Ardını oxu...
“Pulu mahnılarıma yox, daha çox kliplərə xərcləmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova “GünaydınAzərbaycan” verilişində deyib.

Sənətçi “Ən çox pulu hansı mahnıya vermisən” sualını cavablandırıb:

“Cabbar Musayevin sayəsində mahnılara pul verməmişəm, sağ olsun. Amma kliplərə çox pul xərcləmişəm. Ən çox pulu “Dil açarmı” mahnısına çəkilən klipə vermişəm – 17 min yarım… Bu klipi çəkmək üçün Türkiyədən rejissor gəldi. Birdə ki, heç mahnıya çox pul xərcləməklə deyil. Məsələn, mənim “Yar başına dönüm sənin” mahnıma heç xərc qoymamışam, amma görün, necə məşhurdur”.
Ardını oxu...
Xalq artisti Bilal Əliyev sosial şəbəkədə yayılan videosuna aydınlıq gətirib. Pravda.az Axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni bildirib ki, musiqiçinin üstünə spirtli içki tökdüyünü əks etdirən görüntülər 2 il əvvəl çəkilib. B.Əliyev bu hərəkəti etməsinin səbəbini açıqlayıb:

“Hadisədən 1 gün əvvəl bir tədbirdə həmin şəxslə oturmuşduq. Orada kostyumdan danışanda başa saldım ki, əynimdəkini İngiltərədən gətizdirmişəm, qiyməti 18 mindir. Səhəri məni bir yerə onaq çağırdılar. Dedi ki, siz oxuyanda bizim dostların oturduğu masaya yaxınlaşın. Yaxınlaşanda gördüm ki, ofisiant dörd badə pivəni qəsdən əyib üstümə tökdü. Qoxusu pisdir, ondan sonra onu geyinmək mümkün deyil. Əsəbiləşdim. Baxdım ki, həmin masada oturanlar güldü. Mən də yarım stəkan pivəni tökdüm onun üstünə ki, indi gör sən onun iyinə otura bilirsən? Mənim üstümə 4 stəkan pivə tökdürdün, özün yarımın nə iy verdiyinə bax”.

 
 
 

Ardını oxu...

Müğənni Gülay Zeynallı ona təhqir yazan sosial şəbəkə istifadəçilərini polisə şikayət edib.

Buna səbəb ifaçının dediyi "Marketə gedib bazarlıq edən adamam, kompleksim yoxdur" sözləri olub. Tənqidlərə reaksiya verən Gülay bəziləri ilə bağlı şikayət ərizəsi yazdığını bildirib:

"Bu mövzuda son paylaşımımdır. Bəziləri yazır ki, sən kimsən? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm. Market söhbətinə gəldikdə isə özümü siravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, kompleksiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla hansı müğənni mağazaya gedir? Görən olur tez-tez? Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınıza, evinizə ayırın.

Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazanlar haqqında şikayət ərizəsi təqdim etmişəm".

Qeyd edək ki, Gülay "primetime"a müsahibəsində "Marketə girib bazarlıq edib çıxıram" sözlərini deyib və tənqid olunub./axşam.az

Ardını oxu...



Ardını oxu...
  

Türkiyəli məşhur müğənni Göksel etirafı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, tədbirlərdən birində görüntülənən sənətçi jurnalistlərə xarici görünüşü və keçmiş şəkilləri ilə bağlı açıqlamalar verib.

Arxiv fotolarından danışan Göksel gözəl olmadığını etiraf edib.

“Gözəl deyildim, hələ də özümü gözəl zənn etmirəm” - deyə, o, vurğulayıb.

Sənətçi xarici görünüşü ilə bağlı isə bu günə qədər heç bir estetik etdirmədiyini deyib.

Əraflı videoda:

 
 
 
Ardını oxu...
Müğənni Selena Qomes qeyri-adi tərkibli sendviç yediyinə görə fanatlarını qorxudub.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, ifaçının sevgilisi Benni Blanko ona qarpız, pendir və xiyar turşusu ilə sendviç hazırlayıb.

Selenanın qeyri-adi qida zövqü onun pərəstişkarlarını şübhəyə salıb. Onlardan bəziləri Qomesin mümkün hamiləliyini müzakirə etməyə başlayıblar.

Qeyd edək ki, dekabr ayında Selena Qomes musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü açıqlayıb.
Ardını oxu...
 
 

 


Ardını oxu...
1997-ci ildə məşhur "Titanik" filmində Keyt Uinsletin oynadığı Rouz Dyuitt Byukeyterin geyindiyi palto hərracda rekord qiymətə satışa çıxarılacaq.
"Batan palto" kimi tanınan rekvizitin əsas "Entertainment Memorabilia" auksionunda 125-250 min dollar (212.5-425 min manat) arasında qiymətə satılacağı gözlənilir. Tədbir "PropStore" tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələri bir neçə dəfə çəkmək lazım gəlib. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə "GWS" auksionunda 270 min dollara, ikincisi isə 2023-cü ildə "Goldin" auksionunda 110 min 400 dollara satılıb.
Daily Mail
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...

Müğənni Natavan Həbibi kliniki ölüm keçirdiyini açıqlayıb. Bu barədə sənətçi "Xəzər axşamı” verilişində danışıb.

O bildirib ki, əməliyyat zamanı narkoza görə problem yaşayıb:

"Narkozla bağlı qorxum var. Çünki əməliyyat olunanda anestezi fərqli təsir etmişdi. Ürəyim dayanmışdı. Kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir. Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm olmuşdu. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”.//olay.az


Ardını oxu...
Xalq artisti Röya Ayxan makiyajsız halını paylaşıb.

TEREF olay-a istinadən bildirir ki, estrada ulduzu fotosunu instaqram izləyiciləri ilə bölüşüb.

Pop kraliça paylaşıma "Əziz həyat, mənə verdiyin hər an üçün təşəkkür edirəm" şərhini yazıb.
Ardını oxu...
 

Ardını oxu...
Yunan müğənni Despina Vandinin İzmir vilayətində verəcəyi konsert səhnədəki türk bayrağı və Atatürk posterinin endirilməsini tələb etdiyi üçün ləğv edilib.

Lent.az xəbər verir ki, Türkiyə Təhsil Vəqfinin İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında təhsilin xeyrinə konsert təşkil olunub.

Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi gözləməyə baxmayaraq səhnəyə çıxmayıb.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar müğənninin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini, biletlərin istəyənlərə geri qaytarıla biləcəyini açıqlayıb.

Daha sonra müğənninin səhnədəki bayrağa və Atatürkün posterinə görə səhnəyə çıxmaqdan imtina etdiyi məlum olub.
Ardını oxu...
Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.

İki gündü xəstələnmişəm. Yayın xəstəliyi çox bic xəstəlikdi. Heç cür anlamaq olmur, bəla hardan gəlib. Hansı həkimə gedirsən, qızdırmanı ölçür, simptomatik dərman yazır. O da iki saat təsir edir, sonra qayıdırsan əvvəlki vəziyyətinə.

Xəstəliyə görə evdən çıxa bilmədim, məcbur tv-yə baxmalı oldum. Onu da deyim ki, yayda heç ləzzət eləmir. Tv kanallarda iki-üç dövrə vurandan sonra qabağıma yeni türk serialı çıxdı. Adı da “Zeytin ağacı”. Fikirləşdim ki, bəlkə mifoloji məsələdi, baxım.
Yüksək texnikayla çəkilən serialın kadrları möhtəşəmdi, aktyor oyunları da məlum məsələ.

Zira heç bir mifoloji qatı, filan yoxdu.
Bir şeyi hiss elədim ki, türk serialları mərhələ adlayıb. Əvvəllər ailəli qadın bir nəfərlə öz həyat yoldaşına xəyanət edirdisə, indi say çoxalıb, bir neçə nəfərə çatıb. Bu xəyanət də texnikanın və ədəbiyyatın gücü ilə maksimum əsaslandırılıb. O qədər bər-bəzək vurulub ki, xəstə-xəstə durub xəyanət etmək istəyirsən.

Seriala baxa-baxa xeyli vaxtdır dilimizə düşən “türk serialları bizi pozur”, “bu seriallara qədər boşanma belə kütləvi deyildi” klişeləri məni düşündürməyə başladı.

Və mən 39 dərəcə istiliyimlə özümə sual verməyə başladım, niyə bunlardan qabaq evlərimizə ayaq açan Braziliya, Avropa serialları bizi pozmadı, türk serialları pozdu. Axı, o seriallarda da xəyanət vardı, orda da alternativ həyat təbliğ olunurdu.

“Evrika!” Tapdım. Çünki, onlar bizə yad adamlardı. Onlar hər şey edə bilərdilər, bizdən deyildilər. Onlar başqa dildə danışır, başqa Allaha tapınır, başqa şeylər yeyir, içirdilər. Hətta onların elədikləri bizə əks göstəriş idi. Ona baxıb, bilirdik ki, bunu etmək olmaz, kafir işidir.
Amma, türklər bizik. Eyni dil, eyni din, eyni bığ, eyni geyim.

Demək bunlar edirsə, biz də edə bilərik, etməliyik. Nədən? Ondan ki, onlar bizdən qabaqda olan sivilizasiyadı. Malı ordan alırıq, dəbi ordan götürürük.

