Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodu) sənədlər üzrə Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Rasim Məmmədova qarşı 185 milyon manatlıq yeyinti ittihamının bir hissəsi “Azeri Steel-2009" şirkəti ilə bağlıdır.

İddia olunur ki, bu şirkət qeyri-rəsmi şəkildə Rasim Məmmədovun özünə məxsus olub və o, “Baku Steel Company”nin istehsal etdiyi armaturların bu şirkətə bazar dəyərindən daha ucuz satışına şərait yaradıb. “Azeri Steel” ucuz aldığı armaturları sonradan özü daha baha - bazar dəyərinə uyğun satıb. Sentyabrın 30-da Rasim Məmmədovun məhkəməsində məlum olub ki, “Azeri Steel” şirkətinin təsisçisinin heç bu quruma aidiyyəti olmayıb.

“Mübariz Səmədov mənə dedi ki, ayda sənə 500 manat pul veriləcək, adına şirkət açaq. Mənim də pula ehtiyacım vardı, ona görə razılaşdım. Mənə demişdilər ki, Rasim Məmmədovun şirkətidir...”, - Əliməmməd Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib.

O bildirib ki, ayda təxminən iki dəfə şirkətin ofisinə, yaxud vergi orqanına gedib, şirkət adından sənədləri imzalayırdı. Onun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - metronun “Xətai” stansiyasının yaxınlığındakı ofisdə yığıncaqda görüb. Ümumiyyətlə isə Rasim Məmmədovu da, “Baku Steel Company”də maliyyə direktoru olmuş Mübariz Səmədovu da uşaqlıq dostu olan Yusif Əhmədzadə vasitəsilə tanıyıb. Yusif Əhmədzadə vaxtilə Rasim Məmmədovla da dost idi.

Təqsirləndirilən Rasim Məmmədov isə bu şirkətin ona məxsus olması barədə iddialarla razılaşmır. Deyir ki, o şirkətin əsl sahibi başqası olub. Amma həmin şəxsin kimliyini açıqlamayıb: “Əgər o şirkət mənim olsaydı, öz adamımı təyin edərdim. Bir dəfə tanıdığım Cəfəri təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, ”çıxar onu". Mən də çıxardım..."

Məhkəmədə dindirilən başqa bir şahid Samir Məmmədov uzun illər “Baku Steel Company”, “Azeri Steel-2009" şirkətlərində satış meneceri işləyib. 2008-ci ildə Rasim Məmmədova məxsus ”Wortex" şirkətində satış meneceri kimi fəaliyyətə başladığını deyən Samir Məmmədovun sözlərinə görə, 2013-cü ildə “Azeri Steel”ə eyni vəzifəyə göndərilib. 2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb. Deyir ki, bu yerdəyişmələrin səbəbi ona məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdi.

Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı: “Biz ”Azeri Steel" şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub..."

O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə fərqli danışıb. Deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...

Təqsirləndirilən Rasim Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.

“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi”, - bunu da Rasim Məmmədov məhkəmədə çıxışında vurğulayıb.

Məhkəmədə son illərdə Azərbaycanda dövriyyəsi milyonlarla olan, müxtəlif nazirliklərin tenderlərində qalib elan edilən onlarla şirkətin əslində ona heç bir aidiyyəti olmayan şəxslərin adlarına təsis edilməsi hallarının üstü açılıb.

Zaur İmanov “Baku Steel Company”də metal qəbulu işlərinə baxıb. Əhalidən və Müdafiə Nazirlriyindən metal qəbul etdiyini deyib. Bəxtiyar Kələşov da metal qəbuluyla məşğul olub. Onun ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində göstərib ki, zavodun 3 milyon 400 min manat kəsiri olub. Ancaq məhkəmədə bildirib ki, istintaqa verdiyi ifadəsində belə söz deməyib: “Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.
Ətraflı

Şahid bildirib ki, ibtidai istintaqda ifadə verərkən otaqda müstəntiqdən başqa auditor və vəzifəsini bilmədiyi başqa iki nəfər də olub.

Rasim Məmmədov deyib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb: “Bu hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.

Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova bu yerdə müstəntiq Samir Həsənovun məhkəmədə dindirilməsinə dair vəsatətlə çıxış edib. Vəkil vəsatətini şahidin ifadəsinə aydınlıq gətirilməsi ilə əsaslandırıb. Hakim bildirdi ki, vəsatətə şahidlərin dindirilməsi başa çatdıqdan sonra baxılacaq.

Sonra Mübariz Səmədov ifadə verib. İfadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamıçdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orda nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı".

İfadənin bu yerində Rasim Məmmədov dillənib: “Qorxduq da deməyə”.

Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim ”Azeri Stell"ə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamları gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq. Yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçiləri maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, “yuxarı-1", ”yuxarı-2", o yuxarı, bu yuxarı. Bu yerdə Rasim Məmmədov dillənib ki, “o yuxarı mən olmuşam".

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Qeyd edək ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Vaxtilə Ramiz Mehdiyevi himaayəsində fəaliyyət göstərən Rasim Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir.
 
Ardını oxu...
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

"Report" xəbər verir ki, prokurorluq orqanlarının yaranmasının 104-cü ili tamam olur.
Ətraflı

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.

Ulu öndər prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranıb. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, hüquq ictimaiyyəti üçün əlamətdar hadisə kimi ruh yüksəkliyi ilə qeyd edilir.
 
Ardını oxu...
Elə bir dövrə gəlib çıxmışıq ki, filmlərdə gördüyümüz səhnələrlə artıq real həyatda rastlaşırıq. Paytaxtda mənzilə oğurluğa girən şəxsi ev sahibləri, həm də elə iş başındaca yaxalayıblar.
Bu məqamda oğru çıxış yolunu onlardan birini bıçaqlamaqda görüb. Lakin həmin şəxs qısa müddətdə ev yiyələri tərəfindən zərərsizləşdirilib, hətta, polis gələnə kimi onlarla bir xeyli söhbət də edib.
Öncə 3-4 gün evi müşahidə ediblər, daha sonra dəmir barmaqlıqları qırıb evə daxil olublar. Ancaq ev sahibi oğrunu elə evdəcə tutub… Oğru isə ev sahibini bıçaqlayaraq hadisə yerindən qaçmaq istəyib…
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsindəki evlərdən birində baş verib. Ev sahiblərinin sözlərinə görə, oğruların daxil olduğu evdə yaşayış olmayıb. Hadisədən isə eyni həyətdə yaşayan ev sahibinin qohumu xəbər tutub.
Ev sahiblərinin sözlərinə görə, polis gələnə qədər evə daxil olan şəxslə söhbət ediblər.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hadisə zamanı xəsarət almış Səməd Tağıyev 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda vəziyyəti kafidir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanıb, digərinin isə şəxsiyyəti müəyyən olunub. Hadisə ilə bağlı əməliyyat tədbirləri davam etdirilir.

 
Ardını oxu...
Oktyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, ayın ilk günlərində 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, ayın ilk günlərində 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 19-32 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 11-16 dərəcə isti, ayın ilk günlərində 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-56 mm).
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, ayın ilk günlərində 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-61 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 1-6 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, ayın ilk günlərində 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın ilk günlərində 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın ilk günlərində 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).
 
Ardını oxu...

"DogruXeber.az" bildirir ki, 30 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) tərəfindən Balakən rayonunda yerli sakinlərlə görüş keçirilib.

“AzerGold” QSC-nin “Köhnəmədən” sahəsinin yaxınlığındakı Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti
səddrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak ediblər.

Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış
edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə geniş məlumat verib. “AzerGold” QSC-nin ən irihəcmli
layihələrindən biri olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların
tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. X.Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasının planlaşdırıldığını bildirib. Həmçinin "Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi
beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.

Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib. Bildirilib ki,
QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib.
Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.

Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
ABŞ Ədliyyə nazirliyi Birləşmiş Ştatlar ordusunun keçmiş mayoru Ceymi Li Henri və onun həyat yoldaşı həkim Anna Qabrielyana qarşı hərbi xəstələrin məxfi tibbi məlumatlarını Rusiyaya ötürməkdə ittiham olunduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Li Henri və Anna Qabrielyanın Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Rusiyaya casusluq etməyə başladığı üzə çıxıb. Onlar Rusiya hökumətinə “hökumət və ABŞ ordusu ilə əlaqəli insanların sağlamlıq vəziyyəti haqqında təsəvvür əldə etməkdə” kömək göstəriblər

Ardını oxu...
Anna Qabrielyan

Avqust ayında cütlük Rusiya məmuru olduğu düşünülən, lakin əslində gizli FTB agenti olan bir adamla görüşüb. Əslən erməni olan Anna Qabrielyan həmin agentlə söhbətində “vətənpərvərlik ruhunun onu Rusiyaya istənilən yardımı göstərməyə sövq etdiyini, bunun üçün işdən qovulmaq və ya həbsxanaya düşməkdən çəkinmədiyini” söyləyib.
Ardını oxu...
Ceymi Li Henri

Həmin şəxs ABŞ-ın Ukrayna əsgərlərinə keçdiyi hərbi təlimlər barədə məlumatlara malik olduğunu, bu savaşda Rusiyaya üstünlük verdiyini və hətta Rusiya ordusunda könüllü vuruşmaq barədə düşündüyünü deyib.

Cütlüyün hansı cəzaya məruz qalacağı hələlik məlum deyil.

Musavat.com
 
Ardını oxu...
Şəmkir rayonunda avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Report”un məlumatına görə, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəxsiyyəti hələ ki məlum olmayan orta yaşlı şəxs toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan istirahət mərkəzində işə düzəlib.

Bunu ölkənin “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, o, “Apaga Resort” istirahət kompleksində menecer vəzifəsində çalışır. Kompleks Ermənistanın Baş naziri Nikol Paşinyanın doğulduğu Enokavane rayonunda yerləşir.

Qəzetin əməkdaşları keçmiş nazirlə əlaqə saxlamaq istəyib, amma o, zənglərə cavab verməyib. Lakin Z.Mnatsakyanın yaxın ətrafı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Z.Mnatsakyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb. O, İkinci Qarabağ müharibəsindən sonra postundan azad edilib.
 
Ardını oxu...
Bosfor boğazından keçən quru yük gəmisində mühərrik nasazlığı yaranıb. Bu səbəbdən də boğazda gəmilərin hərəkəti dayandırılıb.

Məlumata görə, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi.

İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.

Gəminin boş olduğu bildirilir.
 

Dünyapress TV

Xəbər lenti