Ardını oxu...
Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.
Həkimlərə müəyyən məhdudiyyətlər tətbiq edildiyi kimi, xəstələrə də dərman və digər tibbi peraparatların yoxluğu bildirilir, onlara əksər hallarda dərmanları özlərinin almaları diqqətə çatdırılır.Həkim bunları xəstəyə deyəndə, təbii ki, xoş qarşılanmır. Halbuki, Respublika Dəri-Zöhrəvi Mərkəzini dərman peraparatı ilə TƏBİB təmin edir.

Hazırda işdən qanunsuz çıxarıldığı bildirilən Nərmin Qəzənfərova baş həkimdən şikayətçidir. Artıq onun yazmadığı dövlət orqanı qalmayıb. Yəni, 2 il bundan əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim tərəfindən "yeni qanunların tətbiqi"nə narazılıqlar hələ də səngimir. Prezident Administrasiyasına,TƏBİB rəhbərliyinə şikayət edilir. Şikayətlərdən sonra isə hər dəfə yoxlamanın yekunu olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına Müşfiq Zeynalov "sudan quru" çıxa bilir, bu dəfə görək nə olacaq.Onun ilk baş həkim işlədiyi aylarda Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım və digər həkimlər Müşfiq Zeynalovun "idarəçiliyinə" etiraz əlaməti olaraq,ondan şikayət etmişdilər. Bütün şikayətlər ört-basdır ediləndən sonra baş həkimin özbaşınalıqlarına dözməyənlər özləri xəstəxananı tərk etdilər. Bu da baş həkimin işinə yaradı və mərkəzə yeni həkimləri işə götürməklə maddi imkanlarını genişləndirmiş oldu.

Hətta, narazılıqlar o həddə qədər yüksəldi ki, baş həkim bir sıra həkimlərlə gizlin danışıqlara getdi. Həmin arada Müşfiq Zeynalov qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi, 65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb, peşəkar həkimləri oradan uzaqlaşdırırdı. Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar toplamağa başladı. İndi vəziyyət o həddədir ki, orada operator işləmiş Nərmin Qəzənfərovanın şikayəti baş həkim Müşfiq Zeynalovun xeyrinə həll edilir. Əlac qalır Azərbaycan Respubilkasının Maliyyə Nazirliyinə, onların nəzər yetirəcəkləri ştat vahidlərinə.Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək,müəyyən şəxsləri işə qəbul edib, bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb, ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək, xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir.

O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb, farmatsiya üzrə işçi kimi saxlanılır, onun yerinə qeyri-rəsmi bu vəzifə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki, o vəzifəni daşıya bilsin. Bir ildən artıqdır ki, Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kimi icazə verib, - deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir. Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin, funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii, bu suallar zaman keçdikcə aydınlaşacaq, sadəcə hazırkı çəkişmələr Respublika Dəri-Zöhrəvi Mərkəzinin iş ahəngini pozmaqda, xəstələrə çətinliklər yaratmaqda davam edir.

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır.Yəni, bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən, hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Onu da xatırladaq ki, bir müddət əvvəl saytlarda yazılıb ki, mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir, gəlmək belə istəmir. Çünki TƏBİB-də olan himayədarlarına güvənərək, bildiyi qanun pozuntularına davamlı yer verir. Məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Fikirləşən yoxdur ki, zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir. Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olur.

O da bildirilir ki, çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev, Baş həkimin müavini Sevil Yusifova, onlardan da ötsə kadrlar şöbəsinin işçisi Nuridə Almazova (Yeri gəlmişkən Nuridə Almazova baş həkimin əsas işlərini aparmasına dair məlumatlar dolaşır) icra edir - deyə saytlar yazıb.

Mətbuat onu da vurğulayıb ki, Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər "sıxma-boğmaya" salınarkən, nə səbəbə ər-arvad, bacı-qardaş, ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir. Yəni, daxili nizamnamə yol verirmi ki, bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

Dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir. Orada vəziyyət necədir, aptek müdiri kimdir, işindən razıdırmı, ixtisas sahibidirmi, bu tip suallara TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur, vurğulanıb.Bu tip suallar bitəsi deyil, o vaxta kimi ki, TƏBİB rəhbərliyi tərəf tutmayıb, tərəfsiz qalacaq...

Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəssisslərinə müraciət etsinlər, fikirləri də mətbuatda yer alıb.

Faktinfo.az

Ardını oxu...
"Azərbaycan Reallığı"na video-müraciət göndərən Göranboy rayon sakini bildirir ki, rayonda böyük bir sahəni ikinci dəfə suvarmaq üçün dəfələrlə rayonun suvarma idarəsinin İlqar adlı müdirinə müraciət etsələr də, onların səsinə səs verən olmayıb. 771 saylı artizan quyusu sahəni suvarmaga bəs etmir.

Mator dəyişilib, yenisi ilə əvəz olunmalıdır, dövlət tərəfində rayona verilən su matorları müəyyən adamlar vasitəsi ilə 2000 manata satılır. Sözü gedən artizan şəhid ailələrinə xidmət etdiyi üçün biz sözü gedən 2000 manatı şəhid ailələrindən yığıb kiməsə verə bilmərik, deyə sonda videoda müraciət edən şəxs bildirib.

Video müraciət göndərən vətəndaş problemin ictimaildirilməsini istəyib. O, adiyyəti qurumlardan onlara kömək etməsin istəyib.

Daha ətraflı videoda:



"Azərbaycan Reallığı"
1
 
 

Ardını oxu...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən bir VİDEO-ŞİKAYƏT hazırlanıb.

DİA.AZ həmin şikayətin mətnini təqdim edir: "Biz Ucar rayon sakinləri xəstəxanada baş alıb gedən özbaşınalığa, qanunsuzluğa görə çox əziyyət çəkirik. Ucar rayon Xəstəxanası Hüquqi Publik şəxsin direktoru Zeynal Bayramlının qanunsuz əməllərinə görə savadlı həkimlər öz ərizələrini yazıb işdən çıxıblar.Orada ancaq korrupsiyaya qurşanmış savadsız həkimlər qalıb.

Zeynal Bayramlı 15 ildir Ucar xəstəxanasına rəhbərlik edib ancaq talançılıqla məşğul olur.Dəfələrlə mərkəzi orqanlara şikayətlər etsəkdə tədbir görülməyib.
Buna görə biz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə icraçı direktor Vüqar Qurbanova müraciət edib xahiş edirik korrupsioner Zeynal Bayramlı barədə tədbir görün.Siz belə yaramazı orada niyə saxlamısınız?"



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə Göyçayda təmir-abadlıq işləri gedir. Küçələr və hətta əvvəllər heç vaxt asfalt vurulmamış, bərbad vəziyyətdə olan dalanlar belə asfalt örtüklə təmin olunmaqdadır. Mən də öz növbəmdə 29 noyabr 2022-ci il tarixdə yeni icra başçısı Natiq Ağayevin qəbulunda oldum, ondan küçəmizin bütövlükdə asfaltlanmasını xahiş etdim və o, müraciətimlə bağlı Arxitektura və Memarlıq Şöbəsinə tapşırıq verdi. Ondan sonra, yaşadığım 1-ci Ərəbcəbirli kəndində şəhid Zakir Nəcəfovun adını daşıyan küçəmizin böyük bir hissəsi asfalt örtüklə təmin olunsa da, burada müəyyən yerlərə və o cümlədən bizim dalana asfalt vurulmadı. Mən bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə üz tutdum. Lakin Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev müraciətimə qeyri-ciddi yanaşmağa başladı. Mobil nömrəsinə zəng etdim, sözümü tam bitirməmiş telefonu üzümə söndürdü. Səbəb isə bəlli idi. Çünki o, Göyçay Mənzil İstismar İdarəsinin rəisi olduğu müddətdə, daha dəqiq desək 2019-cu ildən başlayaraq təxminən 6 ay onun korrupsiya əməlləri barəsində mütəmadi şəkildə əsaslı silsilə məqalələr yazırdım. Bunu həm yuxarı instansiyalara yazılı ərizələr formasında ünvanlayırdım, həm də kütləvi informasiya vasitələri üzərindən geniş paylaşımlar edilirdi. Adı çəkilən idarədə maaş kartlarının mənimsənməsi, gündəlik işə çıxan işçi sayının az olması kimi mövzulara toxunmuşdum. Bundan əlavə, bir çox saytlarda onun şəhid anasını aldatdığını təsdiqləyən şikayətlər mövcuddur. Həmçinin dünənə qədər, yəni Ayaz Səfərəliyev Göyçay Mənzil İstismar İdarəsindəki vəzifəsindən azad edilərək Arxitektura və Memarlıq Şöbəsin müdiri təyin olunduğu günə kimi o, orada sözün həqiqi mənasında "monarxiya" qurmuşdu. Həmin müddət ərzində Göyçay Mənzil İstismar İdarəsini "Ayaz Səfərəliyev və Yaxınları" (qohumları: Səfəralı, Tural, Ələkbər və s..) idarəsi adlandırmaq daha məntiqə uyğun hesab edirəm. Ona görə ki, bu şəxs bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına yığmışdı. Onlar isə ay ərzində cəmi 5-10 gün işə çıxmaqla, dövlətdən maaş alırdılar. Ayaz Səfərəliyev sözü gedən idarədə rəis vəzifəsində çalışdığı müddətdə idarənin müşahidə kameralarına baxmaq kifayətdir. Gündəlik işə çıxmayan, müşahidə kameralarında görüntüləri əsk olunmayan, lakin müəmmalı şəkildə tabeldə imzası olan işçilərə bu şəraiti yaradan məhz Ayaz Səfərəliyev olmuşdur. Onların maaşlarının hər ay kimlər tərəfindən alınması isə bankomatlardakı kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Sizcə adi bir jek müdirinin xeyli var-dövlətə sahiblənməsi özü müəmmalı deyilmi? Belə bir şəxsin çoxsaylı korrupsiya əməllərinə rəğmən, onun öz tutduğu vəzifəsindən daha yüksək vəzifə ilə vəzifələndirilməsi isə: "Saqqaldan götürüb bığa qoymaq" məsəlinə bənzəyir. Əminəm ki, Ayaz Səfərəliyevin qanunsuzluqlarından yeni icra başçısının xəbəri yoxdur.
Nəzərinizə çatdırım ki, mən 2009-cu ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xəstəliyə düçar olmuşam və hazırda 1-ci qrup (hərbi) əliləm. Qəribə səslənsə də, yenicə ayaq açıb yeriyən körpə uşaqlar kimi: Bir yeriyib, beş yıxılıram. Küçəmizin asfalt örtüklə təmin olunmasına zəruri ehtiyac var. Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev isə hazırki vəzifəsindən sui-istifadə edərək keçmişdə baş verən hadisələr səbəbilə mənimlə ədavət aparmaqdadır. Aidiyyəti qurumlardan xahiş edirəm, küçəmizin tam şəkildə asfaltlanması və Ayaz Səfərəliyevin Göyçay Mənzil İstismar İdarəsində rəis işlədiyi müddətdə bütün qanunsuzluqlarının mənim də iştirakımla obyektiv araşdırılması üçün ciddi tapşırıq verəsiniz. Ümid edirəm ki, şikayətim təmin olunacaqdır".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı.

ölkə başçısı İlham Əliyev 3 il öncə İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova xüsusi tövsiyyələr etmişdi. İndi Neftçala sakinlərinin ümumi fikrini belə ifadə etmək olar: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.

M.Seyidovun bir rayona rəhbərlik edə bilməməsi tək sadə insanları deyil Neftçalanın tanınmış simalarını, rayonda böyük nüfuz sahibi olan şəxslərdə də ciddi narazılıq yaradıb. Milli azadlıq hərəkatının Neftçalada liderlərindən biri, 1992-93-cü illərdə Neftçala rayon İcra başçısı olmuş Fərman Hüseynovun fikirləri bu baxımdan maraq doğurur. 90-cı ilin yanvarın 25-də sovet ordusunun Neftçalada törətdiyi qətliam zamanı işğalçılara qarşı mübarizədə meydanda olan və yaralanan F. Hüseynov facebook sosial şəbəkəsində icra başçısının məhz həmin hadisələrlə bağlı laqeydliyi haqda yazısını Anaxeber.info olaraq təqdim edirik: “Bu gün Neftçala İcra hakimiyyətini idarə edən kəslər anlamırlar ki, Neftçala qətliamına bənzər hadisə bir Bakıda, bir də Neftçalada və Lənkəranda baş verib. Bu tarix ayrıca qeyd edilməlidir. Bu gün İcra başçısı özünə borc bilməlidir, məhz bu gün də abidə önünə gəlib ziyarət etsin. Çünki bu qanı tökulən qəhrəmanlar o tarixi yazanda başçı Mirhəsən Seyidovun 1 yaşı vardı, onun kimi kef məclislərində həyat sürməmişdilər. Cənab başçı hətta özünə rəva bilmədi ki, həmən günü yanvar qazilərini otağına dəvət edib onlara Allahın salamını versin. Cənab başçı hələ də anlamır ki, o bu qəhrəman qazilərin, şəhid ailələrinin əlinə su tökməyə layiq deyil.

Bu ötən 33 ildə bütün icra başçıları biz qaziləri, şəhid ailələrini ehtiramla qəbul ediblər, otaqlarında çay stolunda yarım saat belə olsa o günləri xatırlayıblar. Yalnız Mirhəsən Seyidov başçı gələndən sonra 20 yanvarçılara , bu təşkilat rəhbərinə qarşı gizli müharibə aparıb. Cənab Mirhəsən Seyidov biz qazilərin rayonda keçirilən vətənpərvərlik tədbirlərində iştirakımıza qadağa qoya bilər, ancaq o anlamır ki, biz qəhrəmanlıq tarixini yazanların övladları da 44 günlük müharibədə savaşıb bizləri Zəfərə qovuşduranlardır. Bu sayğısız, qanacaqslz davranlşlara son qoymağı məsləhət görərdim. Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq edə bilər. Ancaq bizi kimsələrə bənzətməsin. Cənab Prezidentin onu Neftçalaya başçl göndərəndə 10 milyonluq xalqın qarşısında ekrandan söylədiyi “böyük-kiçik yerini bil” tövsiyyəsini unutmasın. Bizdən xatırlatmaqdır”.

Yeri gəlmişkən, rayondan Anaxeber.info-ya daxil olan məlumata görə, rayon icra hakimiyyətinin bir neçə strukturu əsl korrupsiya bataqlığınddadır. Məsələn, Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının digər bir dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov da elə öz kolleqalarından geri qalmır.Belə ki, Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək guya ki onların tikdiyi tikililərin qanunsuz olduğunu bildirərək sökdürəcəyini iddia edir. Çarəsiz durumda qalan sahibkarlar min-bir əziyyətlə tikdirdiyi obyektlərinin sökülməyini gözə ala bilmir. Məcbur qalıb Elton Əsgərova rüşvət verir. Bu rüşvətləri bəh-bəhlə götürən Elton Əsgərov, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan əvvəlki memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin aqibətini niyə yaddan çıxarıb ?

Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə Prezidentimiz cənab İlham Əliyev tərəfindən büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.

Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Belə ki artıq təqaüd yaşına çatmış şəxsləri çıxarıb onları yeni işçilərlə əvəz etmək əvəzinə, heç bir kadr dəyişikliyi etmir. Belə ki adı siyahıda olan şəxslər var ki hansı ki onlar işləmir və həmin şəxslərin kartlarını cibində saxlayır aylıq onların maaşıını özü mənimsəyir. 150 nəfərlik işçi heyətinin siyahıda adının olmasına baxmayaraq, üst-üstə toplasan qurumda heç 70 nəfər yoxdur.
 //Anaxeber.info//
Ardını oxu...
Kooperasiya Universitetində növbəti rüşvət qalmaqalı yaşanıb.

TEREF.AZ yenicag.az-a daxil olan məlumata əsasən biildirir ki, Kooperasiya Universiteti Magistratura şöbəsinin müdiri Əmiraslan Nəbiyev məqbul qiymət üçün magistrlərdən 150 manat tələb edir.

Ardını oxu...
Qeyd olunur ki, magistrlərə bu məbləğdə qiymət “oxuyan” Nəbiyev hətta imtahanların vaxtı ilə bağlı onları məlumatlandırmağa da ehtiyac görmür.

Nəticədə magistrlər nə zaman imtahan verəcəklərini son anda öyrənmək məcburiyyətində qalırlar və seytnot vəziyyətinə düşərək imtahana normal hazırlaşa bilmirlər. Ancaq bu hal şöbə müdirini qətiyyən qayğılandırmır.
Ardını oxu...
Ardını oxu...

Redaksiyamıza göndərilən bu qiymət cədvəlinə diqqət edin. Məlumata görə, cədvəldə qiymət qrafaları boş saxlanılan magistrlər Nəbiyevin tələb etdiyi məbləği ödəyənlərdir. Yəni digər magistrlərin nəticələri qiymətləndirildikdən sonra onlara da uyğun qiymət yazılacaq.

Bildirilir ki, Nəbiyəv imtahandan məqbul qiymət ala bilməyən, yaxud da balı qəsdən aşağı salınan magistrlərə “özlərini yormamağı, tələb olunan pulu verib qiymət almağı” tövsiyə edib.

Qeyd edək ki, Kooperasiya Universitetinin rektoru Milli Məclisin deputatı Eldar Quliyevdir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Teref.az yazır ki, Mədəniyyət Nazirliyi deyəsən yeni layihəyə start verib. Binaların tarixiləşdirilməsi və ya tikilmə tarixlərinin falsifikasiya edilməsinə başlanıb
Bakıda bəzi binaların üstünə vurulmuş bu binaların tikilmə tarixi ilə bağlı lövhələr adamları çaş baş qoyur. Çünki bu löhələrdə yazılan tarixlərlə binaların əsl tikilmə tarixləri heç də uyğun deyil.
Ardını oxu...
Ardını oxu...
Məsələn oxucularımızdan birinin bizə göndərdiyi şəkildə gördüyünüz bina Neftçilər pr 131-də yerləşir. Şəkili göndərən oxucumuz iddia edir ki, bina 1958-ci ildə tikilib. Lakin Mədəniyyət Nazirliyinin vurduğu lövhəyə inansaq bina 1916-cı ildə tikilib. Oxucumuz sual verir, əgər bina 1916-cı ildə tikilibsə, niyə 1920-30-40-cı illərin əski Bakı şəkiullərində bu bina yoxdur?
Ardını oxu...
Ardını oxu...
Bu bina isə Zərifə Əliyeva k 53,57 də yerləşir. Oxucumuzun yazdığına görə bina 1913 cü ildə tikilib. Lakin lövhədə 1880 il yazılıb. Oxucumuz yazır ki, biz bu binada yaşayırıq, o zamanlar binanı təmir edəndə divarda binanın tikilmə tarixi 1913-cü il yazılmışdı. İndi bilmirik bunlar 1880-ci ildə tikildiyini hardan götürüblər.
Zərifə Əliyeva 25e və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən bu bina isə həqiqətən ağıllara sığmayan bir möcüzə nəticəsində 1888-ci ilə aid edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Axı sadə gözlədə baxanda bilinir ki, bu binalar 50 -ci illərin binasıdır... Hansı ağılla bu binanı aparıb 1888-ci ilə aiad etmisinioz ay cənab "mütəxəsislər"
Teref.az olaraq qeyd etmək istəyirik ki, həqiqətən bu evlərə baxanda bunun elədə qədim olmadığı bilinir. Hər halda əsl mütəxəsislər öz fikirlərini bildirərlər
Teref.az yazır ki, "save.baku" səhifəsi bu zəmində daha bir ilginc məqama toxunub. Səhifə yazır:
Yarım əsr əvvəl polşalı satirik Stanislav Yeji Lets yazırdı: «İnəyə kakao versən belə, şokolad saga bilməyəcəksən». Mənə elə gəlir ki, o, bizim Mədəniyyət Nazirliyinin əməkdaşlarını nəzərdə tuturdu. Düşünə bilərsiniz ki, niyə onları yenidən xatırladım? Bəli, bu gün qismət oldu, Akademik Əbdül Kərim Əlizadənin adını daşıyan küçə ilə gedirdim və birdən görürəm: binanın üstündə yeni «Yaşayış evi» lövhəsi var - görünür, bu yaxınlarda «mədəniyyət» nazirliyinin əməkdaşları tərəfindən vurulub.
Ardını oxu...
Əslində, bütün həyatım boyu ikimərtəbəli binanın N.M.Şağıdanovun passajı olduğunu düşünürdüm. Düzdür, rəsmi mənbələrdə bina nədənsə «Tağıyevin pasajı» adlanır (təxmin edin niyə), baxmayaraq ki, o, onu yalnız 1903-cü ildə N.M.Şaqidanovdan alıb. Binanın özü isə 1896-1898-ci illərdə polşalı memar Kazimir Skureviçin layihəsi əsasında passaj, univermaq, müasir terminologiyadan istifadə etsək – o dövrün böyük ticarət mərkəzi kimi tikilib. Məlum olur ki, Mədəniyyət Nazirliyinin indiki «səriştəli» işçilərinin dediyinə görə, bu, yaşayış binasıdır. Beləliklə, siz, yoldaşlar, bunu yadınızda saxlayın! Rusiyalı Kozma Prutkovun yazdığı kimi: «Bir filin qəfəsində «camış» yazısını oxusanız, gözlərinizə inanmayın».
Ardını oxu...
Ardını oxu...
Teref.az olaraq inanırıq ki, Mədəniyyət Nazirliyi bu "nailiyyətləri" barədə hansısa acıaqlama verəcək!
Teref.az
 

“2022-ci ilin aprelin 1-dən Kəlbəcərdə yol tikintisi ilə məşğul olmuşuq. Sentyabrda baş verən döyüşlər ərəfəsində təhlükəli olduğu üçün ərazidən çıxdıq. Bizə dedilər ki, narahatlıq üçün heç bir səbəb yoxdur, maaşlarınız ödəniləcək. Amma son bir neçə ayın maaşları ödənilmədi”.

Bunu Meydan TV-yə “İnterservis qrup” şirkətinin keçmiş əməkdaşı Samir Mahmudov deyib.

Şikayətçinin sözlərinə görə, maaşını ala bilməyən işçilərin çoxu şikayət etməkdən çəkinir. Amma üç nəfər bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Xidmət şikayəti araşdırıb və şirkət cərimələnib:

“Mühəndis heyətinin maaşları ödənildi, amma fəhlələrə dedilər ki, maaşlar ödənilməyəcək, hara istəyirsiniz şikayət edin. Sentyabr ayının 12-nə qədər olan maaşı verdilər. Avqust ayının maaşı noyabrda ödənildi. Sentyabr ayının yarısı, oktyabr, noyabrın əməkhaqqı ödənilməyib”.

Digər şikayətçi Ziya Heybətoğlu Əzizov isə deyib ki, o, martın 16-dan müqavilə əsasında işə götürülüb. Son 3 ayın maaşını ala bilməyib:

“Sentyabr hadisələrinə görə bizi məzuniyyətə göndərdilər, amma məzuniyyət haqqı ödənilmədi. Sentyabrın 1-dən maaşım 1500 manat olmalıydı. Buna baxmayaraq, sentyabr ayında cəmi 377 manat, noyabr ayında 351 manat, sonradan 243 manat pul köçürüblər. Şirkətdən bizə deyiblər ki, şikayət etdiyinizə görə cərimə ödənilib. Buna görə də, maaşlar verilməyəcək”.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:03

Şikayətçilərdən biri isə deyib ki, sentyabrdan dekabradək hər həftə əməkhaqlarının ödəniləcəyinə dair vəd verilib:
“Əmək Müfəttişliyi Xidməti şikayətimizin haqlı olduğunu təsdiqlədi. Ötən ilin dekabrın 29-da şirkətdən bizə zəng edib dedilər ki, şikayət etdiyiniz üçün pullarınız ödənilməyəcək. Çünki maaşlar Əmək Müfəttişliyi Xidmətinə cərimə olaraq verilib”.

“Əmək Müfəttişliyi Xidmətindən isə dedilər ki, araşdırma davam edir, amma şirkətdən maaşlarımız məcburi şəkildə ödənilə bilməz. Uzaqbaşı, müraciət edəcəklər ki, pullarımızı ödəsinlər. Şikayət etməyən işçilərə isə deyirlər ki, nə işləmisiniz ki, sizə pul ödənilsin. Bizimlə şirkət arasında bağlanmış müqavilə dekabrın 1-də tamamlanır”, – şikayətçi deyib.

Qeyd edilib ki, “İnterservis” qrup haqqında internetdə geniş məlumat verilməyib. İşçilər şirkətin əvvəllər başqa ad altında fəaliyyət göstərdiyini deyirlər.

İşçilərin müdir kimi təqdim etdikləri Orxan adlı əməkdaş isə şirkətin cərimələndiyini təsdiqləyib. Onun sözlərinə görə, işçilərə borcları qalmayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən məsələ ilə bağlı sorğuya cavabda deyilib:

“İnter Sevice Group” MMC-nin işçiləri olmuş Əzizov Ziya Heybət oğlu və Qasımov Vasif Balaqardaş oğlunun əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətləri araşdırılıb. Onların əmək müqavilələrinə xitam verildiyi, lakin son haqq-hesablarının ödənilmədiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq görülən tədbirlər nəticəsində “İnter Sevice Group” MMC tərəfindən həmin iki şəxsə – Z.Əzizov və V.Qasımova son haqq-hesabları hesablanaraq ödənilməsi təmin edilib”.

Dünyapress TV

Xəbər lenti