Ardını oxu...
Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.

TEREF lent.az-a istinadən bildirir ki, hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.

Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib.

Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.

Xanım müğənninin adı çəkilməsə də, onun tanınmış və fəxri adı olduğu bildirilir.
 
Ardını oxu...
Türkiyənin sosial media fenomeni, müğənni Banu Parlak çirkli pulların yuyulmasına görə həbsdə olan fenomenlər Engin və Dilan Polata qarşı qaldırdığı iddianı geri götürüb.

O, bu haqda özünün instaqram hesabında paylaşım edib.

O qeyd edib ki, cütlüyün ailəsi ilə görüşdükdən sonra bu addımı atıb:

“Yaşadığım dəhşətli hadisədən sonra dostum Dilan Polat və ailəsi ilə çətin dönəmdən keçdiyimiz üçün görüşə bilməmişdik. Yaxın zamanda ailə mühitində bir araya gəldik və bir-birimizə yaşadığımız çətinliklərdən danışdıq. Dilanın qızı Nildanın mənə dediyi “Banu bacı, sənin vurulduğun gün anam çox ağladı” sözlərindən sonra bu iş mənim üçün bağlandı”.

Xatırladaq ki, Banu Parlaka məxsus gözəllik mərkəzinə 1 oktyabr 2023-cü ildə motosikletdə olan iki nəfər tərəfindən silahla atəş açılıb. Parlak hadisə ilə bağlı hazırlanan ittiham aktı çərçivəsində Dilan və Engin Polat cütlüyünü də günahlandırıb.
 
Ardını oxu...
Müğənnilər Türkan Vəlizadə və Vəfa Şərifova arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb Türkanın “TikTok” video platformasında canlı yayım açaraq əvvəlcə həmkarı Vəfanın fanatlarının, sonra isə onun özünün ünvanına xoşagəlməz sözlər deməsi olub.

T.Vəlizadə bunları söyləyib:

“O bəzi fanatlar, ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə, sapınız olmaz. Açıq-aşkardırsa, sizin ağzınızı cıraram. Sizin başınızın üstündə dayanan böyüyünüz var, onun da ağzını cıraram. Bu mahnının “peçatını” vurdum. Bu “peçat” necə vuruldusa, vurulandan sonra obirilərinə (Vəfanı nəzərdə tutur – red.) dəydi. Aləm dəydi bir-birinə. O “peçatı” qoydular alınlarına”.

Türkanın bu görüntüləri sosial şəbəkəyə yayıldıqdan sonra Vəfa “Instagram” səhifəsində məsələ ilə bağlı videoaçıqlama yayıb:

“Bir ildən çoxdur ki, bu insanlar “Story”lər çəkərək, “TikTok”da canlı yayımlar açaraq dayanmadan mənə söz atırlar. Elə bir mövzu yoxdur ki, onlar buna toxunmasınlar. Mən kəndçi qızıyam bunlar isə şəhərli qızlardır. Bunlar müasir, dəbli, mən isə müasir və dəbli deyiləm.

Danışığıma, oxumağıma, mahnılarıma, geyimimə söz qoşub mövzu edirlər. Elə bir mövzu yoxdur ki, bunlar toxunmasınlar. Bəsdirin! Niyə özünüzü gülünc vəziyyətinə qoyursunuz? Mən susduqca, siz biraz da üstümə gəlirsiniz. Bu gündən sonra mənə hansınız söz atsanız, ağzınızı açsanız, səhifəmin “Story” bölümündə paylaşacağam ki, qoy, insanlar görsünlər ki, kimdir davakar.

Nə vaxt payınızı verirəmsə, davakar və pis adam mən oluram. Sizin bu şeylərinizə də susmalıyam? Mahnının “peçatını” vurmusan. Çox gözəl, təbrik edirəm. Amma hələ də “TikTok”da canlı yayım açıb o kasıb insanın 3-5 hədiyyəsinə möhtacsan. Bilirsən niyə? Çünki o qazancın haram yolladır.

Çünki sən mənim haqqıma girmisən. O haqla da qazandığın pulun bərəkəti heç bir zaman olmayacaq. Görüb, görəcəyin də elə o mahnı olacaq. Bundan sonra isə heç bir mahnın tutmayıb, tutmayacaq da. Çünki hamilə bir qadının ahını Allah heç bir zaman yerdə qoymaz. Heç kimdə qoymaz nəinki, səndə”.
 
Ardını oxu...
Aktyor Fərda Xudaverdiyev həmkarı Azər Axşamın onunla bağlı sözlərinə münasibət bildirib.

Axşam.az 
xəbər verir ki, "Zarafat bir yana" proqramına qonaq olan Fərdaya Azərin dediyi "Fərda aktyordusa, onda mən kiməm?" sözləri soruşulub.

"Bu sualı Azərin özünə vermək lazımdır. Hər kəsin öz mərifəti və öz qanacağı var. Özü haqda necə düşünürsə, özü haqda qoy elə də düşünsün. Söhbət yazılan sosial şəbəkələrdə şərhlərdən yox real həyatda insanların sevgisindən, hörmətindən gedir. Azər elə bir yaşdadır ki, bizdən əvvəlcə başlayanlardandır. Ona görə mənim ona nəsə deməyim ayıb olar. Əgər onun üçün mən aktyor deyiləmsə, o da mənim üçün heç kimdir" deyə, o, əlavə edib.
Ardını oxu...
Mediada daim qalmaqalları ilə gündəmə gələn məşhur amerikalı müğənni Puff Diddinin otel dəhlizində keçmiş sevgilisini döydüyü anların təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntüləri ortaya çıxıb.

TEREF Axşam.az-a istinadla xəbər verir ki, müğənninin görüntülərə görə otelə 50 min dollar ödəməyi təklif etdiyi bildirilib. P.Diddi kimi tanınan məşhur amerikalı müğənni Şon Kombsun 2016-cı ildə o vaxtkı sevgilisi Kessiyə qarşı zorakılıq tətbiq edib. Kadrlarda Kombsun oteldə Kessini qovduğu, onu yerə yıxdığı və təpiklədiyi görünüb.

Otelin dəhlizində yarıçılpaq qaçan müğənni liftə minmək istəyən Kessini tutaraq yerə yıxıb. Daha sonra yerdə uzanan qadını təpikləməyə başlayan müğənni gənc qadını tutaraq otağa sürükləyib.

Kessi keçən il Kombsa qarşı zorlama və bir sıra başqa cinayətlər iddiası ilə iddia qaldırmışdı. Bununla belə, hər ikisi noyabrda açıqlanmayan bir məbləğ üçün məhkəmədən imtina edib. Şiddətli görüntülərin yayılmasının qarşısını almaq üçün məşhur müğənninin otelə 50 min dollar ödəməyi təklif etdiyi bildirilib. Ortaya çıxan bu görüntülərlə uzun müddətdir birlikdə olan cütlük yenidən gündəmə gəlib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişində müğənni qonağının şəxsi həyatı barədə sullarına cavab tapmağa çalışıb.

O, efirin qonağı olan Aila Raidən həmin məşhurla eşq xəbərlərinə cavab alarkən mikrafonları bağlatdırıb.

Sənətçi isə eşitdiyi suala qətiyyətlə yox cavabı verərək adı çəkilən şəxslə dost olduğunu bildirib.

 
Ardını oxu...
Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan qalmaqallı açıqlaması ilə diqqət çəkib.

"Təsir dairəsi" verilişində qonaq olan olan sənətçinin yazdığı şerlər təndiq edilib.

Proqramda ekspert qismində yer alan tanınmış jurnalist Bahadır Seyidov onun əsərlərini söz yığını adlandırıb.

Bundan hiddətlənən Seyidcahanı qarşı tərəfin onun şerinə nəzirə yazması daha da əsəbiləşdirib.

Həmin gərgin anları təqdim edirik:

Redaktor.az
 
         
Ardını oxu...
Dünyaca məşhur yutuber Marusya Outdoorsun kanalı xakerlər tərəfindən oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə rusiyalı yutuber İnstagramda paylaşım edib.

Qeyd edək ki, məşhur rusiyalı yutuberin 10.6 milyon abunəçisi var.

Tribunainfo.az xəbər verir ki, eyni hadisə Azərbaycanda da təkrar olunub. Belə ki, indiyə qədər TV Müsavat-ın, SƏS TV-nin və LAF TV-nin hesabları analoji qaydada xakerlər tərəfindən ələ keçirilib. Güman olunur ki, bunlar eyni kibercinayətkar qrupdur.
Ardını oxu...
 
Ardını oxu...
Məşhur müğənni Əbdül Xalidə bahalı avtomobil hədiyyə olunub.

Manset.az xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Gül kimi şou" proqramına qonaq olarkən bildirib.

Əbdül Xalid bir müddət əvvəl aığı avtoqəza keçirdiyini qeyd edib. Bu səbəbdən xanım fanatlarından biri ona “Porsche” markalı bahalı və lüks maşın bağışlayıb.

Ətraflı videoda:

https://baku.tv/embed/138181
Ardını oxu...
Müğənni Anar Ağayevin avqust ayında Soçidə keçiriləcək “Yeni dalğa 2024” müsabiqəsinin finalında qələbə qazanacağına inanırıq.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Payızı” müsabiqəsinin baş təşkilatçısı prodüser Səbinə Həsənova deyib.

“Anar vokal janrında bizim qalibimiz oldu. Bu gün bizi yenidən sevindirdi. Soçi şəhərində keçiriləcək finala vəsiqə qazandı. Min nəfərdən seçilmiş 13 şəxsdən biri oldu. İnanırıq ki, avqust ayında Azərbaycan adına böyük qələbə qazanaraq bizi sevindirəcək”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli musiqi müsabiqəsinin qalibidir.
 

Dünyapress TV

Xəbər lenti