Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, su kanalı zibil və çirkabın içindədir.

Kanalınn Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Sakinlər bildirirlər ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin zibil tullantılarını bu kanala atmasıdır.

Məsələyə münasibət bildirən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov problemdən xəbərdar olduqlarını və sözügedən kanalın mütəmmadi olaraq təmizləndiyini deyib.

Dilqəm Şərifov onu da bildirib ki, həmin kanalın Novxanı çimərliyinə aidiyyəti yoxdur. Sadəcə olaraq kanal Novxanı çimərliyinə gedən yolun üzərində yerləşir.

 

 

 
 
Ardını oxu...
Əvvəl Orand kəndinin 100-dən çox sakini rayon rəhbərliyini, icra başçısının birinci müavini Cəlil Baxşıyevi, həmçinin rayonun deputatı İqbal Məmmədovu korrupsiya, məmur özbaşınlığı və qanunsuzluqda ittiham ediblər.

Onlar deputatın onlara məxsus olan əraziləri zəbt etdiyini, kəndə gələn suyun öz kartof sahələrinə çəkdiyini iddia edirdilər. Daha sonra rayonun iki kəndi Lerikdən ayrılmağa və Yardımlıya birləşməyə qərar verib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Sakinlər deyirlər ki, rayon qeyri-rəsmi 4 ərazidən – Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Amma əsas diqqət rayonun Zuvand ərazisinədir.

Rayonda nə baş verir? DİA.AZ xəbər verir ki, Reyting.az-ın redaksiyasına Lerik rayonu ilə bağlı sensasiya doğuracaq faktlar daxil olub. Mənbələrimiz rayondakı əsas vəzifələri tutmuş şəxslərin siyahısını da redaksiyamıza təqdim ediblər:

“Hörmətli redaksiya! Siz yəqin ki, Lerik rayonunda vəziyyətin necə olduğunu bilmirsiniz. Lerik qeyri-rəsmi olaraq, Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Sizə vəzifədə olanların siyahısını təqdim edirik. Oxuyun, siyahıya göz gəzdirin, nəticə çıxarın. Görün durum nə yerdədir, ən çox hansı kənd sakinləri rayonda hegomonluq edir və bu qohum-qardaş zənciri ilə bağlanan şəbəkə rayonu hara aparır, ölkədə necə imic yaradır:

1. İqbal Məmmədov – Leriki Milli Məclisdə təmsil edən deputat (Zuvand – Rıvarud kəndi).

2. Cəlil Baxşıyev – Lerik rayon icra başçısının birinci müavini (Zuvand – Kələxan kəndi).

3. Arzu Vəliməmmədova – icra başçısın müavini (Zuvandlı) deputatın sinif yoldaşı.

4. Habil Məlikov – başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (Dırıqlı – Gürdəsər kəndi).

5. Əlipənah Bayramov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi (Dırıq – Bülüdül kəndi). Bu həmin Əlipənah Bayramovdur ki, Cəlil Baxşıyevin tələbi ilə imkansız ailəyə ayrılan vəsaiti geri qaytarmasını tələb edir.Ətraflı videomaterialda- şok səs yazısı:

6. Araz Quliyev – Hüquq şöbəsinin müdiri (Dırıq – Ağçay kəndi).

7. Zamiq Əhədov – İcra Hakimiyyətində Ümumi şöbənin müdiri (Zuvandlı).

8. Kaməddin Məstiyev – Lerik şəhəri üzrə icra nümayəndəsi (Zuvandlı).

9. Zöhrab Salayev – Təhsil şöbəsinin müdiri – (Zuvand).

10. Mübariz Ağayev – Mərkəzi xəstəxananın baş həkimi. Hazırda TƏBİB-in Lənkəran rayonu üzrə direktoru. Lerikdə sakinlər üçün tikilən binanın vətəndaşlara rüşvət müqabilində satılmasında onun da adı hallanır. (Zuvandlı və İqbal Məmmədovun qohumu).

11. Eyvaz Babayev – Meşə Təsərrüfatının rəhbəri (Lerik şəhəri).

12. Vəliyulla Alışov – Rabitə qovşağının rəisi (Dırıqlı, amma Cəlil Baxşıyevin qohumu).

13. Hidayət Bəşirov – Rayon Veteranlar Şurasının sədri (Zuvandlı).

14. Elxan Qənbərov – Rayon Ağsaqqallar şurasının sədri (Zuvandlı-Borzovu kəndi) keçmiş YAP sədri. Cəlil Baxşıyevin yaxın adamı.

15. Elman Abbasov – Maliyyə şöbəsinin müdiri – (Zuvandlı – Cəngəmiran kəndi) Cəlil Baxşıyevin dostu.

16. Etibar Həşimov – Ziyalılar Birliyi (Zuvand – Rəzgöv kəndi).

17. Mübariz Quliyev – Mənzil Kommunal Təsərrüfatının sədri (Zuvandlı). Bu yaxınlarda yeni icra başçısı tərəfindən fəaliyyətsizliyi səbəbindən işdən qovulub.

18. Malik Mirzəyev – ƏƏSM-nin keçmiş rəisi, hazırda YAP rayon təşkilatının sədri. (Buruq kəndindən. Amma İqbal Məmmədov, Cəlil Baxşıyev və Mübariz Quliyevin qohumudur, bir tərəfi zuvandlı) Adı dəfələrlə korrupsiyada hallanıb. Ətraflı linkdə: My Webpage

19. Abdin Alışanov – Gigiyeva və Epidemiologiya mərkəzinin rəisi (Bir tərəfi züvandlı).

20. Aslan Mirzəyev – Qızıl Aypara Cəmiyyətinin rəhbəri (Zuvand).

21. Asiman Tağızadə – Baş mühasib (Zuvandlı). Cəlil Baxşıyevin qohumu.

Hörmətli redaksiya, “Lerikdə heç bir ayrı-seçkilik yoxdur”,- deyən İcra hakimiyyəti yəqin bu siyahıya da bir əmma tapacaq. Burda cəmi 2-3 fərqli bölgədən olan məmur var və onlar da Cəlil Baxşıyev-İqbal Məmmədov tandeminə bağlı adamlardır. Gedib araşdıra bilərsiniz…”.

Mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin də mövqeyinə yer ayırmağa hazırıq.
Ardını oxu...
Etibar Əliyev: "Nazir müavini məktəbdən xəbəri olmayan birisidir”.

"Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məsələlərə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı system deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir”.

Teref.az xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev "Yenisabah.az”-a müsahibəsində təhsil eksperti Kamran Əsədovun sosial şəbəkələrdə təhsil sektoru ilə bağlı açıqladığı korrupsiya faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, K.Əsədov Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin dərindən qat-qat baha qiymətə satılması haqda faktlar paylaşıb.

Deputat təəssüfə qeyd edir ki, nazirliyin fəaliyyətində dediyi şəffaflığı görmür: "Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir”.

E.Əliyev əlavə edir ki, məktəblər müstəqil deyil: "Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regionlarda isə regional təhsil idarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil nazirinin məktəblərə kuratorluq edən müavini məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur”.

Deputat vurğulayır ki, məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onun sözlərinə görə, məktəb rəhbərlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər: "Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar?!”.

Etibar Əliyev bildirir ki, bu gün abituriyentlər yüksək nəticələr göstərirsə, bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır: "Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir”, deyə təhsil eksperti qeyd edib.

Millət vəkili hesab edir ki, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər: "Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində "Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorunu nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb. Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə "gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim”.
 
 
 
Ardını oxu...
Şirkət şikayətçiləri "müti" adlandırıb

2017-ci ildə "Fedek" tikinti şirkəti Nəsimi Rayon İcra Hakimiyyətindən icazə alaraq, Bakıda "Azadlıq" küçəsi, 80 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış binasını söküb.

Xəbəri "Turan" yayıb.

Bildirilir ki, bina 1935-ci ildə məşhur Sovet memarı Konstantin Sençixinin layihəsi əsasında tikilib.

"Mütəxəssislər evi”ni sökən "Fedek" kimindir?

Bir çoxları düşünür ki, bina hələ uzun müddət Bakının bəzəyi ola bilərdi, çünki bura el arasında "Mütəxəssislər evi” adlandırılırdı, yanında "Aktyorlar Evi” də vardı.

Ardını oxu...

"Mütəxəssislər evi”ndə müxtəlif elm sahələrinin ən yaxşı gənc mütəxəssisləri – uzun illər Politexnik İnstitutun prorektoru vəzifəsində işləmiş İslam Yusifov, memar Ənvər Kazımzadə, professorlar Aydın İmaməliyev, Nurəddin Rzayev, Gülzar İmaməliyeva, Şamil Quliyev, Əhməd Hacıyev, həkim Emin Əfəndiyev və başqaları yaşayırdı...

Bu binanı qoruyub saxlamaq yerinə, Bakı Şəhər İcra Hakimiyyəti tarixi tikilini Bakının yenilənməsi layihəsi əsasında söküləcək binalar siyahısına daxil edib.

Bu layihənin mahiyyəti sağlam və keyfiyyətli yaşayış evlərini sökərək, yerində özəl şirkətlərin gəlirli çoxmərtəbəli simasız binalar tikib, böyük miqdarda pul qazanmasından ibarətdir.

Sakinlərə yeni evlərdə mənzil vəd ediblər, vətəndaşlarla çox sayda müqavilələr bağlanıb. Həmin vaxtdan etibarən onlarla Bakılı ailəsi mənzilsiz qalıb və onlara yeni bina tikilənə qədər vəd edilmiş müvəqqəti kirayəhaqqı ödənilməyib.

"Sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar"

"Azadlıq" küçəsi, 80 ünvanındakı binada yaşayan tarixçi Nigar Maksvell "Turan"a bildirib ki, itaət göstərməyən sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar. Onlara yığışmaq üçün bir neçə həftə vaxt verilib.

"Fedek" tikinti şirkəti Naxçıvanın Kəngərli kəndində 10 manat nizamnamə balansı ilə qeydiyyatdan keçib.

"Biz tam altı ildir ki, mənzillərimizə yerləşmək deyil – çünki onlar heç yoxdur, – amma ən azından, evimizin aqibətini öyrənmək üçün çırpınırıq”, - deyə N.Maksvell yazır.

"İcra başçısı və şirkət İlham Əliyevin tapşırığına əməl etmir"

İyulun 24-də rejissor, Azərbaycanın Xalq artisti, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadə Prezident İlham Əliyevə müraciət edib. O, ölkə başçısından xahiş edir ki, bu tarixi binanın taleyi ilə maraqlansın.

Bundan sonra Prezident Nemətzadənin işinə baxılması haqqında göstəriş verib, amma ümumilikdə binanın aqibəti hələ də sual altında qalıb.

Ardını oxu...

"Doğrudur, bir qədər qorxmuş icra başçısı Asif Əsgərov sakinlərlə görüşüb. Sakinlərə bütün tələblərini təmin etməyi, habelə kirayə haqqı borclarını ödəməyi, mülkiyyət hüququmuzu göstərən yeganə sənəd olan köhnə qəbalə kağızlarını saxlamağı vəd ediblər. Bu gün təqvimdə 2022-ci ilin avqustudur. Evdən köçürüldüyümüz tarixdən altı il keçir. Bu müddət ərzində bəzi sakinlər yeni mənzillərə köçmədən dünyasını dəyişiblər”, - deyə N.Maksvell bildirib.

"Turan" Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə zəng edib, amma icra hakimiyyəti tikinti şirkətinə müraciət etməyi məsləhət görüb.

"Fedek" şirkətinin meneceri Ramil Qasımov N.Maksvellin iddialarını inkar edib, bildirib ki, tikinti uğurla davam edir və bir il sonra başa çatacaq.


Ardını oxu...
Nəsiminin icra başçısı Asif Əsgərov

R.Qasımov deyir ki, sökülmüş binanın bütün sakinləri vaxtlı-vaxtında müqavilə üzrə ödənişləri alırlar, mətbuata isə "2-3 müti” şikayət edir.

Bəs həqiqət necədir?

2021-ci ilin yanvarında "Turan" və bir sıra media orqanları "Fedek" şirkətinin "Azadlıq" küçəsi, 80 ünvanındakı binanın sakini Həmid Əfəndiyevin ev əşyalarını məhv edən işçilərinin zorakılığı haqqında yazmışdı. Bu da şirkətin fəaliyyəti ilə bağlı sakinlərin dediklərinə inanmaq üçün əsas verir.

2018-ci il mayın 16-da ev sahiblərinin evdə olmamasından istifadə edən işçilər qarajı və Əfəndiyevin qarajda olan əmlakını məhv ediblər.

Ardını oxu...

"Azadlıq 80" ünvanında tikilən mübahisəli bina

O, dörd otaqlı, zirzəmisi olan mənzilini çoxmərtəbəli bina tikmək üçün bütün binanı sökmək niyyətində olan bu şirkətə verməkdən imtina edirdi. Sonradan qonşu mənzillər və binanın çardağı və Əfəndiyevin birinci mərtəbədə yerləşən mənzilinin üzərindəki bütün mərtəbələr söküldü.

İnşaatçılar Əfəndiyevə məxsus 14 rəsm əsərini oğurlamışdılar. O, rəsmlərdən birini "Fedek"in ofisində görüb və polis vasitəsilə qaytarıb.

16.03.2020-ci il tarixində Bakının Apellyasiya Məhkəməsi iddiaçı Həmid Əfəndiyevin tikinti şirkətinə qarşı şikayətinə baxıb və birinci instansiya məhkəməsinin "Fedek" şirkətinin üzərinə 37,5 min manat ölçüsündə maddi ziyanı ödəmək öhdəliyi qoyan qərarını qüvvədə saxlayıb (iddiaçı 80 min manat tələb edirdi).

Məhkəmənin qərarı icra edilməyib…

Əfəndiyevin Nəsimi Rayon Məhkəməsinə çoxsaylı müraciətlərinə cavab olaraq ona deyiblər ki, Apellyasiya Məhkəməsinin qərarı itib, qərarın icrasına görə kimin məsul olduğu məlum deyil.

25 dekabr 2020-ci il tarixində isə tikinti şirkətinin sahibi Nicat sakinlərə açıq şəkildə mənzillərini "Fedek"in mülkiyyətinə verənə qədər oraya daxil ola bilməyəcəklərini deyib.

Məlumatda deyilir ki, "Fedek" şirkəti Bakıda istədiyini edir, məhkəmədən isə qorxmur. Bununla belə, vətəndaşların məhkəməyə müraciəti hüquqlarını müdafiə etmələrinin yeganə konstitusion yoludur.
 
 
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən cənab Prezidentə

ŞİKAYƏT ƏRİZƏSİ

"Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, bir müddət öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasının bəzi həkimlərinin məsuliyyətsizliyi üçbatından qardaşımın həyat vəfat etmişdir. Mən də xəstənin yaxın qohumu olaraq mərhumun ölüm səbəblərinin obyektiv araşdırılması və xəstəxanada yaranmış özbaşınalıqların qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Göyçay Rayon Prokurorluğuna yazılı ərizə ilə çoxsaylı müraciətlər ünvanlayırdım. Lakin, xəstəxananın direktoru Yaşar Əhmədov prokurorluq tərəfindən aparılan istintaqın normal gedişinə mane olmaq məqsədilə əsas və tərkib olmadan, qondarma ittihamla məni Göyçay Rayon Məhkəməsinə şikayət edib.

Belə ki o, facebook sosial şəbəkəsində mənim xəbərim olmadan "Səbuhi Quluzadə" adlı profildən paylaşılan paylaşımların mənimlə əlaqəsi olduğunu iddia edir. Halbuki həmin paylaşımlarda yer alan təhqir və şərəf və layəti alçaldacaq sözlərlə mənim heç bir əlaqəm yoxdur. Yuxarıda qeyd etdiyim "Səbuhi Quluzadə" profili uydurma profildir. Hətta 1 il yarım öncə həmin profilin oğurlandığı haqqında hüquq mühafizə orqanlarına yzılı ərizə ilə müraciət etmişdim. Buna baxmayaraq "facebook" sosial şəbəkəsinin baş ofisi (baş server) ölkəmizin hüdudların kənarda yerləşdiyi üçün araşdırma aparmaq mümkün olmamışdır. Həmin vaxtdan etibarən mənim adımdan istifadə edilərək paylaşılan paylaşımlarla mənim heç bir əlaqəm yoxdur.

Hörmətli cənab Prezident! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır". Məhz ona görə də Sizdən çox xahiş edirəm, barəmdə Göyçay Rayon Məhkəməsinə verilən əsassız ittihamın ləğv edilməsi və hüquqlarımın bərpa olunması üçün köməklik göstərəsiniz. Sizə öz dərin təşəkkürümü bildirirəm".
 
 
 
Ardını oxu...
Azərbaycan günü-gündən inkişaf edir, xarici turistlər ölkəmizə istirahət üçün sıx-sıx üz tuturlar. Xarici ölkə vətəndaşları ölkəmizə qonaq gələrkən neqativ halların şahidi olmamaları üçün, Avropa ölkələrindən geri qalmamaqdan ötrü paytaxt Bakı şəhərinin abadlaşdırılması üçün milyonlarla vəsaitlər ayrılır. Amma təəssüflər olsun ki, ölkə rəhbərliyinin gördüyü bu işlərə kölgə salan, gigiyenik qaydalara riayət etməyən ictimai iaşə obyektləri və hotel adı ilə əxlaqsızlıq yuvaları işlədən sahibkarlar və onları öz vəzifələrindən sui istifadə edərək himayə edən məmurlar da var. Bunlardan biri də Səbail rayon Şıxov ərazisində yerləşən Aysberq hoteldir.
Ardını oxu...

"Azərbaycan Reallığı"na məlumat verən mənbə bildirir ki, sözü gedən bu hoteldə hansı hərc-mərcliyə desən rast gəlmək olar. Diqqətmizi bir məqam çəkdi ki, hotelə zəng vurub ünvanı öyrəmək istəyəndə telefona cavab verən operator ünvanı deməkdən boyun qaçırdı. Qeyd etdi ki, hotelə gəlmək üçün googledən axtarış verib, ünvana yalnız naviqator proqramı ilə gəlməlisiniz. Diqqətmizi çəkən o oldu ki, əgər obyekt normal iş pirinsipinə uyğun işləyirsə niyə görə, ünvanı normal şəkildə izah etmək istəmir. Ümüdvarıq bu yazılarmızdan sonra aidiyyatı qurumlar bu hotel və onun rəhbərliyi haqqında ciddi ölçü götürəcək. P.S. Məlumatlı mənbə bildirir ki, bu hotel Teyyub adlı iş adamına məxsusdur. O, Teyyubdur ki, onun adı ölkə mətbuatında müxtəlif mülkllər qalmaqalında hallanır.
Ardını oxu...

Keçmiş gömrük şefi korrupsioner Səfər Mehdiyevə yaxınlığı ilə tanınan Teyyub adlı iş adamı Bakıda bir neçə obyektlərə sahibdir. Hotellər, restoranlar və s. Nəfsinə hakim ola bilməyib şəhərdən kənarda insanların torpaq sahələrini pulunun və yuxarı dairələrdə işləyən vəzifəli qohumlarının sayəsində qeyri-qanunu yolla əlindən ala bilib. Mənbənin verdiyi məlumata görə, onun Bakıdakı bir çox qara işlərini Vüqar Yusifov adlı şəxs görür. Onun hotellərinin, restoranlarının məşəqqətli qara pullarını da daşıyan məhz Vüqar adlı şəxsdir. Şəhərin mərkəzində Şıxov çimərliyinə yaxın ərazidə yerləşən bu mənzərəni şəhərimizə gələn xarici qonaqlar gördükdə, görəsən ökəmiz haqqında nə düşünərlər? Hər gün inkişaf edən Bakının mərkəzində bu cür obyekt işlədənlər kimə və nəyə xidmət edirlər? Yəqin bu suallara hotel sahibi Teyyub müəllim və onun kimi digərləri bu yazıdan sonra hüquq-mühafizə orqanlarında daha yaxşı cavab verəcəklər.
Ardını oxu...

"Azərbaycan Reallığı"na danışan mənbə bildirdi ki, Teyyub adlı iş adamı ilə bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunan broker Əbülfəz Məlikovun və qandallanan gömrük genralları ilə də sıx iş əlaqələri olub. Məlumatı tam təfərrüatı ilə dəqiqləşdirdikdən sonra növbəti yazmızda oxucların diqqətinə çatdıracağıq.

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq
 
Ardını oxu...
Abşeron rayonunda yaşayan Qarabağ qazisi Şahsuvarov Məhərrəm Arif oğlu Azsiyasət.com saytına müraciət edərək bildirib ki, onun 2014-cu ildə külli miqdarda vəsait ödəyərək Xırdalan şəhəri ərazisində “Çinar-AN” Mənzil Tikinti Kooperativindən aldığı qeyri-yaşayış sahəsi imkanlı şəxslər tərəfindən zorla əlindən alınır.

Qarabağ qazisi bildirir ki, halal yolla əldə etdiyi “obyekti” onun əlindən almaq istəyən şəxs Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğludur.

Sözügedən iş adamı iddia edir ki, o, qaziyə məxsus yeri 2016-cı ildə, yəni Şahsuvarov Məhərrəmdən iki il sonra, məhz həmin MTK-dan alıb. Onda isə maraqlı sual ortaya çıxır: bu iş adamı niyə məhz qaziyə məxsus sahənin təkrar alınmasına maraq göstərib

Bizə təqdim edilən rəsmi sənədlərdən görünür ki, Yusifov Bayramın sözügedən MTK ilə hansısa formada iş birliyi olub və bunun nəticəsində məhz “Çinar-AN”da bir neçə daşınmaz əmlaka sahiblənib. Ən maraqlısı isə budur ki, Yusifov Bayram öz şəxsi əlaqələrindən istifadə edərək, qazini öz obyektinin həndəvərənə belə buraxdırmamağa nail ola bilib.

Qarabağ qazisinin bu xüsusda səsləndirdiyi fikirlərin yer aldığı videomüsahibəni təqdim edirik:

 
Ardını oxu...
"Baku İnternational Tobacco” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham olunur. Həmin maddədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslərin min, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovin sədrliyi ilə baxılacaq.

"Baku İnternational Tobacco” MMC 12 iyun 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15 187 120 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur.

Mediada gedən məlumatlara görə, "Baku İnternational Tobacco” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən biridir. Şirkətin icraçı direktoru Emil Sultanovdur.

Emil Sultanov Kəmaləddin Heyədorva məxsus olduğu bildirilən "STR İmport and Distributon”, "Delfin-Tikinti”, "MNK”, "Az Sole Co Ltd”, "Az Refrigerator Ko Ltd”, "Dəniz Co. Ltd”, "Azcapital Services”, "Real Estate Management”, "İlandağ İnvestment Group”, "İlandağ Services”, "Kaspia Real Estate Group”, "Kaspia Real Estate Services”, "Hereti Real Estate”, "Bio Box” (əvvəlki adı "General Management Consulting”), "Gilan Vegetables”, "Gilan Aqro”, "Gilan Plastik”, "Gilan İnşaat” və "Gilan Zeytun” şirkətlərinin də icraçı dirtektorudur.

Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.

"Baku İnternational Tobacco” MMC 2019-cu ildə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 manat məbləğində cərimə olunub. Şirkət qərardan apellyasiya şikayəti verib. Lakin məhkəmənin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.

"Baku İnternational Tobacco” MMC Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.

 
 
 
Ardını oxu...
Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin biznesi ilə bağlı yeni məlumatlar yayılıb.

Bu barədə "azfakt.com" məlumat yayıb.

Bildirilir ki, Fərzəliyev bu biznesi Nərimanov rayon icra hakimiyyətinin başçısı olduğu vaxt əldə edib.

Sayta məlumat verən sakinlər icra başçısını "əmlak kralı" kimi xarakterizə ediblər.

"İllər öncə paytaxtda - Nərimanov rayonunda əhali arasında "qəbiristanlıq" kimi tanınan ərazinin sökülməsi, bu ərazilərin iş adamlarına, yüksək vəzifəli şəxslərə satılması hesabına milyonlarla vəsait əldə edən Abdin Fərzəliyev həm də bu ərazidə - Əhməd Rəcəbli küçəsində çoxsaylı daşınmaz əmlaklara sahibdir. Əlbəttə ki, bu obyektlər İcra başçısının özünün yox, qohum-əqrabalarının, etibar etdiyi şəxslərin adınadır", - deyə məlumatda bildirilir.

Məlumata görə, Abdin Fərzəliyevin sərmayə yatırmağa başladığı sahələrdən biri də "avtoyuma" biznesidir: "İcra başçısı bu istiqamətdə artıq ilk obyektini istifadəyə verib. A.Fərzəliyevin yeni "biznes imperiyası"na əlavə olunan sonuncu obyekt "avtoyuma" məntəqəsidir. bu obyekt Əhməd Rəcəbli 1 ünvanında - Atatürk liseyinin qarşısında yerləşir".

İddia olunur ki, obyekt sənəddə Seyidzadə Saleh Mirmöhsün oğlunun adına olsa da, əslində nəzarəti Abdin Fərzəliyevin etibarlı adamı kimi tanınan və hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənov edir: "Onu da vurğulayaq ki, Saleh Seyidzadə Nurlan Həsənovun yaxın qohumudur. Saleh Seyidzadə həm də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır".

Saytın əməkdaşı əraziyə gedərək obyekt barədə yeni məlumatlar əldə edib. Belə ki, obyektin ümumi ərazisi dövlət sənədində 186 kvm göstərilsə də, tikinti zamanı layihədən kənara çıxmaq hesabına ümumi ərazi 200 kvm-dan yuxarıdır.

İkimərtəbəli olan obyektin birinci mərtəbəsi "təkər təmiri, "avtoyuma" "çilingər-yağlama" sexləri kimi fəaliyyət göstərir.

Obyektin ikinci mərtəbəsi isə Ataürk mərkəzinin qarşısında olan dairəyə-küçəyə açılır.

Ərzidəki sakinlər bildiriblər ki, burada kafe fəaliyyət göstərəcək. Hazırda ikinci mərtəbədə təmir işləri yekunlaşmaqdadır. Obyektin ümumi qiymətinin hazırda 1 milyon manat civarında olduğu bildirilir.

Həmin ərazidə olan "Altun" şadlıq sarayının da Abdin Fərzəliyevə məxsus olduğu deyilir.

A.Fərzəliyev 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə Nərimanov rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti