Ardını oxu...
Naxçıvan MR DİN-in “aldanmış kəvakibləri”: Süleyman Nemətov nazirliyinin ilk sürprizi ilə qarşılaşıb

Naxçıvan MR DİN-in yeni rəhbəri Süleyman Nemətov işə başlayar-başlamaz ilk sürprizlə qarşılaşıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Süleyman Nemətova ilk şikayət sabiq nazirdən əvvəlki nazir Fazil Ələkbərovun yaxınlarından gəlib.

Rəşad İsmayılovun nazir postundan uzaqlaşdırılıb yerinə Süleyman Nemətovun gətirilməsini eşidib başılovlu MR DİN-nə qaçan şikayətçilərin ərzi-gileyindən belə anlaşılıb ki, onlardan polis orqanlarında işdə saxlamaq adıyla külli miqdarda rüşvət alınıb, amma vəd yerinə yetirilməyib.

İddialara inansaq, rüşvət Şərur polis idarəsinin rəisi Nəsib İsmayılov, Naxçıvan MR Baş Prokurorluğu və MR DİN-in yüksək rütbəli digər rəsmiləri tərəfindən alınıb, nazir Rəşad İsmayılova verilib.

Naxçıvan polis orqanlarının “aldadılmış kəvakiblər”in siyahısı

1) Ayaz Nəzərov (Fazil Ələkbərovun bacısı oğlu) – 25 min manat. 7-ci idarənin əli ilə alınıb.

40 minlik Toyota Prado markalı maşını 25 minə satdırıb pulunu əlindən alıblar.

Qaynağımızın bildirdiyinə görə, Ayaz Nəzərovdan 25 min manat rüşvət cəmi 2 ay 27 gün polis orqanlarında işləmək üçün alınıb. Belə ki, onun pensiyaya çıxmasına bu qədər zaman qalırmış. Təqaüdə çıxacaq qədər möhlət müqabilində öz maşınını dəyər-dəyməzinə satan polis zabitinin bu son arzusu belə yerinə yetirilməyib.

2. Cəbrayıl Nəzərov (Fazil Ələkbərovun bacısı oğlu) - 78 min manat. Rüşvət nazirlikdə alınıb;

3. Elnur İsmayılov (F.Ələkbərovun bacısı oğlu) 3 evini, 1 maşınını, hətta axırıncı çörək puluna qədər hər şeyini əlindən alıblar. Evlərdən biri hələ də satımadığından nazir Rəşad İsmayılovun tapşırığı ilə Babək rayon polis idarəsinin əməkdaşları onun qıfılını dəyişdiriblər. Elnur İsmayılov Naxçıvanda yaşamağa yer tapa bilmədiyindən Bakıya köçüb, hazırda kirayədə qalır. Məlumata görə, Elnur İsmayılov sabiq Rəşad İsmayılovu məhkəməyə verməyə hazırlaşır;

4. Şərif Hüseynəliyev (F.Ələkbərovun bacısı oğlunun dostu) 150 min manat. Rüşvət “Yaşat” Fonduna yardım adıyla alınıb;

5. Teymur Quliyev (F.Ələkbərovun bacısı oğlunun dostu): Naxçıvan şəhərində Beko dükanın yerləşdiyi binadakı 4-otaqlı evi, Hyundai Sonata markalı maşını, qardaşının Bakıdakı mənzili, gəlinlərinin qızıl əşyaları dəyər-dəyməzə satılaraq 350-400 min dolları mənimsənilib;

Elnur İsmayılov, Teymur Quliyev və Şərif Hüseynəliyevdən rüşvəti Naxçıvan MR Prokurorluğu vasitəsilə alıblar;

6. Şahin Abdullayev (Fazil Ələkbərovun sürücüsü) - 55 min. Rüşvəti 7-ci idarə alıb;

7. Elçin İsmayılov (Fazil Ələkbərovun uzaq qohumu) - 40 min manat. Şərur rayon polis idarəsinin rəisi Nəsib İsmayılov hətta onu polis formasında bir həftə içəridə saxlayıb.

Qaynağımız Naxçıvan MR DİN-də baş alıb gedən bu rüşvətxorluğa təəccüblənməməyi tövsiyə edir. Onun sözlərinə görə, nazirlikdə rüşvətxorluq o həddədir ki, hətta nazirlər belə onun cazibə qüvvəsindən kənarda çıxa bilməyiblər. Hətta Fazil Ələkbərovun özü nazir işlədiyi vaxtda DYP rəisi Ayaz Quliyev ondan maşın nömrəsi üçün 5 min rüşvət alıbmış.
 
Ardını oxu...
Elsun Xudaverdiyev DSMF-nin Tovuzda yerləşən regional idarəsinin müdiridir. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının DSMF-nə cavabdehdir. İki ali təhsili var. Bir cümləni belə düz yaza bilmir. Savadı da belədir.
60 balla İdman və Bədən Tərbiyəsi Akademiyasını bitirib. Üstəgəl Gəncə Aqrar Unversitetində it yiyəsini tanımayan vaxtlarda distant təhsil alıb. Universitetin qapısını tanımadan dekana 3 min manat verməklə ikinci diplomunu alıb. Amma əla rüşvət yığmağı var. Ona görə də, Sahil Babayevə lazımlı adamdır. Nazirin müavini Hidayət müəllimin əli ilə.
Deməli, Elsun Xudaverdiyev Gədəbəydə DSMF-nin müdiri olan vaxtları ona qara kassirliyi sürücüsü İsfəndiyar Qələndərov edirdi. İ.Qələndərov analoqu olmayan maklerliyi bacarır. DSMF-yə aid istənilən işi düzəltməyə qadirdir. Bircə istədiyi rüşvəti alsın. DSMF-də struktur dəyişəndə E.Xudaverdiyev Tovuzdakı regionala müdir təyin olundu. İ.Qələndərovdan ayrı düşdü. Uzun çəkən eşq-məhəbbətdən sonra sürücü İsfəndiyar Qələndərovu da yanına apara bildi, amma işə təyin edə bilmədi. Maraqlıdır ki, maaşı və təyinatı olmayan İ.Qələndərov nə münasibətlə E.Xudaverdiyevə sürücülük edirdi?
Təbii ki, rüşvət yığırdı. Təxmini 1 ilə yaxındır "təmənnasız" sürücülük edir.
Teref.az yazır ki, bunu jurnalist Zaur Qənbərli sosial şəbəkədə "Azerbaycan-Azerbaijan" səhifəsində yazıb. Daha sonra jurnalist davam edərək yazır:
Hətta, E.Xudaverdiyevin maşınını etibarnamə olmadan belə idarə edir. Tovuz YPX əməkdaşları buna görə İsfədiyara cərimə yazanda E.Xudaverdiyev bərk qəzəblənərək YPX əməkdaşlarına zəng edərək irad bildirmişdi və hədələşmişdi.
Gələk bir neçə saxta və rüşvətlə düzəldilən işə. İ.Qələndərov saxta sosial yardım düzəltmək üçün hər oyuna əl atır. Saxtakarlığa isə təmannasız getmir.
Qocayeva Əfsanə Çoban qızı. Tovuz rayon Yanıqlı kəndi. Sosial yardım almaq üçün İsfəndiyara müraciət edir. Ailənin maddi durumu yaxşı olduğundan Ünvanlı Sosial Yardım şamil edilmir. İsfəndiyar tövsiyə edir ki, boşansınlar. Belə edə edirlər. Formal olaraq boşanırlar. Boşanmada aliment, mülk davası olmayıb, hazırda da ailə eyni evdə yaşayırlar. Amma sosial yardım alırlar. Ə.Qocayevanın həyat yoldaşının maşını var.
İkinci bir məsələ nədir. Vətəndaşların adlarına olan pay torpağını fərdi evə sənədləşdirirlər. Həmin pay torpaqları həyətyanı torpaq sahəsi kimi sənədləşdirilir. Üstəgəl həmin torpaq sahəsinə saxta kodlar təyin edərək sistemə yerləşdirirlər.
Qeyd edim ki, pay torpaqlarının statusu dəyişdirilə bilməz. Pay torpaqları vətəndaşa yalnız əkin, səpin, biçin üçün dövlət tərəfindən verilir. Hətta, tikinti belə tikmək olmaz. Yalnız mövsümi 4 dirək üstündə nəsə tikməyə icazə var. Qanunla pay torpaqlarını satmaq, dəyişmək, bağışlamaq olmaz.
Elsun Xudaverdiyev isə saxta sosial yardım təyinatı aparmaq üçün hər yola əl atır.
Mirzəyevə Gülnarə Xanoğlan qızı. Adına 0.86 ha, yəni 86 sot pay torpağı var. Bunu saxtalaşdıraraq fərdi evin həyətyanı torpaq sahəsi kimi sənədləşdiriblər. Halbuki, heç elə fərdi ev yoxdu. Sistemə saxta kodlar altında yerləşdiriblər və sosial yardım təyin ediblər.
İsmayılzadə Elvin Vaqif oğlu. Bu şəxsin 4 ədəd pay torpaq sahəsi var. 2-si öz adınadır, 2-si həyat yoldaşının. Hamısını ayrı-ayrılıqda fərdi ev kimi sənədləşdiriblər və sosial yardım alır. Maraqlıdır ki, 4 fərdi evi olan niyə sosial yardım alınsın.
İbrahimov Rafael Əsgər oğlu. Bu vətəndaşın da pay torpağını fərdi ev kimi sənədləşdirərək sosial yardım təyin olunmasına müvəffəq olublar. R.İbrahimov sosial yardım təyin olunandan sonra satılması qadağa olunan pay torpağını satıb.
Musayeva Günay Sakit qızı. İsfəndiyar Qələndərovla ailəvi dostdurlar. Bu dostluq münasibətinə görə, İ.Qələndərov ailəyə sosial yardım təyin etdirib. Lakin G.Musayevanın həyat yoldaşının kamazı var.
Beləliklə Elsun Xudaverdiyev rəhbərlik etdiyi regionda sosial yardım rüşvətlə və dostluq münasibəti ilə təyin edilir. Bu işlərin icrasını isə İsfəndiyar Qələndərov həyata keçirir.
Regionda sosial yardım təyin edilən şəxslərin nəzərdə tutulan sayı bu yolla doldurulur. Sosial yardım alması vacib olan şəxslər isə kənarda qalır və sosial yardım təyin olunmaması üçün min bir bəhanə ilə saysız-hesabsız imtinalar gəlir.
P.S. 60 balla İdman və Bədən Tərbiyəsi Akademiyasımı bitirmiş bir nəfər Elsun Xudaverdiyev.
Jurnalist Zaur Qənbərov
Teref.az olaraq jurnalistin məqalədə toxunduğu iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib…

