Ardını oxu...
ABŞ-ın yüksək texnologiyalar şirkəti “Apple” Hindistanda “iPhone 14” smartfonlarını istehsal etməyi planlaşdırır. Bu isə sonuncunun Çinlə texnologiya fərqinin azaldığını nümayiş etdirir.

Bu barədə “Bloomberg” xəbər verir.

Agentliyin məlumatına görə, korporasiya “iPhone”larının əksəriyyətini uzun müddətdir Çində istehsal edirdi, lakin ABŞ və Çin hökumətləri arasında yaranan problemlərə görə alternativlər axtarır. Şirkətin qərarına, həmçinin Çinin bəzi bölgələrində koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar iqtisadi fəaliyyətin pozulması risklərinin artması da təsir göstərib.

Şirkət Hindistanda istehsalı artırmaq və yeni “iPhone” istehsalındakı gecikməni 6-9 aya qədər endirmək üçün təchizatçılarla işləyir.

“TF International Securities”in analitikləri “Apple”ın növbəti “iPhone” modelini hər iki ölkədən eyni vaxtda tədarük edəcəyini gözlədiklərini və bunun şirkətə tədarük zəncirini şaxələndirməyə imkan verəcəyini söyləyiblər.

Əsas “iPhone” istehsalçısı olan “Foxconn Technology Group” şirkəti Çindən komponentlərin çatdırılması və “iPhone 14” cihazının Hindistanın cənubundakı Çennai yaxınlığındakı fabrikdə yığılması prosesini araşdırıb.

Şirkətin ən son smartfonlarının satışına sentyabrın 16-da başlayacağı planlaşdırılır.
 
Ardını oxu...
“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.
Hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.
Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.
 
Ardını oxu...
“Aston Martin Valkyrie” hiperkarının sınaqları 2020-ci ilin yazında başlayıb.

Buna baxmayaraq artıq ikinci əl bazarında onun satışları barədə elanlar peyda olub.


“Red Bull Advanced Technologies” və “Formula 1” dizayneri Adrian Nyui ilə birgə yaradılmış avtomobili Tom Hartli adlı şəxs satışa çıxarıb.

Hiperkar istehsalı planlaşdırılan 150 avtomobildən biridir və 139 şassi nömrəsinə malikdir. Onun kapotu altında 1146 at gücü olan 6,5 litrlik V12 mühərrinə əsaslanan hibrid güc aqreqatı quraşdırılıb. 7 pilləli robot sürət qutusu olan avtomoblin yürüşü cəmi 121 kilometrdir.

Artıq özünə yeni alıcı tapan “Aston Martin Valkyrie”nin təkrar bazarda hansı qiymətə satıldığı açıqlanmayıb.
Ardını oxu...
motor.ru
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Anonsundan təxminən iki il yarım sonra “Cadillac” nəhayət ki, brendin seriyasındakı ən bahalı və dəbdəbəli avtomobil olan “Celestiq” elektrobilini sınaqdan keçirməyə başlayıb.

Flaqmanın istehsaldan əvvəlki versiyası test yollarında görünüb.

Avtomobilin kuzovu xüsusi rəng örtüyünün altında tamamilə gizlədilib.

“Cadillac Celestiq”in ilkin istehsal versiyası əsasən iyul ayında təqdim edilən prototiplə eynilik təşkil edir. Yalnız bəzi xırda detallarda fərqliliklər müşahidə olunub.

Təxminən 300 min dollarlıq elektomobilin texniki parametrləri gizli saxlanılır.

Mənbə: motor.ru
 
 
 
Ardını oxu...
DEF CON 2022 hakerləri ABŞ Müdafiə Nazirliyinin yeni texnologiyasını - hərbi bazalardakı yerli avtonom elektrik şəbəkələrinin parollarını (mikrosetləri) sındırmağa nail olublar.

"Report" "Cyberscoop"a istinadla xəbər verir ki, Pentaqon zəiflikləri aşkar etmək üçün texnologiyanı sınaqdan keçirib. DEF CON-un 1 700-dən çox iştirakçısının çoxu Pentaqonun hazırladığı şəbəkəni uğurla bağlayıb.

