Ardını oxu...
Tovuz rayon sakinləri, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı tərəfindən aidiyyatı dövlət qurumlarına mətbuat nümayəndəlirinə ikinci dəfə müraciət ünvanlanıb.

Bir nüsxəsi də TEREF-in poçtuna daxil olan müraciəti olduğu kimi oxuculara çatdırırıq:

Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin müəllimləri tərəfimizdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, müxtəlif dövlət qurumlarına, eləcə də KİV-lərə şikayət və müraciətlər ünvanlamaqla barədə,həm də bunun tərəfləri barədə məlumat vermişdik.

Bildirmişdik ki, Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatı kollecin direktorunun 6 noyabr 2024-cü il tarixli 058 № -i təqdimatını, 14 noyabr 2024-cü il tarixində müzakirə edərək,Ələkbərova Şahnaz Azər qızı, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızının əmək fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Xəbər ictimailəşəndən bir müddət sonra İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı (yəni hazırkı halda biz) istisna olmaqla, digər üç müəllim müvafiq işlə təmin olunublar.

Belə ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəllimlərinin əmək fəaliyyətinə xitam verildikdən sonra adları yuxarda qeyd edilən müəllimlər tərəfindən hüquqlarının pozulması iddiası ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov cənabına məktub ünvanlanıb.Araşdırmalardan sonra müəllimlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin imzası ilə 10 dekabr 2024-cü il tarixində 16-1-1/2-321/2024 saylı cavab məktubu göndərilib. Məktubda yazılır: “Tovuz Dövlət Sosial-İktisadi Kolleci Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatı olmadığından, müraciətlərinizin tərəfimizdən cavablandırılması mümkün deyil.”

Məlum cavab şikayətçi müəllimlər İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı( biz şikayətçi müəllimlərdə) eləcə də, digər müəllimlərdə təəccüb doğurub.Bundan sonra müxtəlif səpkidə yenə dövlət orqanlarına şikayət məktubları ünvanlamışıq.

Yazıb bildiririk ki,illərlə üzvlük haqqı ödədiyimiz Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı olmadığından xəbərimiz olmayıb. Ona görə də şikayətçi müəllimlər olaraq hesab edirlər ki, illərlə müəllimlərin əmək haqlarından tutulan üzvlük haqlarının hansı istiqamətlərdə xərcləndiyi, tibbi əməliyyat olunan, müalicə götürən, həyat yoldaşını itirən müəllimlərə yardımların edilib-edilmədiyi,müəllimlərə bu illər ərzində sanatoriyaya, istirahət evinə putyovkaların verilib-verilmədiyi yoxlanılmalıdır.

Hər iki şikayətçi müəllim olaraq vurğulayırıq ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin Həmkarlar İttifaqı Təşkilatının sədr seçkilərinin nə zaman keçirildiyi, buna hansı baş təşkilatın nəzarət etdiyi şəffaf şəkildə müəllimlərə bəyan edilməlidir. Həmçinin, nədən bu qurumun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv olaraq fəaliyyət göstərmədiyi aydınlaşmalıdır.Demirlər biz şəffaf fəaliyyət göstəririk, elədirsə yoxlamalardan da qorxmamalıdırlar, bizim şikayət etməyimizdən də inciməməlidirlər. Yoxlanılsın, biz də görək ki, hər şey qaydasında imiş,illərlə müəllimlərdən tutulan üzvlük haqları da əsl sahiblərinə çatıb,xərclənib.İnanın səmimiyyətimizə,bundan sonra Tovuz Dövlət Sosial-İqtisadi Kolleci barədə ictimai nəzarəti bundan sonra ən yüksək səviyyədə həyata keçirdəcəyik.Hətta kollecdə qış sessiya imtahanları barədə də məlumat verəcəyik.

Şikayətçi müəllimlər olaraq onu da qeyd etməliyik ki,araşdırdıq bəlli oldu ki, müəllimlərin narazı olduqları həmkarlar təşkilatı “guya” Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin,Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsidir.Yəni,1986- cı ildə Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqları,1991-ci ildə Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar ittifaqının adı dəyişdirilərək, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri həmkarlar İttifaqı adlanıb.Qurumun saytında isə Tovuz Rayon Komitəsinin,Tovuz Dövlət Sosial – İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsi adlı yoxdur.Fərdi qaydada Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Tovuz Rayon Komitəsinə gəlincə,Tovuz rayonunda heç ofisləri yoxdur.Yəni “papka komitədir”,sədri də yaşlı Sahib Feyzizadə adlı şəxsdir.Hazırda həmin şəxsin xəstə olduğunu nəzərə alıb onunla görüşə bilməmişik.İndi bizim (Şikayətçi müəllimləri) ofisi olmayan, “papka komitənin” Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin Həmkarlar İttifaqı Komitəsi qərarla işdən çıxarılmağımızda “dəyənək rolu” oynayırsa yoxlanılmalıdır,şəffaflıq təmin olunmalıdır.Ümumiyyətlə,kollecin maliyyə-təsərrüfat fəaliyyəti də təftiş edilməlidir.Bu barədə Maliyyə Nazirliyinə də məktublar ünvanlayacağıq.Bütün bunlara rəğmən fəaliyyəti şübhə doğurduğundan sual veririk:

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına tabe olmayan təşkilatın müəllimlərin fəaliyyətinə xitam vermək hüququ varmı?
TEREF
 
Ardını oxu...
"Öndər Tulumbacı süni mayalanma yolu ilə o cümlədən donor vasitəsilə qadınları doğuzduran həkimdir. Bu il yaydığım məhkəmə qərarından bəlli oldu ki, belə qadınların birinin əri illər sonra bildirmişdir ki, arvadını ondan doğuzdurmağı vəd etsə də, həkim onu başqa şəxsdən (anonim donordan) doğuzdurub..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən hüquqşünas Əkrəm Həsənov ilginc məqama da xüsusi diqqət çəkib.
Ardını oxu...
Öndər Tulumbacı

Tanınmıç ekspert bildirib: "Belə ki, kişinin buna yazılı razılıq ərizəsi üzə çıxmamışdır. Lakin məhkəmə qərar vermişdir ki, razılıq vermədiyini kişi sübut etməlidir. Mən də bu məhkəmə qərarını ictimailəşdirərək bildirdim ki, bu yanaşma səhvdir: heç kəs nəyisə etmədiyini sübut edə bilməz. Tulumbacı isə öz növbəsində məni ona böhtan atmaqda ittiham etdi (artıq iki məhkəmə instansiyasında iş bitib, böhtan ittihamı rədd edilib, yekun qərarı gələn il Ali Məhkəmə verəcək).

