Ardını oxu...
Hazırda Ukraynanın əsas vəzifəsi mümkün qədər öz müdafiə xəttini qurmaq və düşmən hücumlarını dəf etməkdir

Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində qeyd edib ki, bu ilin may-iyun aylarında Rusiya qoşunlarının böyük hücumu gözlənilir.

Düşmənin xüsusi hazırlığının olduğunu demək olmaz. Axı Rusiya daim səfərbər olur, hərbi-sənaye kompleksini maksimum dərəcədə işə salıb (onun imkanlarının nə olduğunu, sovet texnikasını daha da aktivləşdirmək lazım olub-olmadığını anlamaq üçün), cəbhədə də sakitlik yoxdur. Yalnız qeyd edək ki, hücum əməliyyatları son vaxtlar əvvəl olduğu kimi aktiv deyil. Yəni ki, düşmənin maddi-texniki və şəxsi heyətin artırılması davamlıdır, amma kifayət qədər sabit templə baş verir.

Bundan əlavə, başa düşmək lazımdır ki, Putin hələ rəsmi olaraq vəzifəsinin icrasına başlamayıb, çünki hələ inauqurasiya olmayıb. Ona görə də ruslar bu məqamdan - mayın 7-nə kimi istifadə edərək, bizim mühüm infrastrukturumuza və mülki əhaliyə mümkün qədər çox terror hücumu həyata keçirəcəklər.

Üstəlik, bu cür aksiyaların əsas məqsədi danışıqlara başlamaq üçün növbəti cəhddir. Ukrayna və onun tərəfdaşları buna razı olmasalar, ruslar Ukraynanın daha bir hissəsini qoparmaq və ya onlar üçün ideal ərazilərdən birində cəbhəni yarmaq üçün irəliləməyə çalışacaqlar.

Bu, əslində Rusiyanın “danışıqlar” üçün klassik gedişidir – əgər danışıqlar başlasa, ruslar prosesə əlavə təzyiq yaratmaq üçün yenidən fəallaşa bilərlər. Çünki biz bunu əvvəllər görmüşük. Hətta 2022-ci ildə danışıqlara başlayanda, ruslar Kiyevə doğru irəlilədilər. Yəni düşmən istənilən sükutdan istifadə edərək şəxsi heyət və texnikada itkiləri bərpa edir.

Bununla belə, Rusiya ordusunun Kiyev və ya Xarkova qarşı yeni hücumunun mümkün hazırlığı çətin ssenaridir. Çünki Ukrayna buna 2022-ci ilə baxanda daha yaxşı hazırıq.

Başa düşmək lazımdır: Xarkova sadəcə yaxınlaşmaq üçün ruslara ən azı 100 min nəfərlik bir qrupa ehtiyacı var. Biz şəhəri ələ keçirməyə çalışmaqdan danışmırıq – sadəcə yaxınlaşmaqdan danışırıq. Bundan əlavə, ruslar nəzəri cəhətdən belə bir əməliyyat üçün lazımi sayda kadr toplaya bilsələr belə, Donetsk vilayətində bundan istifadə etmək ehtimalı daha yüksəkdir. Üstəlik, ruslar çox yaxşı başa düşürlər ki, sektorların ən azı birində cəbhədən həqiqətən keçmək üçün ən azı 200 min nəfərin yerli üstünlüyü vacibdir.

Və nəticə, dəhşətli itkilərdən sonra tammiqyaslı müharibə başlamazdan əvvəl 37 min insanın yaşadığı şəhərin tutulması oldu. Burada həlledici amil Ukraynanın artilleriya sursatlarının çatışmazlığı idi.

Digər məqam isə odur ki, Rusiyanın hücumu ilə bağlı nağıl onların qüvvələrinin bir hissəsini Belqorod ərazisinə köçürmək məcburiyyətində qalması fonunda yayılır. Yəni bu tezis diqqəti yayındırmaq və Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyası ərazisində Rusiya müxalifətinin hərəkətlərini silahla dəstəkləmək imkanlarını azaltmaq məqsədilə irəli sürülür.

Axı Rusiya Federasiyası böyük itkilərə məruz qala bilər və onları tez bir zamanda bərpa edə bilməz.

Ona görə də hazırda Ukraynanın əsas vəzifəsi mümkün qədər öz müdafiə xəttini qurmaq və düşmən hücumlarını dəf etməkdir.

Müəllif: Andrey Kramarov - Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi analitik.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
 
 
Ardını oxu...
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb:

“Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”.

 
 
 
Ardını oxu...
TAURUS raketlərini istehsal edən “Matra BAE Dynamics Aerospatiale” (MBDA) konserninə daxil olan şirkət istehsalı dayandırıb.
Gununsesi.info-nun xəbərinə görə, bunu şirkətin rəhbəri Tomas Qottşild “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.

Tomas Qottşild deyib ki, bunun səbəbi TAURUS raketlərinə dair sifarişlərin olmamasıdır. Onun sözlərinə görə, Ukraynanın da çox istədiyi bu raketlərin istehsalının yenidən bərpa edilməsi müəyyən zaman tələb edəcək: “Çünki bizim tədarükçülərimiz kiçik və orta müəssisələrdir. Bu halda onlar da müvafiq detalların istehsalını dayandırırlar və istehsal xətlərini işlək vəziyyətdə saxlamaq üçün maliyyəni təmin edə bilmirlər. Ona görə də biz yeni sifariş alacağımız halda həmin tədarükçülərin xammal təmin etmələri, yenidən fəaliyyətlərini bərpa etmələri lazımdır. Müdafiə sənayesi möcüzə yarada bilməz. Əgər biz bu gün sifariş alsaq, sabah onu yerinə yetirə bilmərik. Müdafiə sənayesi üçün uzun müddətli sifarişlər lazımdır”.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya TAURUS raketlərinin tədarükünə qarşı çıxır.
Ardını oxu...
Şimali Koreya hesab edir ki, Yaponiya müdafiə potensialını və Özünümüdafiə Qüvvələrini gücləndirmək adı altında imperiya ordusunu dirçəltməkdədir.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Nəşr iddia edir ki, Tokio bu gün "tarixi təhrif edərək keçmiş cinayətlərini bəzəyir" və həm də hücum xarakterli hərbi qüvvə kimi özünümüdafiə birləşmələrini genişləndirir. Pxenyan hesab edir ki, onların ultra müasir silahları var.

Şimali Koreya nəsillərin dəyişməsi səbəbindən Yaponiyanın aqressiv ambisiyalarının dəyişməyəcəyini güman edir.

Bundan əvvəl Şimali Koreyanın Çindəki səfiri Ri Ren Nam bildirib ki, Pxenyan hakimiyyəti yaponiyalı həmkarları ilə heç bir səviyyədə görüş keçirməyəcək.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq isə bildirmişdi ki, Yaponiyanın baş naziri Fumio Kişida Pxenyana Kim Çen Inla mümkün qədər tez görüş keçirmək niyyəti barədə məlumat verib.
Ardını oxu...
“Bayraktar TB3”ün ikinci prototipi üçüncü uçuş testini müvəffəqiyyətlə tamamlayıb.

Sınaqla bağlı açıqlama “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktarın sosial şəbəkə hesabından verilib.

Bildirlib ki, uçuş zamanı “orta hündürlük sisteminin identifikasiyası və performans testi” həyata keçirilib.

Rusiya ilk dəfə ağır “ODAB-1500” bombası ilə Ukrayna ərazisini vurub.

Bu barədə Almaniyanın “BİLD” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu bombanın atılmasından sonra səmaya 1 km hündürlüyündə tüstü buludu qalxıb. Qəzet yazır ki, ruslar bu bombanı Sumı rayonunun Velikaya Pisarevka kəndinə atıb. Tanınmış almaniyalı ekspert Julian Röpke qeyd edib ki, mülki əhalinin məskunlaşdığı ərazidə 1,5 tonluq bombadan istifadə edilməsi Rusiyanın Ukrayna şəhərlərinə qarşı müharibəsindəki yeni biabırçı addımıdır.

Qeyd edilir ki, bu bombalar SSRİ dövründən qalan termobarik mərmidir, hədəfdən təxminən 10 metr əvvəl aerozol şəklində yanan bir qarışıq buraxır və onu alovlandırır. Nəticədə böyük həcmli partlayış baş verir. Bu tip döyüş sursatları klassik döyüş sursatlarından daha böyük dağıdıcı gücə malikdir. İşğalçılar əvvəllər 170 kiloqramdan 500 kiloqrama qədər “ODAB”-dan istifadə edirdilər.
Ardını oxu...
Belçika hökuməti Danimarkanın başçılıq etdiyi koalisiyanın tərkibində krallığın Kiyevə tədarük etmək niyyətində olduğu F-16 təyyarələrinə texniki qulluq üçün 100 milyon avro ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder "X"də yazıb.

"Nazirlər Şurası Belçikanın Ukraynaya 25-ci hərbi yardım paketini təsdiqləyib. 100 milyon avro, beynəlxalq koalisiya çərçivəsində F-16 təyyarələrinə texniki xidmət və dəstək üçün ayrılacaq", - o bildirib.
 
Ardını oxu...
 

Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumlarından sonra Qərbi Ukraynanı Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb, çünki onlar Ukraynanın müdafiəyə çox ehtiyacı olan yeganə silahdır.

TEREF xəbər verir ki, bu barədə Kuleba "Politico"ya müsahibəsində danışıb.

"Bu lənətə gəlmiş "Patriot”ları bizə verin. Əgər kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz, yəni "Patriot” olsaydı, biz təkcə xalqımızın həyatını deyil, həm də iqtisadiyyatımızı məhv olmaqdan qoruya bilərdik", - nazir deyib.

Jurnalistlər qeyd edirlər ki, Kuleba ilə müsahibədən cəmi bir saat əvvəl Rusiya Federasiyası Kiyevə ballistik raketlərlə hücum edib. O zaman Kuleba gələcək səfərinə götürmək üçün şəhərin botanika bağında video çəkirmiş.

Kuleba qeyd edib ki, bu sistemlər həm də Rusiya aviasiyasının Rusiya işğalçı qüvvələrinə üstünlük əldə etməyə kömək edən hava bombalarından kütləvi şəkildə istifadə etdiyi cəbhə xəttindəki vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.

O, hədəfi olduğunuz halda belə bir bombadan qaçmağın mümkünsüz olduğunu bildirib:

"Sadəcə başınıza düşür və hər şeyi məhv edir. Biz beləcə mövqelərimizi itiririk və bunun qarşısını almağın yeganə yolu bomba daşıyan təyyarələri vurmaqdır. Cəbhə xəttində hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var", - xarici işlər naziri əlavə edib.

Bir gün əvvəl Rusiyanın Kiyevə raket hücumundan sonra Kuleba Ukraynaya daha çox "Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərinin verilməsini istəyib.

O, həmçinin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel ilə Aİ-nin Ukraynaya mümkün qədər tez daha çox Patriot və digər hava hücumundan müdafiə sistemləri əldə etməkdə kömək edə biləcəyi yolları müzakirə edib.

qaynarinfo.az
 
Ardını oxu...
Ukrayna tankının ekipajı eyni anda üç rus tankı ilə döyüşə girin və qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Avdeyevka istiqamətində Tonenkoye ərazisində baş verən bu döyüşün videosunu knyaz Vladimir Monomax adına 53-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri X sosial şəbəkəsində paylaşıblar.

"Bizim reallıqlarımız formalaşmış düşüncəyə dəyişikliklər edib. İndi həmişə dörd şeyə baxmaq mümkündür. Üç klassikə biz knyaz tank ekipajlarının az qala düşmən tank taqımını necə məhv etdiyini əlavə edirik. 15 dəqiqə, bir tank heyəti, üç atış, üç düşmən tankının yanaraq külə dönməsi. Düşmənin növbəti irəliləyiş cəhdi məhz beləcə başa çatdı. Bu, haqlı olaraq, bir çox hərbi dərsliyin əsasını təşkil edəcək döyüş tapşırığının möhtəşəm qaydada icra edilməsi sayıla bilər”, deyə ukraynalı hərbçilər qeyd ediblər.
 
 

Dünyapress TV

Xəbər lenti