Ardını oxu...
Əməkdar artist Mehriban Xanlarova 40 gün televiziya verilişlərində iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə o, sosial şəbəkədə məlumat verib.

Aktrisa qeyd edib ki, şəhid ailələrinin kədərinə hörmət olaraq bu qərara gəlib: "Düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş 50 şəhid ailəsinin kədərinə hörmət əlaməti olaraq 40 mərasimləri olmayana qədər televiziya verilişlərinə çıxmayacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfa versin".
 //Teleqraf.com//
Ardını oxu...
Bir neçə türkiyəli məşhur Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 50 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşımlar ediblər.

Onların arasında Özcan Dəniz, Hadisə, Ebru Gündeş, Acun Ilıcalı, Alişan, Demet Akalın var.

Həmin paylaşımları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayətinə baxılıb.

DİA.AZ xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən və apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.
 
Ardını oxu...
“Müğənnilərin bir çoxunu bu gün seriallarda, filmlərdə görürük. O zaman aktyorların da bir çoxu oxuya bilər. Bu incəsənətin bir qoludur, ayrı peşə sayılmır ki. Oxumaq da olar, oynamaq da. Bunu nə müğənnilərə, nə də ki, aktyorlara qadağan etmək olmaz. Əgər istedad varsa, niyə də yox?! Məsələn, atam müğənni, xanəndə deyil, amma efirdə bir muğam ifaçısı hansısa qəzəli səhv oxuyursa, onun düzəlişini verir”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. O daha sonra əlavə edib.

“Mən işləyən insanam, çəkim çox olsa da enerjiliyəm. İş üçün özümü oda-közə vuran biriyəm. Mənim indi elə bir yaşımdır ki, cavanam, iş qabiliyyətim var. Hiss edirəm ki, nəinki daşı-daş üstünə, qayanı da qaya üstünə qoya bilərəm. İndiki tamaşaçılara artıq qalmaqallar, intriqalar maraqlı deyil. Tamaşaçılar indi artıq sənəti üstün tuturlar. Bəzən də əksinə olur. Hanısa məclisə gedirəm, bir də görürəm ki, hansısa sənətçi haqda elə məlumat verirlər ki. Elə sözlər eşidirəm ki. Deyirəm ki, “mənim xəbərim yoxdur, siz hardan xəbər tutursunuz?”. Oturub araşdırırlar, müzakirə edirlər” deyə sevilən aktrisa bildirib.

Xuraman Əlizadə mətbəx bacarığından da danışıb.

“Məxbəxlə aram superdir. Yeməklərim də daddıdır. Xoşlamıram ki, mətbəxdə iş görərkən kimsə mənə müdaxilə etsin. Dəymə mənə, mən artıq onun qədərini bilirəm. Əlimin duzu var. Yeməklərimi də özüm hazırlayıram, paltar, qablarımı da özüm yuyuram, hər bir işimi özüm görürəm. Burada utanılası heç nə yoxdur. Heç vaxt ağlamamışam, naşükürlük etməmişəm, evimiz var, eşiyimiz var” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Dünya şöhrətli amerikalı aktrisa Marşa Hant 104 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

Marşa Hant 1917-ci il oktyabrın 17-də Çikaqoda anadan olub və yetkinlik yaşına çatmamışdan cəmi bir il əvvəl “Paramount Pictures”lə əmək müqaviləsi bağlayıb.

Marşa Hant "Bu Qlamur Qızlar", "Qürur və qərəz", "Güzəştsiz" və bir çox başqa layihələrdəki rolları ilə tamaşaçılara tanışdır.
 
Ardını oxu...
İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) sentyabrın 9-da istismara verilib.

"DogruXeber.az" xəbər verir ki, stansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib.

Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.

Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir.

Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

Ardını oxu...
“İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?! Əslində mən dram və kino aktyorluğu fakültəsində oxumuşam. İndiyə qədər yadımdadır ki, 2002-ci ildə səhnədə ilk dəfə dram tamaşasında oynadım. Tamaşa qurtaran kimi hər kəsin ağladığının şahidi oldum. Bəzən öz-özümə sual verirəm ki, mən dramı yaxşı oynayıram yoxsa komediyanı?!”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Müşfiq Şahverdiyev deyib. O daha sonra filmlərə çəkilməyindən danışıb.

“Rejissorlar bəzən elə qiymət təklif edirlər ki, adam aktyor işlədiyi üçün bu sənətə nifrət edir. Aktyor sənətini ucuzlaşdırmaq olmaz. Təbii ki, bunun günahkarı həm rejissorlar, həm də aktyorlardır. Şəxsən mən bazarlıq etməyi sevmirəm. Çünki bazarlıq aktyor sənətini ucuzlaşdırır. Dediyim qiymətə çəkilirəm. İstəyirsən çək, istəmirsən çəkmə” deyə sənətçi bildirib.

“Sosial şəbəkələrdən pul qazana bilirsiniz?” sualına isə aktyor belə cavab verib.

“Sosial şəbəkələrdən pul qazanmaq üçün onunla ciddi məşğul olmaq lazımdır. Biz də iş-güc adamıyıq, bütün günü çəkilişlərdə oluruq. Canlı yayımlar açmaq lazımdır, insanları dəvət etmək lazımdır. Yutubda layihə edəndə ordan az da olsa qazanıram. Bilirsiniz ki, baxış sayı çox olmalıdır. İnsanların baxması üçün də onları təəccübləndirmək lazımdır. Bu gün isə insanları təəccübləndirmək çətindir, hətta müşkül məsələyə çevrilib” deyə aktyor bildirib.
Ardını oxu...
Türk Qaraxanlı dövləti Qarluq, Uyğur, Arqu, Türkeş, Yağma, Oğuz və Qıpçaq Türklərini özündə birləşdirən Orta Doğu Türklüyünün ən yüksək inkişaf etmiş yüz illik (940-1040-cı illər) mədəni bir dövləti olmuş, Türk millətinin Türk dili və ədəbiyyatının, Türk-İslam mədəniyyətinin yeni tərzdə formalaşmasını təmin etmişdi. Bu yeni Türk-İslam çulğalaşmış mədəniyyətinin ən böyük təmsilçiləri bu dövrdə Qaraxanlı dövlətinin iki unudulmaz mütəfəkkiri olan Mahmud Kaşğarlı ilə Yusuf Xas Hacib Balasağunludur. Bunlardan Mahmud Kaşğarlı "Divanü-lüğət-it-Türk" əsəri ilə XI əsrdə Türklərin, onların dili və ədəbiyyatının üstünlüklərini ortaya qoymuş, Yusuf Xas Hacib Balasağunlu isə "Qutadqu Bilik" əsəri ilə dövrünün klassik ədəbi Türkcəsini ədəbi nəzm şəklində meydana qoymuş, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini şərh etmişdir.
Yusuf Balasağunlunun həyatı haqqında məlumat çox azdır. Yalnız "Qutadqu Bilik" əsərinin girişindən bəlli olur ki, onun adı Yusuf, rütbəsi isə "Xas Hacib" olub əslən Şərqi Türküstanın mədəniyyət mərkəzlərindən olan Balasağun şəhərindəndir. O, daha sonra Doğu Türküstanın mədəniyyət mərkəzlərindən biri olan Kaşğar şəhərinə köçmüş, "Qutadqu Bilik" (Xoşbəxtlik elminin əsasları) əsərini də burada bitirərək Qaraxanlı hökmdarı Mahmud Buğra Qara Xana təqdim etmiş, bunun müqabilində Xaqan tərəfindən "Xas Hacib" rütbəsi qazanmışdır.
Təpədən dırnağa qədər kamil bir Türküstan Türkü olan Balasağunlu Yusuf Xas Hacib dövrün (XI əsr) Şərq və Qərb fəlsəfəsinə və elminə dərindən bələd olmuş, öz mükəmməl əsəri olan "Qutadqu Bilik"də Türk adət-ənənəsini, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini, Türk təfəkkür tərzini praktik həyat tərzinə uyğun şərh etmişdir. Mütəfəkkirin nəzərində Kaşğar şəhəri təkcə Qaraxanlı dövlətinin mədəniyyət mərkəzi və paytaxtı deyil, həm də bünyəsində Türk cəmiyyətinin bütün varlığını toplamış bir şəhərdir. (Əhməd Cəfəroğlu. Qaraxanlılar dövrü Türk ədəbiyyatı. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).
"Qutadqu Bilik" əsəri Qaraxanlı Türk dövlətinin quruluşunu, inkişaf dövrlərini, Türklərin İslam dinini qəbul etməsini özündə əks etdirən, eyni zamanda Türk yazılı ədəbi dili baxımından da önəmli bir örnəkdir. Müəllif öz dövrünün düşünürü kimi əsərində insana dünyada xoşbəxt ola bilməsi üçün gərəkli bilgilər verməyə çalışmışdır. Cəmiyyət həyatının və dövlət düzəninin ideal yönlərinin necə olması üzərində dayanan mütəfəkkir öz düşüncələri ilə insanların bir növ sözçüsü olmuş, insan həyatının mənasını, insanın cəmiyyət və dövlət içindəki həyat fəlsəfəsini açıqlamışdır. Əsərdə toplumun yükləndiyi sorumluluq duyğuları ön planda verilmişdir. Müəllifin əsas məqsədi ideal bir həyat düzənini ortaya qoymaq, müsəlmanların bir-biri ilə qardaş kimi əl-ələ verərək öz dinlərini dünyaya yaymaq olmuşdur.
"Qutadqu Bilik" əsəri Türk İslam düşüncəsinin dövlətçilik anlayışı, idarəçilik məharəti, qayda-qanunlarla yaşamaq ehtiyacı barədə ilk yazılı abidədir.
Müəllif əsərində dövrünün cəmiyyət əsasını təşkil edən ən qüvvətli ünsürlər, Türk dövlət adamları, onların rütbələri, ayrı-ayrı məslək və peşə sahibləri, xalq təbəqələri haqqında müfəssəl məlumatlar vermiş, təkamül hüququ və qaydaları kimi anlayışları dilə gətirmişdir. Didaktik bir əsər olan "Qutadqu Bilik"dəki müəllifin aşağıdakı fikir və mülahizələri Türk dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir. Müəllif yazır:
"Dövlətin olması üçün orduya ehtiyac var,
Ordunun olması üçün sərvət paylamaq gərəkir,
Sərvət əldə etmək üçün xalq zəngin olmalıdır,
Xalqın zənginliyini isə ancaq örf və ədalət təmin edər".
(İqtibas Rasonyinin "Tarixdə Türklük" əsərindən götürülmüşdür. Bax: Prof.Dr. Laszlo Rasonyi. "Tarihte Türklük". Ankara, 1971, səh. 58).
"Qutadqu Bilik" əsəri orta əsrlərdə dünyanın bir çox yerlərində yayılaraq geniş şöhrət qazanmışdı. Belə ki, "Bu əsərə Çinlilər "Ədalət mülkü" demiş, Maçin məlikinin nədimləri "Məmləkətin aynası" adlandırmış, Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün Şahnaməsi" adı vermiş, bəziləri "Pəndnameyi-müluk", Turanlılar isə "Qutadqu Bilik" (Səadət gətirən elm) adlandırmışlar". (Bax: Nizami Cəfərov. "Türk xalqları ədəbiyyatı". I cild, Bakı, 2006, səh. 221).
Əsərin belə adlandırılması onun böyük rəğbət qazanmasına dəlalət edir. Çünki əsər zərif dili və əxlaqi mövzusu ilə uzun müddət Türküstanın ədəbi Türkcəsinin təmsilçisi kimi Türk ədəbiyyatında mühüm bir cığır açmış, Türk ədəbiyyatında ilk dəfə nəzm ədəbiyyatının əsasını qoymuş, Türk mədəniyyətini Türk tarixi keçmişi ilə çulğalaşdırmışdır.
Türk ictimai fəlsəfəsini özündə əks etdirən "Qutadqu Bilik" əsəri dilinin təmizliyi, cinas və qafiyələrin yerli-yerində olması baxımından da diqqətəlayiqdir. Bu onu göstərir ki, Yusuf Xas Hacib "dövrü üçün ustadlıq taxtına erişmiş, mümtaz bir şəxsiyyət olmuşdur". (Əhməd Cəfəroğlu, göstərilən məqaləsi. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).
Türk-İslam klassik ədəbiyyatının ilk böyük həcmli əsəri olan "Qutadqu Bilik" Qaraxanlı, yaxud Kaşğar Türkcəsində (Mahmud Kaşğarlı bu Türkcəni "Xaqaniyyə Türkcəsi" adlandırıb - A.M.) qələmə alınıb, əruzun "Mütəqarib" bəhrindədir. XI əsrin ən böyük Türk yazılı abidəsi olan bu əsər sadə bir üslubda yazıldığından geniş Türk ellərində yayılmış, çağında Türküstan ellərinin ən mükəmməl bir ədəbi abidəsi sayılmışdır. Ona görə də Xaqan müəllifini əzizləyib, dəyərləndirib öz sarayında "Xas Hacib" etmiş, Yusuf "Ulu Xas Hacib" adı məşhur olub dünyaya yayılmışdır.
Əslində ədaləti, dövləti, ağlı və qənaəti fəzilətin əsası sayan müəllif elmə yüksək qiymət vermiş, dövrün hökmdarlarını ədalətli olmağa, elmə yiyələnməyə səsləmişdir:
Qalxır zəka əhli, ucalır qat-qat,
Elmilə sayılır ən əziz ustad.
Bəylər nə cür aldı dövranı ələ?
Yalnız zəka ilə, yalnız elm ilə.
Müəllifə görə, elmin, təfəkkürün də əsası dildir. Dil insanı əzizlədiyi, ucaltdığı kimi onun başını da yarar:
Elmin, təfəkkürün dilmancıdı Dil,
Kişini bəxtinə Dil çatdırar, bil.
Kişini əzizlər, ucaldar da Dil,
Yarar həm başını, qocaldar da Dil.
Bir növ tarixi əsər olan "Qutadqu Bilik" Türk ulusunun yeni bir gələcəyə doğru yönəldiyi dövrün ən öndə gələn abidəsi, öz dövrünün yüksək mədəni səviyyəsi haqqında müfəssəl məlumatlar toplusu, tarixi Türk mədəniyyəti və gələnəklərinin dolğun bir xəzinəsidir.
Əsərin müqəddiməsində müəllif göstərmişdir ki: "Bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan insan bu kitabdan da əzizdir".
Balasağunlu Yusuf Xas Hacib özünün məşhur "Qutadqu Bilik" əsəri ilə İslam-Türk klassik ədəbiyyatının əsasını qoymuş, Türk varlığının bütün çalarlarını özündə əks etdirmiş, tarixi Türk dili mədəniyyəti, adət-ənənələrinin xəzinəsini yaratmışdı. Əsərdə həmçinin müəllifin özünəqədərki Elçi Bəy, Yağma Bəyi, Ötükən bəyi, Türk Xanı, Yabquların Başı kimi ümumiləşmiş böyük Türk tarixi şəxsiyyətlərinin obrazlarını canlandırması, Türk cəmiyyətinin varlığını, xalq psixologiyasını əks etdirməsi onu bütün o dövrkü Türk aləmində məşhurlaşdırmış, hətta Moğollar arasında belə hörmətlə yad edilmiş, əsərdə irəli sürülüən müddəalar bir yasa halına gətirilmiş, bir müddət tədrisə belə daxil edilmişdi. Əsərini Doğru yol - Gün Doğdu, Dövlət - Ay doğdu, Ağıl, Məntiq - Ögdülmüş və Aqibət - Odqurmuş adlı dörd ünsür üzərində quran müəllif bunları qədim dörd Türk qəhrəmanının adı ilə dəyərləndirmiş, dövrünün böyük Türk dövləti olan Qaraxanlı dövlətini İslam dünyasının ideal bir Türk dövləti kimi təqdim etmişdir. "Qutadqu Bilik" tarixi bir Türk dili və ədəbiyyatı yadigarı kimi uzun müddət Türk ədəbiyyatı məktəbinin yaşamasına səbəb olmuşdur. Belə ki, Qaraxanlılardan sonra yaranan bir çox ədəbi əsərlərə, o cümlədən də Ədib Əhməd Yüknəkinin "Atabətül – Həqayiq”, Əhməd Yəsəvinin “Divani – Hikmət”, Rabquzinin “Qisasül - Ənbiya" əsərlərinə "Qutadqu Bilik" əsərinin qüvvətli təsiri olmuşdur.
Dövlətçitlikdə idarəçiliyi ən mühüm amil sayan Yusuf Xas Hacib göstərirdi ki: "Bəylər comərd olarsa, adları dünyaya yayılar, dünya da bu şöhrətləri sayəsində qorunar". (Bax: "Qutadqu Bilik". Ankara, 1959, səh. 155). Dövrünün milli adət-ənənələri və xalqının duyğu və istəklərinə tərcüman olan bu mütəfəkkir "hökmdarlara xəzinəni açmağı və xalqa mal dağıtmağı" tövsiyyə edirdisə, ondan sonra yaranan əsərlərdə dövlətçilikdən daha çox təsəvvüfi məsələlərə və kamil insan anlayışına geniş yer verilmişdir ki, bunun da ilk yaradıcısı böyük Türk mütəsəvvifi Əhməd Yəsəvidir. Əhməd Yəsəvi "Şəriətin nizamı, Təriqətin inamı, Həqiqətin tamamı" söyləməklə Türk təsəvvüf hərəkatının ən böyük rəhbərlərindən sayılmışdır. Mütəxəssislərin fikrincə, "Əhməd Yəsəvi bir baxıma görə Türk qövmləri arasında "Qutadqu Bilik" prototipi mahiyyətində yeni bir xalq şeri məktəbi quranlardan sayılmış, xalq içindən çıxdığı üçün ruh oxşayıcı və çəkici olan hikmətləri sayəsində çox qısa bir zamanda çadırda yaşayan bozkır xalqının düşüncəsi üzərində geniş təsirlər yaratmış, bəxtiyar, əfsanəvi şəxsiyyətlər səviyyəsinə yüksəlmiş, kəramətləri, hikmətləri ilə geniş Türk xalqını sarmış, düşüncələri ağızdan-ağıza dolaşaraq bütün Türk dünyasına yayılmışdır"
Ruhu şad olsun !.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
TEREF.AZ
 
 
 
Ardını oxu...
Mədəniyyət Nazirliyinin layihəsi olan “Qarınqulu” animasiyası ilə bağlı qalmaqal davam edir.

Qaynarinfo xatırladır ki, maliyyə dəyəri 458 568 AZN təşkil edən layihə tender keçirilmədən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Salnaməfilm” studiyasına verilmişdi. Azərbaycanda animasiya filmlərinin istehsalçısı olan “NME” MMC-nin direktoru Nicat Manafov bu qanunsuzluğu ictimailəşdirdikdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti məsələyə müdaxilə etmişdi. Xidmətin Mədəniyyət Nazirliyinə göndərdiyi məktubda “Salnaməfilm” studiyası ilə müqavilənin ləğv edilməsini və “Dövlət Satınalmaları haqqında” Qanuna müvqafiq olaraq bütün podratçılara bərabər rəqabət mühitini təmin etməklə tender keçirilməsini tələb etmişdi.

İndi məlum olur ki, Xidmətin tələbi yerinə yetirilmir. “Qarınqulu” ilə bağlı “Salnaməfilm”ə maliyyə ayrılması davam edir.

Əldə etdiyimiz məlumata görə, Nicat Manafov müqavilənin ləğvi tələbinin yerin yetirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Nicat Manafov məlumatı saytımıza təsdiqləyib. O, bildirib ki, Bakı İnzibati Məhkəməsində Mədəniyyət Nazirliyi barəsində iddia qaldırıb. Üçüncü tərəf kimi isə Maliyyə Nazirliyini göstərib:

“Antihisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidmətinin müqavilənin ləğvi ilə bağlı tələbi yerinə yetirlməlidir. Çünki açıq-aşkar qanun pozuntusu baş verib və dövlət qurumu da haqlı olaraq, qanuna istinad edərək müqavilənin ləğv olunmasını tələb edib. Amma bu tələbə əməl olunmur. Mədəniyyət Nazirliyinin yalnız bir cavabı var: “İş gedir”. Nə üzərində iş gedir bəlli deyil”.
 
Ardını oxu...
“Qədim hindlilər arasında saka, qədim farslarda olan kimi, ümumilikdə Turan xalqlarını ifadə edən ümumi ad idi” – Kristian Lassen 1873.
"Sakaların türk mənşəli olmasınə sübut etmək üçün son və ən əsaslı mübariz olan alman şərqşunasi Andreas David Mordtman oldu" 1877.
"Bütün tatarlar Yafətin böyük oğlu Türkün nəslindən olduqlarını iddia edirlər. Bütün Tartariyanı özünə tabe edən Çingiz xanın dövründən tatar və ya moğol adı ilə tanınsalar da, onlar hələ də Türk adını qoruyub saxlayırlar. Onlar hətta başqa heç bir xalqın bu ada haqqı olmadığını iddia edirlər" - Arnaud Robert Fransız tarixçisi 1830
Bu tarixçiləri birləşdirən nədir bilirsinizmi? Onların əsərlərini rusca tərcümədə tapa bilməzsiniz. 16-19-cu əsrlərin Qərbi Avropa tarixçilərinin əksər tarixi əsərləri kimi. Niyə belə oldu, soruşursan? Bəli, çünki onların yazdıqları Rusiya və SSRİ ideologiyasına uyğun gəlmirdi.
1871-ci ildə Vasili Qriqoryevin “Sak xalqları haqqında” kitabını oxuyanda ciddi bir rus tarixçisinin sakların slavyanlığını sübut etmək üçün əlindən gələni etdiyini görəndə təəccübləndim. Sonra kitabın yazılma tarixini tarixi hadisələrlə müqayisə etdim və başa düşdüm...

1847-ci ildə Rusiya işbirlikçilərinin köməyi ilə Kenesarı xanı öldürdü, 1865-ci ildə Rusiya Daşkəndi darmadağın etdi və ələ keçirdi. Daha sonra “ruslar” Kokand, Xivə və Buxara xanlıqlarını ləğv etdilər. İndi düşünün, bu vəziyyətdə rus ideologiyasına nə lazımdır
- Düzdür... onun genişlənməsinin əsaslandırmaq. Bu məqsədlə Rusiya tarixçiləri tərəfindən Orta Asiyanın ən qədim sakinləri olan “saklar”in – slavyan olduqlarına diqqət çəkmək və sübut etmək üçün əsərlər yazılır!
Buna baxmayaraq, Vasili Qriqoryevin kitabları bizim üçün qiymətli olaraq qalır. 19-cu əsrin rus dövründən bəri alman və fransız dillərini bilən alimlər avropalı həmkarlarının əsərləri ilə tanış olurlar. Və onlarla razılaşmasalar da, öz fikirlərində və işlərində inlardan sitat gətiriblər.
Qriqoryevin əsərindən öyrəndik ki, Kristian Lassen, Andreas David Mordtman və ümumiyyətlə, Qərbi Avropa tarixçilərinin əksəriyyəti sakları türk hesab edirdilər!
Niyə bütün Türk dövlətlərinin Elmlər Akademiyası o dövrə aid bütün Avropa əsərlərin tərcümə etmir və nəşrlərin tədqiqat üçün azad araşdlrma üçün acıq etməyiblər?
Doğrudanmı biz XXI əsrdə belə “rus tarixçilərinin” ağzına belə baxacağıq?
Teref.az üçün
Aybek A
 
 
 

Dünyapress TV

Xəbər lenti