Əslində, anonim donorla qadın doğuzdurmaq beynəlxalq konvensiyaya ziddir və əksər ölkələrdə, o cümlədən Türkiyədə qadağan edilib. Azərbaycan da həmin konvensiyaya qoşulub, deməli, bizdə də qanunsuzdur. Lakin əsas bu deyil indi. Əsas odur ki, sən demə Azərbaycanda həkimlər barələrində mənfi məlumatın yayılmasına imkan verməyən ən qatı peşə sahibləri imiş. Tulumbacının sayəsində bu bariz nümunədir. Heç həkim səhvi ucbatından kimsə öləndə onlara nəyisə sübut etmək olmur. O da ola ki, kiminsə doğulması faktı üzrə. Odur ki, yəqin ki, yeni ildə də həkimlərimiz tənqidə dözümsüz olacaq..."
 
Ardını oxu...
Lənkəranın Qala xiyabanı yaxınlığında, Həzi Aslanov parkı ilə üzbəüz yerləşən bir parkın ərazisi satılıb. Tribunainfo.az məlumat verir ki, xüsusən yay aylarında ailəvi bir məkan olan, “Cənub” TV-nin önündə obyektlər tikilib. Məlumatda deyilir ki, icra başçısı Taleh Qaraşovun sərəncamı və icazəsi əsasında sahibkar parkın bir hissəsini iaşə obyekti üçün tikib, yolu daha da daraldıb. Sakinlərin sözlərinə görə, piyada səkisinə az qala bitişik olan obyektlər gələcəkdə vətəndaşların hərəkətini daha da məhdudlaşdıracaq, ərazidə sıxlığa, tıxaca səbəb olacaq.
Ardını oxu...
Ümumiyyətlə, yolun bu hissəsini zəbt etmək obyekt tikmək tikinti normalarını pozmaqdır. Sakinlər deyirlər ki, icra başçısı Taleh Qaraşov mərkəzdə boş yer qoymayıb, hər yeri satıb. Bu ərazi ilə üzbəüz dayanacaq ərazisi, piyada səkisi də tikintiyə qurban verilib. Həmin obyekt uşaq əyləncə məkanı olacaqdı, amma heç istifadəyə də verilməyib. Halbuki belə bir yerdə, kiçik obyektdə əyləncə mərkəzi açmağa ehtiyac yox idi. Sakinlər artıq İH əlindən addım atmağa yer qalmadığını qeyd edirlər. Məsələ ilə bağlı qeyri-iş günü olduğu üçün rəsmi rəy almaq mümkün olmadı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünən, 16:38           
Ardını oxu...
"2014-cü ildən II qrup əlil idim. İki il öncə həkim komissiyası sənədimi qəsdən gecikdirdi və əlilliyim ləğv olundu. Komissiyaya məqsədli şəkildə məni həkimsiz buraxdı. İki dəfə "Forma 88” göndərişimə imtina verilib. Səbəb kimi "Forma 88″-in natamam olduğu bildirilir. Bakı həkimləri deyir ki, sənin əlilliyin kəsilməməlidir, Mingəçevir isə imtina verildiyini deyir. Yüzlərlə tibbi sənədim ağır xəstə olduğumu təsdiq edir. Adamı bezdirib intihar həddinə çatdırırlar”.

43 yaşlı Mingəçevir sakini Xəqani Rövşən oğlu Gülməmmədov belə deyir.

"Məni intihar həddinə çatdırıblar”

O həm ağır xəstəliyindən, həm də ona yaşadılan süründürməçilikdən intihar həddinə çatdığını bildirib.

Xəqani Gülməmmədov deyir ki, 2014-cü ildən çoxsaylı müayinə və müalicə nəticəsində "Hepatit C”, kəskin qaraciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi təqsdiqlənib.

Dediyinə görə, 2011-ci ildə şərlənərək atıldığı həbsxanada bu diaqnozu qan analizi nəticəsində aşkarlanıb.

Həkimi ona xəbərdarlıq edib ki, azad olan kimi özünü müalicə etdirsin. Azadlığa çıxdıqdan sonra isə çoxsaylı müayinə və müalicə etdirsə də, xəstəlik daha da ağırlaşıb. Nəticədə də vətəndaşa II qrup əlillik dərəcəsi təyin edilib.

Dediyinə görə, bir il sonra həkim səhvi nəticəsində daşıyıcısı olduğu "Hepatit C” virusu "Hepatit B”-yə çevrilib. Bundan sonra onun əlillik dərəcəsi də III qrupla əvəzlənib, lakin 2017-ci ildə təkrar müayinə nəticəsində həkim yanlışlığı düzəldilərək II qrup əllilik dərəcəsi bərpa olunub.

5 müddətinə çıxdığı əllilik dərəcəsi 2022-ci ilin 27 mart tarixində ləğv edilib.

Səbəb isə həmin vaxta vətəndaşın təyin olunan tibbi komissiyanın məqsədli şəkildə gecikdirilməsi olub.

"Əlillik kəsiləndən dərman da verilmir”

Mingəçevir sakini deyir ki, əlillik pensiyasının kəsilməsi ilə qeydiyyatda olduğu xəstəxanın ildə bir dəfə pulsuz dərman təminatından da məhrum olub: "2014-cü ildə 6 ay müddətində həm stasionar, həm də ambulator vəziyyətdə müayinə və müalicə almışam. 8 il davamlı komissiyaların nəzarətində olmuşam. Saxtakarlıq edə bilərdim? Həkimlər özləri dərəcəni təyin edib. Yüzdən çox dəlil, sübut kimi tibbi sənədim, ciddi xəstəliyim var. Sonuncu komissiya 2022-ci ildə oldu. Onda da məni buraxmırdılar, üstəlik, həkim də ayırmadılar. Öz həkimim Əhməd Seyidov təqaüdə çıxmışdı. Süni əngəllərə rəğmən komissiyaya daxil oldum, ancaq xəstəxanadan deyildi ki, "Forma-88″ natamamdır. Tək mənə yox, çox əlilə bu bəhanə tətbiq olunur. Təkrar ötən il də imtina verildi”.