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun keçirdiyi tenderlərdə maxinasiya halları baş verir.

AzFakt.com xəbər verir ki, İnstitutda bu işləri satınalma komissiyasının sədri Xanlar Xanlarov həyata keçirir. Xanlar Xanlarov həm də Fizika İnstititunun baş iqtisadçısıdır.

Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib.

Kimliyi, mənbəyi bilinməyən, 5 manatlıq MMC-lər institutun fərqli sahələr üzrə keçirdiyi tenderlərdə “qalib” olurlar.

Xanlar Xanlarova bu cür “gecəqondu” MMC-ləri tapıb gətirən isə Rəhman adlı nəvəsinin olduğu iddia edilir.

“Otkad” MMC-lərin “ovçusu” olan Rəhmanın Fizika İnstitutuna gətirdiyi son təşkilatlardan biri “Zəfər 052” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- 1007513961) olub.

“Zəfər 052” MMC 2022-ci ilin mart ayında qeydiyyata alınıb. MMC-nin rəhbəri Əliyev Cavad Həmdulla oğludur.

Mart ayından bu günədək Fizika İnstitutu ilə “Zəfər 052” MMC-nin arasında 4 satınalma “müqaviləsi” bağlanıb.

Bu müqavilələrin ümumi məbləği 82.771 manat olub.

Əldə etdiyimiz məlumata görə bu tenderlər formal olaraq keçirilib.

Burada əsas məqsəd müqavilədə göstərilən pulları silmək olub.
 
Ardını oxu...
"DogruXeber.az" xatırladır ki, 28.12.2022-ci il tarixində Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Həmin sərəncama əsasən təyinat alan hakimlərdən biri Etibar Zülfüqar oğlu Hümbətovdur ki, o da Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

"DogruXeber.az" bildirir ki, bununla bağlı təhsil işçisi Kazım (Cəbrayılov) Ağamikayıloğlu şəxsi facebook hesabında paylaşım edib:

"Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətov.
Şirvan şəhər məhkəməsinin hakimi təyin olundu.
Etibar sözünün E hərifindən xəbəri olmayan bu yaramaz adam,Şamaxı rayonunda azyaşlı qızların rüşvət müqabilində yaşını 18 edirdi,Boşanmaya gələn gözəl qadınlara isə əxlaqsızlıq təklif edirdi,Bu yaramaz adam Azərbaycan qanunlarına tüpürən adamdır, Başınız sag olsun Şirvan camaatı qaragünləriniz bu gündən başlayır,hazır olun şərlənərək həbs olunmağa.
Yaxın günlərdə əxlaqsızlıq təklif etdiyi qızı yaşında qadının çıxışını yayımlayacam."

Ardını oxu...

Qeyd edək ki, qısa zamanda Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovun verdiyi qərarın ədalətsiz və məqsədli olduğunu iddia edən Əsgərov Kamal Aydın oğlunun narazılıqları tam təfərrüatları ilə "DogruXeber.az" informasiya portalında yayımlanacaq.

Adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.a

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bəs keçən tədris ilinin sonunda dövlət imtahanları necə keçirildi? Çox biabırçı vəziyyətdə. İmtahanlar şifahi formatda keçirildi. Tələbələr imtahandan yarım saat əvvəl elektron sistemə daxil olaraq, onlara hansı suallar düşdüyünü öyrənirlər. Bundan sonra imtahan başlayana qədər yarım saat müddətində həmin sualları mühazirə konspektləri materiallarının mobil telefonda və ya çap olunmuş kağızlardakı mətnlərindən oxuyub, öyrənirlər. Sonra imtahana daxil olurlar və həmin materiallar yenə də imtahan getdiyi 2-3 saat müddətində qarşılarında stolun üstündə açıq şəkildə qalır və bunu heç kim onlara qadağan etmir (???). Bu 2-3 saat müddətində heç nəyə hazırlaşmayan tələbə də ona düşən 5 sualı oxuyub, əzbərləyə bilir. Tələbə yalnız cavab vermək üçün ayağa qalxdıqda bu materiallardan ayrılır. Ancaq elə hallar olub ki, tələbələr komissiya qarşısında cavab verməkdə ikən deyirlər ki, müəllim, yadımdan çıxıb, olar bir də telefonumu götürüb baxım? Komissiyanın sədri də deyir, “bala, niyə olmur, olar, götür bax”. Belə imtahandan kim inciyər ki? Buna heç hazırlaşmaq da lazım deyil, nəinki 4 ay çalışıb, buraxılış işi layihəsini işləmək. Qəribəsi odur ki, bütün bu biabırçılıq “innovativ metodlardan” istifadə etməklə, yəni video kameraların çəkilişi şəraitində baş verir və imtahan zamanı tələbələrin istədikləri materiallarının qarşılarında olmaları və onlardan istifadə etmələri də çəkilişə düşür. Tələbələrlə şəxsi söhbətdə soruşanda ki, “bəs bu ixtisaslara həvəsiniz yoxdursa, niyə bu universitetə daxil olmusunuz?”, çoxu cavab verir ki, “ona görə ki, deyirlər ki, burada oxumadan da universiteti bitirmək olur”. Həqiqətən, Texniki Universitetin iki fakültəsindən başqa qalan fakültələrə abituriyentlər qəbul imtahanında toplanılan 200 balla daxil olurlar. Buna görə də təəccüblü deyil ki, AzTU-da tələbələrin əvəzinə müəllimləri “yenidən oxudurlar”, tələbələrdən isə yalnız dərsə gəlib-getmək, görüntü yaratmaq tələb olunur. Müəllimlər rəhbərlik tərəfindən hədsiz mənəvi təzyiqlərə məruz qalırlar, onları sübut edilməmiş “cinayətkar keçmişləri” ilə hədələyərək, şantaj edirlər, üzüyola olmağa məcbur edirlər. Bu kompaniyaya tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli də yaxından qoşulub. O da professional tədris işçisi deyil, baxmayaraq ki, nominal olaraq bir neçə il ADNSU-də kafedra müdiri işləyib (unun tərcümeyi-halından görünür ki, o yer qalmayıb ki, orada işləməsin). Nurəli Yusifbəyli AzTU-da imic qazanmaq üçün özünü bürokrat kimi göstərməyə çalışır. Tədris prosesində sillabus adlanan bir sənəd vardır ki, bu da sadəcə olaraq, fənn üzrə tədris olunan mövzuların təqvim planı deməkdir, vəssalam. Əvvəllər 3-4 səhifədən ibarət olan sillabusları indi N.Yusifbəyli 20-25 səhifəyə çatdırıb. Sillabuslar hər semestr başlayanda təsdiq edilməlidir. N.Yusifbəyli və onun tədris personalının “diqqəti” nəticəsində isə bunlar semestrin sonuna qədər də təsdiq edilib qurtara bilmir və dəfələrlə yenidən çap edilir. Kafedralarda onlarla kiloqram yararsız sillabuslar qalaq-qalaq yığılıb, qalır. Sillabus təsdiq etdirmək indi AzTU-da bir epopeyaya çevrilib. N.Yusifbəyli özünə zəhmət verib, sillabuslardakı saysız-hesabsız cədvəl və rəqəmlərin necə hesablanması haqqında bir göstəriş də hazırlayıb, kafedralara vermir ki, başa düşsünlər ki, o nə istəyir. Yeri gəlmişkən bir məsələni də qeyd edək. Hər tədris ili başlanana qədər müəllimlərin illik tədris yükü planları təsdiq edilməlidir. Əvvəllər belə də olurdu. Son üç ildə isə tədris ilinin yarısı keçir, tədris yükü təsdiq edilmir ki, edilmir, dəfələrlə dəyişdirilir. Bu il dekabr ayının ortalarına qədər dəqiq bilirdik ki, hələ bu ilin tədris yükü təsdiq edilməmişdi, baxmayaraq ki, tədris ilinin yarısı keçmişdir. Bunda N.Yusifbəylinin də “xidmətləri” az deyildir.
Dərs vaxtı tələbələrdən dərs soruşduqda, görürsən ki, onların bir çoxu nəinki soruşulan fənni bilmir, heç öz doğma dilində əməlli danışa bilmir, ən adi məsələlərdə fikrini izah edə bilmir, cümləsinin mübtədası ilə xəbəri bir birinə uyğun gəlmir, uzlaşmır. Sanki bunlar 21-ci əsrdə Azərbaycanda orta məktəb təhsili almayıblar, Babilistandan gəliblər. Bu da bizim orta məktəb sistemimizin acınacaqlı vəziyyəti ilə əlaqədardır. Bununla əlaqədar bir məsələni də xatırlatmaq yerinə düşər. Bu il avqust ayının axırlarına yaxın ölkəmizin bir çox kütləvi informasiya vasitələrində Dövlət İmtahan Mərkəzinin verdiyi məlumat getdi ki, Azərbaycanın hər rayonunda neçə-neçə orta məktəb məzununun adicə yazmaq-oxumaq bilmədiyi aşkar edilib, və belələrinin rayonlar üzrə sayının göstərildiyi cədvəl də nümayiş etdirildi. Təsəvvür edirsinizmi, 21-ci əsrdə gənc adam 11 il məktəbə gedib-gəlir, 32 hərfi, adicə yazmaq-oxumağı öyrənmir?
Qayıdaq öz universitetimizə. Bu günlərdə AzTU-ya Elm və Təhsil Nazirliyinin akkreditasiya komissiyası gəldi. Məlumdur ki, bu komissiyanın vəzifəsi universitetdə təhsilin və tədrisin vəziyyətini, universitetin fəaliyyətinin tələblərə uyğunluğunu yoxlamaq və universiteti yeni müddətə akkreditasiya etməkdir. Adətən əvvəllər belə komissiya universitetə gəldikdə bəzi fənlərdən tələbələrin biliklərini də yoxlayar, bu məqsədlə yüngül səviyyədə test imtahanları da keçirərdilər. İndi isə heç tələbələrin təhsilinin nə səviyyədə olduğu yoxlanmadı, yalnız sənədlər, yəni kağız-kuğuz yoxlandı. Yəni kağız-kuğuz yerindədirsə, təhsil də qaydasındadır. Görünür, onlar tədris məsələsini “tərpətməyə” qorxdular, özləri bilirlər niyə. Bundan əlavə, akkreditasiya komissiyası hələ gəlməzdən əvvəl onlar yoxlama üçün hazırlanmalı olan sənədlərin siyahısını göndərmişdilər. Texnik Universitetdə həmin siyahıya baxıb, başa düşməyə çalışırdılar ki, komissiya filan adla nəyi, hansı sənədi nəzərdə tutur. Çünki, çox hallarda məlum tədris sənədlərinin adları elə tərzdə yazılmışdı ki, onları başa düşmək olmurdu, tapmaca tapmaq lazım gəlirdi. Bu da bizim nazirliyimizdəki mütəxəssislərin səviyyəsi, onlar heç sənədlərin düzgün adlarını bilmirlər, bunların yoxlaması nə olacaq?
V.Vəliyev Texniki Universitetin təcrübəli, öz sözünü deyə bilən (onların sayı az olsa da, var) ömrünü Texniki Universitetə həsr etmiş müəllimlərini, əsasən də ixtisas kafedralarının texniki profilli müəllimlərini özünün əsas rəqibləri hesab edir. Yəqin ki, o, elə buna görə 3 ildir ki, onlara düşmən kəsilib və onları hər vasitə ilə dağıtmağa, buradan uzaqlaşdırmağa çalışır. Məlumdur ki, ali təhsil müəssisələri haqqında əsasnamədə göstərilir ki, professor-müəllim heyəti üçün yaş həddi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Nazirlər Kabineti isə hələ ki, belə bir yaş həddi müəyyən etməmişdir. Buna baxmayaraq, rektor V.Vəliyev AzTU-ya gələn kimi öz yanından yaş həddi müəyyən etmişdir. O elmi şurada qərar qəbul etdirmişdir ki, “70 yaşdan yuxarı professor-müəllim heyəti 1 ştatdan artıq, 75 yaşdan yuxarı isə 0,5 ştatdan artıq akademik yük apara bilməz”. Əvvəla, bu qərarın özü Nazirlər Kabinetinin qərarı olmadan qanunsuzdur. İkincisi isə, rektor bu qərarı kafedra müdirlərinə də tətbiq edir. Məlumdur ki, kafedra müdiri vəzifəsi akademik yük deyil, inzibati vəzifədir. Kafedra müdirlərinin demək olar ki, hamısı tam ştatda müdirlikdən əlavə, həm də 0,5 ştat dosent və ya professor vəzifəsi tutmaqla dərs deyir, yəni cəmi 1,5 ştatda işləyir. Lakin, bu 1,5 ştat akademik yük deyil, bunun 1 ştatı inzibatı vəzifə, 0,5 ştatı isə akademik yükdür. Buna görə də yuxarıda qeyd olunan qərar buna şamil edilə bilməz, çünki, kafedra müdiri 0,5 ştat akademik yük aparır. Rektor isə bu sadə həqiqəti başa düşmür. Hər il tədris yükü bölgüsü olanda, o, 70 yaşdan yuxarı kafedra müdirlərinə hətta 0,5 ştat dərs aparmağa da icazə vermir ki, bu cəmi 1,5 ştat olacaq. Bu isə ali təhsil müəssisələri haqqında əsasnamənin yuxarıda göstərilən qaydalarına ziddir. Məlumdur ki, texniki universitetdə pedaqoji kadrların çatışmazlığı var, gənclər müəllimliyə gəlmir, indi texniki təhsil populyar deyil. Ancaq rektor hazırda universitetdə işləyən yaşlı və təcrübəli kadrlardan səmərəli istifadə etmək, onları gənc müəllim kadrların hazırlanmasına həvəsləndirmək əvəzinə, olanları da qaçırıb dağıdır. Ümumiyyətlə, hiss olunur ki, o, müəllimlərə patoloji nifrətlə baxır. Müəllimlərə nifrət isə pis tələbələrə məxsus xüsusiyyətdir. Görünür, V.Vəliyev özü universitetdə təhsil alan zaman zəif tələbə olub, zəif tələbələrin isə müəllimlərə münasibəti məlumdur.
Son iki ildə V.Vəliyev 75 yaşına çatmış müəllimləri 0,5 ştata keçirir və qəribədir ki, o həmin müəllimləri məcbur edir ki, dərs ilinin əvvəlində özləri bu haqda xahiş ərizəsi ilə rektora müraciət etsinlər. Sual olunur, əgər rektorun və elmi şuranın bu qərarı qanunidirsə, niyə müəllimlər bu haqda xahiş ərizəsi ilə ona müraciət etməlidirlər? Çünki, V.Vəliyev özü də yaxşı başa düşür ki, onun bu qərarı qanuna ziddir və o, ərizə yazdırmaqla özünü sığortalamaq istəyir ki, bir gün yoxlama gəlsə, ya da müəllimlərdən kimsə məhkəməyə müraciət etsə, o desin ki, mən onları 0,5 ştata keçirməmişəm ki, onların özləri ərizə yazıblar. Ümumiyyətlə, onun buna bənzər rəzil metodlardan istifadəsi başqa sahələrdə də olub. Müəllimlərdən bir hissəsi üzüyola adamlardır və dərhal ərizə yazırlar, bir hissəsi isə dirənir və ərizə yazmaqdan imtina edir. V.Vəliyev onlara qarşı görünməmiş təzyiqlər tətbiq edir, böyük dava-dalaş düşür və hələ ki, son nəticədə onlara bir neçəsi istisna olmaqla, ərizə yazdıra bilib. Biz müəllimlərə müraciət edirik ki, belə hallar təkrar olunarsa, heç vəchlə ərizə yazmasınlar və məhkəməyə müraciət etsinlər, qanun onların tərəfində olacaq".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə iş adamı, sahibkar, fermer, biznesmen dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək fəaliyyət göstərir, yeni iş yerləri yaradır, milyonlar qazanır, dövlətin büdcəsinə böyük miqdarda vergi ödəyir, xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir və s, və i. Bu adamların adı mətbuatda da nadir hallar da çəkilir.
Amma.... Əmması odur ki, Azərbaycanda özünü iş adamı, sahibkar kimi qələmə verən bir Müqayis Verdiyev var. Ki, neçə ildir adı mətbuat səhifələrindən düşmür. Bu adam qaşınmayan yerdən qan çıxartmaq, kimlərisə şantaj etməkdən sanki xüsusi ləzzət alır.
Yuxarıda qeyd etdiyimiz kimi... Sahibkar, iş adamı birincisi, yeni iş yerləri açır, insanları işlə təmin edir... Müqayis Verdiyevdən soruşan lazımdır ki, son 20 ildə neçə iş yeri açmısan, kimləri işlə təmin etmisən, maaş vermisən... Müqayis cavab verməsə də biz cavab verə bilərik. Bəli, Müqayis Verdiyev nəinki sıravi insanları, hətta Qarabağ qazilərini işlədərək pullarını verməyib.
Gördünüzmü, bunun əsl sifətini..?
İkincisi, iş adamları milyonlar qazanır, halal xoşları olsun. Amma... Əmması odur ki, Müqayis Verdiyev digər iş adamlarından daha çox qazanıb. İndi ondan soruşan lazımdır ki, bu illər ərzində dövlətin büdcəsinə neçə manat ödəmisən..?
Müqayis Verdiyev cavab verməsə də biz cavab verə bilərik. Bu özündən razı biznesmen dövlət büdcəsinə bu illər ərzində vergi ödəməkdən yayınıb. Kimin şübhəsi varsa, qoy müvafiq dövlət qurumlarına müraciət eləsin və obyektiv yoxlama keçirilsin. Onda məlum olacaq ki, bu illər ərzində Müqayis Verdiyev vergidən külli miqdarda yayınıb.
Üçüncüsü, yuxarıda qeyd etdiyimiz kimi iş adamları, biznesmenlər adətən xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir. Amma tanıyanlar yaxşı bilir ki, bu uzun illər ərzində Müqayis Verdiyev hələ bir adamın bir yaralı barmağına ... məlhəm qoymayıb.
Fikir verdinizmi, Müqayis Verdiyev sadaladığımız heç bir kateqoriyaya uyğun gəlmir. Amma... Əmması odur ki, Müqayis Verdiyev digər halal sahibkarlardan fərqli olaraq insanları aldatmaqla məşğuldur. Bəli, Müqayis Verdiyev insanları aldadaraq onları istismar edir, işlədib pullarını vermir, müxtəlif şirkətlərdən tikinti materialları alır, pullarını vermir.
Bəli, Müqayis Verdiyevin bu gün təkcə fəhlə və ustalara deyil, həm də tikinti materialları şirkətlərinə böyük miqdarda borcu var. Və həmin şəxslər Müqayis Verdiyevi axtarırlar. Hətta həmin şəxslər dövlət qurumlarının qarşısında aksiya da keçirmək istəyirlər.
İndi görürsünüzmü, Müqayis Verdiyev nə qədər insanları dövlətdən narazı salır. Bu adam heç bir sahəni, nə tikinti, nə inşaat, nə də digər sahəni normal bilmir. Çünki təhsili-filanı yoxdur. Əlindən heç bir normal iş gəlmir. Bu adamın bildiyi, özü də yüksək səviyyədə bildiyi bir sahə var: dələduzluq, işverənlik, aldatmaq, atmaq, şantaj, hədə-qorxu, təhdid və s. Yəni bu adam pul qazanmağın ancaq bu yollarını mükəmməl öyrənib.
Bu adam təkcə sadə, sıravi insanlara deyil e, vəzifəli şəxslərə, iri məmurlara da hədə-qorxu gəlir, onları şantaj edir və böyük miqdarda pullar qazanır. Bu adamın amalı, məqsədi çirkli yolla pullar qazanmaqdır. Bu adam təkcə iri məmurları pulla satın aldığını demir. Həm də medianı, mətbuatı əlində saxladığını iddia edir. Harada oturub-durursa, Prezident Administarsiyasındakı xanımların, məmurların adını çəkir, onlara bahalı hədiyyələr verdiyini deyir. Bütün bunlar azmış kimi, bəzi media orqanlarını, hətta müxalifət mətbuatına sponsorluq etdiyini də dilə gətirir.
Bəli, Müqayis Verdiyev dost olduğu, faydalandığı bir neçə icra başçısının üzünə duraraq onları şantaj edib. Hətta həbs olunmalarına da səbəb olub. Bütün bu qanunsuz əməllərinə görə, bir neçə dəfə həbsxana həyatı yaşayan Müqayis Verdiyev deyəsən islah oluna bilməyib. İndi onu yaxşıca islah etmək üçün növbəti dəfə yaxın zamanda hüquq-mühüfizə orqanları lazım olan yerə göndərəcəklər. Hazır ol, Müqayis Verdiyev. İçəridəki icra başçıları səni gözləyir.
P.S. Müqayis Verdiyev, bilirsəndə içəridə ərizə yazmağın işğalı var. Amma sənin üçün deyəsən içərindən də bir reportaj hazırlanır. 
//gundelik-baku.com//

Ardını oxu...

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur. Amma buna baxmayaraq Gəncənin İcra başçısı görülən bu işlərdən şəxsi maraqları naminə istifadə edir.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin də birgə icra etdiyi layihə üzrə çalışan fələləri istismar etməklə nə onlarla əmək müqaviləsi bağlayıblar nə də ki, əməkhaqlarını verirlər.

Bu haqda  Kəlbəcər, Goranboy və ətraf rayonlardan əməyə cəlb edilmiş fəhlələr tərəfindən video-şikayət göndərilib.

Şikayətçilər qeyd edirlər ki, Gəncənin küçə və prospektlərinin işıqlandırılması sistemi yenidən qurulması ilə nəzərdə tutulan layihədə çalışırıq.Buna baxmayaraq bizimlə nə əmək müqviləsi bağlayıblar nə də ki, rəhbərliyimiz tanımırıq.Məhz buna görədə konkret olaraq kimdən əməkhaqlarımızı tələb edə bilək.Bizə təyin edən başçı isə deyir ki, Xaliq müəllim Bakıdan gələn kimi maaşlarınız verəcəkdir.İndi isə bəhanə edərək bildiri ki, sizin pullarınızı Bəxtiyar müəllim verəcəkdir.O da laçına gedib.
Redaksiya olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən layihəni Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti ” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkəti icra edir.Amma fəhlələr bu genə kimi şikət sahibləri tərəfindən istismar olunduqlarından xəbərsizdirlər.Belə fors-majot vəziyyətdə Dövlət Əmək müfəttişliyi Xidməti eləcə də Dövlət Vergi Xidməti hara baxır?

Prezident İlham Əliyevin son illər diqqət və qayğısı sayəsində regionlarda aparılan abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən ayrılmış olan MİLYONLARLA vəsait bu cür icra başmçıslarına yaxın olan MMC-lər tərəfindən əlbir olmaqla talanıb.
Şikayətçilər mətbuat vasitəsi ilə Prezident İlham əliyev cənablarına üz tutaraq xahiş edirlər ki, əməkhaqlarının veriməsinə aidiyyatı üzrə müvafiq göstərişlər versin.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Vətəndaşların video-şikayətini təqdim edirik:

Dünyanınsəsi.Az

 
 
Ardını oxu...
 

 

“Avtobusda düşəndə azyaşlı övladımı maşın vurdu. Hadisə bu ilin oktyabrın 23-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Sürücü xəstəxananın xərclərini çəkib, müalicəsi üçün yardım etdi. Övladım 2 ay xəstəxanada yatdı, həkimlər ona yaxşı baxmadılar, buna görə də vəfat etdi”.
 
Xalqxeber.az xəbər verir ki, bunu Meydan TV-yə müalicə aldığı xəstəxanada vəfat edən Hüseyn Cəfərovun anası Yasəmən Cəfərova deyib.

Onun sözlərinə görə, 5 yaşlı oğlunu yaralı vəziyyətdə iki xəstəxanaya aparıblar, amma heç biri qəbul etməyib. Sonra onu Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər:
“Uşaq başından, ciyərindən, qabırğalarından zədə almışdı, amma komadan ayıldı. Vuran sürücünün yaxınları müalicəsi üçün pul verirdi. Həkimə dedim ki, uşağın vəziyyət pisdirsə, müalicə edə bilməyəcəksinizsə, daha yaxşı şəraiti olan xəstəxanaya, özəl klinikaların birinə aparım. Həkim dedi ki, yaxşılaşıb, 4 günə palataya köçürəcəm. Qızdırması yoxdur, səhhəti get-gedə düzəlir”.
O bildirib ki, həkimlə danışdığı gün övladı vəfat edib:
“Həkimlə danışdım, uşağın yaxşı olduğunu dedi. Bir neçə saat sonra müstəntiq yığıb vəfat etdiyini xəbər verdi. Uşağım axşamdan ölüb, nə bizə, nə də vuran sürücünün ailəsinə xəbər veriblər. Bizim xəbərimiz olmadan uşağı “morq”a aparıblar. Halbuki, telefonlarımız onlarda vardı. Ölən kimi bizə xəbər vermədən uşağımı niyə “morq”a yerləşdiriblər? Həkim məni arxayın etdi, uşağıma baxmadılar”.
3 saylı Şəhər Klinik Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, onlar xəstəxanada ölüm baş verən kimi hüquq-mühafizə orqanlarına məlumat verirlər. Mətbuatın suallarını isə yalnız TƏBİB cavablandıra bilər. TƏBİB-dən isə müraiətin araşdırılacağını deyiblər.

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - "Bakı şəhər Narkoloji Dispanserinin fəaliyyətindəki neqativ hallar barədə indiyədək çox deyilib, çox yazılıb. Dispanserin əvvəlki rəhbərliyi, vəzifəli şəxslərlə bağlı gurultulu həbslər bir yana dursun, elə hazırki baş həkim – narkoloq Qalib Məmmədovun da vəzifəsindən sui-istifadə etməsi barədə internet resurslarında bu mövzuda kifayət qədər ciddi tənqidi informasiyalara rast gəlmək olar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Həmin məlumatlar doktor Qalib Məmmədovun özü tərəfindən təsdiq və ya təkzib olunmasa da, baş həkimin malik olduğu nəhayətsiz kapital, var-dövlət, mülk-səltənət hər şeydən xəbər verir.
Bizim indilərdə əldə etdiyimiz, amma tibb ictyimaiyyətinə çoxdan məlum olan informasiyaya görə, Qalib həkimin paytaxtda bir neçə özəl klinikası fəaliyyət göstərir. Onlardan ikisi (“Yasamal” və “Medikus” klinikaları) dispanserin yerləşdiyi Yasamal rayonundadır. Haqlı bir sual doğur: Quru maaşa işləməklə, bunca dəyərli daşınmaz əmlaka necə yiyələnmək, onları müasir tibb texnikası və avadanlığı ilə necə təchiz etmək olardı? Cavab bəllidir: Əlbəttə ki, vəzifədən sui-istifadə etməklə, yeyinti və maxinasiyalara yol verməklə, rüşvət almaqla. Doktor Q.Məmmədovun profili isə elə bir sahədir ki, burada əliəyrilik eləmək insanların taleyi ilə oynamaq deməkdir, narkomaniya kimi ağır bəlaya düçar olmuş gənclərin, yeniyetmələrin həyatını korlamaq sayılmalıdır. Bu böyük günahı isə Qalib Məmmədovun arabir “narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə gözdən pərdə asmaq üçün çıxış etməklə yuması qeyri-mümkündür. Çünki elin gözü tərəzidir. Dispanserin fəaliyyətini qiymətləndirmək üçün çox uzağa getmədən, elə qonşuluqda yaşayan sakinləri dindirmək, müəssisədə ötəri, vizual müşahidə aparmaq kifayətdir.
Dispanserdə xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsi təmin edilmir. Müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində müraciət edən şəxslərdən müxtəlif məbləğlərdə pullar rüşvət kimi tələb edilir. Burada müalicə kursu keçənlərin əksəriyyəti yenidən narkotikdən istifadə edərək dispanserə qayıdır. Çünki müalicə kursu tam deyil, psixoloji işlər qaydasında deyil, incidilmə halları var. Xörək normativə uyğun verilmir, döşək ağları təmiz olmur".
Mövzuya qayıdacağıq.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Abşeronda musiqi məktəbinin 30 müəllimi direktordan şikayət edib.

Onlar dərs saatının azaldılmasını iddia edərək məktəb rəhbərliyindən narazıdırlar.

Söhbət Novxanı kəndi ərazisində yerləşən Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Laçın rayonu, Şəlvə kənd 7 illik musiqi məktəbindən gedir.

Musiqi məktəbinin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını bilərəkdən azaldır. Buna etiraz edənlər isə təzyiqlə üzləşirlər.

İddia edilir ki, adıçəkilən direktor kollektivə qarşı haqsızlıq edir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti