Ardını oxu...
Mədəniyyət sahəsi cəmiyyət üçün çox vacib sferalardan biridir. Sovetlərin dağılma ərəfəsində Azərbaycanda bir “bambılı” ləqəbli birinci katib var idi, Əbdürrəhman Vəzirov. Onun vaxtında, yəni 1988-ci ildə Vəzirov Mədəniyyət nazirliyinə Polad Bülbüloğlunu nazir təyin etdi. Yeri gəlmişkən, Polad Bülbüloğlu bunu gizlətmək üçün öz tərcümeyi-halında yazır ki, guya 1991-ci ildən nazir olub.
Sözün qısası, Vəzirovun, sonra prezident Ayaz Mütəllibovun, daha sonra prezident Elçibəyin sevimlisi olan mədəniyyət naziri Polad Bülbüloğlu düz 2006-cı ilə kimi nazir oldu. Onun vaxtında muzeylərdən nələr satıldı, bunu gələcəkdə araşdıracaqlar. Buna vaxt ayırmaq istəmirik. Nəhayət 2006-cı ildə Əbülfəz Qarayev mədəniyyət naziri təyin olundu. Və 2020-ci ilin may ayının 21-dək mədəniyyət naziri oldu. Onun dövründə bütün kitabxanalar dönərxanalara, gözəllik salonlarına çevrildi, kinoteatrların binası söküldü, yerində uca binalar tikildi, korrupsiya dəhşətli həddə çatdı. Nəhayət 2020-ci ildə Əbülfəz Qarayevin müavinləri, departament rəhbərləri həbs olundu. Onlar məhkəmədə açıq şəkildə bildirdilər ki, biz musiqi məktəblərindən və digər mədəniyyət obyektlərindən aldığımız pulları nazir Əbülfəz Qarayevə verirdik. Bütün bunlara baxmayaraq müavinləri və departament rəhbərləri həbs olunsa da Əbülfəz Qarayev həbsdən canın qurtara bildi. Və onu 2020-ci ildə nazir Anar Kərimov əvəz elədi. Hamı düşünürdü ki, Əbülfəz Qarayevin biabırçı əməllərindən sonra yeni nazir Anar Kərimov çalışar ki, cənab Prezident İlham Əliyevin etimadını doğrultsun.
Təəssüf ki, Anar Kərimov öz sələflərindən də biabırçı işlədi, hətta 2 il də vəzifə də qala bilmədi. Onun dövründə hətta Kukla Teatrı da korrupsiya və rüşvətə görə ittiham olundu. Təsəvvür edirsiniz, təzə nazir 40 gün də normal işləyə bilmədi. Belə biabırçı nazirin sevimli kadrlarından biri də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır. Bu yazıda onun cinayət əməllərindən bəhs etmək istəyirik.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
Məlumat üçün qeyd edək ki, cənab sabiq nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edir. Təsəvvür edirsiniz bu qədər ərazidəki musiqi məktəblərinə nəzarəti Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova edir. Adama deyərlər ki, kimdir bu qadın..? Məlumat üçün qeyd edək ki, Qəndab Zülfüqarova Faiq Xudanlının müavini Vaqif Alıyevin “çox yaxın” adamıdır. Daxil olan məlumatlardan bəlli olur ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda pul toplayaraq Faiq Xudanlıya çatdırır. Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər. Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib. Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib. Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb. Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb. Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur. Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb. Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki.... Hətta Lamiyə Faiq Xudanlıya əmr formasında deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə.... Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib. İndi isə gəlin Faiq Xudanlının “siyasi keçmişinə” nəzər salaq. Bəli, Faiq Xudanlı keçmiş müsavatçı olub, hətta 2003-cü ildə Prezident seçkilərində İsa Qəmbərin seçilməsi üçün şəhərdə stabilliyi pozmağa çalışanlardan biri olub. Amma uğursuzluğu görən kimi, Yeni Azərbaycan Partiyasına daxil olaraq özünə karyera qurmağa başlayıb. Faiq Xudanlının özünün dediyinə görə, sabiq nazir Anar Kərimovun həyat yoldaşı ilə onun həyat yoldaşı bir məktəbdə oxuyublar, rəfiqə olublar…
Sözün qısası, bu gün də Faiq Xudanlı musiqi məktəblərinin direktorlarını məcbur edir ki, könüllü ərizə yazıb işdən çıxsınlar. Məqsəd boş qalan direktor yerlərini “satışa çıxarmaqdır”. Bütün bunlardan sonra bizi bir sual düşndürür: Faiq Xudanlının “ağası” sabiq nazir Anar Kərimov biabırçı şəkildə vəzifəsindən qovuldu.
Görəsən, Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin 1-ci müavini təyin edilən və nazir vəzifəsini icra edən Adil Kərimli sabiq nazirin dostu Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Klinikanın direktoru Surxay Musayevin əməlləri ...

Sözün düzü, vergi borcu Azərbaycanda ciddi problemə çevrilib. Kifayət qədər gəlirlə işləyən biznes qurumlarının, şirkətlərin dövlət büdcəsinə olan borcu ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Bu gün Azərbaycanda ən gəlirli sahələrdən biri də dərman biznesi və xəstəxanalardır. Dərmanların qiyməti durmadan artır, bu barədə hətta Milli Məclisin tribunasından deputatlar həyəcan təbili çalır.
Xəstəxanalara gəldikdə isə neçə illərdir ki, ölkə mətbuatı yazır ki, adi müayinə, rentgen qiymətləri nəinki kasıb, heç orta təbəqənin də imkanlarına uyğun deyil. Biz hələ ağır cərrahi əməliyyatlardan, orqan plantasiyasından-zaddan danışmırıq. Ona görə də az-çox imkanı olanlar qarnı ağrlyan kimi xarici ölkələrə, İrana, Türkiyəyə üz tuturlar.
Sözümüzün canı odur ki, bu gün Azərbaycanda ən çox pul qazanan müəssisələrdən biri, səhiyyə müəssisələri, tibbi klinikalardır. Biz özəl klinikalara toxunmaq istəmirik. Onların öz əlləri, öz başlarıdır. Bəs, dövlətin ayırdığı milyonların hesabına fəaliyyət göstərən klinikalar niyə əhaliyə çox baha qiymətə qulluq edirlər və vergdən küllü miqdarda yayınırlar. Hamıya məlumdur ki, Azərbaycan Tibb Universitetinin nəzdində xeyli sayda klinikalar fəaliyyət göstərir. Məsələn, Onkoloji klinika, Tədris Cərrahiyyə Klinikası, Tədris Stomatoloji Klinika və s. Bir daha qeyd edirik ki, bu klinikalar özəl deyil, heç kimin atasının, babasının pulu ilə ərsəyə gəlməyib, bir başa dövlətin ayırdığı milyonların hesabına müasir avadanlıqlarla təchiz olunublar.
Biz bir media olaraq Onkoloji Klinikada baş verən qanunsuzluqlardan kifayət qədər yazmışıq. İndiki yazının yazılmasına səbəb isə bir müddət öncə yayılan məlumat oldu. Belə ki, yayılan xəbərdən bəlli olur ki, böyük miqdarda vergi borcuna görə, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayevə “STOP” qoyulub, yəni ölkədən çıxa bilməz.
Təsəvvür edirsiniz, qiymətləri “od kimi əl yandırdığı” klinikanın dövlətə külli miqdarda vergi borcu var. Və Dövlət Vergi Xidməti Klinikanı məhkəməyə verib. Qeyd edək ki, Surxay Musayev professor, "əməkdar həkim" və əməkdar elm xadimidir. O, 2010-cu ildən Tədris-terapevtik Klinikasının direktorudur.
Təsəvvür edirsiniz, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində yaranmış Klinikada ancaq varlı, zəngin adamlara qulluq edilir. Və külli miqdarda borcu yaranıb. Bəs görəsən, direktor Surxay Musayev xəstələrdən aldığı külli miqdarda pulları kimə verib..?
Təsəvvür edirsiniz, klinikaya müraciət edən xəstələr həkimlərin qəbuluna düşmək üçün 60 manat ödəməlidir. Həmin xəstə təkrar qəbula gələrsə yenidən 60 manat ödəməlidir. Və xəstələrin ödədiyi pullara görə, heç bir qəbz-zad verilmir. Bu boyda klinika dövlətin pulu ilə yaradılıb, amma bir nəfər əlilə, qaçqına, məcburi köçkünə, qaziyə güzəşt edilmir.
Sözün qısası, klinika Surxay Musayevin öz şəxsi, özəl qaydaları ilə idarə olunur. Hətta rektor dəyişib, ATU-ya Gəray Gəraybəyli rektor təyin olunanda çoxları düşünürdü ki, bəlkə müsbətə doğru nəsə dəyişə bilər. Amma o gözlənti də özünü doğrultmadı.
Bəli, Surxay Musayevin yaxın adamları qəbul şöbəsində oturub gələn xəstələrdən pul almaqla məşğuldurlar. Ən dəhşətlisi odur ki, klinikadan edilən şikayətlər, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə edilən zənglər araşdırılmır, bu istiqamətdə müsbətə doğru hər hansı ölçü götürülmür. Bəs görəsən, Surxay Musayevin keçmişi kim, nəçi olub. Onun tərcümeyi-halına nəzər salanda bəlli olur ki, bu adam 1974-82-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin KOMSOMOL təşkilatına, 1983-88-ci illərdə universitet PARTİYA komitəsinə, 1994-2010-cu illərdə universitet HƏMKARLAR ittifaqı komitəsinə rəhbərlik etmişdir. Şərhə ehtiyac varmı..?
Bəli, “profsoyuzda” çalışanda “putyovka” satmaqla məşğul olan, professor, “Əməkdar elm xadimi” indi də dövlətin büdcəsinə çatası vergini mənimsəyir.
P.S. Belə etməyin cənablar, dövlətin vergisini vermək onun sütunlarını möhkəmləndirmək deməkdir. Yəni sizin tamahınız o qədər üstündür ki, dövlət hesabına qazanılan pulları yemək bir yana, hətta dövlətə çatası pullarıda mənimsəyirsiniz. Bunun aqibəti isə yaxşı olmayacaq, biləsiniz.
Dövlət sizi cəzalandıracaq.gundelik baki.com/
 
Ardını oxu...
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Rumiyyə Miraslan məlumat verib: "Gəncədəki Abbas Səhhət adına xəstəxanada dəhşətli hadisə baş verib. Belə ki, normal hamiləlik keçirən ana 27 dekabrda son müayinə üçün həmin xəstəxanaya müraciət edib. Hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası dünyaya gələcəyi deyilsə də, Səbinə adlı həkim qadına məsləhət görüb ki, dərhal qeysəriyyə əməliyyatı eləsinlər. Şobə müdiri Şəhla adlı həkim isə bayram tətilində Bakıya gedəcəyini, ayın 29-na təyin edib əməliyyatı. Əməliyyatdan sonra uşağın atasına bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər. Buna görə də atadan 350 manat pul alıb. Pul məsələsi qalsın bir kənara, ayın 2-nə qədər uşağı orada saxlayıb daha ağır vəziyyətə gətiriblər. Dünən isə atanın suallarına cavab olaraq bildiriblər ki, əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın. Uşağı OMD kimi tanıdığımız xəstəxanaya gətiriblər. Ancaq... Baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq(((
Adı çəkilən həkimlər telefonları açmadığına görə suallarımı buradan ünvanlayıram, siz isti yerinizdə rahat yatanda o körpənin atası Vətənin keşiyini çəkir. Vicdanıniz necə imkan verdi ki, uşağı vaxtından əvvəl götürdünüz? Ümumiyyətlə, niyə xüsusi gostəriş olmadan qeysəriyyə əməliyyatı edirsiniz? Eləmişdinizsə, niyə biganə yanaşıb körpəni belə vəziyyətə saldınız? Öz övladinızın, nəvənizin, nəticənizin başına gələcək axı elədiyiniz bu əməllər!!!!!!
P.S. Aidiyyəti qurumların sözçülərindən xahiş edirəm ki, həmin qaniçən həkimlərə inanıb gülünc açıqlama yaymasınlar bu hadisə ilə bağlı. Qəddar həkimlərə haqq etdiyi cəza verilsin!"

7NEWS.az
Ardını oxu...
2017-ci ildən 2021-ci ilə qədər Naxçıvan şəhərinin 10 saylı orta məktəbinin direktoru olmuş Anaxanım Axundova redaksiyamıza şikayət məktubu göndərib. Məktubdan belə anlaşılır ki, onun işdən uzaqlaşdırılmasının səbəbi MR Təhsil naziri Plaket Rəhmanla Naxçıvanın baş leşyeyəni Azər Zeynalovun “ölü canlar” siyasətinə qulluq etməməsi olub.
Doğrusu, Anaxanım müəllimənin bu iddialarına təəccüblənmədim. Naxçıvanda hər kəs Azər Zeynalovu baş “leşyeyən” kimi tanıyır. Leşyeyənlər üçün isə “ölü canlar” diri canlardan daha dəyərlidir və onların bu siyasətinə qarşı çıxanlar mütləq cəzalanmalıdırlar. Görünür, Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov da başını başlara qoşmaq istəyib və gedib baş “leşyeyən”ə qoşulub.
Bəs təhsildə “ölü canlar” nədir?
Anaxanım müəllimənin iddiasına görə, “ölü canlar” Naxçıvan məktəblərində keçirilmədiyi halda adına yalandan maaş yazılan xəyali müəllimlərdir. Həmin xəyali müəllimlərin adına yazılaraq mənimsənilən maaşlar yuxarı orqanlardan müfəttişlər gələndə məktəbin təmir işlərinə xərclənmiş kimi göstərilir. Anaxanım müəllimədən də bunu tələb ediblər, məktəb direktoru isə tələblə razılaşmayıb. Dərhal sertifikasiya imtahanı keçirilib və Anaxanım Axundova o “imtahan”da “uğur qazana” bilməyib. Halbuki həmin hadisədən 2 il əvvəl, yəni 2019-cu ildə Azərbaycan Müəllimlər və Direktorlar Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasının məktəb direktorlarının “Məktəbin İdarə Olunması” adlı təlimi və imtihanı keçirilib, Anaxanım müəllimə isə sözügedən imtahanda 100 baldan 89 bal toplayaraq birinci dərəcəli sertifikata layiq görülüb. Görünür, Naxçıvan leşyeyənlərinin tərtib etdiyi imtahanlar ya istənilməyən kadrların işdən uzaqlaşdırılması, ya da dövlət məmurlarından külli miqdarda rüşvət alınması üçün keçirilirmiş.
Naxçıvanda dəbdə olan ilginc qarğış: “Səni görüm, Cavanşir Qəriblinin imtahanına “düşəsən””
Maraqlıdır ki, eyni iddiaları biz başqa şəxslərin dilindən də eşitmişik. Bəzi məmurların sertifikasiya imtahanından 5, 10 bal toplanmasını tənqid atəşinə tutduğum zaman həmin məmurun yaxınları mənə maraqlı qarğış tökmüşdülər: “Kaş, Allahın altında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin İsmayıl Cavanşir oğlu Qəribli sizdən esse imtahanı götürərdi. Görüm, onun imtahanından neçə alardınız?”.
Çox uzatmadan, Anaxanım Axundovanın redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi yayımlayırıq.
Ardını oxu...
“Mən Axundova Anaxanım Zöhrab qızı 1970 ci ildə Naxçıvan şəhərində anadan olmuşam. İlk təhsilimi Naxçıvan şəhər Əli Sultanlı adına 10 № tam orta məktəbdə almışam. Həmin məktəbi 1987-ci ildə əla qiymətlərlə bitirib Naxçıvan Dövlət Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin məzunu olmuşam. İxtisasca ibtidai sinif müəllimiyəm. Azərbaycanın tanınmış pedoqoqlar nəslinin, Təhmasiblər nəslinin nümayəndəsiyəm. Məmmədhüseyn Təhmasib,Rza Təhmasib, Məzahir Daşqın, Dilbər Təhməzbəyova, Vahid Axundov kimi tanınmış və nüfuzlu şəxslərin irsini daşıyıram. Babam Vahid Axundov bəstəkar olmuş, 1959-cu il yanvarın 11 də Naxçıvan Dövlət Mahnı və rəqs ansamblını yaratmışdır. “O Naxçıvandır, Nəqşi-cahandır” mahnısının müəllifi Vahid Axundovdur.
Nənəm Dilbər Təhməzbəyova 1941-1945 ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın nüfuzlu zabit qadını olaraq Türk dünyası Ensiklopediyasında yer almışdır.
Atam Zöhrab Axundov Prezindent mükafatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidir. Uzun illər Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışmışdır. Hal-hazırda təqaüddədir.
Mən 1995-ci ildən Naxçıvan şəhər Əli Sultanlı adına 10 № li tam orta məktəbdə müəllimə vəzifəsində işləyirəm. 2017-ci ildə Naxçıvan şəhər 10 №li məktəbə direktor təyin olundum. Direktor çalışdığım müddətdə iki nazirin idarəçiliyi dövrünü gördüm. Bir il tam rahat və incidilmədən məktəbi yüksək səviyyədə həvəslə və sevə-sevə vəzifəmi icra etdim. Rəhman Məmmədov Təhsil naziri təyin edildikdən sonra təhsildə bir çox dəyişikliklər baş verdi. Belə ki, vaxtı ilə işindən haqlı olaraq uzaqlaşdırılan, özü kimi təhsildən xəbəri olmayan Azər Zeynalovun kadrları və eyni zamanda iş yoldaşı olmuş Rəşad Əlizadəni vəzifəyə gətirdi. Biz direktorun qara günü elə o gündən başaldı. Təziqlər olundu və maliyyə pozğunluğuna yol verməyim tələb olundu. Mən isə bunu etmədim. Dəfələrlə məndən tələb olundu ki, məktəbdə adları olub özləri olmayan “ölü canlar” deyilən şəxslərə aid məvacibin məktəbə xərcləndiyini Ali Məclisin yoxlama monitorinq qrupuna söyləyim. Mən isə bu tələbi rədd edib dedim ki, əmək haqqından hər ay məktəbə xərclədiyim halda məni bu yalana sövq etməyin.
Ardını oxu...
2021-ci ildə aprel ayının əvvəli idi. Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev mənə zəng edərək bildirdi ki, Naxçıvan şəhər Təhsil şöbəsinə gəlməyiniz lazımdır. Təhsil şöbəsinə getdim, Baba Əliyev çox təssüflə mənə dedi ki, sizin kimi direktoru itirmək mənə çox çətindir ama bu məndən tələb olunur, sizin ərizənizi almalıyam. Mən səbəbini soruşanda, cavab verərək bildirdi ki, sertifikasiyanı bəhanə edirlər, heç özüm də bilmirəm, nə məsələdir. Mən bildirdim ki, sizin məndən dəfələrlə tələb etdiyiniz “qanunsuz işlərə görə etiraz olaraq aldığım mükafatdır”. Təkidlə ərizəni yazmayacağımı bildirib,nazir Rəhman Məmmədovun məni qəbul etmesini tələb etdim. Lakin, cavab olaraq bildirildi ki, məni nazirin özü yox, müavini Ovni Muradov qəbul edəcək. Ovni Muradov məni qəbul etdi, masanın üzərinə kağızla, qələmi çırparaq təkidlə bildirdi ki, ərizəni yaz.
Ovni Muradov narahat vəziyyətdə dedi: Müəllimə, siz mənim üçün çox yaxşı kadrsınız, amma mənlik bir şey yoxdur, aparat rəhbərindən belə göstəriş gəlib. Mən cavab olaraq bildirdim ki, sizin müavin olaraq aparat rəhbərindən tapşırıq almağınız nə dərəcə doğrudur? O mənim sualımı cavablandırmadan nazirə zəng vurdu və bildirdi ki, Axundova ərizəni yazmır, məni sual atəşinə tutub. Nazir Rəhman Məmmədov “qov getsin və yetmiş ikinci maddə ilə əmək kitabçasına işdən azad olma əmrini verin”, - dedi və əgər istefa ərizəsi yazmazsam ailə üzvlərimin işlədiyi iş yerlərindən qovulacaqları ilə məni hədələdi. Bunun Azər Zeynalovun tələbi olduqunu bildirdi və qeyd etdi ki, sertifikasiya imtihanından keçməyən direktorların vəzifədə işləməsi mümkün deyil. Mən bildirdim ki, 5 bal, 7 bal toplayan direktorlar Rəşad Əlizadənin və Rəhman Məmmədovun rüşvət qılıncının altından keçərək onları razı salıb, istədikləri məbləği verərək bu günə qədər məktəblərdə arxayın şəkildə vəzifələrini icra edirlər.
Məlum oldu ki, bir il əvvəl İsa Həbibbəylinin əmri ilə Rəhman Məmmədova bir neçə kadrların yerləşdirilməsi əmr olunub və bildirilib ki, mütləq adı çəkilən adamlar getməli və siyahı üzrə bu şəxslər vəzifəyə gəlməlidirlər. Qeyd edim ki, Dövlət İmtihan Mərkəzinin rəhbəri də Rəşad Əlizadənin və Rəhman Məmmədovun iş ortağıdır. İstədikləri müəllimi bal toplamadığı halda imtihandan keçirirdilər, mən də bu əməliyyatın günahsız qurbanına çevrildim.
Ardını oxu...
2019-cu ildə Azərbaycan Müəllimlər və Direktorlar Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasının məktəb direktorlarının “Məktəbin İdarə Olunması” adlı təlimində və imtihanından 100 baldan 89 bal toplayaraq birinci dərəcəli sertifikata layiq görülmüşəm. Dəfələrlə məqalələrimi başqa gənc müəllimlərə sataraq onları Qrand Lahiyələrə qoşub reklam edərək Əməkdar Müəllim adını veriblər. Qeyd etmək istəyirəm ki, Naxçıvan şəhər İcra Hakimiyyəti yoxlamalar zamanı məktəbin yaxşı işini qeyd edib və eyni zamanda idarəçilik və təhsilin səviyyəsini yüksəltdiyim üçün məktəb infrastrukturunun qorunub saxlanmasında yaxşı işlərimə görə və məktəbdə çətin tərbiyə olunan şagirdlərin olmadığı üçün, ailə başçılarını itirmiş şagirdlərimə daima qayğı ilə yanaşmamı nəzərə alaraq və vətəndaş tərəfindən heç bir şikayətin olmadığını və dəfələrlə valideynlərin təşəkkürünü bir sözlə problemsiz sağlam bir mühiti yaratdığım üçün, nüfuzlu Ali məktəblərə şagird yetişdirdiyim üçün, hərbi məktəbə qəbul nəticələrinə görə məni Fəxri Adla təltif olunmağımı Naxçıvan Şəhər İcra Hakimiyyəti Ali Məclisə bildirdi. Bundan xəbər tutan Rəhman Məmmədov Azər Zeynalova bildirdi ki,mənim təqdimatım olmadan İcra Hakimiyyəti niyə bu sənədləri sizə göndərib? İclasda qeyd etdi ki, siz karyeranızı o vaxt yüksəldə bilərsiniz ki, mənim razılığım ola. Buna görə də mənim bu fəaliyyətimi geridə qoydular. Dəfələrlə nazirin qəbuluna düşmək istədim, lakin qəbul etmədi.
Ardını oxu...
Fikirləşdim ki, biz vətəndaşın qayğısına qalan, daima xalqına sevə-sevə xidmət edən nüfuzlu bir ailəyik. Doğrusu ləkələnməkdən qorxdum. Bu gün isəçox əzmlə bu məktubu yazıram, inanıram ki, ədalət gec-tez qalib gələcək və bu məktubun həmin zəfərdə mühüm rolu olacaq. Cənab Prezidentimizin Naxçıvana nümayəndə təyin etməsini mediada görəndə anladım ki, səbr - ən dəyərli psixoloji mübarizə silahı imiş. Bunlar bir iftira deyil!31 illik nüfuzlu müəllim olaraq şagirdlərimi və cəmiyyəti sevib bağrıma basan bir Azərbaycanlıyam.
Hörmətlə: Anaxanım Axundova”.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Hər kəsin dilində bu söz var: "Ən böyük hakim Allahdır" və bildiyimiz qədərilə konstitusiyada da ədalətli qərarlar verə bilmək üçün müqəddəs kitablardan (Qur'ani Kərim) istifadə edilib.

Lakin, nəinki həbsxanalarda olmuş, ümumiyyətlə ömründə bir dəfə də olsun məhkumluq həyatı yaşamış, yaxud hər hansı bir hüquqi cəza almış bir kimsəni dindirən kimi o, da ona qarşı hakim ədalətsizliyindən gileylənir.

Əvvəllər bu çoxumuza gülməli görünürdü. Amma, necə deyərlər "heç vaxt, heç kimi, heç nədə qınama, başına gələr".
Bəli, gəldi də. Özü də birimizin, yaxud bir neçəmizin deyil, demək olar ki, xalq olaraq hamımızın başına gəldi. Dünya malına hərislik, pul sevgisi Allah, ədalət sevgisini üstələdi. Yavaş-yavaş ədaləti bərpa etməli olan hakimlər, müdafiə etməli olan vəkillər əlbir olub, özləri də satıldılar, ədaləti də satdılar.

İndi ölkədə nə məhkəməyə, nə hakımə, nə də "açıq bazara çıxarılmış ədalət"ə inamımız qalmayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bu inamsızlığı yaradan qanunla ədaləti və insanların hüququnu müdafiə etməli olan hakimlər, vəkillər və cinayətlərin araşdırılmasında məsul olan digər səlahiyyət sahibləridir.
Əslində belə şəxslər bununla həm də öz təhsillərini və vəzifəyə təyinatlarını şübhə altına salırlar. Çünki, mayalarının rüşvətlə yoğrulduğunu öz əlləri və nəfsləri ilə aşkarca bəlli edirlər.

Ədalətsiz qərarları ilə insanları ölkə qanunlarından, konstitusiyadan, dövlətdən, dövlətçilikdən sözün əsl mənasında iyrəndirən hakimlərdən biri də çoxlarının dediyinə görə Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovdur.
O Eldar İsmayılov ki, əvvəllər MTN-də çalışıb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Verdiyi ədalətsiz qərarları ilə buvaxta qədər çox vətəndaşları narazı salıb ki, onlardan bir neçəsi barəsində sosial şəbəkələrdə və bəzi xəbər portallarında məlumatlar dərc edilib.

Belə ki, "DogruXeber.az"a Eldar İsmayılovun ədalətsiz qərarından narazılıqlarını danışan Əsgərov Kamal Aydın oğlu hazırda 30.000 (üç yüz min) manat ziyana düşdüyünü və məhz bu səbəbdən öz evində kirayə qaldığını deyir.

Kamal Əsgərov bildirir ki, "Rüstəmov Mətləb İxtiyar oğlu mənə qarşı dələduzluq edib və məni 300.000 (üç yüz min) manat ziyana salıb.
Qeyd edim ki, mən onun aldatdığı ilk adam deyiləm. Məndən əvvəl də 5 nəfəri aldadıb, evsiz-eşiksiz qoyub. Hətta, aldatdığı adamlardan birinin ürəyi partlayıb ölüb. Rəhmətliyin övladları da məhkəmədə dedilər, "Mətləb Rüstəmov qatildir, o, bizim anamızı öldürüb".

Mətləbə dələduzluğa görə əvvəllər də həbsxanada olub. Azadlığa çıxdıqdan sonra, yenə öz "məsləyi"ni davam etdirib. Yəni, dələduzluq etməkdə davam edib. Mənim bildiyim, buvaxta qədərki sonuncu qurbanı hələ ki, mənəm. Amma, görünür Mətləb Rüstəmovun vəkili olan Elçin Sadıqovun və Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sayəsində onun mənim kimi qurbanları hələ çox olacaq.

Təsəvvür edin, 2011-ci ildə məndən əvvəl aldatdığı adamlar Mətləb Rüstəmovun barəsində şikayətçi oldu və o, cinayət məsuliyyətinə cəlb olundu.

Lakin, mən şikayətçi olmadım. Baxmayaraq ki, 2011-ci ildə Mətləb mənim də evimi girov qoyub, "Muğan bank"dan 94.000 (doxsan dörd min) dollar kredit götürüb və həmin pulu mənimsəmişdi.
Düşündüm, insandır, həbsdən çıxar, ödəyər.
Beləliklə, ona cinayət məcəlləsinin 178.2.3 - cü maddəsi ilə cinayət işi açıldı və məhkəmənin qərarı ilə Mətləb Rüstəmov 9 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Bir də baxdım ki, ödənişlər ödənilmədiyi üçün "Muğanbank" evimi satışa çıxarmaq istəyir. Məcburiyyət qarşısında min bir əziyyətlə başqa bankdan kredit götürüb, Mətləbin "Muğanbank"a olan kredit borcunu bağladım və başladım hər ay həmin bankə ödəniş ödəməyə.

Artıq, 5 ildir ki, hər ay 1250 (min iki yüz əlli) manat ipoteka krediti ödəyirəm. Bugünə qədər 70.000 (yetmiş min) manat ödəmişəm. Bu da o deməkdir ki, öz evimdə 5 ildir kirayə yaşayıram. Hələ bundan sonra da 130.000 (yüz otuz min) manat - yəni, 23 il də əlavə ödəməliyəm.

Mənim hazırda 47 yaşım var, 23 də bundan sonra - belə çıxır ki, mən 70 yaşıma qədər bu zülmü çəkmək məcburiyyətindəyəm. Yəni, Mətləbin keyiflə xərclədiyi pulu mən bir ömür zülmlə, əziyyətlə ödəməliyəm.

Yeri gəlmişkən, Mətləb Rüstəmov ona verilən 9 il yarım həbs cəzasının 7 ilini çəkdi, qalan iki il yarımını şərti azadlığa buraxılıb.

O, şərti azadlığa çıxdıqdan sonra mən Mətləblə danışdım, vəziyyəti dedim və pulu artıq ödəməyə başlamasını dedim. Bu dəfə o kobudcasına "Vermirəm, get hara deyirsən, de" - dedi.

Yalnız bundan sonra mən də 2020-ci ildə onun barəsində şikayətçi oldum və o qalan iki il yarım müddətlik cəzasını çəkmək üçün həbs edildi. Hazırda həbsdədir.

Mən Mətləb barəsində o həbsdə ola-ola iddia qaldırdım və 27.12.2022-ci il tarixində keçirilən məhkəmədə hakim Eldar ismayılov ona yenidən 7 il 10 ay müddətinə "azadlıqdan məhrumetmə" cəzası təyin etdi.

Lakin, məni işin tamam başqa tərəfi narahat edir.

Baxın!
Cinayət məcəlləsində 12 il "Məsuliyyətə cəlb olunma müddəti" var. "Məsuliyyətə cəlb olunma müddəti"nə görə 2023-cü ilin aprel ayında Mətləb Rüstəmov məsuliyyətdən azad olunacaq.

Onun vəkili ona verilən 7 il 10 ay həbs cəzasından appelyasiya şikayəti verəcək, qərar qüvvəyə minməsin deyə, onu da müxtəlif yollarla hakimlə əlbir olub uzadacaqlar aprel ayına qədər və aprel ayında da avtomatik olaraq, cinayət işi bağlanacaq və Mətləb Rüstəmov məsuliyyətdən azad olunacaq.

Bu qanunda belədir, buna sözüm yoxdur. Amma, təsəvvür edin ki, məhkəmə müddətini onun vəkili ilə hakim Eldar İsmayılov əlbir olaraq, 1 il 3 aydır ki, müxtəlif bəhanələrlə uzadırlar. Gah vəkili Elçin Sadıqov deyir, "bu gün filan yerə uçacam, təyyarəyə gecikirəm", gah digər bəhanələr, gah da Eldar İsmayılov müxtəlif bəhanələrlə müddəti uzatdılar.

Doğrusu, vəkilin hər dəfə məhkəmə prosesinə müxtəlif yollarla mane olmasının da məqsədli olduğunu düşünürəm.

1 il 3 ay məhkəmə olar?!
Məhkəmə olar 3 ay, 5 ay...

Eldar İsmayılovla vəkil əlbir olub, ortaya dəxlisiz fəsadlar çıxarıblar.
Məsələdə adı hallanan ikinci tərəf - qəyyum ki, var, həmin qəyyumla əlaqəli gülünc maneələr yaradırlar. Bütün çalışdıqları budur ki, məsələni bu ilin aprel ayına qədər birtəhər uzatsınlar, hökm qüvvəyə minməsin və aprel ayında da müddət bitsin, Mətləb Rüstəmov da azadlığa buraxılsın.
Eldar İsmayılov qəsdən mənim mülki iddiamı təmin etmir.

Bəhanəyə baxın!
Güya mən iddiamda göstərməli idim ki, mənə vurulan maddi ziyanın - yəni məbləğin nə qədərini Mətləb Rüstəmovdan, nə qədərini qəyyumdan tələb edirəm.

Qardaş, bunun işə nə aidiyyatı var axı?

Bəs, əgər elə boyuk qüsurdursa, 1 il 3 aydır məsələni müxtəlif bəhanələrlə uzadarkən, Eldar İsmayılov niyə bir dəfə də olsun məhkəmədə bunu mənə irad tutmadı ki, mən də iddiamı yenidən hazırladım.

Qaldı ki, mən ilk növbədə pulumu Mətləb Rüstəmovdan tələb edirəm. Məni aldadan odur. Qəyyumdan şikayətim yoxdur. Qaldı ki, kim ödəyir ödəsin, mənə vurulan maddi zərər ödənilsin. Mən ömrümün qalanını niyə əsəb, stress keçirərək, min bir əziyyətlə Mətləbin yediyi pulu ödəməliyəm?!
Mənim pulum ödənilsin, vəssalam.

Mən Eldar İsmayılovun ədalətsiz qərarından narazıyam.
Odur ki, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevdən və Məhkəmə Hüquq Şurasının sədri - Ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm Eldar İsmayılovun barəsində lazımi tədbirlər görülsün. Şəxsi maraqlarına görə vətəndaşlar arasında konstitusiyaya, qanunlara, dövlətə və dövlətçiliyə qarşı nifrət yaradan Eldar İsmayılova layiq olduğu cəza verilsin. Həmçinin, mənim məsələm yenidən araşdırılsın, tez bir zamanda ədalətli həllini tapsın.

Mətləb Rüstəmov tutulsun, yaxud nə cəza verilir verilsin fərqi yoxdur mənim üçün. Əsas odur ki, mənə vurduğu maddi ziyanın Mətləb Rüstəmov tərəfindən ödənilməsi təmin edilsin.

Mənim keçirdiyim əsəb, stress səbəbilə, artıq sağlamlığım təhlükə altındadır.
Mən Mətləbin məndən əvvəl aldatdığı ürəyi partlayıb ölən o məsum insanın taleyini yaşamaq istəmirəm.
Mənim mülki iddiamı niyə təmin etmir Eldar İsmayılov?

Çox xahiş edirəm bu araşdırılsın və ədalətli həllini tapsın."

Yeri gəlmişkən, onu da qeyd edək ki, Kamal Əsgərovun "DogruXeber.az"a bildirdiyinə görə, o, son ümidi olaraq, Appelyasiya məhkəməsində Məhkəmə Hüquq Şurasının məsələyə diqqəti və ədalətli yanaşması sayəsində mülki iddiasının təmin ediləcəyinə, ədalətli qərar veriləcəyinə ümid edir.

Hər halda, biz də buna ümid edirik.
Odur ki, məsələ diqqətimizdədir, gedişatlardan mütəmadi olaraq, izləyicilərimizi də xəbərdar edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Naxçıvanın bir Təhsil naziri var – Rəhman Məmmədov El arasında adına “Plaket Rəhman” da deyirlər. Bu cür təmtəraqlı ad alması səbəbsiz deyil. Adam Nax. MR Təhsil Nazirliyinin yanından keçən hər kəsi plaketləşdirib ( yəni fəxri fərman verib) yola salırmış
Bəs "Plaket" Rəhman kimdir?
Rəhman müəllim Təhsil naziridir, amma ömründə bir dəfə də olsun sinifə girməyib. Daha doğrusu, müəllim kimi girməyib. Şagird, tələbə kimi parta arxasında oturub. Oxuyub-oxuyub iqtisadçı olub.
Əmək fəaliyyətinə Sosial Təminat Nazirliyində başlayıb. Ordan Naxçıvan MR Ali Məcisinə sıçrayan Plaket Rəhman Vasif xanın Humanitar siyasət və ictimai təşkilatlarla iş məsələləri üzrə başbiləni olub. 2018-ci ildə qibleyi-aləmin fərmanı ilə birdən-birə Təhsil Nazirliyinə nazir vəzifəsinə sıçrayıb. Bir gün belə pedaqoji stajı olmadan.
Təəccüblənməyin, Rəhman Məmmədov həm də Naxçıvan MR Atletika Federasiyasının sədridir. Yəni yuxarıya və uzununa hoppanan atletlərə Rəhman müəllim baxır. Gərək özü həmin atletlərə nümunə göstərə ki, onlardan da yaxşı hoppanmaq tələb edə. Görünür, bu mənəvi hüququ əldə etmək üçün Rəhman müəllim Sosial Təminat Nazirliyindən Ali Məclisə, Ali Məclisdən Təhsil Nazirliyinə hoppana-hoppana gəlib çıxa bilib. Həm də elə hoppanıb ki, Naxçıvanda hansısa məktəbin hava sahəsini belə pozmayıb.
Rəhman müəllimin bir də elə bir özəlliyi var ki, hoppanma sənətində ona güc verən bu qabiliyyəti olub. Söhbət maaş verilən zaman əyan-əşrəfinə məktəb direktorlarını soydurmaq yetənəyindən gedir. Hər halda bu iddianı biz yox, Rəhman Məmmədovun qəzəbinə tuş gələrək Naxçıvandan didərgin salınan Emin Əsgərov irəli sürür.
Xatırladaq ki, Elmin müəllim məktəblərdə yeni yaradılmış STEAM tədrisi ilə bağlı müəllimlərə praktiki təlimlər verib. MR Təhsil Nazirliyi tərəfindən əmək haqqı ödənilməyən Elmin müəllimin öz hüququnu tələb etməsi nazir Rəhman Məmmədovun qəzəbinə səbəb olub və bu cəsarət təcrübəli bir pedaqoqun müəllimliyinə xitam verilməsi ilə nəticələnib. Daha sonra Elmin Əsgərov Bakı şəhərinə sürgün edilib.
Emin Əsgərovun sosial şəbəkələrdə paylaşdığı yeni statuslarını təqdim edirik.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Neftçalanın gənc icra hakimi Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub. Reportyor.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur
Ardını oxu...
İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Yeri gəlmişkən, Z.Kərimovun adı bu günlərdə başqa bir qalmaqallı işdə də hallanmışdı: onun bahalı avtomobili ilə heç bir yol hərəkəti qaydasına əməl etmədən, avtoxuliqan kimi rayon yollarında şütüdüyünü əks etdirən fotolar yayılmışdı. Həmçinin, məlumata görə, bu günlərdə onun oğlu Bəxtiyar Kərimov Neftçalada narkotik istifadəçisi kimi həbs olunub. Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinə gətirilən B.Kərimov elə həmin gecə həbsdən azad edilib. Məlumata görə Neftçala suvarma idarəsində çalışan ərköyün məmur oğlu bir müddət öncə də Yasamal rayonunda saxlanmışdı, amma o zaman da həbsdə qurtarmağı bacarmışdı. İndisə məlum olur ki, DSK sədri Z. Kərimov və rayonun başçısı M. Seyidov Neftçala fermerlərinə “gün verib, işıq vermir”. Onlar torpaqları auksiona çıxarır və rüşvətin fərqli mexanizmi ilə başqalarına verirlər. Yəni 1000 manatın varsa, Seyidovla Kərimov sənə icarəyə torpaq bağışlayacaq, əks halda torpaq üzünə həsrət qalacaqsan. Bu da Neftçalada məmur özbaşınalığının yenidən baş qaldırması deməkdir.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən üç ilə yaxın vaxt keçir. 2020-ci ilin fevralında DTX Neftçalanın icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirmişdi. Göründüyü kimi, iki ildir rayonun rəhbəri dəyişib, hazırda başçı Mirhəsən Seyidovdur, lakin gənc icra başçısı barədə çoxsaylı şikayətlər var. Prezident isə onu vəzifəyə təyin edərkən demişdi ki, kim xalqa xidmət etməsə, qanunsuzluğa yol versə, onu da oxşar cəza gözləyəcək… //Reportyor.info//
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azərting” MMC (VÖEN - 4501824261) olub.

Ardını oxu...
Müsabiqənin şərtinə görə “Azərting” MMC Aqrar Kredit və İnkişaf Agentliyinə yerli istehsal olan tut tinglərinin satacaq və qarşılığında 700 000 manat alacaq.
Məlumat üçün bildirək ki, “Azərting” MMC 11.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Azərting” MMC-nin hüquqi ünvanı Quba rayonunun Zərdabi kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Sərdarova Zəminə Fikrət qızıdır.

Ardını oxu...
Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi tenderi bir mənbədən satınalma üsulu ilə keçirib.
Onu da bildirək ki, “Azərting” MMC Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə eyni hüquqi ünvanda yerləşir. MMC-nin qanuni təmsilçisi də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sərdarova Zəminə Fikrət qızıdır.
Ardını oxu...
Mətbuatda yer alan məlumata görə, bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Bildirilib ki, tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur. Bir neçə gün əvvəl tinglərin paylanılması ilə bağlı keçirilən tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak edib. “Azərting” MMC-nin direktoru Sərdarova Zəminə Fikrət qızı bu tədbirlərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi kimi fermerlərə məsləhət verib.
Maraqlıdır ki, tut tingləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zərdabi Adına Elmi Təcrübə Bazasında yetişdirildiyi halda, bu tingləri satın almaq üçün nazirlik “Azərting” MMC adlı şirkətə 700 min manat vəsait ödəyir.
Onu da qeyd edək ki, “Azərting” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Kənd Təsrrüfatı Nazirliyinin keçirdiyi 2 tenderin də qalibi olub və ümumilikdə həmin tenderlərdən 2 milyon manatdan çox vəsait alıb.

Ardını oxu...
DİA.AZ: - "Bu tibb müsəssisəsində bizə qarşı çox hörmətsizlik etdi. Sakit xarakterimizi görüb ancaq qışqırırdı. Hara şikayət edim?" DİA.AZ bildirr ki, bu barədə müraciətində Bakı sakini Zeynəb Əsədzadə giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Tibbi arayış ödənişli olub, bu məsələ həkimlərə də təsir edib. Mən işə yeni başlayacam 8-ə qədər sənədlərimi hazırlamalıyam. Başlayacağım işdə hələ maaş kartım yoxdu.
Bu gün tibbi arayış almağa 18 nomreli Birləşmiş şəhər xəstəxanasının konsultativ poliknika şöbəsinə yaxınlaşdım. Anamla getmişdik.
Normalda sahə həkiminə yaxınlaşıb bu məsələni həll edirdik(20azn alirdlar)
Bu gün sahə həkimi xidmətin ödənişli olduğunu gedib 41 azn ödəyəcəyimizi dedi.
Bizə Cavanşirova Dilaviz həkimin otağına getməyimizi, orada ətraflı məlumat veriləcəyini dedi. Otağa yaxınlaşdıqda içəridəki Səidə tibb bacısı sərt reksiya ilə "gözlə" deyib 10 dəqiqə gözlətdi.İçəridə telefonda öz şəxsi evdə nə olduğunu kiməsə danışırdı. Həkim otaqda yox idi. Sonra həkim gəldi qapının ağzında bizi görüb yüksək səslə qışqıraraq get ödənişi ödə deyib otağına daxil olub qapını bağladı. Anamla asta səslə hara ödəyək deyə aramızda danışırdıq. Həkim bu dəfə qışqıraraq (elə bil kar falan var) get "kartocka" gətir dedi. "Kartıçk"anı gətirmişik... yenə qışqırır heç nə izah etmir."Kartın var qoy bura posterminala ödənişi et" deyir. Deyirəm kartım yoxdu nə qışqırırsız və ad soyadını soruşdum. Şikayət edəcəyimi bildirdim..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə şok effekti yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən qovulması ilə nəticələndi.

DTX-nin 2022-ci ildə təkrar Mədəniyyət Nazirliyində korrupsiya əməliyyatı keçirməsi zamanı da burada ciddi maxinasiya halları aşkarlandı. Artıq məsələ ilə bağlı xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa da cəlb edilib.

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər var.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə ciddi maxinasiya hallarına yol verən məmurlardan biri də Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.

Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirova arxası yuxarılara bağlı olan direktorlardandı. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə xüsusi yaxınlığı olan məktəb direktoru yol verdiyi qanunsuzluqların hamısını məhz nazir müavininə arxalandığına görə edir.

Bəzi məclislərdə nazir müavini Sevda Məmmədəliyeva ilə "podruqa" olduğunu xüsusi vurğulayan Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.

Bu illər ərzində bir dəfə də olsun məktəbdə ciddi audit aparılmamışdır.

Məlumata görə hazırda məktəbdə xeyli sayda "ölü canlar" var. Belə ki, təsərrüfat, texniki və pedoqoji heyətin bir qismi məktəbə işə gəlmir, onların maaş kartları isə Ülviyyə Nadirovadadır.

Ülviyyə Nadirovanın zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir.

İyirmi iki ildir Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru olan Ülviyyə Nadirovanın bu illər ərzində korrupsiya və rüşvət hesabına yığdığı vəsaitlər heç də DTX-nin korrupsiyaya görə həbs etdiyi icra başçılarının, nazir müavinlərinin topladıqlarından az deyil.

İddialara görə Ülviyyə Nadirova büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırır.

Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.

Ülviyyə Nadirovanın Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Gəncə şəhərində və Daşkəsən rayonunda da mülklərinin olduğu bildirilir.

Qarşı tərəf yazıya mövqe bildirə bilər.
https://www.azfakt.com/sevda_memmedeliyevan_n_kadr_n_n___l__canlar___-_samux_musiqi_mektebinde_b_dce_nece_menimsenilir_-131256-xeber.html?fbclid=IwAR0sECJMRRPHsy5dHoL36WCPpTfDJxhpVKSUvA-8E_iXFsVYJlJ7IWZ2R_c
 
 
 

Dünyapress TV

Xəbər lenti