Ardını oxu...
“Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, milli-mənəvi dəyərlərini, Vətəninin ərazi bütövlüyünü qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Dövlət rəmzlərimizi bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Ən ümdəsi isə odur ki, həyatda yerini düzgün tutmalı, Vətənə layiqli övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə, bacarmalıdır”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Biz bu gün sevinirik ki, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş gəncliyimiz var və bu gənclik böyük siyasi irsin daşıyıcısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı azad etdilər və tarixi qədim olan Azərbaycanımızı öz ərazi bütövlüyünə qovuşdurdular. Bu nöqteyi-nəzərdən, tarix müəllimlərinin üzərinə böyük vəzifə düşür. Şanlı Qələbəmizin əhəmiyyətini, onun nəticələrinin qorunmasının vacibliyini yetişməkdə olan nəslə çatdırmaq, Vətən müharibəsi qəhrəmanlarını tanıtmaq, şəhidlərimizin xatirəsinin əziz tutulmasını təbliğ etmək və s. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir.
Lakin müşahidələr və etibarlı mənbələrdən alınan məlumatlar göstərir ki, tarix müəllimləri arasında bu olduqca vacib vəzifəni layiqincə yerinə yetirməyənlər var və daha təhlükəli meyl budur ki, bu müstəvidəki nöqsanlar heç də öyrədənin peşəkarlıq səviyyəsinin azlığından deyil, bəzən siyasi orientasiyasının şübhəli olmasından irəli gəlir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Quba rayon 1 nömrəli orta məktəbin tarix müəllimi, həm də repetitorluq edən Rzayeva Aynurə Hacıağa qızı tarix fənnində Vətən müharibəsinin əhəmiyyətini, torpaqlarımızın geri alınması ilə bağlı məsələləri düzgün rakursdan tədris etmir, şagirdləri çaşqınlığa salır. Məsələn, 9-10 noyabr 2020-ci il tarixdə, Ermənistan-Naxçıvan sərhədində rusların vertolyotu vuruldu deyə Xankəndini bizə vermədilər, Xocalı heç vaxt bizim olmayacaq. Adının çəkilməsini istəməyən valideyn bildirir ki, müəllimə bir neçə dəfə bu məsələ ilə bağlı iradlarını bildirsə də, A.Rzayeva ona sərt cavab vermiş, özündənrazı halda “məndə heç kim nöqsan tuta bilməz” demiş, üstəgəl, arxasının möhkəm bağlı olduğunu, ana tərəfdən qohumu olan bir qızın qeyri-rəsmi yaxın münasibətdə olduğu vəzifəli şəxsin Prezident Administrasiyasında işlədiyini, lazım gəlsə güvəndiyi həmin şəxsi məlumatlandıracağı, təsirli tədbir gördürəcəyi ilə hədələmişdir.
Üstəgəl, qeyd edilir ki, məktəbin direktoru Çılğamlı Şəbnəm Elçin qızı nüfuzdan düşdüyü üçün kollektiv üzərində nəzarəti itirib. Xanım direktorun ailə üzvü Hilal Çılğamlı keçən il bu vaxt DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində tutulub. Onun üzərində və yaşadığı evdə narkotik maddə olan marixuana, tiryək, heroin və “patı”, “şüşə” adlandırılan metamfetamin aşkar olunaraq götürülüb. Sözsüz, yəqin qubalılar bu ailəni yaxşı tanıyırlarmış deyə Şəbnəm Çılğamlı 2020-ci ildə keçirilən parlament seçkilərində 52 saylı DSK-dən namizədliyini irəli sürəndə ona səs verməyiblər.
Məlumatı təqdim edən mənbə bu məsələnin KİV-də ictimailəşdirilməsindən sonra aidiyyəti qurumların qanunsuz olaraq məktəbdə həm də repititorluq edən həmin müəllimə barəsində araşdırma aparacağına, fəaliyyətinin yoxlanılmasının təşkil ediləcəyinə, barəsində lazımi ölçü götürəcəyinə ümid edir. Bizə də maraqlıdır: Görəsən, tarix üzrə dərs vəsaitinin üz qabığında xaçmazlı Topçu Vüsalın fotoşəklinə qubalı Aynurə müəllimənin münasibəti necədir?
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
1
 
Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

Daha sonra müəllimlərin müraciətində deyilir:

Bu ilki 2-ci kurs magistrantların isə indi məlum olur ki, HƏLƏ HEÇ DİSSERTASİYA MÖVZULARI VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrədirlər, qarşıda yalnız bir semestr qalır. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilib, nə də elmi rəhbər təyin edilib.