Bu siyasəti aparanlar çox incə və diqqətli iş aparırlar. Bütün seriallarda qəşəng evlər, yeni avtomobillər, qadın azadlığı, böyük şirkətlər, par-par parıldayan həyatlar bizə sırınır. Guya bu adamların hamısının böyük şirkətləri var, heç kim də işə getmir, ancaq qohum-əqrəbanın arvad-uşağına göz dikirlər, hər şeyləri də var. Burda bir nüansı da deməsəm, qızdırmam qalxar. Nədi o nüans?

Türk seriallarında son dövrlər populyar olan aktrisa və aktyorlar bu sahənin adamları deyil, böyük əksəriyyəti modellərdi. Ay qardaş, ailədə heçmi yaraşıqsız adam olmaz?

O aktrisalar da sənətlərilə deyil, mütənasib bədən fiquraları, yeni-yeni xəyanət növlərilə məşhurlaşırlar. Elə bu səbəbdən də, arvad-uşaq gecə-gündüz ora-burasını kəsdirib, calamağı xəyal edir və çoxu da buna nail olub. Elə bilirlər ki, fiqura düzəldisə, serialdakı “Aleyna” olacaq, “ Ferrari”də uzunboy, bığı çənəsinə meyl edən gur saçlı “Gürkan” 24 dəqiqə musiqi altında buna göz süzdürüb, “sen benim aşkımsın” deyəcək.

Gerçəklik tamam başqadı. Yazıq türklərin böyük əksəriyyəti illərdi qırmızı ətə həsrətdi. Doxsan faizi kirayələrdə qocalıb ölür. Evdə kiçikdən böyüyə hamı işləmək məcburiyyətindədi. Bu həvəslə türklərə ərə gedən qızlarımız çox böyük əzablara düçar olur.

İnsanları qınamaq olmaz. Sən uğuru harda görürsənsə, ora meyillənirsən. Türkləri bu cür inkişaf etmiş göstərmək heç öz ideyaları da deyil. Bundan xəbərləri yoxdu. Dünya kapitalizminin oyununa gəliblər. Vaxt vardı, rus həyat şəraiti bizə gözəl görünürdü, hamı rusca öyrənirdi, növbə mədəniyyəti, kitab oxumaq sənətinə can atırdı. Rus zəiflədi, sistem dağıldı, onlar da bizim günümüzə düşdü. Bu günlərdə Dövlət Dumasında “əxlaq dəyərlərini pozduğuna görə türk seriallarının qadağan edilməsi” diskusiyası gedir, qanun layihəsi hazırlanır. Çox gülməlidi, deyilmi?

Bu xəstəliyin bir diaqnozu var. Uğur, inkişaf hardadısa, xalqlar o istiqamətə can atır. Mənim qızdırma dərmanım kimi simptomatik nə qadağa qoyursan qoy, qarşısını almaq mümkün deyil. Seymur Baycanın danlamağıyla bu iş düzələn deyil. Əsasən də, bu proses yüz illər müstəmləkədə yaşayan xalqlarda sürətli olur. Ən azı 3 nümunəni mən müşahidə etmişəm.

Mən uşaq olanda biri asqıran kimi deyirdik, “Ya haqq Əli”, bir az böyüdüm, dedilər, “sağlam ol” (bud zdarov), qoca vaxtımda da deyirik, “çok yaşa”!

Vallah bu yaşamaq deyil. Biz hələ ürəyimizin lap dərinliyində müstəqilliyə “inanmamışıq”.

Müharibədən sonra bəzi ölkələr bizə bizdən çox inanır.

Bu günlərdə özbək qızı mahnı müsabiqəsində “Bayatı şiraz” oxudu, tərifi elnən bir oldu. Çünki, biz muğamda uğurluyuq. Biz qalib gəlmişik. Bizə üz tutanlar da var artıq.

Prosesi öz xeyrimizə çevirməyin yeganə yolu iqtisadiyyatda uğurlu olmaqdı. Onda sənə inanacaqlar, səndən nümunə götürəcəklər. Vaxtında ərəblər dünyaya dərs keçirdilər, indi ərəbi hotelə qoymurlar ki, özünü apara bilmir.

Çarxı geriyə çevirməyin vaxtıdı. Oxumaq, elm öyrənmək bizim xalqa bugünkü qədər heç vaxt vacib olmayıb.

Nə isə, serial bitir, qız dördüncü sevgilisiylə yaşayır, heç yerdə də işləmir, şəkil çəkir, kef edir. Mən də burda “smes” vurdururam, bəlkə hərarətim düşə….

İlham Əziz
 
 
 

Dünyapress TV

Xəbər lenti