Ardını oxu...
Məhəmməd peyğəmbər və İmam Əli bütün seyidlərin ulu babası hesab olunur. Famil (Mir Yezid) Seyidov da iddia etdiyi kimi, həqiqətən seyiddirsə, deməli o da bu iki müqəddəs şəxsiyyətin nəslindən gəlir. Dolayısıyla Mir Yezid müəllimin bir nömrəli vəzifəsi öz ulu babalarına hörmət etmək, onların saldığı yolla getmək və bütün bunları əməli fəaliyyəti ilə ortaya qoymaq olmalıdır.
Bəs bu gün cəddinin arxasında gizlənən Mir Yezid öz əməli fəaliyyəti ilə həmin müqəddəs şəxslərin ənənəsinə nə qədər hörmət göstərib və göstərməkdədir?
Sözsüz ki, Məhəmməd peyğəmbərin və Həzrət Əlinin bütün fəzilətlərini yazmağa qalxışsaq, buna ömür yetməz. Odur ki, "dənizdən bir damla içməklə onun suyunun dadını müəyyənləşdirmək" yolunu tutacağıq.
Mir Yezid Seyidovun və qohumlarının bu gün bizə “xoxan” kimi göstərdiyi cəddi Həzrət Əli rəşid xəlifələrdən dördüncüsü sayılır. Yəni o, ilk İslam dövlətində ən yüksək vəzifəni tutub. Rəvayətə görə, xəlifə seçiləndən bir gün sonra əlinə xırdavat mallarını alıb bazara yollanır. Yolda onu görənlər hara getdiyini soruşurlar. O da bazara, xırdavat mallarını satmağa getdiyini bildirir. İmama xatırladırlar ki, o, artıq dövlət başçısıdır və xırdavat malları satmaq dövlət başçısına yaraşmaz. Həzrət Əli buyurur:
-Mən imam seçilmişəm deyə, çörək pulu qazanmayıb acmı qalmalıyam?
Səhabələr bundan sonra yığışıb dövlət büdcəsindən Həzrət Əliyə maaş kəsirlər.
İlk İslam dövlətində imamlara kəsilən ilk maaş budur. Digər xəlifələr zəngin olduğundan onlar maaş almayıblar. Həzrət Əlinin isə heç bir qazanc yeri olmadığından ona maaş kəsilir və İslam aləmində dövlət başçısının maaşla işləməsinin əsası bu hadisə ilə başlayır. İddialara görə, Həzrət Əli ona kəsilən maaşı maksimum səviyyədə qənaətlə xərcləyib geri qalanını yenidən beytül-mala, yəni dövlət büdcəsinə qaytarırmış.
Özünü onun neçə onmininci və ya yüzmininci nəvəsi sayan Mir Yezid Seyidov isə iş adamlarına verdiyi kreditin 40-50%-ni “şapka” kimi, qalanlarını investisiya xərci kimi əllərindən alırmış. Həmin investisiya xərci adı ilə mənimsədiyi vəsaitə İrandan zay məhsullar alıb iş adamlarına verirmiş. Məhz bu “leşyeyən”liyinin sayəsində Naxçıvanda yüzlərlə kiçik və orta sahibkar iflas edib, dövlətə borclu düşüb. Bütün əmlakları girovda olduğundan hər gün polislərin, prokurorluğun təzyiqləri altında qalıb, Böyükdüz əsirxanasına salınıb, bütün qohum-əqrəbaları rüşvət toplayıb onları müvəqqəti azadlığa buraxdırıb. Beləcə, iş adamlarının təkcə özləri deyil, qohumları da müflisləşdirilib.
Ən dəhşətlisi isə odur ki, dünənə qədər Vasif “xan”ın arxasında sığınan bu adam indi də öz ulu babalarının izzətini əlində qalxan kimi tutub ondan haqqını tələb edənləri “ağır cəddi” ilə təhdid edir. Bir növ cəddini “xoxan” kimi göstərir. Bununla da əslində öz cəddinə ən böyük hörmətsizliyi nümayiş etdirir.
İstinad etdiyi yaxşı bəhanəsi də var: “xan” dedi, mən də iş adamlarını müflis etdirdim. Halbuki, iş adamlarının iddialarına görə, bu gün qabırğasına döşədiyimiz “xan” ondan 5-10% “şapka” yığmağı tələb edirmiş. Mir Yezid isə “xan”ın bu acgözlüyündən öz şəxsi mənfəəti üçün də maksimum yararlanırmış.
Əldə etdiyim məlumata görə, cəddini “xoxan” kimi göstərən bu adam barəsində Naxçıvan MR Prokurorluğunda cinayət işi açılıb. Mir Yezid zülmündən əziyyət çəkən bütün iş adamları prokurorluğa gedib haqqını tələb etsin.
Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
Naxçıvan Təhsil Nazirliyindəki mənbəmiz yazır (Olduğu kimi):
"Steam təhsili adı altında son 6 ayda 521 min manat dövlət büdcəsindən pul mənimsənib.
Hansı ki bir sıra məktəblərdə guya bu pulla kabinet yaradəlıb. Halbuki məbləğin yarım milyonu ötməsi DTX nın yoxlamalarından sonra naziri qorxu bürüyüb.
Bunun əvəzində Nazir əl altından göstəriş verib ki STEAM yarışmaları adı altında hər 20-30 gündə bir müsabiqə təşkil edin və yazaq ki həmin pulu o yarışların təşkilinə xərcləmişik. Yoxsa bunun hesabın vermək mümkün olmayacaq.
Həmçinin məktəblərdə olan dərnəkər geri qaytarılsa da Dərsdənkənar müəssisələrin idman məktəblərinin uşaq yaradıcılıq dənəklərinin məktəblərdə olan dərslərinin keçirilməməsi və hənin vəsaitin mənimsənməsi hələ də köhnə qaydada davam edir. İndiyə kimi nazirlik bildirirdi ki pulu alıb yuxarı ali məclisə çatdırır indi ali mşclis pul yığmadığına görə deməki birbaşa nazirliyə çatır bu vəsait.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Yenidən qurulan Mərkəzi Nəbatat Bağının (Botanika Bağı) yeni layihə görüntüləri yayılıb.

Yeni layihənin görüntülərini sosial şəbəkərdə "MB Architects” şirkəti paylaşıb.

Qlobal.az xəbər verir ki, Mərkəzi Nəbatat Bağının layihəsi ilə bağlı yayılan xəbərdə təzadlı məqam var.

Ardını oxu...

Belə ki, sözügedən layihənin sifarişçisi Bakə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...

"Bakı şəhər Əsaslı Tikinti və Təmir" bu məqsədlə 2022-ci ilin iyul ayının 25-də tender elanı verib.

Ardını oxu...

Bu tenderin məbləği 580.300 manat, qalibi isə "Feniks-AA" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Feniks-AA" MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin sahibi Aydınlı Aydın İlqar oğludur. Aydınlı Aydının atası İlqar İsbatov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsində çalışır.

Ardını oxu...

"Feniks-AA" MMC-nin dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişçi olduqları böyük smetalı tenderlərdə mütəmadi qalib edildiyi barədə mediada xeyli yazılar dərc edilib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının yeni layihəsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksər insanlar yarım milyon manatdan artıq vəsait xərcləyənən yeni layihədə təbiiliyin itməsi ilə yanaşı, həm də büdcədən milyonlarla vəsaitin xrəclənəcəyinə görə bunu izafi xərc hesab edirlər.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
"Azərbaycan Reallığı" xəbər verir ki, Cəlilabad sakinləri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov və rayonun icra başçısından narazıdırlar.

Media qarşısında aksiya keçirən sakilər bildirir ki, əsasəndə rayonun mərkəzi xəstəxanasının direktoru Elnur Azadxanov rayonda at oynadır, quldurluq edir. Ona dəfələrlə şikayət etsələr də problemlərinə baxan yoxdur.

Rayon ica başçsı Rafiq Cəlilova 50 nəfər şikayət etdik, Elnur Azadxanövdan 10 min manat aldı, 5 min manatın Kərəm Həsənova göndərdi dedi arxamızda Kərəm Həsənov dayanır daha sonra sakinlər ölkə başçısı və onun xanmı birinci vitse-prezidentdən kömək istəyiblər.

DİA.AZ sözügedən videonu təqdim edir.



Video və yazıda adı çəkilən şəxslərində mövqeyin işıqlandırmağa hazırıq

AZƏRBAYCANREALLIĞI.COM
 
 
Ardını oxu...
DİA.AZ: - Neftçala fermerlərinin üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuatda dərc olunan şikayətləri müəyyən nəticələr verməkdədir. Bununla bağlı DİA.AZ-a daxil olan məlumata görə səlahiyyətinə aid olmadan torpaq satışı, idarəyə verilməsinin bütün bazarlığını öz üzərinə götürən 61 saylı DSK Sədri Zaur Kərimov vəzifəsi ilə vidalaşır. Bizi məlumatlandıran mənbənin sözlərinə görə Z.Kərimovun artıq ərizəsi alınıb və MSK tərəfindən onun səlahiyyətlərinə xitam verilməsi adi prosedur məsələdir. Bu arada Z.Kərimov vəzifəsiz qalmaması üçün yeni axtarışlara çıxıb.
Mənbənin DİA.AZ-a bildirdiyinə görə icra hakimiyyətində vəzifə alması üçün Z.Kərimov icra başçısı Mirhəsən Seyidova bir neçə minnətçi salıb. Bu sahədə uğur qazana bilməyən Zaur Kərimov gənc icra başçısının 2021ci ilin oktyabrında törətdiyi avtoqəzanı ört-basdır etməsi(iddiaya görə idarə etdiyi avtomobillə adam vurub hadisə yerindən qaçan başçının əməlini Z.Kərimov öz üzərinə götürüb), torpaq maklerliyinində birgə qazanclarını dilə gətirməklə şantaj yolunu tutub. Bu arada Z.Kərimovun rayondakı Sahibəzzaman məscidinə axund təyinatı, keçmişinin müxalifətlə bağlı olduğu iddia edilən Ülvi Fərzəliyevin YAP Neftçala təşkilatının başına gətirilməsinin qaranlıq məqamlar haqda atmacaları da icra başçısına "açaram sandığı, tökərəm pambığı" mesajı sayıla bilər. Rayona təyin olunduqdan sonra ümidləri boşa çıxaran və adı müxtəlif qalmaqallarda hallanan icra başçısından da rayonda ciddi narazılıq var. Bəzi məqamlarda gənc başçı həbsdə olan sələfinə rəhmət belə oxutdurur.İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirib. Mərkəzin idarəçiliyini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu aparır. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.) Rayondakı mənbələrin məlumatına görə gənc icra başçısından narazılıq pik həddədir. Mənbənin sözlərinə görə bu yaxınlarda ölkə rəhbərinin bölgəyə səfəri gözlənilir və bu səfər zamanı narazı əhali Mirhəsən Seyidova sürpriz yaşada bilər.
0
 
 
Ardını oxu...
"Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana İnam Kərimov aqrar sahədə hansı savadın sahibi olduğunu göstərdi. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşdu ki, Siz baramanı neçə dəfə suvarırsınız? Gah da fermerlərlə görüşdə quzu qucaqlayaraq Kənd Təsərrüfatı naziri olduğunu bildirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra iddia olunur ki, İnam Kərimov nazir təyin ediləndən bu yana kadır islahatlarında yalnız həmyerlisi olan yaxınları və qohumlarına üstünlük verən bir şəxs olaraq aqrar sahə kimi aqrar kadr ehtiyatını da məhv etdi.

KTN-nin göz bəbəyi olan ADAU NECƏ MƏHV EDİLİR...

DİA.AZ-a göndərilən məqalədə İnam Kərimovun yaxın adamları bir-bir təqdim olunur:

Məqalənin əvvəli burada: Kənd təsərrüfatının inkişafına İNAMIMIZ NİYƏ ÖLÜB? - BAX, BUNA GÖRƏ...

Məqalənin davamında deyilir:

Bayandur Rzayev:
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşı Elnur Rzayev Xaçmaz rayonunun icra başçısıdır. İxtisasca baytar olan Bayandur Rzayev İnam Kərimovun həmyerlisi olan yaxınlarındandır. Baytarlıq sahəsində təhsil alsa da, baytarlığın nə olduğunu bilməyən, tələbə vaxtı tapşırıqla keçən, disertasiyası köçürülmə və saxta olan Bayandur Rzayevə İnam Kərimov heyvandarlıq şöbəsinə müdür təyin edib. Soruşan yoxdu ki, ay İnam Kərimov baytarlıq hara, heyvandarlıq hara?! Bayandur Rzayevin heyvandarlıqdan nə anlayışı, nə də təhsili var... sən onu hansı əsasa görə bu şöbəyə müdir təyin edirsən?!

Zəfər Qurbanov:
İnam Kərimovun təyinatlarından görünür ki, aqrar sahəni tamamilə məhv etmək istəyir. Təyinatlarına diqqətlə baxsaq, hamısının əslən Qərbi Azərbaycandan olduğunu görərik. Zəfər Qurbanov da bunlardan biridir. Sanki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yox, Göyçə mahalı Kənd Təsərrüfatı Nazirliyidir... Biz hansısa regiona qarşı deyilik, amma hansısa regionun nümayəndələri bu şəkildə davrananda ikrah hissi oyadır istər-istəməz...
Nazirlikdə və tabeli qurumlarda vəzifədə olanlar kimi ADAU də Zəfər Qurbanov təyinat aldığından bu yana ancaq vəzifəyə öz qohumlarını və Göyçə mahalından olanları gətirir. ADAU də narazılığı təkcə müəllim heyəti deyil tələbələr tərəfindən də edilir. Çünki Zəfər Qurbanov elə bir sistem yaradıb və təhsilə nəzarəti elə şəxslərə verib ki, 40 nəfər tələbədən 5 nəfəri imtahandan ancaq keçir. Onu da ki müəllim sistemin şərləri qarşısıda məcbur qalaraq edir. İmtahan nəzarət sisteminə Daxili Nəzarət şöbəsinə müdür qoyduğu Bağırzadə Bəşir sanki tələbələrin kəsilməsi üçün əlindən gələni edir. Hətta bir çox müəllim dərsinə imtahanına özünə nəzarət edən Bəşir Bağırzadənin əlindən bezib. Kəsilən tələbələri isə Bəşir Bağırzadə "mədəni yolla" kəsirlərini düzəldir. Zəfər Qurbanov elə buna görə də nəzarəti və məsləhəti Bəşir Bağırzadədən alır. Pedeqoji sistemdən anlayışı olmayan Bəşir Bağırzadə necə tədris idarə edə bilər, onun işi Zəfər Qurbanova pul yığmaqdı.
Hər iclası 4 saat çəkən Zəfər Qurbanov təhsildən deyil universitetin bücəsindən danışır. Zəfər Qurbanovun məqsədi kəsilənlərin sayının çox olmağı təqayüt alan tələbələrin sayının azalması pulların bücədə qalmasıdır. Zəfər Qurbanov təyinatından bu yana təhsildən yox ancaq bücədəki puldan danışır. Təhsili inkişafını yox ancaq kafedraları birləşdirdi, şöbələri dağıtdı ixtisasları bağladı məqsədi yalnızca bücədə vəsaitin çox qalmağıdır. Aqrar təhsildən anlayışı olmayan Zəfər Qurbanov ADAU də özbaşınalıq yaratdı bütün heyyətin aqrar təhsilə və dövlətə olan sevgisini məhv etdi.

İnam Kərimovun tapşırığı ilə bir baxaq kimlər idarəçilik edir ADAU-nu..."

Bu barədə növbəti yazıda...

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
 

 
“Dünən məktəbin damının bir hissəsində qar ərimişdi, otaqlar su ilə dolmuşdu. Partaları kənara çəkmişdilər, uşaqlar da ayaq üstə qalmışdı. Necə edək, sözümüzü daha hansı formada deyək ki, bizi anlasınlar, kənddə bir məktəb tiksinlər, uşaqların canı köhnə dayaq üstündə dayanan məktəbdən qurtarsın? Biz də məktəbə göndərdiyimiz uşaqların nigarançılığını çəkməyək”.

 

Qubanın Küçeyi kənd sakinləri bir neçə gündür ki, kənd məktəbinin istiliyinin həllini tələb etmək üçün rayondakı qurumlara üz tutub. Onlar azyaşlı övladlarını köhnə dirəklər üzərində dayanmış məktəbə – qəzalı tikiliyə göndərəndə evə dönənədək nigaran qalırlar.

Məktəbdə istilik yoxdur, sinif otaqları valideynlərin məktəbə odun verməsi sayəsində isinir. Yanvarın 10-da valideynlər qarlı havaya baxmayaraq, toplaşıb avtobus kirayələyərək Quba-Xaçmaz Regional Təhsil Şöbəsinə və icra hakimiyyətinə gediblər. Hər iki qurumda valideynləri qəbul etsələr də, onlara hazırda odun problemininin həllinin mümkün olmadığı bildirilib.

Valideynlərdən biri Meydan TV-yə bunları deyib:

“Dünən Təhsil Şöbəsində bizə dedilər ki, odun üçün ayın sonunadək gözləmək lazımdır. Burda da möhkəm qar yağır, biz gözləyə bilmərik ki, uşaqlarımız donsun. İcra hakimiyyətində də olduq, icra hakimiyyətindən kəndimizin icra nümayəndəsinə zəng vurub çağırdılar. Tapşırdılar ki, məktəbin odunla təmin edilməsini həll eləsin. O da dedi ki, kəndin girəcəyində taxta sexi var, ordakı ağacların qırıntılarından götürmək olar. Dedik ki, ordan bir dəfə verdikləri odunu məktəbdəki sobada yandırmaq olmur. Məktəbin işçisi onu alışdırana qədər dərslər bitir. İcra nümayəndəsi bizi Meşə İdarəsinə göndərdi, onlar da bizə odun vermədilər”.

Yanvarın 10-da valideynlər qarlı havada yenə toplaşıblar və odun problemini həll etməyə çalışıblar:

“Ayın sonunadək bu uşaq məktəbdə donmalıdır? Ya gərək uşağı məktəbə buraxmayaq, ya da gərək yenə də odun problemini özümüz həll edək. Uşaqlarımızın təhsilli olmasını istəyirik. Ona görə də məcbur olduq ki, bu gün özümüz gedib odun məsələsini həll edək”.

Bu valideynlər ilk dəfə 2019-cu ilin aprelində Meydan TV-yə müraciət etmişdilər. Onlar ümid edirdilər ki, məktəbin durumu ictimailəşəndən sonra aidiyyəti qurumlar hərəkətə keçəcək. Ancaq sayta təkrar müraciətlərindən məlum olur ki, ötən 4 ilə yaxın müddətdə məktəbin divarına bircə mismar da vurulmayıb.
4 ildən sonra yenidən Meydan TV-yə müraciət edən kəndlilər deyir ki, əksinə, məktəb binasının çökmək təhlükəsi günbəgün artır.

Küçeyi kənd məktəbi binasının azı 45 yaşı var. Azı 200 şagirdin elm öyrənməyə çalışdığı məktəbin cəmi 7 sinif otağı var, onlar da darısqal və nəmişlikdir. Valideynlər deyirlər ki, dərs vaxtı dörd şagird bir sınıq-salxaq partanı paylaşmaq məcburiyyətindədir. Otaqların döşəməsi və tavanı qəzalı vəziyyətdədir. Valideynlər deyir, sinif otaqlarının sahəsi maksimum 15 kvadratmetrdir. Müasir infrastruktur normalarına görə, hər bir şagirdə 2,5 kvadratmetr sahə düşməlidir. Ancaq burada hər şagirdə heç 1 kvadratmetr də düşmür. Bu isə o deməkdir ki, hər bir şagirdə təxminən 1,5 dəfə az yer düşür.

Valideynlər deyirlər ki, bir neçə il əvvəl siniflərin tavanı tamamilə çöküb. Onlar öz hesablarına tavanı və döşəməni müvəqqəti təmir etdiriblər. Təmir işinə müəllimlər də dəstək verib. Əsaslı təmir olmadığından döşəmələrdə yenə iri deşiklər yaranıb, tavanların yenidən yaranmış yarıqlarını isə karton parçaları “örtüb”. Sovet vaxtından qalmış avadanlıqlar da ömrünü çoxdan başa vurub.

15 ilə yaxındır ki, məktəb 20 yanvar şəhidi Elçin Qeybullayevin adını daşıyır. Şəhidin bacısı Simuzər xanım da məktəbin əsaslı təmiri üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Məktublarının birində yazıb ki, məktəb əsaslı təmir olsa, vaxtilə bu məktəbdə təhsil almış şəhid qardaşının ruhunu da şad edər.

Quba Rayon İcra Hakiiyyətindən Meydan TV-yə bildirilib ki, Küçeyi kənd məktəbinin əsaslı təmiri üçün qurum Təhsil Nazirliyinə çoxdan müraciət edib:

“Bir müddət əvvəl o məktəbin fəsadlarında təmir işləri aparılıb. Kənddə yaxın illərdə yeni məktəb tikilməlidir. Dünən gələn valideynlər qəbul edilib, icra hakimiyyəti də məktəbin istilik probleminin həlli üçün aidiyyəti yerlərə müraciət edib”, – qurumdan bildirilib.

Quba-Xaçmaz Regional Təhsil Şöbəsindən də oxşar cavab verilib. Bildirilib ki, yanvarın 10-da odun üçün gələn valideynlərə yaxın günlərdə məktəbin odunla təmin ediləcəyi, buna görə rayonun meşə idarəsinə müraciət olunduğu deyilib. Küçeyidə yeni məktəbin inşası plandadır. //Meydan TV//

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - "Biz sizə Qusar rayonundan yazırıq. Şikayətimiz Qusar Rayon İcra hakimiyyətinin başçısı Şair Alxasovdandır". Bu barədə DİA.AZ-a göndərilən Qusar sakinlərinin müraciətində deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Belə ki, bizim icra başçımız 2007-ci ildə bu vəzifəyə təyin olunandan biz Qusar camaatı ondan zərrə qədər xeyir görməmişik.
16 ildir Şair Alxasov icra başçısıdır, amma Qusara gəlib yoldan keçən hansı sakindən soruşsanız ki, Şair Alxasov Qusar camaatı üçün nə kimi xeyir işlər görüb əksinə onun elədiyi pislikləri sayarlar sizə. 16 illik fəaliyyəti dövründə Şair Alxasovun törətdiyi vəhşilikləri sizə sadalayaq:
1. Şair Alxasov Qusar rayonunda məşhur "Bənövşə" ("Fialka") adlı gözəl bir gölü qurutdu (yəqin ki yerini kiməsə satacaq və yaxud da artıq satıb)
2. Şair Alxasov Qusarın mərkəzində orta məktəbi sökdürüb yerində oğlu İlkinin şərəfinə "İlk İnn" hotel tikdirib.
3. Şair Alxasov internat məktəbinin 2 hektar ərazisindəki meyvə bağında ağacları kəsdirib ərazini satıb
4. Şair Alxasov sakinlərin ən sevdiyi gəzinti yeri olan "N.Nərimanov" adına mərkəzi parkın ərazisindəki ağacları kəsdirərək yerində "Yaşıl Park" adlı restoran tikdirib.
5. Şair Alxasov uşaq xəstəxanasının ərazisini zəbt edib yerində özü üçün "Təzə Bazar" tikdirib.
6. Şair Alxasov xristian qəbiristanlığının ərazisini sökərək yerində hündürmərtəbəli binalar və kommersiya obyektləri tikdirib.
7. Şair Alxasov Qusarın gözəl guşələrində yerləşən torpaq sahələrini yüksək vəzifəli məmurlara həm satır, həm də hədiyyə edir ki, onun vəzifədə qalmasına köməklik göstərsinlər və Qusar camaatından gələn şikayətlərin qarşısını alsınlar.

Biz Qusar rayon sakinləri Şair Alxasovun qanunsuz əməllərinə nə qədər dözəcəyik? İllərdir biz sakinlər Şair Alxasovun qəbuluna düşə bilmirik. Yazdığımız şikayətlərə icra hakimiyyətində baxılmır.
Gənclərimiz işsizlikdən Qusarı tərk edib işləmək üçün Rusiyaya üz tuturlar.
Ölkə başçımızdan xahiş edirik, bizim Qusar rayonuna Qusarı sevən və onun camaatına hörmət bəsləyəcək, şikəyətlərini dinləyəcək layiqli bir şəxsiyyəti icra hakimi təyin edəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində psport qeydiyyatında olan və yaşayan sahibkar Musayev Cavid Zahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Pezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən Cavid Musayev uzun müddətdir ki, Bərdə rayonunMirzəxan-Qaraqoyunlu kəndində yaşamış və sahibkarlıqla məşğul olmuşam.Yəni, kəndin girəcəyində 1.5 sot şəxsi mülkiyyətim olan torpaq sahəmdəçayxana, yeməkxana və bir dükanım vardı. Və onları işlədirdim.
2014-2015-ci illərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bizə bildirdi ki, bəs kəndin girəcəyinə "Ala qapı" qoyulmalıdır. Bu bir dövlət tədbiridir. Və ona görə də sizin çayxana və yeməkxana binası sökülməli, yerində bu "Ala qapı"nın tikintisi aparılmalıdır. Naəlac qalıb razılıq verdik. Obyektlərimizin və torpağımıza heç bir kompensasiya verilmədən söküldü. Lakin, "Ala qapı" inşa edilib başa çatandan sonra gördük ki, bu obyektin bizim çayxana və yeməkxana ərazimizə düşməyib. Yəni dəxli olmayıb. Biz o zaman 2015-ci ildə icra başçısı Vidadi müəllimlə görüşüb xahiş etdik ki, tikilən "Ala qapı"nın bizim şəxi mülkiyyətimiz olan yerə düşmədiyini nəzərə alaraq icazə verilsin obyektlərimizi yenidən əvvəlki kimi bərpa edib istifadə edək. Cənab başçı cavab verdi ki, bir az gözləyin ki, Prezident kəndə açılış mərasiminə gəlsin və getsin, o zaman siz də obyektlərinizi yenidən tikər, bərpa edərsiniz. Razılaşdıq. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkmişdilər. Lakin dövlətimizin başçısının rəsmi açılışa gəlib getməsindən sonra dəflərlə cənab icra başçısının qəbulunda olub bizə şəxsi mülklərimizi bərpa etməyə ( öz hesabımıza) və sahibkarlıq fəaliyyətimizi davam etdirməyə icazə istədik. Başçı əvvəllər hər dəfə bizə bəhanə ilə işimizə icazə vermədi. Sonda isə qəti olaraq eiraz etdi ki, tikililəri bərpa etmək olmaz! Digər tərəfdən də ETSN-nin yerli meşə idarəsindən də dedilər ki, sizin torpaq sahənizdə əkilən ağaclara toxunmaq olmaz. Budur, nəticədə biz 7 ildən çoxdur ki, əvvəlki kimi sahibkarlığımızla məşğul ola bilmirik. Baxmayaraq ki, torpaq da mülklər də rəsmi sənədlərlə mülkiyyətimizdə olub. Lakin bizim obyektlə üzbə üz olan və yolun sol tərəfindəki mühafizə zolağında iridiametrli yeraltı çəkilmiş magistral qaz xəttinin düz üstündə iki mərtəbəli böyük bir kommersiya obyekti sənədsiz tikilərək istifadəyə verilmişdir. Digər tərəfdən isə çayxana və yeməkxana obyektimizə təzədən texniki pasport almaq üçün ASAN xidmətdə 1500 manat rüsum haqqı ödədikdən sonra indi də DƏDRX-nin 7 saylı Ərazi İdarəsi bizə yenidən torpağın çıxarış üzrə obyektlərə texniki pasport vermir. Şərt qoyur ki, gərək siz əvvəlcə obyektlərinizi olduğu kimi tikin, sonra sənəd verək. Doğrudur, obyektlr dostum Abdullayev Ələsgər Ələkbər oğlunun adına sənədləşdirilsə də, sonradan aramızda alqı-satqı müqaviləsi bağlamışıq. Ki, Obyektlər yenidən bərpa olunacağı təqdirdə birbaşa mənim adıma rəsmiləşsin.
Çoxhörmətli Prezident! Siz dəflərlə yerli məmurlara rəsmi çıxışlarınızda xəbərdarlıqlar etmisiniz ki, "...sahibkarların işlərinə qanunsuz müdaxilələr yolverilməzdir, əksinə onlara kömək etmək lazımdır ki, büdcəyə vergi vəsaiti ödəsinlər"...
Budur, 7 ildir ki, qanunsuz və əsassız olaraq sökülmüş obyektlərimizi yenidən bərpa edib sahbkarlığımızı davam etdirməyimizə imkan verilmir. Ona görə də şəxsən Sizə müraciət etməyə məcbur olur və xahişimiz də budur ki, mülkiyyətimizdə olan 0.15 ha torpağımıza sərəncam verib istifadə edə bilək. Və vaxtilə qanunsuz sökülmüş iki obyektimizi öz hesabımıza bərpa edib yenidən sahibkarlığımızı davam etdirməyimizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlərimizi bildiririk".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir. TEREF.AZ yazır ki,bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən müəllimlər məlumat verib.
Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyir ki, imtahan sualının hər biri 60 manata satılırmış:
“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən"
Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.
Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyir ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:
"Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verdib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.
 

Dünyapress TV

Xəbər lenti