Ardını oxu...
Azərbaycan-Ermənistan şərti dövlət sərhədininZəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət SərhədXidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndiərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbiqulluqçu yaralanıb.

Hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib.

Atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Andyaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusuəsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçuhelikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Başvermiş hadisə, o cümlədən, qarşı tərəfdən atəşin açılması anıvideomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırdaəməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tamşəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinədüşür.

Mahiyyət etibarilə sərhədçimizin snayperlə vurulmasıErmənistanın növbəti təxribatıdır.

Rəsmi Bakı ötən ilin ortalarından bəri Azərbaycanla Ermənistanınşərti dövlət sərhədində nisbi sakitliyin olduğunu bəyan edirdi.Bəyanlar, əslində, əyan məramın nümunəsi idi: AzərbaycanErmənistanla yekun sülh sazişi imzalamaq, sərhədi müəyyənləşdirmək,ölkənin qərb bölgələrini Naxçıvanla birləşdirəcək nəqliyyatdəhlizini açmaq, nəticədə Ermənistanla münasibətlərinormallaşdırmaq niyyətindədir.

İrəvan isə bunu istəmir - çoxsaylı "sülhpərvər" açıqlamalarına,Ermənistanın baş naziri Nikol Paşinyanın ilk növbədə Qərbəünvanlanmış çağırışlarına rəğmən.

Ermənistan hüquq-mühafizə orqanları tərəfindən atəşkəsinpozulması faktı ilə bağlı araşdırma başlanılıb. Bildirilir ki,hadisə erməni hərbçi tərəfindən qəsdən törədilib.

Yəni rəsmi İrəvan suçlu qismində adi hərbçini görür. Fəqət, belədeyil.

Atəş snayper tərəfindən açılıb. Dünyanın istənilən silahlıqüvvələrində snayper döyüş tapşırığı alandan sonra fəaliyyətəbaşlayır.

Bundan başqa, şərti dövlət sərhədində və frontir yaxınlığındakımövqelərdə ermənilərin snayperlərlə təmin edilmiş postlarınıbarmaqla saymaq olar. Atəş açılan postda isə bu yaxınlaradəksnayper olmayıb: o, hadisənin yaşandığı yerə bir müddət əvvəlgöndərilib.

Mövqemizə atəş də bilərəkdən, planlaşdırılmış şəkildə açılıb vəbu, Ermənistanın son vaxtlar yürütdüyü siyasətin kompleksməcmusunun daha bir mərhələsidir.

Fransanın sürətlə silahlandırdığı, Hindistanın 441,2 milyondollarlıq sursat və hərbi texnika satışı ilə bağlı anlaşmalarimzaladığı, Yunanıstan və Kiprin birgə təlimlər keçirərək, onlarınsayını sürətlə artırdığı, revanşist və qisasçı əhval-ruhiyyənincəmiyyətində aktivləşdiyi Ermənistan rəhbərliyi vəziyyəti bilərəkgərginləşdirir.

Siyasi dəstəyi Fransadan alaraq, özünü haminin qüdrətli yardıməhatəsində hiss edən Ermənistanı ruhlandıran digər məqam Avropaİttifaqının Müşahidə-Monitorinq Missiyasıdır (EUMA). Azərbaycanlaşərti dövlət sərhədində fasiləsiz müşahidələr aparan EUMA adimonitorinqlə pərdələnərək, erməniləri vəziyyətin yenieskalasiyasına sövq edir.

Paşinyan iqtidarı da EUMA müşahidəçilərinin sərhəddə olduqlarınagüvənərək, mövqelərimizin atəşə tutulması barədə əmr verib.

Baş vermiş hadisə spontan deyil.

Məsələn, Fransa Milli Jandarmının xarici missiyalarınınkomandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək,binoklla Azərbaycana tərəf baxması, sonra erməniləri dəstəkləyənbəyanatla çıxış etməsindən az sonra Qərb mediasında, habeləErmənistan KİV-də “Ermənistanın sərhəddə əməliyyat həyatakeçirərək, uğur qazana biləcəyi” barədə iddialar sıralanmışdı.

Nikol Paşinyanın Britaniyanın "The Telegtaph” nəşrinəmüsahibəsində Azərbaycanın ünvanına təhdidlər və uydurma ittihamlarsəsləndirməsi, Ermənistan ordusunun bundan sonra da sürətləsilahlanacağını bəyan etməsi və “mümkün gərginliyə görə Bakınınməsuliyyət daşıyacağı” barədə marazmatik açıqlamaları da təsadüfsayılmamalıdır.

Kolluqışlaq kəndindəki mövqeyimizə atəşi erməni snayperlə bahəm,Fransa və Avropa İttifaqının Ermənistandakı EUMA missiyası, habeləErmənistanı tam dəstəkləyən və silahlandıran dövlətlər, Azərbaycanatəzyiq göstərməyə çalışan güclər açdılar.

Onlar mövqeyimizi yox, sülh danışıqlarını, bölgədə stabillikləəmin-amanlığın bərqərar olmasına yönəlmiş ümidləri atəşətutdular.

Azərbaycan səbirlidir, amma səbrin cəmləşdirdiyi gücün zərbəsidəmir gürz misalı olur.

Ermənistan bunu əsla unutmasın...
Trend
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin fevralın 14-dən mayın 13-dək, növbəti 90 gün uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

Bu barədə Ukrayna Ali Radasının internet səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücuma başlaması ilə eyni gündə Ukraynada hərbi vəziyyət elan edilib. Martın 26-da isə Ukraynada ümumi səfərbərlik elan edilib.
 
Ardını oxu...
“Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır”, - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.

Mənbə: ABC
 
Ardını oxu...
"Alyans Rusiya ilə onilliklər davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO Rusiya ilə müharibəyə can atmır. Bununla belə, onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq", - o deyib.

Bu səbəbdən NATO-nun baş katibi Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb. \\Ölkə.Az
 
Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun məhv edilməsi üçün plan hazırlamağı əmr edib.

Bu barədə baş nazirin idarəsi məlumat yayıb.

Netanyahu hələ fevralın 7-də bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüşlərin başlanmasına hazırlıq əmri alıblar.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada hərbi əməliyyatın miqyasının yüz minlərlə fələstinlinin sığındığı Rəfah sərhəddinə qədər genişləndirilməsi planlarından narahatlığını bildirib. Onun sözlərinə görə, bu, anklavda humanitar vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Mənbə: TASS
 
Ardını oxu...
İlk növbədə onu qeyd etmək lazmdır ki, riskli görünən bu dəyişikliyin rəvan və qarşılıqlı anlaşma şəraitində gerçəkləşməsi general Valeri Zalujnının vətənsevər dövlət adamı olması sayəsindədir. O, qərara müqavimət göstərmək, xalqı da, ordunu da Zelenskinin əleyhinə qaldırmaq imkanında idi, bunu etmədi. Ondan gözlənilən də bu idi.
Qərarın səbəbləri haqqında bir çox məqamı qeyd etmək və müxtəlif ehtimallar irəli sürmək mümkündür, amma qısa və ən ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar ki, Zelenski ordunun baş komandanı vəzifəsində onunla tam uyum içərisində çalışacaq birini, yəni öz adamını görmək istəyirdi. Zalujnı isə müstəqil fiqur idi, hər kəsə eyni məsafədə dayanırdı, hətta müxalifətçi generalı (Poroşenkonun partiyasından olan Desant Qoşunlarının sabiq komandanı Zabrodski) öz komandasına cəlb etmişdi.
Müharibə zamanı prezident-ali baş komandanla ordu komandanının eyni dildə danışması, aralarında anlaşılmazlığın olmaması şübhəsiz ki, çox vacib amildir. Lakin siyasi rəhbərliyin hərbi komandanlığın işinə davamlı müdaxiləsi, peşəkar səviyyədə (peşəkar əsaslarla) verilməli olan qərarları hərb işində diletant olan siyasətçilərin verməsi arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Bu baxımdan yeni baş komandan Aleksandr Sırskinin bu həssas balansı necə təmin edəcəyi və işinə qarışanlara yox deməyi bacarıb-bacarmayacağı önəmli olacaq. O, sadəcə üzüyola bir dövlət məmuru və hər cür siyasi qərarın tərəddüdsüz icraçısı kimi fəaliyyət göstərəcəksə, Ukrayna üçün əlavə problemlər yaranacaq. Yox, lazımi məqamlarda öz iradəsini ortaya qoyub, bunu siyasi rəhbərliyə də qəbul etdirərək mürəkkəb vəziyyətdən qeyri-standart çıxış yolları tapacaqsa, onda müsbət dəyişikliklər mümkündür.
General Zalujnı Ukraynada əfsanələşsə də, aydındır ki, əvəzolunmaz kadr deyil. Hətta bir çox mübahisəli qərarları da olub. (Məsələn, ötənilki hücum əməliyyatına hazırlıq mərhələsi və əməliyyat planları ilə bağlı çoxlu suallar var.) Ukrayna ordusunda xeyli istedadlı komandir var və bunlar kabinetlərdə deyil, müharibənin odu-alovu içində yetişiblər. General Sırski Kiyevin müdafiəsinə rəhbərlik edib, Xarkov əməliyyatının planlaşdırıcısı və bilavasitə icraçısı olub. (Eyni zamanda, Baxmutun uğursuz müdafiəsinə də cavabdeh olub.) Zelenskinin dünən adlarını çəkdiyi, ordu rəhbərliyinə gətiriləcək briqada generalları (Qnatov, Drapatıy) Xerson əməliyyatını uğurla icra etmiş gənc zabitlərdir. Yəni sırf hərbi rəhbərliyin dəyişməsi səbəbi ilə ciddi problemlərin ortaya çıxacağını söyləmək, məncə, doğru olmaz.
Ukraynanın hazırda iki təməl problemi var:
- ABŞ yardımlarının dayanması və bunun nəticəsində cəbhədə silah-sursat çatışmazlığının yaranması;
- Səfərbərliyin gecikməsi və bunun nəticəsində cəbhədə şəxsi heyət çatışmazlığının yaranması.
Bunların hər ikisi hərbi yox, siyasi rəhbərliyin məsuliyyət sahəsidir. Xarici yardımları da, səfərbərliyi də prezident və hökumət təmin etməlidir. Silah-sursat və yetərli sayda əsgər olmadıqdan sonra ordu komandanlığında kimlərin yer alması həlledici əhəmiyyət daşımır.
Zelenski öz reytinqini düşünərək qeyri-populyar tədbir olan səfərbərliyi (bu barədə qanunu) aylarla gecikdirdi. Qanun hələ yenicə ilk oxunuşdan keçib. Reytinq demişkən, müharibədən sonra Valeri Zalujnı siyasətə qoşulmaq qərarı verərsə, prezidentlik şansı var.
Şahin Cəfərli
TEREF

 
Ardını oxu...
Hətta Kremlə loyallığı ilə seçilən ekspertlərdə Rusiyanın gələcəyi ilə bağlı nikbin proqnozlar verməkdən çəkinirlər...
“Levada” Mərkəzinin apardığı rəy sorğusuna görə, rusiyalıların 66 faizi müharibənin Rusiyaya
çox baha başa gəldiyini düşünürlər. Müharibənin ağır nəticələrindən təsirlənməmiş bir sahə
qalmayıb. Məsələn, doğum səviyyəsi son 200 ilin ən aşağı səviyyəsinə düşüb. Rusiyanın qaz
nəhəngi “Qazprom”un qaz hasilatı şirkətin mövcud olduğu 34 il ərzində ən aşağı səviyyəyə enib.
SSRİ Qaz Sənayesi Nazirliyinin dövlət korporasiyasına çevrildiyi 1990-cı illə müqayisədə
“Qazprom”un hasilatı 200 milyard kubmetr azalıb. “Qazprom”un itkisi Azərbaycanın qaz
hasilatından ən azı 4 dəfə çoxdur.
ORCID beynəlxalq məlumat bazasını təhlil edən “Novaya qazeta.Evropa”nın hesablamalarına
görə, Ukraynaya qarşı geniş miqyaslı müharibə başlayandan Rusiyanı 2500 nəfər alim tərk edib.
Onların arasında Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Riyaziyyat Cəmiyyətinin
prezidenti Viktor Vasilyev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yuri Kovalev və onlarla
məşhur alim var. Elmi kadrların ən böyük itkisinə Moskva universitetləri məruz qalıb. Rusiyanın
ən yaxşı ali məktəbləri hesab olunan Moskva Dövlət Universiteti, Moskva Fizika və Texnologiya
İnstitutu, Ali İqtisad Məktəbi və “Skolkovo” İnnovasiya Mərkəzi elmi əməkdaşların 23 faizini
itirib. Dövlətin və cəmiyyətin bütün sahələrində eyni fəlakətli vəziyyət hökm sürür.
Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsinin Moskvanın ehtimal etdiyi kimi
ildırımsürətli qələbə ilə başa çatmayacağı aydın olduqdan sonra, Rusiyanın istənilən qələbəsinin
“Pirr qələbəsi” ola biləcəyi ilə bağlı fikirlər gündəmə gəldi. Lakin indi belə görünür ki, vəziyyət
daha faciəlidir.
Bütün bu çətinliklər mart ayında keçiriləcək prezident seçkisindən sonra daha da dərinləşəcək.
Elə bir vəziyyət yaranıb ki, hətta Kremlə loyallığı ilə seçilən ekspertlər də Rusiyanın gələcəyi ilə
bağlı nikbin proqnozlar verməkdən çəkinirlər. Moskva Dövlət Universitetinin İqtisadiyyat
fakültəsinin dekanı Aleksandr Auzan bildirib ki, Rusiya yaxın gələcəkdə inkişaf edən ölkəyə
çevrilə bilməyəcək. Professor bunu cəmiyyətin bölünməsi və dövlətdə bütün məsələlərin zorla
həll olunması ilə izah edib. “Biz indi öz içimizdə bölünmüş bir ölkəyik. Ona görə də iqtisadi
tərəqqi, texnoloji sıçrayışlar və sair xəyallar qura bilərsiniz, amma doğmalara və yadlara
bölünmüş cəmiyyətin olduğu bir ölkədə bütün bunlar tamamilə əlçatmazdır”. Alim bildirir ki,
Rusiyada güc kultu formalaşıb və problemlər onun köməyi ilə həll olunur. “Bu, problemin sadə,
lakin adətən səhv və ya səmərəsiz həllidir. Bu, iqtisadi inkişaf və gələcək üçün pisdir”.
Rusiyada və Qərbdə isə belə qənaət var ki, mart ayında keçiriləcək prezident seçkiləri professor
Auzanın təsvir etdiyi mənzərəni daha da tündləşdirəcək. Bu isə o deməkdir ki, Putinin gözlənilən
qələbəsi onun məğlubiyyətindən daha ağır nəticələr doğuracaq. Çünki Avropa Şurası Parlament
Assambleyası (AŞPA) ötən ilin oktyabrında qəbul etdiyi qətnamə ilə Avropa ölkələrini Rusiya
prezidenti Vladimir Putinin 2024-cü il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə onun
hakimiyyətini qeyri-legitim hesab etməyə çağırıb. Qətnamədə deyilirdi ki, Putin 2000-ci ildən bəri
prezident və ya baş nazir kimi hakimiyyəti əlində saxlayır. “Bu qədər uzun müddət ərzində qeyriməhdud prezident səlahiyyəti, güclü parlament, müstəqil məhkəmə sistemi, azad mətbuat və
canlı vətəndaş cəmiyyəti kimi nəzarət və tarazlığın olmaması Rusiyanı faktiki diktaturaya
çevirib”.
AŞPA-nın yekdilliklə qəbul etdiyi qətnamədə üzv dövlətlərə təklif olunur ki, Putinin prezidentliyini
2024-cü ildən sonra davam etdirəcəyi halda, humanitar əlaqələr istisna olmaqla, Rusiya ilə
bütün əlaqələri dayandırmalıdır.
ABŞ-da isə konqresmenlər Stiv Koen və Co Vilson Nümayəndələr Palatasına Vladimir Putinin
2024-cü ildən sonra Rusiya prezidenti kimi tanınmaması ilə bağlı qətnamə layihəsi təqdim
ediblər. Qətnamənin mətni ötən ilin noyabrın 18-də Stiv Koenin mətbuat xidməti tərəfindən
açıqlanmışdı. Qətnamə layihəsində konqresmenlər xatırladırlar ki, Putinə 2024-cü il mayın 7-dən
sonra prezidentlik müddətlərini “sıfırlamağa” və yenidən vəzifəyə qayıtmağa imkan verən Rusiya
Federasiyasının Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə çoxsaylı pozuntulara görə
legitim sayıla bilməz.
Bütün bunlar onu göstərir ki, 2024-cü ilin 15-17 mart tarixlərində üç gün ərzində keçiriləcək
prezident seçkilərində qələbə prezident Putin üçün “Pirr qələbəsi”ndən daha ağır nəticələr
doğuracaq. Belə ki, Putinin prezidentliyi qanuni və legitim olmadığı üçün tanınmayacaq. Bu isə
haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi olan Putinin beynəlxalq münasibətlərdə
hərəkət imkanlarını daha məhdudlaşdıracaq. Nəticədə Rusiyanın beynəlxalq münasibətlərdən
təcrid olunmasını və qlobal iqtisadiyyatdan qoparılmasını daha dərinləşək.
ABŞ Maliyyə Nazirliyi “Rusiyanın hərbi səylərini dəstəkləyən” xarici bankları sanksiyalarla
cəzalandıracağı ilə bağlı xəbərdarlığından sonra Rusiya üçün “nəfəslik” olan Türkiyə və Çindən
Moskvaya bəd xəbərlər gəlməkdədir. Türkiyə banklarının ardınca Çin bankları da Rusiyanın
maliyyə qurumları ilə əlaqələrini sürətlə kəsirlər. Türkiyə və Çin banklarının bu addımından sonra
Rusiyanın xarici ticarət əməliyyatları demək olar ki, tamamilə iflic olub. Bununla bağlı
məlumatda deyilir ki, Rusiya ilə işləyən bütün iri türk bankları lirə və rublla ödənişlər də daxil
olmaqla bütün əməliyyatları bloklayır, eləcə də Rusiyadan olan “həmkarları”nın müxbir
hesablarını bağlayırlar. Eyni vəziyyət Çin bankları ilə münasibətdə də müşahidə olunur.
Ekspertlər isə bu vəziyyətin daha ağırlaşacağı ilə bağlı xəbərdarlıq edirlər.
Buraya Rusiyanın hərb meydanında məruz qaldığı qorxunc itkiləri və Rusiya Mərkəzi Bankının
300 milyard dollar ehtiyatının dondurulmasını da əlavə edəndə Putinin Ukraynaya qarşı
müharibə qərarının nə qədər baha başa gəldiyi haqqında aydın təsəvvür yaranır.
Müharibə dövründə mərmi səsləri bütün səsləri eşidilməz edir. Buna görə də Rusiya dövlət
maşının dağılmasından və cəmiyyətin parçalanmasından doğan çıxırtılar indi eşidilmir. Bu
səslərin eşidilməsi üçün mərmi səsləri kəsilməlidir. Putinin inadla müharibəni davam etdirməsi
də, bu səslərin eşidilməsinə imkan verməmək istəyi ilə bağlıdır. Ancaq müharibə uzandıqca
dövlət maşının dağılması və cəmiyyətin parçalanması daha böyük miqyas alır.
Putin iki il əvvəl elə bir dəhşətli səhvə yol verib ki, onun nəticəsi Rusiya və rus xalqı üçün moğol
istilasından sonra ən ağır fəlakət olacaq
Xaqani Cəfərli
Pressklub.az
 
Ardını oxu...
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Həsənli Emin Əliyar oğlu Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın icraatına verilib.
Məhkəmə iddiasının hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıran Emin Həsənli eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvdür. Daha əvvəl isə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olub. Emin Həsənli həm də “Hərbi And” qəzetinin baş redaktorudur.
 
Ardını oxu...
Bu gün Ukrayna Ali Radası “Qoşunların səfərbər edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Yeni qanunla hərbi çağırış şərtləri sərtləşdirilir. Çağırışdan yayınan şəxslərin bank hesablarının bağlanmasına şərait yaradılır, xaricdəki çağırışçılar isə yalnız hərbi stajı olduqda konsulluq uçotunda durmaq imkanı əldə edəcəklər. Bundan əlavə, qanun qəbul olunarsa, polis hərbi xidmətdən yayınanları aşkar etmək və saxlamaq üçün əlavə səlahiyyətlərə malik olacaq.
Qanunun yeniliklərindən biri də “elektron bildiriş” adlanan sistemin tətbiqidir.
 
Ardını oxu...
4 ayda İsrail nə qədər hərbçisini itirib?
İsrail ordusu Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda mayor rütbəli zabitlərindən birinin həlak olduğunu açıqlayıb.

TEREF xəbər verir ki, bu barədə ordunun saytında dərc edilmiş məlumatda bildirilib.

Məlumata görə, 401-ci döyüş mühəndisliyi briqadasının 601-ci batalyonunun komandirinin müavini mayor Devid Şakuri Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda həlak olub.

Şakurinin ölümü ilə İsrail ordusunun quru əməliyyatları başlayandan bəri öldürülən hərbçilərinin sayı 226-ya çatıb. Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana öldürülən İsrail hərbçilərinin sayı isə 563 olub.

Ordunun internet saytında gündəlik yenilənən məlumatlara görə, quru hücumları başlayandan bəri yaralanan İsrail hərbçilərinin sayı 1304-ə yüksəlib. Münaqişə başlayandan bu günə kimi yaralanan İsrail hərbçilərinin sayı isə 2828-ə çatıb.

yeniavaz.com
 

Dünyapress TV

Xəbər lenti