Ardını oxu...
ABŞ-dan dünya nəhənglərinə növbəti mat: “Dəmir at” və “səssiz ölüm”...
ABŞ hərbi sənayesi “insansız müharibə” hazırlığı çərçivəsində yeni uğurunu təqdim edib.

Moderator.az xəbər verir ki, son bir neçə ildə robot texnologiyasının inkişafına böyük vəsaitlər sərf edən ABŞ, bu dəfə robot döyüş maşınları ilə diqqət çəkib. Müasir hərbi sənayenin ən son uğurları ilə təchiz edilən bu maşınlar düşmən hədəflərini əlverişsiz hava şəraitində belə müəyyənləşdirməyə, onları dəqiq atəşlə məhv etməyə imkan verir.

“Dəmir at” kimi xaralterizə edilən robot döyüş maşınının digər bir üstünlüyü onların səssiz şəkildə çalışması, qarşıdakı təhlükəni qabaqcadan müəyyən edə bilməsi, çətin relyefdə yüksək manevr qabiliyyəti və s. kimi funksiyalara malik olmasıdır.

Mütəxəssislər hesab edir ki, Pentaqonun təqdim etdiyi “dəmir at” ABŞ-ın dünya hərbinin nəhənglərinə verdiyi növbəti mat kimi dəyərləndirilə bilər.

Xatırladaq ki, ABŞ-ın bu sahədə ən yaxın təqibçisi Çin hesab edilir.

Seymur ƏLİYEV
 
 
 
Ardını oxu...
Populyar müqayisə platforması “AnTuTu”, “iPad” və “iPhone” modelləri də daxil olmaqla “Apple iOS” cihazları üçün performans siyahısını açıqladı.

Son illərdə ən sürətli iOS cihazları əsas “iPhone” ailəsi olsa da, M1 və M2 prosessorlu “iPad” modelləri ilə işlər kəskin şəkildə dəyişdi.

Bu kontekstdə “AnTuTu”ya görə, hazırda ən güclü iOS cihazı 2.520.869 xalla “iPad Pro 11 2024″dür. “Apple” M4 çipi sayəsində lider kürsüsündə olan modeli 2 498 993 xalla 13 düymlük “iPad Pro 13” və M2 prosessorlu 12,9 düymlük “iPad Pro 6” (2 068 062 xal) izləyir.

“iPad” modellərinin üstünlük təşkil etdiyi siyahının ilk beş yerini M2 prosessorlu “iPad Air 13” (1 952 706 bal) və “iPad Pro 4” (1 929 732 xal) tamamlayır. Bu nöqtədə siyahıda növbəti yerdə “iPad Air 11”, “iPad Pro 5” 12,9 düym və “iPad Pro 3” 11 düymdür. Siyahıda sonuncu iki yerdə A18 prosessorlu “iPhone 16 Pro Max” (1 669 791 xal) və “iPhone 16 Pro” (1 665 128 xal) olub. Bu kontekstdə deyək ki, M4 və A18 arasında təxminən iki dəfə fərq var.

Siyahıya “iPhone 16” və “iPhone 16 Plus”ın daxil olmadığını da görürük. Eyni şəkildə, “iPhone 15 Pro” modelləri daxil edilməyib. Ancaq bu, əlbəttə ki, təəccüblü deyil. Əslində, “iPhone 16” və “16 Plus”, sələfi ilə müqayisədə işlənmiş A18 çipsetinə malikdir. “Android” telefonlarında mövcud olan “Snapdragon 8 Gen 3”, “AnTuTu”da orta hesabla 2,082,175 bal toplayır. Bu, onu “Apple M2″nin qarşısında yerləşdirir.
 
Ardını oxu...
İnnovasiya və sürət lideri “Bakcell”in əsas tərəfdaşlığı ilə UNEC-də İnnovasiya Həftəsi keçirilir.
Tədbirin ilk günündə “Bakcell”in nümayəndələri “Telekommunikasiyada qlobal trendlər: “Bakcell”in innovativ məhsul və həlləri” və “Dəyişən dünyada böyük dəyişikliklər qarşısında aktual qalmaq” mövzularında panel müzakirələrə qatılıblar.

“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə rəhbəri Aysel Süleymanova və Marketinq direktoru Elxan Sadıqzadə tələbələrə brendin rəqəmsal erada mövqeləndirilməsi, müasir çağırışlar və imkanlar, rəqəmsal imic formalaşdırılmasının incəlikləri və müştərilərin diqqətini cəlb etmək üçün strategiyalar barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıblar.

UNEC-də keçirilən İnnovasiya Həftəsi innovasiya sahəsində yenilikləri təşviq etmək və tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində universitetdə müxtəlif tədbirlər, o cümlədən seminarlar, təlimlər, panel müzakirələri və startap ideyalarının təqdimatları təşkil ediləcək. vakansiya

Qeyd edək ki, “Bakcell” gənc nəslin inkişafına və onların yaradıcı potensialının üzə çıxarılmasına xüsusi önəm verir. Şirkət bu istiqamətdə tələbələrə dəstək olmaq, innovativ layihələri təşviq etmək və yeni təşəbbüsləri daha da genişləndirməyi planlaşdırır.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İngiltərənin Oksford Universitetinin alimləri dünyanın ən bahalı maddəsini açıqlayıblar.

Valyuta.az xəbər verir ki, bir qramı 4,7 milyard lirə (297 milyon 510 min manat) dəyərində olan Azot Atom Əsaslı Endohedral Fulleren texnologiyanın bir çox sahəsində istifadə edilib.

Materialın niyə bu qədər qiymətli olması maraq doğurur.

Oksford Universitetindən verilən açıqlamada bildirilir ki, Endohedral Fullerenin texnologiyanın gələcəyini tamamilə dəyişdirə bilər.

Alimlər bu yeni materialın son dərəcə dəqiq atom saatları istehsal etmə ehtimalını həyəcan verici hesab edirlər.

Ənənəvi atom saatları adətən otaq ölçüsündədir və atomların titrəyişlərindən istifadə edərək vaxtı ölçsə də, Oksforddakı komanda inkişaf etdirdikləri bu texnologiya ilə atom saatlarını cib telefonlarına sığdıra biləcək ölçülərə endirməyi hədəfləyirlər.

Bu yeni material, xüsusilə sürücüsüz nəqliyyat vasitələri üçün böyük bir inqilab yarada bilər.

Hazırda GPS sistemləri bir neçə metrə qədər dəqiqliyi təmin edə bilir ki, bu da avtonom avtomobillərin təhlükəsiz idarə olunması üçün kifayət etmir. Ancaq mini atom saatları ilə bu dəqiqliyi millimetrə qədər azaltmaq olar. Bu yolla, avtonom nəqliyyat vasitələri tunellərdə və ya zəif GPS siqnal sahələrində belə təhlükəsiz şəkildə izlənilə bilər.

Araşdırmalar davam edir və bu texnologiyanın gündəlik həyata daxil olması bir neçə il çəkə bilər. Bununla belə, mobil telefonlarda daşınan atom saatlarının istifadəsi yerin aşkarlanması və naviqasiya kimi sahələrdə böyük dəyişikliklərə səbəb ola bilər.

© BAKU.WS
 
Ardını oxu...
Günəşdə aktivlik maksimum səviyyəyə çatıb.

TEREF yenisabah.az-a istinadən xəbər verir ki, NASA bu barədə xəbərdarlıq edib.

Məlumata görə, bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək. Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrün stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil. NASA-nın verdiyi açıqlamaya görə, Günəş hər 11 ildən bir müəyyən dövrələrdən keçir və bu dövrlərdə müxtəlif dəyişikliklər baş verir. vakansiyalar

Alimlər Günəşin daxilində gedən prosesləri tam başa düşə bilmirlər. Günəşin dövrünü dəqiq proqnozlaşdırmaq çətindir, çünki hər bir dövr müxtəlif uzunluqda və intensivlikdə ola bilər. Günəş dövrünün ən mühüm göstəricilərindən biri Günəşin səthindəki günəş ləkələridir. Bu ləkələr maqnit sahələrinin cəmləşdiyi, isti plazmanın axınına mane olan, bu sahələrin ətrafdan daha soyuq və qaranlıq görünməsinə səbəb olan ərazilərdir.

Günəş alovları radio siqnallarında fasilələrə səbəb ola, tac kütlələrinin atılması isə Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə ola bilər. Eyni zamanda, geomaqnit fırtınaları yarada bilər. Bu fırtınalar elektrik şəbəkələrinə, peyk əməliyyatlarına və rabitə sistemlərinə zərər verir. Lakin bu hadisələr həm də füsunkar qütb işıqlarının yaranmasına səbəb olur.
 
Ardını oxu...
Süni intellekt elektrik istehlakını sürətlənməsinə səbəb olur.

“Goldman Sachs” tərəfindən dərc edilən hesabata görə, məlumat mərkəzlərinin enerji istehlakı, süni intellekt alətlərinin sürətlə artması ilə 2030-cu ilə qədər 160% artacaq.

Hesabata görə, hazırda dünya üzrə məlumat mərkəzləri ümumi enerjinin təxminən 2%-ni istehlak edir.
 
Ardını oxu...
2012-ci ildə dünya üzrə bütün sosial media istifadəçilərin sosial mediada keçirdiyi gündəlik vaxt ortalama olaraq 90 dəqiqə olub.

İndex.az xəbər verir ki, “Global İndex”in araşdırmasına görə, 2024-cü ildə artıq insanlar gün ərzində ortalama olaraq 143 dəqiqə sosial mediada vaxt keçirirlər.

TEREF illər üzrə insanların sosial mediada keçirdiyi vaxtı sizə təqdim edit:

2012: 90 dəqiqə

2013: 95 dəqiqə

2014: 104 dəqiqə

2015: 111 dəqiqə

2016: 128 dəqiqə

2017: 134 dəqiqə

2018: 142 dəqiqə

2019: 145 dəqiqə

2020: 145 dəqiqə

2021: 145 dəqiqə

2022: 147 dəqiqə

2023: 151 dəqiqə

2024: 143 dəqiqə
 
Ardını oxu...
AMD, “Intel” və bir sıra texnologiya şirkətləri Britaniya çip dizayneri ARM-ə qarşı güclərini birləşdirir.

İndex.az xəbər verir ki, “Intel” və onun rəqibi AMD-ni bir-birinə yaxınlaşdıran ARM-in sürətli yüksəlişi olub.

“Apple” yeni çıxardığı “iPhone” seriyalı telefonlarında “Intel” əvəzinə süni intellekt üçün ARM çiplərindən istifadə etdi.

Bu isə digər şirkətlər üçün bir xəbərdarlıq siqnalı oldu.

Bu ittifaqa qoşulan şirkətlər arasında “Microsoft”, “Google”, “Meta” və “Lenovo” kimi şirkətlərin olduğu bildirilir.
 
Ardını oxu...
Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir. Senzura və kontentin manipulyasiyası seçicilərin dünyadakı seçkilərlə bağlı bilgili qərarlar vermə bacarığına zərbə vurub. Bunu "Freedom House" insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında bildirir.

"İnternet azadlığı 2024" adlı hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-sində isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr AZAD, 69-40 xal QISMƏN AZAD, 39-0 xal yığanlar isə QEYRI-AZAD ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

Azərbaycan və qonşuları

Azərbaycan 34 xalla yenə "qeyri-azad" ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib.

Azərbaycanın qonşularından Rusiya, Türkiyə, İran "qeyri-azad" ölkələr sırasındadır.

Gürcüstan və Ermənistan isə 74 xalla "azad" ölkələr kateqoriyasına salınıb.

Hesabatda deyilir ki, 2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyat zamanı Bakıda bir neçə nəfər, o cümlədən keçmiş diplomat Emin İbrahimov bir aylığa saxlanılıb. Buna əməliyyatı tənqid edən, yaxud münaqişənin dinc həllinə çağıran sosial media postları səbəb olub.

Rəsmi Bakı sözügedən hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Qarabağdan ermənilərin kütləvi köçü başlanıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib, ermənilərə reinteqrasiya planı təqdim etdiyini bildirib.

Keçmiş diplomat E.İbrahimov isə bu ilin iyulunda, bu dəfə xuliqanlıq ittihamı ilə saxlanılıb. Özü ittihamı qurama sayır.

Seçkilər necə manipulyasiya edilir

"Freedom House" onu da qeyd edir ki, avtoritar ölkələrdə hökumətyönlü şərhçilər səfərbər olunaraq "biabırçı" saxta seçkiləri azad və ədalətli kimi qələmə veriblər. Azərbaycanın da bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisinə bütün dünyadan kontent yaradıcılarını dəvət etdiyi, onların səyahət və Bakıda qalma xərclərini çəkdiyi vurğulanır. Deyilir ki, həmin seçki prezident İlham Əliyevin qələbəsi üçün sərt manipulyasiya edilib, saxta seçki müşahidə missiyalarını maliyyələşdirməklə seçkiyə legitimlik donu geyindirilib.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət açıqlamayıblar. Ancaq "Freedom House", eləcə də digər insan haqları qurumlarının daha öncəki hesabatları sərt tənqid olunub, bu qurumlar Azərbaycana qarşı koordinasiyaları fəaliyyətdə ittiham ediliblər.

Bu il ölkədə növbədənkənar parlament seçkiləri də keçirilib. Hakimiyyət hər iki seçkinin demokratik keçdiyini desə də, ATƏT DTİHB seçkilərin məhdudlaşdırıcı, rəqabətsiz mühitdə gerçəkləşdirildiyini bildirib. Müstəqil müşahidəçilər və media qurumları çoxsaylı pozuntuları qeydə alıblar.

Hesabatda Avrasiyada internet azadlığının gerilədiyi, Rusiyanın 20 xalla regionda ən az xalı qazandığı vurğulanır. Kremlin Ukraynaya qarşı tammiqyaslı işğalı isə bu ölkədə internet azadlığına zərbə vurub, belə ki, Rusiya ordusu internet infrastrukturunu dağıdıb, işğal etdiyi ərazilərdə təkmil senzura rejimi qurub.

Myanma və Çin dünyada internet azadlığı üçün ən pis mühitin olduğu ölkələr sayılıb.
 
Ardını oxu...
Astronomlar hesab edirlər ki, onların tapıntıları bu cür təhlükələri aşkar etmək üçün sayıqlıq və daha yaxşı imkanlara ehtiyac olduğunu vurğulayır.

QHT.az xəbər verir ki, 14-ə qədər "kilometr sinifli" asteroidlər, Yer kürəsinin yaxınlığında sürüklənən kimi görünən çoxdan qorxulu kosmik tullantı axınında gizlənə bilər. Bu yaxınlarda Taurid dəstəsində "Qiyamət Asteroid Swarm" adlandırılan böyük asteroidlər üçün aparılan "ov" astronomların gözlədiyindən daha az sayda asteroid aşkar edib.

Layihəyə rəhbərlik edən Merilend Universitetinin Astronomiya Departamentinin doktorantı Quanzhi Ye, "Xoşbəxtlikdən, sürüdə bu böyük ölçüyə uyğun gələn yalnız 9-14 asteroid olduğunu tapdıq" dedi. Astronomlar, Taurid sürüsündən nəhəng kosmik qayaları aşkar etmək üçün Kaliforniyadakı Palomar Rəsədxanasındakı Zwicky Transient Facility teleskopundan istifadə edərək gecə səmasını skan ediblər. Onların tapıntıları, Taurid sürüsündən böyük asteroidlə toqquşma riskinin daha az olduğunu göstərir.

Bu sürünün 20.000-30.000 il əvvəl parçalanmış 100 km diametrli asteroid və ya kometin qalıqları olduğu güman edilir. Astronomlar, sürü yaradan ana cismin ehtimal edilən diametrinin 10 kilometrə yaxın olduğunu bildirərək, asteroidlərin təsirlərinə qarşı hələ də diqqətli olmaq lazım olduğunu, amma nəticələrin daha rahat bir yanaşma üçün ümidverici olduğunu qeyd ediblər.
 

Dünyapress TV

Xəbər lenti