcəfov da qanunsuz yollarla az sərvət toplamayıb. Heç də təsadüfi deyil ki, o, yaxın vaxtlarda Türkiyənin İzmir şəhərində qızına ev və dükan alıb, Naxçıvanda isə oğlunun və arvadının, o cümlədən Bakıda da arvadının adına evləri var.

“Hürriyyət”
 

Ardını oxu...
 

Diş həkimləri etiraz edir, işləməyəcəklərini bildirirlər; hüquqşünas: "TƏBİB-in plan tələbi qanunsuzdur, bulinqdir"

Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələrdən pul tələb etdiyini bildirir. İctimaiyyətə müraciət edən stomatoloqlar qeyd edirlər ki, TƏBİB bu müəssisələrə aylıq 1200 və ya 1800 manatlıq “plan” öhdəliyi qoyur.

Stomatoloqlar adından yayımlanan müraciətdə vurğulanır ki, bu planlar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib: “Bu gün TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni plan tələbi nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Ədalətsiz və qeyri-etik bu sistem vicdanla çalışan həkimləri çətin duruma salır, xidmətin keyfiyyətinə zərbə vurur”.

Müraciətdə narahatlıq doğuran başqa bir məqam da - təhsilsiz və lisenziyasız şəxslərin diş müalicəsi ilə məşğul olmasına qarşı tədbir görülməməsi, əvəzində isə rəsmi stomatoloqlara qarşı təzyiqlərin artırılmasıdır. Həkimlər bildirirlər ki, qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı susqunluq nümayiş etdirilir, peşəkar stomatoloqlar isə işdən çıxarılma təhdidi ilə üzləşirlər.

Onlar TƏBİB-in tətbiq etdiyi plan tələblərinin dərhal ləğv olunmasını tələb edirlər. Bildirilir ki, TƏBİB rəhbərliyi stomatoloqları qəbul edəcəyini bəyan edib.

Qeyd edək ki, sosial şəbəkələrdə də stomatoloqlar etirazlarını bildiriblər.

Stomatoloq Mehman Əliyev yazır: “Bu etirazı dəstəkləyirəm. Bir həkim-stomatoloq olaraq TƏBİB-in stomatologiyaya ögey münasibəti, faktiki olaraq Azərbaycanda stomatologiyanı qanundankənar elan etməsi, "əldəqayırma stomatoloqlar"ın cinayətkar fəaliyyətinə şərait yaratmaqla onların fəaliyyətini qanuniləşdirməsi məni də incidir və təhqir edir..."

Həkim Vəfa Nəbiyeva isə bildirir: “Dövlət poliklinikalarında təminat qəti şəkildə yoxdur. Bütün cihaz, avadanlıq, dərman və materiallar həkimin öz hesabına alınır. Üstəlik, aztəminatlı ailələr, qazilər, şəhid ailələri və sosial müəssisələrdən gələnləri də öz hesabımıza müalicə edirik. Hansı 1800 manatla biz TƏBİB-i razı salaq?! Bu qədər özbaşınalıq olmaz. Artıq bu qanunsuzluqlara "yox" deməyin vaxtı çatıb".

Stomatoloq Gövhər Musayeva da fikrini bölüşür: “Bizdə stomatoloji şöbədir. Rayonda əhalinin əksəriyyəti kasıb kənd adamlarıdır. Biz pulsuz xəstələrin hamısına baxırıq. Xəstələr ölməlidirmi?! Dişlər irinləyir, abses, flegmonaya keçir, tromboz və mediastenit kimi ağırlaşmalar yaranmasın deyə biz müalicəmizi edirik. Biz stomatoloqlar olmasaq, xəstələrin pul ödəməyə də imkanı yoxdur”.

Stomatoloq Alik Əliyev isə belə yazıb: “Şəkidə də həkimləri yığdılar və tələblərini bildirdilər. Dedilər ki, hər ay 1200 manat TƏBİB-ə pul verilməlidir. Bu, absurddur. Mən öz cibimdən material alım, işləyim və qazancımı TƏBİB-ə verim?! Dedilər ki, ödəməsəniz, işdən çıxarılacaqsınız”.

Ardını oxu...

Hüquqşünas Ramil Süleymanov isə məsələ ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu, əlbəttə ki, biabırçılıqdır. Çünki dövlətin adından fəaliyyət göstərən bir qurum - istər publik hüquqi şəxs olsun, istər başqa statusda - tabeliyində olan rəsmi əməkdaşlardan bu cür öhdəliklər tələb edə bilməz. Bu, sovet təfəkküründən çıxılmadığını göstərir. Sovet dövründə necə plan və uçot müəyyən edilirdisə, eyni yanaşma ilə hərəkət edirlər. Halbuki dünya dəyişib. Vətəndaşın özəl tibb müəssisəsinə müraciət etmək hüququ var. TƏBİB-in tabeçiliyində olan həkimlərə bu cür münasibət - onları əzici, təhdidedici mövqedən yönəltmək - tamamilə yolverilməzdir.

TƏBİB stomatoloji müəssisələr üçün plan öhdəliyi qoya bilməz. Əgər belə bir əmrlə çıxış edilibsə, həmin həkimlər bununla rəsmi şəkildə tanış edilməlidir. Əmrin təqdimatı baş verməlidir. Bundan sonra hüquqi prosedura başlanıla bilər. Bu, əslində əmək münasibətində olan işçinin bulinqə məruz qalmasıdır və psixoloji, mənəvi sarsıntıya səbəb ola bilər. Bu, əmək fəaliyyətinə də ciddi təsir göstərir.

TƏBİB əsasnamə və qanunvericiliyə uyğun olaraq ərazi idarəçiliyini yaxşılaşdırmalı, plan-uçot yanaşmasından uzaqlaşmalıdır. Qurum şəfa verən qurum funksiyasını yerinə yetirməli, vətəndaş özü qərar verməlidir, TƏBİB-ə müraciət etsin, yoxsa özəl klinikaya. TƏBİB, əksinə, tabeliyində olan müəssisələrin nüfuzunu və rəqabət qabiliyyətini artırmaq üçün maarifləndirici və təbliğat yönümlü işlər aparmalıdır".

Mediaya açıqlamasında TƏBİB-dən bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb: “Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib.

Qeyd edirik ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli fərmanı ilə təsdiq edilmiş TƏBİB-in nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli qərarı ilə təsdiqlənib".

TƏBİB-dən qeyd edilib ki, hazırda aparılan təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır: “Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək.

TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik. Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 
 
 

Ardını oxu...
  

ABŞ administrasiyası “Qızıl Qübbə” raketdən müdafiə sistemi üçün ümumilikdə təxminən 175 milyard dollar ayırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pentaqonun rəbəri Pit Heqsetlə birgə çıxışı zamanı yeni raketdən müdafiə sisteminin yaradılması üçün vəsaitin ayrıldığını elan edərkən açıqlayıb: "Bu Qızıl Qübbə layihəsi bizim mövcud hərbi imkanlarımızla birləşdiriləcək və mənim prezidentlik müddətimin sonuna kimi tam fəaliyyətə başlamalıdır”.

Dövlət başçısı qeyd edib ki, Kanada öz ərazisinin yeni sistemə daxil edilməsi üçün ABŞ-la əməkdaşlıqda maraqlıdır.

Tramp bildirib ki, artıq “quruda, dənizdə və kosmosda yeni nəsil texnologiyalardan, o cümlədən kosmosa əsaslanan sensorlar və tutucu qurğulardan istifadə edəcək bu qabaqcıl sistemin” arxitekturası rəsmən təsdiqlənib.

O deyib ki, Birləşmiş Ştatlar İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemində istifadə ediləndən “daha qabaqcıl texnologiyaya” malikdir: “Biz prezident Ronald Reyqanın 40 il əvvəl başladığı işi həqiqətən başa vuracağıq və Amerikaya raket təhlükəsini əbədi olaraq dayandıracağıq”.

Pentaqonun rəhbəri Pit Heqset isə bildirib ki, yeni sistem hətta nüvə raketlərini də tutmaq qabiliyyətinə malik olacaq: “Biz vətənimizi qanadlı, ballistik, hipersəs raketlərindən, adi və ya nüvə silahına malik pilotsuz təyyarələrdən qoruyacağıq”. O, yeni raketdən müdafiə sisteminin yaradılmasını “Amerikanın təhlükəsizliyinə mühüm investisiya” adlandırıb.

Qeyd edək ki, ABŞ-ın yeni müdafiə sistemi planı Rusiya və Çini ciddi şəkildə narahat edir. Mayın 8-də Rusiya prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpin arasında danışıqların yekunu üzrə qəbul edilmiş birgə bəyanatda iddia edilib ki, Amerikanın “Qızıl Qübbə” proqramı “sabitliyi dərindən pozur”. Sənədə görə, ABŞ-ın bu layihəsi istənilən raket təhdidlərindən, o cümlədən “bərabər və müqayisə olunan gücə malik olan” bütün növ raketlərdən qorunmaq məqsədi ilə qeyri-məhdud, qlobal, dərin qatlı və çoxsahəli raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. İki lider hesab edir ki, bu, qlobal strateji sabitliyin qorunmasının mərkəzi və əsas prinsiplərindən biri olan strateji hücum və strateji müdafiə silahları arasında qırılmaz əlaqənin tanınmasından tam və qəti imtina deməkdir. Bundan əlavə, tərəflər bildirirlər ki, sözügedən layihə raket silahlarının buraxılışdan əvvəl məhv edilməsinin kinetik və qeyri-kinetik vasitələrinin və onların istifadəsini təmin edən infrastrukturun gələcək inkişafına əlavə təkan verir.

Musavat.com


Ardını oxu...
  333  21.05.2025 10:00  Gündəm A  A 

Azərbaycanda heç bir çimərlik “Mavi bayraq” deyilən beynəlxalq sertifikatı almayıb

“Bakıda şəhərin səs-küyündən, izdihamından, beton sədlərdən xilas ola biləcəyimiz daha bir yer yox olmaq üzrədir. Söhbət bir vaxtlar dəniz kənarında təmiz, geniş və həqiqətən məşhur yer olan Bilgəhdəki çimərlikdən gedir”. Bu barədə rusdilli Minval.az saytı yazıb. Bildirilir ki, çimərliyin ya bağlanmaq, ya da pullu xidmətə çevrilmək riski var. 

Bilgəh sakinlərinin dənizə hasarsız, ödənişli maneələr və tətbiq olunan xidmətlər olmadan çıxış əldə edə biləcəyi azsaylı kəndlərdən biridir. İnsanlar bura dəsmal və termosda çayla gəlirdilər. İndi çimərlik ərazisində bütöv bir boz infrastruktur fəaliyyət göstərir.

İnstagramda onlarla səhifədə 15 manata kirayə çadırlar təklif olunur - əksər hallarda masa, manqal, dəniz mənzərəsi vəd edilir. Bütün bunlar “təbiətdə mükəmməl həftə sonu” kimi reklam olunur.

Çimərlikdəki vəziyyət qonşu ölkələrlə müqayisədə xüsusilə ağrılıdır. Məsələn, Türkiyədə sahilyanı ərazilər ciddi şəkildə qorunur, yanğınlar qadağandır və bir kağız parçası atmaq külli miqdarda cərimə ilə nəticələnə bilər. Hətta Gürcüstanda  çimərliklərə  nəzarət edilir və tənzimlənir. Azərbaycanda isə hər şey əksinədir. Sakinlər deyirlər ki, indiyədək nə meriya, nə ekoloqlar vəziyyətlə maraqlanıb.

Yerli sakinlərdən biri Minvala.az-a deyib: “İnsanlar təmiz hava almağa gəlirlər. Ürək-damar və ağciyər sisteminin xroniki xəstəliklərindən əziyyət çəkən böyüklər də var. Qəlyan tüstüsü, bütün sahil boyu yerləşdirilmiş manqallar, yüksək səsli musiqi - bütün bunlar təkcə istirahətə mane olmur, həm də sağlamlığa zərərlidir. Belə  "istirahətdən" sonra antisanitar şərait qalır: çimərlik zibilliyə çevrilir. Ziyarətə gələnlər gətirdiklərini yığışdırmadan gedirlər, zibil qalır. Şüşə butulkalar, siqaret kötükləri və enerji içkisi qutuları xüsusilə təhlükəlidir - onlar uşaqları asanlıqla zədələyə bilər. Biz bütün il boyu burada yaşayırıq və bu yerin tamamilə məhv olmasını istəmirik".

Sakinlər istisna etmirlər ki, bir gün çimərliyə giriş bağlanacaq və ya yerində “Ödənişli çimərlik” yazısı olan hasar ucalacaq. 

Ardını oxu...

Telman Zeynalov 

Ekoloq alim Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kimi hallara Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında monitorinq bölməsi nəzarət etməlidir: “Onlar yoxlamalar aparıb, bu barədə nazirliyə məlumat verməlidirlər. Nazirliklər də yoxlama əsasında qərar verməlidir. Ya o obyektlər bağlanmalı, ya da  yeni qurum yaradıb mütəmadi olaraq oraları təmizləməlidirlər. Orada obyekt işlədənlərin özlərini məcbur etməlidirlər ki, ərazini təmizləsinlər. Mənim fikrim odur ki, dəniz kənarındakı kafelər, restoranlar bağlansın. Azərbaycanı restorana, kafelərə, çayxanalara döndəriblər. Kafenin çirkab suyu dənizə axıdılır. Kim deyirsə ki, bunu etmir, yalan danışır, heç kim nəzarət etmir. Mən 2015-ci ildə ABŞ-a getmişdim. Okeanın qıraqlarında 30-40 mərtəbəli binalar və meşəliklər var idi, ətrafında bir kafe yox idi. Sahil boş idi, insanlar rahat uzanıb istirahət edirdilər. Bizdə isə hasara alıb hər yeri zəbt ediblər. Əvvəllər dənizə gedirdin nəfəs alırdın, indi isə natəmizlikdən, kafe əlindən nəfəs tutulur. Əgər biz sahildə təmiz təbiət görmək istəyiriksə, bütün kafelər, restoranlar çimərliklərdən aralıda yerləşdirilməlidir”.

Ardını oxu...

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda heç bir çimərlik “Mavi bayraq” deyilən beynəlxalq sertifikatı almayıb: “Bu sertifikat  Avropa və beynəlxalq təşkilatlar tərəfindən keyfiyyət və təhlükəsizlik məsələlərinə görə qiymətləndirilib. Burada su, ekoloji təhlükəsizlik, çimərlikdə insanların  təhlükəsizliyi və bütövlükdə çimərliyin əlçatan olması əsas götürülür. MDB ölkələri arasında ancaq Rusiyada 2 çimərlik  həmin sertifikatı alıb. Azərbaycanda isə çimərliklərdən heç biri bunu ala bilməyib. Çünki həmin meyarlara cavab vermir, çimərliklərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb. Bir sıra çimərliklərə kanalizasiyalar axıdılır. Baxmayaraq ki, restoranlar ən azı 30 metr uzaqlıqda tikilməlidir, bir çox restoranlar lap yaxındadır və tullantılar birbaşa dənizə axıdılır”.

Ardını oxu...

Ənvər Əliyev

Ekoloq Ənvər Əliyev isə bildirib ki, qaydaya görə, kafelər, restoranlar dəniz sahilindən 130 metr kənarda tikilməlidir. Onun sözlərinə görə, çimərliklər ictimai istifadə üçün nəzərdə tutulan sahələr hesab edilir: “Bizdə qanun o qədər yumşaqdır ki, çimərlikdə kafe, restoran işlədənlər, ümumiyyətlə, ona baxmırlar. Çimərliklərdə fəaliyyət göstərən restoranların məişət tullantılarının hamısı dənizə axıdılır. Xəzər dənizinin Abşeron akvatoriyasını təmizləmək mümkün deyil.  Xəzər dənizinin suyunun duzluluğu, çimərliklərimizdə torpağın keyfiyyəti - hamısı sanitar-gigeynik normaya təbii şəkildə uyğundur. Bunları itirmək ölkə iqtisadiyyatına qəsd deməkdir. Çimərliklərdə yiyəsizlik, özbaşınalıq hökm sürür. İllərdir ki, deyirik, heç kim eşitmir. Xarici ölkələrdə olmuşam, su hövzəsini o qədər təmiz saxlayırlar ki, hətta çimdikləri gölün suyundan içirlər. Bizdə isə dənizi biznes obyektinə çeviriblər. Dərdimizi kimə deyək? Gedib Cibuti Respublikasından adam gətirək ki, qayda-qanun yaratsın?!”

Qeyd edək ki,  xarici ölkələrdə çimərliklərin qorunması ciddi qanunvericilik, nəzarət və ictimai məsuliyyətlə həyata keçirilir. Türkiyədə qanunvericilik "Sahil əraziləri xalqındır" prinsipi ilə qorunur. Çimərliklərin özəlləşdirilməsi qadağandır, yalnız xidmət obyektləri üçün icarə verilir. Manqal, tonqal yandırmaq, tullantı atmaq cərimə ilə nəticələnir (2024-cü ildə bu cərimə 3.000 TL-dən başlayır). Gürcüstanda bütün çimərliklər dövlətə məxsusdur, pulsuz və açıq qalmalıdır. Yerli icra hakimiyyətləri çimərliklərin təmizliyi və təhlükəsizliyinə cavabdehdir. Tullantıların idarəolunması və monitorinq sistemləri mövcuddur. Dövlət qanunvericiliyinə əsasən, dəniz sahilinə çıxış hüququ hamıya açıqdır. Ödənişli çimərlik sahələri olsa da, onların arasında ictimai keçid məcburidir. Qaydalara əməl olunmaması (zibil atmaq, səs-küy, alkoqollu içki istifadəsi) yüksək cərimələrlə nəticələnir (100-500 avro).

ABŞ-da çimərliklər dövlət və yerli bələdiyyələr tərəfindən idarə olunur. Qanunsuz çitləmə və kommersiya fəaliyyətinə qarşı sərt sanksiyalar mövcuddur. Xüsusilə Kaliforniya və Florida ştatlarında sahilyanı təmizliyə nəzarət edən polis və könüllülər fəaliyyət göstərir. Təhlükəsizlik, zibil təmizliyi və qaydalara əməl üçün gündəlik patrullar aparılır.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Ardını oxu...
"AAAF Park” Yaşayış Kompleksinin girişində obyekt inşa etdirən Vüqar Sədibəyli Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun qohumu imiş.
TEREF xəbər verir ki, bu barədə məlumatı Hurriyyet.az saytı yayıb.

Xəbərdə Kəmaləddin Heydərovun iş adamının anasının dayısı oğlu olduğu deyilir.
Ardını oxu...
Vüqar Sədibəyli bir müddət əvvəl "AAAF Park” Yaşayış Kompleksinin girişində inşa etdirdiyi obyektə görə medianın hədəfinə gəlmişdi. Yayılan xəbərlərdə iş adamının obyekti dövlət atributlarının yerində inşa etdirdiyi iddia edilirdi.

Qeyd edək ki, Vüqar Sədibəylinin Vətən müharibəsi dövründə evini sataraq 200.000 manat məbləğində Ordumuza yardım edib.
 
Ardını oxu...
Azərbaycanda ət məhsullarının qiymətindəki artım, ölkənin kənd təsərrüfatı və heyvandarlıq sektorunda baş verən struktur dəyişikliklərin nəticəsidir. Buna görə də ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, ət idxalı artıb.

Məsələ ilə bağlı Sitat.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, əsas səbəb örüş sahələrinin yetərsiz olmasıdır: "Bu suala cavab tapmaqdan ötrü səbəblərə baxmaq lazımdır. Azərbaycanda ət istehsalının azalmasının əsas səbəbi örüş sahələrinin məhdudlaşdırılmasıdır. Azərbaycanda otlaq sahələri onsuz da məhdud idi, amma 2000-ci illərdən etibarənhəmin sahələrin bir hissəsi bələdiyyələrin balansına keçdi. Bələdiyyələr onları satdı, örüş yerləri daraldı. Bunun ardınca 2015-ci ildə ölkədə pambıq strateji məhsul elan edildi. Qalan örüşlərin su tutarlarında pambıq əkməyə başladılar. Dövlət fondunda olan torpaqlarda geniş pambıq tarlaları salındı və pambıq istehsalı genişlənməyə başlandı. Ardınca aqroparklar yarandı. Aqroparklar da həmçinin dövlət fonduna aid olan örüş sahələri ərazisində yaradıldı. Nəticədə heyvandarlıq küncə sıxışdırıldı. Bununla da ət istehsalı ildən-ilə azalmağa başladı".

A.Nəsirli vurğuladı ki, bütün bu proseslər həm də qiymət artımına gətirib çıxardı: "Bu həm də maya dəyərinin bahalaşmasına gəlib çıxdı. Yəni, otlaq sahələri olanda örüşdə bəslənən heyvanlar daha az maliyyə tələb edirdi, daha aşağı maya dəyərinə malik olurdu. Ona görə də ət və ağartı məhsullarının qiyməti də ucuz olurdu. Sonradan örüş sahələri azaldı, yem bahalaşdı və bu səbəbdən ət bahalaşmağa başladı. Ardınca ölkədə yem bazasının formalaşdırılması üçün başlıca vasitə olan dizel yanacağının qiyməti bahalaşdı, son 10 ildə 5 dəfə artaraq 20 qəpikdən 1 manata qalxdı. Bu bahalaşma da yenə yem bazasının maya dəyərinin artmasına gətirib çıxarır. İndi düşünürəm ki, Azərbaycan höküməti ət istehsalını artırmaqdan ötrü və yaxud sabitləşdirməkdən ötrü bütün bu edilənləri geri çevirməlidir. Bu dövrdə isə ətin qiyməti yəqin ki, Azərbaycanda Avropadakından baha olacaq".
 
Ardını oxu...
Salam ötən ilin Dekabr ayında Azercell-in 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamaması məsələsini ictimailəşdirmişdim. Ötən il müxtəlif aylarda bununla bağlı call center-ə müraciət etsəm də heç bir geridönüş edilmirdi operatorlar yəqinki hesabat yaxın vaxtlarda sayta qoyulacaq məlumatını verirdi. Nəhayət Dekabr ayında məsələni ictimailəşdirdim. TEREF yazır ki, bunu Ilkin Məmmedkərimov poçtumuza ünvanladığı məktubunda yazır. İlkin bəy daha sonra yazır ki, Əslində 2022-ci ildə də şirkət maliyyə hesabatını biraz gec açıqlamışdı həmin vaxt Azercell-ə müraciət etdikdə Vəfa adlı xanım mənimlə əlaqə saxlayaraq: "İlkin bəy narahat olmayın hesablama gedir yaxın vaxtlarda hesabat sayta qoyulacaq" məlumatını vermişdi və Aprel ayında şirkət maliyyə hesabatını sayta qoymuşdu. İndi isə mən və məndən öncədə mətbuatın şirkətin maliyyə hesabatını gizlətməsi məsələsini gündəmə gətirməsindən sonra şirkət nəyinki 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamadı indiyədək açıqladığı 1996-cı ildən 2022-ci ilə qədər olan bütün maliyyə hesabatlarını saytdan sildilər. Mənim şirkətə yazılı şəkildə etdiyim müraciətə isə: "Maliyyə hesabatının açıqlanması nəzərdə tutulmayıb" cavabını verdilər. Əslində şirkətin maliyyə hesabatlarını gizlətməsinin səbəbi mətbuatın şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsidir. Məlum olduğu kimi şirkətin əvvəlki səhmdarı TeliaSonera Özbəkistandakı korrupsiya qalmaqalından sonra 2015-ci ildə Avrasiya regionunu tərk edəcəyini açıqlamışdı və Azercell 3 il sərmayəsiz qaldığı üçün zərərlə çalışmağa başlamışdı. Həmin vaxt Azercell-in xidmət səviyyəsi və keyfiyyəti geriləmiş, Müştəri Xidmətlərinin çoxu bağlanmış, şirkət 60-dan çox işçisini ixtisar etmək məcburiyyətində qalmışdı. Nəhayət 2018-ci ilin mart ayında TeliaSonera-nın Azercell-dəki 51%-lik səhmlərini 222,5 milyon manata Rabitə Nazirliyinə məxsus AzinTelecom şirkəti almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, şirkət mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək. Görünür Azercell artıq çoxdan gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra mətbuatın haqlı olaraq zaman-zaman şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsindən sonra narahat olub şirkətin mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün şirkət son 2 ilin maliyyə hesabatını açıqlamaqdan imtina etdi və əvvəl açıqladığı bütün maliyyə hesabatlarını saytdan sildilər. TeliaSonera-nın səhmlərini dövlətə satdığı digər ölkələrdə məsələn Qazaxıstan və Gürcüstanda Qazaxıstan və Gürcüstan hökümətləri Kcell və Geocell-in səhmlərini Qazaxıstan dövləti Qətər şirkətinə, Gürcüstan höküməti isə Avropa şirkətinə çoxdan satıblar. Bizdə isə 7 ildən çoxdur ki, Rabitə Nazirliyi Azercell-i yenidən özəlləşdirmək istəmir. Əslində Azercell-lə bağlı bütün şikayətlərin kökündə Azercell-in özəlləşdirilməsi məsələsi dayanır. Yəni mobil rabitə sahəsində rəqabət mühitini gücləndirmək üçün Azercell mütləq təcili olaraq özəlləşdirilməli və bazarda mobil operator sayı artırılmalıdır. Məlum olduğu kimi bir neçə ildir mobil rabitə sahəsində keyfiyyət və xidmət səviyyəsi bərbad vəziyyətə düşüb, qiymətlər isə durmadan artır. Azercell-də aylıq abunə haqqı olmayan bir dənədə olsun tarif paketi yoxdur. Kütləvi şəkildə şikayətlərə baxmayaraq şirkət yaşlı nəsili və internetdən istifadə etməyən təbəqəni nəzərə almayaraq Azercellim, Bölge, Gencsim, Her Yere, Bizimkiler tarif paketlərində 25 Fevral tarixindən etibarən aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet paketi təqdim edir. Bundan başqa digər mobil operatorlardan fərqli olaraq Azercell abunəçilərinə şəbəkədaxili danışıq üçün belə rahat danışıq imkanı verən tarif paketi istifadəyə vermir. Mobil Nömrələrin Daşınması xidməti ilə bağlı xüsusi tarif paketləri və böyük həcmdə həftəlik internet paketləri mövcud deyil. Bakı və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində 4G şəbəkəsində internetin sürəti 10-20 Mb/s arası dəyişir digər mobil operatorlarda isə bu göstərici 70-90 Mb/s arası dəyişir. Ən acınacaqlısı isə call center-ə bununla bağlı şikayət etdikdə operatorlar bununla bağlı heç bir problem görmürlər. Yəni Azercell-ə görə 4G şəbəsində 10-20 Mb/s "normal" göstəricidir. Halbuki qiymətləri müqayisə etdikdə Azercell ölkənin ən bahalı mobil operatorudur buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır. Sağolun.
Ilkin Memmedkerimov
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Dünyapress TV

Xəbər lenti