Hakerlərdən biri mikrosetlərin Kelvin temperatur şkalası üzrə işlədiyini müəyyən edib. Nəticədə o, proqnoz modelinə mənfi ədədlər qoyub, bu da sistemin çökməsinə səbəb olub.

Pentaqon bildirib ki, onlar həmçinin mikro şəbəkəni daha da sınaqdan keçirmək və boşluqları tapmaq üçün tam hüquqlu bir proqramı işə salmağı planlaşdırırlar.
 
Ardını oxu...
Məşhur mesajlaşma proqramı “WhatsApp”a yeni faydalı funksiya gəlir. Söhbət silinmiş mesajları bərpa etməyə imkan verəcək “Ləğv et” düyməsindən gedir.

Belə ki, mesajı silən zaman messencer istifadəçinin hərəkətini qeyd edəcək və ona ismarışı geri qaytarmaq şansı verəcək. Bunun üçün ekranın aşağı hissəsində silinməni ləğv etməyi təklif edən xüsusi lövhə görünəcək, bir neçə saniyə sonra isə yox olacaq.

Lövhə itəndən sonra bərpa artıq mümkün deyil.

Funksiya artıq seçilmiş beta testerlər üçün əlçatandır, onun messencerin ictimai versiyasında görünmə tarixi hələ məlum deyil.
Ardını oxu...

Mənbə: “WABetaInfo”
 
Ardını oxu...
Fırıldaqçılar “yeni - yaxşı unudulmuş köhnədir” metoduna əl atırlar

Təəssüf ki, həyatda avam adamlarsız həyatlarının keçməyəcəyinə inanan insanlar həmişə var. Fırıldaqçılar insanların sadəlövhlüklərindən istifadə edirlər, yeni hiylələr hazırlayırlar, lakin köhnə aldatma sxemlərini də unutmurlar. Məsələn, işə düzəlmək vədi.

Bir neçə il əvvəl Azərbaycanda fırıldaqçılar internet saytlarında müxtəlif şirkətlərdə iş elanları yerləşdirirdilər. Bundan sonra onlar müraciət edənlərdən CV-lərini göndərmələrini xahiş edirdilər və bir neçə gündən sonra onlara işlə bağlı məlumat verilir, lakin tam işlə təmin olunmaq üçün onlardan “sığorta haqqı” kimi müəyyən məbləğdə pul tələb olunurdu. Aydın məsələdir ki, pul köçürüləndən sonra bu fırıldaqçılarla artıq əlaqə saxlamaq mümkün olmurdu.

Ötən gün bir dostum məşhur “TikTok” video xidmətində uşaq bağçasında mühafizəçi kimi iş elanı gördü. Elanda 530 manat maaşla bağçaya 18-65 yaş arası, boyu 165 santimetrdən yuxarı, iki gündən bir növbə ilə işləməyə hazır olan mühafizəçilər tələb olunduğu qeyd edilirdi. Dostum elanda göstərilən telefon nömrəsinə zəng edərək, mühafizəçilərin axtarışı ilə bağlı elanın uşaq bağçası tərəfindən verilmədiyini öyrəndi.

Elanın bir məşğulluq agentliyi tərəfindən verildiyi ortaya çıxdı. Zəngə cavab verən qız uşaq bağçasında mühafizəçi kimi işə düzəlmək üçün bütün tələbləri sadaladı, lakin eyni zamanda qeyd etdi ki, ərizəçi işəgötürən tərəfindən namizədliyinə konkret baxılması üçün sorğu vərəqəsinin tərtibinə görə 10 manat ödəməlidir.

Görünür, məşğulluq agentliyi mövcud olmayan iş yerlərini elan edir. Bu elana isə zəhmətlə qazandıqları 10 manatla vidalaşmağa hazır olan insanlar tora düşür.

Bənzər bir fırıldaqçılıq sxemi 30 il əvvəl fəal şəkildə istifadə edilirdi. Heç bir işlə təminat vermədən, inanan insanlardan pul alırdılar. Əslində, ərizəçi heç bir məcburiyyət olmadan pulunu könüllü olaraq verirdi və buna görə də sonradan heç nə sübut edə bilmirdi. Beləliklə, hiyləgər fırıldaqçılar sadəlövh, saman çöpündən yapışan iş axtaranlardan sadəcə olaraq elementar aldatma yolu ilə qazanc əldə edirdilər.

Bu gün isə “Yeni - yaxşı unudulmuş köhnədir” prinsipini rəhbər tutaraq, başqalarının problemlərindən qazanc əldə edənlər fərasət və ixtiraçılıq nümayiş etdirmirlər, sadəcə olaraq, iş axtaranları aldatmaq üçün köhnə sxemdən istifadə edirlər.

Ola bilsin ki, fırıldaqçıların məqsədi həm də müraciət edənləri nə üçün bunu etdikləri ilə bağlı çaşdırmaqla, mümkün qədər çox şəxsi məlumat toplamaqdır. Ən yaxşı halda - toplanmış məlumat bazasını spam göndərənlərə satmaq, ən pis halda - fırıldaqçılıq üçün.

Eyni zamanda, işə ehtiyacı olan şəxslər bilməlidirlər ki, 2019-cu ilin noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “e-sosial.az” sosial elektron xidmətlər portalının alt sistemi - “Məşğulluq” fəaliyyət göstərir. Bu alt sistemə işəgötürən təşkilatların vakansiyaları, həmçinin iş axtaran vətəndaşların müraciətləri daxildir. Qanuna görə, hər bir işəgötürən beş gün ərzində mövcud vakant yerləri barədə məlumat verməlidir ki, bu da “Məşğulluq” sistemində görünür.

Bundan əlavə, ƏƏSMN tərəfindən işsizlərin məşğulluğu və iş axtarışı sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin vahid reyestrinin yaradılması istiqamətində işlər aparılır. Bu mexanizm məşğulluq sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə vahid informasiya bazasının yaradılmasını nəzərdə tutur ki, onun vasitəsilə qarşılıqlı məlumat mübadiləsi aparılacaq.

Qaydalara əsasən, məşğulluq orqanları onlara müraciət etmiş işsizlərin siyahısını, məşğul olan şəxslər haqqında məlumatları, habelə vakant iş yerlərini reyestrə daxil edəcəklər. Bu yeniliklər vətəndaşlara fırıldaqçıların qurbanına çevrilmədən münasib iş tapmaqda əhəmiyyətli dərəcədə kömək edəcək.

Etibarınızı qazanmaq istəyən vicdansız iş adamlarının tələlərinə düşməyin!

Müəllif: Asif Aydınlı
ayna.az
 
 

Ardını oxu...
"Bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik”
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən “TikTok” sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar.
Konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı “TikTok”u təhlükəli və arzuolunmaz proqram hesab edir.
“Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik” - Palata üzvlərinə göndərilən məktubda deyilir.
Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin işini məhdudlaşdırmaq təşəbbüsünü dəstəkləyən bir çox qanunvericilər seçki kampaniyası zamanı gənc seçicilərə təsir etmək üçün özləri “TikTok”dan istifadə etməyə başlayıblar.
 
Ardını oxu...
“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, yenilik 1 dəfə görülə bilən foto və videolarla bağlıdır. Belə ki, istifadəçilər onlara göndərilən bu cür foto və videoların ekran görüntüsünü çəkə bilməyəcəklər.
Sözügedən funskiya tezliklə “Android” və “iOS” sistemlərində çalışan bütün mobil cihazlara şamil olunacaq.
 
Ardını oxu...
“Dior” dəb evi Hollivud ulduzu Conni Depp ilə milyonlarla dollar dəyərindəki razılaşmasına qayıdıb.

Aktyorun keçmiş həyat yoldaşı Ember Hördün ittihamlarından sonra dəb evi Depplə işləyən əksər şirkətlər kimi ondan imtina etsə də, indi məhkəməni qazandıqdan sonra onunla birgə layihələrini davam etdirmək qərarına gəlib.

Beləliklə də, “Karib dənizinin quldurları”nın ulduzu bütün il boyu “Sauvage” kişi ətirinin siması olacaq.
Ardını oxu...
Ardını oxu...

Mənbə: TMZ
 
 
 

Dünyapress TV

Xəbər lenti