Ardını oxu...
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.

"DogruXeber.az"ın "Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.

 

Ardını oxu...
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istiqlal şairi Mehmet Akif Ersoyu anım tədbirində çıxış edib. 
Ərdoğan hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq Mehmet Akif Ersoydan şeir səsləndirib. 

Ardını oxu...
 
Türkiyənin mərhum sənətkarları Ayşen Qruda və Yılmaz Qrudanın ailəsində ağır itki yaşanıb.
Aktyorların qızı Elvan Qruda dünyasını dəyişib.
E. Qruda 55 yaşında həyatla vidalaşıb.
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
Tanınmış aktrisa Nurgül Yeşilçay proqramlardan birində keçmiş xatirələrini paylaşıb.

Lent.az xəbər verir ki, ilk dəfə "Asmalı konak" serialına çəkildikdən sonra məşhurlaşan aktrisaya "Melekler adası" adlı serialdan dəvət gəlib.

Bu filmə çəkilmək üçün ona külli miqdarda pul təklif edilib. Aktrisa avans olaraq ömründə görmədiyi qədər qonorar aldığını deyib.

"Rejissor dedi, ilk dəfə çəkildiyin filmin 10 qat artığı qdərə sənə pul verəcəm. Dərhal razılaşdım. Kasıb idim. O qədər pul verdilər, anında qudurdum. Ona qədər bu qədər pulu yuxumda belə görməmişdim. Pulu aldım, getdim avtomobil satan lüks bir mağazaya. Dedim ən bahalısı hansıdırsa onu ver. Xoşbəxtlikdən həmin serial uğurlu alındı", - o qeyd edib.
 
 
 
Ardını oxu...
Ukrayna 1917-ci ildən bəri ilk dəfə Milad bayramını Rusiyanın qeyd etdiyi 7 yanvar tarixində deyil, dekabrın 25-də qeyd edir.

Bayram tarixinin dəyişdirilməsi Ukraynanı Rusiyadan uzaqlaşdıran növbəti mədəni dəyişikliyi əks etdirir.

Həm Rusiya, həm də Qərb Qriqorian təqvimindən istifadə etsə də, Rusiya bəzi dini tədbirlərdə hələ də Yulian təqviminə istinad edir. Kyivin bu keçidi onun Avropa ilə uzlaşmaq üçün davamlı səylərinin göstəricisidir.

Dekabrın 23-də gündəlik müraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Milad bayramının bitməsinə bir həftə qalmış Ukrayna güclü olaraq qalır. O, cümə günü cənub cəbhəsində Rusiyanın üç Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulmasını misal çəkərək, bunu Ukraynanın Rusiyanın işğalına qarşı 22 aydır davam edən müharibəsində uğur kimi qiymətləndirib.

"Bu həftə hava hücumundan müdafiə sistemimizin gücləndirilməsinin effektivliyini bir daha nümayiş etdirdi. Bu, təkcə şəhərləri və kəndləri Rusiyanın pilotsuz təyyarələri və raketlərindən qorumaq üçün deyil, həm də cəbhə xəttindəki əməliyyatlar üçündür", - o deyib və əlavə edib ki, "rus qırıcısını vurmaq qabiliyyəti bu müharibəni ədalətli şəkildə bitirmək üçün açarlardan biridir”.

Rus pilotların və ekipaj üzvlərinin taleyi haqda dərham məlumat verilməyib. Rusiya ordusu hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Ardını oxu...
“Atamın sənətdəki yolunu nəsildən heç kim davam etdirmir. Heç birinin səsi atamın səsi qədər gözəl olmayıb. Olsaydı, bu sənətin ardınca gedərdilər. Atamın əmisi çox yaxşı oxuyan olub. Atam bu haqda kitablarında da yazıb. Elə atamda da sənətə həvəs əmisindən gəlib. Əlibaba müəllimin nəticələri, yəni mənim nəvələrim instrumental alətlərdə ifa edirlər, təhsil alırlar. Oğlan nəvəm klarnet ifaçısı kimi artıq toylara gedir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.
Ardını oxu...
O daha sonra əlavə edib:
“Atamın mahnılarının varisi mənəm. Hətta Əqli Mülkiyyət Agentliyindən məni axtarıb tapdılar və bildirdilər ki, atanızın mahnılarından gələn qonorarlara görə mütləq şəkildə hesab açdırmalısınız. Mən də gedib bankda hesab açdırdım. Hələ ki, ora heç bir məbləğ gəlməyib. Mahnı oxuyanda məndən heç kim icazə almır. Heç kimə qadağan da edə bilmərəm ki, oxuma. Yaxşı oxusunlar. Arzum budur ki, atamın mahnılarını onun yazdığı kimi ifa etsinlər, qol-qabırğasını sındırmasınlar. Atamın bütün mahnılarının sözləri yadımdadır, hamısını əzbər bilirəm. İndi axı dəbdədir, cürbəcür ritmlər qatırlar mahnılara. Nəsə improvizə etmək istəyirsinizsə, yeni mahnı yaradın və edin. “Dəşti” təsnifini atam yaradıb. Xalq artisti Simarə İmanova bu mahnını oğlunun toyunda onunla elə gözəl ifa etdi ki. Bir neçə dəfə özüm dinləmişəm. Bilirəm ki, hamının da xoşuna gəlib”.
Ardını oxu...
 
Ardını oxu...
Məşhur küçə rəssamı Benksinin əsəri oğurlanıb.
Tribunainfo.az xəbər verir ki, son zamanlar Ukraynanın Borodyanka şəhərindəki rəsmləri ilə gündəm olan gizli küçə rəssamı bu dəfə Londondakı bir küçədə “Stop” lövhəsi üzərinə “pilotsuz təyyarələr” çəkib.
“Reuters”in yaydığı məlumata əsasən, rəsm əsəri iki saat keçmədən oğurlanıb.
Küçəyə gələn iki naməlum şəxsin Benksinin əsərini aparmağa çalışdığı bildirilib.
Xatırladaq ki, Benski kimliyi dəqiq məlum olmayan ingiltərəli qalmaqallı, məşhur qraffiti-rəssamdır. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var.
Ardını oxu...

Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.

"DogruXeber.az" Fransanın “Le Messager” nəşrinə istinadən xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib.

Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb.

Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər.

Merin müavini Jan-Pyer Amadio Xurşidban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb:

“O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.

Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Ardını oxu...

 

 
Ardını oxu...
Amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə aktyorun evində olub. 47 yaşlı qadın Çarlinin qapısını döyüb və aktyor qapını açan kimi ona hücum edərək döyməyə və daha sonra boğmağa başlayıb.

Şin qadın evinə qayıtdıqdan sonra polisə müraciət edib. Hadisə yerinə təcili yardım da gəlib, lakin aktyor xəstəxanaya yerləşdirilməyib. Aktyor qonşunun niyə belə aqressiv davranması barədə heç bir fikri olmadığını söyləyib.

Çarli polisə açıqlamasında bildirib ki, bu yaxınlarda qonşusu onun maşınına naməlum yapışqan maye səpib və evinin qapısının önünə zibil qoyub.

Silahlı hücum və quldurluqda ittiham olunan qadın həbs olunub.

Dünyapress TV

Xəbər lenti