Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib.
Referans.az axşam.az-a istinadən bildirir ki, aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, E.Əkbər haqda danışmaq istəmir:
"Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib. Olur bəzi insanlar tənqidi təhqir kimi qəbul edir. Bəziləri tənqidi istəmir. Onun şəxsi işidir, bu haqda danışmaq və ona cavab vermək istəmirəm".
Qeyd edək ki, Elgiz T.İmanov haqda "Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri (Əməkdar artist Cabir İmanov - red.) sevirəm, ürəkdir. Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdır, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi" sözlərini söyləyib.
Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti “Bu şəhərdə” komandasının tamaşasında görüntülənib.
Musavat.com A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.
Xalq artisti bildirib ki, özünü çox yaxşı hiss edir:
“Heç gör, Məleykə Əsədovadan yazırlar ki, qəşəng oxuyur, qəşəng səsi var. Nadir istedaddır, amma bu barədə yazmırlar”.
A.Bəşirqızı səhnəyə qayıtmaq istəyindən də danışıb:
“Bəli, teatra gedirəm, sıx əlaqəm var. Bayram ərəfəsi olduğu üçün teatrda işlər çoxdur. Hazırlanan tamaşalar var. Səhnəyə qayıtmaq fikrim var. Sadəcə, Əməkdar artist Ələkbər Əliyev belindən cərrahiyyə əməliyyatı olunub. Bu vəziyyətdə rol ifa edə bilməz. İstəyirik “Toya bir gün qalmış” tamaşasını oynayaq. Yeni bir tamaşa da var. İndidən bu haqda danışmaq istəmirəm”.
“Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl, ağıllı gəlinim olardı. Başa düşə bilmirəm ki, burada qəbahət nə var?”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova verilişlərin birində deyib. Sənətçi insanları çirkinlikdə gözəllik axtarmamağa çağırıb:
“Bu söhbətlər mənə toxunmur, gülməli bir şeydir. Yazırlar ki, “Könül özü guya gözəl olub ki?” Bəli, özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram. Heç dəxli var? Başa düşmədim kimi axtarmalıyam ki? Ay adamlar, ona görə də çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın. Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm”.
Sənətçi övladı üçün hələlik heç bir qapıya elçi düşmədiyini bildirib:
“Əlbəttə ki, oğlum Rəşad üçün döymək istədiyim bir qapı var. Amma indi o dövr deyil. Birinci oğlumun ürəyincə biri olmalıdır. Qızın ağılı, kamalı, gözəlliyi öz yerində olmalıdır. Hər zaman deyirdim ki, “Ulduz” filmində olan baş rolu canlandıran Ulduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma çox təəssüflər olsun ki, bəzən həyat çox yanlış insanlarla qovuşdurur”.
Xalq artisti Röya Ayxan fərqli tərzli yeni fotosessiyası ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək yeni şəkillər lentə aldırıb.
Müğənni fotosessiyası zamanı qara rəngli uzun pencəyə üstünıük verib.
Xalq artisri ağ-qara rəngli fotolarını sosial şəbəkə izləyiciləri ilə də bölüşüb. Röya şəkillərinə "Foto seçmək məni yorur. Hamısını paylaşdım. Əsl əkizlər bürcü, şərhi də sizə buraxıram" sözlərini əlavə edib.
İzləyiciləri Xalq artistinin yeni şəkillərini bəyənərək onun ünvanına təriflər yağdırıblar.
Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.
Modern.az xəbər verir ki, İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı sosial şəbəkəni paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edir.
Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.
Aparıcı İlkin Həsəninin xanımı, influenser Aysel Həsəni övladları Rain və Alisanın səhhətindən danışıb.
Bu barədə o Olay.az-a açıqlamalar verib.
Aysel bildirib ki, onların sağlamlıqları öz qaydasına düşüb:
“Yaxşıdır. Qorxutdu bizi. Uşaqların arasında yayılan virus idi. İkisinin də səhhəti yaxşıdır. Qızım dörd həftədir məktəbə getmir. Yenə də ciddi bir şey deyil”.
A.Həsəni həmçinin həyat yoldaşı ilə birgə yayımladığı videodan da söz açıb:
“Davamı ola bilər. Çox soruşurlar. Yəqin ki, nəsə edəcəyik. Sırf səhifəmi bu yöndə işlətməyəcəyəm. Çünki mənim səhifəm özümə aiddir. Gündəlik həyatımı bölüşürəm. Onun üçün deyirəm ki, mən bloqer deyiləm, inlfuenserəm. Gündəlik həyat tərzimi, makiyajımı, baxımımı və geyimlərimi paylaşıram. Belə davam edəcəyəm. Normalda da saçım qısadır. Sadəcə bu dəfə daha çox qısaltdıq. Öz rənginə qaytardıq”. Qeyd edək ki, bir müddət öncə cütlüyün övladı Rainin səhhətində problem yaranıb, o, xəstəxanada müalicə olunub.
Tamada və şairə Nazilə Səfərli maraqlı sosial problemə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, öz sosial şəbəkə hesabında canlı yayım açan şairə, ölkədə ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsinə fikir bildirib.
“Deyirlər Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bu mənim heç ağlıma batmır. Bəzi analar oğullarına öz bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın. Bir yolunu tapacaqlar, bunun üçün hətta sənəd üzərində qohumluqdan imtina belə edərlər ki, təki sərvət kənara çıxmasın. Bayquşlar”,- o bildirib.