"Bakıda olduğum müxtəlif xəstəxana həkimləri deyir ki, sənə əlillik düşür, Mingəçevir Şəhər Poliklinikası isə kömək etmir, bir-birinin üstünə atırlar. Soyuq və laqeyd münasibət var. 1 saylı Kliniki Xəstəxanada qeydiyyatda olan xəstəyəm. Əlillik kəsiləndən sonra dərman da verilmir. Düzdür, oranın dərmanı saçımı tökdü, sağalmadım, amma dərmanı yenə də qəbul etməliyəm ki, xəstəlik şiddətlənməsin. Prezidentə qədər məktub yollamışam cavab yoxdur”, – deyə o qeyd edib.

"Nazirlik xəstəxananın üzərinə atır, xəstəxana isə yaxın durmur”

Xəqani Gülməmmədov hazırda ağır xəstə olduğu üçün ailəsini də dolandıra bilmədiyini deyir. Onun himayəsində olan övladı və həyat yoldaşı da işsizdir. Bundan başqa, himayəsində yaşlı xəstə anası da var.

Hazırda "DOST” MMC-də sosial işçi olaraq çalışdığını qeyd edir. Eyni zamanda, ağır dərəcəli bel yırtığından əziyyət çəkir, təcili əməliyyata ehtiyacı olduğunu deyir. Tək ümidi əlillik pensiyasının bərpa olunmasıdır ki, əməliyyat və xəstəliyini onunla müalicə etdirmək niyyətindədir.

Vətəndaş təkrar tibbi komissiya təşkil olunmasını, hətta stasionar müalicəyə də razı olduğunu deyir.

Onun sözlərinə görə, Mingəçevir Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanovun və həkimlərin qəbulunda olub.

Ona "Hepatit C” xəstəliyinin icbari tibbi sığorta paketinə daxil olmadığı deyilib və müalicəsindən imtina edilib.

Bildiriblər ki, gündəlik 94 manat ödəyərək öz vəsaiti hesabına müalicə almalıdır: "Ancaq baş həkim bilməlidir ki, 2022-ci ilin 20 aprelindən etibarən bu xəstəliyin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı İcbari Tibbi Sığorta Agentlyinin "Xidmətlər zərfi”nə daxil olmasa da, bu zərflə "Hepatit-B” və "Hepatit-C” viruslarının müayinə və stasionar şəraitdə müalicəsi qarşılanır. Çıxılmaz vəziyyətdəyəm. Nazirlik xəstəxananın üzərinə yazır, xəstəxana isə yaxın durmur. İki ildir ki, qaraciyərimdə durum ağırlaşıb, bir dərman belə ala bilmirəm. Dövlətdən pulsuz aldığım dərmanların indi qiyməti 2500-3000 manatdır. Tək sosial işçi maaşı ilə necə alım o dərmanları? Oğlum hərbi xidmətdən qayıdıb, iş tapa bilmir. Anam yaşlı xəstə qadındır. Mingəçevir Mərkəzi Xəstəxanada oldum, nə stasionar müalicəyə yaxın dururlar, nə göndəriş verirlər. Güclə 2 il öncə 1 saylı Kliniki Xəstəxanaya göndəriş aldım, orada da yer olmadığı üçün geri qaytardılar. Dedilər ki, Mingəçevir səni qəsdən süründürür, orda yatmalı, müalicə almalısan. Burada isə günlük xərc hesablanıb iri məbləğ oxunur”.

Əlillik dərəcəsi niyə ləğv olunub: ziddiyyətlə açıqlamalar…

Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, son iki ildə vətəndaşın xəstəliyinə dair yerli tibb müəssisəsi tərəfindən "Forma-88” sistemə yerləşdirilmədiyindən əlilliyin təkrar müayinəsi baş tutmayıb.

Qurum qeyd edir ki, burada günah TSEK-də deyil, buna görə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və TƏBİB məsuliyyət daşıyır: "Mingəçevir şəhər sakini 03.07.1981-ci il il təvəllüdlü Gülməmmədov Xəqani Rövşən oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir "Forma-88” göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni "Forma-88″ rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.

TƏBİB-dən isə bildiriblər ki, məsələ araşdırılacaq.

"Biz nə əlillik təyin edir, nə də ləğv edirik”

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov isə deyir ki, vətəndaş ötən iki ildə yalnız bir dəfə, 2022-ci ildə xəstəxanaya müraciət edib: "2022-ci ildə komissiyadan keçirdik. Həkim-məsləhət komissiyasının sədri də özüm olmuşam. Anası ilə gəlib bizi təhqir etdi. Qardaşı da şəhiddir. Elə bildi ki, qardaşı şəhiddir deyə əlilik veriləcək. Biz nə əlillik təyin edir, nə də ləğv edirik. Biz, sadəcə, "Forma-88″ yazan orqanıq. Sənədləri qaydasında deyildi deyə sistemə oturtduq və imtina gəldi. O da həmin gün dava edib əlavə müayinəyə getmədi. 2022-ci ildən sonra isə Mingəçevir Mərkəzi Xəstəxanasına müraciəti olmayıb. 12 aprel 2024-cü ildə isə Kliniki Tibbi Mərkəzə müraciət edib. Sistemdə bizə müraciət görünmür. Növbəti ilin yanvar ayının 6-da gəlsin, kömək edək. Müalicə və müayinə üçün şəraitimiz var. Sadəcə, TƏBİB daxil hamı vətəndaşı müdafiə edir. Mən vətəndaşı yaxşı tanıyıram və onunla birlikdə Naxçıvanda hərbi xidmətdə olmuşuq”.

Direktor vətəndaşın ötən iki ildə yalnız bir dəfə müraciət etdiyini desə də, xəstəxanaya müraciət sistemi əksini deyir. Sistemdə Xəqani Gülməmmədovun nə az, nə çox 20 dəfə müraciət ediyi görünür, hansı ki 2022-ci ildə bu rəqəm 18 olub.

Ülfət Qurbanov "”Forma-88″ yarımçıq doldurulub” desə də, agentlik 2 ildə vətəndaşın xəstəliyinə dair göndərişin ümumiyyətlə sistemə yerləşdirilmədiyini deyir.

"Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun”

Xəqani Gülməmmədov direktorun fikirlərini doğru saymır.

