Ardını oxu...
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki villasının fotolarını paylaçaraq yazır:
"Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villa.
Orxan Eyyubov Kanada vətəndaşıdır."
Ardını oxu...
 
Ardını oxu...
"Bakı OTİS Lift” QSC statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimələnə bilər.

Qaynarinfo-nun məlumatına görə, QSC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə irəli sürülüb. Məcəllənin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxıalacaq.

Qeyd edək ki, qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 78 min 315 manat 97 qəpik borcu yaranıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvandan bir şikayətçi yazır:
"MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov yoldaşımın xəstəxanadan çıxması üçün sağlamlıq kağızına möhür vurmağa 50 manat istədi, 3 dəfə yatdı xəstəxanada, çıxanda dedi verməsələr möhür vurmayacam.
6-ci gün yoldaşımı xəstəxanaya apardıq, 650 şəkərlə komaya düşürdü, dedilər altıncı gün yarım iş günüdür, xəstəxanaya qəbul edə bilmirik. Saat 12 idi hələ. Dedilər gedin 1-ci gün gəlin.
Sığortali xəstə idi, amma qan analizi edəndə 20 manat pul alırdılar, həkimə deyəndə, deyirdi bax o dəftərə qeydiyyat aparana, öz adamıdır, sənə tanışçılıga görə pul almasam, gedib xəbər verəcək, o da məni çağırıb üzümə tüpürəcək ki, sən niyə ondan pul almamısan.
Xəstəxanada yatanlara pulsuz dərmanlar verilir qanunla, o dərmanları belə vermirdilər, gizlədirdilər, hətta tualet yumağa yuyucu vasitənin də bizə aldırırdılar.
Plazmanı oradan alanda 40 manat, doğum evindən alanda 50 manat, diaqnostikadan alanda 30 manat ödəyirdik. Deyirdim mən donor tapmışam da, qan versin, plazmaya çevirin, mən pul ödəməyim. Cavab verirdilər ki, qanı plazmaya çevirmək 55 manata başa gəlir.
Budur Naxçıvan səhiyyəsinin mənzərəsi. Hələ bu təkcə Respublika xəstəxanasındakı mənzərədir.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
TEREF.AZ müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Qubanın icra başçısı Ziyəddin Əliyevin Avstriyada aşkar edilmiş şirkətləri ilə bağlı araşdlrmasını təqdim edir:
"AZOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir.
Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən "ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada ALPINA PARKİNG GMBH Almaniya şirkəti ilə ortaq yaradılıb. Şirkət Bakıda NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında hüquqi qeydiyyatdadır.
Burada qeydiyyatda olan digər şirkət - ORN GROUP MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. ORN GROUP 2004-cü ildə Bakıda, onun uzantısı ORN GMBH isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb.
ORN GMBH (https://www.orn-group.com/)
Vyanada Reisnerstraße 61 ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən S.M.A.N Business Solutions GMBH də burada fəaliyyət göstərir.
Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada "Kenny" restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan PKE Holding AG ORN GROUP-un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda PKE CASPİAN MMC adı ilə özünün Azərbaycandakı qolunu təsis edib.
Avstriya paytaxtında "ESPRESSO MOBİL" brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda "ESPRESSO MOBİL AZE" MMC adı ilə NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur."
Teref.az qarşı tərəfəin fikirlərini dərc etməyə hazırdır!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ümumxalq matəm günündə özünə ad günü keçirmək istəyən rektor
Bu gün təqvimimizin qanlı 20 yanvar səhifəsidir. Artıq bir neçə aydır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi-pedaqoji kollektivi və tələbə kontingenti İbrahim Cəfərovun əsarətindən və onun yanvarın 20-nə təsadüf edən ad gününə “necə həssas yanaşmaq” dilemmasından qurtulub. Adətən, İbrahim Cəfərov 1990-cı ildən bu yana ad günü keçirmədiyini hamının eşidə biləcəyi səslə ucadan desə də, əslində həmin ərəfələrdə (ad günündən bir – iki gün əvvəl və ya bir-iki gün sonra) “qaşınırdı” və tabeçiliyində olan şəxslərə sınayıcı, umucu nəzərlərlə baxırdı. Nə isə… İndi, artıq rektor kreslosiunu tərk edib və evində hamının gözündən uzaq, ad gününü rahat şəkildə qeyd edə bilər.
Ramiz Mehtiyev Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra “boz kardinal”ın havadarlıq etdiyi məmurların, o cümlədən, ADAU-nun bir neçə ay bundan əvvələ qədər rektoru olmuş İbrahim Cəfərovun qol qoyduqları qanunsuzluqlar barədə tənqidi fikirlər ucadan səsləndirilməyə başlamışdı. Lakin Ramiz Mehtiyevin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) rəhbər vəzifəyə transfer edilməsi hələ də cəmiyyətdə o cür başa düşülürdü ki, o, öz nüfuzunu və himayədar kimi gücünü tam itirməyib, lazım gəlsə, sədaqətli dostlarını hələ də qorumağı bacarar. İbrahim Cəfərov həqiqətən də Ramiz Mehdiyevə daim sədaqət nümayiş etdirmişdi və bunun qarşılığını almışdı. Ramiz Mehtiyev İbrahimin oğlu Cavidi AMEA-da işə götürmüşdü. Sonradan Cavid Cəfərovun bir çox adamları aldatdığı üzə çıxandan sonra Akademiyadan kənarlaşdırıldı. Cavidin heç bir faydalı işə yaramadığını yaxşı bilən atası ADAU-nun yeni korpusunun kafesini ona bağışladı ki, birtəhər başını girləsin. Etibarlı mənbənin verdiyi məlumata görə, İbrahimin qardaşı Müzadil Cəfərov hələ də Ramiz Mehdiyevin Novxanıdakı bağ evində aqronom kimi xidmət etməkdədir.
Nəhayət, Ramiz Mehtiyev AMEA rəhbərliyini də tərk edəndən sonra hamilik etdiyi korrupsionerlərin də “yarpaq tökümü” vüsət aldı, İbrahim Cəfərov da ADAU rəhbərliyindən kənarlaşdırıldı. Doğrudur, kresloya öyrəşmiş Cəfərov ilk əvvəl Dairə Seçki Komissiyasının sədri vəzifəsini ələ keçirməyə can atsa da, bu cəhdinin tez ictimailəşdirildiyini görüb geri çəkilmək məcburiyyətində qaldı. Söz gəzir ki, Cəfərov indi yapşmağa yeni ətəklər axtarır…
ADAU-ya İbrahim Cəfərovdan qalma problemlər mirası çox ağırdır və Universitetin tərəqqipərvər kollektiv üzvləri bu ağır irsə görə sabiq rektorun cəzalandırılmasını istəyirlər. Həmin problemlər sırasında ən çətini əlbəttə ki, kadr problemidir. Kollektivdə hələ də İbrahimin yaxın çevrəsinə aid olan kadrların yedikləri haram pulların aqibəti müzakirə edilir. Etibarlı mənbə həmin adamlardan biri kimi Cəfərovun Universitetin Əczaçılıq kafedrasına müdir təyin etdiyi Mahrux Nağıyevadır. Təsəvvür edin, başqa kafedra müdirləri 1300 manat, elmi dərəcəsi professor olanlar 1800 manat maaş aldıqları halda, hətta doğru-dürüst dosent olmayan M.Nağıyeva 2500 manat maaş alırdı ki, bu da digər kafedra müdirləri və professorlıarda haqlı olaraq etiraz doğurur, onların fəaliyyət şövqünü qırırdı. Mənbə bildirir ki, bu və bu kimi başqa faktlar Hesablama Palatasının yaxın vaxtlarda ADAU-ya ezam edəcəyi gözlənilən yoxlama komissiyasının araşdıracağı əsas məsələlər olacaq. //aktualxeber.az//
Ardını oxu...
DogruXeber.az: - Azərbaycan Respublikası suverenliyini əldə etdikdən sonra öz vətəndaşlarının rahat yaşamaları, müstəqil əmək fəaliyyəti ilə məşğul olmaları üçün biri-birindən ali qanunlar qəbul edib. Dövlətin Qanunları ölkə vətəndaşlarının rifahı ilə yanaşı, dövlətçiliyimizin də hərtərəfli inkişafına xidmət edir. Lakin, elə ölkə vətəndaşları var ki, onlar üçün "dövlətin mənafeyi" anlayışı yoxdur. Bütün həyatları boyunca yalnız şəxsi maraq və mənafeləri üçün çalışır, özlərinə qoruyucu havadarlar tapırlar.
Mətləbi uzatmadan gəlin görək şəxsi maraqları xatirinə qanunları "çeynəyən qolcomağımız" kimdir?

2003-cu ildən qara yollarla "İmişli bazarı"na, hal-hazırda İmişli Ticarət Mərkəzinə sahib olan Əziz Quliyev adlı şəxs 20 ildən artıqdır ki, özünün "yazdığı qanun"larla "qaz vurub, qazan doldurur".
Əziz İmişli Ticarət Mərkəzinin sahibi, hüquqi şəxsdir. İmişli bazarı isə ölkə ərazisində gəlir yüksəkliyinə görə öndə olan bazarlardan hesab edilir. Şübhəsiz ki, belə bir ticarət obyektində yüzlərcə insan çalışır. Bəli, bu çox təqdirəlayiq haldır.
Bəs narazılığımız nədir?

Həəəə!
Vətəndaş şikayəti ilə bağlı 14 yanvar 2023-cu ildə İmişli Ticarət Mərkəzində "qonaq" olduq. Olduq da nə olduq...

Gördüklərimiz sübut etdi ki, ticarət obyektinin sahibi Əziz Quliyev işini dövlətin sivil qanunları ilə deyil, özünün "yazdığı"və havadarlarının "imzaladığı" qanunlarla idarə edir. Çünki, başqa yolla sərmayəsini artıra bilməzdi.

Ticarət Mərkəzlinə daxil olduğumuz zaman ilk diqqətimizi çəkən bazarın kənd təsərrüfatı məhsulları satılan ərazisinin birinci mərtəbəsibdə alış-veriş getdiyi halda, insan həyatının təhlükəsizliyi heçə sayılaraq, ikinci mərtəbədə tikinti işləri aparılması oldu. Məlum olur ki, Fövqəladə Hallar Nazirliyinin, Tikintiyə Nəzarət İdarəsinin bundan xəbəri yoxdur və ya xəbərsiz olmağa "məhkumdur". Məhz bu səbəblə yaxın keçmişdə tikintidə çalışan işçi təhlükəsizlik qaydalarının heçə sayılması səbəbilə həyatını itirib. (Bədbəxt hadisə prokurorluq orqanlarının araşdırmasında olduğu üçün bu barədə bəhs etmirik).
Başqa bir özbaşınalıq, ticarət obyektinin kənd təsərrüfatı və ərzaq məhsullarının satılan bölməsində çalışan satıcıların məcburi tibbi müayinəsinin yerli-dibli olmamasıdır. Əhaliyə xidmət göstərən satıcıların hansı yolxucu xəstəliyin daşıyıcısı olmaları barədə heç bir məlumat yoxdur. Əziz Quliyev bu qədər ciddi qanun pozuntularını kərəksiz bir söz kimi qulaq ardına vurur.
Digər ciddi qanun pozuntusu - bazarda satışa çıxarılan ət və süd məhsulları baytarlıq müayinəsindən keçmədən, həkim rəyi olmadan satılır. Bazarda zəruri olan laboratoriyanın olmaması bir yana, aşkar etdiyimiz bu çirkin fakt Əziz Quliyevə gülünc göründü. Nəticədə İmişli əhalisi mənşəyi məlum olmayan ət məhsullarından yararlanmağa məcbur buraxılıb. Zəruri olan qida təhlükəsizliyi anlayışı Əzizə aid olmayan termindir.
Sanmayın ki, Əziz Quliyevin "məharətləri "bunlarla bitir.
Dövlət rahat biznes qursun, iş sahibi olsun deyə vətəndaşlarına yaratdığı geniş imkanlara qarşılıq olaraq, bizim "qəhrəmanımız" fırıldaqla, nankorluqla, oğurluqla cavab verir.

Ticarət Mərkəzinin sənaye və kənd təsərrüfatı şöbələrində çalışan hər bir işçi gündəlik olaraq 10(on) AZN dəyərində "yer pulu" ödəyirlər. Ödədikləri vəsaitin qarşılığında isə kimsəyə qəbz verilmir. Bazardan hər gün əldə edilən külli miqdarda sərmayə dövlətdən gizlədilir, vergidən yayınmalar baş alıb gedir.
Məkanda çəkiliş etdiyimiz zaman Əziz Quliyevin "qolcomaqlığı"ndan bezən "ürəkləri dolu" satıcılar mikrafonu görüncə dərdlərini sadalamağa başladılar.



Dilə gətirdikləri "yer pulunun" çoxluğu, Əzizin onlarla kölə kimi rəftarı ilə bitsəydi yəqin ki, biz də sizi yorub, sözümüzü uzatmazdıq.
Bazarda çalışanlar Əziz Quliyevin çəkinmədən etdiyi bu qədər qanun pozuntusuna havadarlıq edənin, "başını oxşayan"ın Ramiz Mehdiyevin olduğunu dönə-dönə vurğuladılar. Hətta, şikayətçimiz bildirdi ki, Əziz Quliyev dəfələrlə söyləyib: - "Dövləti qayalar idarə edir. Mənim də arxamda qaya dayanıb."
Doğrusu Əzizin İmişli rayonunda etdiklərinə dərindən deyil, ani nəzər saldıqda vətəndaşların söylədiklərinə haqq qazandırmağa məcbur oluruq.
Əks halda, Əzizin diqqət yetirməyə qanunla borclu olduğu qida təhlükəsizliyi, vergi ödənişi, tibbi müayinələr, iş yerinin təhlükəsizliyi və.s kimi özbaşınalıqlara cəsarət etməyə gücü yetməzdi. Görünən o ki, Əziz Quliyev "sığındığı qaya" qarla örtülüb. Artıq, qayanın özünün havadara möhdaclığı var.
Artıq, Əziz Quliyevin "başını oxşayan" əlləri yanına düşüb. Buna baxmayaraq, İmişlidə qurduğu "imperiyanı" davam etdirməyə çalışır. Buna görə də qarşısına çıxan hər kəsi yox etməkdən, döyüb, qorxutmaqdan çəkinmir. Bu məqsədlə bizim çəkiliş qrupumuza da qarşı qoçuları ilə birlikdə "məharətlərini" sərgiləmkdən çəkinmədilər. Qarşısındakının qadın olduğunu belə nəzərə almadan, döyməyə cəhd etdilər. Əslində bir tərəfdən Əzizi qınamaq "haqsızlıq" olar. Onu da başa düşmək lazımdır ki, arxasını söykədiyi qayası toz-duman olmuş. Əziz də o qara duman içində yolunu çaşıb qalıb.
Lakin, tez-gec duman dağılacaq, Əziz və əziz kimilərə Qanunlarımızın ali ucalığı öyrədiləcək.

Tərifə Maqsudova
Ardını oxu...
Aşağıda təqdim edilən bu şikayət məktubu həm də nəticə çıxarılması üçündür. Şikayətçi SOCAR-ın Nəqliyyat İdarəsinin işçisi olub. Və "Təzadlar"ın elektron poçtuna göndərdiyi bu şikayəti ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari xanım Qəhrəmanlıdan və SOCAR-ın prezidenti Rövşən Nəcəfdən kömək istəyir... Şikayətçi yazır: "Hörmətli Mirvari xanım! Mən 2019-cu il 1 iyulda SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı bölməsinə (axts) əvvəlcə xadimə kimi, 3 ay sonra abadlaşdırma üzrə fəhlə kimi işə götürüldüm. Deyim ki, mənə bir dəfı əmək müqaviləsi imzalatdırdılar, sonra isə mütəmadi olaraq işləməyə başladım. 3 il ərzində 4131248 saylı tabel nömrəmdə abadlaşdırma üzrə fəhlə kimi ştatda olmuşam. Lakin idarənin böyük mühəndisi Rüfət Çələbiyevin yerinə işlətdilər. Lakin mən hər əziyyətə qatlaşaraq işləməyə davam etdim. Bunu aidiyyəti idarənin rəisi Hümmət Verdiyev başda olmaqla, hamı bilir.

SOCAR prezidenti Rövşən Nəcəfin diqqətinə çatdırım ki, işə gəlməyən Rüfət Çələbiyev böyük adamın oğludur və aylarla bülletendə olmasına baxmayaraq bu qanunsuzluğa hamı göz yumurdu. Mən isə dözürdüm... Yoxlatdıra bilərsiniz. Qoy elə bütün neftçilərin obyektivliyinə inandığı "Təzadlar" qəzetinə tövsiyyə edin, jurnalist sorğusu və araşdırması aparsınlar. Mənim öz əl xəttimlə imzaladığım tabellərin fotosurətini göndərirəm, ekspertizaya göndərin. Mən bu qanunsuzluqlara dözə bilmirdim. Əsəb gərginliyinə düçar olub zob xəstəliyi tapdım. Sanki mən qul idim, bunlar isə qul sahibləri... Sonra zobumdan əməliyyat oldum, sağlamlığım imkan vermədi ki, böyük adamın oğlu olan bu ərköyün böyük mühındisin yerinə işləyim. Əslində, həm də vicdanım, şəxsiyyətim buna imkan vermirdi... Bilirsiniz niyə? Ona görə ki, mən ştatıma görə 400 manata həm də böyük mühəndisin əvəzinə 4-5 vəzifə daşımalı olmuşam. Həm xadimə, həm abadlaşdırma işçisi, həm kuryerş həm təqdimat yazan, həm kargüzar və s.

Ardını oxu...

Beləliklə, əməliyyat olunandan sonra həmin ərköyün böyük mühəndis Rüfət Çələbiyevin əvəzinə qul kimi işləməkdən imtina etdim və oldum "xalq düşməni". Dərhal əvvəlcə ayda iki işə əlavə çağırışımı kəsdilər, məni atdılar təmir emalatxanasına. Yəni, bu da mənə cəza! 7ay orda qaldım. Bilin ki, tək mənə aid edilmişdi bu cəza qərarı. Hansı ki, Nəqliyyat Udarəsində adı fəhlə gedınləri istədikləri, rahat yerlərdə oturtmuşdular. mən artıq dözə bilmədim bu təhqirlərə, aşağılamalara. Və onların bu qanunsuz əməllərini, özbaşınalıqlarını ifşa edəndən, eləcə də mal materıalları bazar qiymətindən 2-3 qat yuxarı silinmələrini, həmçinin sürücülərə bu qaimələrə imza atdırılanda onların istehzalı olaraq gülə-gülə "Bu mal niyə 5 qat bahasına yazılıb" demələrini açıqlayandan sinra oldum arzuolunmaz şəxs! Yaxşı, hörmətli Rövşən Nəcəf, bu qanunsuzluqlara müticəsinə susaydımmı???
Onu da xatırladım ki, mən işə girəndə Mənə 4 saylı "tnd" rəisi Aybəniz Zeynalova mənə demişdi ki, sən müddətsiz işə götürülmüsən. Mən dı ona inanıb özümı kreditə mənzil almışdım. İndi bunu bilərək məni öz tələblərinə tabe etdirmək üçün bundan təzyiq vasitəsi kimi istifadə edirlər.

Əvvəl idarənin rəisi olan Elçin Zülfüqarov idi. Onu Ələddin Məmmədov əvəz etdi. İndi Ələddin Məmmədov məni işdən əvəz edir ki, niyə özümü qul kimi hiss etmək istəmirəm... Guya 4 saylı "TND" 1500 işçi arasında 18 mövsümi işçi var ki, onlar işdən çıxarılmalıdır. Özü də bu "əməliyyat"a məndən başlayıblar.

Mirvari xanım, bu yalandır, bəhanədir. Məsələn, Departamentdə mövsümi işə götürülən xadimə var, amma ona dəyən yoxdur. Mən kimsəsiz qızam, heç kikim yoxdur. Özüm də atasız uşaq böyüdürəm. Yəni, doğrudanmı SOCAR-ın Nəqliyyat İdarəsinin bütün problemlərinin baiskarı mənəm?!

Ələddin Məmmədov deyir ki, mən qanunla işləyirəm. Elədirsə, onda 2 saylı "axts" də abadlaşdırma üzrə fəhlə olan xanımın departamentdəki istismar şöbəsindəki kompüterin arxasında nə işi var??? Əgər mən mövsümi idimsə, niyə 4 il məni fasiləsiz işlədirdiniz? Özü də ərköyün məmur oğlu Rüfət Çələbiyevin yerinə? Mən bilsəydim ki, mövsümi işə götürürlər, təbii ki, heç vaxt kreditə mənzil götürməzdim. Bu illər ərzində həmin evə 20 min manata yaxın pul sərf etmişəm. İndi nə edim??? İnsafınız yoxdur? ALlahı tanımırsınız?

Cənab Rövşən Nəcəf, bilin ki, qanunla işlədiyini yüksək tonla deyən Ələddin Məmmədov Qalada işləyən yardımçı fəhləni orda mühəndis kimi işə götürüb, hətta Departamentdə təsərrüfat şöbəsində də. Bu günlərdə silinən fəhlə əlcəklərinin qaiməsini götürdüm, bazardakından 2-3 dəfə baha sənədləşdiriblər. Qanunla işləmək budurmu???

Mən əqli qüsurlu uşaq böyüdürəm, bilmirəm öz dərdimi çəkim, yoxsa SOCAR-da mənə yaşadılanların dərdini. Nəqliyyat İdarəsində mənim kimi başsız ailəni-ananı çıxılmaz vəziyyətə salıblar. Yaxşı, mən nə edim? Xahiş edirəm, mənə kömək edin, məsləhət verin.
REDAKSİYADAN: şikayət tərəfimizdən araşdırılacaq...

"Təzadlar"

Ardını oxu...

SOCAR-IN NƏQLİYYAT İDARƏSİNİN SABİQ RƏİSİ ELÇİN ZÜLFÜQAROVUN DÖVRÜNDƏKİ MAL-MATERİALLARIN "PRİPİSKA"SI VƏ SİLİNMƏSİ:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hazırlanmasına səkkiz yüz min manatdan çox vəsait ayrılmış portal niyə aktiv deyil, İnam Kərimov, Aqil Quliyev?
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeli bir qurumdur. Rəsmi internet portalında özlərinin də qeyd etdikləri kimi əsas missiyaları dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir. Səhmdar Cəmiyyət hazırda Bakı və Abşeron ərazisində bayramlarda “Kənddən Şəhərə” yarmarkaları təşkil edir ki, güya burada birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir. Habuki burada da qiymətlər paytaxtın bazarlarındakı qiymətlərlə heç nə ilə fərqlənmir.

Apardığımız araşdırmalar zamanı əldə etdiymiz məlumata görə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti bir də rayon xəstəxanalarının ərzaqla təchizat işini həyata keçirir. İl ərzində bu xəstəxanaların ərzaq məhsulları ilə təmin edilməsinə nə qədər vəsait ayrıldığı heç kimə bəlli deyil. Çünki Səhmdar Cəmiyyət bunu heç bir tender keçirmədən, gizlin şəkildə həyata keçirir və ərzaq məhsullarının hansı qiymətlərə alınması ictimaiyyətə bəlli olmur.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasını həyata keçirmək üçün portal yaratmaq niyyətinə düşüb. Qurumun 27.01.2022-ci il tarixdə sözügedən portalda yerləşdirdiyi bildirişdə göstərilir.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci il 22 dekabr tarixində “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalının (bundan sonra – Portal) hazırlanması xidmətlərinin satınalınması üzrə keçirilmiş açıq tenderdə “Smart Solyuşns Group” MMC qalib gəlmiş və həmin şirkətlə 708 000,00 (yeddi yüz səkkiz min manat 00 qəpik) AZN məbləğində, “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsi bağlanmışdır.

Tenderin 22.11.2021-ci il tarixdə yekunlaşmış şərtlər toplusunun çatdırılma müddətində isə göstərilir ki, 1-3,5,6,8,10 və 12-ci bəndlərdə qeyd edilən iş və xidmətlər 01 mart 2022-ci il tarixə qədər və daha tez müddət ərzində, digər bəndlərdə qeyd olunanlar 2022-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulmalıdır. Amma artıq 2023-cü ilin yanvar ayı olmasına baxmayaraq “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalı hələ də fəaliyyətə başlamayıb.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti portalın hazırlanmasına ayırdığı vəsaitdən əlavə iki dəfə də tender keçirib.

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması məqsədilə yaradılan elektron portal ilə əlaqədar olaraq 2022-ci il may-iyun (30 gün) tarixlərində ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması zamanı iştirak qaydaları, elektron portalda qeydiyyat, zəruri sənədlərin, məlumatların yerləşdirilməsi üzrə satınalan təşkilatların, satıcıların maarifləndirilməsi xidmətinin keçirilməsinin təşkilati işlərinin və promo məhsulları ilə təmin edilməsinin satın alınması məqsədi ilə 13.05.2022-ci il tarixdə açıqlanmış məlumata görə “Aqrar tədarük və təchizat” ASC “ADMEDİA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 191.1 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

11.11.2022-ci il tarixdə verilmiş məlumatda isə “Aqrar tədarük və təchizat” ASC ilə “XCO” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 83 968.8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Bu tenderdə isə “Aqrar tədarük və təchizat” ASC “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” məqsədilə yaradılan elektron portalın istifadəsi ilə bağlı olaraq 2022-ci il oktyabr-dekabr (30 gün) ayları ərzində növbəti modullar üzrə elektron portalda qeydiyyat, zəruri sənədlərin yerləşdirilməsi, tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması üzrə satınalan təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinin satın alıb.

Elan olunmuş məlumatlardan da görsəndiyi kimi, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalının hazırlanması xidmətlərinin satın alınması və təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinə ümumi olaraq 838 159 manat dövlət vəsaiti xərcləyib. Məlumatlardan da görsəndiyi kimi elektron portalda oktyabr-dekabr ayları ərzində zəruri sənədlərin yerləşdirilməsi və tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması nəzərdə tutulub.

Amma dövlət orqanlarının rəsmi internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin səkkiz yüz min manatdan çox vəsait ayırdığı elektron portalın fəaliyyəti ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Qurumun tedaruk.gov.az portalının yaxın zamanda aktiv olacağı göstərilir.

Buradan suallar ortaya çıxır. Səkkiz yüz min manatdan çox dövlət vəsait ayrılmış elektron portal niyə fəaliyyət göstərmir? Bir elektron portalı bir il ərzində aktivləşdirmək bu qədərmi çətindir? “06” yanvar 2022-ci il tarixli 06/01-22 nömrəli satınalma müqaviləsinin şərtləri niyə vaxtında icra olunmayıb? Yoxsa əlavə vəsaitin ayrılmasına ehtiyac yaranıb?

Qeyd edək ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aqil Quliyevdir. Dövrü mətbuatda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun ən yaxın adamlarından biri olduğu barədə çoxsaylı məlumatlar yayılıb. Artıq bir il keçməsinə baxmayaraq səkkiz yüz min manatdan çox dövlət vəsaitin ayrıldığı elektron portalın niyə fəaliyyət göstərməməsinin səbəbi də məhz onlardan sorulmalıdır.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
“Bu belə olduğu halda Dövlət Gömrük Komitəsi əməkdaşlarının bizə qarşı irəli sürdükləri tələb heç cür yolverilməzdir, cinayət məsuliyyəti yaradan hallardır”

Məlumdur ki, respublikamız ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu bütün dünyaya bəyan etdikdən sonra, 30 yanvar 1992-ci il tarixdə Azərbaycan Respublikasının eks-prezidenti, mərhum Ayaz Mütəllibovun imzaladığı fərman əsasında Dövlət Gömrük Komitəsi yaradılır və bu dövlət qurumu illər keçdikcə formalaşır. Qeyd edək ki, ötən illər ərzində bu dövlət qurumuna rəsmən təsdiq olunmuş ayrı-ayrı şəxslər rəhbərlik etmişlər ki, onlardan sonuncusu gömrük xidməti general-polkovniki Səfər Məmməd oğlu Mehdiyev olmuşdur. Bu şəxs 23 aprel 2018-ci il tarixdən Dövlət Gömrük Komitəsinə rəhbərlik etsə də, Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixdə imzaladığı sərəncam əsasında Səfər Mehdiyev daşıdığı vəzifəsindən azad olundu. Qeyd edək ki, adı çəkilən bu dövlət qurumunda baş verənlər ölkə rəhbərini belə bir qərar verməyə vadar edir və çox keçmədi ki, DTX əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirildi. Həyata keçirilən əməliyyatlar nəticəsində 2-si general olmaqla, bir neçə vəzifəli şəxslər həbs olundular və onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürüldü. Bu cür olaylardan sonra hər kəs elə düşünürdü ki, Dövlət Gömrük Komitəsində vəzifə sahibi olanlar həbs olunmuş şəxslərdən ibrət dərsi götürəcəklər və qanunauyğun idarəçiliyi həyata keçirəcəklər. Belə olan halda ataların bir deyimi yada düşür, “Sən saydığını say, gör fələk nə sayır”. Bəli, əslində belə bir zərb-məsəl, bu gün də bu Komitədə özünü doğrultmaqdadır. Məsələn, bugünlərdə “AZMETAL” şirkətinin rəsmi meneceri Müşviq Əmirli Dövlət Gömrük Komitəsinin strukturlarında yaşanan biabırçılıqlarla və özbaşınalıqlarla bağlı, bəzi media qurumlarına açıqlamalar verib. Bu şəxs verdiyi açıqlamalarda qeyd edir ki, “Təmsil etdiyim şirkət istehsal etdiyi malların ixracı məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət etsə də, “AZMETAL” şirkətinə aid məhsulların uyğunluq sertifikatı, bu gün də gömrük orqanları tərəfindən tanınmır. Çünki, gömrük orqanı əməkdaşları bununla bağlı yuxarıdan göstərişin verildiyini dilə gətirirlər. Yəni, onlar verilmiş göstərişi əsas tutaraq uyğunluq sertifikatının yalnız “AZSTANDART”dan alınmasını tələb edirlər. Qeyd edim ki, gömrük əməkdaşları bir neçə gün bundan öncə mənə “vizitka” verib “gedin uyğunluq sertifikatını biz deyən qurumdan alın” dedilər. Təqribən üç ay bundan öncə onların dedikləri orqana müraciət etdim, o halda Metrologiya İnstitunun direktoru cənab İlham Bayramov mənə “Biz gömrük generalları ilə danışıqlar aparırıq, öz sertifikatımızı gömrükdə tətbiq edəcəyik, gömrük əməkdaşları yalnız bizim verdiyimiz sertifikatlarla işləyəcəklər. Azkreditasiya olunmuş heç bir MMC-nin verdiyi sertifikatlar gömrük orqanlarında tanınmayacaq” dedi. Bəli, təqribən üç ay bundan öncə müraciət etmişdim, hal-hazırda gömrük orqanlarında bu qayda tətbiq olunmaqdadır. Yəni, ixrac edəcəyimiz mallara görə Bakı Baş Gömrük İdarəsinin Mərkəzi ekspertiza idarəsində bizdən “AZSTANDART”ın, yəni antiinhisar adı altında İlham Bayramovun düzüb-qoşduğu sertifikatı tələb edirlər. Mən bunun bir oyun olduğunu gözəl və dəqiq bilirəm. Ona görə də nə onlara müraciət etməyə, nə də ki, bu qurumdan sertifikat almağa razı deyiləm. Qeyd edim ki, azkreditasiya olunmuş “SERTUS” MMC uyğunluq sertifikatı vermək səlahiyyətinə malik olan qurumdur və hüquqları “AZSTANDART”dan daha genişdir, eyni zamanda xidmət sahəsi onlardan daha böyükdür. Əslində, bütün bunların hamısı bir oyundur. Hal-hazırda gömrük əməkdaşları uyğunluq sertifikatını dedikləri qurumdan alınmasını tələb etsələr də, əslində bu cür yanaşma dövlət orqanlarının işinə müdaxilə etmək deməkdir. Mən dövlətimizə xidmət edən, vergi ödəyən bir şəxsəm. Bu belə olduğu halda Dövlət Gömrük Komitəsi əməkdaşlarının bizə qarşı irəli sürdükləri tələb heç cür yolverilməzdir, cinayət məsuliyyəti yaradan hallardır.

Bildirmək istəyirəm ki, biz 10 yanvar 2023-cü il tarixdə də Dövlət Gömrük Komitəsinə müraciət etmişdik. Ötən ilin sonlarında “SERTUS” MMC-dən aldığımız uyğunluq sertifikatı ilə mallarımızı gömrükdən buraxdılar. İstehsal etdiyimiz mallar latundan hazırlanan gəmi lövhələridir. Yəni, Türkiyə şirkəti ilə müqaviləmiz var və həmin müqavilə sənədi əsasında məhsulları hazırlayırıq. Digər tərəfdən, “AZSTANDART”ın rəsmi qaydada tapa bilmədiyi, heç cür verə bilmədiyi uyğunluq Türkiyədən rəsmi qaydada alınıb və bu rəsmi qaydada öz əksini də tapır. Gömrük əməkdaşları isə bu uyğunluğu qəbul etmirlər və onlar qeyri-rəsmi şəkildə bizdən tələb edirlər ki, uyğunluq sertifikatını biz deyən yerdən almalısınız. Hər kəs bilsin ki, gömrük əməkdaşları bunu istehsalatla məşğul olan hər kəsdən tələb edirlər. Qeyd edim ki, “SERTUS” MMC “hikmin” kodu verə bilir, bu kodu tətbiq edir, hətta gömrük sertifikatları da var. Bu məsələ ilə bağlı ötən ilin 10 dekabrından müzakirələr aparılıır. Əvvəl də “AZSTANDART”dan uyğunluq sertifikatı olmasını tələb edirdilər və 17 dekabr 2022-ci il tarixdə onlar bu qurumdan əldə etdiyimiz sertifikatla bir maşınımızı buraxdılar. Bu gün də eyni maşındır, eyni maldır və eyni sənəddir. Amma, indi “SERTUS” MMC-dən aldığımız sertifikatı heç cür qəbul etmirlər. Faciə odur ki, gömrük əməkdaşları 05 yanvar 2023-cü il tarixdən bütün istehsalçılardan uyğunluq sertifikatlarını yalnız “AZSTANDART”dan almağı tələb edirlər. Hər kəs gözəl və dəqiq bilir ki, bunu Metrologiya İnstitunun direktoru cənab İlham Bayramov tətbiq edib. Mən indiyə kimi bu oyunla heç cür barışmamışam və bundan sonra da barışmayacağam.

Hal-hazırda mallarımız yük maşınlarındadır və hər gecikən günə görə, hər maşın üçün gündəlik təqribən 100 dollar məbləğində pul itiririk. Ötən ay sertifikat məsələsinə görə maşınlarımızdan 20 gün, 17 gün, 10 gün gecikənləri oldu. Əgər maşınlarımızı vaxtlı-vaxtında buraxsaydılar, o halda biz boşboşuna pullar itirməzdik və itirdiyimiz pulları vergi borclarımızın ödənilməsinə yönldərdik. Hal-hazırda bir kimsə mənə rəsmi qaydada cavab vermir ki, nəyə görə uyğunluq sertifikatı gömrük əməkdaşlarının dedikləri qurumdan alınmalıdır. Yəni, bunu mənə bir kisə demir, yaxud da deyə bilmir.

Onu da qeyd edim ki, “SERTUS” MMC səlahiyyətləri “AZSTANDART”dan daha böyükdür və xidmət sahəsi daha genişdir. Bu kimi məsələlər ciddi problemlərdir ki, bütün bunları İlham Bayramovun özü düzüb-qoşur. Amma, onu da unutmaq olmaz ki, bu cür çirkli oyunların əsas oyunçusu Bakı Baş Gömrük Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Dövlət Gömrük Komitəsinìn sədrinin birinci müavini, gömrük general-leytenantı cənab İsmayıl Hüseynovdur. Belə ki, bu şəxsin gömrük işçilərinə və gömrük laboratoriyasında çalışanlara qanunsuz və əsassız göstərişlər verdiyi dilə gətirilir”.

Bəli, bütün bunları təhlil edib belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Dövlət Gömrük Komitəsinì rüşvətxorlar yuvasına çevirməyə çalışanların çirkin əməlləri ilə bağlı, DTX əməkdaşlarının bu dövlət qurumuna baş çəkmələrinə zərurət yaranıb. Yəqin ki, o halda “məhşər ayağı”na çəkilənlərdən birincisi İsmayıl Hüseynov olsa da, ikincisinin İlham Bayramov olması qaçılmaz olacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Xeberfakt.az
 
 
 
Ardını oxu...
Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayətin üstünü açırıq!

“AzPolitika.info”-ya daxil olan məlumata görə, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.
Ardını oxu...
Ərazinin 2 il əvvəlki görüntüsü

Qeyd edək ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb – Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.
Ardını oxu...
Dövlət sərhədi geri çəkiləndən sonrakı görüntü

“AzPolitika.info” araşdırıb ki, internetdə rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür (Foto yazıda təqdim olunur). Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Google.map-dan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İR-a məxsus olduğu göstərilir.
Ardını oxu...
Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Məlumdur ki, Azərbaycanda dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr aparılmayıb, nə də ölkədə belə bir referendum keçirilməyib. Beləliklə, aydınlaşır ki, Respublikanın Şərur rayonunun Ərəbyenicə kəndi istiqamətindəki ərazisinin bir hissəsi (21 hektar) dövlətə qarşı ağır cinayət törədilməklə, İrana verilib. Naxçıvan rəhbərliyi bu addımı niyə atıb – ərazini satıb, bağışlayıb, yoxsa, hansısa başqa sövdələşmənin predmetinə çevirib, bu məlum deyil və təbii ki, buna Azərbaycanın müvafiq dövlət strukturları aydınlıq gətirməlidir.

“AzPolitika.info” saytı məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb. Lakin hələ ki, susqunluq nümayiş etdirilir.

“Dövlətə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməlidir!”
Ardını oxu...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını “AzPolitika.info”-ya belə şərh edib:

“Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə, bir daha söyləyirəm, xalqımıza qarşı bu ağır cinayətin törədilməsi təsdiq olunarsa, dərhal deputat istintaq qrupu yaradılmalı, məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə şıxarılmalı, İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılması tələb olunmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti