Ardını oxu...
 

Fransa Prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə qurulduğuna dair sözləri tarix cahilliyi və hörmətsizlik əlamətidir.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində söyləyib.

“Bu, tarix cahilliyidir və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma qətiyyən onun yaradanı olmayıb”, – o qeyd edib.

Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3,5 min ildir İsrail torpağına “bağlıdır”. Onun sözlərinə görə, müasir İsrail birləşmiş beş ərəb dövlətinin hücumuna qarşı duran “müstəqillik müharibəsinin cəsur döyüşçülərinin qurbanı sayəsində” yaradılıb.

“Birləşmiş Millətlər Təşkilatının “İsrail Dövlətini yaratdığı” barədə sözlər kədərli məyusedici tarix təhrifidir”, – ölkə lideri vurğulayıb.

Ardını oxu...
Xankəndi Azərbaycan ərazisidir.

TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin guya Azərbaycanın Xankəndində kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına Rusiya XİN sözçüsü belə cavab verib:

“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu, birincisi. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər...UNESCO var. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual dəqiq bizə ünvanlanmamalıdır”, - deyə Zaxarova vurğulayıb.
 
Ardını oxu...
Oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü iclası keçiriləcək, bu barədə çərşənbə axşamı TRT telekanalı Türkiyənin XİN başçısı Hakan Fidana istinadla məlumat yayıb.

Onun sözlərinə görə, "Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa yönəlmiş görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcəklər.

Fidan görüşün gündəliyini açıqlamayıb. Onun sözlərindən həmçinin məlum olub ki, Gürcüstan "3+3" formatında (üç region ölkəsi və üç qonşu dövlət) görüşdən yenə imtina edib.

Xatırladaq ki, bu format Cənubi Qafqazda mövcud olan münaqişələrin sülh yolu ilə həlli məqsədilə 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif olunub.
 
Ardını oxu...
Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.
Ardını oxu...Ardını oxu...
 
Ardını oxu...
"ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir", - Miller deyib.

Xatırladaq ki, sentyabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
 

Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Birincisi, Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. “Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq” deyən İran Prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, buna baxmayaraq, Məsud Pezeşkian İran rəsmilərinin “ənənəsini” pozmayaraq “düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik” fikrini səsləndirməyi də unutmayıb:

“İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Məsud Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran prezidentinin sonrakı cümləsi bunun etirafıdır: “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”. Önəmli olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməsidir.

İran prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik”.
 
 
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Macarıstanın mövqeyindən yan keçməklə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün könüllü töhfələr verməyi nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Euractiv” yüksək səviyyəli avropalı məmura istinadən yazıb.

“İl yarımdır ki, tranş bloklanır və açığını desəm, bu, Ukraynanı dəstəkləmək üçün siyasi iradəmizi sarsıdır”, - agentliyin həmsöhbəti bildirib.

Öz növbəsində “Bloomberg” vurğulayıb ki, Avropa Xarici Fəaliyyət Xidməti quruma üzv dövlətlərin Kiyevə yardıma yekdil dəstək mexanizmindən yan keçməyə cəhd etmək istəyir.

Qeyd edək ki, yanvarın 30-da bildirilib ki, Aİ liderləri hələ də Macarıstanı Ukraynaya dəstək üçün 50 milyard avroluq maliyyə yardımını təsdiqləməyə razı sala bilməyiblər.
 
Ardını oxu...
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi 76 milyarder, onun Respublikaçı rəqibi Donald Trampı isə 49 milyarder dəstəkləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Forbes yazır.

“Bizim məlumatlara görə, 76 amerikalı milyarder Harrisi, 49-u isə Trampı dəstəkləyir. Demokratı dəstəkləyən milyarderlərin marağı qəribə görünə bilər, çünki o, tez-tez respublikaçını super varlıların xeyrinə siyasət yaratdığına görə tənqid edir. Lakin onlar ona tərəfini tuturlar və Harrisin ədalətli və proqnozlaşdırıla bilən siyasəti təbliğ etməyə davam edəcəyinə əmindirlər" - Forbes qeyd edir.

Materialın müəllifləri qeyd ediblər ki, bir çox başqa milyarderlər də namizədə maliyyə dəstəyi verə bilər. Lakin onların ianələri yalnız noyabrın 5-də keçiriləcək seçkilərdən sonra, ABŞ Federal Seçki Komissiyasının yekun hesabatlarının dekabrda dərc ediləcəyi vaxt məlum olacaq.
 
 
 
Ardını oxu...
Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib:

"Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".
 
Ardını oxu...
Ermənistanla Türkiyə arasında münasibətlərdə bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması.

Bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu gün, oktyabrın 12-də “Sülh qovşağı” adlı forumda deyib.

“Ermənistan və Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış fikir var ki, erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olur. Bu səhvdir. Bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərarın olmaması. Sabah qərar verilsə, sabah sərhədlər açılacaq”.

Rubinyanın fikrincə, erməni diasporunun Ermənistan ilə Türkiyə arasındakı əlaqələrə müdaxilə edə biləcəyi mövqe səhvdir.
 

Dünyapress TV

Xəbər lenti