Deyir ki, o, nə şəhid qardaşı adından istifadə edib, nə də direktorla birgə hərbi xidmət edib: "Mən Naxçıvanda deyil, Cəlilabadda hərbi xidmətdə olmuşam və həkimi tanımıram, komissiyada heç bir konfilikt yaşanmayıb və şəhid adı statusundan istifadə də olmayıb. Sadəcə mənə həkim təyin edib yoxlamadılar. Həkimsiz komissiyaya daxil olmuşam. Qardaşım Ramil Gülməmmədov isə 1998-ci ildə minaya düşərək şəhid olub, ancaq qanını batırdılar. Füzulinin Əbdürrəhmanlı kəndində odun yığarkən minaya düşüb. Anamla hər yerə çoxsaylı müraciət etsək də, məzarının istintaq üçün açılmasını tələb etsək də, baxmadılar, şəhidlik statusunu ala bilmədik. Ancaq 11 min manat şəhid pulunu ödədilər və hər yerdə şəhid kimi tanıyırlar, çünki anama, qardaşıma qarşı haqsızlıq oldu. Bunu özləri də yaxşı bilir. Ölüm kağızına da yalandan vərəm xəstəliyindən vəfat etdiyi yazılıb. Onu tanıyan əsgər yoldaşları belə minaya düşdüyünü təsdiq edir. Sadəcə ört-basdır edildi”.

"Xəstəxana isə məni heç yaxına buraxmır, dərdimi dinləmir, təkrar tibbi komissiyaya buraxmırlar. O ki qaldı, mən onları təhqir edim, şəhid qardaş adından istifadə edim. Bu yalan və özünümüdafiədir. Qardaşımın şəhidlik statusunu batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun”, – deyir Xaqani Gülməmmədov.
Ardını oxu...
Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən məhkəməyə verilib.
TEREF Bakupost.az-a istinadən xəbər verir ki, Fazil Alməmmədov 2020-ci ildə obyekt almaq və biznes qurmaq adı ilə şifahi borc müqaviləsi ilə Adil Məmmədzadədən 400.000 min manat pul alıb. Lakin sonradan ortada nə biznes, nə obyekt olmadığından Adil Məmmədzadə pulunu geri tələb edib. Fazil Alməmmədov 2 il ərzində pulu ödəməyib. Qarşı tərəf prokurorluq orqanları və məhkəməyə müraciət edib. Bundna sonra Fazil Alməmmədov ona barışıq sazişi təklif edərək, tezliklə pulu qaytaracağına söz verib.

Lakin barışıq sazişinə əməl etməyən Fazil Alməmmədov yenidən məhkəməyə verilib.

Məhkəmə sənədlərindən aydın olur ki, 29 yanvar 2024-cü ildə iddiaçı Adil Məmmədzadə Sumqayıt şəhər məhkəməsinin 21 avqust 2023-cü il qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.

Fazil Alməmmədovla Adil Məmmədzadənin 400 minlik çəkişməsinin sonunun necə bitdiyi dəqiq məlum deyil. Hələlik məlum olan odur ki, tərəflər məsələni başqa müstəvidə həll ediblər. Belə ki, Adil Məmmədzadə bu il Nərimanov Tibb Mərkəzi direktorunun, yəni Fazil Alməmmədovun müavini təyin edilib.

Qeyd edək ki, Adil Məmmədzadə əvvəllər “Milla” MMC-də satış departamentinin müdiri olub. Onun oradan qalmaqallı şəkildə işdən çıxarıldığı bildirilir.

Adil Məmmədzadənin Nərimanov Tibb Mərkəzindəki fəaliyyəti barədə redaksiyamıza məlumatlar daxil olur. Hazırda bu məlumatları dəqiqləşdirməyə çalışırıq.

Xatırladaq ki, ötən il Fazil Alməmmədovun Tibb Mərkəzində ailə biznesi yaratması barədə geniş araşdırma dərc etmişdik.

Orada qeyd olunurdu ki, direktorun yeni ailə qurduğu ikinci həyat yoldaşının mərkəzdə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri olduğu üzə çıxsa da, aparıcı Aygün Alməmmədova Fazil Alməmmədovla ailə qurduğunu təkzib etmişdi.

Əldə etdiyimiz məlumata görə, onların artıq bir övladı dünyaya gəlib və Aygün Alməmmədova yenə də Tibb Mərkəzində mətbuat xidməti rəhbəridir.
Ardını oxu...
Abşeronda 1-ci qrup olan şəxsin 30 min manatı dələduzluq yolu ilə mənimsənilib.

Bu barədə Den.az-a müsahibəsində əlil şəxsin həyat yoldaşı Samirə Abbasova bildirib.

Belə ki, vətəndaş fərdi ev sahibi olmaq üçün bu işi görən rieltorla müqavilə bağlasa da, aylardır öz mənzilinə köçə bilmir. Buna səbəb isə tikintini həyata keçirən şəxslərin verdiyi vədə xilaf çıxmasıdır.

Abşeron rayon Masazır qəsəbəsində aldadıldığını iddia edən Samirə Abbasova deyir ki, fərdi qaydada müqavilə bağlayaraq 30 min manat pul ödəyib. Əvəzində isə ona Masazır qəsəbəsində tam təmirli 3 otaqlı fərdi evin tikilərək təhvil veriləcəyi bildirilib. Verilən vaxt ayın 10-da bitsə də, evin tikintisi tam başa çatdırılmayıb.

Şikayətçi iddia edir ki, Bəxtiyar Əsədov və onun həyat yoldaşı Susanə Əsədova bir neçə şəxsdən pul alaraq ev tikəcəyini vəd edib. Beləcə digər insanları da aldadaraq pulunu mənimsəyib. Bu azmış kimi, məlum olub ki, tikilən fərdi yaşayış evinin torpaq sahəsi də Samirə Abbasovanın adına rəsmiləşdirilməyib. İndi torpağı Bəxtiyar Əsədova satan şəxs pulunun tam ödənilmədiyini iddia edərək evin tikintisinə imkan vermir. Beləcə vətəndaş nə evini, nə də ödədiyi pulu geri ala bilir.

Vətəndaşı aldatdığı iddia edilən Bəxtiyar Əsədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz boşa çıxdığından, elə şikayətçi ilə birlikdə onun yaşadığı ünvana üz tutduq. Bizi binanın blokunda qarşılayan Bəxtiyar Əsədov iddiaların qismən doğru olduğunu etiraf etdi və maliyyə çatışmazlığı səbəbindən fərdi yaşayış sahəsinin tikilib vaxtında təhvil verilmədiyini bildirdi. Ancaq yaxın vaxtlarda problemi həll edəcəyinə söz verdi.

