Ardını oxu...
Qaradağ rayonu, Korgöz bələdiyyəsi yeni massiv sakinləri yol və kanalizasiya problemindən şikayətçidirlər.

Sakinlər problemlə bağlı dəfələrlə bələdiyyəyə müraciət etsələr də, heç bir nəticənin olmadığını deyirlər.

Baku TV-nin əməkdaşı bələdiyyə sədri ilə əlaqə saxlasa da, o, ərazidən uzaqda olduğunu bildirib.

Sakinlərin sözlərinə görə, bələdiyyə sədri mövcud problemin həll olunacağı ilə bağlı bir neçə dəfə vəd verib, lakin heç bir sözünə əməl etməyib.

“Azərsu”dan isə bildirilib ki, hazırda ərazidə kanalizasiya infrastrukturu olmasa da, gələcəkdə qurulacağı planlaşdırırlır.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında Rəşad Tağıyev Şəmkir rayonuna icra başçısı təyin olunanda çoxları düşünürdü ki, rayonda illərlə yığılıb qalan problemlər tezliklə həll olunacaq.

Məlumat üçün qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Yəni tərcümeyi-halının cəlbedici olması insanlara ümid verirdi ki, yeni icra başçısı tezliklər rayonda müsbət dönüş yaradacaq. Amma Rəşad Tağıyevi yaxından tanıyanlar bilirdi ki, Bakı Şəhər Təhsil İdarəsində çalışanda məktəb direktorlarının təyinatını özü üçün gəlirli biznesə çevirmişdi.

Bəli, Rəşad Tağıyev icra başçısı kimi Şəmkirdə ilk fəaliyyətinə "zibilxanadan” başladı. Belə ki, el arasında "zibil idarəsi” deyilən, Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyevi vəzifəsindən azad elədi. Və uzaq Bakı şəhərindən Kombinata rəis dəvət elədi. Doğrudan da, təəccüblü idi. Məgər Şəmkir boyda rayonda bir təhsilli kadr yoxdurmu ki, təzə başçıs Bakıdan kadro gətirir, özü də "zibixana” üçün. Bəli, yeni icra başçısı hətta Bakıdan dəvət elədiyi Alişan Yusibovu özü şəxsən Kombinatın kollektivinə təqdim edib. Görəsən maaşı 340 manat olan vəzifəyə Bakıdan gələn rəis nə məqsədlə gəlib..? İcra başçısı bilir ki, bu adi qurum olsa da, Kombinata kifayət qədər dövlət vəsaiti ayrılır.

Rəşad Tağıyev rayondakı köhnə, rüşvətə bulaşmış vəzifə sahibləri ilə birləşərək rayonu idarə etməyə başladı. Bir ildən çoxdur ki, icra başçısı olan Rəşad Tağıyev Şəmkir camaatının ümidlərini doğrultmur. Təsəvvür edin ki, rayondakı fermerlər, iş adamları, kənd sakinləri öz əkin-biçin sahələrini, hətta mal-qaranı suvarmağa su tapmırlar və əkilən məhsullar məhv olur. Kəndlilər ma-qaranı sulamaq üçün hətta pul verib maşınla su alırlar. Şəmkirin tarixində belə hal olmayıb. Bütün bunlara görə, Şəmkirin icra başçısı bir tədbir görmür. Əksinə Şəmkir Suvarma Sistemləri İdarəsini rəisi Tahir Xəlilova havadarlıq edir. Bir sözlə, Şəmkirdə ZİBİL dizə çıxıb, SU isə tapılmır.

Deyəsən, bu gedişlə, cənab icra başçısı Rəşad Tağıyev möhtərəm Prezidentin etimadını da itirəcək.

Mənbə: NUH.AZ
 
 
 
Ardını oxu...
Bildiyimiz kimi, Cəbrayıllı məcburi köçkünlərin böyük əksəriyyəti Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə məskunlaşmışlar. Qəsəbədə hər cür infrastruktur yaradılmış, Cəbrayıllılar burada məşğulluqlarını təmin etmiş, mövcud imkanlar daxilində pambıq və barama təsərrüfatları quraraq iqtisadiyyatımızın inkişafına da töhfə verməkdədirlər.
Hələ 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi 4 günlük müharibə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad ediləndən sonra sual olunurdu ki, nə əcəb Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binası Biləsuvar rayonundan Cocuq Mərcanlıya köçürülmür. 2020-ci ildə 44 günlük müharibədən sonra torpaqlarımız, o cümlədən Cəbrayıl rayonu tam azad olunandan sonra bu məsələ yenidən xatırladılmaqdadır.
Dövlət, onun rəhbərliyi nə vaxt məqsədəuyğun hesab edəcək, onda da Cəbrayıl rayonunun idarəetmə strukturlarının, dövlət və hökumət orqanlarının inzibati binalarını da Cəbrayıl şəhərinə köçürəcək. Bu məsələlər Böyük Qayıdışın tərkib hissəsi kimi gec-tez həllini tapacaq. Sözümüz onda deyil. Yəqin razılaşarsınız, bir halda ki, yaxın perspektivdə Cəbrayıl rayonuna qayıdış nəzərdə tutulub, o halda Biləsuvarda çox bədxərclik eləmək o qədər də məqsədəuyğun sayılmamalıdır. Əlbəttə, son dərəcə vacib məsələlərin həllini təxirə salmaq olmaz. Amma xərclərin optimallaşdırılmasını, israfçılığa yol verilməməsi də mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, tezliklə Cəbrayıl rayonunda, inzibati mərkəz sayılan Cəbrayıl şəhərində həyat qaynayacaq, orada düşmənin viran qoyduğu, həm də sayı yetərincə çox olan qədim tarixi-mədəni abidələr restavrasiya olunacaq, Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq prospektlər, parklar salınacaqdır.
İndi isə keçək əsas məsələyə.Mediatv.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında aparılacaq abadlıq işləri üçün keçirdiyi tenderdə “İNTER STAR” beynəlxalq şirkəti qalib gəlib. İcra Hakimiyyəti adı çəkilən şirkətə 183197.72 AZN vəsait ödəyəcək.
Maraqlıdır ki, informasiya resurslarında “İNTER STAR” beynəlxalq şirkəti ilə bağlı məlumat çox kasaddır. Şirkətin yalnız 2021-ci il mart ayında “AZƏRALÜMİNİUM” MMC-nin elan etdiyi mexaniki ölçü və elektrik alətlərinin satın alınması ilə bağlı tenderdə qalib gəldiyi barədə məlumata rast gəlinir. Daha bir neçə il əvvəl isə şirkət rəhbərinin 245 min manatlıq qeyri-yaşayış sahəsini banka girov qoyduğu, şirkətə 24 faizlə götürülən kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun “Kapitalbank”ın əməkdaşı tərəfindən mənimsənilməsi barədə informasiya gözə dəyir, vəssalam.
Sual olunur: “İNTER STAR” şirkətinin əsas profili nədir, hansı sahə üzrə ixtisaslaşıb – mexaniki ölçü və elektrik alətləri satmaq üzrə, yoxsa, parklarda abadlıq işlərini yerinə yetirmək üzrə? Görəsən, “İNTER STAR” beynəlxalq şirkətinin yenə hansısa banka borcunun olub-olmadığı, əmlakının girov saxlanılıb-saxlanılmadığı dəqiq öyrənilibmi? Yoxsa, Cəbrayıl RİH-nin başçısı hörmətli Kamal Həsənov qarşıdan gələn və “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə Ulu Öndərin adı ilə bağlı xərclərə görə hesabat tələb olunmayacağını, “Satınalmalar haqqında” AR Qanununun tələblərinin gözardı ediləcəyini düşünür? //Mediatv.az//
 
 
 
Ardını oxu...
Paytaxt Bakının ən elitar ərazilərindən birində, Tibb Universiteti ilə, el arasında "Semaşko" kimi tanınan xəstəxananın iki addımlıqlarında -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşu 7 mərtəbədən ibarət gözəgəlimli binasının görkəmini daha cəlbedici edən "Yasmin" Ticarət Mərkəzində, hər birinin özünün halal mülkü -- ofisi, mağazası və digər ticarət obyekti olan 22 nəfər iş adamı da, ölkədə mülkü təcavüzə məruz qalaraq, olduqca pis duruma düşən saysız-hesabsız sahibkarlardandırlar. Onların hər biri, öz kiçik bizneslərini inkişaf etdirmək arzusuyla, bu mülklərini, bu ticarət mərkəzini tikdirən şirkət rəhbərinin -- “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun şirin vədlərinə aldanaraq, alıblar. Buradakı əmlaklarına təcavüzün nəticəsidir ki, bu mülkiyyətçi sahibkarlar, tənəzzül dövrü yaşayan bizneslərinə qoyduqları sərmayəyə görə, hədsiz dərəcədə narahatdırlar. Çünki bu mülklərini, 2008-ci ilin sonlarından başlayaraq, 2014-cü ilin mayınadək, 5 milyon manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, hər biri öz adına rəsmi sənəd-sübutlarla olduqca yüksək qiymətə alıblar. Onların əksəriyyəti, bu arzularına çatmaları üçün, hətta dədə-baba mirası halal mülklərini də sataraq, Mərhəmət Bəşirovla alqı-satqı etməyə görə, əllərində olan və obyekt almağa çatışmayan pullarının üstünü düzəldiblər.

Elə, "Yasmin"də adlarına aldıqları bu əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdıraraq, işə başlayandan bir qədər sonra isə, bu iş adamlarına məlum olub ki, Mərhəmət Bəşirov, ümumilikdə, ticarət mərkəzinin yenicə tikdirdiyi gözəgəlimli binasını, onlara satdığı əmlakları ilə bərabər, bu mülk sahiblərinin özlərinə adi xəbərdarlıq belə olmadan, girov qoyması müqabilində, iki dəfə külli miqdarda, üst-üstə, 17 milyon dollar kredit götürüb və pulu banka qaytarmayıb. Bank isə, məhkəməyə müraciət etməklə, kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Bundan dərhal sonra isə, məhkəmə qərarının icrası zamanı, qanunlarımız tələbələrinə uyğun prosedur qaydalarına əməl etməyən, adları yuxarılarla bağlı olan "XalqBank"ı kölgədən idarə edənlərin əlləri altında saxladıqları qoluzorlular dəstəsi, "ağına-bozuna baxmadan", zorla da olsa, sahiblərini obyektlərindən çıxararaq, qapılarına qıfıl vurublar.

Elə, bundan sonra, 22 nəfər mülkiyyətçi iş adamına qarşı, getdikcə qızışaraq, günü bu günədək səngimək bilməyən dəhşət dolu mülkü təcavüz başlayıb. Beləcə, iş adamlarına qarşı törədilən daha bir mülkü təcavüzün dəhşət dolu nəticələri, müstəqil Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əksi olan daha bir səhifədə silinməz "qara ləkələrə" çevrilib. Bu ticarət mərkəzinin adıyla bağlı baş verənlər isə, camaat arasında, "Yasmin" qalmaqalı kimi yaddaşlara köcub.

"Yasmin" qalmaqalında baş verən qanunsuzluqların əksi olan epizodlardan ən dəhşətlisi isə, bu ticarət mərkəzinin binasının hərraca çıxarılması ilə bağlıdır. Belə ki, adları yuxarılarla bağlı olduğundan, "Xalq Bank"ın başında duranlar, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut, 22 milyona öz banklarının adına ala biliblər.

“Mars -- M” və "XalqBank" rəhbərlərinin adlarına yazılan, 2015-ci ildən başlayaraq, günü bu günədək səngimək bilməyən, uzun zaman gündəmdə olduğuna görə, yüzlərlə səs-küylü yazılarla ölkə mətbuatının da səhifələrindən düşməyən bu qalmaqalla bağlı, araz.az-ın dərc etdiyi 20-dək araşdırma və təhlil yazısında da, yuxarıda deyilənlər xüsusi vurğulanıb. Bu yazıları oxuyarkən, "Yasmin" qalmaqalında adları keçən, mülklərinə "od qoyulan" 22 nəfər mülk sahibi iş adamlarının dəhşət dolu acınacaqlı durumları adama bambaşqa təsir bağışlayır, onlara yazığın gəlməyə bilmir. Həmin yazılarda qeyd edildiyi kimi, burada durumun bu kökə düşməsinin əsas günahkarlarının isə, dünya veclərinə deyil. Onlar, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqdan heç vaxt çəkinmirlər. Özü də, istədiklərini çox fərasətsiz şəkildə həyata keçirirlər və bu səbəbdən, az keçməmiş, törətdikləri qanunsuzluqlar ictimai qınağa çevrilir. Buna əsas sübut kimi, bankın bu Biznes Mərkəzini tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, mövcud qanunlarımızın tələbələrindən kənar, iki dəfə, külli miqdarda kredit ayırmasını göstərmək kifayətdir. Çünki "XalqBank"ın ayırdığı birinci kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişlərdə dərhal problemlər yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda, “Xalq Bank”, “Mars -- M”ə, yeni daha bir kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisi və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz ayrılıb. Amma “krışa”sı yüksəkdə olduğundan, "Yasmin"dəki mülk sahibləri birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilməyiblər. "XalqBank"ı kölgədən idarə edənlər isə, istəklərinə nail olduqdan sonra, heç nədən çəkinmədən, özlərinə dəyərləri olduqca bahalı ofis və obyektlər alan bu iş adamlarının "başlarına oyunlar açıb", olmazın müsibətlər gətirməklə, bizneslərinə də, indiyədək, ciddi formada tənəzzül dövrü yaşatmaqdan çəkinmirlər. Ən dəhşətlisi odur ki, mülklərinə uzun zamandır "od qoyulan" 22 nəfər mülk sahibi iş adamları, halal pullarını verib, bu yöndən olan mövcud qanunlarımızın tələbələri çərçivəsində, buradan, sənəd-sübutlarla rəsmən öz adlarına almalarına baxmayaraq, artıq neçə illərdir ki, öz şəxsi halal mülklərindən istifadə etmələri üçün, içəri buraxılmır, hətta bağlı qalan qapılarına belə yaxınlaşa bilmirlər. Bu da, bu gözəgəlimli binanın içindən olduqca baha və içində olub, qapıları bayıra açıldığı üçün, daha yüksək qiymətlərə aldıqları halal əmlakları, artıq, onların əllərindən çıxmaq təhlükəsi ilə üz-üzə olduğuna daha bir işarədir.

Ticarət mərkəzinin özü isə, elə, o vaxtdan indiyədək, ölkənin müxtəlif instansiya məhkəmələrində mübahisələr obyektinə çevrilib və iş adamları Mərhəmət Bəşirovdan şikayətçi düşüblər. Qalmaqal və intriqaların başladığı ilk vaxtlar, aşağı instansiya məhkəmələrinə müraciət edən narazı mülk sahiblərinin mülkiyyət hüquqları məhkəmə qərarları ilə tanınsa da, “Xalq Bank”ı idarə edənlərin təkid və təzyiqləri nəticəsində, bir qədər sonra, "təkər tərsinə fırlanıb". Mərhəmət Bəşirovun götürdüyü kreditlərin ödənilməməsi bəhanəsiylə, bank, müxtəlif instansiya məhkəmələrinə müraciətlər edib və ticarət mərkəzinin binası üzərinə həbs qoydurmağa belə nail olub.Beləcə, pul verib obyekt alan sahibkarlar isə, bundan sonra, olduqca pis duruma düşüblər. Ən dəhşətlisi odur ki, müxtəlif instansiya məhkəmələri kimi, hətta Konstitusiya Məhkəməsi də, öz qərarları ilə, "Yasmin"dəki mülk sahiblərinin hüquqlarını alt-üst edib. Ədalətli açıq məhkəmə proseslərinin təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Burada isə, artıq, onların xeyrinə qərarlar verilir.

Məhkəmələr demişkən, onu da qeyd edək ki, bu yaxınlarda olan bir məhkəmə prosesi, hamı üçün gözlənilməz olub. Belə ki, Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesində, 9 dekabr 2022-ci il tarixli Qərardad, bu ticarət mərkəzində mülk sahibi olan iş adamının xeyrinə çıxarılıb.

Bir sözlə, Bakı Kommersiya Məhkəməsində, hakim Kənan Hüseynovun sədrliyi ilə başa çatan, kommersiya mübahisəsi üzrə işə aid prosesdə verilən bu Qərardad, "Yasmin" qalmaqalı ilə maraqlanan çoxları üçün inandırıcı olmadı. Axı, indiyədək, obyekt sahibi iş adamlarının mənafeləri əleyhinə, çoxsaylı məhkəmə proseslərində, "XalqBank" rəhbərliyinin təkid və təzyiqləri ilə, ağına-bozuna baxmadan" hakimlərin verdikləri qərar, qərardad və qətnamələrdən sonra, hansısa bir mülk sahibinin xeyrinə Bakı Kommersiya Məhkəməsində Qərardad verilməsinə inanmaq da olmurdu. Nəhayət ki, bu oldu və hakim, iddiaçı ASC “XalqBank"ın, cavabdeh, "Yasmin"də mülk sahibi olan Təranə Razim qızı Ağayevaya qarşı, “borcun ödənilməsi və s.” tələblərini təmin etmədi. Bir sözlə, bu Qərardada əsasən, iddiaçının, iş üzrə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, geri, onun özünə qaytarıldı.

Çoxları isə, bu məhkəmə prosesində hakim tərəfindən həqiqətin müdafiəsini, ölkədə yüksək vəzifə sahiblərinin səs-küylü həbslərinin təsirindən yaranan son durumla əlaqələndirdilər. Doğrudan da, ağlabatandır! Hamı üçün gözlənilməz olan bu xəbər, həm də ona bir işarədir ki, ölkədəki mövcud durum bütün vəzifə sahiblərini həqiqət naminə işləməyə səsləyir.

22 nəfər iş adamı ilə, "Xalq Bank"ı kölgədən idarə edənlər arasında uzun müddətdir davam edən bu çəkişmədə, halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, bankın mühafizə dəstəsi, sahibkarları, binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxmırlar. Çıxılmaz vəziyyətdə qalan bu 22 nəfərin yalnız birindən, yuxarıda barəsində yazdığımız Bakı Kommersiya Məhkəməsindəki məhkəmə prosesində xeyrinə Qərardad çıxarılan Təranə xanım Ağayevanın -- anasının adına aldıqları şəxsi obyektlərində, "Buta Farm" apteklər şəbəkəsi tərkibindəki öz aptekini açan Qalib Məmmədovdan başqa!

Bu, o demək deyil ki, "Yasmin" qalmaqalının getdikcə böyüməsindən, bu Biznes Mərkəzindəki digər mülk sahibləri kimi, Qalib Məmmədov da incidilmir. Yox, bu, belə deyil! O, tanınmış vəkil Əkrəm Həsənovun hüquqlarını müdafiə etdiyi digər 22 nəfər iş adamı arasında, bu qalmaqal baş verən gündən indiyədək daha çox incidilən və maddi ziyana düşən mülk sahibidir. Özü də, həmişə, "Yasmin" Ticarət Mərkəzində qanuni halal mülkləri olan və uzun müddətdir: "XalqBank" bizə zülm edir!" -- deyə, haqqlarını tələb etmək, hüquqlarını pozanlara, haqlarını tapdalayanlara kəskin etirazlarını çatdırıb, kömək üçün, aidiyyatı dövlət qurumları bir yana, ölkə başçısına belə saysız-hesabsız şikayət xarakterli yüzlərlə Müraciət ünvanlayan digər 21 nəfər sahibkar mülkiyyətçi ilə, həmişə bir yerdədir. Elə, onların da, kütləvi şəkildə etirazlarını bildirmələri üçün, tez-tez toplaşdıları yer, Qalib Məmmədovun bu obyekti olur. Onlar, hər dəfə, ölkə başçısına, Birinci vitse-prezidentə, Baş nazirə və digər dövlət qurumlarının rəhbərlərinə, hətta ölkənin media vasitələrinə elə buradan üz tutub, şikayət xarakterli yüzlərlə şikayət xarakterli Müraciət ünvanlayırlar. "Yasmin"i xüsusi bir amansızlıqla ələ keçirmək istəyənlərin etirazlarına baxmayaraq, mətbuat əməkdaşları ilə çoxsaylı görüşlərin və televiziyalar üçün çəkilişlərin əksəriyyəti də, burada baş tutur.

Hər şey göz qabağında olduğundan, hiss edib, anlamaq olur ki, illərdi olduqca təsirli və üzücü anlar yaşayan halal mülk sahibinin oğlu, iş adamlarından yalnız biri -- Qalib Məmmədov, öz səbrinin möhkəmliyi müqabilində, üstünə göndərilən qoluzorlulara belə, obyektinin açarını verməyib. Halal mülkünə görə, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə çoxdan başlatdığı öz mübarizəsini qanun çərçivəsində indiyədək davam etdirə bilib. Qarşı tərəf işığını, suyunu, qazını belə qanunsuz kəssə də, qapısı bayıra açılan aptekini indiyədək birtəhər işlədir. Baxmayaraq ki, belə bir şəraitsizlikdə aptek işlətmək olduqca çətindir. Çünki belə bir vəziyyətdə bir müddət dərman, dərman preparatları və digər tibb məhsulları saxlamaq olduqca çətindir. Bu, danılmaz bir həqiqətdir ki, havasızlıq şəraiti səbəbindən, xarab və zay olmuş əczaçılıq məhsullarına görə, bir iş adamı olaraq, Qalib Məmmədova, indiyədək külli miqdarda maddi ziyan dəyib.

Bəli, "Yasmin" çəkişməsi başlayandan bu günədək, kölgədəki bankirlər tərəfindən qanunsuz təşkil edilən "razborka dəstəsinin qoluzorlularını" halal mülkünün -- aptekinin qapısına yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədovdur. İndiyədək dəfələrlə təzyiq və təhdidlərlə üzləşsə də, o, öz mülkünü qorumaqda israrlı olub həmişə. Bu günlərdə ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkməyib. Üstəlik, məcburiyyətdən, bu aptek sahibi dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə, bu yaxınlarda, kəskin şikayət xarakterli daha bir Müraciət ünvanlayıb.

Qalib Məmmədov həmin Müraciətində xüsusi olaraq onu qeyd edib ki, "Yasmin" qalmaqalında zərər çəkən bir mülk sahibi kimi, o da, dəfələrlə, təzyiq və təhdidlərə məruz qalıb:

"Məcburiyyətdən, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarımın qorunması və bərpası üçün, bir daha sizlərə müraciət edirəm. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, "Yasmin"dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsindən, vaxtilə, bu biznes mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 22 nəfər iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, "Yasmin" ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir.

Bu qalmaqalda əsas günahkarların -- bankı kölgədən idarə edənlərin, biznes mərkəzinin özünün binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırıblar.

Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün -- aptekimin də işləməsinə imkan vermirlər. Halbuki biznes mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və hazırki çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdiririk. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunub. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.

Məhz yuxarıda qeyd etdiyim və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, "XalqBank"ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bankirlər isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq əməlləri törətməkdən çəkinmirlər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsilib. Bu, əsl şeytan əməlidir və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olur. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə dəyən ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.

Üstəlik, mülkümü ələ keçirmək üçün, son vaxtlar mənə hədə-qorxu gələnlər, sadəcə terrorçuluq edirlər. Mənsə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla çıxarmaq istəyənlər cinayətkar və terrorçu olacaq. Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər! Əfsuslar ki, bu məhkəmələr də, haqq-ədaləti yox, qorxudan onların dediklərini müdafiə edirlər. Məcburiyyətdən, burada incidilən sahibkarlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Həmin məhkəmə də, sahibkarların iddialarını müdafiə edib və bu barədə, bir-neçə Qətnamə və Qərar verib. Bunu isə, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm. Möhtərəm Prezidentimizin də dediyi kimi, baş verən bu xoşagəlməzliyi diqtə edən və ölkə biznesinə mane olan bu səlahiyyət sahibləri də, öz hərəkətləri ilə, Azərbaycan dövlətinə xəyanət etdiklərini bir daha sübut edirlər.

Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə -- hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər -- mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, amma üzülməz, öz yerini tapar, inşallah!".

Müraciətinin sonunda, obyekt sahibi, indi, onun kimi, digər zərərçəkənlərin də hədsiz dərəcədə narahat olduqlarını qeyd edir. Bu işdə, ölkə başçısının və digər vəzifə sahiblərinin ona və digər mülk sahiblərinə kömək əli uzatmalarını xahiş edərək, umidini yalnız onlara bağladığını bildirir. Edəcəkləri köməyə görə, onlara qabaqcadan minnətdarliğını da çatdırır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, dövlət başçısı belə öz çıxışlarında, həmişə, xüsusi olaraq onu vurğulayıb ki, ölkə biznesinə mane olanlar, birbaşa, Azərbaycan dövlətinə xəyanət edirlər. araz.az-ın əldə etdiyi digər bir məlumat da, bu deyilənlərin daha bir sübutudur. Ona görə ki, 2008-ci ildən fəaliyyət göstərən və ölkəmizdə ən böyük apteklər şəbəkəsinə malik nüfuzlu və tanınmış firmalardan biri olan “Buta Farm”a da, "Yasmin" ətrafında baş verən, getdikcə daha da qızışan qalmaqal, münaqişə, hərc-mərclik və qanunsuzluqlar dolu bu ciddi məsələyə görə, daha dəqiq desək, tərkibindəki bu apteki bu vəziyyətə salan günahkarların bağışlanmaz təqsirləri ucbatından, 500 min manatdan çox ziyan dəyib. Konkret desək, təqsirkarın vurduğu yalnız bu ziyana görə, ölkənin vergi büdcəsinə də, hər ay 2500 manat olmaqla, ildə 30 min manatdan çox ziyan dəyir.

Bu ziyan, yalnız baş verən bu münaqişə və qalmaqallar zamanı, dövlət qanunlarını belə saya salmayan "XalqBank"ı idarə edənlər tərəfindən, sahibinin başına min cür oyun açılan bir obyektlə -- bu yazıda barəsində danışdığımız apteklə bağlıdır. Ortada isə, əsas təqsirkarların qanun çərçivəsinə sığmayan hegemonçu hərəkətləri ucbatından, öz biznesləriylə bağlı halal obyektləri uzun müddətdir bağlı qalan, özləri belə bu şəxsi mülklərinə yaxın buraxılmayan digər sahibkarlara dəyən külli miqdarda ziyan da var. Bu, üst-üstə hesablansa, nəticəsi dəhşət doğuran milyonlar deməkdir. Əsas təqsirkarların günahları ucbatından, yox olan bu milyonlara görə, ölkənin dövlət büdcəsinə dəyən ziyanın külli miqdarda olması isə, tükürpədicidir.

Yuxarıda deyilənlərdən belə çıxır ki, "XalqBank"ı idarə edənlərin çox şey veclərinə deyil. Hətta öz qanunsuz bəd əməlləriylə, onlar, açıq-aşkar dövlətimizin büdcəsinə qarşı qatı düşmən mövqeyində olmaqdan belə çəkinmirlər. Onu da qeyd edək ki, dəyən bu ziyana dözməyən adını yuxarıda çəkdiyimiz nüfuzlu firmanın rəhbərliyi ilə bərabər, aptekin sahibi, təqsirli bildikləri bank rəhbərliyinin qeyri-qanuni əməlləri barəsində ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına daha bir şikayət xarakterli Müraciət ünvanlamaqda və məhkəmə iddiası qaldırmaqda israrlıdırlar.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yuxarıda qeyd olunan ciddi ziyanlara görə, hədsiz ziyana düşən daha bir nüfuzlu və tanınmış biznes qurumu da var. Konkret desək, dəhşət doğuran bu ciddi ziyanın daha bir təsirli ucu, həm də Azərbaycana xarici ölkələrdən dərmanların, həmçinin digər əczaçılıq, parafarmasevtik və tibbi məhsulların idxalçılarından olan yüzdən artıq yerli şirkətlər arasındakı ən böyüklərindən birinin -- 18 illik fəaliyyəti ərzində, dünyanın 40-dan çox ölkəsində, 200-dən çox əczaçılıq şirkəti ilə işgüzar əlaqələr quran, tərəfindən ölkəmizə idxal olunan məhsulların çeşidliliyi 17 mini ötən “Avromed” şirkətinin gəlir mənafeyinə qarşıdır. Elə, bu ciddi məsələyə görə də, dövlətin vergi büdcəsinə dəyən ziyanın rəqəmlərdə əksi tükürpədicidir.

Çox təəssüf ki, dövlət rəhbərinin çıxışlarındakı ciddi xəbərdarlıqlara belə baxmayaraq, iş adamlarının milyonlarla manat vəsaitlərinin havaya sovrulması anlamına gətirən, maddi maraqlar uğrunda gedən səs-küylü intriqaları özündə ehtiva edən "Yasmin" qalmaqalının əsas günahkarlarının -- adı yuxarılarla bağlı olan "XalqBank"ın başında duranların xətirələrinə dəyən tapılmır ki, tapılmır. Elə, buna görədir ki, onlar, hələ də, "Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqla, istədiklərini etməkdən çəkinmirlər. Elə, götürək, Ticarət Mərkəzi binasının birinci mərtəbəsində özlərinə qapısı bayıra açılan daha bahalı obyekt və ofis alanlar üçün, daha üzücü və təsirli olan bir gündə onların etdiklərini. Belə ki, Nərimanov rayonunun məhkəmə icraçıları, Dövlət Reklam Agentliyinin işçiləri ilə birlikdə, onların görkəmləri olduqca baxımlı mülklərinin ad və reklam göstəriciləri yazılan, obyekt və ofislərinə xüsusi yaraşıq verən dizayn lövhələrini, "ağına, bozuna baxmadan" söküb, yerə atdılar. Beləcə, olduqca baxımlı və cəlbedici görkəmdə olan mülkləri, qısa bir müddət ərzində, pis duruma düşdü. Əsas günahkarların diqtəsiylə törədilən bu dəfəki olay da, "Yasmin"də illərdi baş verən, sonu görünməyən qanunsuzluqların, obyekt sahibi olan bu qədər iş adamını pis günə salan saxtakarlıqların və yalanların daha bir təsdiqiydi. Qanun qarşısında hamı bərabər və əmlak hüququ danılmaz olsa da, halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməsə də, bu xoşagəlməz olay belə ona bir işarədir ki, "Xalq Bank"ın başında duranlar üçün, bu, adi bir şeydir. Məhz buna görədir ki, illər öncə baş verən bu hadisələr indiyədək həqiqi qiymətini ala bilməyib.

Düzdür, "Yasmin"də mülkü təcavüzə məruz qalan mülkiyyətçilərin pozulan hüquqlarına, son vaxtlar, Ombudsman Aparatından və digər aidiyyatı dövlət qurumlarından ciddi reaksiyalar olsa da, bunları belə, "Xalq Bank"ı kölgədən idarə edənlər veclərinə almır, əvvəlkitək, iş adamlarının "başlarına oyun açmaqdan" çəkinmirlər. Bütün bunlar bir daha sübut edir ki, bu mülkiyyətçilərin mülkləri, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın iştirakçıları olduğu bir tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hüquq-mühafizə orqanları və məhkəmələr də, törətdikləri bu qatı cinayəti ört-basdır etmək istəyənlərin, 5 milyon manatdan çox ziyana düşmüş zərərçəkən əmlak sahiblərini öz investisiyalarından məhrum edənlərin dəstəkçisi olublar. Beləcə, "Yasmin" Biznes Mərkəzi də, ölkədə, iş adamlarının milyonlarla manat vəsaitlərinin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə, gündəmdən düşməyən biznes müəssisələri sırasına düşüb. Buradakı mülklərin sahibləri olan iş adamlarının özlərinin ürək ağrısı ilə dedikləri kimi, doğrudan da, çoxdandır ki, burada yaranan acınacaqlı duruma dözmək mümkünsüzdür və haqqlarının bu cür pozulmasına heç cür tab gətirə bilmirlər! Axı, insan taleyi ilə belə oynamaq, onu bu iyrəncliklərlə sındırmaq olmaz!

Sonda, bir daha onu qeyd etmək istəyirik ki, "İlin sahibkar düşməni" kimi də elan edilən "Xalq Bank", həmin Mərkəzi tikən şirkətin rəhbərinə -- Mərhəmət Bəşirova külli miqdarda olan hər iki krediti, açıq-aşkar, qanunsuz və başqa məqsədlər üçün verib. Amma “krışa”sı elə yüksəkdədir ki, sahibkarlar birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər. Biz də, media nümayəndələri -- araz.az xəbər portalının əməkdaşları olaraq, haqqın tezliklə öz yerini tapacağı ümidiylə hazırladığımız belə yazılarımızla, zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyirik. Həm bu səbəbdən, həm də "Yasmin" ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, yazılarımızın davamlı olacağını bir daha bildiririk. //ARAZ.AZ//
 
 
 
Ardını oxu...
Naxçıvan əhalisinin daha çox narazı olduğu yerlərdən biri də Muxtar Respublikanın yeganə giriş-çıxış qapısı olan Hava Limanı və onun məşhur rəisi olan Mənşur Gülməmmədlidir. Bu rəisin pul qazanma bacarığına camaat sözün həqiqi mənasında heyran qalıb. Adam təyyarələrin uçuş-enmə zolağının ətrafını elə sort yonca əkib ki, ildə dörd dəfə biçir, sonra presə vurub satır. Adama deyərlər, təyyarə hara, yonca hara?

Naxçıvandan Bakıya siqaret gətirmək istəyən şəxslərin siqaret bloklarını əllərindən alıb, heç bir sənədləşmə aparmadan elə aeroportun özündə fəaliyyət göstərən və bütün qazancı şəxsi cibinə gedən mağazaya təhvil verib satdırır. Baqajsız uçan sərnişinlərin adına yük yazıb, pulu cibinə qoyur. Xidməti personalın içində isə köməkçisi Firuzə xanımdan başqa heç kimə etibar eləmir. İnanmırsınızsa baxın görün 24 yaşlı işçinin başına hansı oyunları açıb? Şikayətçinin Azinforum.az saytına ünvanladığı və bizdən bunu ölkə rəhbərliyinə çatdırmağı xahiş etdiyi məktubu olduğu kimi təqdim edirik:

“Mən Hacıyev İlqar Vaqif oğlu Naxçıvan Beynəlxalq Hava Limanının YTQX komandasının dispetçeri vəzifəsində işləyirdim. 01.12.2022 il tarixdə saat 18:00 radələrində (Naxçıvan ŞPİ cinayət axtarış şöbəsinin rəisi Şahin Novruzov tərəfindən) Naxçıvan şəhər polis idarəsinə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün, iş yerimə məlumat verə bilmədim. Naxçıvan ŞPİ rəisi (mayor) Elvin adlı şəxsin dediyinə görə, iş yerimə (Hava Limanına) mənim polisdə olmağımla bağlı məlumat verilibdi. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra , məni qanunsuz şəkildə 2 gün müddətində 08:00-dan 22: 00-dək polis idarəsində saxladılar. Sonda şikayət geri götürüldüyü və günahsız olduğum üçün , haqqımda inzibati tədbir görülmədi və cinayət işi açılmadı.

02.12.2022 il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki , işə 12 saatlıq növbəmə getməmə və işə zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır. Xahiş edirəm ki, atasız gənc və ailə başçısı olmağımı nəzərə alasınız. Məni işimə bərpa etmələrinə, əmək kitabçamda yazılan maddəni silmələri ilə bağlı göstəriş verəsiniz. Heç bir işə girə bilmirəm. Mənə bu zülmü edən Mənşur Gülməmmədli haqqında tədbir görməyinizi xahiş edirəm.

Polisdə mənə növbətçi hissənin adını bilmədiyim çavuşu yaxınlaşaraq: “rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidi , get ŞPİ ərazisindəki yarpaqları süpür” , – dedi . Mən imtina etdiyim halda isə növbətçi hissənin rəisi (mayor) Sərxan ŞPİ-nin binasının daxili təhlükəsizlik kamerasının qarşısında qolumu burub pilləkənlərdən aşağı itələdi və saxlanma yerində məni döyərək başıma zərbələr endirdi. Axırda orda olan çavuşlar və oranın çayxanasını işlədən şəxslər araya girib, mübahisəni sonlandırdı.

Oradakı polis işçilərinin dediklərinə görə , Sərxan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri V.Talıbovun qohumudu ona heç kim heç bir söz demir, qoçuluq edir. Şikayət geri götürüldüyü halda , ŞPİ-nin rəis əvəzi E.Səfərli məni iki gün polis idarəsində saxladı buna görə işə gedə bilmədim və buna görə işdən qanunsuz yerə azad olundum. Məhkəmə qərarı olmadan polis məməkdaşları Abbas və Şirxan telefonuma baxış keçirib. Xaiş edirəm ki Elvin Səfərli və Sərxan adlı şəxslər barəsində tədbir görəsiniz. //azinforum.az//
 
 
 
Ardını oxu...
Bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında Rəşad Tağıyev Şəmkir rayonuna icra başçısı təyin olunanda çoxları düşünürdü ki, rayonda illərlə yığılıb qalan problemlər tezliklə həll olunacaq.

Məlumat üçün qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Yəni tərcümeyi-halının cəlbedici olması insanlara ümid verirdi ki, yeni icra başçısı tezliklər rayonda müsbət dönüş yaradacaq. Amma Rəşad Tağıyevi yaxından tanıyanlar bilirdi ki, Bakı Şəhər Təhsil İdarəsində çalışanda məktəb direktorlarının təyinatını özü üçün gəlirli biznesə çevirmişdi.

Bəli, Rəşad Tağıyev icra başçısı kimi Şəmkirdə ilk fəaliyyətinə “zibilxanadan” başladı. Belə ki, el arasında “zibil idarəsi” deyilən, Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyevi vəzifəsindən azad elədi. Və uzaq Bakı şəhərindən Kombinata rəis dəvət elədi. Doğrudan da, təəccüblü idi. Məgər Şəmkir boyda rayonda bir təhsilli kadr yoxdurmu ki, təzə başçıs Bakıdan kadro gətirir, özü də “zibixana” üçün. Bəli, yeni icra başçısı hətta Bakıdan dəvət elədiyi Alişan Yusibovu özü şəxsən Kombinatın kollektivinə təqdim edib. Görəsən maaşı 340 manat olan vəzifəyə Bakıdan gələn rəis nə məqsədlə gəlib..? İcra başçısı bilir ki, bu adi qurum olsa da, Kombinata kifayət qədər dövlət vəsaiti ayrılır.

Rəşad Tağıyev rayondakı köhnə, rüşvətə bulaşmış vəzifə sahibləri ilə birləşərək rayonu idarə etməyə başladı. Bir ildən çoxdur ki, icra başçısı olan Rəşad Tağıyev Şəmkir camaatının ümidlərini doğrultmur. Təsəvvür edin ki, rayondakı fermerlər, iş adamları, kənd sakinləri öz əkin-biçin sahələrini, hətta mal-qaranı suvarmağa su tapmırlar və əkilən məhsullar məhv olur. Kəndlilər ma-qaranı sulamaq üçün hətta pul verib maşınla su alırlar. Şəmkirin tarixində belə hal olmayıb. Bütün bunlara görə, Şəmkirin icra başçısı bir tədbir görmür. Əksinə Şəmkir Suvarma Sistemləri İdarəsini rəisi Tahir Xəlilova havadarlıq edir. Bir sözlə, Şəmkirdə ZİBİL dizə çıxıb, SU isə tapılmır.

Deyəsən, bu gedişlə, cənab icra başçısı Rəşad Tağıyev möhtərəm Prezidentin etimadını da itirəcək. 
//NUH.AZ//
 
Ardını oxu...
"AZƏRTAC-da rəhbərlikdən xadiməsinədək hamsı ya keçmiş sədr Aslan Aslanovun qohumlarıdı və ya tapşırılmış adamlardır. Bu idarədə çox istedadlı şəxsləri uzaqlaşdıraraq A.Aslanovun yaxınlarını vəzifələrə gətirirdilər". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Əvvəli burada: AZƏRTAC-da Aslan Aslanov dövləti BELƏ QARƏT EDİB... - Adamların gözü DOYMAQ BİLMİRMİŞ...

Daha sonra məqalədə deyilir: "Bundan əlavə bu idarənin avtomobillərinin 4-ü A.Aslanovun ailəsinə xidmət edirdi. Agentliyin 10-AS-119 nömrəli Kia Karinval avtomobili şəxsən konustutsiya məhkəməsinin önündə dururdu ta o günə kimi ki, Aslan Aslanov işdən çıxdı. O, avtomobili idarə edən Aqil Mirzəyevdə həmin gün işdən çıxdı. Onun qardaşı Kamil Mirzəyev isə hazırda agentlikdə sürücü kimi fəaliyyət göstərir. İdarənin Hunday Equs markalı avtomobili isə A.Aslanovun ailəsinin işlərində fəaliyyət göstərirdi.
Bundan əlavə, A.Aslanovun qohumları yuxarı vəzifələrdə də fəaliyyət göstərirlər onlardan bir neçəsi rəhbərliyin dəyişikliyindən sonra heç bir iş bacarmadığları üçün işdən çıxarılsada hələ bir çoxu vəzifə başındadır. Misal üçün İqtisadiyyat redaksiyasının müdiri Elvin Camalov(Cəbrayıldan olan qohumu), Regionlar redaksiyasının müdiri Ceyhun ...(dostunun oğlu) və s.
Hər kəsin bildiyi kimi bu il AZƏRTAC bayram pulu və rüblük mükafatları demək olar ki, ləğv edilmişdi.
Bu idarəni demək olar ki tamamilə Tural Aslanov idarə edir. Bura işə düzələn insanların bir çoxu T.Aslanovun dostu Əlisan Quluzadə vasitəsi ilə agentliyə daxil olurlar. Təbii ki, buda rüşvətlə olur. Bu səbəbdən bu idarədə tez-tez işə zəhməti ilə düzələn şəxslər şərlənərək və ya müəyyən maniələrlə işdən kənarlaşdırılırdı. Bu timsalda Şakir Qurbanov, Rəşad Mehdiyev, Nicat Məmmədov, Rauf Məmmədov İlyas Zeynallı və sair kimi şəxslər Tural Aslanovun şəxsi prinsipləri ilə hec bir səbəb olmadan agentlikdən azad olunublar. Reklam şöbəsində ki işçilərin bir çoxu Ə.Quluzadənin əli olmaqla pulla işə düzələn şəxslərdir.
AZƏRTAC-ın avtomobillərinin hər birinə həddindən artıq yanacağ yazılaraq ordan artıq qalan pulların hər biri A.Aslanovun və T.Aslanovun cibinə gedirdi. Əgər hazırda Hesablama Palatası o avtomobilləri komputer vasitəsi ilə yoxlasa görər ki, maşinların üzərində ki məsafə göstəricilərinin hər biri qabağa çəkilib. Bütün sürücülər cərimələri ciblərindən ödədiyi halda T.Aslanovun surücüsünün cərimələrini isə sədrin maliyyə məsələləri üzrə koməkçisi - kassiri Aidə Vəliyeva idarənin balansı ilə ödəyirdi".

DAVAMI OLACAQ...

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Univetsitet müəllimlərinin İFŞA ETDİYİ FAKTLAR... - Vilayətə toxunan da yoxdur...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Vilayət Vəliyev AzTU-ya gələndən özünü “tələbələrin dostu” elan edib. O, 3 ildə tələbələrlə keçirdiyi müxtəlif görüşlərdə dəfələrlə elan edib ki, mən sizin dostunuzam, müəllimlərdən nə şikayətiniz olsa, nə vaxt istəsəniz, birbaşa mənim yanıma gəlin, sözünüzü deyin. Bir vaxtlar AzTU saytında imzasız şikayətlər yazmaq üçün vasitə də yaradılmışdı, sonra ləğv edildi. V.Vəliyev bununla tələbələri birbaşa müəllimlərlə konfrontasiyaya cəlb edir, konfliktə təhrik edir, onları başa salır ki, bizim ümumi düşmənimiz müəllimlərdir. Bununla tələbələri xəbərçiliyə, donosçuluğa təhrik edir, onların tərbiyələrini pozur, universitetdə qeyri sağlam atmosfer, psixoloji mühit yaradır, təlim-tərbiyə prosesini pozur, onları donosçuluğa təhrik edir. İndi AzTU-da intizam o qədər pozulub ki, tələbələrin bir çoxu universitetdə əllərində Coca-Cola və ya Fanta plastik butulkaları ilə gəzirlər, dərsdə oturub, mühazirəyə qulaq asa-asa (daha doğrusu, qulaq asmırlar, baxırlar), arabir bunlardan qurtum-qurtum içir, müəllimə tamaşa edirlər ki, görək bu nə deyir. Tələbələr dərsdən sonra boş butulkaları auditoriyalarda atıb gedirlər, xadimələr də 10 dəqiqəlik tənəffüsdə onları yığışdıra bilmirlər, beləliklə, auditoriyalar dərslərdən sonra axşam kafelərini xatırladır. Müəllimlər isə onlara irad tutanda, cavab verirlər ki, müəllim, axı Avropada belədir... Müəllimlər tələbələrə çox irad tutduqda, tənbeh etdikdə, tələbələr dərhal şikayət yazırlar ki, müəllim bizə qarşı aqressiya göstərir, bizi təhqir edir. Rəhbərlik də əlbəttə ki, belə müəllimləri dərhal çağırıb, onlara izahat yazdırır, cavab tələb edir. İndi müəllim Texniki Universitetdə ən hüquqsuz, ən yazıq bir məxluqa çevrilib. Buna görə də imkanı olan müəllimlər buradan başlarını götürüb gedirlər, başqa universitetlərə keçirlər. Bu da son 3 ildə kütləvi şəkil alıb. AzTU-nun onlarla təcrübəli, bilikli, hörmətli müəllimi başını götürüb, buradan gedib. Həm rektorun özü, həm də onun AzTU-ya gətirdiyi saysız hesabsız adamları imkan düşən kimi müəllimləri aşağılayır, onları adam saymırlar, tələbələrdə də müəllimlərə qarşı belə münasibət aşılayırlar. Rektor da müəllim kollektivi ilə onun arasında olan belə gərgin münasibətləri onunla izah edir ki, guya ki, burada ondan əvvəl hamı rüşvətxor, cinayətkar olub, o buraya gələndən bunların rüşvət yolunu kəsib, onlar da buna görə onu sevmirlər. Lakin geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, hələ 2008-ci ildən AzTU-da semestr imtahanları test üsulu ilə, kompyuter vasitəsilə qəbul edilirdi və tələbənin düzgün cavablarının sayına görə imtahan qiymətini kompyuter təyin edirdi, imtahanda tələbə-müəllim əlaqələri tamamilə aradan qaldırılmışdı. Bu məqsədlə, 250-300 kompyuterdən ibarət xüsusi imtahan zalları yaradılmışdı, gün ərzində 1500-2000 tələbə ən müxtəlif fənlərdən imtahan verə bilirdi. Bu böyük sistemi idarə edən gənc və bacarıqlı kompyuter mütəxəssisləri qrupu yaranmışdı. V.Vəliyev rektor gələndə o imtahan zallarını da ləğv etdi, mütəxəssisləri də dağıtdı, kompyuterləri də kafedralara paylayıb dağıtdı. Sual oluna bilər, bəs Texniki Universitetdə əvvəllər neqativ hallar olmayıb? Ədalət naminə etiraf etmək lazımdır ki, əlbəttə olub, ancaq kənardan göründüyü kimi kütləvi miqyasda olmayıb, məhdud çərçivədə olub. Və ən əsas onu qeyd etmək lazımdır ki, test üsulu ilə imtahanlar keçirilməyə başladıqdan sonra, yəni V.Vəliyevin AzTU-ya rektor gəlişindən azı 10-12 il əvvəldən başlayaraq, neqativ hallara kafedraların və müəllimlərin heç bir qarışacağı olmayıb, bu məsələlər kafedralardan yuxarıda, həm də məhdud miqdarda olub. İndi isə neqativ hallar üçün kafedraları və müəllimləri günahlandırmaq, onları cinayətkar adlandırmaq tamamilə əsassızdır və böhtandır. Bundan əlavə, AzTU-da indi də, əvvəllər də elə təmiz müəllimlər olub ki, onlar ömürləri boyu bir tələbənin bir qəpiyinə də tamah salmayıblar. Belə insanlara Texniki Universitetdə hamı ehtiramla yanaşıb. Burada hamını cinayətkar adlandırıb, şantaj etmək elə bunu deyənlərin özlərinin mənəviyyatsızlığını göstərir.
İndi imtahanlar adi qayda ilə, yəni müəllimlə üz-üzə, imtahan biletinə şifahi cavab verməklə aparılır. Lakin məsələ ondadır ki, tələbə imtahan başlamazdan rəsmi olaraq yarım saat qabaq, həqiqətdə isə imtahana bir saat qalmış AzTU saytına daxil olaraq imtahana düşən sualları oradan götürür və imtahana daxil olana qədər onun bu sualları öyrənmək üçün bir saata yaxın vaxtı olur. Heç qabaqcadan imtahana hazırlaşmadan da bu müddətdə 5 sualın cavabını öyrənmək mümkündür. Bundan əlavə, müəllimlərə də lazımınca təzyiq göstərilir ki, tələbələrə yalnız müvəffəq qiymət yazsınlar. Belə imtahandan kim inciyər ki? Buna imtahan demək olarmı? Rektor V.Vəliyevin tələbəlik yoldaşlarından bizə çatan məlumatlara görə o, özü tələbəlik dövründə çox zəif tələbə olub. O, Sumqayıtdakı 49 saylı texniki peşə məktəbini bitirdikdən sonra universitetə daxil olub, o dövrkü texniki peşə məktəblərindəki təhsil səviyyəsi isə hamıya yaxşı məlumdur. Buna görə də indi V.Vəliyev nağıllardakı kimi, pis tələbənin arzularını həyata keçirir.
Bundan əlavə, karantin dövrü qurtarandan, bilavasitə universitetdə dərslər başlayandan sonra bir şey də dəb düşüb. Tələbələr tənəffüsə çıxan kimi AzTU-nun daxili həyətinə düşüb, voleybol oynamağa başlayırlar. Bu məqsədlə hər qrupda voleybol topları alınıb və bir nəfər də topgəzdirən təyin olunub. Bəli, təəccüblənməyin, hər qrup həyətdə dövrəyə düzülərək, voleybol oynamağa başlayır. Hərdən ara bir az da qızışanda voleyboldan futbola keçirlər. Müəllimlər də həyətdən keçəndə özlərini qoruyurlar ki, onlara top dəyməsin. Bu məsələnin haradan qaynaqlandığını öyrənməyə çalışdıq. Bizə məlum oldu ki, rektor hansı şöbəyəsə tələbələrin asudə vaxtının təşkili üçün işçi qəbul edib, o da nə isə eləməlidir axı. O da “asudə vaxtlarda” tələbələrin həyətdə voleybol oynamasını təklif edib, bu təklif rektorun “xoşuna gəlib”. İndi də universitetin həyəti stadiona çevrilib. Doğrudur, son ayda havaların pisləşməsi və həm də həyətin tikinti-təmir materialları ilə zibillənməsi səbəbindən voleybol yarışları bir müddətə səngiyib. Ancaq, yaz da uzaqda deyil. Biz keçmiş yazılarımızın birində təklif etmişdik ki, V.Vəliyevin yüksək rütbəli himayədarı (onun adını da göstərmişdik) ona kömək etmək istəyirdisə, niyə onu rektor vəzifəsinə təklif etmişdi, bir stadiondan-zaddan tapmırdı ki, onu oraya direktor vəzifəsinə təklif etsin? İndi görürsünüz, biz necə uzaqgörən olmuşuq. Müəllimlərin bir çoxu bildirir ki, onların müşahidələri göstərir ki, indi 1-ci, 2-ci kursda oxuyan tələbələrin (yəni V.Vəliyevin rektorluğu dövründə universitetə daxil olan tələbələrin) intizamı, davranışı, müəllimlərə münasibəti, dərs oxumaları ondan əvvəl universitetə daxil olan, yəni 3-4-cü kurs tələbələrinə nisbətən xeyli pisdir.
V.Vəliyev Texniki Universitetdə rektor olandan, dərslərin başlanması və qurtarmasını bildirən zənglər də vurulmur. Rektor deyib ki, zəng nəyə lazımdır, mənim zəngdən xoşum gəlmir, hamının saatı var da, bilmirlər ki, dərs saat neçədə başlanır, neçədə qurtarır? V.Vəliyevdən əvvəl kompyuterlə idarə olunan avtomatik zəng sistemi var idi, indi söküb, atıblar. Qəribədirmi? Danabaş kəndinin əhvalatlarına oxşamırmı? İndi dərs başlanmazdan əvvəl tələbələr çox zaman koridorda, auditoriyaların qarşısında topa ilə yığılırlar. Müəllim gəlib onları haylayır, deyir, ay uşaqlar, keçin otağa, dərs başlayıb. Tələbələrin də arasında səslər gəlir ki, müəllim, hələ tezdir, 5 dəqiqə qalıb. Dərsin qurtarmasına da 5-10 dəqiqə qalmış tələbələr müəllimə səslənirlər ki, müəllim, zəngin vaxtıdır. Müəllim isə saatına baxıb cavab verir, tələsməyin, hələ zəngə var... İndiki dövrdə belə "kolxoz" üsulunun, Danabaş kəndi üsulunun tətbiqi ayıb deyilmi? Zəng vurulması daha sadə və aydın olmazdımı?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
 

İddiaya görə, məktəb rəhbərliyi ayrı-ayrı müəllimlər vasitəsilə hədə-qorxu ilə şagirdlərdən təmir işləri üçün vəsait toplayır

Orta məktəblərdə fond pulu biabırçılığına son qoyulması üçün tədbir görülməsinə baxmayaraq, Bakının bəzi məktəblərində müxtəlif səbəblərdən pul yığımı davam edir.

Məsələn, bu günlərdə AzToday.az-a ünvanlanan şikayət məktubundan məlum olur ki, Bakı şəhəri Suraxanı rayonunun 270 nömrəli tam orta məktəbində ayrı-ayrı siniflərdən ya valideynlər komitəsi, ya da sinif rəhbərləri vasitəsilə pul yığılır. İddiaya görə, hətta pul yığımı məsələsi bəzi siniflərdə valideynlər arasında ciddi narazılığa səbəb olub. Belə ki, pul yığımı məsələsindən məktəb rəhbərliyinin də xəbəri var, onun məlumatı ola-ola bəzi müəllimlər şagirdlərə hədə-qorxu gələrək vəsait toplayırlar, buna etiraz edən valideynləri də hədələyirlər.

Məlumatda qeyd edilir ki, bir neçə ilə bundan əvvələ qədər rayonun nümunəvi məktəblərindən olan 270 nömrəli məktəbdə direktor təyin edilməməsi bu cür neqativ halların (müəllimlərin dərsələrə etinasız yanaşması, yuxarı sinif şagirdlərinin kütləvi şəkildə siqaret çəkməyə meyllənməsi, özbaşınalıq etməsi və s.) baş alıb getməsinə gətirib çıxarır.

Güman edirik ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdə gedən bu prosesləri diqqətdə saxlayacaq, fond pulu və sinif üçün pul yığımının yenidən baş qaldırmasının qarşısını alacaq. Əks halda psixoloji təzyiq altında saxlanan şagirdlər təhsildən çox, pul gətirməsə, “halının necə olacağı” barədə fikirləşmək zorunda qalacaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Ardını oxu...
Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kərəm Mustafayevin Avropada biznesi aşkarlanıb.

Teref.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb:

“Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Restoran Londonda fəaliyyət göstərən iki şirkət – FOLEY’S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti