Ardını oxu...
Azərbaycanın məhkəmə sistemində görünməmiş təyinatlar baş verib.

TEREF.AZ bildirir ki, bu barədə fakt Gununsesi.info-nun araşdırması zamanı üzə çıxıb.

Bəlli olub ki, Azərbaycan Ali Məhkəməsi İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyevin hakim təyinatı Konstitusiyaya zidd olub.

Konstitusiyaya zidd hakim olanlar

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə də Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Amma məlum olub ki, adıçəkilən hər iki şəxs hakim təyinatınadək 5 il hüquqşünas kimi çalışmayıb.

Ardını oxu...
Yasamal Rayon Məhkəməsinin sədri Əliyev İslam Əli oğlu;

Əliyev İslam Əli oğlu – 1970-ci il təvəllüdlüdür, 2000-ci ildə, yəni 30 yaşında Ali təhsil diplomu alıb, amma hüquqşunas ixtisası üzrə iş təcrübəsi nədənsə 1999-cu ildən hesablanır, 2003-cü ildən Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunur, 2007-ci ildə isə, yəni 37 yaşında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Hazırda isə Yasamal Rayon Məhkəməsinin sədri vəzifəsini tutur.

Hətta İslam Əliyevin iş təcrübəsini 1999-cu ildən hesablasaq da onun hakim təyinatı üçün hüquqşünas ixtisasl üzrə 5 il iş təcrübəsinə malik olmadığı ortaya çıxır.

Ardını oxu...
Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov da qanunsuz hakim təyin edilənlərdəndir.

2004-cü ildə hüquqşünas təhsili alan Xəqan Məmmədov maraqlıdır ki, 2000-ci ildən Konstitusiya Məhkəməsində Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri olub. 2008-ci ildən isə Bakı Şəhər Yasamal rayon Məhkəməsinə hakim təyin olunub.

Göründüyü kimi onun da hüquqşünas diplomu aldığı müddətdən sonra iş təcrübəsi 5 il deyil.

Hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədridir.

Araşdırmamız zamanı hər iki şəxsin Konstitusiyaya zidd olaraq hakim təyinatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun rolu olduğu üzə çıxıb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının da mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
Belə ki, Məhkəmə- Hüquq Şurasının saytında olan əlaqə nömrəsinin bir neçə çağırışdan sonra faksa qoşulduğu məlum olub.

Şuranın qaynar xətti də eyni qaydada zəngləri cavabsız qoydu.

Bütün hallarda Məhkəmə-Hüquq Şurasının mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
“Göydən bir damcı yağış düşən kimi bizim küçə keçilməz hala düşür. Qapıdan ayağını çölə qoyursan, üstün-başın palçıq olur”.

TEREF.AZ bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə: 2 küçəsinin bir qrup sakini müraciət edib.

Vətəndaşlar küçələrinin asfaltlanmamasından şikayətçidirlər: “314 saylı məktəbin arxa çıxışı bu küçəyədir. Buradan keçib məktəbə gedən uşaqlar üçün gərək əlavə geyim, ayaqqabı qoyasan. İllərdir biz bu problemlə yaşayırıq. 2 ildir müraciət etmədiyimiz yer də qalmayıb. Şikayətlərə, məktublara, zənglərə baxmırlar. Nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə d əki Biləcəri Bələdiyyəsi hələ də bir tədbir görüb”.

Biləcərinin Yeni yaşayış massivinin sakinləri də bənzər problemdən əziyyət çəkirlər. Vətəndaşların sözlərinə görə, artıq 5 ildir ki, səslərinə səs verən yoxdur: “Məhəllədaxili yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Biləcəri qəsəbə Bələdiyyəsinə və Binəqədi Rayon İcra hakimiyyətinə müraciət edirik. Hər üç qurum bu yolların onların balansında olmadığını, təmir işinə onların baxmadığını bildirir. Təmir olunmasını istədiyimiz yolun ümumi uzunluğu cəmi 1.7 kilometrdir. Lakin bizim müraciətimizə baxan tapılmır”.

Sakinlər bildirirlər ki, yolu dəfələrlə şəxsi hesablarına düzəltdiriblər: “Şəkillərdən də sonradan yolun dağıldığı görünür. Lakin biz yol çəkən olmadığımıza görə, bir il dözmür, dağılır”.

Hər iki şikayətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Rayon ərazisində yenidən qurmaya ehtiyacı olan qəsəbədaxili yolların mərhələləli qaydada təmiri ilə bağlı RİH tərəfindən siyahı tərtib edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə də danışdıq. O da öz növbəsində bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolları agentliyimizin balansında deyil və qeyd olunan küçə və yollara, təbii ki, bəzi mərkəzi küçələr istisna olmaqla tərəfimizdən xidmət göstərilmir. Bu yolların tikintisi və təmiri yerli strukturların, yəni yerli icra hakimiyyəti və yerli bələdiyyələrin aidiyyəti üzrə təqdimatı əsasında baş tutur. Biz yalnız investisiya proqramı çərçivəsində nəzərdə tutulan küçələrdə təmir işləri aparırıq. Hansı ərazilər nəzərdə tutulursa, cari ildə təmir işləri aparılır. Növbəti investisiya proqramlarında hara nəzərdə tutulacaqsa, bu istiqamətdə də işlər davam etdiriləcək”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...

Xaçmaz rayonu, Gödəkli kənd sakini Daşdəmirov Yaşar Balasoltan oğlu tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Baş prakuroru Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Daşdəmirov Yaşar Balasoltan oğlu, 12.06.1979-cu il tarixində Xaçmaz rayonunun Gödəkli kəndində anadan olmuşam. Anadan olduğum tarixdən həmin kənddə yerləşən atam Daşdəmirov Balasoltan Camaləddin oğluna məxsus 5 otaqlı, ümumi sahəsi 139.8 kvmetr, yaşayış sahəsi isə 81 kvmetr olan evdə qeydiyyatda olmaqla yaşayıram. 2003-cü ildə ailə həyatı qurmuşam və həmin evliliyimizdən 2 övladım vardır.

Bakı şəhərində 2 övladı ilə birlikdə yaşayan bacım Sevil Hacıyeva Xaçmaz rayonunun Gödəkli kəndində yaşayan valdiyenlərimə (atam Daşdəmirov Balasoltan Camaləddin oğlu, anam Daşdəmirova Mariya Arsenyevna qızı) məxsus əmlaklarına sahib çıxmaq məqsədilə, qanunsuz yollarla saxta sənədlər hazırlamaqla və həmin saxta sənədlər əsasında valideynlərimin birinci dərəcəli vərəsəsi olduğum halda, mənim maraqlarım nəzərə alınmadan və razılığım olmadan notarial qaydada atam Balasoltan Daşdəmirov ilə atama məxsus əmlakın ona bağışlanması barədə müqavilə hazırlatdırmışdır. Hətta Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları ilə cinayət əlaqəsinə girərək, oradan digər qonşu Çaykənarı kəndində yerləşən mövcud olmayan əmlakın yüklü olmaması barədə arayış almış və həmin arayış əsasında atam ilə birlikdə Qusar rayonuna gedərək, orada notarial qaydada 18 mart 2022-ci il tarixdə mövcud olmayan daşınmaz əmlak barədə bağışlanma müqaviləsi bağlatdırmışdır. Daha sonra isə, həmin müqaviləyə əsasən, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsindən Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən mənim və ailə üzvlərimin də, qeydiyyatda olduğumuz evə bizim razılığımız olmadan tam mülkiyyətçi kimi çıxarış almışdır.

Elə buna görə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin, həm də bu işlə əlaqəsi olan digər təşkilatların və ən əsası isə bütün bu saxtakarlığı həyatı keçirən Sevil Haciyeva barədə qanuni tədbir görməyinizi xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(Hurriyyet.az)

 
 

Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən sui-istifadə sayəsində topladığı misilsiz varidatla “dövlət içində dövlətə” çevrilib…

SOCAR-da 2021-ci ildə Prezident İlham Əliyevin qərarı ilə başlayan, növbəti ildə də davam etdirilən köklü kadr dəyişiklikləri qurumun vaxtilə “əvəzedilməz” sayılan rəhbəri Rövnəq Abdullayev və bir neçə vitse-prezidentin vəzifədən azad edilməsi ilə nəticələndi. Bu addım strateji dövlət qurumu olan SOCAR-da yeni dövrün başlanğıcını şərtləndirsə də, postundan uzaqlaşdırılan sabiq vitse-prezidentlərin vəzifədə olduqları müddətdə qanunsuz yollarla topladıqları sərvətin, o cümlədən, onların özlərinin mümkün aqibəti açıq müzakirə mövzusudur. Cəmiyyət rəsmi dövlət səlahiyyətlərini öz şəxsi maraqlarının təmin olunmasına yönəltmiş həmin məmurların törətdikləri əməl və talanlara görə cavab vermələrini gözləyir.

Prezidentin təqribən ilyarım əvvəl imzaladığı sərəncamla vəzifəsindən azad edilən SOCAR-ın maliyyə-təsərrüfat işləri üzrə keçmiş vitse-prezidentləri sırasında məmur oliqarxiyasının “parlaq” təmsilçisinə çevrilən Mikayıl İsmayılovun adı diqqəti daha çox cəlb edir. Bu “məşhurluq” onun işgüzarlığı və fədakar əməyinin nəticəsindəqazanılsaydı, təbii ki kiminsə İsmayılova irad bildirmək üçün əsası olmazdı. Amma təəssüf ki, İsmayılovun media ilə sosial şəbəkələrin antiqəhrəmanı durumuna gəlməsi onun 2005-ci ildən 2021-ci ilə qədər tutduğu vitse-prezident vəzifəsində olarkən törətdiyi qanunsuz əməllər, səlahiyyət həddini aşması, dövlətin pulu ilə özünə biznes imperiyası qurması, vətəndaşları qan uddurması ilə bağlıdır.

İsmayılovun fəaliyyətindəki qanunsuzluqlar barəsində mətbuatda davamlı materiallar dərc olunsa da, onun işinin yoxlanılması ilk dəfə 2019-cu ilə təsadüf etdi. Aparılan vergi yoxlamaları zamanı ciddi qanun pozuntularının aşkarlanması səbəbindən şirkətdə təchizat və satınalma məsələləri rəsmən onun kurasiyasından çıxarılsa da, İsmayılov cinayət məsuliyyətindən yayınmaqla bərabər, qeyri-rəsmi olaraq o sahəyə nəzarəti də özündə saxlamağı bacarmışdı.

İsmayılovun qanunsuz yollarla topladığı sərvətin tərkibində daşınmaz əmlak vahidləri xüsusi fərqlənir. Müxtəlif media orqanlarında yazılanlara, hətta bəzi siyasətçilərin bildirdiyinə görə, SOCAR-ın sabiq vitse-prezidentinin təkcə Bakı şəhərində malik olduğu mənzillərin sayı 200 civarındadır. Bu “hobbi”sinə görə İsmayılova “evlər kralı” ləqəbi də verilib. Mənzillərdən başqa, İsmayılovun Bakıda və ətraf qəsəbələrdə çox sayda villalarının olduğu da mediada işıq üzü görmüş faktlar sırasındadır. Qeyd olunur ki, Mikayıl İsmayılovun biznesinin nüvəsini “AzGranata” şirkəti, həmçinin şəriki olduğu “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” şirkətləri təşkil edir.

SOCAR-ın keçmiş vitse-prezidentinin əslən mənsub olduğu Ağsu rayonunda fəaliyyət göstərən “AzGaranata” şirkəti isə yerli sakinlərin başağrısına çevrilib. Şirkətin istehsal çeşidlərini və həcmini artırmaq “siyasət”inin icrası əhalinin başında “çatladılır”. Məlumata əsasən, İsmayılovun adamları şirkətdə emal olunması üçün üzüm bağlarının sahəsinin artırılması məqsədilə vətəndaşlara məxsus torpaq sahələrini müxtəlif saxtakarlıq üsulları ilə heç bir kompensasiya ödəmədən mənimsəyiblər. Bununla əlaqədar ictimailəşən faktlardan birində qeyd olunur ki, İsmayılovun qoçuları tərəfindən zəbt edilən Ağsu rayon sakini Cavanşir Musayevə məxsus ərazinin sahəsi 6 hektardır. Bu analoji hallarla əlaqədar hələ cəmi bir faktdır.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:06

Yeri gəlmişkən, Mikayıl İsmayılov onun qanunsuz əməllərini ictimailəşdirən jurnalistlərə, bloqerlərə münasibətdə aqressiya və hiddətini gizlətmir. Ona görə də, İsmayılovun Ağsu rayonunda törətdiyi əməlləri gün işığına çıxaranlara “müharibə elan etmək” üçün vaxt itirmir. Onun bloqer Elşən Əlisoya qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri əsasında xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında keçirilən məhkəmə iclasları mediada geniş işıqlandırıldı.

Bəli, Mikayıl İsmayılov artıq vəzifədə deyil. Lakin “qılıncının dalı da, qabağı da” əvvəlki kimi kəsərlidir. Niyə də olmasın? Adam 16 il SOCAR-ın vitse-prezident postunu tutub və öz şəxsi maraqlarını mümkün olan qədər təmin edib. Ancaq bu durum normal sayıla bilərmi? Bizcə, yox. Əminliklə deyə bilərik ki, vəzifədə olduğu müddətdə oliqarxa çevrilən Mikayıl İsmayılov və onun kimilər dövlət üçün real təhlükə mənbəyidirlər. Ona görə də bu təhlükənin tezliklə aradan qaldırılması üçün dpvlətin müvafiq qurumlarının hərəkətə keçmələri şərtdir.(busaat.az)

Ardını oxu...
DİA.AZ: - Son günlər mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl yazılar dərc olunub. Daha çox torpaqların müqavilə ilə fermerlərə verilməsində baş verən neqativ hallarla bağlı rayonun gənc icra başçısı Mirhəsən Seyidov və 61 saylı Neftçala Seçki Dairəsinin sədri Zaur Kərimovun adı hallanır. Xatırladaq ki, DİA.AZ olaraq rayonda konkret ərazilərin konkret şəxslərə rüşvətlə verilməsinə dair şikayət məktubunda yer alan faktları dərc etmişdik. Bütün bu ittihamlara sübutlarla cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan "İrəli" təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumat diqqət çəkir: "OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər". Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər "mənim səlahiyyətimə aid deyil" desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.
Hadisələrin gedişini təqib edərək, mövzunu davam etdirəcəyik.
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Qarabörk kənd sakini Qasımov Kamil Fərhad oğlu tərəfindən müvafiq dövlət qurumlarına şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mənim uşaqlarımın təhsil aldığı Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə rəzalət yaşanır.Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdərir.Qız və oğlan şagirdlər eyni tualetdən istifadə etməli olurlar.Hətda tualetin qapısı yoxdur.Hasarları uçmaq üzrədir. Təmizlənmir deyə antisanitariya hökm sürür.Buna görə şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.Məktəbin direktoru bunları görüb bildiyi halda tədbir görmək istəmir.

Ardını oxu...
Ardını oxu...

Həmçinin məktəbin bir hissəsində istilik sistemi (kombi) var digər hissəsində ibtidai siniflərdə isə yoxdur.Buna görə siniflər odunla qızdırılır.Oda 2-3 gün olur 5-6 gün olmur.Həmin vaxtı uşaqlar soyuqda dərs keçə bilmirlər.
Mən buna görə bir neçə aydır ki, Elm və Təhsil Naziri Emin Əmrullayevə şikayət ərizələri ilə müraciətlər etmişəm.Ancaq heç bir tədbir görülmədi.

Ardını oxu...
Ardını oxu...

Qeyd edim ki, Ucar şəhər 5 nömrəli orta məktəbin binası köhnə olduğu üçün həyətində yeni məktəb binası inşa edilib istofadəyə verildi.Ancaq köhnə bina sökülmədi ki, orada ibtidai sinif şagirdlərinə acınacaqlı vəziyyətdə dərs keçirilir.

Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyindən xahiş edirəm Ucar şəhər 5 nömrəli tam orta məktəbində yeni tualetin inşa edilməsinə və ibtidai siniflərə istilik sistemi quraşdırlmasına köməklik göstərəsiniz".

Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır. Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məqalədə daha sonra deyilir: "Bu dəfə şikayət edən və etmədiyi dövlət orqanı qalmayan və sona qədər pozulmuş hüququnu bərpa edəcəyini bir başa baş həkim Müşfiq Zeynalovun üzünə deyib,oradan uzaqlaşan Nərmin Qəzənfərovadır.Verilən məlumatda o da bildirilir ki,Nərmin Qəzənfərova Respublika Dəri-Zöhrəvi Mərkəzində operator vəzifəsində çalışıb.Baş həkim onu operator vəzifəsindən azad edərək xadimə ştatına keçirib və o da bununla razılaşmayıb.

Baş həkimdən ölkə rəhbərliyinə olunan şikayətlərin arası kəsilmir.2 il əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim Müşfiq Zeynalovdan olunan şikayətlər ilk əvvəl kollektiv surətdə edilib.Həmin şikayətlər də yoxlamalarla nəticələnib.Hazırda da eyni oxşar vəziyyətdir.Onun idarəçiliyindən həkimlər Prezident Administrasiyasına,TƏBİB rəhbərliyinə şikayət ediblər.Lakin baş həkim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına müdafiə oluna bilib.Baş həkimdən əvvəl şikayət edənlərdən biri Azay Quliyevin qohumu,tanınmış həkim Səbinə xanım və digəriləri olub,hazırda da idarəçiliyə qarşı narazılıq səngimir.Digər bir qrup həkim isə bununla barışıb onlara edilən haqsızlıqlara görə,Respublika Dəri-Zöhrəvi Mərkəzini tərk edib, özəl klinikalarda işləməyə üstünlük veriblər.Bütün hallarda orada kifayət qədər həllini gözləyən problemlərə rəğmən,mərkəz daxilində bir didişmə,gərginlik yaşanır.

Belə bir vaxtda isə vəziyyətin düzələcəyinə ümüd bəslənilir. Hesab edilir ki, Azərbaycan Respubilkasının Maliyyə Nazirliyi apara biləcəyi yoxlamalarla bir sıra məsələlərə aydınlıq gətirə bilər.Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək,10-la şəxsi işə qəbul edib, bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb,ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək,xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti