Ardını oxu...
Son üç ayda Ordubad Rayon İcra Hakimiyyəti və ona bağlı qurumlar ümumilikdə 5.329.162,09 manat dəyərində satınalma müqavilələri bağlayıb. Tenderlər əsasən kənddaxili avtomobil yollarının əsaslı təmiri və müxtəlif avadanlıqların alınması ilə bağlı olub.

32gun.az xəbər verir ki, qaliblərdən biri cəmi 5 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, digərinin isə 10 manat nizamnamə kapitalı var.

Tender qalibləri və müqavilə detalları:

"TESTTECH" MMC

Satınalma: Maşın və avadanlıqların alınması

Məbləğ: 48.545,2 AZN

Başlama tarixi: 19.05.2025

Şirkətin qanuni təmsilçisi Amid Ağayev Ağalar oğlu, nizamnamə kapitalı isə cəmi 5 AZN təşkil edir.

"Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC

Satınalma: Kənddaxili yolların əsaslı təmiri Ümumi məbləğ: 5.215.480,89 AZN (3 tender üzrə)

Gənzə və Anabad kənd yolları – 2.768.677,2 AZN

Qoşa Dizə və Kələntər Dizə yolları – 1.246.538,69 AZN

Aza və Darkənd yolları – 1.200.265 AZN

Başlama tarixləri: 05.03.2025 və 04.04.2025

Şirkətin qanuni təmsilçisi Cəfər Muxtərov Məhərrəm oğludur. MMC-nin nizamnamə kapitalı 1400 AZN-dir. Hazırda şirkətin 21.599,98 AZN vergi borcu mövcuddur.

CASPIAN SUPPLIES AZE" MMC

Satınalma: Maşın və avadanlıqların alınması

Məbləğ: 65.136 AZN

Başlama tarixi: 10.03.2025

Şirkətin qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur. Nizamnamə kapitalı cəmi 10 AZN-dir.

Xatırladaq ki, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlidir.

Maliyyə gücü və hüquqi statusu zəif olan şirkətlərin bu qədər böyük dövlət sifarişlərini qazanması, həmçinin vergi borcu olan müəssisələrin satınalmalarda iştirak etməsi ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur.
 
Ardını oxu...
 

Bakıda çörəyin içindən tük çıxması sexlərə nəzarəti gücləndirməyə çağırır - mütəxəssislərdən çağırış

Bakıda çörəyin içindən tük çıxdığı ilə bağlı sosial mediada yayılan görüntülər böyük müzakirələrə səbəb olub. Həmin şəxs bunun ilk dəfə baş vermədiyini, bir neçə dəfə oxşar hallarla qarşılaşdığını bildirib. İddialara cavab olaraq, Bakı Çörək Zavodundan açıqlama verilib. Zavodun nümayəndəsi hadisənin həqiqəti əks etdirmədiyini və şər-böhtan xarakteri daşıdığını qeyd edib. Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələnin araşdırıldığını vurğulayıb.

Təəssüf ki, bu kimi hallar ilk deyil. Son dövrlərdə çörək sexləri və zavodları ilə bağlı bir çox şikayətlər qeydə alınıb. Keyfiyyət standartlarının pozulması, sanitariya qaydalarına riayət olunmaması ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Hətta bəzi hallarda çörəyin içindən dəmir qırıntıları, mismar və müxtəlif yad maddələr çıxıb. Bu, həm istehlakçıların sağlamlığı, həm də qida təhlükəsizliyi baxımından ciddi təhdid yaradır.

Mütəxəssislər hesab edirlər ki, dövlət qurumlarının nəzarəti və AQTA-nın mütəmadi yoxlamaları artırılarsa, bu cür hallar minimuma endirilə bilər. Lakin təkcə nəzarət kifayət etmir - çörək istehsalçıları da məsuliyyəti dərk etməli, keyfiyyətə önəm verməlidir. Əgər belə hallar təkrarlanarsa, istehlakçılar hüquqlarını müdafiə etmək üçün aidiyyəti qurumlara şikayət etməli və məsələni ictimailəşdirməlidirlər.

Ardını oxu...

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, birliyə qida məhsullarının içindən qeyri-adi predmetlərin çıxması barədə daim şikayətlər daxil olur: “Bizə İngiltərə vətəndaşı müraciət etmişdi. O bildirmişdi ki, çörəyin içindən bolt çıxıb. Yaxud da peraşkinin içindən insan dişi çıxıb. Başqa bir şəxsin müraciətində isə çörəyin içindən muncuq çıxmışdı. Yaxud da ağzı falqa ilə bağlı kofe qabından suxarı qırıntısı tapılmışdı”.

E.Hüseynov deyib ki, çörəyin içindən tük tapılması geniş yayılmış məsələdir: “Bir neçə il öncə biz bu məsələnin dərinliyinə getdik. Ardıcıl olaraq bir firmanın çörəklərinin içindən tük çıxırdı. Araşdırdıq, məlum oldu ki, bir qrup istehlakçı tükü iynəyə keçirib çörəyin içinə salırlar, sonra da iynəni çıxarırlar. Belə bir görüntü yaranırdı ki, çörəyin içində bişəndə tük qalır.  Biz bunu ifşa etdik. Çox təəssüf ki, belə hallar mövcuddur. Məqsəd isə qarşı tərəfi şantaj edib pul almaqdır. Əlbəttə, istehsal şəraitində də belə hallar olur. Harada belə hallar olursa, orada, deməli, antisanitariya var. Sözügedən videoya mən də baxdım. İstehlakçı əvvəlcə çörəyin üzərində toz olduğunu bildirir, sonra isə içində tük olduğunu qeyd edir. Bu iş ciddi araşdırmalıdır. Əgər istehlakçı qəsdən edibsə, bu kim məsələlərə son qoyulmalı cə ciddi tədbir görülməlidir”.

Ardını oxu...

İlkin Şirinov

Qida mütəxəssisi İlkin Şirinov isə deyib ki, belə halların olmaması üçün xüsusi nəzarət tədbirləri həyata keçirilməlidir: “İlk olaraq xammal və onun qablaşdırılması xüsusi nəzarət mexanizmləri həyata keçirilən yerlərdən alınmalıdır. Çörək sexləri bilməlidir ki, aldığı un necə qablaşdırılır, hansı formada kisələrə doldurulur. Unu normativlərə uyğun yerdənmi alırlar? Dəyirmanlardan unlar gətirilərkən həqiqətənmi gigeynik qaydalara əməl olunur? İlk növbədə bunlar yoxlanılmalıdır. Növbəti nəzarət məntəqəsi çörək sexləri olmalıdır. Burada işçinin səhlənkarlığı olarsa, gigiyenik qaydalara əməl olunmazsa, xəmir qarışdıran maşına yad məsullar düşə bilər”. Onun bildirdiyinə görə, çörək sexlərinə məsuliyyətli şəxslərin mütləq nəzarəti olmalıdır: “Ki, çörəyin içindən dəmir parçası çıxmasın. Çünki nasaz avadanlıqdan xəmirin içinə bolt, qayka və digər metal parçası düşə bilər. Çörək bişirənlərin geyimi də önəmlidir. Əlcəkdən istifadə olunmalı, saçın düşməməsi üçün saç bağlı olmalıdır. İşçilər gigiyenik normativlərə uyğun kurslara cəlb olunmalıdır”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”


Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var.

Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Seymur Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

S.Qurbanov bir nəfərdən Səfərbərlik Xidmətində işə düzəldəcəyi vədi ilə 13 min manat alıb. Bir nəfərdən də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrdən birində keçməsinə kömək edəcəyi adı ilə 5 min manat alıb. Həmin şəxs S.Qurbanovun əsgər yoldaşının oğlu olub.

Daha bir nəfərə Müdafiə Nazirliyinin Hərbi Polis idarəsində hərbi qulluqçu kimi xidmətə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib 14 min manat alıb.

Sabiq rəsi elan edilmiş bu ittihamlarla özünü təqsirli bilib. Deyib ki, dələduzluq əməli törətməsindən çox peşmandır.

Ona qarşı digər ittiham rüşvətdir. İstintaqla müəyyən edilib ki, Seymur Qurbanov Şuşa şəhər sakini olan çağırışçıdan həmin xidmətin müfəttişi vasitəsi ilə 4800 manat alaraq onun 3 il müddətə növbəti hərbi çağırışdan möhlət hüququnun verilməsi üçün əsas verəcək müvafiq tibbi sənədin əldə edib. Ona burun çəpərinin əyriliyi diaqnozu qoyulub.

Daha üç nəfərdən eyni məqsədlə 4000-4500 manat arası vəsaiti rüşvət qismində alaraq onların 1-3 il arası hərbi xidmətdən möhlət almalarına şəarait yaradıb.

Maraqlıdır ki, Qurbanov bu ittihamla özünü təqsirli bilməyib və həmin şəxsləri tanımadığını deyib. Amma istintaqla müəyyən edilib ki, həqiqətən də S.Qurbanovun pul aldığı şəxslərin səhhətində problem olması ilə bağlı tibbi arayışlar alınıb. Bu arayışların hansı formada və kimlər tərəfindən əldə edilməsi məlum deyil.

Bu faktın istintaq orqanı tərəfindən araşdırılıb-araşdırılmadığı da məlum deyil.

"İttihamın dələduzluq hissəsini qəbul edirəm. Lakin rüşvət almamışam. İşə düzəlmək adı ilə aldığım 13 min və 15 min manatı geri qaytarmışam. Həmçinin 5 min manatı da iş alınmadığı üçün geri ödəmişəm”, - deyən S.Qurbanov bildirib ki, ittihamda göstərilən digər epizodları qəbul etmir.

Onun sözlərinə görə, ittihamda adı çəkilən şəxslərin sağlamlıqları ilə bağlı problemlərinin olması, hərbi xidmətdən bir neçə il yayınmaları barədə heç nə bilmir.

Rüşvət ittihamı ilə bağlı dindirilən şahidlər qeyd ediblər ki, hərbi xidmətdən möhlət almaq üçün lazım olan məbləği şəxsən Seymur Qurbanovun özünə onun xidməti otağında veriblər.

Onlar da qeyd edib ki, S.Qurbanovun onların səhhəti ilə bağlı problemin olması haqda arayışı necə və hansı şəkildə almasından xəbərləri olmayıb.


Bu cinayət işində açıq qalan suallardan biri də məz budur: Çağırışçıların səhhətində problem olması ilə bağlı arayışları Seymur Qurbanova kim verirmiş? Görünən budur ki, S.Qurbanov həbsə getsə də, bu epizodlarda susaraq kimlərisə qoruyub.
Ardını oxu...
Dövlət Sərhəd Xidməti (DSX) mebel inventarlarının cari və əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Foriella" şirkəti seçilib. DSX təmir işlərinə görə şirkətə 496 190 manat ödəyəcək. Bu məbləğə 10 500 ədəd dəmir karkaslı kətil və 500 ədəd iki yaruslu mebel çarpayılar təmir olunmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Foriella” MMC 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 80 010 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.

Fərman İslamlı haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Baxmayaraq ki, "Foriella" MMC kifayət qədər tanınmış şirkətdir. Hətta "Foriella" Azərbaycanın ən iri mebel istehsal edən şirkəti kimi tanınır.

Belə bir şirkətinin rəhbərinin populyar olmaması səsbəbsiz deyil. Məsələ burasındadır ki, "Foeriella" şirkət Azərbaycanın deputatlarından birinə məxsudur. Bu barədə mediada da kifayət qədər yazılıb və təkzib edilməyib. Həmin deputat Məşhur Məmmədovdur.

Məşhur Məmmədov həm də başqa bir mebel şirkəti olan "Embawood"un təsisçilərindən biri kimi tanınır. "Foriella" şirkətinin tenderlərdə aktiv faəliyyəti Məşhur Məmmədov faktoru əlaqələndirilir.

Şirkət əsasən DSX-nin tenderlərinin qalibi seçilir. Bundan əvvəl "Foriella" DSX-nin mebel inventarlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 4 573 980,9 manatdır. Beləliklə, aydın olur ki, "Foriella" şirkəti cari ildə təkcə DSX-dən 5 milyon manatdan artıq sifariş alıb.

Ötən il isə şirkət DSX-nin 4 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 5 345 110,22 manatdır.
 
 
 
Ardını oxu...
Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən 11.04.2025-ci il tarixində “Ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satınalınması” ilə əlaqədar dərc edilmiş açıq tender prosedurunda Sumqayıt şəhəri,məh 45,ev 7/29, 2m3 üvanından qeydiyyatda olan İsmayılova Arzu Bəhlul qızı qalib elan olunmuş və həmin şirkətlə 184.227,50 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 16.05.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Mingəçevir şəhər Yaşıllaşdırma idarəsi ilə İsmayılova Arzu Bəhlul qızı arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satınalınması üzrə 06.09.2024-cü ildə bağlanmış bu müqavilənin dəyəri 146.084 manat təşkil edib.

Göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsi son doqquz ayda fiziki şəxs İsmayılova Arzu Bəhlul qızından ümumi dəyəri 330 212 manat olan ağac tingləri, bəzək kolları və gül-çiçəklər alıb. Buradan ortaya bəzi suallar çıxır.

Məlum olduğu kimi ağac tinglərini, bəzək kolları və gül-çiçəkləri yetişdirib ərsəyə gətirmək üçün bağçılıq təsərrüfatı olmalıdır. Bəs bir fiziki şəxs olaraq Arzu İsmayılovanın bu dövlət sifarişlərini yerinə yetirməyə maddi-texniki bazası varmı? Sumqayıt şəhəri,məh 45,ev 7/29, 2m3 üvanından qeydiyyatda olan bu xanımın bağçılıq təsərrüfatı varmı və hardadır?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, Bakı şəhəri Yaşıllaşdırma Birliyində 5 nömrəli Ting yerləşdirmə sahəsinin sabiq rəisi ,Alim-aqronom Əsgərov Xanəhməd Əlioğlu hələ 2022-ci ildə mətbuata açıqlama verib. Açıqlamada qeyd edilir ki, “orada əlikən materialların əksəriyyətini ağac bəzək bitkiləri sovxozundan gətirib əkirlər. Ancaq 2.5 milyon yarım vəsaiti Abad Həyat şirkətinə köçürüblər. Şəhərimizdə əkilən materialları 5 və 4 saylı sahələrdən İsmayılova Arzu Bəhlul qızı daşıyır. Guya özündən gətirir. O, axırıncı dəfə 4 saylı sahədən 3 min ədəd şam ağacı aparıb. Heç bir qaimə yazılmayıb və sovxoza 1 qəpik də olsun vəsait ödənilməyib. Vəsait “ACCESS Bank” QCS Mərdəkan filialına İsmayılova Arzu Bəhlul qızının hesabına köçürülüb və oradan mənimsənilib.”

Bu məlumatlardan da göründüyü kimi Arzu İsmayılovanın heç bir bağçılıq təsərrüfatı və dövlət sifarişlərinə yerinə yetirməyə heç bir maddi texniki bazası yoxdur. Arzu İsmayılova ağac tinglərini, bəzək kolları və gül-çiçəklərini Bakı şəhəri Yaşıllaşdırma Birliyinə aid Ting yerləşdirmə sahələrindən alıb Mingəçevir şəhər Yaşıllaşdırma satır. Burada alınan bəzək bitkilərinin sayı da, qiyməti də bəlli deyil. Amma göründüyü kim Miingəçevir şəhər Yaşıllaşdırma İdarəsi son doqquz ayda fiziki şəxs İsmayılova Arzu Bəhlul qızının hesabına nə az, nə də çox, tam 330 212 manat dövlət vəsaiti köçürüb. Ağac tinglərinin, bəzək kolları və gül-çiçəklərin alınması adı ilə ayrılan bu vəsiatin nə qədər şişirdildiyi də bəlli deyil.

Qeyd edək ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin yol verdiyi şübhəli satınalmalar bunlarla bitmir. Məsələn İdarə “TEXNOPARK AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2024-cü ilin avqust-sentyabr aylarında mal-materialların satın alınması üzrə ümumi dəyəri 364 443 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Bundan əlavə İdarə 2024-cü ilin iyul-oktyabr aylarında isə maşın və avadanlıqların satın alınması üzrə ümumi dəyəri 368 330 manat məbləğində iki satınalma müqaviləsi də “QAZIXANLI” MMC ilə bağlayıb. Hər iki şirkətlə bağlanan bu müqavilələrdə də şübhə yeri az deyil.

Göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi 2024-cü ildə mal-materialların, maşın avadanlıqlarının, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınmasına bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Amma burada yol verilən qanunsuzluqları və şişirdilmiş rəqəmləri görməmək mümkün deyil.

Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayevdir. Onun Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun yaxın adamlarından biri olduğu söylənilir.

Aktualinfo.org
 
Ardını oxu...
Şəki təhsili naşıların əlinə düşüb. "DİA-AZ" xəbər verir ki, bu barədə edilən vətəndaş gileylərində iddia olunur ki, Şəki Rayonu üzrə Təhsil Sektorunun rəhbərliyinin həyata keçirdiyi ixtisarlar nəticəsində peşəkarlar təhsildən uzaqlaşdırılır, əvəzində heç bir anlayışı olmayanlar irəli sürülür ki, bu da nəticədə Şəkidə təhsilin səviyyəsinə ciddi şəkildə təsir göstərmiş olacaq.

Bu barədə şikayətçi düşən Şəki təhsilinin qocaman nümayəndələrindən olan Tahirə Cabbarova bildirir: "

Azərbaycan təhsili bərbad haldadır. Şəkidə isə təhsil konkret olaraq işbilməzlərin əlinə düşüb. Təhsil Şöbəsinin başına qoyulan MÜDİR ... "müəllim" adına vicdanla xidmət edələri "QOCASAN" deyərək ayaq altına atır...

İdarəçiliyin nə olduğunu bilməyənləri, qanmazları məktəbin başına qoyurlar və əllərində telefonla məktəbi idarə edirlər.

ƏSL MƏKTƏB, ƏSL TƏHSİL ARTIQ YOX OLUB..."
 
Ardını oxu...
Uzun illərdir ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əsasən gömrük işi həyata keçirən və demək olar ki, vergidən və bütün hesabatlardan yayınan şirkətlər fəaliyyət göstərir. Təbii ki, belə şirkətlərin idarə olunması elə bir formada həyata keçirilir ki, onlara qarşı heç bir qadağa və ya cərimə tətbiq etmək mümkün olmur.

Məsələn, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlər barədə illərdir yazılır, deyilir. Bu şirkətlərin fəaliyyətinə ona görə “qanunsuz” deyilir ki, onların vergi ödəmələri, işçi sayı, qaydalara uyğun olaraq anbar təminatı və maliyyə hesabatları düzgün deyil. Daha doğrusu, hansısa məmurların dəstəyi ilə yaradılan belə şirkətlər maliyyə dövriyyələrini elə şəkildə tənzimləyirlər ki, “iri sahibkarlıq subyekti” statusuna keçməsinlər.

Bəs nədir “iri sahibkarlıq subyekti”?

"İri sahibkarlıq subyekti" dedikdə, aşağıdakı meyarlardan ən azı ikisini ödəyən subyektlər nəzərdə tutulur:

İllik gəliri: 8 milyon manatdan çox;

İşçilərin orta sayı: 125 nəfərdən çox;

Aktivlərin dəyəri: 4 milyon manatdan çox;

Yəni şirkət bu meyarlara çatmırsa, iri sahibkarlıq subyekti hesab olunmur. Bəs necə olur ki, bir neçə gömrük əməliyyatı ilə milyonlarla manatlıq mal gətirən şirkət bir ildən az müddətdə bağlanır?

Bu bilərəkdən edilir. Məqsəd budur ki, Maliyyə Nazirliyinə illik hesabat təqdim etməyə məcbur olmasınlar. Təəssüflər olsun ki, bu günə qədər gömrükdə qanunsuz fəaliyyət göstərən belə şirkətlərin fəaliyyəti ciddi şəkildə yoxlanmayıb.

Onlara bu sual verilməyib: nə baş verdi ki, bir neçə əməliyyatla milyonlarla manatlıq mal gətirdiniz, amma 1 il tamam olmadan şirkətinizi bağladınız və yenisini açdınız?

Hazırda Azərbaycanda şirkət açmaq olduqca asandır. Bir neçə manat ödəməklə və ya hansısa prosedurdan xəbəri olmayan birinə 500–1000 manat verərək adına şirkət açdırmaq mümkündür. Bu gün insanlar var ki, adına şirkət açılıb, yüz minlərlə manat borcu yaranıb, amma bundan xəbəri belə yoxdur.

İşbazlar savadsız, avam insanların adlarına şirkətlər açaraq vergidən yayınır, bir neçə əməliyyatla böyük pullar qazanır, sonra da həmin şirkəti bağlayırlar. Bu isə o deməkdir ki, qanunsuz fəaliyyət göstərən şirkətlərin əsas məqsədi qazancı gizlətmək, iri sahibkarlıq subyektinə çevrilməmək və Maliyyə Nazirliyinə hesabat təqdim etməməkdir.

Maliyyə Nazirliyi haradadır?

Uzun illərdir Maliyyə Nazirliyi belə şirkətlərdən hesabat tələb etmir, daha doğrusu edə bilmir. Halbuki Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi birgə işləməli və bu tip şirkətlərin məsuliyyətdən yayınmasının qarşısını almalıdır. Bu günə qədər bu sahədə effektiv nəzarət mexanizmi qurulmayıb.

Bu cür qanunsuz fəaliyyətlər dövlət büdcəsinə böyük ziyan vurur. Eyni zamanda, belə işbazlar hər il milyonlarla manatı dövlətdən gizlədir, oğurlayır. Maliyyə Nazirliyi isə bu vəsaitlərdən xəbərsiz qalır. Halbuki dövlət büdcəsi və illik maliyyələşmə məhz Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında formalaşır. İndi bir düşünün – gömrükdə fəaliyyət göstərən onlarla, bəlkə də yüzlərlə belə şirkət illik milyonlarla dövriyyəni hesabatlarda göstərmir və Maliyyə Nazirliyi bu pullardan xəbərsiz qalır.

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi nə iş görür?

Bu işdə ən ciddi məsuliyyətlərdən biri də İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və onun rəisi Azər Məmmədovun üzərinə düşür. Bu qurum nəzarət etməlidir ki, böyük dövriyyəli şirkətlər özlərini kiçik sahibkar kimi göstərməsinlər. İl ərzində həyata keçirdikləri əməliyyatlara baxıldıqda, aydın olur ki, bu şirkətlər ilin əvvəlində böyük dövriyyə ilə işləyib, ilin sonuna yaxın fəaliyyətlərini dayandırırlar. Bu, birbaşa fırıldaqçılıqdır, vergidən yayınmadır, hesabatdan yayınmadır və ən əsası dövlətin milyonlarla vəsaitinin oğurlanmasıdır.

Yəni, Maliyyə Nazirliyi belə hallarda nə real hesabat ala bilir, nə də bu pulları büdcəyə daxil edə bilir.

Beləliklə, gömrükdə fəaliyyət göstərən qeyri-qanuni şirkətlər, böyük və qanuni fəaliyyət göstərən sahibkarlara ziyan vurur, vergidən yayınmaqla vergi orqanlarını aldadır, dövlət büdcəsinə milyonlarla ziyan vurur, Maliyyə Nazirliyinə hesabat təqdim etmir, fəaliyyətlərini qəsdən gizlədir və dövlətdən oğurlayır.

Bütün bunların qarşısını almaq üçün sistemli, şəffaf və ciddi nəzarət mexanizmi qurulmalı, məmur himayəsində olan şirkətlərin fəaliyyəti araşdırılmalı, və qəpiyinə qədər dövriyyə hesabatı tələb olunmalıdır.

Əslində illik hesabatdan yayınan şirkətlərin avtomatik risk siyahısına salınması həyata keçiriləməlidir. Bütün dünyada risklərin hesablanması və buna uyğun addımların atılması ən öndə duran vəzifələrdir. Şirkət yaradılarkən onun risk dəyərləndirilməsi əsas götürülməlidir.

Ümumiyyətlə, il tamam olmadan ləğv edilən, lakin gömrükdə böyük dövriyyə həyata keçirən şirkətlər avtomatik olaraq araşdırma altına alınmalıdır. Gömrük, Maliyyə Nazirliyi və Vergilər Xidməti arasında real vaxtda məlumat mübadiləsini təmin edən vahid elektron sistem qurulmalıdır.

Şirkət ləğvindən əvvəl audit prosedurunun məcburi olması məcburi hala gəlməlidir. Şirkət ləğv edilməzdən öncə audit yoxlaması keçirilməli, dövriyyə və maliyyə vəziyyəti tam şəkildə açıqlanmalıdır.

Fiziki şəxslərin adına açılmış, lakin real fəaliyyət göstərməyən şirkətlərin qeydiyyat və fəaliyyətinin məhdudlaşdırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Vergidən yayınma, maliyyə hesabatlarından qaçma və saxta fəaliyyətlə məşğul olan şirkət sahibləri üçün cəzalar sərtləşdirilməli, cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. /Bizimxeber Live BLOG
 
Ardını oxu...
  

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Naxçıvan səfərindən paylaşım edib.

Musavat.com xəbər verir ki, A.Əliyeva sosial şəbəkə hesabında bu barədə video yerləşdirib.

Həmin paylaşımı təqdim edirik:

 

Ardını oxu...
Azərbaycan Dövlət Turizm Agentliyi daha bir tenderə yekun vuraraq, nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, qurum bu dəfə Rusiya və Belarusiyadan olan şəxsləri Bakıya gətirmək qərarı verib.

Rəsmi açılqlamada qeyd edilir ki, Rusiya və Belarusiyadan jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərləri təşkil olunacaq. Bu məqsədlə “VEGA TRAVEL MANAGEMENT” MMC ilə müqavilə imzalanıb. Həmin müqavilənin dəyəri isə 294 min 639 manatdır.

Qeyd edək ki, Turizm Agentliyi indiyə qədər Azərbaycanın turizm potesialını xaricdə təqdim etmək üçün bu qəbildən olan çoxlu sayda tenderlər keçirib. Milyonlarla manat xərclənməsinə rəğmən, ölkəmizə turist axınında nəinki artım olub, əksinə son zamanlar azalmalar müşahidə edilir. Bəs, necə olur ki, bunca pul xərclənməsinə rəğmən, hər hansı ciddi artım qeydə alınmayıb?

Burada iki məqam diqqəti çəkə bilər. Birincisi, işlər düzgün təşkil edilmir. Xaricdəki ciddi şirkətlərin yerinə statistika üçün elə də ciddi təsir dairəsi olmayan şirkətlər, jurnalistlər və ya bloggerlər seçilir ki, bu da nəticə vermir.

Ikincisi isə ADTA-nı nəticə yox, tenderlər maraqlandırır. Yəni, il ərzində “biz də iş görürük” görüntüsü yaradırlar.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “VEGA TRAVEL MANAGEMENT” MMC son bir ildə 14 tenderin qalibi olub. Onlardan 4-ü Turizm Agentliyinin payına düşür. Belə ki, şirkət Agentlik üçün COP-29-da iki tədbir reallaşdırıb. Onlardan biri COP29-a qatılan qonaqlar üçün ölkədaxili tanıtım səfərlərinin təşkili olub ki, bunun üçün də 89 min 78 manat vəsait ayrılıb.

Agentliyin ikinci tenderi isə COP29 tədbiri zamanı Beynəlxalq ekspertlər tərəfindən zəncir hotel və restoranlarda mətbəx və xidmət sahəsində təlimlərin keçirilməsi xidmətlərinin satın alınmasından ibarət olub. “VEGA TRAVEL MANAGEMENT” MMC ilə bu məqsədlə 55 min 41 manatlıq müqavilə bağlanılıb.

Sözügedən şirkət həmçinin ADTA üçün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün destinasiya təqdimatı adlı tədbirin keçirilməsini də təşkil edib. Agentlik bu məqsədlə 15 min 481 manat vəsait xərclədiyini açıqlayıb.

Xatırladaq ki, Nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Lakin şirkətin hazırdsa oturduğu ofis isə Mirvari Dilbazi küçəsi 5 ünvanındadır. 2019-cu ildə yaradılmış şirkətin qanuni təmsilçisi isə Rəhimli Əmrah Natiq oğludur.

Azərbaycan Dövlət Turizm Agentliyinə gəldikdə isə bu qurum son bir ildə 60 tender müsabiqəsi həyata keçirib. Ümumi dəyəri milyonlarla manatla ölçülən bu tenderlərlə bağlı yaxın günlərdə geniş araşdırmamızı təqdim edəcəyik.
Ardını oxu...
Bu gün Paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.

Məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.

Onların iddialarına görə, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirlər 4-5 saat məktəbdən buraxılmayıblar.

Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:

“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.
P.S TEREF yazır ki, əgər Bakı Şəhər Təhsil İdarəsinin verdiyi açıqlamadan kimsə nəsə başa düşdüsə bizədə yazsın!!
Amma ajiotaj videoda göz qabağındadır! Yanii Bakı Şəhər Təhsil İdarəsinin yalanı burda üzə çıxır.

 

Dünyapress TV

Xəbər lenti