İndi AzTU-da 2-ci kurs magistrantlar təlaş içindədirlər, əlləri də heç bir yerə çatmır. Onlar öz ixtisas kafedralarına müraciət edirlər, kafedralarda onlara cavab verirlər ki, biz hələ heç nə bilmirik, gözləyin. Tələbələr soruşurlar ki, nəyi gözləyək və nə vaxtacan gözləyək, niyə gözləyək? Sonra tələbələr magistratura və doktorantura şöbəsinə (indi bu şöbənin də adını rektor bir əndrəbadi adla - “Yüksək Təhsil İnstitutu” adı ilə adlandırıb, görəsən hansı “yüksək təhsildən” söhbət gedir?) müraciət edirlər. Orada da onlara deyirlər, “səbr edin, tələsməyin, hələ gözləyin”. Heç kimin – nə kafedra müdirlərinin, nə də “Yüksək Təhsil İnstitutu” “direktorunun” bunu rektordan soruşmağa cəsarətləri çatmır.

AzTU-da vəzifəli şəxslərin hamısı “mənim nəyimə gərək, məgər məndən başqa adam yoxdur?” prinsipi ilə işləyir. Sual olunur, rektor magistr dissertasiyaları ilə əlaqədar belə vəziyyəti niyə yaradır? Bəs rektor hələ yarım il bundan əvvəl deyirdi ki, magistr dissertasiyalarına real tədqiqat mövzuları vermək lazımdır, mövzular magistrantların işlədikləri müəssisənin iş xüsusiyyətləri ilə əlaqədar olmalıdırlar (əyani təhsildə nə iş yeri? Bunu da rektordan soruşmaq lazımdır), indi bir il yarımdır ki, onlara heç adi mövzu da verməyibmiş ki, dissertasiya üzərində işə başlasınlar.

Qeyd edək ki, bu “səhlənkarlıq” üçün eyni dərəcədə Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov da məsuliyyət daşıyırlar. Rektorun mövcud təlimatlardan bu dərəcədə də xəbərsiz olduğunu və magistrantların bu narahatçılığı haqqında məlumatların ona heç çatmadığını da güman etmək sadəlövhlük olardı. Bu sualın yalnız bir cavabı ola bilər – magistrantları vaxt çatışmazlığı şəraitində, magistraturanı bitirmək məqamında çıxılmaz vəziyyətə salmaq və bu vəziyyətdən öz korrupsiya məqsədləri üçün istifadə etmək, onlara dar macalda necə gəldi 4-5 nəfərə bir dissertasiya satmaqla gəlir götürmək. Elə buna görə də rektor son iki ildə magistraturaya qəbulu artıraraq, ildə 1000 nəfərə çatdırıb, halbuki, əvvəlki illərdə magistraturaya 250-300 tələbə qəbul edilirdi. İndi isə ildə 1000 nəfər, iki ildə cəmi 2000 magistranta elmi rəhbərlik etməyə də universitetdə elmi dərəcəsi olan müəllim kadrlar çatışmır. Təlimata görə isə hər elmi dərəcəli müəllim yalnız 2 magistr dissertasiyasına rəhbərlik edə bilər.

Bu qədər müəllim isə sadəcə olaraq yoxdur. Onu da nəzərə alaq ki, V.Vəliyev rektor olduğu 3 ildə AzTU-nun təcrübəli müəllim kadrlarının, əsasən də ixtisas kafedralarının kadrlarının təqribən 30-40 faizini müxtəlif vasitələrlə universitetdən uzaqlaşdırıb, pərən-pərən salıb. İndi bəzi fənlərdən dərs deməyə adam tapmırlar, nəinki, dissertasiya rəhbərliyinə. Müəllimlərlə əlaqədar V.Vəliyevin indi dillərə düşmüş bir deyimi var, o tez-tez təkrar edir: “Mənə nə kafedra lazımdır, nə də müəllim. Neynirəm kafedranı, müəllim lazım olsa, küçədən çağıraram, gəlib dərsini deyib, getsin.”

Bu isə əslində o deməkdir ki, ona təhsil lazım deyil. Bəs rektora nə lazımdır? O, elə bilir ki, Texniki Universitetdə tədris edilən bu qədər spesifik ixtisas fənlərindən dərs deyə bilən müəllimlər küçələrə tökülüb, gözləyirlər, çağıran kimi gələcəklər. Hal-hazırda bir çox fənlərdən müəllimlər doğrudan da çatışmır. Çatışmir, çatışmasın. Bu, heç onun vecinə də deyil. Yoxdur, olmasın. Məgər onu tədris keyfiyyəti maraqlandırır? Belə küçə düşüncəli adamdan da universitet rektoru olar? 2-ci kurs magistrantlar isə təlaş içindədirlər...

V.Vəliyev AzTU-ya rektor gələn gündən özü üçün xırda gəlir mənbəyi axtarmaqla məşğuldur. Ancaq arzulamaq azdır, onun bu işə də bacarığı çatmır. 3 ildir ki, o, universitetdə “AzTU taksi xidməti” açmaq arzusu ilə yaşayırdı, hətta bu haqda universitet elmi şurasında 3-4 dəfə qərar da qəbul etdirdi (biz hələ onu demirik ki, belə bir işlə məşğul olmaq universitetə yaraşmaz, universitet elmi şurası belə qərarları müzakirə etmək üçün deyil). O, elə bilirdi ki, qərar çıxarmaqla şirkət öz-özünə işə düşəcək. Şirkətə işçilər də təyin etdi. Biz əvvəlki yazılarımızın birində istehza ilə yazmışdıq ki, “AzTU taksi xidməti” “böyük müvəffəqiyyətlə fəaliyyət göstərir”. Əslində isə onun bu arzusu və planı da kağız üzərində qaldı və işləmədi. İndi taksi xidmətinin bir səsi-sorağı da yoxdur. Ona məsləhət görürük ki, universitetin həyətində avtomobil yumaq məntəqəsi açsın, bizcə, bu çox da çətin olmaz və səmərəli olar. Universitetin həyətində hər gün xeyli maşın dayanır, elə onları hərdən yusalar, kifayətdir, xeyli gəlir gətirər. Həm də V.Vəliyevin 3 ildə yaratdığı saysız-hesabsız yeni açılmış şöbələrə işə qəbul etdiyi qohum-qardaşının, yerlilərinin saysız-hesabsız cavan qızlarının hamısı işə öz maşınları ilə gəlirlər və onları həyətdə saxlamağa yer də çatmır. Onlar da hərdən maşınlarını elə iş vaxtındaca yudurdarlar.

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Şərurdan mənə çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq ictimailəşdirim. Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman zalının olduğu ərazini zəbt edərək, orada özünə və qaynına villa tikdirib.
Ardını oxu...
Bir hissəsini isə baha qiymətə başqa adamlara satıb. Mən Naxçıvana çox az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Mən elə bilirdim ki, əsaslı təmirdən sonra məktəbin stadionunun yerini dəyişiblər. Yerli sakinlər isə oradakı ab-havaya görə, qorxub susublar.
Həmin stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış idmançıları yetişdirib. Adan necə bu nalayiq addımı ata bilər? Şərur şəhər 1 saylı məktəbi həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki dildə yüksək səviyyəli tədris verilib. Azər Zeynalovun dədə-baba evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Adam özünün də unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt edilmiş həmin ərazinin məktəbin balansına qaytarmasını tələb edir…
Məhəmmədəli Qəribli
TEREF,AZ
 
Ardını oxu...
Hospitalın əməkdaşlarından birisi işdən azad edilməsi və bundan sonra "MedEra" rəsmiləri tərəfindən borclu qismində şikayət edilməsi ilə bağlı Ulutv.info xəbər portalına şikayət edilmişdir. L.Cəfərova redaksiyaya şikayət edərək bildirir ki, 1 il 8 ay "MedEra" hospitalında çalışıb. Lakin onun qeydiyyata alınması 2022-ci ilin fevral ayınada rəsmiləşib. Əmək haqqı isə L.Cəfərovaya nəğd şəkildə verilib. İşə qəbul edilərkən onun məvacibinin 550 manat olacağını qeyd edən Hospital rəsmilərinin sözünə etibar edərək fəaliyyət göstərib. Lakin onun 1 il 2 ay məvacibi 270 manat olaraq əldən ələ ödənilib. Qalan pulunun karta oturulacağı qeyd edilsədə L.Cəfərova verilən vədlərin tutulmadığını görüb. Adına çox gec kart açılması yerdə qalan sonuncu altı ayını isə karta mədaxil edilib. işdən çıxdıqdan sonra bankdan əməkhaqqını çıxarmışdır. lakin L.Cəfərovanın başına gələnlər bundan sonra başlayıb. İlkin olaraq işçilərin əmək haqq ödənilən kartlarının özlərində deyil MedEra hospitalının rıəsmisi Leyla xanımda qalmaqdadır. keçmiş xanım əməkdaşla bağlı "MedEra" hospitalının Maliyyə Məsələləri Üzrə Direktor Müavini Rəfail Abbasov tərəfindən Binəqədi rayon 5-ci bölməyə şikayət verib. Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin inspektoru Elvin Əliyev xanımı polis idarəsinə izahat verməyə dəvət edir. İnspektor E.Əliyev ilkin şikayət üzrə xanımı izahata çağırıb və şikayətçi ilə məsələni gedib yoluna qoymağı məsləhət görüb. Çox maraqlıdır polis inpektoru Elvin Əliyev şikayəti araşdırmadan maddi subutları toplamadan hansı halda Şikayət edilən şəxsi polis idarəsinə çağırır. İstirahət günü vətəndaşı telefonla narahat edərək idarəyə dəvət edən inspektor L.Cəfərova fakt tələb edib. Lakin İnspektor tək ərizə üzrə iş apardığını bildirib. Şikayətçinin Kimliyi isə çox maraqlı bir nüansla yadımızda qaldı. Xanım ondan Şikayət edən şəxsin MedEra Hospitalın Maliyyə direktor müavini Rəfail Abbasovdur. Şikayətçi olan xanımın şikayətini araşdlırarkən qarşı tərəfi qanunla dinləməli olduğumuzdan Rəfail bəydən münasibət öyrənmək istədik. Xanımın barəsində şikayətinin nədən ibarət olduğunu və nə vaxt xanıma borc verilməsi ilə bağlı məlumat almaq istədik. İlk öncə L.Cəfərovaya borcun verilməsində iştirak etmədiyin deyen Rəfail bəy hansı haqqla xanımdan şikayətçi olduğunada aydınlıq gətirə bilmədi. Lakin şablon olaraq kasadan verilib xanıma şəxsi ehtiyacına göre deyib durdu. Amma kimin borc vermesinidə bilmədiyi halda resmi sorğu verməyimizi və bunun müqabilində sualarımıza cavab veriləcəyini qeyd edən R.Abbasovun istəyini icra etdik. Amma görünən dağa nə bəllədci ki, sən demə ümumiyyətlə MedEra hospitalında elektron adresə gələn məktublara cavab verilmir. Alternativ olaraq R.Abbasovun Whatsappnömrəsinədə eyni sorğunu email adresde olduğu kimi gönderdik. Lakin iki gün erzində R.Abbasov heç bir sorğumuza cavab verilməsini təmin etməyib.
Aparılan araşdırmamıza sunimaniələr yaradılsada məsələ ilə bağlı araşdırmamız davam edir. məslənin təfərüatlarını sizlərə çatıracağıq.
Azərbaycan Respublikasının KİV haqqında qanununa istinadən qarşı tərəfin cavab vermə hüququ tərəfimizdən sonacan qorunmaqdadır.
Ulutv.info
 
Ardını oxu...
Məlum olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının oktyabr ayının 25-də keçirilən ümumi yığıncağında, səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçildi. Buna qədər, yəni 2019-2022-ci illərdə prezident olmuş Ramiz Mehdiyevin dövründə Milli Elmlər Akademiyasının ətrafında çox qalmaqallı hadisələr yaşandı. Ən böyük qalmaqal isə AMEA-nın bəzi institutlarında baş verən maliyyə pozuntuları ilə bağlı oldu. Belə ki, Hesablama Palatasının 2021-ci ildəki açıqlamasında AMEA-nın bəzi institutlarında dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə etdiyi, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verildiyi də göstərilirdi. Eynən Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində olduğu kimi.

Aktualinfo.org sözügedən qurumun Tender Komissiyası tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmada AMEA-nın Gəncə Bölməsində illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaradan bir sıra hallar məlum oldu.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası 2022-ci ildə satınalma planlarına 8 lot üzrə müxtəlif mal-materialların və xidmətlərin satın alınmasını daxil eymişdir. Amma apardığımız araşdırmalar zamanı Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası il ərzində kotirovka sorğularında iştirak etmək üçün iddiaçılara qanunla nəzərdə tutulmuş qaydada heç bir elektron dəvət elanı verməmişdir. Amma 2022-ci il ərzində dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə bir neçə kotirovka sorğusunun keçirildiyi barədə məlumatlar açıqlamışdır.Onu da necə deyərlər, ala-yarımçıq.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası kitabların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda qalib “RƏBUNƏ” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib. Bununla bağlı Tender Komissiyası üç dəfə məlumat yerləşdirib. Birincidə 8 adda kitabın alınması üçün 35 910 manat elan olunub. Sonra komissiya güya qiyməti 60 manat aşağı salaraq 35 850 manat müəyyən edib. Daha sonra 90 manat da endirim edərək 8 adda hər biri 300 ədəd olmaqla 2400 kitabın alınması üzrə 35 760 manat məbləğində satınalma müqaviləsi nəzərdə tutub ki, kitabın biri 14,9 manata alınacaq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası eyni adda və eyni sayda kitabların alınması üzrə 35 580 manat məbləğində bir satıanlma müqaviləsi də “OTAKA AZ COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını 19.12.2022-ci ildə açıqlayıb. Maraqlıdır, kotirovka sorğusu prosedurundan başı çıxmayan birisi bunları necə başa düşəcək? Elmlər Akademiyası Gəncə Bölməsi eyni kitabların alınmasına neçə dəfə kotirovka keçirib, nə qədər vəsait ayırıb?

Tender Komissiyası dövlət satınalmalarının vahid internet portalına cari təmir işlərinin satınalınması üzrə eyni işlərin görülməsi üçün də iki kotirovka sorğusunun keçirdiyi barədə məlumatlar yerləşdirib. Onlardan biri “F.N.C.UNİVERSAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21 611.18 manat məbləğində, ikincisi isə “MM İNŞAAT GROUP” MMC ilə 25 011.93 manat məbləğində nəzərdə tutulub. Burada da müqavilənin hansı MMC ilə bağlanıldığı məlum olmur.

Sözügedən Tender Komissiyası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə də iki kotirovka sorğusunun nəticəsi açıqlanıb. Birinci 39 260 manat məbləğində 11.09.2022-ci ildə, ikinci isə 39 100 manat məbləğində 30.10.2022-ci ildə. Burada isə qalib “MNM-TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Akademiyanın Gəncə Bölməsinin Tender Komissiyası “MNM-TƏCHİZAT” MMC-ni xüsusi təyinatlı avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunun da qalibi seçib və iki kotirovka sorğusunun nəticəsini açıqlayıb. Birinci 47 255 manat məbləğində 17.08.2022-ci ildə, ikinci isə 47 198 manat məbləğində 30.10.2022-ci ildə, 57 manat endirimlə.

İnventarın satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda isə qalib “ŞAHLAR-M OPTİMAL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Bu məqsədlə MMC ilə 24 360 manat məbləğində nəzərdə tutulan satınalma müqaviləsi barədə elan 25.07.2022-ci ildə açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası 2021-ci ildə satınalma planlarına daxil etdiyi tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqlar, sair torpaq, tikili və avadanlıqlar, mətbəə məhsulları, dəftərxana və təsərrüfat malları, abadlaşdırma xidmətləri üzrə nəzərdə tutulmuş 6 lot kotirovka sorğusunun keçirilməsi barədə nə elektron elan vermiş, nə heç birinin nəticələrini açıqlamamışdır. Amma 2020-ci ildə satınalma planlarına daxil edilmiş 8 lot kotirovka sorğusundan dördünün nəticələrini açıqlamışdır. 2020-ci ildə satınalma müqavilələri bağladığı MMC-lərlə 2022-ci ildə də işbirliyi davam etdirilmişdir.

AMEA Gəncə Bölməsi Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “F.N.C.UNİVERSAL” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.06.2020-ci ildə dəftərxana və təsərrüfat mallarının alınması üzrə kotirovkanın qalibi olmuş “BM-SİTY MMC -nin qanuni təmsilçiləri eyni adamdır, İsayev Bəhlul Calal oğlu.Qeyd edək ki,Elmlər Akademiyasının Gəncə Bölməsi sözügedən MMC ilə eyni malların satın alınması üzrə 43 814 manat məbləğində bir satınalma müqaviləsi də 2020-ci ildə bağlayıb.

Bundan başqa “ŞAHLAR-M OPTİMAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2020-ci ildə maşın və avadanlıqların satın alınması və sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə iki kotirovka sorğusunda ümumi olaraq 66 580 manat məbləöində satınalma müaviləsi bağlamışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi AMEA Gəncə Bölməsinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının ilkin nəticələrini açıqlasa da, kotirovka sorğularının keçirilməsi barədə rəsmi internet saytında heç bir elan verməmişdir. Bununla belə kotirovka sorğularının nəticələri biabırçı bir şəkildə açıqlanmışdır. Belə ki, hər lot üzrə keçirilmiş kotirovka sorğunun ən son nəticəsi açıqlanmalı olduğu halda, AMEA Gəncə Bölməsinin Tender Komissiyasının səriştəsizliyi ucbatından, yaxud da bilərəkdən müsabiqələrin ilkin qiymətləndirilməsi açıqlanmış, amma müqavilələrin bağlanılması barədə heç bir məlumat verilməmişdir. Bununla da AMEA Gəncə Bölməsinin Tender Komissiyası keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

Buradan suallar yaranır.

AMEA Gəncə Bölməsinin Tender Komissiyası il ərzində heç bir kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara elektron dəvət elan verməmişsə, açıqladığı kotirovka sorğularını necə keçirmişdir?

Bir çox kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Yəni qalib olan iddiaçı kotirovka sorğusunun keçirildiyini haradan bilib?

Əgər kotirovka sorğulrının keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?

Göründüyü kimi Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası keçirilmiş bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, bununla belə, keçirilmiş kotirovka sorğularının müxtəlif məbləğlərdə ilkin qiymətlərmələri barədə açıqlamalar vermişlər. Bütün bunlar da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Elmlər Akademiyası Gəncə Bölməsinin Tender Komissiyası bununla həm də ictimaiyyətin gözünə kül üfürür, güya kotirovka sorğularının şəffaf keçirildiyini göstərməyə çalışır. Halbuki, dövlət qurumları müxtəlif mal-materialların və xidmətlərin alınmasını artıq neçə illərdir satınalmalar yolu ilə həyata keçirir. Amma dövlət satınalmalarının vahid internet portalının bazasında 2017-2018-ci illərdən sonra Milli Elmlər Akademiyası Gəncə Bölməsinin keçirdiyi satınalmalar barədə məlumatlar ümumiyyətlə yox dərəcəsindədir. Bu isə o deməkdir ki, Elmlər Akademiyasının Gəncə bölməsində neçə illərdir gizlin-gizlin dövlət vəsaitlərini mənimsəyirlər, yəni xəlvətcə pul qırırlar.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinə 2015-ci ildən akademik Fuad Əliyev sədrlik edir. Buna qədər isə Fuad Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını Gəncə şəhərində olan Gəncə Regional Elm Mərkəzinin rəhbəri olub. Hər yerdə olduğu kimi, bu qurumda da satınalmaların təşkilinə əvvəlcədən yaradılmış Tender Komissiyası nəzarət edir. Qanun görə idarənin rəhbəri komissiyanın sədri ola bilməz. Komisiyaya qurumun digər məsul vəzifəli şəxsləri sədrlik etməlidir. Bu bölmə sədrinin birinci müavini də ola bilər. Təsərrüfat işləri üzrə sədr müavini, yaxud da maliyyə şöbəsinin müdiri də ola bilər.

Milli Elmlər Akademiyası Gəncə Bölməsində satınalmaların təşkilinə kim cavabdehdi? Maliyyə–iqtisad və mühasibat uçotu şöbəsinin müdiri Akif Bağırov, baş mühasib Yeganə Əliyeva, yoxsa işlər idarəsinin müdiri Rasim Tağıyev? Çox istərdik ki, adıçəkilən bu şəxslər Elmlər Akademiyasının Gəncə Bölməsində satınalmaların belə bərbad bir şəkildə, qanunun tələblərinə əməl edilmədən təşkil olunmasının səbəbini açıqlasınlar.
Aktualinfo.org
Ardını oxu...
Azərbaycanda dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı məmurların yaxın adamlarının adına, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə kifayət qədər yazılıb. Dövrü mətbuatda, sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, hər gün yeni məlumatların yayılmasına baxmayaraq bu proses hələ də davam etdirilir. Yəni, birdəfəlik şirkətlər gündəmdən son vaxtlar düşmür. Bir nəfərə məxsus, eyni ünvanda yaradılan onlarla MMC-nin qısa müddətdə, bir çox satınalmaların qalib olmalarının çox şahidi olmuşuq. Son vaxtlar isə qanuni təmsilçiləri xanım olan MMC-lərin sayı çoxalıb.

Apardığımız araşdırmalar zamanı məlum olur ki, bu qadınların çoxunun yaşı 70 keçib. Yəni, soruşularsa tenderin nə demək olduğunu heç bilməz. Bəziləri barədə məlumatlar ümumiyyətlə yoxdu. Çünki yüksək vəzifəlilərin qohumu olduğundan gizlin saxlayırlar. Bəzilərinin üsə müəyyən dövlət orqanlarında çalışdığı məlum olur. Ayrı-ayrı sahələr üzrə bir çox dövlət sifarişləri alan bu xanımlara şəraiti kimlər yaradır bəlli deyil. Amma eləsi də var üzə çıxır. Bir çox hallarda məhkəmələrdə adlar çəkilir, bəzi hallarda da özləri parıldayır, yəni gözə girir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 22.12.2022-ci il tarixdə “Damazlıq heyvandarlıq təsərrüfatının elektron reyestrinin yaradılması və buna dair müraciətlərin elektronlaşdırılması” xidmətlərinin satınalınması üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda nazirliyin “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163000 manat məbləğində satınalma müqaviləsi bağladığı göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏTBUAT PR. , ev 35C, m. 126qanuni təmsilçisinin isə Xəlilova Ulduzə Tofiq qızı olduğu göstərilir.

Bəs Xəlilova Ulduzə Tofiq qızı kimdir?

Məlum olduğu kimi İnam Kərimov 2012-ci ilin sentyabrından 2018-ci ilin aprel ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. Həmin dövrlərdə Xəlilova Ulduzə Tofiq qızı da “ASAN xidmət” işçilərindən olub. Hansı vəzifəni daşıdığı məlum olmasa da Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Xəlilova Ulduzə Tofiq qızı ” Tərəqqi” medalı ilə təltif olunub.

Yuxarıda qeyd etdiyimiz kimi İnam Kərimov 2018-ci ilin aprel ayının 21-dən Kənd Təsərrüfatı naziri təyin edilib. Xəlilova Ulduzə Tofiq qızının hazırda harada çalışması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Lakin görsənən odur ki, Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu MMC-nin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən tenderin qalibi olması heç də təsadüf deyil. Ya onları bir biri ilə hansısa qohumluq telləri bağlayır. Ya da İnam Kərimov bir nazir kimi keçmiş işçisinə şəxsi biznesini qurmaq üçün dövlət vəsaitləri hesabına şərait yaradır.

Göründüyü kimi Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti cəmi bir ildir yaradılıb. Maddi texniki bazası, işçi qüvvəsi, ixtisas göstəriciləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Amma buna baxmayaraq İnam Kərimovun rəhbəri olduğu nazirliyik son bir ildə sözügedən MMC ilə 223 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Əvvəlki müqavilə isə nazirliyin Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilmiş operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə olub və 07.07.2022-ci il tarixdə 60 000 manat dəyərində qiymətləndirilib.

Dövlət satınalmalarının vahid internet portalında gözə dəyən bu məlumatlardan da görsəndiyi kimi Kənd Təsərrüfatı naziri İnam Kərimovla “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ulduzə Xəlilova bir birilərini yaxından tanıyırlar. İstəsələr də bunu inkar edə bilməzlər. Çünki, neçə il bir yerdə çalışıblar. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə tanış, yaxın adamların satınalma prosedurlarında iştirakını qadağan edir. Belə olan halda Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderdə parladı? Maraqlı olan da budur.
Aktualinfo.org
 
 
 

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazırlar: "Cari tədris ilinin başlanması günlərində cənab Prezident yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bir çoxu dərk etmir, ya da dərk etmək istəmir.
Keçən yazılarımızın birində biz Azərbaycan Texniki Universitetində (AzTU) son 3 ildə, yəni Vilayət Vəliyevin rektorluğu dövründə baş verənləri böyük Mirzə Fətəli Axundovun məşhur komediyalarındakı sərgüzəştlərə bənzətmişdik. Ancaq indi görürük ki, AzTU-da son vaxtlar baş verənlərin Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları hekayəsində vaqe olanlara daha çox bənzəri vardır. Əlbəttə, belə əhvalatlar 19-cu əsrdə Azərbaycanın ucqar bir kəndində yaşayan savadsız insanlar arasında baş verdikdə, buna təəccüblənməmək də olardı. Ancaq bu səviyyəli əhvalatlar 21-ci əsrdə, həm də ölkəmizin Texniki Universitetində və universitetə rəhbərlik edən “elmlər doktorunun”, “əməkdar elm xadiminin” səriştəsiz və hətta qərəzli fəaliyyəti nəticəsində meydana gəldikdə, buna təəccüblənməmək olmur.
Əvvəlcə son dövrdə magistraturada baş verən əhvalatlardan danışaq. 2022-ci ilin yanvar və iyun aylarında dərc olunmuş məlumatlarımızda yazmışdıq ki, bu ilin əvvəllərində birdən, gözlənilmədən universitet üzrə elan edildi ki, rektor Vilayət Vəliyev yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 4-5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmədi. Biz iyun ayında bu haqda məlumatla mətbuatda çıxış edəndə hələ çox şey naməlum idi, yəni dissertasiyalar necə olacaq, qrup halında necə müdafiə ediləcək, verilən qiymət 4-5 nəfər arasında necə bölüşdürüləcək və s.
Bu yeni mövzuların tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi. Təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 ilə yaxın vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkildi və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verildi. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, onlar rəhbərlikdən kənarlaşdırılaraq, 4-5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edildi. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərar idi! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bunlar baş verəndə hələ biz bilmirdik ki, bəs dissertasiya müdafiələri necə olacaq. Adətən, magistr dissertasiyalarının müdafiələri bütün iyun ayı müddətində və iyulun 7-nə qədər keçirilərdi. Bu şəraitdə isə iyun ayında müdafiələr təbiidir ki, baş tutmadı və yalnız iyulun 1-ci həftəsi ərzində hamısı tələsik keçirildi və tam formal xarakter aldı. Müdafiələr göstərdi ki, bəzi fakültələrdə 4-5 tələbənin hazırladığı dissertasiyanın yalnız biri, ən gözəgəlimlisi 5 nəfər üçün ümumi bir dissertasiya kimi seçildi və 110-120 səhifəlik bir dissertasiyanın titul vərəqində 4-5 tələbənin adı müəllif kimi yazıldı (???), halbuki, yalnız bir tələbənin dissertasiyası bu həcmdə olmalıdır. Müdafiədə isə tələbələr ardıcıl olaraq çıxış edərək, dissertasiyanın məzmununu hissə-hissə (???) məruzə etdilər. Çox gülünc bir mənzərə. Bəs qiymətlər tələbələr arasında necə bölüşdürüldü? Bəzən ata malı kimi hamıya eyni pay bölündü, bəzən də müxtəlif qiymətlər verildi.
Bəzi fakültələrdə isə 4-5 nəfərin dissertasiyası ard-arda bir birinin dalınca bir yerə toplandı və ümumi həcmi 400-500 səhifəyə çatdı. Nə əsasla, hansı təlimatın əsasında? Sual olunur, bunlar hamısı nəyə lazım idi? Heç kim bilmir, yəqin ki, Vilayət Vəliyev bilər, o da ki, bunu “sirr” kimi saxlayır və heç kimə demir. Yəqin ki, şou yaratmaq, özünü orijinal göstərmək uçun.
Maraqlıdır ki, bəs bu il magistr dissertasiyaları ilə əlaqədar vəziyyət necədir. V.Vəliyevlə 3 illik tanışlığımız onu göstərir ki, hər dəfə bir sürpriz çıxarmasaydı, Vilayət Vilayət olmazdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbəsinin sakinləri üç kənd üçün hazırlanan artezian quyusunun istifadəyə verilməməsindən şikayət edirlər.

TEREF.AZ bildirir ki, bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən şikayət ünvanlanıb.

Bildirilib ki, sözügedən kənddə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin valideynləri yaşayırlar.

“Yaxınlıqdakı üç kənd üçün nəzərdə tutulan, 150 min manat vəsait xərclənən artezian quyusu hazır olsa da, sakinlərə su verilmir. Səbəbi də deyilmir”, - deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, həmin artezian quyusu onların balansında deyil.

“Azərsu” ASC-dən isə bildirilib ki, sözügedən ərazidəki artezian quyusu layihə əsasında inşa edilib:

“Layihə çərçivəsində biri Yeni Mil qəsəbəsində olmaqla 24 artezian quyusu qazılıb. Suyu içməyə yararlıdır. Artıq istifadəyə hazır vəziyyətdədir. Növbəti mərhələdə kənddaxili bulaqların quraşdırılması, su xətlərinin çəkilməsi icra olunacaq. Camaatın da müraciəti məhz suyun nə üçün mərhələlərlə çəkilməsi ilə bağlıdır. Növbəti mərhələdə bütün bu proseslər öz həllini tapacaq, kənd sakinlərinin içməli su məsələsi həll ediləcək”.
 

Dünyapress TV

Xəbər lenti