Vətəndaş Samirə Abbasova verilən müddətdə mənzilinin ona təhvil verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

 
 
 
Ardını oxu...
Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.
Ardını oxu...
Qeyd edək ki, Əfsər Mirzəliyev Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun müavini vəzifəsində çalışır.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Anaxeber.info-ya məlumat verən zərər çəkənlərin sözlərinə görə, 2 ildir davam edən məhkəmə prosesinə sədrlik hakim Əli Məmmədovda idi. Onun prosesə sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs barəsində heç zaman belə qərar çıxarılmayıb. İş hakim
Elnur Rzayevə verildikdən sonra məhkəmənin ilk günü məlum qərarı çıxarıb. Zərər çəkənlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova, həmçinin, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət edərək hakim Elnur Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərardan narazılıq bildiriblər. Onlar dələduzluq əməlləri sübuta yetirilmiş Pənah Kərimovun ev dustaqlığına buraxılmasını hakim Elnur Rzayevin qanunsuz qərarı hesab ediblər. Müraciətdə vurğulanıb ki, şirkətin sahibi Taley Alaverdiyevdir, 2018-ci ildə Yeni Günəşli ərazisində binanın tikintisinə başlanıb. Pənah Kərimov isə şərik kimi 2021-ci ildə, yəni üç il sonra bu işlərə qoşulub. Sakinlərin bildirdiyinə görə, elə Pənah Kərimovun binanın işlərinə girişməsindən sonra bir mənzilin bir neçə şəxsə satılması halları olub. Buna qədər heç bir dələduzluq, fırıldaq əməli yox idi. İndisə belə bir şəxsin ev dustaqlığına buraxılması yolverilməz haldır. Zərər çəkənlər arasında məhkəmə prosesində iştirak edənlər olub. Onlar Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Bununla belə, hakim Elnur Rzayev öz bildiyini edib və onu ev dustaqlığına buraxıb.
Prezidentə və Ali Məhkəmə sədrinə üz tutan zərər çəkənlər deyiblər ki, Pənah Kərimovun dələduzluq əməlləri prokurorluğun apardığı istintaqla sübut edilib, 165 ailənin zərər çəkdiyi isbat olunub, məhkəmənin qərarı ilə həm Taley Alaverdiyev, həm Pənah Kərimov barəsində həbs qətiimkan tədbiri seçilib. Bu müddətdə istintaq aparılıb, sonra hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmə istintaqı aparılıb, lakin hökm oxunmayıb. Amma elə ki iş hakim Elnur Rzayevə verilib, ilk gündən Pənah Kərimov azad edilib. Müraciətdə deyilir: "Cənab Prezident və möhtərəm Ali Məhkəmə sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev özbaşınalıq edib. Hakim dələduzluqda ittiham olunan şəxsi özünün ilk məhkəməsində necə azad edə bilər? Hansı məhkəmə-hüquq sistemində görünüb ki, təqsirləndirilən şəxs barəsində belə tezliklə ev dustaqlığı qərarı verilsin? Ən azı bir neçə proses olmalıdır, zərər çəkənlər dindirilməlidir. Bu fakt Azərbaycan məhkəmələrinin və hakimlərinin nə vəziyyətdə olduğunu, hansı sifarişlər yerinə yetirdiyini, rüşvətə bulaşdığını, ölkənin məhkəmə sistemini gözdən saldığını, Elnur Rzayev kimi hakimlərin dələduzları, fırıldaqçıları, bir mənzili bir neçə adama satanları müdafiə etdiyini göstərməkdədir. Bu qərar böyük təəssüf doğurur ki, hakim dələduzu qoruyur. Bizim üçün maraqlıdır, hakim Elnur Rzayev hansı maraq qarşılığında bu qərarı verib? Hər halda, biz sadəlövh deyilik ki, hakimin işə obyektiv yanaşdığına inanaq. Pənah Kərimov hakim Elnur Rzayevin qohumu-dostu da deyil ki, ona ürəyi yansın. Deməli, burada maddi maraq güdülüb. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Rzayevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb".
Müraciətdə Baş Prokurorluğun hakimin qərarından protest verilməsi istənilib və işə Ali Məhkəmə sədri İnam Kərimovun da qarışması xahiş edilib: "Biz dövlətimizə inanırıq. Əminik ki, Elnur Rzayev adlı hakimin dələduzu, 165 ailənin başına oyun açan bir cinayətkarı müdafiə etməsinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək. Biz dövlət başçımızın da məsələ ilə bağlı tapşırıq verəcəyinə güvənirik. Bilirik ki, ölkəmizin başına gələn bu faciəvi hadisə, təyyarəmizin vurulması ilə bağlı cənab prezidentin başı qarışıqdır, amma biz zərər çəkən insanlara qarşı hakimin etdiyi bu hərəkətlə bağlı müraciətimizə baxılacağını, Prezident Administrasiyasından mövqe bildiriləcəyini gözləyirik. Ona görə prokurorluğun protesti əsasında Pənah Kərimovun yenidən həbsə göndəriləcəyini, məhkəmə istintaqında zərər çəkənlərin də iştirakı ilə ona hökm oxunacağını gözləyirik. Biz 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik". Sonda zərər çəkənlər anons ediblər ki, bayram tətilindən sonra hakimin bu qərarına görə PA və Məhkəmə-Hüquq Şurası önünə toplaşaraq etirazlarını bildirəcəklər.

Anaxeber.info
 
 
 
Ardını oxu...
Azərbaycanda xaricə qeyri-neft məhsulu ixrac edənlərin yeni siyahısı açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən verilən məlumata görə, bu ilin yavnar-noyabr aylarında Azərbaycanın xaricə qeyri-neft ixracı 3,1 milyard manat olub kİ, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% artıqdır.

Bu dövrdə ölkədən ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkət və sahibkarların siyahısına yeni sahibkar qoşulub.

Bu Süleymanova Göhər Süleyman qızıdır, o ilk 11 ayda xaricə 50,6 milyon dollarlıq məhsul ixrac edib. Maraqlıdır ki, xanım sahibkar iri ixracla bu ildən məşğul olmağa başlayıb, ötən il onun adı ilk 10-luqda deyildi.

Siyahıya isə 90,7 milyon dollarlıq ixracla «MKT İstehsalat və Kommersiya» şirkəti başçılıq edir. Ötən illə müqayisədə şirkətin ixrac 4 milyon manata yaxın artıb.

2-ci yeri yükdaşımaları ilə məşğul olan «Silk Vey Vest» aviaşirkəti yüksəlib. Sözügedən şirkət 11 ayda 75 milyon dollarlıq mal və xidmət ixrac edib. Ötən illə müqayisədə şirkətin xarici sifarişçilərə göstərdiyi xidmətlər 110 dəfə artıb. Ötən il cəmi 700 min manat olmuşdu.

«Baku Steel Company»nin ixracı 57 milyon dollar, «Tabaterra»nın ixracı 30 milyon dollar, «Atena» şirkətinin ixracı 26 milyon dollar təşkil edib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xatirə Quliyeva
1(009)-190/2024 saylı İş üzrə Xüsusi ittihamçı
Fəlsəfə elmləri doktoru

Əziz oxucum,
Mən Sizə “kos-koca” 2 İL boyunca SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ baş verən bezobraziyalar haqqında çox danışmışam.
İlin son günləridir, Hesabat kimi yada salıram. Belə ki, mən, bəndeyi həqiriniz Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 01.12.2023-cü il tarixdə Azərbaycan Dövlətinə və Xalqına qarşı həm də nəinki ölkədə, - ermənilər qarışıq minlərlə üzvü olan Facebook sosial şəbəkəsində, hətta mənfur erməni media resurslarında alçaldıcı çıxışlar edən, Albaniyanın, Midiyanın Azərbaycana aid olmadığını, ermənilərin yox, Azərbaycanlıların bu torpaqlara gəldiyini, Azərbaycanlıların Monqol köçəriləri olduğunu, Türklər hara gedirlər, hər şeyi zəbt edirlər, Türlər qırılmalıdır”, İslamın Türklərin dini olmadığını, Türklərin filosofu olmadığını, Türklərin igidlərinin də “oğ - ş” olduğunu, “oğ -ş” sözü ancaq Azərbaycanda olduğunu,ona görə Azərbaycanlıların “oğ - şlıqda” çempion olduqlarını, Quba xanlarının Azərbaycanlı olmadığını, Üzeyir Hacıbəyovun Azərbaycanlı olmadığını, Azərbaycanlıların kürdləri və s. etnikləri assimlyasiya etdiyini, Lütfi-Zadənin yəhudi olduğunu və s. və i. a 100-lərlə Əleyhimizə zidd fikri YAZAN, EFİRDƏ DEYƏN, “Azərbaycanlılar ancaq əzilməlidir”, Azərbaycan partlayacaq”, “Azərbaycanda heç vaxt islahat olmayacaq”, erməni mətbuatında “Azərbaycan qadınları doğmayın, Nə vaxt dövlət əmr edər “cütləşərsiz”, “balalayarsız”,“müharibə deyəndə heç təsəvvür edirsiz qarşınızda hansı dövlətdir?!”, “kimsiz Azərbaycanlılar. qorxun ermənilər yenə yıxarlar Sizi asvalta” və çox-çox sayda dövlətimiz və xalqımızın əleyhinə (cahanplus.com saytında 10-dan çox tutarlı fatlarla məqalə var) çıxışları olan (erməni olduğunu deyə bilmərəm), erməni şüurlu olduğunu sübut etdiyim Aydın Əli-Zadənin onun vətən xaini, cəsus simasını ifşa etdiyimə görə barəmdə verdiyi Xüsusi İttiham Qaydasında Şikayət ərizəsini cavabdeh olaraq qeydiyyat Ünvanım Nizami rayonuna, müvəqqəti faktiki ünvanım Sabunçu rayonuna olduğu halda qəbul edib, hələ bir 7 dekabrda şikayəti mənə göndərmədən, elektron portala yükləmədən, 2-ci hazırlıq iclasına ittihamçıya verdiyi Bildişdən mənə göndərməyən, bunu 3 media yazımla tənqid etdikdən sonra “məni tanımırsan” və s. təhdidlərdən də açıq anlaşılan məcbur olub Nizami rayon məhkəməsinə göndərən, sonra mən Aydın Əli-Zadənin ağır təhqir və böhtanlarına dözməyib ondan eynilə Xüsusi ittiham Qaydasında Şikayət verdikdə icraatına aldığı, eyni zamanda özünə Etiraz vermədiyi qalsın, işə birtərəfli, “nəyə görəsə” tərəfində olduğu bu şəxsi müdafiə xarakterində baxdığı hazırlıq iclasından mən həm halım pisləşdiyi, həm ona Etiraz verdiyim, əsassız yerə qəbul etmədiyi, həm də Ərizə verən – İttihamçı olaraq Ərizəmə baxılmasından imtina edib getmək istədikdə məni iri gövdəsi ilə ( qapı ilə polis punktu arasında 1 metrə belə məsafə yox idi və mən bir addım geri – zala çəkilməsəydim bədənlərimiz 1-1-nə yapışacaqdı!..) zala qaytaran, təsadüf ya zərurət(!) telefonumdan oxunanda SULAR dayanan, Peyğəmbərimizin, dayanmağı buyurduğu günorta – zöhr Azanı səslənəndə saya salmadan Əli-Zadənin xeyrnə, qanunları taptalayan Qərarını oxuyan, bunlara əlavə A.Əli-Zadə keçən ilin may ayında mən Apellyasiya məhkəməsi mənim xeyrimə Qərar qəbul edəndən dərhal sonra 2 dəfə tam formal olaraq məndən Xüsusi İttiham Qaydasında 2-ci və 3-cü Şiyasətini verdikdə və bu məqsədli Şikyətlərin hər ikisinə baxan hakim Ülviyyə Şükürovanın birinci iş üzrə hazırlıq iclasında içəri girib hakimin qaşısında dayanıb ona pıçıltı ilə nə isə deyən, mən irad bildirdikdə keçib İTTİHAMÇI stolu arxasında oturan, sonra dodaqaltı məni “söyüb” gedən hakim Azər Tağıyev “şoularından”, mən Aydın Əli-Zadənin əvəz çıxmaq niyyətli və qərəzli məni dayanmadan təhqirlərindən, böhtanlarından ikinci dəfə Xüsusi İttiham Qaydasında ikinci Şikayətimi verdikdə hakim Şəhla Süleymanovanın “ikiüzlü” qərar çıxarmasından – işə baxmamasından, zalda ayrı Qərar elan edib, e.mehkeme portalına başqa Yekun nəticə yerləşdirməsindən və s. və i.a Səbail rayon Məhkəməsinin qanunsuzluqlar dənizindən, okeanından çox-çox yazmışam. BU GENİŞ SADALADIQLARIM MƏNİM HƏQİQƏT TRİBUNAM CAHANPLUS.COM SAYTINDA (https://cahanplus.com/tehsil/5459-azerbaycan-ve-tacikistan-arasinda-tehsil-kvotasinin-sayi-artirilacaq.html) ONLARLA MƏQALƏDƏ ƏKSİNİ TAPIB.
Əziz oxucum!
Mən Dövlətimin heç bir məhkəməsi, hakim kütləsi haqqında əsassız bir cümlə yazmamışam, bu yazım da dəqiq fakta söykənir.
Ardını oxu...

Bayram qabağı heç çox da dərinə getməyib diqqətə AR Ədliyyə nazirliyinin E.Mehkeme portalından Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın YEKUN NƏTİCƏSİNİ ƏKS ETDİRƏN FOTONU təqdim etməklə bu məhkəmədə vətənimizin milli təhlükəsizliyinə düşmən olan Aydın Əli-Zadəyə tərəf və əsas məsələ qanunlarımızı taptalayan, şikayətçini savadsız qələbə verən, məhkəmə nüfuzunu əzən bir növbəti SAXTAKARLIQ NÜMUNƏSİ - MƏHKƏMƏ QƏRARINDAN QISACA BƏHS EDƏCƏYƏM.
Ardını oxu...
Belə ki, hər bir Şikayətçi və ya Məhkəməyə Müraciət edən Ərizəsini İMZALAMALI, ŞİKAYƏT ETDİYİ ŞƏXSİN İNHİSALLARINI DÜZGÜN GÖSTƏRMƏLİDİR.
Bu qanun - maddəsiz hər kəsə aydın məsələdir. AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri də bu məsələni ehtiva edir. Deməli, əgər Ərizə verən və ya göndərən, müasir dövrdə elektron yükləyən şəxs AR CPM-nin 293.3.1. və 293.3.7 maddələrinə əməl etməlidir. Əks halda onun Ərizəsi hakim tərəfindən Qərar çıxarılmaqla geri qaytarılır.
Bu hal mənim başıma elə ilk öncə Səbail rayon məhkəməsinə indi Ülviyyə Şükürovanın icratında olan Ərizəmi verdikdə hakim Şəhla Süleymanova geri qaytardı ki, İmza qoyulmayıb. Mən də Ərizəmi imzalayıb Nərimanov rayonunda Heydər Əliyev prospektindəki Poçtla məhkəməyə göndərdim. Doğrudur mən e.mehkeme portalı ilə göndərmişdim. Amma hakim Qərar çıxartdı və həm portala yerləşdirdi, həm evimə göndərdi. Mən də İmzalayıb poçtla göndərdim.
Elə qəribəi də budur ki, mən Ərizəmi imzalayıb məhkəməyə göndərdim. Hakim 4 aprel 2024-cü il tarixinə birinci hazırlıq iclası təyin etdi. Deməli İMZA problemi həll olundu. Eyni zamanda əgər mənim ərizəmdə şikayət etdiyim adamın inhisalları düzgün yazılmasaydı hakim Süleymanova bunu da yazardı, düzəldərdim...
Beləcə 4 apreldə hazırlıq iclası oldu. Vəkil İŞLƏ TANIŞ OLMAQ ÜÇÜN vaxt istədi. Hakim qəbul etdi və müxtəsəri növbəti hazırlıq iclası 22 aprelə təyin olundu. Həmin gün də “ikiüzlü Qərar” meydana çıxdı.
Mən bu “ikiüzlü Qərar”-dan Apellyasiya şikayəti verdim və 29 mayda Apellyasiya məhkəməsi mənim Şikayətimi təmin, Şəhla Süleymanovanın qərarını ləğv etdi. Bu öz yerində!
AHA! Əgər vəziyyət hakim Ülviyyə Şükürovanın 25 dekabr 2024-cü il tarixdə keçirmiş olduğu səviyyəsiz, səriştəsiz hazırlıq iclasının YEKUN NƏTİCƏSİNDƏKİ KİMİ AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri XARİCİNDƏ OLSAYDI, yəni mənim Ərizəm imzalanmamış olsaydı, o zaman mənim ərizəmi Apellyasiya məhkəməsi qəbul edib baxmazdı! Deməli, YALANDIR, SAXTAKARLIQDIR hakim Ülviyyə Şükürovanın 25 dekabr 2024-cü il tarixdə keçirdiyi hazırlıq iclasının YEKUN NƏTİCƏSİ!!!
Yeri gəlmişkən mən Apellyasiya məhkəməsinin xeyrimə olan 29.05.2024 tarixli Qərarında yalnız bir məsələdən - hakimləri işdə olan DİN Xüsusi İdarəsinin məktubuna bganə olub işə Səbail rayon məhkəməsində baxılmasının məqbul sayılmasından narazı qalıb Ali məhkəməyə kassasiya şikayəti verdim.
29 oktyabrda Ali məhkəmədə iclasa sədrlik edən hakim Şahin Yusifovun birinci sözü bu oldu ki, Apellyasiya Sizin xeyrinizə qərar qəbul edib, Ərizənizi geri götürün, mən əsaslandıracağam. Bu vaxt hakimin sağ tərəfdə oturmuş adını bilmədiyim hakim duzsuz bir replika da atdı ki, xeyrinizə olub, Şahin müəllimi görməyə gəlmisiz. Mən bu “dəyərli” Ali məhkəmə hakimimizə məhkəməyə ciddi arqumentlə şikayətimə baxılması üçün gəldiyimi bildirdim. Bu ayrı məsələ. Əsas odur ki, əgər mən Ərizəmi imzalamasaydım, Ali məhkəmə qəbul edib işə baxmazdı və Apellyasiya məhkəməsinin Qərarını qüvvədə saxlayıb İşə yenidən baxmaq üçün I İnstansiya məhkəməsi - Səbail rayon məhkəməsinə göndərməzdi!
Deməli, bu fakt da təsdiqləyir ki, hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTINDA NƏTİCƏ HİSSƏ YALANDIR!!!
Bundan da başqa əgər Ərizəmdə İmzam yox idi, Şikayət olunanın inhisalları yoxdu Ülviyyə Şükürova hansı əsasla İclası açıb, dinləmələr aparıb, vəkil çağırıb... İclasda Vəkili təqdim edib. Doğrudur savadı ilə əlaqədar o vəkilə hətta 1 dəqiqəlik Söz vermədi. Versəydi vəkil İşlə tanışlıq üçün vaxt istəyərdi.
Göründüyü kimi Ülviyyə Şükürova qeyri-peşəkarlıqla, savadsızlıqla olsa da İclas keçirib. Ortada isə budur SAXTA bir Yekun Məhkəmə Aktı vardır. CPM-nin 293.1. və 293.3.7 maddələri nə görə İş icraata alınmayıb. Buyurun baxın!

Ülviyyə Şükürovanın PEŞƏKAR SAXTAKARLIĞI haqqında iki ciddi arqument ondan ibarətdit ki, 1. e.mehkeme portalında İŞİN TARİXCƏSİ HİSSƏSİNDƏ Şəhla Süleymanovanın işə baxması, İKİÜZLÜ YEKUN MƏHKƏMƏ AKTI QARIŞIQ HƏR ŞEY YOXA ÇIXIB!
İKİNCİSİ: Ülviyyə Şükürova özünü İclas prosesində İŞDƏN tamamilə xəbərsiz göstərirdi. Mən ona 2 yüksək məhkəmənin 6 hakiminin mənim Xüssusi İttiham Şikayətimdə müddəalarla haqlı olduğu əsaslandıran Qərar qəbul etdiyini bildirdikd, məni saymırdı. Qarşı tərəfə müsbət münasibətini mənim üstümə qışqırmaqla da təsdiqlədi. O, bütün imkanları ilə mənim guya yeni şikayət verdiyimi ispatlamağa çalışırdı. Hətta bu İşin mahiyyəti üzrə Aydın Əli-Zadənin 2 şikayətinə baxdığını da və deməli məsələdən istər-istəməz hali olduğunu süni dekorativ bəzəkli ibarələrlə gizlədirdi. Başqa çox-çox ciddi məsələlər var.
Məsələn, o Aydın Əli-Zadənin 2 şikayətinə ümumiyyətlə baxmamalı idi. Çünki mənim – cavabdehin ünvanı Nizami rayonu idi. Necəki, hakim Azər Tağıyev Nizami rayonunna (məcbur olub) göndərmişdi, o da göndərməli idi!. Niyə göndərmədi?! Asarlar məni rüşvət aldığı üçün desəm! Tapşırığa görə!.. Bunu da demək olmaz! Hakimlər ətəklərində namaz qılınası adamlardırlar axı! Əlbəttə ki, buna nəinki ölkəmizdə heç Avropa qədər uzaqlarda inanmırlar və buna görə də Stop!
Bundan başqa Ülviyyə Şükürovanın mənimlə 10 il bundan qabaqdan bu günə, bu saata,v bu dəqiqəyə kimi əsl düşmənçiliyi var! Mən yaşlıyam, 2-ci qrup əliləm. Ciddi elmi tədqiqatlarla məşəğulam! Bu əsaslarla mən onu tanımaya bilərəm. O isə məni mütləq tanıyır. Məhz bu baxımdan onun mənim Şikayətimə baxmağa hüququ yoxdur!
Digər tərəfdən, Şəhla Süleymanova bu Şikayətimə baxdıqdan sonra mən Apellyasiya şikayəti verdim. Elman Rəhimovun sədrliyi ilə olan hakimlər heyəti Şəhla Süleymanovanın ikiüzlü qərarını ləğv edən, mənim xeyrimə Qərar çıxardıb, yenidən baxılması üçün Səbail rayon məhkəməsinə göndərdilər. Indi bu Qərar da e.mehkeme portalında yoxa çıxıb!!! Əsas məsələ Apellyasiya məhkəməsi Qərarı Səbail rayon məhkəməsinə göndərdikdə İŞ Şəhla Süleymanovanın İcraatına verildi. Mən Kassasiya Şikayəti verdiyim üçün və Şəhla Süleymanovanın bu işə təkrar baxmasının qaqnuna zidd olduğuna görə Etiraz yazdım. İŞ (bu qədər maralı idilər!) Kassasiya Şikayəti verməyim saya salılmadan Ülviyyə Şükürovaya verildi. Mən Kassasiya Şikayəti verdiyimi yenə dönə-dönə yazdım. Təəssüf ki, e.mehkeme portalında bu yazılar daha yoxdur!
Sonra Aydın Əli-Zadə məndən ikinci və üçüncü Şikayəti verdi. Bu şikayət Şəhla Süleymanovaya verildikdə həm mən ona, həm o öz-özünə Şikayət verdi. Bu əsasla İŞƏ Ülviyyə Şükürova baxdı.
Deməli, Ülviyyə Şükürovanın həm mənımlə əsl düşmən münasibəti baxımından, həm də 3-cü dəfə eyni motivli və eyni adaamlarla olan İŞDƏ özünə ETİRAZ verməsi labüd idi. Lakin onun bu İŞƏ baxması və AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri ilə YEKUN MƏHKƏMƏ AKTI çıxarıb e.mehkeme portalına yükləməklə öz Qərarını bu şəkildə əsaslandırması onun üçün qanunların aliliyi prinsipinin, hakim andının heç olduğu anlamına gəlir.
Mən bu Yekun Məhkəmə Aktının qanun maddələri ilə tanış olduqdan sonra onun məhkəmə katibinə mənə zəng vurub İŞİN məhkəməyə Ali məhkəmədən gəldiyini və İmzamın da, Şikayətçi olduğum Aydın Əli-Zadənin inhisallarının düzgün olduğunu da bildirdim. Məhkəmə katibi (deyəsən) hakimlə danışıb dedi ki, bu maddələrdən başqalarını hakim Qərarda yazacaq! Nə?! Necə yəni?! Dərəbəylik!
Bu müddəa DƏHŞƏT SAVADSIZLIQ, ÖZBAŞNALIQ, SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ QANUNLARIN KÖLƏ OLMASI DEMƏKDİR.

Çünki AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri olduqda heç bir hakim İşə baxmağa başlaya bilməz!

Əziz oxucum!
Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova ilə sözün hərfi mənasında olduqca ciddi düşmənçiliyimizə gəlincə, bunu YENİ İLƏ saxlayıram.

Yeni İLdə hamınıza möhkəm cansağlığı, sarqılmaz iradə, bolluca uğurlar diləyirəm.
 

Dünyapress TV

Xəbər lenti