Ardını oxu...
Sumqayıt Texnologiya Parkının 2020-ci ilin oktyabrında yaratdığı “STP Alüminium” MMC-də Baş Prokurorluq tərəfindən yoxlama aparılır. DİA.AZ bildirir ki, bu barədə bir vətəndaş şikayətindən anlaşılır.

DİA.AZ xəbər verir ki, Əliyev Fərhad Əşrəf oğlu “STP Alüminium” MMC-nin baş icraçı direktoru (CEO) vəzifəsinə bir il əvvəl təyin edilib.

“STP Alüminium” ötən il yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Buna qədər şirkətin baş icraçı direktoru Ahmet İlhan Taşkıran idi.

DİA.AZ bildirir ki, sözügedən qurumda hüquq-mühafizə orqanları tərəfindən təftişin həyata keçirilməsi isə aşağıdakı vətəndaş şikayətindən anlaşılır.
Ardını oxu...
Beləliklə, Gülcan Hüseynli adlı narazı vətəndaş "Hüquqşünaslar Qrupu" şəbəkısinə şikayətində bu barədə danışır. DİA.AZ həmin gileyin mətnini təqdim edir:

"Atam, Sumqayıt Alüminium zavodu bağlandığı üçün 6 aydır ki "işin xarakteri haqqında güzəştli arxiv arayışın"ı ala bilmir. Deyiblər ki, sənədlər çeşidlənmə üçün göndərilib. Nə vaxt çeşidlənəcək bilinmir. Çünki orada prokuratura yoxlama aparır. Bu haqda olan müraciətləri cavabsız qalır. Nə edə bilər? Axı vaxt gedir..."
 

Ardını oxu...

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından professor Qurban Əliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə deyilir: İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir.
İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə  illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf  Mərkəzlərinə direktor vəzifələrinə  işə götürdü.İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?  Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi.
Ardını oxu...
Zəfər Qurbanov

Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
  Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü  yerlibazlıq edərək  yaxın  qohum  və  əqrabasını müvafiq strukturlara yerləşdirir.Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu.
Ardını oxu... 














 

Əhməd Məlikov

Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil. Bu adam Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikovun kürəkəni Elnur Əliyev isə Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.
Ardını oxu... Telman Məlikov

 Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza  yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq  əvəzinə  universiteti müxtəlif məmurların təsiri altına saldı.
Ardını oxu... Elnur Əliyev

 Digər tərəfdən universitet həm də Tədris hissəsinin müdiri Elay Zeynallı, Elm  şöbəsinin müdiri Elçin Nəsirov, Keyfiyyətin Təminatı və strateji inkişaf şöbəsinin müdiri Mehman Kərimovun hegemonluğuna keçib. Bu şəxslər heç bir elmlər doktorunu, heç bir professoru saymır, öz bildiklərini edirlər. Zəfər Qurbanov isə daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır,əllərində jurnal professor - müəllim heyətini yoxlayır.
Ardını oxu... Bu gün Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə "Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi. Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunub, bu xanım latın əlifbası ilə yaza bilmir. Bu gün universitetdə tələbədən rüşvət yığan, müəllimliyə belə ləkə olan şəxslər vəzifələrə təyin olunur. Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır, tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir  və onun Sərəncamına  hörmətsizlikdir. Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti  olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb. Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisini məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz" deyib atalar... Amma İnam Kərimov  tədbirdə vəzifədən qovulan mədəniyyət naziri ilə birgə onlara bildirilməsinə baxmayaraq Respublika Prezidentinin stolunda oturaraq öz siyasi kursuna zərbə vurdu. Ona görə də rektorluq uğrunda mübarizədə Zəfər Qurbanovu müdafiə etmək iqtidarında deyil, bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd Məlikov Göygöl  rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişlər.Lakin hər iki namizəd aqrar sahəyə tamamilə yad olduğundan yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda  böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.ADAU-da magistr, bakalavr, yüksək  ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə  aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir.Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov  aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək,  idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”. Ümid edirik ki, ölkə rəhbəri bu universitetin   aqrar sahədən tamamilə məlumatsız   şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir.


Ardını oxu...
 
Bu ərazidə "Capital City" şirkəti ilə Nəsimi Rayonu Nəsibbəy Yusifbəyli küçəsi 34 də yaşayan sakinlər arasında iki ilə yaxındır ki, mübahisə yaşanır.
Sakinlər bildirirlər ki, şirkət qanunsuz olaraq, onları yaşadıqları ünvandan çıxarmaq istəyir. 
Dekabrın 31-də isə şirkət sakinlərə yeni il "sürpriz"i edib.
Şirkət ailələrin evlərini sökməyə başlayıb. Həmin an ailə evdə olub və bir nəfər xəsarət alıb.
Zərərçəkənlər Sitat.info-ya video da göndəriblər.
Həmin videonu təqdim edirik: 
 
 

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bundan əlavə, Vilayət Vəliyevin üç illik “fəaliyyəti” nəticəsində neçə-neçə savadlı, bacarıqlı, işi bilən kadr ya işdən çıxarılıb, ya da yaranmış vəziyyətə dözməyərək, özü işdən çıxıb. Məsələn, uzun illər AzTU-nun tədris işləri üzrə prorektoru olmuş Xalıq Yahudov yaranmış vəziyyətə və ona qarşı olan sayğısızlığa dözməyərək, öz ərizəsi ilə vəzifəsini tərk etdi. Xalıq Yahudov son 3 ildə hətta rektor vəzifəsini müvəffəqiyyətlə müvəqqəti icra etmişdi. Onun AzTU-da çox böyük nüfuzunun olduğunu görən rektor onun tamamilə getməsindən ehtiyat etdi, onu tədris işləri üzrə məsləhətçi vəzifəsində saxladı. Ancaq son iki ildə X.Yahudov bütün işlərdən kənarlaşdırıldı, ona heç bir iş tapşırmadılar, heç bir iclasa, tədbirə cəlb etmədilər, saymadılar, iki il otağında işsiz-gücsüz, tək oturdu. O da bu vəziyyətə dözməyək, bu yay öz ərizəsi ilə universitetdən tamam getdi...
Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirik ki, V.Vəliyev Texniki Universitetə rektor gələn vaxtdan (bu, hələ karantindən əvvəl idi) şifahi göstəriş verdi ki, müəllimlərin vəzifəyə seçkiləri dayandırılsın. Məlumdur ki, Nazirlər Kabinetinin ali təhsil müəssisələri haqqında sənədlərində göstərilir ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti seçkili əsasında işə qəbul edilir, yəni hər müəllim vəzifəsini tutmaq üçün mətbuatda müsabiqə elan edilir, müsabiqəyə ərizələr qəbul edilir, gizli səsvermə keçirilir və müsabiqədən keçən müəllim həmin vəzifəyə 5 illik işə qəbul edilir, rektorla müəllim arasında 5 illik müqavilə bağlanılır. İndi isə 3 ildir ki, bir müəllim vəzifəsinə da seçki keçirilməyib. İndi AzTU-da seçki müddəti bitmiş müəllimlər hər tədris ilinin əvvəlində 1 illik müqavilə ilə işə qəbul edilirlər. Doğrudur, bundan xeyli sonralar, Covid-19 karantini başlayanda nazirlikdən universitetlərə məktub göndərildi ki, karantin müddətində şərait olmadığından müvəqqəti olaraq seçkilərin dayandırılması TÖVSİYƏ edilir. Lakin indi karantin də qurtarıb, ancaq AzTU-da yenə də seçkilər keçirilmir. Sual olunur, niyə? Çünki V.Vəliyev bununla müəllimlərin 1 illik müqavilə ilə müddətlərini uzatmaqla onları özündən asılı edir ki, dilləri qısa olsun. O, istəmir ki, onun xoşu gəlməyən müəllimlər seçkidən keçib, vəzifələrində 5 illik müddətə möhkəm otursunlar. İndi, son 3 ildə müəllimlərin demək olar ki, 75-80%-nin seçki müddəti başa çatıb və hər il bir illik müqavilə ilə iş müddətləri uzadılır. Elm və Təhsil Nazirliyinin diqqətini bu fakta da cəlb edirik. Məgər Nazirlər Kabinetinin sənədləri V.Vəliyevin Muxtar Vilayəti olan Texniki Universitetdə qüvvədə deyil?
V.Vəliyev təkcə müəllimlərə qarşı deyil, həm də universitetin inzibatı və tədris-köməkçi heyətinə qarşı da mənəvi terror tətbiq edir. Yeni yaratdığı saysız-hesabsız şöbələrdə ağlagəlməz adlarla təsis etdiyi vəzifələrə öz adamlarını, yerli və qohumlarını, onun məxsus olduğu regional klanın onun yanına göndərdiyi adamları işə qəbul edib, əvəzində isə köhnə işçiləri işdən uzaqlaşdırır. O, təsərrüfat işləri üzrə prorektor başda olmaqla, təsərrüfat şöbəsinin demək olar ki, bütün işçilərini uzaqlaşdırıb. İndi mühasibata “girişib”. Mühasibata çoxlu yeni işçi qəbul edib, köhnələrə isə deyir, “burada bu qədər işçi nəyə lazımdır, nə işlə məşğulsunuz, burada sizə ehtiyac yoxdur”. Rektor hərdən kafedraları gəzir, laborantlardan soruşur ki, nə qədər maaş alırsınız?. Onlar da cavab verirlər ki, 350-400 manat. Rektor deyir, “bu maaşa da adam işləyər, niyə bu maaş üçün işə gəlirsiniz, siz burada nəyə lazımsınız, siz olmasanız nə olar ki?”. O, başa düşmür ki, onların bu maaşa da ehtiyacları var, yəqin ki, o, bu məbləği pul hesab etmir (yəqin buna görə də rektor öz oğluna 1000 manat maaş təyin edib).
Beləliklə, Vilayət Vəliyev Azərbaycan Texniki Universitetini üç ildir ki, öz şəxsi şirkətinə, ailə bostanına çevirib, nə istəyirsə, onu da edir. Nə Azərbaycan qanunlarını, nə də Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, təlimatlarını, rəsmi göstəriş və əmrlərini tanımır. Aidiyyəti olan dövlət təşkilatlarından, vəzifəli şəxslərdən biri də bu qədər yazılanların müqabilində gəlib maraqlanmır ki, bu yazılanlar doğrudur, ya yalan. Bir adam ona demir ki, sən nə edirsən axı, bu qədər də özbaşınalıq olarmı, sənə bu haqqı kim verib ki, 70 ilin universitetini bu günə gətirib çıxarmısan? O da bunu görərək, daha da cəsarətlənir və dünən cəsarəti çatmadıqlarını bu gün edir.
İndi Texniki Universitetdə elə bil ki, həyat ölüb. Hətta V.Vəliyevin özünün AzTU-ya gətirdiyi adamların, onun öz adamlarının da bir çoxu şəxsi söhbətlərdə deyirlər ki, buranın atmosferində bir xoşagəlməz gərginlik, zəhərli abı-hava duyulur. Yalnız universitetin akt zalında həftədə 1-2 dəfə müxtəlif şoular yaratmaq üçün tədbirlər təşkil edilir, zalı doldurmaq üçün isə tələbələri dərsdən ayırıb, zala yığırlar. İndi də akt zalı yeni il tədbirləri keçirmək üçün yolkalarla bəzədilir...
Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
70-ci, 80-ci illərdə Azərbaycanda Qabil adlı bir şair var idi, yəqin ki, yaşlı nəsil onu yaxşı xatırlayır. Hərdən televiziya ilə çıxış edib, öz şeirlərini oxuyardı. Onun “Səhv düşəndə yerimiz” adlı məşhur bir şeiri var idi. Bu şeirdə belə misralar var idi:

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Bəli, Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə yeri səhv düşüb və bu, universitet üçün böyük bir müsibətə çevrilib. Təkcə onun özünün yox, onun ətrafına topladığı adamların da yeri səhv düşüb. Buna görə isə ona himayədarlıq edənlər, onun bu vəzifəyə namizədliyini təqdim edənlər də məsuliyyət daşıyırlar.

P.S. 1: Sonda yenidən magistr dissertasiyaları haqqında yuxarıda dediklərimizə qayıdaraq, biz 2-Cİ KURS MAGİSTRANTLARININ ADINDAN şəxsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə müraciət edirik: Rektor Vilayət Vəliyev nə haqla bizi il yarımdır ki, dissertasiya üzərində işləmək hüququndan məhrum edib, niyə o, bu günə qədər bizə magistr dissertasiyası mövzularını verməyib? Niyə biz Azərbaycan təhsil sistemində qəbul olunmuş qayda və təlimatların ziddinə olaraq, 2 ildə yerinə yetirilməli olan dissertasiyanı bundan sonra qalmış bir-neçə ayda yerinə yetirməliyik və ümumiyyətlə, bu mümkündürmü? Əgər biz bunu edə bilməsək, nə olacaq, bunun məsuliyyətini kim daşıyacaq, rektor, yoxsa magistrantlar? Niyə aidiyyəti üzrə vəzifəli şəxslər və təhsil strukturları və ümumiyyətlə dövlət strukturları Texniki Universitetdə magistrantların hüquqlarının bunca pozulmasına göz yumurlar və nə vaxta qədər göz yumacaqlar? Məgər hansısa bir Vilayət Vəliyev sizin üçün bu qədər qiymətlidirmi? Nəyə görə qiymətlidir, deyin, biz də bilək. Bəlkə elə doğrudan da qiymətlidir, biz anlamırıq.

P.S. 2: Napoleon Bonapart kimi, Adolf Hitler kimi, İosif Stalin kimi, Vladimir Putin kimi, Babanlı Mustafa kimi, Vilayət Vəliyev kimi böyük iddialı, balaca adamların əlinə vəzifə düşəndə, bu, ətrafdakılar üçün bir faciəyə, müsibətə çevrilir, əlbəttə ki, onların hərəsinin öz miqyasında".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Bakının Koroğlu Rəhimov küçəsində yerləşən yataqxananın sakinləri binanın sökülməsinə görə onlara verilən kompensasiyadan şikayət edirlər. DİA.AZ bildirir ki, narazı vətəndaşlar yerli icra hakimiyyətinin başçısını, habelə ərazinin deputatı Azay Quliyevi edilən müraciətləri nəzərə almamaqda ittiham edirlər.

Sakinlərdən Yavər Hüseynov deyir: "Deyirlər gözləyin. Nəyi gözləyək, camaatın başına uçsun, dağılsın, ondan sonra?"

DİA.AZ bildirir ki, sözügedən yataqxanada yaşayan digər vətəndaş İlkin Süleymanov isə dərdini belə izah edir: "36 minə Bakı şəhərində heç yerdə mənzil yoxdur, heç 1 otaq da yoxdur"

Ardını oxu...

"Təyinatla gedən deputat belə olur. Deputat yalan danışmaz" deyə giley edən vətəndaşlar ümidlərini ölkə rəhbərinə bağlayıblar.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ bildirir ki, Bakı şəhər sakini Babayev Balasər Baratəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, illərdir işlədiyi “Baku Stell Company” şirkətində haqsızlıqla üzləşib.

“Man, Babayev Balasər Baratəli oğlu, yazıb sizə bildirirəm ki, illərdir “Baku Stell Company” şirkətində işləyirəm. 6 ay bundan qabaq iş vaxtı əlim valda qalıb, travma almışam, 2 barmağım amputasiya olunub. İllərdir işlədiyim şirkət mənə heç bir köməklik etmədi. Sığorta pulu belə vermədilər.

Mənim xəsarət almamdan sonra 1 nəfər ağır yaranıb, 1 nəfər də ölüb. “Baku Stell Company” şirkətinin rəhbəri Kamal İbrahimov necə edirsə, bütün bu hadisələrin üstü ortülür.

Şirkətə gedib “mənim kağızımı verin, heç olmasa gedim özümə pensiya düzəldim” dedikdə, Şəhla xanım və Cabir müəllim məni təhqir edərək vermirlər. Bu əllə məni kim, necə işə götürsün?! Artıq danışan kimi bizi qara maskalılarla qorxudurlar. Maraqlansaz, görərsiniz ki, bu vəziyyətə salınan işçi tək mən deyiləm.

Xahiş edirəm, mənim şikayətimi işıqlandırıb, sözümü lazımi orqanlara çatdırasınız”.

Qeyd olunan iddia ilə bağlı “Baku Stell Company” şirkətinin rəhbrliyi ilə əlaqə saxlamaq istəsək də, zəngimizə cavab verilmədi.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Vasif Talıbov vəzifəsindən uzaqlaşdırıldı, ancaq onun tör-töküntüləri hələ də ağalıq etməyə davam edir. Bunlardan biri də Naxçıvan Hərbi prokuroru Yaşar Həsənovdur. Bacısı Talıbovlar ailəsinin gəlini olan bu adam Vasif Talıbovla birlikdə az qala 30 ildir ki, yüksək vəzifədə işləyir. Amma gözü doymayan bu prokuror Şərur rayonunda ən bərəkətli, ən bol sulu torpaqları icra hakimiyətinin əli ilə icarəyə götürüb kartof əkini ilə məşğul olur. Şərurun yerli camaatı, əkinçisi bunun əlindən torpaq tapıb əkə bilmir. Əkini olan camaat da bu prokurorun əlindən su tapıb əkinlərini suvara bilmir. Çunki nə vaxt su növbəsi tutsaq camaata deyilir ki, su Yaşar müəllimin sahələrinə gedir.
Bədbəxtçilik orasındadır ki, bütün əkin-biçin işlərini idarəsinin pulu, maşınları və işçiləri ilə edir. Dəfələrə onun əkin sahələrində hərbi nömrəli niva, qazel maşınlarla kartof, gübrə, lapatka, bel daşındığının görmüşük.
Seymur adında işçisi var idi. Həm prokurorluqda işləyirdi, həm də bunun işlərini görürdü, indi həmin isə Rüfət adlı şəxs baxır, o da prokurorluqda işləyir, özünün sürücüsüdü, tez-tez gəlib işlərinə nəzarət edir.
Şərur rayonunun Püsyan kəndində iki böyük kartof anbarı var bu adamın. Hər il bəlkə də 100 tonlarla məhsul götürür sahələrindən.
Hərbi prokuror olduğundan Kərəm Mustafayevlə də arası yaxşıdır. Məhsulunun çoxunu da baha qiymətə hərbiyə satır. Elə ona görə Kərəmin qardaşı Nemət Mustafayevin Naxçıvan hərbiçilərinə elədiyi zülmü bütün Azərbaycan gördüyü halda hərbi prokuror ola-ola bu adam göz yumur.
Baxın mətubatda, televizyada Kərəm Mustafayevin və qardaşı Nemət Mustafayevin qanunsuz hərəkətləri haqda çoxlu məlumatlar var, amma bu adamın adını çəkən yoxdu, halbuki əsas məsuliyyət bununku olmalıdı, çünki hərbi prokuror göz yummasa o qədər özbaşınalıq necə baş tuta bilər?
Heydər müəllim, bütün Şərur camaatı adından xahiş edirik, bu məsələni işıqlandırın, dövlətimiz Talıbovlarla quda olan bu adamı araşdırsın, Şərur rayonundakı əkin sahələri bunun əlində alınıb kəndliyə, əkinçiyə icarəyə verilsin.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Bir neçə gün bundan öncə DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialı və həmin idarənin müdiri Elsun Xudaverdiyev haqqında bir yazı yazmışdım. Yazı E.Xudaverdiyevin rüşvət yığımları və saxta sosial yardım təyinatlarından bəhs edirdi. Bundan sonra bir neçə saxta işlərini haqqında məlumat əldə etdim.
Əvvəlki yazını bu yazıya əlavə edəcəm.
Əmək qabiliyyətli vətəndaş sosial yardım alması üçün ya işləməli, ya işsiz kimi məşğulluqda qeydiyyata durmalı, ya da fikizi şəxs kimi uçota durmalıdır. Fiziki şəxs kimi uçota durmaq, yəni VEÖN( vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmalıdır. Bununla da sosial yardım aldığı müddətdə vergi verməli, sığorta və DSMF-yə pul ödəməlidir.
Teref.az yazır ki, bu iddia ilə jurnalist Zaur Qənbərov " Azerbaycan-Azerbaijan" səhifəsində çıxış edib. Jurnalist fikirlərinin davamında yazır:
Elsun Xudaverdiyevin rəhbəri olduğu idarədə qaydalar belə deyil. E.Xudaverdiyevin onu razı salan vətəndaşlar üçün sırf bu işləri qanunsuzlaşdırır. Vətəndaş saxta sosial yardım alsın deyə VEÖN açdırır. Sosial yardıma təyinat gələn kimi VEÖN-ü bağlatdırır. Növbəti il sosial yardım təyinatı zamanı VEÖN-ü yenidən aktiv etdirir. Amma bu da təmənnasız olmur. Vətəndaşın il ərzində ödədiyi vergi, DSMF, sığortanın məbləğinin yarısı alınır və idarə əməkdaşları VEÖN-nün bağlı olduğunu sistemdə görsələr də aldıqları rüşvətə görə göz yumurlar.
Bu qəbildən olan bir neçə vətəndaşı qeyd edirəm:
- Əmiraslanov Seymur Qiyas oğlu. Adına açılmış VEÖN sosial yardım təyinatından sonra bağlanıb.
- Əmirasnlanova Maviyə Rafael qızı. Bu xanımın da adına açılan VEÖN sosial yardım təyinatından sonra bağlanıb.
Onu da qeyd edim ki, Əmiraslanovlar ailəsi saxta sosial yardım alır. Bu ailənin maddi imkanları çox yüksəkdir. Müasir və komfortlu evə sahibdirlər. Hətta, evə müşahidə kameraları quraşdırıblar. Ev isti döşəmə təmir edilib və kombi sistemi ilə təmin edilib. Maraqlıdır ki, E.Xudaverdiyev sosial yardım təyinatı üçün yoxlamaya gələndə bunları görmədimi yaxud aztəminatlı ailə niyə evə kamera quraşdırsın?
- Mirzəyeva Gülnarə Xanoğlan qızı. Bu xanımın da adına olan VEÖN sosial yardım təyinatından sonra bağlanıb. Üstəgəl həmin xanımın adına 0.86 ha, yəni 86 sot pay torpağı var. Sosial yardım alması üçün həmin pay torpağını fərdi ev kimi sənədləşdiriblər. Halbuki, heç bir ev yoxdur.
- İsmayılov Elvin Vaqif oğlu. Eynilə bu şəxs də sosial yardım təyinatından sonra VEÖN-ü bağlaydırıb. Həmçinin 4 ədəd pay torpaq sahəsini fərdi ev kimi sənədləşdirməklə saxta sosial yardım alır.
- Rzayev Zaur İsmayıl oğlu. Bu da saxta sosial yardım alır. İki ildir adına saxta iş yazdırmaqla sosial yardım almağa nail olub. Z.Rzayev adını yaxın qohumu, polis baş-leytenantı Hüseynov Nurxan Əmirxan oğluna məxsus "XAN MARKET" mağazasına işçi kimi yazdırıb. Halbuki, orda işləmir. Beləcə, sosial yardım almağa müvəffəq olub.
Əlavə olaraq bildirim ki, Elsun Xudaverdiyev ilə vətəndaşlar arasında maklerliyi İsfəndiyar Qələndərov, Vasif və Rəşad adlı şəxslər edir. Bu şəxslər isə sosial yardım təyinatından sonra iki ayını özlərinə götürürlər.
Bir neçə gün bundan öncə DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialı və həmin idarənin müdiri Elsun Xudaverdiyev haqqında bir yazı yazmışdım. Yazı E.Xudaverdiyevin rüşvət yığımları və saxta sosial yardım təyinatlarından bəhs edirdi. Bundan sonra bir neçə saxta işlərini haqqında məlumat əldə etdim.
Əvvəlki yazını bu yazıya əlavə edəcəm.
Əmək qabiliyyətli vətəndaş sosial yardım alması üçün ya işləməli, ya işsiz kimi məşğulluqda qeydiyyata durmalı, ya da fikizi şəxs kimi uçota durmalıdır. Fiziki şəxs kimi uçota durmaq, yəni VEÖN( vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmalıdır. Bununla da sosial yardım aldığı müddətdə vergi verməli, sığorta və DSMF-yə pul ödəməlidir.
Elsun Xudaverdiyevin rəhbəri olduğu idarədə qaydalar belə deyil. E.Xudaverdiyevin onu razı salan vətəndaşlar üçün sırf bu işləri qanunsuzlaşdırır. Vətəndaş saxta sosial yardım alsın deyə VEÖN açdırır. Sosial yardıma təyinat gələn kimi VEÖN-ü bağlatdırır. Növbəti il sosial yardım təyinatı zamanı VEÖN-ü yenidən aktiv etdirir. Amma bu da təmənnasız olmur. Vətəndaşın il ərzində ödədiyi vergi, DSMF, sığortanın məbləğinin yarısı alınır və idarə əməkdaşları VEÖN-nün bağlı olduğunu sistemdə görsələr də aldıqları rüşvətə görə göz yumurlar.
Bu qəbildən olan bir neçə vətəndaşı qeyd edirəm:
- Əmiraslanov Seymur Qiyas oğlu. Adına açılmış VEÖN sosial yardım təyinatından sonra bağlanıb.
- Əmirasnlanova Maviyə Rafael qızı. Bu xanımın da adına açılan VEÖN sosial yardım təyinatından sonra bağlanıb.
Onu da qeyd edim ki, Əmiraslanovlar ailəsi saxta sosial yardım alır. Bu ailənin maddi imkanları çox yüksəkdir. Müasir və komfortlu evə sahibdirlər. Hətta, evə müşahidə kameraları quraşdırıblar. Ev isti döşəmə təmir edilib və kombi sistemi ilə təmin edilib. Maraqlıdır ki, E.Xudaverdiyev sosial yardım təyinatı üçün yoxlamaya gələndə bunları görmədimi yaxud aztəminatlı ailə niyə evə kamera quraşdırsın?
- Mirzəyeva Gülnarə Xanoğlan qızı. Bu xanımın da adına olan VEÖN sosial yardım təyinatından sonra bağlanıb. Üstəgəl həmin xanımın adına 0.86 ha, yəni 86 sot pay torpağı var. Sosial yardım alması üçün həmin pay torpağını fərdi ev kimi sənədləşdiriblər. Halbuki, heç bir ev yoxdur.
- İsmayılov Elvin Vaqif oğlu. Eynilə bu şəxs də sosial yardım təyinatından sonra VEÖN-ü bağlaydırıb. Həmçinin 4 ədəd pay torpaq sahəsini fərdi ev kimi sənədləşdirməklə saxta sosial yardım alır.
- Rzayev Zaur İsmayıl oğlu. Bu da saxta sosial yardım alır. İki ildir adına saxta iş yazdırmaqla sosial yardım almağa nail olub. Z.Rzayev adını yaxın qohumu, polis baş-leytenantı Hüseynov Nurxan Əmirxan oğluna məxsus "XAN MARKET" mağazasına işçi kimi yazdırıb. Halbuki, orda işləmir. Beləcə, sosial yardım almağa müvəffəq olub.
Əlavə olaraq bildirim ki, Elsun Xudaverdiyev ilə vətəndaşlar arasında maklerliyi İsfəndiyar Qələndərov, Vasif və Rəşad adlı şəxslər edir. Bu şəxslər isə sosial yardım təyinatından sonra iki ayını özlərinə götürürlər.
Jurnalist Zaur Qənbərov
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
 
 
 

 
Ardını oxu...
 
Müqayis Verdiyev, Allahdan qorxmursan, gözdən əlillərin pulunu yemək olar..?

Müqayis Verdiyevin heç kimdən bir qara qəpik belə alacağı yoxdur... 

Özünü guya iş adamı kimi qələmə verən Müqayis Verdiyevin dələduzluq əməllərindən  dövrü mətbuatda kifayət qədər yazılıb. Bu adamın vergidən külli miqdarda  yayınmasından yazılıb. 

İndi yazacağımız  məqalədə bəlli olur ki, bu saxta, yalançı iş adamı hətta  gözdən əlillərin də pullarını vermək istəmir.
Sözün düzü, detallara varmaq istəmirik, amma Müqayis Verdiyevə deyiləcək  bir neçə sözümüz var. Birincisi, özün hər yerdə haqq-ədalətdən danışırsan, kimlərisə dürüst olmamaqda, halal çörək yeməməkdə ittiham edirsən. Müqayis  Verdiyev, sən gözdən əlillərin pulunu yeyə bilirsənsə, daha sənə deyiləsi söz qalmır... 
Ay adam, hətta ən kasıb, imkansız adamlar gözdən əlilləri görəndə onlara  20-30 qəpik, 1-2 manat yardım edir. Sən isə yardım etmək əvəzinə, gözdən əlillərin pulunu vermirsən... Sənin bu hərəkətin heç bir qanuna, qaydaya, insanlığa sığan məsələ deyil. Sən vəzifəli şəxsləri, nə bilim məmurları şantaj edirsən, təhdid edirsən, hədə-qorxu gəlirsən-filan...bunları harasa yazmaq olar. Bəs sən gözdən əlilləri necə şantaj edirsən..? 
Sən  bilmirsən ki, haqq-ədalət divanında  sənin məsələnə baxacaqlar. Bilmirsən ki, Allah onsuz da onları imtahana çəkib... Müqayis Verdiyev, sən dövlətin yüz minlərlə vergi borcunu ödəmədin, yayındın... Sən  Qarabağ qazilərinin halal pulunu vermədin, onları işlədib aylarla maaşını ödəmədin... Müqayis Verdiyev, sənin evinin qabağında haqqını pozduqların yığışır, sən isə qaçıb gizlənirsən, çıxıb onlara cavab verməyə cəsarətin çatmır... 
Sən bu günə qədər çörək kəsdiyin neçə-neçə məmuru şantaj edərək onları rüsvay etmisən. Axı, sən həmin məmurların hesabına milyonlar qazanmısan. Sən həmin məmurların yanında dayanmağı həmişə özünə şərəf bilmisən. Amma məqamı gələndə həmin məmurlara arxadan  namərdcəsinə zərbə vurmusan. Bu nə insanlığa, nə də kişiliyə yaraşan məsələ deyil. Sən hər yerdə elə şəxsiyyətlərin  adını hallandırırsan ki.... İnan  həmin adamlar bu barədə bilsələr sənin dərinə saman təpəcəklər, Müqayis Verdiyev... Sən özünə yaraşdırıb, mühüm dövlət vəzifələrində çalışan ləyaqətli şəxslərin arxasında gizlənirsən... Sən hər yerdə hüquq-mühafizə orqanlarında çalışan hörmətli şəxslərin adını çəkirsən...guya onlar sənə himayədarlıq edirlər...guya sən də onlara görüm-baxım... Müqayis Verdiyev, bir gün bunların üstü açılacaq, bax, onda səni zopalayacaqlar... Müqayis Verdiyev  Azərbaycan dövləti bütün sahibkarlara münbit şərait yaradıb. Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə iş adamı, sahibkar, fermer, biznesmen  dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək fəaliyyət göstərir, yeni iş yerləri yaradır, milyonlar qazanır, dövlətin büdcəsinə  böyük miqdarda vergi ödəyir, xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə  yardım edir və s, və i. Sən də ol, həmin  sahibkarlardan biri, halal pulunu qazan. Niyə məmurları, icra başçılarını şantaj edirsən..? 
Müqayis Verdiyev, ataların bir müdrik sözü var ee... Keçinin əcəli gələndə başını çobanın çomağına sürtür. Şəfası səndən uzaq. Deyəsən sən də həmin keçi kimisən, başını ora-bura sürtürsən. Qaşınmayan yerdən qan çıxardırsan, kimlərisə şantaj etməkdən  xüsusi ləzzət alırsan... Məlumdur ki, sahibkar, iş adamı  yeni iş yerləri açar, insanları işlə təmin edər, PUL qazanar və SAVAB qazanar... Müqayis Verdiyev isə ancaq şantaj, təhdid, hədə-qorxu yolu ilə  GÜNAH və TÖHMƏT qazanır. Bunlar azmış kimi, gözdən mayıflara da pul atır, onların da haqqını yeyir... Hələ bu harasıdır..? 
Müqayis Verdiyevin bu gün təkcə fəhlə və ustalara deyil, həm də tikinti materialları şirkətlərinə böyük miqdarda borcu var. Və həmin şəxslər Müqayis Verdiyevi axtarırlar. Hətta həmin şəxslər dövlət qurumlarının qarşısında aksiya da keçirmək istəyirlər. İndi görürsünüzmü, Müqayis Verdiyev nə qədər insanları dövlətdən narazı salır. Müqayis Verdiyev, get Qarabağ qazilərinin, gözdən əlillərin pulunu qaytar. Tövbə elə, haqq yolunu tut, düz yola gəl. Onsuzda səni uzun müddətli həbs gözləyir.
P.S. Dünən eşitdim ki, Müqayis Verdiyev qarşısına çıxan hər bir şəxsdən 200-300 manat borc istəyir. Bilir ki, həbs olunacaq, ona görə.

Ardını oxu...
Hüquq müdafiəçisi indiyədək neft buruqlarının olduğu ərazini satdığına görə kiminsə cəzalandırıldığını eşitmədiyini deyir

“İllərdir ki, neft sahəsində yaşayanların həyatının təhlükədə olduğunu bildiririk. Araşdırmalar göstərir ki, neftlə çirklənmiş ərazilərdə yaşayanlar onkoloji və allergik xəstəliklərə digərlərindən daha çox yoluxurlar. Lakin neftlə çirklənmiş, yaxud neft buruqlarının olduğu ərazilər hələ də satılır”.

Bunu  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, təşkilata daxil olmuş məlumata (video material) əsasən Balaxanı Əməliyyat Şirkətinin ərazisində restoran tikintisinə başlanılıb.

Halbuki ərazidə həm işlək, həm də bağlı neft quyuları var, sağlamlıq üçün risklidir.
Sözügedən ərazi Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan kontrakt ərazisidir. Belə ki, 2010-cu ilin iyun ayında (ARDNŞ), ARDNŞ-in “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd – 75%, SOCAR ONŞ – 25%) bağlanıb.

“Sağlamlıq üçün riskli hesab edilən ərazilər uzun illərdir hissə-hissə satılır və təəssüf ki, satılmaqda da davam edir. Restoranın da Balaxanı Əməliyyat Şirkətinin iki vəzifəli şəxsinə aid olduğu bildirilir. Tikintiyə başlamazdan öncə ərazidəki neft buruğu demontaj olunub, ləğv edilib. Amma məsələyə hələ ki ARDNŞ tərəfindən münasibət bildirilməyib”, – hüquq müdafiəçisi deyib.

Mirvari Qəhrəmanlı xatırladıb ki, neft ərazisində sadə vətəndaşın evi qanunsuz olduğu əsas gətirilərək sökülür, indiyədək yüzlərlə vətəndaş məhkəməyə verilib. Amma iş öz əməkdaşlarına gəldikdə susurlar.

Üstəlik, neft buruqlarının olduğu ərazini satdığına görə indiyədək heç kimin cəzalandırıldığının şahidi olmayıb.

ARDNŞ-dən məsələyə münasibət bildirməyiblər.

Balaxanı Əməliyyat Şirkətinə məxsus telefonlara cavab verən əməkdaş isə sualı dinləyəndən sonra telefonu söndürüb. //Meydan TV//

Dünyapress TV

Xəbər lenti