“Mənim işim yalnız günəş parlayanda və kimsə bizə kubok verəndə burda olmaq deyil. Hər şeyi düzəltmək üçün əlimdən gələni edəcəyəm, hətta mümkünsə daha çox”.

Qol.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Britaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis “Liverpul”dan mümkün gedişi haqda sualı da cavablandırıb:”Düşünürəm ki, bu məsələ ilə bağlı qərar mövsümün sonunda veriləcək. Və ya, bəlkə, mövsümün sonunda bir-birimizə deyəcəyik: “Yaxşı, indi bu komandanın və bu baş məşqçinin sonu oldu”. Sual o zaman verilməlidir. Lakin hazırda komandanı yüz faiz ədalətli mühakimə etmək mümkün deyil, çünki bizim ixtiyarımızda heç vaxt tam heyət, bütün oyunçular olmayıb. Əvvəllər heyətdə dəyişiklik edirdik, indi bunu edə bilmirik. Bu problem uzun müddətdir yarımmüdafiə xəttində var”.

Ardını oxu...
Şahmat üzrə rusiyalı keçmiş dünya çempionu Anatoli Karpov Moskvada xəstəxanaya yerləşdirilib.

Beynəlxalq dərəcəli qrossmeyster hazırda reanimasiyadadır.

Dövlət Dumasının binasında halı pisləşən deputat huşunu itirərək yerə yıxılıb. Həkimlərin sözlərinə görə, həmin vaxt o, sərxoş vəziyyətdə olub.

Karpova ağır qapalı kəllə-beyin travması və sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Onun süni koma vəziyyətində olduğu bildirilib.
 

İngiltərənin “Mançester Yunayted” klubunun 37 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun malikanəsi Portuqaliyada ən bahalı malikanədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.

Məlumatda bildirilir ki, Portuqaliyanın paytaxtı Lissabonun ətrafında yerləşən üçmərtəbəli malikanənin sahəsi 2720 kvadratmetrdir. Futbolçu torpaq və tikinti üçün 18 milyon funt sterlinq ödəyib. Malikanənin daxili tamamlama işləri gələn il başa çatacaq.

Ardını oxu...
"Barselona"nın baş məşqçisi Xavi gələcək karyerasından danışıb.

42 yaşlı mütəxəssis komanda ilə titul qazanmasa Kataloniya təmsilçisinə yeni baş məşqçi təyinatının olması gərəkdiyini söyləyib:

"Hazırda bu layihədən əminəm. Cari mövsüm hədəfimiz kuboklar qazanmaqdır. Nəticələr özünü göstərəcək. Nəticə olmasa, yeni baş məşqçi gələcək. Yanvar ayında transferlər? Klub rəhbərliyi çalışır, lakin hələ ki, bu barədə çalışmaq çox tezdir".

Qeyd edək ki, Çempionlar Liqasının pley-offuna çıxmaq şansını itirən "Barselona" Avropa Liqasında mübarizə aparacaq. \\Offsideplus.az
 
Ardını oxu...
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.

"Report" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları ziyana düşüb.

İkiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komanda büdcə həddini 2,2 milyon dollar keçib.

Qeyd edək ki, "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə olunub.
 
Ardını oxu...
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Bu ada Fransa PSJ-sinin futbolçusu Lionel Messinin İsrailin “Makkabi” (Hayfa) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

35 yaşlı hücumçu 19-cu dəqiqədə özünün və komandasının ilk qoluna imza atıb.

Qeyd edək ki, PSJ “Makkabi”ni 7:2 hesabı ilə üstələyib.

 
Ardını oxu...
“Nant” ikinci qolu vurdu. Moses Simon, 90+4-cü dəqiqədə fərqləndi.
***
Filip Ozobiç 56-cı dəqiqədə hesabı bərabərləşdirdi.
***
"Nant" hesabı açdı. Ludovik Blas 17-ci dəqiqədə fərqləndi.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Bakupost.az bildirir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ardını oxu...
“Mançester Yunayted”in keçmiş futbolçusu Duayt York klubun hücumçusu Kriştiano Ronaldo ilə söhbətindən danışıb.

Qaynarinfo xəbər verir ki, “Sportlens” onun dediklərini belə çatdırıb:

“Altı ay əvvəl Ronaldo ilə danışdım. Yarım saat birlikdə vaxt keçirdik. Ondan düşündüyünüzdən də çox informasiya aldım. Hiss etdim ki, çox istəklidir, komanda üçün çalışmağa hazırdır. Onun dediyi bəzi şeyləri açıqlasam, məncə, “Mançester Yunayted” susmaq üçün mənə 5,7 milyon avro təklif edər”.

Xatırladaq ki, daha əvvəl Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə matçda (2:0) ehtiyat oyunçular skamyasını matç bitməmiş tərk edib. Ardından klub 37 yaşlı 887 min avro məbləğində cərimələyib. Həmçinin Ronaldo İPL-in 13-cü turunun “Çelsi” ilə səfər matçı üçün (1:1) heyətdən kənarlaşdırılıb və sonradan əsas komandaya qaytarılıb.
 
 
 
Ardını oxu...
“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Nant”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər: “Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq”.

O, sabahkı görüşdə favorit olmadıqlarını söyləyib: “Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
 
 
Ardını oxu...
“Nant” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la keçircəyi matç üçün iştirak ərizəsini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, baş məşqi Atuan Kombuare sihahıya 23 futbolu daxil edib. İştirak ərizəsində erməni əsilli orta xətt oyunçusu Qor Manvelyan da yer alıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba

Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah keçiriləcək “Nant” – “Qarabağ” oyununa təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin edib.

Sayt xəbər verir ki, buna səbəb “Qarabağ” klubunun sabahkı oyunda baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı quruma müraciətidir.

Bu gün məsələ ilə əlaqədar iclas keçirilib. “Nant” tərəfi sabahkı oyunda heç bir təxribatın törədilməyəcəyi ilə bağlı zəmanət verib.
 

Dünyapress TV

Xəbər lenti