Ardını oxu...
İranın Tacikistanda dron istehsalına başlaması Ermənistanı da şirnikləndirib
İran dron istehsalına on illər öncədən başlayıb. Ötən il İran Tacikistanda da dron zavodu açıb. İranın Əbabil-2 dronları xeyli müddətdir Düşənbədə istehsal olunur.
Bundan dərhal sonra Tacikistan ABŞ sanksiyalarının təsiri altına düşüb.
Maraqlıdır ki, İran Qırğızıstanın "Bayraktar" dronlarından istifadə edilməsindən dərhal sonra Düşənbədə dron zavodu açmağa qərar verib.
Düşənbədə zavodun açılışında iştirak edən İran rəsmisi bu dronların həm daxili məqsədlər və həm də "dost ölkələrə" satılmaq üçün nəzərdə tutulduğunu bildirib.
Ardını oxu...
Görünür ki, İran region ölkələrinə yalnız "islam inqilabı" ilə deyil, texnologiyaları ilə də təsir etmək istəyir.
İran eyni zamanda Venesuelada "Mühacir-6" dronlarının da istehsalına başlayıb.
Artıq heç kim üçün sirr deyil ki, İran özünün xeyli sayda Şahid və Mühacir dronlarını Rusiyaya satıb və bu dronlar Ukraynada xeyli insanların ölümünə, mülki infrastrukturun dağıdılmasına səbəb olub. Yəni, İran faktiki olaraq Ukraynanın işğalına Rusiya ilə ortaq olub.
İranın texnologiyalar və hərbi sahədə Rusiya ilə iş birliyi, Avrasiya regionunda təsirləri də son zamanlar xeyli güclənib.
Görünən odur ki, Rusiya zəifləyəndən sonra İran regionda güclənmək istəyir, region ölkələrinə təsir imkanlarını artırmaq istəyir.
Ermənistanla, Tacikistanla və Rusiya ilə texnoloji və hərbi sahədə əməkdaşlığı xeyli gücləndirib.
Maraqlıdır ki, sanksiyaların təsiri altında olan İran eyni zamanda peyk texnologiyaları sahəsində xeyli güclənə bilib.
Ötən ilin sonu İranın telekommunikasiya naziri İsa Zarepur iki peykin, Hahid-1 və Hahid-2 peyklərinin orbitə çıxarılmasına hazırlıq görüldüyünü bildirib.
ABŞ rəsmiləri bununla da İranın nüvə daşıyıcı olan ballistik raketlər sahəsində daha irəli gedə biləcəyi haqqında açıqlama verirlər.
İran ötən il kosmosa yük daşımaq üçün nəzərdə tutulan daşıyıcı raketinin orbitə qaldırması haqqında açıqlama verib.
Hansı ki bununla 80kg yükü orbitə qaldırmaq nəzərdə tutulub.
İran yuxarıda adı çəkilən Nahid peyklərini məhz bu daşıyıcı raketlə orbitə qaldırmağı nəzərdə tutub.
2020-ci ildə İran özünün Nur hərbi peykini də orbitə qaldırıb.
Ardını oxu...
Ötən il isə İran daha bir hərbi kəşfiyyat peykini, Nur-2 ni özünün daha bir daşıyıcı raketi olan Qasid peyk daşıyıcısı ilə orbitə qaldırıb.
İran ötən il Rusiyanın Soyuz raket daşıyıcısının köməyi uşilə "Xəyyam" müşahidə peykini də Baykonur-dan orbitə qaldırıb.
Çəkisi 350 kg olan bu peykin yetərincə imkanları var, ayırdetməsi 1 m-dir.
Xəyyam-ın növbəti versiyalarının hazırlanması və orbitə qaldırılması sahəsində Rusiya ilə iş birliyi qurulub.
İran bu il həmçinin orbitə qaldırmaq istədiyi lakin iki dəfə uğursuz olduğu Zəfər-2 hərbi-kəşfiyyat peykini yenidən orbitə qaldırmağı düşünür.
Yeri gəlmişkən, düşünmək olar ki, Ermənistanın son illərdə İranla əlaqələrinin güclənməsi həm də dron məsələsi və peyk texnologiyaları ilə bağlıdır.
Ardını oxu...
Müharibədən məğlub ayrılan, hərbi resursları tükənən, var qüvvəsi ilə revanş götürmək istəyən Ermənistan İranın dron zavodunun İrəvanda qurulmasında çox maraqlıdır.
Yeri gəlmişkən, Ermənistan ötən il İspaniyanın Satlantis şirkətinin köməyi ilə özünün ilk müşahidə peykini də hazırlayıb və SpaceX vasitəsilə orbitə qaldırıb.
Düşünürəm ki, İranın hərbi dronlar və peyk texnologiyaları, kəşfiyyat peykləri sahəsində güclənməsi, Ermənistanla bu sahədə əməkdaşlığın artması Azərbaycan üçün də təhdidlərin artması deməkdir.
Müşahidələr göstərir ki, Ermənistanın alimləri və mütəxəssisləri, həm də texnoloji sahədə kadr hazırlığına cavabdeh qurumlar dron istehsalı, peyk texnologiyaları və ondan hərbi məqsədlər üçün istifadə məsələlərinə son dövrlərdə çox ciddi diqqət yetirirlər.
Osman Gunduz
Teref.az
 
 
 
Ardını oxu...
ABŞ administrasiyası Ukraynanı Amerikanın “F-16” qırıcıları ilə təmin etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan Vaşinqtonun Kiyevə “F-16”lar göndərməyi planlaşdırır sualı ünvanlanıb. O isə cavabında “Xeyr”, - deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden yanvarın 25-də Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib. Bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.
 
Ardını oxu...
Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən mənzərə yaşanıb.

Belə ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyiblər.

“Yarasa” səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub.

 
Ardını oxu...
Rusiyada yeni PMC-lər (Muzdlu şirkətlər - red.) Ukraynadakı hərbi əməliyyatlar üçün deyil, növbəti müharibə üçün yaradılır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq və publisist Andrey Piontkovski çıxış edib.

O bildirib ki, hazırda Rusiyada 27 PMC şirkəti var:

"Onlar Ukrayna ilə müharibə üçün lazım deyil. Bizə Baş Qərargah rəisi Gerasimovun rəhbərlik etdiyi vahid ordu lazımdır. Absurdluğun zirvəsi odur ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun özünün PMC-si var. "Qalxan" adlanır. Bu insanlar Ukrayna ilə deyil, növbəti müharibə üçün PMC yaradırlar. Ukrayna ilə müharibəni uduzduq, bütün ağıllı insanlar bunu başa düşür".

O, Rusiyanın məğlubiyyətindən sonra Putin və onun dəstəsinin hakimiyyətdə qala bilməyəcəyinə əminliyini bildirib.
 
Ardını oxu...
ABŞ hökuməti Ukraynaya 60-dan çox “Bradley” piyadanın döyüş maşınının ilk partiyasını göndərib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı məlumat yayıb.

“Nəqliyyat Komandanlığı ABŞ-ın bu ilin əvvəlində elan etdiyi 2,85 milyard dollarlıq hərbi yardım sazişinin bir hissəsi kimi “Bradley” piyadanın döyüş maşınının ilk partiyasını Ukraynaya çatdırır. Keçən həftə Cənubi Karolina ştatının Şimali-Çarlston şəhərini 60-dan çox texnika tərk edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Vaşinqton ilk dəfə olaraq yanvarın 6-da “Bradley” piyadanın döyüş maşınının Ukraynaya təhvil veriləcəyini elan edib.
 
Ardını oxu...
Qərbin Ukraynaya hərbi yardımı kəskin şəkildə artırmaq qərarı uzun sürən müharibədə Ukraynanın Rusiyanı məğlub etmək fürsətini itirməsi qorxusundan irəli gəlir.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"Qərb rəsmiləri Rusiyanın müharibədə qalib gəlmək şanslarının daha çox olmasından narahat olduqlarını bildirirlər. Buna görə də Ukraynanın əvvəllər Kiyev, Xarkov və Xerson yaxınlığında uğurlu hücum hərəkətlərini davam etdirmək üçün güclü Qərb silahlarına ehtiyacı var.

İndi Qərb qorxur ki, müharibədə Rusiya qaçılmaz qələbə qazanacaq. Bu, Qərbin Ukraynaya yardımını nəzərəçarpacaq dərəcədə artırır. Eyni səbəblərdən ABŞ ukraynalı əsgərlərin hərbi təlimlərinin miqyasını artırmaq qərarına gəlib. Amerikalılar mümkün qədər çox ukraynalı əsgərə müasir silahlarla döyüş taktikasını öyrətmək istəyirlər", - məlumatda deyilir.
 
Ardını oxu...
“İranda gecə saatlarında bir sıra strateji müəssisələrdə güclü partlayışlar baş verib. Müharibə qatillər və onların iştirakçıları üçün ağır qanunlar qoyur”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bəyan edib.

“Müharibənin məntiqi amansız və ölümcüldür. Və müəlliflərə və şəriklərinə sərt hesablar verir” - deyə, o bəyan edib.

O xatırladıb ki, Rusiya irimiqyaslı işğala başlayandan bəri sonsuz səfərbərliyə əl atıb, Moskvada raketdən müdafiə sistemi quraşdırıb, səngərlər qazıb, bomba sığınacaqları hazırlayıb.

“Bu arada İran Kremlə kömək etdikdən sonra “partlayıcı gecə” yaşadı. İranda partlayıcı gecə: dron və raket istehsalı, neft email zavodu. Ukrayna axı xəbərdarlıq etmişdi”.
Ardını oxu...
“44 günlük müharibədən iki ildən çox vaxt keçib, lakin hələ də savaşda iştirak edən həkimlərə və onların sürücülərinə müharibə veteranı adı verilməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xətai rayonu Təcili Tibbi Yardım Stansiyanın həkimi Elçin Zeynalov deyib. Həkim 44 günlük müharibədə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Daşaltı əməliyyatlarında iştirak etdiyini vurğulayıb:
“Demək olar ki, Şuşa ətrafına kimi getmişəm. Biz 44 günlük müharibədə iştirakımızla bağlı ərazi üzrə hərbi komisarlıqda qeydiyyatda olmuşuq və bu hərbi biletimizdə qeyd olunub. Biz Xətai rayon Təcili Tibbi Yardım Stansiyasında işləyirik. Həmin idarədən bizim müharibədə iştirakımızla bağlı təşəkkürnamə verilib, bayramlarda bizə dövlət tərəfindən yardımlar olunur”.
Elçin Zeynalov məsələ ilə bağlı TƏBİB və Müdafiə Nazirliyinə müraciət etdiyini qeyd edib:
“Müdafiə Nazirliyi deyir ki, TƏBİB onlara siyahı göndərməlidir və bu siyahı hələ də onlara verilməyib. İki il keçib, TƏBİB nə işlə məşğuldur? Bu vaxta kimi hansı həkimin harada qulluq etdiyini açıqlamayıb. Məsələ ilə maraqlananda TƏBİB siyahı yığdığını deyir”.
Elçin Zeynalov onlara müharibə veteranı adının verilməsini tələb edir:
“Mənim 40 yaşım var, 3 uşaq atasıyam, vətəndaşlıq borcumu yerinə yetirmişəm. Övladlarım bilməlidir ki, ataları harada olub. Bizə də müharibə veteranı adı verilməlidir, amma uşaqlarım hansı sənədlə fəxr etsin? Mənim iş yoldaşım şəhid oldu, ona şəhid statusu verilib. Mən də ölə bilərdim. Müharibə veteranı adını almaq üçün ölməliydim”?

Hərbi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya bildirib ki, Azərbaycan qanunvericiliyi müharibə veteranı adı müvafiq döyüş tapşırıqlarını yerinə yetirən heyətə təqdim edilməsi üçün nəzərdə tutulduğunu deyib:

“Həkimlər, sanitar heyət, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları, onların sürücüləri müharibə zamanı ən qaynar nöqtələrdən yaralanmış və xəsarət alan şəxsi heyətin həyatını xilas etmək üçün böyük fəaliyyətləri olub, ciddi əmək sərf ediblər. Lakin onlara hələ də adların verilməsi məsələsi həll olunmayıb. Hesab edirəm ki, məsələnin həlli üçün qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirilməlidir. Onların arasında mənim şəxsən tanıdığım həkimlər var ki, müharibə veteranı adına layiq görülməyib. Onların həyata keçirdiyi funksiyalar hərbi tibbi personalın həyata keçirdiyi funksiyalardan çox da fərqlənmir. Hesab edirəm ki, məsələni həll etmək vacibdir”.
TƏBİB 44 günlük müharibədə iştirak edən həkimlərə və onların sürücülərinə müharibə veteranı adı verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentindən Qaynarinfo-ya verilən məlumata görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan və döyüş əməliyyatlarında iştirak edən şəxslərin sənədləri aidiyyatı qurumlara ünvanlanıb:
“TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahı və təsdiqedici məlumatlar (hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) sözügedən şəxslərə müharibə veteranı statusunun verilməsi məsələsinə baxılması üçün aidiyyəti dövlət orqanına təqdim olunub”.
Ardını oxu...
ABŞ Ukraynanı F-16 qırıcıları ilə təmin etmək imkanını təkzib etnir.

Lent.az-ın xəbərinə görə, bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinqh bildirib.

Onun sözlərinə görə, Vaşinqton heç bir silah tədarükünü nəzərdən keçirməkdən imtina etmək niyyətində deyil. Eyni zamanda, o, Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılmasını açıqlamayıb.
 

Dünyapress TV

Xəbər lenti